Media Press

 


 

 



 























































Media Holding Nash Vek Radio 107 fm
Bizim Asr Our Century LiderTv


AZƏRBAYCAN, ERMƏNİSTAN VƏ SURİYA RƏSMƏN "ŞİMAL-CƏNUB" BND-YƏ QOŞULUBLAR

BAKI.03.12.2004.MEDİA-PRESS: İran, Rusiya və Hindistan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi (BND) sazişinə qoşulmaq barədə Azərbaycan, Ermənistan və Suriyanın rəsmi ərizələrini təsdiqləyiblər. BND katibliyinin rəhbəri Məhəmməd Cavad Atrçiyan İRNA agentliyinə bu haqda məlumat verib.
Artıq 10 dövlət : İran, Rusiya, Hindistan,Qazaxıstan, Belarus Oman, Tacikistan, Azərbaycan, Ermənistan və Suriya bu sazişin iştirakçısıdır. Sənədin 13-cü bəndinə görə, yeni üzv olmuş 3 dövlət ərizələrinin təsdiqindən 3 ay sonra "Şimal-Cənub" BND haqqında sazişin bəndlərinin yerinə yetirilməsinə başlamalıdır.
Təsisçi ölkələr hal-hazırda Bolqarıstan, Qırğızıstan, Türkiyə və Ukraynanın rəsmi ərizələrini nəzərdən keçirirlər.