Media Press

 


 

 



 























































Media Holding Nash Vek Radio 107 fm
Bizim Asr Our Century LiderTv


AZƏRBAYCANIN BEYNƏLXALQ SƏRGİLƏRD İŞTİRAK ETMƏYƏN TURİST ŞİKƏTLƏRİ LİSENZİYALARINI İTİRƏ BİLƏR

BAKI.03.12.2004.MEDİA-PRESS: Bu gün Azərbaycanda 135-140 turist şirkətinin lisenziyası var. Lakin onlar gələcəkdə beynəlxalq sərgilərə qatılmasalar, lisenziya almayacaqlar.
Bu haqda mətbuat konfransında məlumat verən Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayevin sözlərinə görə, bu yaxınlarda Londonda keçirilmiş "World travel market" beynəlxalq turist sərgisinin azərbaycan bölməsində ruspublikamızı yalnız 6 turist şirkəti təmsil edib.
Azərbaycana mümkün qədər çox turist cəlb etmək məqsədi ilə beynəlxalq turist bazarına geniş informasiya çıxışının əhəmiyyətini vurğulayan nazir, bu il respublikamızda 1 milyondan artıq turistin olacağını deyib. 2002-ci ilin yekununa görə, Azərbaycan turist biznesindən 130,648 milyard manat gəlir götürsə də, 20043-cü ildə bu qazancın məbləği atıq 208,214 milyard manata yüksəlib. Dekabrın 3-nə rəsmi məzənnə : 4903 manat=1$