Media Press

 


 

 



 























































Media Holding Nash Vek Radio 107 fm
Bizim Asr Our Century LiderTv


2005-Cİ İLDƏ AZƏRBAYCANDA ÖLKƏ MEHMANXANALARININ HAMISINDA YOXLAMALAR APARILACAQ

BAKI.03.12.2004.MEDİA-PRESS: Gənclər, İdman və Turizm Nazirliyi ölkə mehmanxanalarında səkkizində yoxlama aparıb.
Mətbuat konfransında bu haqda məlumat verən nazir Əbülfəz Qarayev deyib ki, mehmanxanalardan heç biri iddiasında olduqları keyfiyyət sənədəni ala bilməyib. Yoxlamanın sonunda onlara vaxt verilib ki, çatışmazlıqları aradan qaldırsınlar. Yalnız bu təqdirdə onlara keyfiyyətli xidmət sertifikatı verilə bilər.
Nazir gələn il Azərbaycandakı mehmanxanaların hamısında yoxlamalar aparılacağını deyib. İndi respublikamızda 261 mehmanxana, o sıradan ailəlilər üçün mehmanxanalar, kempinqlər, mehmanxana kompleksləri və s. vardır.