Media Press

 


 

 



 























































Media Holding Nash Vek Radio 107 fm
Bizim Asr Our Century LiderTv


AZƏRBAYCAN VƏ ERMƏNİSTAN XİN BAŞÇILARININ NÖVBƏTİ GÖRÜŞÜ SOFİYADA OLACAQ

BAKI.03.12.2004.MEDİA-PRESS: Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü dekabrın 5-6-da Sofiyada, ATƏT üzvləri XİN başçıları Şurasıın iclası çərçivəsində olacaq.
Bu haqda yerli ATV telekanalına müsahibə verən Azərbaycan XİN başçısı Elmar Məmmədyarov qarşıdakı görüşü öz erməni həmkarı ilə Praqada avqustun 30-da keçirdiyi görüşünün davamı kimi qiymətləndirməkdən çəkinib.
Sitat:" Bunun Praqa görüşünün davamı olub-olmayacağını demək hələ tezdir. Çünki ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Nyu-Yorkdakı və Ermənistan XİN başçısı ilə Berlindəki görüşlərimizdə bəyanat vermişdik ki, sülh prosesinin davam etməsini istəyiriksə, onda ikinci mərhələyə adlayıb , ciddi danışıqlara başlamalıyıq".
E. Məmmədyarov qeyd edib ki, danışıqların ikinci mərhələsi ancaq və ancaq Praqa razılaşmaları zəminində davam etdirilməlidir.