YUNANISTANIN AZƏRBAYCANDA YENİ SƏFİRİ TƏYİN EDİLİB
BAKI.03.12.2004.MEDİA-PRESS:
Yunanıstan Azərbaycandakı yeni səfirini təyin edib.
"İnterfaks-Azərbaycan" agentliyinə respublika XİN-də bildiribdər ki, yeni səfir Temistokles Dimidis 1948 -ci ildə doğulub , Afina universitetinin hüquq fakultəsini bitirib ,diplomatik fəaliyyətinə 1980-ci ildə Yunanıstan XİN-də başlayıb, Yunanıstanın Bonndakı səfirliyinin 2-ci və 1-ci katibi, ölkənin İerusəlimdəki baş konsulluğunun rəhbəri işləyib, Yunanıstan XİN -i Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin direktoru olub.
Yunanıstanı indi ölkəmizdə təmsil edən Merkurios Karafotiasın missiyası başa çatdığı üçün, o, 2005-ci ilin əvvəlində respublianı tərk edəcək. Karofotias Yunanıstanın İranda səfiri təyin edilib.