Media Press

 


 

 



 























































Media Holding Nash Vek Radio 107 fm
Bizim Asr Our Century LiderTv


AZƏRBAYCAN PREZİDENTİ 2005-Cİ İL YANVARIN SONUNDA İRANA SƏFƏR EDƏCƏK

BAKI.03.12.2004.MEDİA-PRESS: Azərbaycan prezidenti İlham Əliyev 2005-ci il yanvarın axırlarında İrana rəsmi səfər edəcək. "Səfərə bəslənilən başlıca ümidlər ikitərəfli əməkdaşlığın inkişafında daha ciddi addımların atılacağı və və məzmunlu sazişlərin imzalanacağı ilə bağlıdır". Bu fikrin müəllifi , İranın Bakıdakı səfiri Əfşar Süleymaninin sözlərinə görə, Azərbaycan prezidentinin qarşıdakı səfərinin " bir neçə baxımdan böyük əhəmiyyəti var: hər şeydən öncə bu, İ.Əliyevin İrana ilk səfəridir və məncə səfər azərbaycan-iran münasibətləinin ikişafına bir təkan olacaq".
Diplomat məlumat verib ki, indi iki dövlət başçılarının danışıqları nəticəsində imzalanacaq sənədlərin layihələri hazırlanır. Siyasi bəyannamə, Azərbaycanda İranın maliyələşdirdiyi müxtəlif layihələrin realizəsinə aid iqtisadi sənədlər zərfi, elm və mədəniyyət sahəsində əməkdaşlıq sazişi də daxil 7-8 sənədin imzalanacağı gözlənilir.
İran səfiri deyib ki, Abərbaycan ərazisindən xarici hərbi bazaların yerləşdirilməsi üçün istifadə olunması ehtimalını iddia edənlərə rəğmən, ölkələrimizin yaxın əlaqələri getdikcə dərinləşir:" Bu barəda İran narahat deyil, çünki Azərbaycan "üçüncü qüvvənin buraya gəlməyəcəyini" həmişə deyib". Səfir Azərbaycan rəhbərliyinin də ona bu qəbil vədlər verdiyini vurğulayıb və bu mənada respublikann təzəcə qəbul etdiyi milli təhlükəsizlik nəzəriyyəsini mühüm sənəd adlandırıb. Çünki sənəddə deyilir ki, ayrı dövlətlərin hərbi bazalarının respublika ərazisində yerləşdirlməsi yolverilməzdir.