ARDNŞ "BABƏK" STRUKTURUNA BÖYÜK ÜMİDLƏR BƏSLƏYİR
BAKI.03.12.2004.MEDİA-PRESS:
Dövlət Neft Şirkəti (ARDNŞ) 2005-ci ilin aprel-mayında Xəzərin azərbaycan sektorunda Bakının 90-kilometrliyində yerləşən "Babək" perspektiv strukturunda kəşfiyyat qazmasına başlamaq niyyətindədir.
Şirkətdə bildiriblər ki, artıq qazma nöqtəsi müəyyənləşdirilib. 3-miqyaslı seysmik kəşfiyatın aparılması planlaşdırılmır, çünki buranın yeraltı strukturı kifayət qədər öyrənilib. Qalır maliyyələşdirmə mənbəinin müəyyənləşdirilməsi.
ARDNŞ numayəndəsi deyib ki, "Babək" strukturunun incəlikləri bəllidir və bütövlükdə yatağın imkanları şübhə doğurmur. Burada qazın maye karbohirogenlərlə birlikdə çıxacağı gözlənilir. Bizcə ,"Babək" beynəlxalq əhəmiyyətli bir yataqdır və porqnozlara görə oradakı neft ekvivalenti 300 milyon tondan artıqdır. Lakin strukturun ehtiyatları bundan xeyli çoxdur.
Qazma işlərinin podratçısı beynəlxalq tender yolu ilə seçiləcək. Qazma nöqtəsində suyun dərinlik qatı 425 metrdir. Quyunun öz dərinliyi isə 6000-6200 metr olmalı və qazma işləri təqribən 4 ay davam etməlidir.
"Babək" strukturu ilə yanaşı Azərbaycanda 78 neft və qaz yatağı kəşf edilib ki, onların 54-ü sənaye istismarındadır. Bu yataqların 34-ü qurudadır.