ARDNŞ YANVAR- NOYABRDA 8,231 MİLYON TON NEFT ÇIXARIB
BAKI.03.12.2004.MEDİA-PRESS:
Cari İlin əvvəlindən bəri ARDNŞ ( Dövlət Neft Şirkəti) və onun iştirakı ilə yaradılmış müştərək müəssisələr (MM) 8,231 milyon ton neft çıxarıblar ki, bu da keçən ilin eyni dövrü ilə myqayisədə 0,7%, yaxud 53,5 min ton çoxdur.
Şirkətdə Media-Pressə bildiriblər ki, bu həcmin 7, 385 miyon tonu ( azalma-0,1%) ARDNŞ-in bölmələrinin, 769,7 min tonu ( artım 7,9%)- MM-lərin payına düşüb.
NOyabrda ARDNŞ 735,4 min ton (nəzərdə tutulandan 18 min ton və yaxud 2,5 % artıq) neft istixrac edib. Bu həcmin 658,9 min tonunu neft-qaz çıxarma idarələri, 76,5 min tonunu isə -MM-lər çıxarıblar.
Proqnozlara görə, 2004-cü ildə Azərbaycanda 15, 45 milyon ton neft hasil ediləcək. Bunun 8,75 milyon tonu- ARDNŞ-in, 6,7 milyon tonu isə AİOC-un (Azərbaycan Beynəlxalq əməliyyat şirkəti) payına düşür. 9,2 milyon ton ixrac neftinin 6,7 milyon tonu - Bakı-Supsa və 2,5 milyon tonu isə Bakı-Novorossiysk kəmərləri ilə axıdılacaq.