AZƏRBAYCANDA İLİN ƏVVƏLİNDƏN BƏRİ 4,577 MİLYARD KUBMETR QAZ ÇIXARILIB
BAKI.03.12.2004.MEDİA-PRESS:
İlin ilk 11 ayında Azərbaycanda 4,577 milyard kubmetr qaz çıxarılıb və bu , proqnozdan 3,5 % artıqdır.
Dövlət Neft Şirkətində (ARDNŞ) Media-Pressə bildiriblər ki, bu həcmin 3,662 milyard kubmetrini şirkətin qurumları, 915,3 milyon kubmetrini isə - ABƏŞ ( Azərbaycan Beynəlxalq Əməliyat şirkəti) hasil edib. Müştərək müəssisələr (MM) 108,9 milyon kubmetr qaz çıxarıblar.
Noyabrda Azərbaycanda 416,3 milyon kubmetr qaz hasil edilib. Bu həcmin 328,9 milyon kubmetri- ARDNŞ-in, 87,4 milyon kubmetri-ABƏŞ-in və 9,2 milyon kubmetri isə- MM-lərin payına düşüb.
Azərbaycanın tələbatının ödənilməsinə ildə 10-12 milyard kubmetr qaz gərəkdir.Keçən il respublika "İtera" şirkətlər qrupundan 4 milyard kubmetr qaz alıb. Bu il bazarda onun yerini tutan "Qazprom" Azərbaycana 2,75 milyard kubmetr "mavi yanacaq" verməyi planlaşdırır.Bundan əlavə bu ilin yanvarından ARDNŞ və "KazROsQaz" QSC arasındakı sazişə uyğun olaraq, respublikamıza daha 4,5 milyard kubmetr qaz veriləcək. ADNŞ qazaxıstan qazının şər min kubmetrini 52 dollara alır. Azərbaycanın ixrac qazına illik tələbatı 6 milyard kubmetrdir.
Səngəçal neft terminalının genişləndirilməsi çərçivəsində burada qazqurutma qurğusu istifadəyə verildikdən sonra rspublika əlavə həcmdə qaz əldə etmiş olacaq. Çünki yeni qurğu səmt qazının bihudə yandıılmasının qarşısını alacaq və ARDNŞ bu əlavə həcmi öz istehlakçılarına verə biləcəkdir. Bu ideyanın kerçəkləşməsi üçün Dövlət şirkəti qazı qəbul edən xüsusi qurğu və Səngəçal qazpaylaşdırıcı məntəqəsinədək qaz borusu çəkməyi planlaşdırır.