AMB-NIN VALYUTA EHTİYATLARI DEKABRIN 1-Ə 873,16 MLN. DOLLARA ÇATIB
BAKI.03.12.2004.MEDİA-PRESS:
Azərbaycan Milli bankının (AMB) valyuta ehtiyatları 2004-cü il dekabrın 1-ə - 873,16 mln. dollar təşkil edib. AMB-da Media-Pressə bu barədə verilən məlumata görə, cari ilin əvəlində bu ehtiyatlar $757,1 mln. olub , deməli, artım 18,3%-dir.
Beynəlxalq Valyuta Fondundan alınmış kreditlər üzrə ödənişlər 11 ayda 58,32 mln. dollar ( əsas borcu və kreditlər üzrə faizləri nəzərə almaqla) təşkil edib..
Həmin müddətdə Beynəlxalq Valyuta Fonduna tədiyyələr nəzərə alınmaqla AMB-nin valyuta ehtiyatları 174 milyon dollara çatıb.
Cari ilin 11 ayında manatın ABŞ dollarına nisbət rəsmi məzənnəsi 21 manat, yaxud 0,43% artıb və hesabat dövrünün axırında 4902 manat 1 dollar olubdur.
Proqnozlara görə, AMB-nin valyuta ehtiyatları yalnız bu ilin sonuna $800 milyon səviyyəsinə çatmalı idi. AMB İdarə heyətinin sədri Elman Rüstəmov bir müddət öncə qeyd etmişdi ki, bu göstəricinin arxada qalması dünya bazarında neftin bahalaşması ilə bağlıdır. Sitat: Əgər ilin sonunadək hər şey bu cür davam edərsə, Azərbaycanın valyuta ehtiyatları $900 milyona çatacaq.