Media Press

 


 

 



 























































Media Holding Nash Vek Radio 107 fm
Bizim Asr Our Century LiderTv


AZƏRBAYCANDA "YAŞAYIŞ MİNİMUMU HAQQINDA" QANUN QÜVVƏYƏ MİNİB

BAKI.03.12.2004.MEDİA-PRESS: Azərbaycanda "Yaşayış minimumu haqqında" qanun qüvvəyə minib. Qanuna görə, yaşayış minimumu hesablanarkən ,ərzaq və qeyri-ərzaq mallarının, xidmətlərin qiymətləri, vergilər və sair icbari ödənişlər hesablanır.
Yaşayış minimunun həcmi ildə bir dəfə hesablanır və gələn ilin dövlət büdcəsinin layihəsi ilə birdikdə təsdiqlənir. Bundan başqa, icra hakimiyyəti yaşayış minimumu əsasında yoxsulluq səviyyəsini də hər il hesablamalıdır. Bu göstərici də mimnimal əməkhaqqının, minimal pensiyalar, müavinətlər , təqaüdlər və ünvanlı sosial yardımların həcmlərinin hesablanmasında nəzərə alınmalıdır.
Qanun minimal pensiya və əməkhaqları məbləğlərinin tədricən yaşayış minimumu səviyyəsinədək artırılmasını da nəzərdə tutur.