QAZAXISTAN KARAÇAQANAQ YATAĞININ MƏNİMSƏNİLMƏSİNİ SÜRƏTLƏNDİRİR

BAKI.04.08.2003. MEDIA-PRESS: Qazaxıstan höküməti Karaçaqanaq yatağının mənimsənilməsinin 3-cü mərhələsinin tezliklə reallaşmasında təkid edəcək. Prezident Nursultan Nazarbayev Karaçaqanaq yatağının ilk neftinin Xəzər Boru Konsorsiumunun ixrac kəmərinə buraxılması mərasimində belə deyib. KZ-today-ın məlumatına görə, prezident qeyd edib ki, bu yatağın gələcək inkişafı qaz emalı zavodunun və ixrac qaz kəmərinin tikintisini nəzərdə tutan qaz layihəsinin reallaşdırılması ilə bağlıdır. Nazarbayev deyib: "Mənim tapşırığımla hal-hazırda bu layihənin texniki-iqtisadi-əsaslandırılması (TİƏ) hazırlanır. Bu iş 2003-cü ilin payızında başa çatdıqdan sonra, onun reallaşmasının əməli mərhələsi başlayacaq ".
Nazarbayevin əqidəsincə, bu, neft-kimya sənayesinin inkişafını və ixrac məhsulu müəssisələri tikintisini sürətləndirməyə imkan verəcək.
Prezident deyib: "Bizim ümumi vəzifəmiz" qaz kondensatının illik həcmini 12 mln. tona, qaz istixracını isə- təqribən 20 mlrd. kub metrə çatdırmaqdır".


İRANDA NEFT İXRACINDAN GƏLİR 23% ARTIB

BAKI.04.08.2003.MEDIA-PRESS: Amerika Energetik tədqiqatlar mərkəzinin hesablamalarına görə, bu il İranın neft ixracından gəliri 23 % artacaq. "Fars" Xəbərlər agentliyinin məlumatına görə İran keçən il neft ixracından 18,7 mlrd. dollar əldə edib. Belələiklə, proqnozlaşdırılan 23 faizlik artım nəzərə alınarsa, ölkənin bu ilki gəliri 23,1 mlrd. ABŞ dollarına çatacaq.


ZƏNGANƏ: VAŞİNQTONUN ETİRAZLARINA BAXMAYARAQ, TEHRAN İRANIN ƏN BÖYÜK "AZADEGAN" YATAĞININ İŞLƏNMƏSİ BARƏDƏ TEHRANLA DANIŞIQLARINI DAVAM ETDİRİR

BAKI.04.08.2003.MEDIA-PRESS: Yaponiya şirkətləri Vaşinqtonun etirazlarına baxmayaraq, İranın ən böyük "Azadeqan "neft yatağının işlənməsində iştirak barədə danışıqları davam etdirirlər. Bu barədə İRNA agentliyi İranın neft naziri Bijan Namdar Zənganeyə istinadən məlumat verib.
Nazir bu bəyanatını OPEK-in Vyanadakı növbədənkənar konfransında verib.
Xatırladaq ki, iyulun ortalarında mətbuatda belə bir xəbər yayıldı ki, Tehran və Tokio kəşf olunmuş ehtiyatları 26 mlrd. barreli keçən "Azadeqan" yatağının işlənməsinin texniki cəhətləri barədə razılağa gəliblər. Belə bir xəbər də tez-tez təkrar olunurdu ki, layihənin reallaşması üçün Yaponiya İrana 3 il müdətinə 3 mlrd. dollar kredit xətti açacaq. İyul danışıqlarında qarşıdakı razılaşmanın, sərmayə qoyuluşlarının, İran tərəfinin kvotasının şərtləri və vergi qoyma məsələləri müzakirə edilib. Elə o zaman Bijan Zənqane demişdi ki, danışıqlar prosesi başa çatmaqdadır. Nazir bu bəyanatı ilə Yaponiyanın Amerikanın təzyiqi altında guya "Azadeqan"ın işlənməsi ideyasından imtina etməsi barədə yayılan şaiyələri də yalanlamış oldu. Britanıyanın tanınmış "Financial Times" qəzetinin yazdığına görə, ABŞ Yaponiyaya təzyiq göstərir ki, bu ölkə "Azadeqan" yatağının işlənməsində iştirakdan imtina etsin. Bu nəşriyyənin xəbərindən görünür ki, ABŞ -ın dövlət katibi Kolin Pauell məsələni Yaponiya hökümətinin nümayəndələri ilə müzakirə edib.
Yapon neft şirkətləri Britaniya-Hollandiya şirkəti SHELL-in gələcək konsorsiuma daxil olması imkanı barədə danışıqlar aparıblar. Media-Press artıq xəbər verib ki, İran parlamentinin energetika üzrə komisyasının üzvü İsa Moqəddəmizad elə həmin iyul ayında demişdi ki, Yaponiya "Azadeqan" neft yataqlarının işlənməsi barədə saziş haqqında öz rəsmi qərarını indiyədək elan etməyib. O, deyib ki,hər halda Tokio imtina edəcəyini bildirərsə, o zaman İran daha etibarlı tərəfdaşlarla danışıqlara başlaya bilər.
Zəngane Vyanadakı bəyanatında bu yataq üzrə İispaniya şirkəti ilə danışqların da getdiyini qeyd etmişdi.
MEDİA-PRESS: İranın geoloji-kəşfiyyat məlumatına görə, "Azadeqan" yatağının ehtiyatları 26 mlrd. barreldən az deyil (müqayisə üçün: Xəzərin Azərbaycan şelfində "Azəri-Çıraq-Günəşli" yataqlarının ehtiyatı-4,3 mlrd. barreldir). "Azadeqan" İranın qərbində, Əhvaz ostanı ərazisində yerləşir. Bu, son 30 ildə İranda kəşf edilmiş ən iri neft yatağıdır.


SENTYABRDA OPEK-İN NÖVBƏTİ KONFRANSINDA NEFT KVOTALARININ AZALDILACAĞI BARƏDƏ QƏRAR QƏBUL EDİLƏ BİLƏR

BAKI.04.08.2003.MEDIA-PRESS: Neft ixrac edən ölkələr təşkilatına (OPEK) üzv olan dövlətlərin Energetika və Neft nazirlərinin sentyabrın 24-də Vyanada keçiriləcək növbəti 127-ci konfransında neft istixracı və ixaracatı kvotalarının aşağı salınacağı barədə qərar qəğul ediləcəyi istisna olunmur. OPEK konfransının prezidenti, Qətərin Energetika və Sənaye naziri Abdullah bin Həməd əl-Əttiyyə Vyanada jurnalistlərlə söhbətində belə deyib.
Xatırladaq ki, bu yaxınlarda OPEK-in Vyanada olmuş Ali yığıncağında çıxarılan və ixrac olunan neftin birgə gündəlik həcmini 25,4 mln. barrel səviyyəsində saxlamaq qərara alınmışdı. Əl-Əttiyyə deyib: "bizə gələn xəbərlərə görə, ilin son rübündə düyna energi bazarlarında elə vəziyyət yarana bilər ki, biz neftin qiymətlərini məqbul səviyyədə saxlamaq üçün neft kvotalarını ixtisara salmalı olarıq. Hesablamalarımıza görə, cari ilin axırına kimi dünyada neftə olan tələbat gündəlik 79,3 mln. barrel təşkil edəcək. Odur ki. biz ,bəlkə də, "qara qızıl"ın hasilat və ixrac kvotalarını gündəlik 800 min barrel azaltmalı olacaq. İstənilən halda "xəstəliyin" qarşısını almaq, onu müalicə etməkdən daha asandır.
OPEK prezidentinin fikrincə, sentyabrın axırlarına, yəni dünya neft kartelinin 127-ci konfransına kimi, İraq neftinin dünya xammal bazarına çıxarılması ilə bağlı vəziyyət də aydınlaşacaq. Bu isə sözsüz ki, OPEK-in qərarına da təsir göstərəcək.
Əl-Əttiyyə məlumat verib ki, onun İraqın neft naziri Tamir Qadbanla açıq söhbəti olub. Qadban bu ilin axırına kimi, İraqın gündəlik neft hasilatının təqribən 2 mlrd. barrelə çatacağını deyib.


TÜRKİYƏ VƏ AZƏRBAYCAN RABİTƏ VƏ TELEKOMMUNİKASİYA SAHƏSİNDƏ ƏMƏKDAŞLAĞI İNKİŞAF ETDİRƏCƏKLƏR

BAKI.04.08.2003.MEDIA-PRESS: Türkiyənn Nəqliyyat naziri Binali Yıldırım və Azərbaycanın Rabitə naziri Nadir Əhmədov telekommunikasiya və poçt rabitəsi sahəsində əməkdaşlığı davam etdirmək haqqında ötən şənbə niyyət protokolu imzalayıblar.
Türkiyəli nazir mətbuat konfrasında ölkəsinin müasir rabitə vasitələrinin inkişafında Azərbaycana köməyini genişləndirəcəyini, xüsusən İnternetdə azərbaycan şəbəkəsinin inikişafı üçün öz süni peyklərini və ərazisindən keçən kommunikasiya vasitələrini verəcəyini vurğulayıb. Onun sözlərinə görə, yeni texniki imkanlar Azərbaycana elektron ticarəti tətbiq etməyə və poçt xidmətini yaxşılaşdırmağa imkan verəcək.
O ki, qaldı Gürcüstan ərazisindən keçəcək optika-lif rabitə xəttinin çəkilişinə, Yıldırımın təbirincə desək, Ankara istərdi ki, bu xətt Azərbaycana Avropa,yaxud Amerika vasitəsilə deyil, məhz Türkiyə vasitəsilə dünya "hörümçək toru" rabitəsinə qoşulmağa imkan versin.
Öz növbəsində Azərbaycanın Rabitə naziri Nadir Əhmədov belə bir faktı qeyd edib ki, Türkiyə hökümətinin çox böyük diqqət yetirdiyi kommunikasiya sistemlərinin inkişafı Azərbaycana müsbət təsir göstərir. Optika-lif rabitəsi xəttinin çəkilişi bu ilin axırına kimi başa çatacaq. Bu, ölkədə telefon rabitəsinin keyfiyyətini, internetdə işin sürətini kəsgin şəkildə artırmağa, habelə elektron ticarəti sistemini tətbiq etməyə imkan verəcək.


İNVESTİSİYA PROQRAMLARI ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCANIN SOSİAL İNFRASTRUKTURUNA BAKI-TBİLİSİ-CEYHAN VƏ BAKI-TBİLİSİ-ƏRZRUM LAYİHƏLƏRİ ÜZRƏ QRANTLAR VERİLİB

BAKI.04.08.2003.MEDIA-PRESS: BP-Azerbaijan şirkəti və Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz kəməri (CQK) Bakı-Tbilisi-Ərzrum xəttlərinin tikintisi üzrə onun tərəfdaşları əhalityə investisiya proqramı çərçivəsində layihələrin reallaşdırılması üçün qrantları elan edib. Proqramda məqsəd BTC və CQK kəmərlərinin dəhlizləri yaxınlığında yaşayan əhalinin şəraitini sosial və iqtisadi inkişafın sabit saxlanması yolu ilə yaxşılaşdırmaqdır.
Proqram 4 km. məsafədə boru dəhlizi ətrafında yerləşən 82 yaşayış məntəqəsinə şamil ediləcək. Əsas vəziflərə yerli əhalinin gəlirini artırmaq, kənd təsərrüfatını, sosial infrastrukturu inkişaf etdirmək və sağlmalığın mühafizəsi məsələlərində adamların biliyini artırmaqdır. 2006-cı ilə kimi Azərbaycan əhalisinin investisiyasına 8 mln.dollar, ətraf mühitin qorunmasına isə 2mln. dollar xərclənəcək. Proqram Gürcüstan və Türkiyədə də həyata keçiriləcək. Gürcüstanda bü məqsədlə 8, Türkiyədə isə 9 mln. dolar ayrılıb.
Azərbaycanda proqramın reallaşdırlması üçün qrant alan təşkilatlar bunlardır: -mikromaliyyələşdirmə layihələri üçün- International Community Assistance (FINCA Azerbaijan) fonduna; -kiçik biznes, ticarət və xidmət sahələrinin inkişafı üçün yerli sahibkarlara maliyyə ayrılması üçün - FINCA Azerbaijan fonduna, - sosial infrastruktur, kənd təsərrüfatı və səhiyyə sahəsində sosial-iqtisadi problemlərin həlli proqramını reallaşdırmaq üçün- International Rescue Committee və Save the Children fonduna.
Proqram təqribən 160 min nəfəri əəhatə edəcək. Save the Children fondu əhalinin öz problemlərini müstəqil həll etməsi üçün ona kömək göstərilməsi proqramını da həyata keçirəcəkdir. Bu proqrama 48 yaşayış məntəqəsi daxidir.
International Medical Corps fondu kəmərin Azərbaycan hissəsində səhiyyə işləri üzrə layihələrin realizəsi üçün qrant alıb. Bu proqramda məqsəd yerli əhalinin sağlamlığının qorunması, həyat şəraitinin və iqtisadi imkanlarının yaxşılaşdırılması məsələlərində biliklərini artırmaqdır. Qrantaların ümumi məbləği 5,5 mln. dollardır. Qalan 2,5 mln. dollar hələ bölüşdürülməyib.
BP-də qeyd ediblər ki, bu vəsait kənd təsərrüfatı layihələrinə qrantalar ayrılması üçün nəzərdə tutulurdu. Ancaq indiyə kimi, diqqət çəkən layihələr təqdim olunmadığına görə məsələ açıq qalıb. Müvafiq layihələr təqdim olunan kimi, qrantlar da ayrılacaqdır.


MOSKVADA AZƏRBAYCANLILARI YENƏ DƏ DÖYÜBLƏR

BAKI.04.08.2003. MEDIA-PRESS: Moskvanın cənubunda bir neçə naməlum şəxs azərbaycanlı ticarətçiləri döyüb. Basqınçılardan biri tutulub. Moskva Baş Daxili İşlər İdararəsi İnformasiya və İctimaiyyətlə Əlaqələr idarəsində bu haqda verilən məlumatda deyilir ki, Moskvada yaşayan və özəl fəaliyyətlə məşğul olan 43 yaşlı Azərbaycan sakini milisə müraciət edərək, yerli vaxtla, gecə 1-in yarısında metal çubuqlarla silahlanmış 8 naməlum şəxsin kənd təsərrüfatı məhsullarının satıldığı ticarət mağazasına hücum çəkdiyini, 35 yaşlı Moskva sakinini,27 yaşlı azərbaycanlını əllərindəki dəmir çubuqlarla döydüyünü bildirib. Basqınçılar sonra qarpız-qovunun bir hissəsini özləri ilə aparıblar. Ticarətçilərə təqribən 10 min rus rublu dəyərində ziyan vurulub.
Baş Milis İdarəsinin əməkdaşı deyib: "Moskva vaxtı ilə saat 3.30-da basqında şübhəli bilinənən və əlamətləri uyğun gələn 19 yaşlı gənc Kasimovsk küçəsi, 23 nömrəli evin yanında yaxalanıb". Tutulan Moskva İqtisadiyyat, Statistika və İnformasiya universitetinin tələbəsidir. Milislər onun əlindən dəmir çubuğunu və oğurladığı malın bir qismini müsadirə ediblər.
Hal-hazırda bu cinayətin təhqiqatı davam etdirilir. Əməliyyatçılar saxlanılan gəncin basqında nə dərəcədə əli olduğunu araşdırır və onun qalan şəriklərini fəal axtarırlar.


AZƏRBAYCAN MİLLİ MƏCLİSİ "MM" İLHAM ƏLİYEVİN ÖLKƏNİN BAŞ NAZİRİ VƏZİFƏSİNƏ NAMİZƏDLİYİNİ TƏSDİQ ETDİ

BAKI.04.08.2003. MEDIA-PRESS: MM bu gün özünün növbədənkənar icasında İlham Əliyevin ölkənin baş naziri vəzifəsinə namizədliyini təsdiq edib. İclasda iştirak etmiş 102 millət vəkilindən 101-i qərarın lehinə səs verib.
Azərbaycanın ğaş naziri vəzifəsinə İlham Əliyevin namizədliyini prezident Heydər Əliyev təklif edib. Repsublika prezidentinin xahişi ilə Milli Məclis bazar ertəsi səhər bu məsələnin müzakirəsinə başlayıb. Parlamentin sədri Murtuz Ələsgərov millət vəkillərindən xahiş edib ki, İlham Əliyevin respublikanın baş naziri təsdiq olunması məsələsini nəzərdən keçirsinlər.
MM spikeri təklif edib ki, İlham Əliyevin namizədliyi "onun siyasət dünyasında nüfuzu, Azərbaycanın neft strategiyasının həyata keçirilməsində, həmçinin ölkədə idmanın dirçəlişində qazandığı nailiyyətlər nəzərə alınmaqla müzakirə olunsun".
Xatırladaq ki, Azərbaycan Konstitusiyası hər hansı səbəbdən preidentin ö vəzifələrini icra edə bilməyəcəyi təqdirdə, dövlət başçısının vəzifələri ölkənin baş nazirinin öhdəsinə düşür.
MM sədrinin müavini Arif Rəhimzadənin məlumatına görə, Nazirlər kabinetinin sabiq başçısı Artur Rəsizadə Azərbaycanın baş naziri vəzifəsindən istefa haqqında ərizə verib.
Milət vəkili, hakim "Yeni Azərbaycan" partiyası icraçı katibinin müvaini Səyavuş Novruzov jurnalistlərin "Parlamentin İlham Əliyevi ölkənin baş naziri təsdiq etməsi nə dərəcədə qanunauyğundur?" sualına cavabında deyib ki, bu təyinat zamanı qanunun bütün prosedur qaydaları və normalarına riayət olunub.
Novruzovun sözlərinə görə, əvvəlcə, parlament ölkənin yeni baş nazirinin təsdiqinə icazə verməli, bundan sonra isə prezident öz fərmanları ilə hökümət başçısını tutduğu vəzifəsindən azad və yenisini təyin edir.
İlham Heydər oğlu Əliyev 1961-ci il, dekabrın 24-də Bakıda doğulub. 1982-də Moskva Dövlət Beynəlxalq Münasibətlər institutunu (MGİMO), sonra isə bu elm ocağının aspiranturasını bitirərərək,1985-90-cı illərdə orada müəllim kimi çalışıb.
1991-1994-cü illərdə Moskva və İstanbulda kommersiya fəaliyyəti ilə məşğul olub.
1994-cü ildən bu günədək Azərbaycan repsublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidentidir.
1995-ci ildən bəri Azərbaycan Respublikası parlamentinin üzvüdür.
1999-cu ilin dekabrında hakim "Yeni Azərbaycan" partiyası sədrinin müavini, 2001-ci ildə isə birinci müavini seçilib.1997-ci ildən -Azərbaycan Milli Olimpia Komitəsinin prezidentidir.
Azərbaycan,rus,ingilis və fransız dillərini sərbəst bilir.
İki qızı, bir oğlu var.


AZƏRBAYCANIN YENİ BAŞ NAZİRİ İLHAM ƏLİYEV ÖLKƏ HÖKÜMƏTİNİN TƏRKİBİNDƏ HƏR HANSI BİR DƏYİŞİKLİK ETMƏYƏ HAZIRLAŞMIR

BAKI.04.08.2003. MEDIA-PRESS: Azərbaycanın yeni baş naziri İlham Əliyev "ölkə hökümətinin tərkibində hər hansı bir dəyişiklik etməyə hazırlaşmır". İlham Əliyev bu gün Milli Məclis onu ölkənin Nazirlər Kabinetinin başçısı təsdiq olunmasına razılıq verdikdən dərhal sonra, jurnalistlərə müsahibəsində belə deyib.
O, deyib: "Başlıca məqsəd ölkədə əldə edilmiş iqtisadi sabitliyi saxlmaq və bu istiqamətdə irəliləməkdir". İlham Əliyev "kəsgin addımların" tərəfdarı olmadığını qeyd edərək deyib: "hər şey tədricən edilməli, vəziyyt real qimyətləndirilməli, imtiyazalar müəyyənləşdirilməlidir".
İ. Əliyevin dediyinə görə, "onun Azərbaycan iqtisadiyyatındakı vəziyyət barədə kifayət qədər dolğun təsəvvürü vardır". Lakin yeni vəzifə onun üzərinə böyük məsuliyyət qoyur. "Mənə göstərilən bu məsuliyyəti doğrultmağa çalışıcağam".
O, həmçinin vurğulayıb ki, onun yeni təyinatının kənardan necə qavranılacağına etinasız yanaşır. "Başlıcası mənə tapşırılmış vəzifləri diqqət mərkəzində saxlamaqdır". Baş nazir məlumat verib ki, Türkiyədə müalicədə olan Azərbaycan prezidenti Heydər Əliyevə telefon açaraq, yeni xəbəri ona çatdırmaq niyyətindədir. İlham Əliyevin sözlərinə görə, prezidentin halı normaldır və o, tezliklə vətənə dönməyə hazırlaşır.


AZƏRBAYCAN 2003-CÜ İLİN 7 AYINDA 5,196 MLN. TON NEFT ÇIXARIB

BAKI.04.08.2003.MEDIA-PRESS: Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və onun iştirakı ilə yaradfılmış müştərək müəssisələr (MM) bu ilin 7 ayında 5,196 mln. ton neft çıxarıblar ki, bu da nəzərdə tutulduğundan 1,7% və ya 84,6 min ton çoxdur. Media-Presə ARDNŞ-də verilən məlumata görə, bunun 4,7 mln. tonu (artım-0,5%) ARDNŞ-in bölmələrinin payına düşüb. MM- 495,2 min ton (artım-13,7%) çıxarıb.
İyulda ARDNŞ 756,5 min ton neft istixrac edib ki, bu da plandan 9,1 min ton, yaxud 1,2% çoxdur. Bunun 683 min tonu neft-qazçıxarma idarələrinin, 72,7 min tonu MM-in payına düşür. Hesablamalara görə, bu il Azərbaycanda çıxarılacaq təqribən 15, 25 mln. ton neftin 8,8 mln. tonu ARDNŞ-in yataqlarından, 6,45 mln. tonu isə-Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən çıxarılacaq.


ARDNŞ-İN XİƏİ-Sİ İLİN ƏVVƏLİNDƏN 491,837 MİN TON NEFT MƏHSULLARI İXRAC EDİB

BAKI.04.08.2003.MEDIA-PRESS: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici iqtisadi əlaqələr idarəsi ilin əvvəlindən 491,837 min ton neft məhsulları ixrac edib. İyulda xaricə 53,81 ton neft məhsulları, o cümlədən: 21,53 min ton- avtomobil benzini, 30,168 min ton- dizel yanacağı, 1,588 min ton- təyyarə yanacağı və 524 min ton- butan göndərilib. İyunda neft koksu göndərilməyib.
Ötən ay ARDNŞ Bakı-Novorossiysk kəməri ilə 219,425 min ton neft nəql edib. Bu, Qara dəniz və Bosfor boğazındakı qasırğalar nəticəsində fevralda cədvəldə yaranmış geriləməni aradan qaldırmağa imkan verib. O vaxt bu səbəbdən Novorossiysk limanında işlər iflic olmuşdu. Bütövlükdə isə cari ilin hesabat dövründə "şimal" marşrutu ilə 1,605 mln. neft yola salınıb.
Dekabra kimi hər ay bu xəttlə 220 min ton neft axıdılacaq. Dekabrda isə göstərici 140 min ton olacaq. Bu, həmin dövrdə Novorossiysk limanında namünasib hava şəraitinin yara bilməsi ilə bağlıdır. Həm də o vaxt Azərbaycanın neft emalı zavodları neftdən daha çox mazut hazırlanması üçün istifadə edir.
Keçən il Novorossiysk terminalından 2,5 mln. ton azərbaycan ixrac nefti keçib. Bu ildə həmin marşrutla axıdılacaq neft təxminən əvvəlki səviyyədə qalacaq. Qeyd edək ki, bu marşrutla axıdılan neftin hər tonuna görə, respublikamız 15,60 dollar ödəyir (Müqayisə üçün: azərbaycan neftinin Bakı-Supsa kəməri ilə axıdılmasının hər tonu 2,7 dollara başa gəlir).


İLİN BAŞLANĞICINDAN AZƏRBAYCANDA 2,988 MLRD. KUB METR QAZ ÇIXARILIB

BAKI.04.08.2003.MEDIA-PRESS: İlin əvvəlindən Azərbaycanda 2,988 mlrd. kub metr qaz çıxarılıb ki , bu da nəzərdə tutulduğundan 2,5% çoxddur.Bunun 2,416 mlrd. kub metri ARDNŞ-in, 571,9 mln. kub metri isə ABƏŞ-in payına düşür. Müştərək müəssisələr 65,1 mln. kub metr qaz çıxablar.
Hesablamalara görə, bu il 5,04 mlrd. kub metr "mavi yanacaq" hasil ediləcək. Bunun 890 mln. kub metrini ABƏŞ, 4.15 mlrd. kub metrini ARDNŞ verəcək.
Respublkaının tələbatının ödənilməsi üçün ildə 10 mlrd. kub metr qaz lazımdır. Keçən il Azərbaycan "İtera" Beynəlxalq şirkətlər qrupundan 4 mlrd. kub metr "mavi yanacaq" alıb. Bu il "Azəriqaz" la həmin şirkətlər arasındakı müqaviləyə görə, daha 1,5 mlrd. kub metr əlavə qaz alınacaq.
Səngəçal neft terminalının genişləndirilməsi layihəsi çərçivəsində qaz qurutma qurğusu istifadəyə veriildikdən sonra republikamız əlavə həcmdə qaz alacaq. Bu gün həmin terminala daxil olan neftin hamısı su və qazdan ayrılır. Bu prosesdə alınan qaz yandırılır. Yeni qaz qurutma qurğusunun tikintisi imkan verəcək ki, qaz məşəl kimi yandırılmasın, əksinə, ARDNŞ-ə verilsin. Dövlət Şirkəti isə həmin qazı istehlakçılara çatdıracaqdır. Terminalda qaz məşəl halında yalnız fövqəladə hallarda yandırılacaqdır. Bu ideyanın reallaşması üçün ARDNŞ qaz qəbul edən xüsusi qurğu və Səngəçal qaz paylaşdırıcı məntəqəsinə kimi boru xətti çəkməyi planlaşdırır.


İYULDA ARDNŞ QAZMAÇILARI QUYU QAZILMASI PLANINI 32,8% ARTIQLAMASI İLƏ YERİNƏ YETİRİBLƏR

BAKI.04.08.2003.MEDIA-PRESS: İyun ayında ARDNŞ müəssisələri 13 533 metr quyu qazıblar ki, bu da planın 132,8%-dir. Keçilmiş məsafənin 13 024 metri istismar qazmasının, 509 metri (nəzərdə tutulduğundan-103,6% çox) isə- kəşfiyyat qazmasının payına düşyb. Bötövlükdə isə ARDNŞ üzrə yanvar-iyul aylarında 68 296 metr dərinliyində qazma işləri aparılıb ki, bu da nəzərdə tutulduğundan 1,7% azıdır.


RUSİYA 2004-CÜ İLDƏ NEFT İSTİXRACINA GÖRƏ DÜNYADA BİRİNCİ YERƏ ÇIXA BİLƏR?

BAKI.04.08.2003.MEDIA-PRESS: Rusiya 2004-cü ildə dünyada neft istehsalına görə, birinci yerə çıxa bilər. Bu barədə BP şirkətinin baş iqtisadçısı Piter Devis Rusiyanın RBC web-portalına müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, bu il Rusiya neft istehsalının həcmlərinə görə, hələ Səudiyyə Ərəbistanından geri qalacaq , lakin gələn il bu ölkəni qabaqlaya bilər. Məsələn, 2002-ci ildə Səudiyyə Ərəbistanının gündəlik hasilatı 8,68 mln. barrel olub. Ancaq bu ölkədə hasilatın səviyyəsi düşür. Rusiya isə neft istixracını ən azı 10 % artırmağı nəzərdə tutur. Xatırladaq ki, keçən il Rusiya və ABŞ -ın gündəlik hasilatı bərabər idi- 7,698 mln. barrel .


CHEVRONTEXACO RUSİYA NEFT ŞİRKƏTİ "YUKOS"UN SƏHMLƏRİNİN 25 FAİZİNİ ALMAQ BARƏDƏ DANIŞIQLAR APARIR

BAKI.04.08.2003. MEDIA-PRESS: Amerikanın neft-qaz nəhəngi- ChevronTexaco Rusiya neft şirkəti "Yukos"un səhmlərinin 25 faizini almaq barədə danışıqlar aparır. Bu barədə İngiltərənin Sunday Times qəzeti yazır. Bu sövdanın təxmini dəyəri 6,4 mlrd. dollara çata bilər. Naməlum mənbə qəzetə məlumat verib ki, Amerika şirkəti "Yukos" qarşısında yaranmış çətinliklərin onun "Sibneft"lə nəzərdə tutulan birləşməsini sual altına aldığını görəndə, onu satın almaq təklifini irəli sürmək qərarına gəlib.
ABŞ-ın ikinci böyük neft-qaz şirkəti sayılan ChevronTexaco avqustun 1-də 2003-cü ilin 2-ci rübü üçün hesabt təqdim edib. 3 ayda şirkətin xalis qazancı-1,6 mlrd., gəlirləri isə 29,4 mlrd. dollara çatıb. Keçən ilin eyni rübü ilə müqayisədə bu gəlirlər 16% artıb.
Lakin Britaniyanın daha bir nəşriyyəsi- "Guardian" ın yazığına görə, ChevronTexaco- un planlarına Rusiya iqtidarı əngəl ola bilər. Nəticədə "Yukos"un "Sibneft"lə planlaşdırılmış birləşməsi pozula bilər. Bu baxış Rusiya hökümətinin "Yukos" rəhbərliyinə qarşı son hərəkətlərinə əsaslanır. Təhlilçilərin fikrincə, Kreml istəmir ki, "Yukos" un başçısı M. Xodorkovskiyə, xüsusən indi- ölkədə seçkilər ərəfəsində həddən artıq hakimiyyətə yiyələnmək imkanı versin. "Guardian" zəzeti yazır: Bu səbəblər Rusiya iqtidarını ChevronTexaco ilə ehtimali sövdələşməyə qarşımağa da sövq edə bilər.
"Yukos"un özündə isə bu xəbərlər əsla şərh olunmur. Şirkətin mətbuat katibi Aleksand Şadrin RİA-Novosti agentliyinə deyib: "Biz şaiyələri şərh etmirik".