"ABB" İSVEÇ-İSVEÇRƏ ŞİKƏTİNİN MÜTƏXƏSSİSLƏRİ "AZƏRENERJİ" SC-YA UNİVERSAL HESABLAMA PROQRAMI KOMPLEKSİ VERƏCƏKLƏR
BAKI.06.08.2003.MEDIA-PRESS: Avqustun axırlarında Bakıya gələn ABB İsveç-İisveçrə şirkətinin mütəxəssisləri elektrik enerjisi hasilatını, sərfini və itkisini hesablamaq üçün Azərbaycan energetiklərinə universal proqram məcmusu verəcəklər.
"Azərenerji" SC-də verilən məlumata görə, ABB mütəxəssisləri Bakıya əvvəlki səfərləri gedişində "Azərbaycanın ötürücü infrastrukturunun bərpası proqramı" nı müzakirə edərkən milli energetika sahəsinin inkişafında başlıca amillərdən olan dispetçer sisteminin modernləşdirilməsinə böyük diqqət yetiriblər.
Bundan əlavə keçən ay ABB SCADA dispetçer idarəsi və ötürücü infrastrukuturun bərpası sisteminin tətbiqinə dair öz layihələrini rəsmən təqdim etmişdi. Bu layihələr "Azərenerji" SC-ya Almaniyanın KFW bankı tərəfində ayrılmış 17,3 mln. avro məbləğində kredit hesabına resallaşacaq.
Hər iki qurum arasında bu barədə saziş cari il vevralın əvvəlində imzalanıb. Bankın kredit vəsaitləri Azərbaycanın ötürücü vasitələrinin yenidən qurumasına və enerji sisteminin dispetçer idarəsinin müasir tələblərə cavab verən səviyyədə dəyişdirilməsinə yönələcək. Kredit 2003-2004-cü illərdə mənimsəniməlidir. Layihə çərsçivəsində 2,5 mln. avro energetikanın dispetçer idarəsi sisteminin tətəbiqinə xərclənəcək. 13 sistemyaradan yüksəkvoltlu yarımstansiyanın texniki təchizatı da nəzərdə tutulur. Mütəxəssislərin fikrincə bu, elektrik enerjisinin nəqli zamanı itikiləri 20-25% azaltmağa imkan verəcək.
"Azərenerji" SC KFW bankı ilə iş təcrübəsinə malikdir. 1998-ci ildə bu bank Səhmadr Cəmiyyətinə 30 mln. alman markası məbləğində güzəştli kredit ayırmışdı. 30 il müddətinə illik 0,75 faizlə verilmiş bu kredit çərçivəsində SİEMENS şirkəti Abşeron Agsu və Siyəzən rayonlarında 17 yüksək voltlu yarımsatnsiyanı modernləşdirib. Layihə 2001-ci ildə başa çatıb.
AZƏRBAYCAN MİLLİ BANKI (MB) KART ÖDƏNİŞLƏRİ ÜZRƏ PROSESSİNQ MƏRKƏZİ YARADIR
BAKI.06.08.2003.MEDIA-PRESS: Azərbaycan MB Ümumdünya Bankının (ÜB) "Maliyyə sektoruna texniki yardım göstərilməsi" layihəsi çərçivəsində ölkədə Kart ödənişləri üzrə prosessinq mərkəzi yaratmağa başlayır.
Xırda ödənişlər üzrə hesablama- klirinq sisteminin tərkib hissəsi olan belə mərkəzin yaradılması layihəsi Azərbaycanda ödənişlər sisteminin inkişafında növbəti addımdır.
MB mətbuat xidmətində Media-Pressə bildiriblər ki, artıq Mərkəzin yaradılması ilə əlaqədar Beynəlxalq və lokal (yerli) plastik kartların buraxılması üçün avadanlıq alınması və proqram təminatı üzrə müvafiq tender elan edilib.
Milli Bankda qeyd ediblər ki, belə plastik kartların buraxılışı həm müasir telekommunikasiya şəbəkəsinə malik olan şəhərlərdə, həm də belə şəraiti olmayan rayonlarda əməliyyat aparmaq imkanı verəcək. Bu isə öz növbəsində nağdsız əsasda xırda ödənişlərin icrasını təmin edəcək. Bununla yanaşı Azərbaycanın rayonlarında Prosessinq Mərkəzinin plastik kartlarının köməyi ilə təqaüd və ödəncləri vermək, habelə kommunal xidmətlər üzrə rüsumları yığmaq mümkün olacaq.
ÜB-nın planlarına görə, kart ödənişləri üzrə Prosessinq Mərkəzinin yaradılmasına dair müqavilənin 2004-cü ildə imzalanması nəzərdə tutulur. ÜB "Maliyyə sektoruna texniki yardım göstərilməsi" layihəsini 2001-ci il iyunun 6-da bəyənib. 5 ilə nəzərdə tutulan bu layihə 2006-cı il fevralın 28-də başa çatacaq. Ümumi dəyəri 5,4 mln. dollar olan bu layihənin 400 000 dollarını Azərbaycan höküməti ayrıcaq.
Layihə respublikanın bank infrastrukutrunun inkişafını və yenidən qurulmasını, maliyyə strategiyasını hazırlanmasını nəzərdə tutur.
Layihə Azərbaycanda bank infrastrukutrunun yenidənqurulması və inkişafını, maliyyə strategiyasının işlənməsini nəzərdə tutur. Azərbaycan Milli Bankının gələcək strategiyasının formalaşdırımasında, ona məsləhət xidmətləri və yarıdımın təmin edilməsi, özəl bank sektorunun tənzimlənməsi, beynəlxalq standartlara müvafiq mühasibat uçotunun tərtibində Birləşmiş Universal Banka məsləhət xidmətləri göstərilməsi bu layihənin başlıca ünsürləridir.
SENTYABRDA BAKIDA 9-CU AZƏRBAYCAN BEYNƏLXALQ "SƏHİYYƏ- 2003" SƏRGİSİ AÇILACAQ
BAKI.06.08.2003.MEDIA-PRESS: Sentyabrda Bakıda 9-cü Azərbaycan Beynəlxalq "Səhiyyə-2003" sərgisi keçiriləcək. Britaniyanın İTE Group PLC və onun Cənubi Qafqazda yaxın tərəfdaşı Iteca Caspian Ltd tədbirin təşkilatçılarıdır. İlkin məlumata görə, Azərbaycan, Gürcüstan, Rusiya, Mərkəzi Asiya repsublikaları, Türkiyə, İran, Qərbi və Şərqi Avropa ölkələrinin şirkətləri sərgidə öz məhsullarını nümayiş etdiriləcəklər. Sərgi ilə 12 mindən çox adamın tanış olacağı ehtimal edilir.
İştirakçı şirkətlər dərmanşünaslıq, tibbi və stomatoloji avadanlıq sahələrində, müalicə və xəstəliyin müəyyənləşdirilməsi üçün elektronika və optikadan istifadə olunması sahələrində qazandıqları nailiyyətlərini, həmçinin gigiyena və kosmetika vasitələrini, müxtəlif ədvələri təqdim edəcəklər.
Qeyd edək ki, Azərbaycan Əczaçılıq bazarının həcmi 120 mln. dollara yaxındır. Bu bazarda Şərqi Avropa, ABŞ, Rusiya, Türkiyə və Hindistan əczaçılarının məhsulları üstünlük təşkil edir.
Azərbaycanda özəlləşmənin ikinci mərhələsinin tətbiqi zamanı 300-dən çox tibbi müəssisə dövlət tabeçiliyindən çıxarılaraq ayrı-ayrı şəxslərə veriləcək ki, bu da tibb avadanlığına tələbatı artıracaq. Bu il Azərbaycan Dövlət büdcəsindən səhiyyəyə təqribən 85 mln. dollar xərclənəcək. Bu vəsaitin 45 mln. dolarından çoxu tibbi avadanlıq alınması üçün ayrılıb.
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MÜAYİNƏ VƏ MÜALİCƏNİ DAVAM ETDİRMƏK ÜÇÜN KLİVLENDƏ YOLA DÜŞÜB
BAKI.06.08.2003.MEDIA-PRESS: Azərbaycan Dövlət Tteleqraf agentliyi (AzərTac) Türkiyədən xəbər verir ki, respublika prezidenti Heydər Əliyev avqustun 6-da Bakı vaxtilə saat 12.30-da Ankaradan ABŞ-ın Klivlend şəhərinə yola düşüb. Məqsəd müayinə və müalicəni orada davam etdirməkdir.
AZƏRBAYCANIN BAŞ NAZİRİ PREZİDENT SEÇKİLƏRİNDƏ İŞTİRAKI İLƏ ƏLAQƏDAR ÖZ VƏZİFƏLƏRİNİN İCRASINI MÜVƏQQƏTİ DAYANDIRACAQ
BAKI.06.08.2003.MEDIA-PRESS: Azərbaycanın baş naziri İlham Əliyev oktyabrın 15-də ölkədə keçiriləcək prezident seçkilərində iştirakı ilə əlaqədar öz vəzifələrinin icrasını yaxın günlərdə müvəqqəti dayandıracaqdır. Bu barədə Mərkəzi Seçki Kommisyasının (MSK) katibi İnqilab Nəsirov məlumat verib.
Onun sözlərinə görə, beləliklə, Azərbaycanın Seçki Məcəlləsinin 69-cü maddəsinə əməl ediləcək. Maddədə oxuyuruq: MSK-da qeydiyyatdan keçmiş dövlət başçısı vəzifəsinə namizədlər dövlət vəzifəsi tuta bilməzlər. İ. Nəsirov məlumat verib ki, " İlham Əliyev seçki tədbirləri dövründə baş nazir səlahiyyətlərinin icrasını müvəqqəti dayandırması barədə rəsmi məktubla MSK-ya yaxın 3 gün ərzində müraciət edəcək" .
Ölkə qanunlarına görə, İlham Əliyev MM-in (Parlamentin) vəkili vəzifəsindən də istefa verməlidir. Ona görə ki, hökümət başçısı qanunvericilik orqanında təmsil oluna bilməz.
Bir qədər əvvəl, baş nazir təyin olunduğu gün İlham Əliyev tutduğu vəzifəni- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsini tərk edib.
Bu arada Nazirlər Kabinetinin yeni başçısının adına dövlət və hökümət başçılarının, xarici ölkələrin beynəlxalq təşkilatları və işgüzar dairələri rəhbərlərinin təbrik teleqramları daxil olmaqda davam edir.
Llham Əliyevi Avropa Şurası Parlament Assambleyasının sədri Piter Şider, Gürcüstan prezidenti Eduard Şevardnadze, Türkiyənin baş naziri Recep Teyyub Erdoğan, İranın birinci vitse-prezidenti Məhəmməd Reza Aref, Rusiya işgüzar dairələrinin nümayəndələri təbrik ediblər.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Filipp Riker deyib ki, Baş idarə Azərbaycan respublikasının yeni təyin edilmiş baş naziri İlham Əliyevlə əməkdaşlıq edəcəyinə ümid bəsləyir.
Dövlət Departamentinin rəsmi xəbərinə görə, Birləşmiş Əyalətlər baş nazir İlham Əliyevlə ikitərəfli amerika-azərbaycan əlaqələri də daxil olmaqla, çoxtərəfli əməkdaşlığa hazırdır. ABŞ Dövlət Departamenti ümidvar olduğunu bilidrib ki, İlham Əliyev Azərbaycanda iqtisadi və demokratik islahatlar xəttini davam etdirmək, həmçinin bu ilin payızında prezident seçkilərini uğurla keçirmək üçün səylərini əsirgəməyəcək.
ARDNŞ-İN AVQUST NEFTİNİ İSVEÇRƏNİN VITOL S.A. İ TAURUS PETROLEUM ŞİRKƏTLƏRİ ALDI
BAKI.06.08.2003.MEDIA-PRESS: Azərbacan Dövlət Neft Şirkətinin Bakı-Novorossiysk marşrutu ilə ixrac etdiyi neftin alıcısı İsveçrənin VITOL S.A. Taurus Petroleum şirkətləri oldu.
ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində (MİƏİ) Media-Pressə verilən məlumata görə, VİTOL.S.A. avqust neftinin 80 min tonunun satın alınması üzrə keçirilmiş birinci tenderin qalibi elan edilib. Bu neft Novovrossiysk limanından avqustun 10-11-də yola salınmalıdır. Taurus Petroleum şirkəti avqust neftinin qalan 140 min tonunu alıb və onu həmin terminaldan avqustun 22-si-28-i arası yola salmalıdır.
Xatırladaq ki, VİTOL S. A. bu ilin iyul ayında da ARDNŞ-in 80 min ton neftini alıb onu Novorossiysk limanından iyulun 29 və 30-da tankerlərə yükləyibdir.
Bu ilin dekbrına kimi "şimal marşrutu" ilə hər ay 220 min ton, dekabrda isə 140 min ton neft axıdıılacaq. Bu, həmin dövrdə əlverişsiz hava şəraiti ilə bağlı Novovrossiysk limanında yarana biləcək problemlərlə izah olunur. Həm də qışda xam neftdən mazut istehsalı üçün Azərbaycanın emal zaodlarına daha çox neft gərəkdir
Bütövlükdə 2003-cü ildə ARDNŞ Bakı-Novorossiysk marşrutu ilə 2,5 mln. ton neft göndərməlidir. İlin əvvəlindən bəri bu xətlə 1,605 mln. ton neft yola salınıb.
İSVEÇRƏNİN VİTOL S. A. ŞİRKƏTİ AÇG LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCAN MƏNFƏƏT NEFTİNİN SATIN ALINMASI ÜZRƏ KEÇİRİLƏN TENDERİN QALİBİDİR
BAKI.06.08.2003.MEDIA-PRESS: İsveçrənin VİTOL S. A. şirkəti "İlkin neft layihəsi çərçivəsində "Çıraq" ("Azəri-Çıraq-Günəşli" müqavilə sahəsi ) yatağından Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) çıxardığı Azərbaycanın mənfəət neftinin növbəti qismətinin satın alınması üzrə tenderin qalibidir
ARDNŞ-_də Media-Pressə bildiriblər ki, Azeri Light -in 1 mln. barrel həcmindəki bu nefti avqustun 5-6-da Gürcüstanın Supsa limanından tankerlərə vurulacaq. Azərbaycan mənfəət nefti 28-ci dəfə bu limandan yola salınacaq.
İyulun axırına olan məlumata görə, ABƏŞ tərəfdaşları "İlkin neft" layihəsinin reallaşdırılması çərçivəsində Supsa limanından 184 tanker (23,3 mln. ton), o cümlədən Azərbaycan mənfəət nefti ilə doldurulmuş 27 tanker (3,6 mln. ton) yola salıblar.
Azərbaycan mənfəət neftinin alınması məqsədilə 2 ayda 1 dəfə tender keçirilir. Sonralar AÇG layihəsində ARDNŞ-in neft payı artdıqca, şirkət xarici neft emalı zavodlarına müntəzəm olaraq xammal yola sala və belə zavodlarla uzunmüddətli sazişlər bağlaya bilər.
İLİN ƏVVƏLİNDƏN BƏRİ ARDNŞ "AZƏRİQAZ" SİSTEMİNƏ 1,27 MLRD. KUB METR QAZ VERİB
BAKI.06.08.2003.MEDIA-PRESS: İlin əvvəlindən bəri Azərbaycan Dövlət Neft Şirkəti 2,446 mlrd. kub metr qaz istixrac edib. Bu yanacağın 1,27 mlrd. kub metri "Azəriqaz" SC sisteminə verilib ki, bu da nəzərdə tutulduğundan 18,2 % çoxdur. Qalan 1,225 mlrd. kub metr Azərbaycan qaz emalı zavoduna (nəzərdə tutulduğundan 12,1% az) verilib.
"Azəriqaz" iyulda 170,5 mln. kub metr (plandan 8,6% çox), Qaz emalı zavodu isə 188,6 mln. kub metr (nəzərdə tutulduğundan 7,5% az) alıb.
Respublikanın təbii qaza illik tələbatı 10 mlrd. kub metrdir. Bu həcmin 5 milyardı əhalinin və sənaye müəssisələrinin tələbatının ödənilməsinə, 5 milyardı isə elektrik stansiyalarına sərf edilir. Keçən il Azərbaycan "İtera" Beynəlxalq Şirkətlər Qrupundan 4 mlrd. kub metr qaz alıb. Bu il "Azəriqaz" SC ilə "İtera" arasında müqaviləyə əsasən idxal daha 1,5 mlrd. kub metr artırılacaq. Azərbaycan özü isə hazırda ildə cəmi 5 mlrd.kub metr qaz çıxara bilir.
İdxalın artırılması respublika rayonlarının təbii qazla təmini üçün lazımdır. Bu günə kimi Azərbaycanın 60-dan çox rayonu qazla təmin olunub. Qaz ilk növbədə müvafiq infrastrukturu, yəni qaz boruları şəbəkəsinə malik olan rayonlara verilir. Rayonlara ayda orta hesabla 70 mln. kub metrə yaxın qaz verilir.
BVF-NİN RUSİYADAKI DAİMİ NÜMAYƏNDƏSİ HESAB EDİR Kİ, RUSİYA BÜDCƏSİ GƏLİRLƏRİNİN NEFTİN QİYMƏTLƏRİNDƏN ASILILIĞI BÖHRANDAN ƏVVƏLKİ SƏVİYYƏ İLƏ MÜQAYİSƏDƏ 5 DƏFƏ ARTIB
BAKI.06.08.2003.MEDIA-PRESS: Beynəlxalq Valyuta Fondunun (BVF) Rusiyadakı daimi nümayəndəsi Quhun Kvon neftin qiymətlərinin Rusiya büdcəsinə təsiri haqqında məruzə edib. Onun hesablamalarına görə, 1998-ci ildən sonra büdcə gəlirləri artımının təqribən 80 faizini neft sahəsi təmin edib. Bununla da son vaxtlar yayılmış fikrin- Rusiyanın son illərdəki uğurlarının guya vergi islahatı, siyasi sabitlik və iqtisadi inkişafla bağlı olması fikri təkzib edilir. Quhun Kvon bu üç amilin rolunu ikinci dərəcəli sayaraq, qeyd edir ki, onun mövqeyi BVF-nın rəsmi mövqeyi ilə üst-üstə düşməyə bilər, hesablamalarında isə qərəzsiz səhflər ola bilər. Bu barədə "Vedomosti" məlumat verir.
İqtisadçı öz mövqeyinin düzgünlüyünü təsdiq etmək üçün neft ixrac edən 11 ölkədə büdcə gəlirlərinin dinamikasını (artımını) təhlil edir. Müqayisələr göstərir ki, böhrandan sonrakı dövrdə Rusiya gəlirlərinin artması neft ixrac edən başqa ölkələrdəkindən fərqlənmir. Belə ki, həmin ölkələrdə ümumi daxili məhsula (ÜDM) nisbət gəlirlərin orta həcmi 1998-ci il səviyyəsi ilə müqayisədə təqribən 30% artıb.
BVF mütəxəssisi Rusiyanın urals növlü neftinin 1 barrelinin qiymətinin 12 -24 dollar arasında olarsa böhrandan sonrakı illərdə neft şirkətlərinin ödəyəcəyi vergilərin məbləğinin necə dəyişəcəyini hesablamağa çalışıb. Beləliklə, o, büdcə gəlirlərinin sabitlik dərəcəsini qiymətləndirib və bu nəticəyə gəlib ki, 2003-cü il büdcəsinə neft qiymətlərinin təsiri böhrandan əvvəlki səviyyədən 5 dəfə yüksəkdir.
İqtisadçının hesablamalarına görə, əgər bu il də neftin 1 barreli 1998-ci il defoltu (rublun dollara nisbət qiymətdən düşməsi) dövründə olduğu kimi 12 dollara düşərsə, 2003-cü ilin büdcəsi 400 mlrd. rubl (13 mlrd. dollar), yaxud ÜDM-in 3 faizi həcmində gəlirdən məhrum olardı. Bu, Rusiyanın gələn il ödəyəcəyi xarici borclarının təqribi məbləğinə bərabərdir.
Rusiya iqtisadçıları Q. Kvonun baxışlarını tam bölüşməsələr də, RF baş nazirinin müavini, Maliyyə naziri Aleksey Kudrin Dövlət Duması fraksiyaları Əlaqələndirmə şurasının nümayəndələri ilə görüşdə etiraf edib ki, Rusiya iqtisadiyyatının neft qimyətlərindən asılılığı son bir neçə ildə artıb.
Onun sözlərinə görə, 1999-cü ilə kimi olan onillik dövrü götürsək, neftin hər barrelinin illik orta qiyməti 18,5 dollar olub. Növbəti 10 ililk dövrü 2003-cü ilə kimi götürsək, bu bir neçə ildə barrelin illik orta qiyməti 20 dollardan da çox olub. Son 3 ildə neftin orta qiyməti 23-26 dollar arasında müəyyənləşib və bu səbəbdən də neftin qiymətinin ölkə büdcəsinə təsirini inkar etmək olmaz. A. Kudrin daha sonra qeyd edib ki, yalınz 1997-ci ildə əhalinin real xərcləri səviyyəsinə çatmaq mümkün olub. 1998-ci il böhranından sonra rubl 2-3 dəfə ucuzlaşdı və biz 1997-ci il xərcələrinin səviyyəsinə çatmağa yalnız indi müvəffəq olmuşuq.
İRAQ NEFT İNFRASTRUKTURUNUN BƏRPASI 1,14 MLRD. DOLLARA BAŞA GƏLƏCƏK- ABŞ HƏRBİ İNŞAATÇILARI BELƏ HESAB EDİRLƏR
BAKI.06.08.2003.MEDIA-PRESS: Amerika hərbi mühəndislərinin tərtib etdikləri plana görə, İraqda neft sənayesinin bərpasına ən azı 9 ay vaxt və 1,14 mlrd. dollar azımdır.
Dünən açıqlanmış bu plan İraqın neft nazirliyi məmurlarının, ABŞ hərbi mühəndislərinin və Halliburton-un filialı Kellogg Brown & Root xidmət şirkəti nümayəndələrinin iyul ayında keçirdikləri müşavirənin məhsuludur. Bununla belə müəlliflər hesab edirlər ki, planın icrası müddəti təxribatların və yataqlarda neft avadanlığının oğurlanması hallarının tez-tez təkrarlanması səbəbindən pozula bilər.
3 mərhələdə həyata keçirilməli olan bu bərpa planı dəyəri 500 min dollardan 500 mln. dollaradək olan müqavilələr təklif edir. Sifarişlər avqustun 14-dən qəbul edilir. Müsabiqənin qalibləri 2003-cü il oktyabrfın ortalarında aşkarlanacaq. Sonuncu obyekt gələn il martın 31-də istifadəyə verilməlidir. İşlərin icrasına nəzarət İraqın maliyyə nazirliyinə,maliyyələşdirilmə- Amerika ordusuna, təchizat işləri isə- Kellogg Brown & Root şirkətinə tapşırılıb. Bu barədə Dow Jones məlumat verir.
ABŞ ALMANİYANIN RWE ŞİRKƏTİNİ ENERGETİKA SAHƏSİNDƏ LİVİYA İLƏ ƏMƏKDAŞLIĞINA GÖRƏ CƏZALANDIRMAĞA HAZIRDIR
BAKI.06.08.2003.MEDIA-PRESS: Amerika hökümətinin nümayəndələri Almaniyanın RWE xidmət şirkətini xəbərdar edib ki, Liviyadakı layihəsinin reallaşmasını davam etdirərsə, onun ABŞ-dakı əməliyyatlarına qadağa qoyula bilər. Financial Times qəzetinin məlumatına görə, RWE şirkətinin 5 il ərzində Liviyada neft-qaz istixracına dair müqaviləsi var idi və onun bu sahəyə təqribən 64 mln. dollar sərmayə qoyacağı gözlənilirdi.
ABŞ-da Qadağalar haqqında qanuna (İLSA) görə (bu qanun Avropa İttifaqında kəsgin etirazlar doğurur), İran, yaxud Liviyanın energetika bölməsinə ildə 20 mln. dollardan artıq sərmayə qoyan hər bir şirkət cəzalandırılır. Maraqlıdır ki, cərimələr yalnız Amerika şirkətlərinə tətbiq edilməli olduğu halda, təcrübədən də göründüyü kimi, ABŞ höküməti İLSA qanununun qüvvəsini dəfələrlə xarici şirkətlərə də, məsələn, neft-qaz sahəsində İranla əməkdaşlığı genişləndirmək istəyən fransız neftçilərinə də şamil edibdir.
İL ƏRZİNDƏ AZƏRBAYCANDA ELEKTRİK ENERJİSİ HASİLATI 13 FAİZDƏN ÇOX ARTIB
BAKI.06.08.2003.MEDIA-PRESS: Azərbaycanın energetika sistemi iyul ayında 1,388 mlrd.kvt/saat elektrik enerjisi hasil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 % çoxdur. Bu enerjinin 1,255 mlrd. kvt/ saatı Dövlət rayon elektrik stansiyalarında (DRES) və yalnız 133 mln. kVt/ saatı su elektrik stansiyalarında (SES) istehsal edilib. Bütövlükdə 7 ayda ölkədə 12,383 mlrd. kVt/saat enerji hasil edilib ki, bu da ötən ilin müvafiq dövründəkindən 13,1% çoxdur. Dreslərdə- 10,716 mlrd., SESlərdə-1,766 mlrd. kVt/saat istehsal edilib.