AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEV "LİDER" YARIMDALMA QAZMA QURĞUSU İLƏ TANIŞ OLUB
BAKI.08.08.2003.MEDİA-PRESS: Avqustun 7-də Azərbaycanın baş naziri İlham Əliyev iyulda istismara verilmiş "Lider" yarımdalma qazma qurğusu ilə ətraflı tanış olub. Bu müasir üzən qurğunun tikintsisində iştirak etmiş "Keppel Fells" Sinqapur korporasiyasının başçısı Lim Çi qurğunun texniki imkanları barədə respublika hökümətinin başçısına ətraflı məlumat verib.
Layihənin operatoru Danimarkanın Maersk Contractors, sifarişçisi isə Amerikanın Exxon Mobil şirkətləridir. Əvvəllər DSS-20 adlanmış 250 mln. dollar dəyərində olan "Lider"in tikintisi 2001-ci ilin yayından etibarən eyni vaxtda Bakıda Azərbaycan-Rusiya və Sinqapur Casrian Shiryard Comrany Ltd müştərək müəssisəsi və Sinqapurda Keppel Fells şirkəti tərəfindən aparılıb. "Lider" yarımdalma qazma qurğusu dəniz dərinliyinin 75 metrdən 1025 metrədək çatdığı yerlərdə 9144 metr dərinliyində quyu qaza bilər.
İlham Əliyev Xəzər ehtiyatlarının mənimsənilməsində mühüm rol oynamalı olan bu qurğu ilə hərtərəfli tanış olub.
"lider" Exxon Mobil-in operatoru olduğu "Naxçıvan", "Zəfər-Məşəl" müqavilə sahələrində, həmçinin "Yalama" (operatoru "Lukoyl"dur) yatağında kəşfiyyat quyuları qazacaq. Ehtimal olunur ki, yarımdalma qurğusu artıq sentyabrda özünün ilk işinə başlayacaq. Beləliklə, indi Xəzərin Azərbaycan bölməsində işləyən yarımdalma qazma qurğuları parkında artıq 4 belə qurğu vardır.
BU İLİN YANVAR-İYUL AYLARINDA "ÇIRAQ" YATAĞINDAN 3,776 MLN. TON NEFT ÇIXAPILIB
BAKI.08.08.2003.MEDİA-PRESS: Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 2003-cü ilin yanvar-iyul aylarında "Çıraq" yatağından 3,776 mln. ton neft çıxarıb ki, bu da ötən ilin eyni dövründəkindən 119 min ton çoxdur.
BP-Azərbaycan mətbuat xidmətində Media-Pressə məlumat veriblər ki, bu ilin iyul ayında yataqdan 565 min ton (keçən il olduğundan 4 min ton az) neft çıxarılıb. BP-nin planlarına görə 2003-cü ildə buradan 6,45 mln. ton neft çıxarılacaq.
2003-cü ilin yanvar-iyul aylarında ABƏŞ Bakı-Supsa Qərb kəməri ilə 3,583 mln. ton (2002-ci ilin yanvar-iyulunda- 2,915 mln. ton) neft ixrac edib ki, bunun 570 min tonu iyul ayının payına düşür.
"Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib. Layihənin iştirakçıları aşağıdakılarır: VR (34,1367% - operator), Amerikanın Unocal (10,2814%), ExxonMobil (8,0006%), Devon Energy (5,6262%) i Amerada Hess (1,0413%) şirkətləri, ARDNŞ (10%), Yaponiyanın Inrex Corr. (10%) və ITOCHU Oil (3,9205%), Norveçin Statoil (8,5633%), Türkiyənin TPAO (6,75%) və Səudiyyə Ərəbistanın Delta Oil (1,68%) şirkətləri.
RF-DƏN NEFT İXRACI 16 % ARTIB
BAKI 08. 08. 2003. MEDIA-PRESS: 2003-cü ilin yanvar-iyun aylarında RF-dən neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 % artaraq, 106,019 mln. tona çatıb. Həmin müddətdə ixrac neftindən alınan pul 17,7 mlrd. dollar ( artım -43%) olub. Rusiyadan uzaq xaricə, o cümlədən, Baltiksahili ölkələrə 87,2 mln. ton neft ( 15,4 mlrd. dollar ) göndərilib. MDB məkanına isə bu ilin 6 ayında 18,8 mln. ton neft ( 2,27 mlrd. dollar ) satılıb. Bu müddətdə Rusiya qaz ixracını 1,5 % artırıb.
RF PREZİDENTİNİN XƏZƏR ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ HESAB EDİR Kİ, DƏNİZİN MÜHÜM PROBLEMLƏRİNİN HƏLLİ SAHİLYANI ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILIRININ İRADƏSİNDƏN ASILIDIR
BAKI. 08.08.2003. MEDİA-PRESS: Volqa çayı da daxil demilitarizasiya, balıq ovu zonalarının, azad gəmiçiliyin yaradılması, sahilyanı ölkələrin sərhədlərinin müəyyənləşdirilməsi məsələləri- Xəzər üzrə ümumi razılaşmalar əldə edilməsinin mühüm problemləridir. Rusiya Xarici işlər nazirinin müavini, ölkə prezidentinin Xəzərin hüquqi statusunun tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Viktor Kalyujnı bu fikirdədir. BMT-nin himayəsi ilə Bakıda keçirilmiş "Böyük Volqa yolu" beynəlxalq konfransındakı çıxışında o, qeyd edib ki, bu məsələlər Xəzəryanı dövllətlərin XİN müavinləri səviyyəsində olan işçi qrupların səlahiyyətindən kənara çıxır və yalnız bu dövlətlərin başçıları tərəfindən həll edilə bilər.
Rusiyalı diplomat Xəzərin hüquqi statusu üzrə danışıqlar prosesində irəliləyiş müşahidə olunduğunu və bunun təzahürü kimi, son vaxtlar İranın Türkmənistan və Azərbaycanla müntəzəm şəkil almış təmaslarını qeyd edib. "Bu, İranın Xəzər probleminin həllini tapmaq meylindən xəbər verir" deyən Kalyujnı Rusiyanın bu prosesi dəstəklədiyini vurğulayıb. Xəzərin demilitarizasiyası ( hərbisizləşdirilməsi ) problemi üzərində dayanan RF prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, "bu çox ciddi məsələdir" və sahilyanı dövlətlərin başçıları səviyyəsində həll olunmalıdır. O ki, qaldı Xəzərdə Rusiyanın hərbi qüvvələrinin saxlanmasına, diplomatın sözlərinə görə, "Xəzər donanmasını Rusiya yaratmayıb: Onu Azərbaycan, Qazaxıstan və Türkmənistan da daxil bütün Sovetlər İttifaqı yaradıb."
Kalyujnının əqidəsincə, bu gün həmin məsələni qaldırmağa ümumiyyətlə ehtiyac yoxdur. RF XİN başçısının müavini deyib: "Mən prezidentə görə cavabdeh ola bilmərəm, ancaq düşünürəm ki, Rusiyanın Xəzərdəki donanmasını ləğv etmək, ən azı, sağlam təfəkkürdən uzaqdır".
İRAN XƏZƏRDƏ QAZMA İŞLƏRİNƏ BAŞLAMAĞA HAZIRLAŞIR
BAKI. 08.08.2003. MEDIA-PRESS: Xəzərdə yataqların kəşfiyyatında istifadə ediləcək "Mazandaran" yarımdalma qazma qurğusu 59% hazırdır. İran Milli Neft Şirkətinə (MNŞ) istinad edən "Tehran Times" qəzetinin bu barədə məlumatında layihənin 215 mln. dollara başa gələcəyi və Iran Maritime Industries (Sadra) ilə İsveçin GVA-C korporasiyasının daxil olduqları konsorsiumun həyata keçirəcəyi bildirilir.
Qəzet işlərin cədvələ uyğun getdiyini və yarımdalma qurğusunun sifarişçiyə 2004-cü ilin ortalarında təhvil veriləcəyini qeyd edərək, "Mazandaran"ın texniki təchizatı barədə heç nə yazmır. Məlum olan budur ki, bu qurğu ilə qazma işləri Xəzərin dərin məntəqəsində aparılacaq.
"Mazandaran" yarımdalma qazma qurğusundan istifadə etməklə, İran tərəfinin məhz hansı yataqda işə başlayacağı haqqında hələlik rəsmi məlumat yoxdur. Xəzərin İran hissəsində Royal Dutch Shell -İngiltərə-Holland şirkətinin apardığı seysmik kəşfiyyat məlumatı orada ən azı 10 mlrd. barrel neft olduğunu ehtimal etməyə imkan verir. "Tehran Times" yazır ki, münbit yataqların kəşfiyyatını aparmalı olan Beynəlxalq Konsorsium da hələlik təşəkkül tapmayıb.
İRAN QAZI BU ÖLKƏYƏ DAHA 400 İL BƏS EDƏR
BAKI. 08.08.2003. MEDIA-PRESS: Yanacaq- Energetika Sənayesi İran iqtisadiyyatının ən münəzzəm inkişaf edən bölməsidir. İran İslam Respublikası Məclisi Energetika Kommissiyasının üzvü Seyid Əhməd Əzimi bu amili vurğulayaraq əlavə edib ki, İranda avtomobil yanacağı istehlakı dünyanın aparıcı ölkələrinin orta statistik göstəricilərini üstələyir. Belə ki, əgər Avropada - bir maşın orta hesabla 3-4 litr, yükdaşımaların böyük qismi avtomobil nəqliyyatının üzərinə düşən ABŞ-da- 7-8 litr benzin sərf edirsə, İranda bu göstərici 11 litrə çatır.
Yanacaq bölməsinin özəlləşdirilməsinə toxunan Əzimi deyib ki, bu sahə neft, qaz və elektrik enerjisi qismlərinə bölünəcək. Neft sahəsi də öz növbəsində istixrac, emal, hasilat və müxtəlif yanacaq növlərinin satışından ibarət olacaq. Hal-hazırda biz neft emalı zavodlarını (NEZ) özəlləşdirə bilmərik. Ona görə ki, iqtisadiyyatın bu bölməsində dövlət sərmayəsi üstünlük təşkil edir. Ancaq başlanğıc üçün biz yanacaqdoldurma stansiyalarını özəlləşdirə bilərik. Sonra növbə qarışıq fəaliyyət növlü müəssisələrə, zaman keçdikcə və bu sahədə özəl bölmə üstünlük təşkil etdikcə, NEZ-lərin də özəlləşdirilməsinə keçə bilərik.
Ölkənin enerji resursları ilə təminində "Cənubi Pars" qaz yatağının mühüm rolunu qeyd edən Əzimi xatırladıb ki, ən iri yataqlardan olan bu mənbədə bütün dünyanın qaz ehtiyatının 8 faizi toplanıb. 30-40 ildən sonra dünya neft yataqlarının tükənəcəyini nəzərə alsaq, İran "mavi yanacaq" ixrac edən sair ölkələr qarşısında çox böyük üstünlüyə malik olacaq. Əgər İranda istehlak indiki səviyyədə qalarsa, qaz ehtiyatı bu ölkəyə daha 400 ilə bəs edər. Əzimi belə deyib.
"QAZPROM" ORTA ASİYA RESPUBLİKALARINDA MÖVQELƏRİNİ MÖHKƏMLƏDİR
BAKI. 08.08.2003. MEDİA-PRESS: Daşkənd birmənalı olaraq bunda maraqlıdır ki, həm Rusiya "Qazprom"u Özbəkistanda yataqların mənimsənilməsi ilə məşğul olsun, həm də Orta Asiyanı Rusiya ilə birləşdirən qaz xəttindən mümkün qədər səmərəli istifadə edilsin. Səmərqənddə Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra bu bəyanatı verən Özbəkistan prezidenti İslam Kərimov həm də, "Qazprom"un təkcə Rusiyada deyil, Qazaxıstan və Özbəkistanda da operator olmasını istəyib.
Vladimir Putin "Qazprom"la "Uzbeknefteqaz" arasında 2002-ci ilin axırlarında bağlanmış strteji əməkdaşlıq sazişinin "tam bəyənildiyini" Səmərqənddə yüksək səviyyədə bəyan etdikdən sonra İslam Kərimov həmin fikri söyləyib. Bu saziş özbək qazının Rusiyaya ixracının 2003-cü ildə olan 5 mlrd. kub metrdən 2010-cu ildə 10 mlrd. kub metrədək artırılmasının nəzərdə tutur.
Rusiya prezidenti məlumat verib ki, "Qazprom"un İdarə heyətinin sədri Aleksey Miller "Uzbeknefteqaz" şirkətinin başçısı Şavkat Majitovla Özbəkistanın Ustyurd yataqlarının geoloji kəşfiyyatı və işlənməsində əməkdaşlıq barədə saziş imzaladılar. Bu saziş məhsulun bölünməsi prinsipinə əsaslanır. Millerin mətbuat katibi Serqey Kupriyanovun şərhinə görə bu yataqlarda bütün zəruri infrastruktur vardır, ancaq modernləşdirmə üçün sərmayə tələb olunur.
"Qazprom" özbək qazının birgə hasilatı və ixracı barədə "Uzbekneftqaz"la ötən ilin axırında saziş imzaladıqdan sonra, Özbəkistandakı mövqelərini möhkəmlətməyə başlayıb. O vaxta kimi Özbəkistanda yataqların işlənməsi və mənimsənilməsi ilə "İtera" və "Lukoyl" məşğul olurdular.
Türkmən qazını Rusiyaya çatdıran Orta Asiya-Mərkəz xətti Özbəkistandan keçir. Aprel ayında Miller Türkmənistan prezidenti Saparmurat Niyazovla da saziş imzalayıb. Sənədə görə, "Qazprom"un qurumu "Qazeksport" 2028-i ilə kimi 2 trln. kub metr türkmən qazı almalıdır. "Qazprom"un mətbuat xidmətinin nümayəndəsi Kupriyanovun dediyinə görə, Səmərqənd danışıqlarından sonra, Özbəkistan əslində "Qazprom"un türkmən qazı tranzitinin operatoru stutusunu möhkəmlədib. (Buna qədər bir çox təhlilçilər hesab edirdilər ki, türkmən qazının Rusiyaya tranziti məhz Özbəkistanın mövqeyi üzündən ciddi əngəllərlə rastlaşa bilər. Məlumdur ki, Daşkəntlə Aşqabadın münasibətləri kifayət qədər sərindir. Həm də Özbəkistan Rusiyaya türkmən qazının yolunu açmaqda maraqlı deyildi, çünki öz "mavi yanacağını" satmağı üstün tuturdu.- Media-Press).
Kəmərin Özbəkistan hissəsində mövcud olan şəbəkələri artan qaz həcmlərinin nəqli üçün kifayət etmədiyinə görə, "Qazprom" qurğuların sayını 2 dəfə artırmağa, başqa sözlə desək, 2007-ci ildə 90 mlrd. kub metrədək qaz ötürə bilən borular çəkilməsini maliyyələşdirməyə hazır olduğunu bildirib.Kupriyanov qeyd edib ki, "Qazprom" bunun üçün "Uzbektransqaz" nəqliyyat şirkəti səhmlərinin 44 faizinin alınması məqsədilə keçiriləcək tenderdə iştirak edəcək.
Alfa-bankın təhlilçisi Konstantin Reznikovun fikrincə, Orta Asiya qazı üzərində nəzarət "Qazprom"a imkan verəcək ki, qütbdən şimalda yerləşən yeni əlçatmaz yataqların işlənməsinə vəsait qoymadan Avropaya ixrac həcmlərini qoruyub saxlasın və daxili bazarını təmin etsin.
ŞƏMKİR VƏ YENİKƏND SES-LƏRİN İŞLƏYƏN ENERJİ BLOKLARINDA TƏMİR BƏRPA İŞLƏRİ BAŞA ÇATIB
BAKI. 08.08. 2003. MEDİA-PRESS: Şəmkir və Yenikənd Su- Elektrik Stansiyalarının (SES) işləyən enerji bloklarında təmir-bərpa işləri kompleksi başa çatıb. "Azərenerji" Səhmdar Cəmiyyətində (SC) Media-Pressə verilən məlumata görə, təmirdən sonra bütün enerji aqreqatları nəzərdə tutulan rejimdə işləyir.
Yenikənd SES-nin gücü 150 Mvt.-dır. Orada hər biri 37,5 Mvt. gücündə 4 blok quraşdırılıb. Şəmkir SES-i isə 380 MVt. gücündədir. Orada hər biri 190 Mvt. gücündə 2 blok işləyir.
AZƏRBAYCAN XİN-İN BAŞÇISI ERMƏNİSATN VƏ TÜRKİYƏ İLƏ ÜÇTƏRƏFLİ DANIŞIQLARIN MÜMKÜN OLDUĞUNU DEYİR
BAKI. 08.08.2003. MEDIA-PRESS: Azərbaycanın Xarici İşlər naziri Vilayət Quliyev regional problemlərin müzakirəsi üçün Azərbaycan, Türkuyə və Ermənistan XİN başçıları görüşünün keçirilməsi imkanını istisna etmir. Onun fikrincə, belə görüş sentyabrda Nyu-Yorkda BMT Baş Məclisinin sessiyası çərçivəsində keçirilə bilər.
Nazir jurnalistlərə deyib: "Biz belə görüşə etiraz etmir, lakin onun boş müzakirələrə çevrilməsinin əleyhinəyik. Əgər konkret ideyalar olarsa, biz onları müzakirə etməyə hazırıq".
Bununla belə, o, qeyd edib ki, Ermənistanın Azərbaycanda vəziyyəti səbatsız etmək üçün göstərdiyi bütün cəhdlər zəvala məhkumdur. Ermənistan Azərbaycan üçün çox mühüm olan bir dövrdə, yəni prezident seçkiləri ərəfəsində, atəşgəs rejimini qəsdən pozmaqla repsublikamızda sabitliyə zərbə endirmək istəyir, lakin Azərbaycan ordusu belə cəhdlərin qarşısını alıb və gələcəkdə də alacaqdır".
Vilayət Quliyev xatırladıb ki, Azərbaycan XİN-i atəşgəs rejiminin Ermənistan tərəfindən tez-tez pozulması barədə BMT-yə məlumat göndərərək, onu bu təşkilatın rəsmi sənədi kimi yayıbdır. Nazir Azərbaycanla üzdəniraq Dağlıq Qarabağ respublikası arasında danışqlar aparılması barədə erməni rəhbərliyinin çağırışlarını da "erməni tərəfin hazırladığı və ardıcıl tətbiq etdiyi oyun adlandırıb ".
NORVEÇİN BAŞ NAZİRİ SENTYABRDA AZƏRBAYCANDA RƏSMİ SƏFƏRDƏ OLACAQ
BAKI.08.08.2003.MEDİA-PRESS: Norveçin baş naziri Hyel Maqne Bunnevik sentyabrın əvvəllərində Azərbaycana rəsmi səfər edəcək.
Norveçin Bakıdakı səfirliyi bildirib ki, Norveç hökumətinin başçısını Azərbaycana respublika hökumətinin rəhbərliyi dəvət edib. Bunnevik iki ölkənin iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanları barədə danışıqlar aparacaq. Aqrar, balıqçılıq, meşə təsərrüfatı və turizm sahələrində də yeni hökumətlərarası sazişlər imzalanacağı istisna deyil.
İki ölkənin hökumət başçıları səviyyəsində əvvəlki danışıqları 2000-ci ildə Azərbaycanın o zamankı baş naziri Artur Rəsizadənin Osloya səfəri çərçivəsində olmuşdu. Qarşılıqlı iqtisadi yardımın əsasını 1993-cü ildən Xəzərin Azərbaycan bölməsində işləyən Norveç dövlət neft şirkəti- STATOYL qoyub. Bu şirkət neft bölməmizə sərmayə qoyluşunun səviyyəsinə görə, yalnız neft nəhəngi BP-dən geri qalır. STATOYL-un Azərbaycandakı neft-qaz layihələrinə qoyduğu sərmayə 2 mlrd. dollardır.
İRAN VƏ AZƏRBAYCAN İXRAC-İDXAL MÜNASİBƏTLƏRİNİN SADƏLƏŞDİRİLMƏSİ İŞİNDƏ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRMƏK ƏZMİNDƏDİRLƏR
BAKI.08.08.2003.MEDİA-PRESS: Azərbaycan iqtisadi köməyinə görə, İran İslam Respublikasına minnətdardır. Respublikanın İqtisadi İnkişaf naziri (İİN) Fərhad Əliyev İran gömrük idarəsinin başçısı, İİR İqtisadiyyat və Maliyyə nazirinin müavini Korbasiyanla görüşdə belə deyib. F.Əliyev qeyd edib ki," qəbul edilmiş gömrük güzəştləri, İrana və İrandan daşınan yüklərin xərclərinin azaldılması ölkəmizə xeyli kömək oldu. Əminəm ki, Tehranla Bakının iqtisadi əlaqələri gələcəkdə də fəal inkişaf edəcək və genişlənəcək. Nazir İran kreditləri və sərmayə qoyuluşlarının da Azərbaycanın nəqliyyat sisteminin bərpası üçün böyük əhəmiyyət daşıdığını deyib.
Öz növbəsində Korbasiyan Azərbaycan prezidenti Heydər Əliyevin Tehrana ötənilki səfəri -nin ikitərəfli münasibətlər tarixində dönüş nöqtəsinə çevrildiyini, gömrüyün iki ölkənin iqtisadi əməkdaşlığının inkişafında mühüm rol oynadığını və ölkəsinin bütün müştərək sərhəd boyunda Azərbaycanın gömrük xidmətlərinin modernləşdirilməsinə hazır olduğunu bildirib.
İkitərəfli ticarət münasibətlərində ikiqat vergiqoymanın ləğvinin zəruriliyini qeyd edən İran İqtisadiyyat və Maliyyə nazirinin müavini vahid nəqliyyat vergisinin qəbuluna və hər iki ölkəyə gedib-gələn böyük yük maşınlarının sürücüləri üçün vergi rüsumlarını azaltmağa çağırıb.
RUSİYA VƏ İRAN "ŞİMAL-CƏNUB" BEYNƏLXALQ NƏQLİYYAT DƏHLİZİNİN İŞİNİ FƏALLAŞDIRMAQ NİYYƏTİNDƏDİRLƏR
BAKI.08.08.2003.MEDİA-PRESS: Rusiya və İran "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin (BND) işini fəallaşdırmaq əzmindədirlər. İran paytaxtında səfərdə olan Rusiya Nəqliyyat nazirinin müavini, RF Dövlət Dəniz Donanması xidmətinin rəhbəri Vyaçeslav Rukşa RİA "Novosti"yə müsahibəsində daha sonra deyib ki, "Bu günlərdə BND İran-Rusiya işçi qrupunun birgə iclası keçirilir. Bizim vəzifəmiz bu dəhlizin işləməsi üçün onun işini həqiqətən canlandırmaqdır."
Nazir müavini qeyd edib ki, " İranın Nəqliyyat nazirinin müavini Məsud Xənsari ilə və BND katibi Cavad Ətrçiyanla bir qədər əvvəlki görüşlərimdə Rusiya və İran limanlarında tranzit yüklərin emalı üzrə terminal komplekslərinin işə salınması imkanları müzakirə edilib".
Rukşa biznes adamlarının BND-nin işinə cəlb edilməsini, işgüzar əlaqələrin yoluna qoyulmasını və layihənin reallaşmasına investisiyalar cəlb olunmasını müşavirə gündəliyinin başlıca problemlərindən adlandıraraq qeyd edib ki, Rusiya-İran nəqliyyat dəhlizi artıq indinin özündə işləyə bilər və xidmət işlərinin səviyyəsini yüksəltməklə yükdaşımaların həcmini də artırmaq olar.
Bir il öncə Rusiya, İran və Hindistanın imzaladıqları dövlətlərarası "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat dəhlizinə cari ilin aprelində Qazaxıstan və Belarus da qoşulub. Azərbaycan da bu layihəyə maraq göstərir. BND Rusiya və MDB-nin şəhərləri, Yaxın Şərq, Fars körfəzi və Cənub-Şərqi Asiya regionları arasında yükdaşımıları keyfiyyətlə və qısa müddətdə həyata keçirməyə imkan verir.
ANKARADA İDDİA EDİRLƏR Kİ, GƏMİLƏR İNDİ BOSFOR VƏ DARDANEL BOĞAZLARINDAN KEÇƏRKƏN ARTIQ HEÇ BİR FÖVQƏLADƏ HADİSƏ BAŞ VERMİR
BAKI. 08.08.2003. MEDIA-PRESS: "Bosfor və Dardanel boğazlarında gəmilərin keçidini izləyən elektron sistemin işə düşməsi gəmiçiliyin təhlükəsizliyini xeyli gücləndirib". Türkiyə Sahil Mühafizə xidmətinin baş direktoru Hücum Tulqar belə deyib.
Anadolu agentliyinin məlumatına görə, Tulqar qeyd edib ki, "əgər əvvəllər bu boğazlarda ayda orta hesabla 10 iri, yaxud xırda fövqəladə hadisə baş verirdisə, izləmə sistemi işə düşəndən sonra heç bir qəza qeydə alınmayıb".
Xatırladaq ki, 22 mln. dollara başa gələn bu avtomatlaşdırılmış radar nəzarət sistemi test istismarına cari il iyunun 1-də buraxılıb. Layihə Dənizçilik idarəsinin öz vəsaitləri hesabına maliyyələşdirilib və gələn ildən bu sistemdən 30-a yaxın özəl və dövlət müəssisəsi də istifadə edə bilər.
Hücum Tulqar qeyd edib ki, elektron sistem tam həcmdə bu ilin oktyabrından işləməyə başlayacaq. Lakin artıq indinin özündə bu sistem gəmilərin Bosfor və Dardaneldən təhlükəsiz keçidini xeyli gücləndirib. Türkiyə Sahil Mühafizə Xidmətinin baş direktoru vurğulayıb ki, " Biz 24 saat ərzində gəmilərin gediş-gəlişinə göz qoyur, ən cüzi dəyişikləri, məsələn, boğazdan keçmənin müəyyən olunmuş sürətinin artırılmasını da gözdən qaçırmırıq. Bunu gəmi kapitanları da, onların sükanı arxasında duranlar (losmanlar) da bilir və gəmiçiliyin yazılmış qanunlarını pozmamağa çalışırlar. Nəticə də göz qabağındadır- fövqəladə hadisələr baş vermir".
OKTYABRDA BAKIDA "POLİQRAFİYA VƏ MEDİYA" MÖVZUSUNDA İLK İXTİSASLAŞDIRILIMIŞ AZƏRBAYCAN BEYNƏLXALQ SƏRGİSİ KEÇİRİLƏCƏK
BAKI. 08.08. 2003. MEDİA-PRESS: Oktyabrın 1-3-də Bakıda "Poliqrafiya və Media- AzPrintMedia-2003" mövzusunda ilk ixtisaslaşdırılmış Azərbaycan Beynəlxalq sərgisi təşkil ediləcək. Böyük Britaniyanın ITE Group PLC şirkəti və onun Cənubi Qafqazda ən yaxın tərəfdaşı Iteca Caspian Ltd tədbirin təşkilatçılarıdır.
Müxtəlif ölkələrin nəşriyyatları, reklam agentlikləri, mass-mediyaları və veb-studiyaları öz məhsullarını, texnologiyalarını, çap avadanlıqlarını, dizayn tərtibatını və başqa yeniliklərini nümayiş etdirəcəklər.
Sərgi ilə 10 min adamın, o cümlədən həmin sahədə işləyən şirkətlərin rəhbərləri və mütəxəssisləri, marketinq və ictimaiyyətlə əlaqələr üzrə menecerlər, neft kompleksi müəssisələrinin ofis menecerləri, telekommunikasiya, tikinti, yeyinti, kimya, dava-dərman və xidmət sahələri nümayəndələrinin tanış olacağı gözlənilir.