YEDDİ AYDA "AZƏRNEFTYAĞ" 495 MİN TONDAN ÇOX NEFT MƏHSULU İXRAC EDİB

BAKI.11.08.2003.MEDİA-PRESS: "Azərneftyağ" neft emalı zavodu (NEZ) 2003-cü ilin 7 ayında 97,66 mln. dollar dəyərində 495,764 min ton neft məhsulları ixrac edib. Dövlət Neft Şirkətində Media-Pressə verilən məlumata görə, ixracın çox hissəsini dizel yanacağı təşkil edib. Xaricə 384,396 min ton belə yanacaq göndərilib. Həmin dövrdə 90, 368 min ton- mazut, 11,1394 min ton-benzin, 111,3 ton təyyarə yanacağı, 6,792 min ton -bitum və 2,95 min tondan artıq müxtəlif növ yağlar da ixrac edilib. İyulda "Azərneftyağ" 10,235 mln. dollar dəyərində 54,467 min ton neft məhsulu ixrac edib.


YEDDİ AYDA AZƏRBAYCAN 2,348 MLRD. KUB METR QAZ İDXAL EDİB

BAKI.11.08.2003.MEDİA-PRESS: Azərbaycan 2003-cü ilin yanvra-iyul aylarında Rusiyanın "İtera" şirkətindən 2,348 mlrd. kub metr qaz alıb. Keçən ilin eyni dövründə bu göstərici 2,32 mlrd. kub metr idi. Dövlət Neft Şirkətindən Media-Pressə verilən məllumata görə, hazırda gündəlik alınan qaz 11,5 mln. kub metrdir. ARDNŞ hər cür tədbirlər görüb ki, satın alınan qazın aylar üzrə həcmi ilin axırına kimi müqavilədə göstərilən həcmlə eyniyyət təşkil etsin. Keçən il Azərbaycan "İtera"dan 4 mlrd. kub metr qaz alıb. Bu il "Azəriqaz"SC ilə bu Rusiya şirkəti arasındakı müqaviləyə görə, idxal daha 1,5 mlrd. kub metr artırılmalıdır. Azərbaycan Rusiya qazının hər min kub metrini 52 dollara alır. Bu yanacaq Şirvanovka-Qazı-Məhəmməd kəməri ilə nəql edilir. Azərbaycanın "mavi yanacağa" tələbatının ödənilməsi üçün ildə 10 mlrd. kub metr gərəkdir. Hesablamalara görə, republikamızda bu il 5,04 mlrd. kub metr qaz hasil ediləcək ki, onun da 890 mln. kub metri Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) və 4,15 mlrd. kubm etri isə ARDNŞ-in payına düşəcək. Səngəçal neft terminalının genişləndirilməsi ilə əlaqədər qaz qurudan qurğu işə düşdükdən sonra respublikamız əlavə həcmdə qaz alacaq. Bu gün həmin terminala daxil olan neftin hamısı sudan və qazdan ayrılma prosesinə məruz qalır. Bu zaman ələ gələn qaz isə məşəl kimi yandırılır. Yeni qaz qurudan qurğunun tikintisi imkan verəcək ki, həmin səmt qazı yandırılmasın və Dövlət Neft Şirktətinə verilsin. ARDNŞ isə sonradan bu qazı öz istehlakçılarına çatdıracaq. Terminalda qaz məşəl formasında nadir hallarda yandırılacaq. ARDNŞ bu ideyanın gerçəkləşməsi üçün xüsusi qurğu tikməyi və Səngəçal qazpaylaşdırıcı məntəqəsinə kimi boru çəkməyi planlaşdırır. Obyektlərin işə salınması repsublikaya qaz idxalının həcmini azaltmağa imkan verəcək.


TÜRKMƏNİSTAN NEFT-QAZ YATAQLARININ İŞLƏNMƏSİ ÜÇÜN XARİCİ SƏRMAYƏDARLAR AXTARIR

BAKI.11.08.2003.MEDİA-PRESS: Türkmənistan xarici sərmayədarlara müasir istixrac texnologiyalarından istifadə olunmaq şərtilə 32 neft-qaz yatağının mənimsəməyi təklif edir. Bu addım təbii görünür, çünki onun neft ehtiyatlarının çox yarısı və qazının dörddə biri Xəzər dənizinin şelfindədir. Geoloqların ilkin hesablamalarına görə, Xəzərin Türkmənistan bölməsində 11 mlrd. ton neft və 5,5 trln. kub metr təbii qaz "gizlənib". Lakin 1 nömrəli blokun və Çeleken yatağının ehtiyatları bura daxil deyil. Aşqabad gələcəkdə Türkmənistandan neft ixracının əlavə marşrutunun yaradılması üçün Qazaxıstan-Türkmənistan-İran neft kəmərinin tikintisində iştirak etməyi planlaşdırır. Hazırda Türkmənistandan neft Xəzərdəki Alaca və Ekerem terminallarından yola salınır. Sonra bu xammal ya cənuba, İran vasitəsilə NEKA limanına, ya şimal-qərbə (Bakı-Mahaçqala-Novorossiysk istiqamətinə), ya da əksər hallarda dəmir yolu ilə Latviyanın Ventspils limanına yola salınır. Bu barədə Asia Intelligence Wire xəbər verir.


"UKRTRANSNEFT" OKTYABRIN AXIRI-NOYABRIN ƏVVƏLLƏRİNDƏ XƏZƏR NEFTİNİ "ODESSA-BRODI" KƏMƏRİ VƏ DƏMİR YOLU İLƏ POLŞAYA GÖNDƏRMƏYƏ BAŞLAMAQ FİKRİNDƏDƏDİR

BAKI.11.08.2003.MEDİA-PRESS: "Uktransneft" şirkəti oktyabrın axırı-noyabrın əvvəlllərində Xəzər neftini "Odessa-Brodı" kəməri və dəmir yolu ilə Polşaya göndərəməyə başlmaq fikrindədədir. Bu barədə şirkətin prezidenti Aleksand Todiyçuk məlumat verib. Nikbin xarakterli hesablamalara görə, "Ukrtransneft" ilin axırına kimi 500 min ton Xəzər neftini Polşanın cənubundakı neft emalı zavodlarına göndərə biləcək. 2004-cü ildə bu həcmi 1 mln. tona çatdırmaq nəzərdə tutulur. Obozrevatel.com. məlumat verir ki, indi "Ukrtransneft" "Odessa-Brodı" kəmərini texnoloji neftlə doldurmaq üçün Xəzərdə neft çıxaran şirkətlərlə müqavilə bağlamağa hazırlaşır.
Şirkət prezidentinin sözlərinə görə, hələlik Ukrayna hökümətinin büdcədən və "Naftoqaz Ukraina" dan bizə olan borcların qaytarılması haqqında sərəncamı yerinə yetirilmir. Biz həmin borcların pulunu zəruri miqdarda texnoloji neft almağa sərf edə bilərdik. Ona görə də "Ukrtransneft" neft kəmərinin doldurulmasının 3 yolunu-əmtəə kreditini, pul krediti cəlb olunmasını və ya ixrac şirkətlərinin nefti ilə işləmək variantlarını nəzərdən keçirir.
"Uktransneft" in məlumatına görə, kəmər texniki baxımdan istismara çoxdan hazırdır. Lakin 670 km.lik "Odessa-Brodı" kəmərinin doldurulması prosesinin özü vəsait və vaxt tələb edir. Xüsusən kəmər Xəzər dənizindən çıxarılan Rusiya texnoloji nefti ilə doldurulur. Bütövlükdə bunun üçün 600 min ton neft gərəkdir. Bundan əvvəl Ukrayna höküməti "Qazaxıstan neftinin Ukraynaya ixracı və Ukrayna ərazisi ilə tranzitinin şərtləri barədə Ukrayna Nazirlər Kabineti və Qazaxıstan respublikası höküməti arasında saziş imzalanması haqqında" sərəncam verib. Ukraina Yanacaq və Energetika naziri Sergey Yermilovun sözlərinə görə, bu sərəncam qazax neftinin Ukraynaya ixracı və onun repsublikamızın ərazisi ilə tranziti şərtləri haqqında saziş layihəsini təsdiq edir. Saziş yeni əlverişli marşrutlarla neftin daşınması üzrə müştərək layihələrdə iştirakı da nəzərdə tutur.
Ermilov qeyd eib ki, Qazaxıstan neft istixracı həcmini daim artırır və yaxın gələcəkdə bu ölkə ildə 150 min ton yanacaq hasil edə biləcək. Ukrayna bu neytin məhz onun ərazisindən keçərək satış bazarlarına çıxarılması üçün hər şeyi etməlidir.


İRAN 2003 -CÜ İLİN İYUN VƏ İYUL AYLARINDA BAZARA BİR GÜNDƏ 4 MLN. BARREL NEFT ÇIXARIB

BAKI.11.08.2003.MEDİA-PRESS: İran 2003-cü ilin iyun və iyul aylarında bazara gündə 4 mln. barrel neft çıxarıb. Bu barədə Reuters məlumat verir. Eyni zamanda OPEK-in İran üçün gündəlik neft hasilatının rəsmi kvotası 3,7 mln. barreldir. Reuters xəbər verir ki, bu aylarda böyük həcmdə istixrac (iyunda-4,12 mln. və iyulda-3,98 mln. barrel) İraqdakı müharibə zamanı doldurulmuş çənlərdən neftin götürülməsi hesabnıa təmin olunub.
Xatrladaq ki, Amerikanın Enerji tədqiqatları mərkəzinin hesablamalarına görə, cari ildə İranın neft ixracından gəliri 23% artacaq. "Fars" xəbərlər agentliyinin məlumatına görə, İran keçən il neft ixracından 18,7 mlrd. dollar əldə edib. Beləliklə, ehtimal olunan 23 faizlik artımla birlikdə bu ölkənin cari ildəki gəliri 23,1 mlrd. ABŞ dollarına çatacaq.


SON 3 AYDA İRAN AVROPAYA 1,5 MLRD. AVRO DƏYƏRİNDƏ NEFT VƏ NEFT MƏHSULLARI GÖNDƏRİB

BAKI.11.08.2003.MEDİA-PRESS: Dünyada iqtisadi fəalığın düşməsinə baxmayaraq, 2003-cü ilin son 3 ayında Avropa İttifaqı (Aİ) ölkələrinə İran mallarının ixracı 50 % artıb. Aİ Statistik Mərkəzinin məlumatına görə, bu dövrdə İran Aİ ölkələrinə 1,7 mlrd. avro (1,9 mlrd. dollar) mal və məhsul göndərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 mlrd. avro çoxdur. Aİ ölkələri isə öz növbəsində İrana 2,1 mlrd. avro məbləğində müxtəlif mal göndərməklə, İran ixracını 400 mln. avro üstələyib. Statistik məlumatlar göstərir ki, İran ixracının çox hissəsi neft və neft məhsullarından ibarətdir. Aİ ölkələri də 1,5 mlrd. avro məbləğində belə məhzsullar idxal ediblər.


STATOYL NORVEÇİN QİTƏ ŞELFİNDƏ YENİ NEFT YATAĞI AŞKAR ETDİYİNİ BİLDİRİB

BAKI.11.08.2003.MEDİA-PRESS: Statoyl şirkəti Norveçin qitə şelfində yeni neft yatağı aşkar etdiyini bildirib. Norveç dənizinin dayaz məntəqəsində Ellida yatağında qaz axtarışı məqsədilə qazma işləri aparan Statoyl gözlənilmədən neft layına tuş gəlib. 1991-ci ildə Norn yatağında neft tapıldıqdan sonra keçən 10 ildən çox müddətdə Norveçdə yeni yataq kəşf olunmayıb. Odur ki, indiki kəşf Norveç qitə şelfinin şöhrətini bərpa və onun gələcəkdə işlənməsinə sərmayələr cəlb edə bilər.
Statoyl-un özünün mətbuat mərkəzində bildiriblər ki, 3 həftədən sonra Ellidada ikinci kəşfiyyat quyusunun qazılması başa çatacaq. Bu iş bitməyincə, orada neftin sənaye ehtiyatlarının mövcudluğu barədə nəsə demək mümkünsüzdür. İlk quyu Smedviq şirkətinə mənsub West Navigator qazma gəmisindən qazılıb və dərinliyi 1200 metrdir. Yatağın işlənməsi səhmlərinin 30 faizi Statoyla mənsubdur. Burada SHELL-20%, BP-20%, Norveçin Petoro dövlət şirkəti-20%, ConocoPhillips - 10% paya malikdirlər.
Reuters məlumat verir ki, Ellida Norsk Hydro-ya mənsub iri Ormen Lanqe yatğından 60 km. şimaldadır. Xatırladaq ki, təhlilçilər Norveçin neft-qaz hasilatında ön mövqelərini itirməkdə olduğunu dəfələrlə qeyd ediblər. Çünki bu ölkənin Şimal dənizində yerləşən əsas yataqları tükənməkdədəir.


QƏRB TƏHLİLÇİLƏRİ BELƏ HESAB EDİRLƏR Kİ, NEFTİN DÜNYA QİYMƏTLƏRİ HEÇ OLMASA GƏLƏN İLİN ƏVVƏLİNƏDƏK YÜKSƏK QALACAQ

BAKI.11.08.2003.MEDİA-PRESS: Neftin dünya qiymətləri ən azı gələn ilin əvvəlinədək yüksək qalacaqdır. Qərb təhlilçilərinin bu fikri neft-ixrac edən ölkələrin (OPEK) mənzil qərargahı xətti ilə yayılıb.
Ekspertlər belə hesab edirlər ki, Amerikanın "Vest Texas intermedigt" markalı xam neftinin 1 barrelinin qiyməti ilin sonuna qədər 25-30 dollar səviyyəsində qalacaq. OPEK "səbət"indəki xam neftin və Rusiyanın "urals" və "rebco" markalı neft qatışığının qiymətləri isə Amerika neftindən 1-2 dollar aşağı olacaqdır.
"İnvestek Sekyuritis" İnvestisiya şirkəti mütəxəssisinin fikrincə, "hazırda dünya enerji bazarları tarazlaşıb. Bazarlara daxil olmağa başlamış İraq neftinin həcmləri hələlik çox az olduğundan, orada şəraiti dəyişə bilməz. Analitiklər belə hesab edir ki, ABŞ hərbi rəhbərliyinin İraqda neft sənayesinin sürətli bərpası üçün şərait yarada bilməməsi neftin qiymətlərinin armtasına heç də az kömək etmir. Qiymətlərin sabitliyini pozan daha bir amil- Venesuela və Nigeriyanın neft istehsalı bölməsindəki sosial gərginliyin güclənməsidir. Başqa 2 uzunmüddətli amil də: ABŞ-da inflyasiya artımının yenidən bərpası ehtimalı və istixrac həcmlərinin ixtisarı barədə qərarın növbəti sessiyada qəbulunun mümkünlüyünə dair OPEK ölkələri tərəfindən gələn siqnallar qiymətlərin atırılmasına təsir edir. "Kredi Svii Asset Menedjment" bankının vitse-prezidenti Bob Paker ehtimal edir ki, (onun fikirləri OPEK-in məruzəsində öz əksini tapmışdır) neftin barreli 20-30 dollar çərəivəsində qalarsa , dünya iqtisadiyyatının neftin qiymətindən asılılığı çox az olar, lakin qiymətlər bu həddi "aşarsa" və bir barrel 33-35 dollar səviyyəsinə yaxınlaşarsa, o zaman "həyəcan təbili çalınmalıdır", çünki ssenarinin belə inkişafı iqtisadi balansı ciddi şəkildə pozur.
OPEK-in baş katibi Alvaro Silva Kalderon da bu fikirdədir.O deyib ki, hazırda neftin hasilatı və ixracı kvotalarının dəyişdirilməsi haqqında heç bir qərarın qəbulu tələb olunmur.
Kalderonun sözlərinə görə, indi neftin qiymətləri dünya neft karteli rəhbərliyinin işləyib hazırladığı qiymət dəhlizindən (bir barrel-22-28 dollar) bir qədər kənara çıxaraq 28,88 dollara yüksəlib. Lakin, OPEK-in baş katibinin fikrincə, qiymətlərin tənzimlənməsi üçün neftin kvotalarını dəyişdirmək mənasızdır. Axı, cəmi 4 gündür ki, opek neftinin qiymətləri artıb. Kalderon xatırladıb ki, əgər neftin qiyməti dəhlizin maksimum çərçivələrini aşaraq 20 iş günü ərzində davam edərsə, OPEK-in dünya enerji bazarlarına çıxartdığı yanacağın ümumi həcmini gündəlik yarım milyon barrel artırmağa haqqı var.
OPEK prezidenti, Qətərin Energetika və Ədliyyə naziri Abdullah ben Həməd əl-Attıyyanın fikrincə, sentyabrın 24-də OPEK-in növbəti Vyana konfransıda gündəlik kvotaların 800 min barrel artırılması barədə qərar qəbul edilə bilər. Lakin bu, OPEK məclisindən əvvəl olmayacaq.
Bununla belə, Kalderon da, əl-Attiyyə də İraqdan dünya bazarına çıxarılan neftin həcmlərinin cari ilin axırına kimi 2 mln. barrelə çatacağına şübhə ediblər. Əgər İraq nəzərdə tutulan gündəlik həddə- 2 mln. barrelə çata bilməsə (kartel rəhbərlərinin fikrincə, bu hal yəqin ki, baş verməyəcək), "qara qızıl"ın kvotalarını əsaslı dəyişməyin mənası olmayacaq.


TİKİLMƏKDƏ OLAN ŞƏKƏR ZAVODU AVADANLIĞININ İLK HİSSƏSİ SENTYABRIN ƏVVƏLLLƏRİNDƏ AZƏRBAYCANA GƏTİRİLƏCƏK

BAKI.11.08.2003.MEDİA-PRESS: Azərbaycanın İmişli rayonunda tikilməkdə olan şəkər zavodu avadanlığının ilk hissəsi Azərbaycana sentyabrın əvvəllərində gətiriləcək. Media-Pressə "Azersun-Holdinq"də bildiriblər ki, zavod üçün avadanlıq 2004-cü ilin fevralına kimi hissə-hissə gətiriləcək.
Bu müəssisənin tikilməsinə 50-60 mln. dollar sərmayə qoyulacaq. Birinci mərhələdə hər biri ildə 200 min ton şəkər istehsal etmək gücündə olan 2 xətt işə salınmalıdır. Sonralar daha 2 xətt istifadəyə veriləck və beləliklə, zavodun gücü 2 dəfə artacaq. Tikinti işləri ilyarım-2 il davam edəcək.
Şəkər çuğundurunu yerli fermerlərdən satın almaq nəzərdə tutulur. Bu texniki bitkinin becərilməsi üçün Şəki, İmişli və Naxçıvan Muxtar Repsublikası fermerlərinə kreditlər ayrılıb. Onlar müvafiq texnologiyalar və çuğundur toxumları ilə təmin edilirlər. Biz fermerlərin məhsulunu da almaq üçün onlarla müqavilələr bağlayacağıq. Əlavə olaraq, İran və Türkiyədən xammal almaq planlaşdırılır. edib.


AZƏRBAYCAN HƏRBİ XİDMƏTÇİLƏRİNİN AVQUSTUN 15-DƏK İRAQA GÖNDƏRİLƏCƏYİ GÖZLƏNİLİR

BAKI.11.08.2003.MEDİA-PRESS: Avqustun 10-dan 15-nə kimi Azərbaycan hərbi xidmətçilərinin İraqa göndəriləcəyi gözlənilir. Bu barədə Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətində RİA "Novosti" yə verilən məlumatında həm də qeyd olunub ki, bu müddət hələ dəqiq deyil və dəyişə bilər. Azərbaycan bölüyünün tərkibinə 14 zabit, 16 çavuş və 120 əsgər daxildir. Azərbaycan XİN-nin rəhbəri Vilayət Quliyev milli bölüyümüzün İraqda yerləşdiriləcəyi məntəqədən danışarkən bir qədər əvvəl jurnalistlərə demişdi ki, Azərbaycan tərəfi onların Kərbəla, Mosul və Kərkük rayonlarında yerləşdirilməsini istərdi.


TÜRKMƏNİSTAN AMERİKANIN TİCARƏT-İQTİSADİ SANKSİYALARINA (QADAĞALARA) MƏRUZ QALA BİLƏR

BAKI.11.08.2003.MEDİA-PRESS: ABŞ preidenti Corc Buş ölkə konqresini xəbərdar edib ki, Türkmənistan mühacirətin azadlığı sahəsində beynəlxalq normalara daha əməl etmir. Buş Konqresin Nümayəndələr məclisinin spikerinə məktubunda məlumat verib ki, Rusiya, Azərbaycan, Ermənistan, Qazaxıstan, Moldova, Tacikistan, Ukraina və Özbəkistan bu normalara əməl etməkdirlər. Məhz buna görə də, Cekson- Venik düzəlişinin daha 1 il həmin ölkələrə tətbiqini dayandırmaq haqqında prezidentin yanvar ayında göndərdiyi xahiş qüvvədə qalır. Bununla belə, ABŞ prezidenti "Türkmənistanın istisna təşkil etdiyini" yazır. Ticarət haqqında 1974-cü il qanununa Cekson-Venik düzəlişi ABŞ-ın keçmiş sovet respublikaları ilə normal ticarət-iqtisadi münasibətlərinin inkişafını onların mühacirət sahəsindəki siyasətləri ilə əlaqələndirir.


LEQAL OLMAYAN İŞÇİLƏRİN HAMISI BİRDƏN MOSKVANI TƏRK EDƏRSƏ, PAYTAXT İFLİC VƏZİYYƏTİNƏ DÜŞƏR

BAKI.11.08.2003.MEDİA-PRESS: Avqustun əvvəllərində Moskva meri Yuri Lujkov "Vətəndaşların qaldıqları və yaşadıqları yerlərdə qeydiyyatındakı nöqsanların aradan qaldırılması tədbirləri haqqında" məşhur sərəncamını imzalayıb. Sənədə görə, "mənzil təşkilatarının işçiləri və evlərin bloklarına cavabdeh olanlar binada müvvəqqəti yaşayan şəxslər barədə hüquq -mühafizə orqanlarına məlumat verməyə borcludurlar". Izvestia.Ru yazır: sərəncamın bu bəndi ehtirasları son həddə çatdırıb. Əslində xəbərçilik, xoş məramlı olsa belə, qanun səviyyəsinə qaldırılırdı. Bu zaman qeydə alınmayan sakinləri daha çox aşkarlaya bilən xəbərçiyə daha çox mükafat verilməsi nəzərdə tutulur.
Moskva Helsinki qrupunun başçısı Lyüdmila Alekseeva belə hesab edir ki, bu sərəncamın xeyir verəcəyinə inanmaq çətindir. "Ölkəmizdə hökümət orqanlarına ötürülən hər məlumat xəbərçilik və ya satqınllıq kimi dəyərləndirilir. Odur ki, ağlı başında olan kəs rəsmi orqanlarla əməkdaşlıq etməz". Eyni zamanda "divarın o biri tərəfində yaşayan ayağını döşəməyə bərk vuran və ya musiqi dinləyən qonşuya ziyan vurmaq üçün sərəncamdan istifadə edilməsi də təəccüb doğurmayacaq. Evlər müdiri isə mənzillərini kirayəyə verənlərə göz qoyacaq. Lakin bunu qanunsuz biznesin qarşısını kəsmək üçün deyil, rüşvət almaq üçün edəcək ". Aydın məsələdir ki, Moskva höküməti bu sənədi hazırlayarkən xoş niyyəti rəhbər tutub. Axı, qanunsuz mühacirət Rusiyanın mənafelərinə, ən azı iqtisadi və sosial sahələrdə, nəzərə çarpacaq ziyan vurur. MDB-nin başqa ölkələri ilə müqyisədə Rusiyada həyat tərzi son illərdə hiss ediləcək qədər artıb və bu da ölkənin cazibə qüvvəsini gücləndirib. Ancaq Rusiyada iş yalnız çox zəhmət haqqı almaqla bitmir. Orada zəhmətsiz qazanmaq və varlanmaq da mümkündür. Nəticədə öz ölkələrində hüquq-mühafizə orqanları tərəfindən illərlə axtarışda olan çoxlu sayda cinayətkar ünsür üçün Rusiyadakı bu şərait bir maqnitə çevrilib. Üstəlik hələ bu yaxınlara kimi Avropaya getmək üçün Rusiyaya bir tranzit ərazisi kimi baxan Asiya ölkələrindən gələn mühacirlər indi əksər hallarda səadətini Rusiyanın özündə axatarmağa qərar verir. Qanunsuz mühacirlərin "ələnməsi" onları labüd olaraq etnik kriminal qruplaşmalara cəlb edir. Ferqanə.Ru saytında qeyd olunur ki, Rusiyaya mühacirət edənlərin tərkibi müxtəlifdir. Onlardan necə deyərlər, "ən zərərsizi" və çoxsaylısı MDB ölkələrindən gələn qastarbayterlərdir. Bu "İş axtaranlar" Rusiyaya qanuni yolla, çox zaman da adamları işə düzəltməyi öhdəsinə götürmüş firmaların köməyi ilə gəlirlər. Bir müddət keçəndən sonra, onların biq qismi qanunsuz mühacirə çevrilir. BMT-nin hesablamalrına görə, bu gün Rusiyada xarici dövlətlərin 13 mln. vətəndaşı və yaxud vətəndaşlığı olmayan şəxslər vardır. Əslinə varsaq, axtardığımız rəqəm 7 milyona daha yaxındır. Özü də bu mühacirlərin əksəriyəti MBD vətəndaşıdır.
MDB respublikalarının Moskvadakı səfirlikləri Rusiyada yaşayan (qanuni və qanunsuz) öz həmvətənlərinin sayını (ukraynalılar-5 mln., azərbaycanlılar-600 min, ermənilər-300 min, belaruslar,gürcülər,qazaxlar,moldovanlar-200 min, qırğızlar,özbəklər-150 min, taciklər və türkmənlər-80 min) yarırəsmi etiraf edirlər. Bu rəqmlərin doğruluğuna şübhə etmək olar. Belə ki, hüquq- mühafizə orqanlarının məlumatına görə, azərbaycanlıların bu sayı bütün Rusiya üçün yox, yalnız Moskva üçün doğrudur. Belarus vətəndaşları ilə bağlı rəqəmlər də azaldılıb. Ona görə ki, Belarus RF-lə müttəfiq dövlətdir və onun vətəndaşlarını Rusiyanın Daxili İşlər Nazirliyi əcnəbi samır. Deməli, bu halda rusiyalı müəssisə sahibi də xarici fəhlə qüvvəsinin istifadəsinə görə rüsum ödəmir. Bunun nəticəsidir ki, bu gün yalnız Moskva və Moskva vilayətində 500 minə yaxın Belarus vətəndaşı işləyir.
Qanunsuz mühacirətlə mübarizəni çətinləşdirən budur ki, SSRİ-nin keçmiş orta Asiya republikaları və Azərbaycan başqa ölkələrlə, o cümlədən Çin, İran, Pakistan və Türkiyə ilə vizasız gediş-gəliş barədə sazişə malikdirlər. Bu repsublikaların ərazisi Rusiyaya getmək üçün çoxsaylı adamların əsil dayaq məntəqəsinə çevrilir. Ferqane.Ru daha sonra yazır: həm də qeyri-leqal, yəni aşkar olmayan yolla ölkəyə gələnləri sonrakı mərhələyə hazırlayan cinayətkar infrastruktur təşəkkül tapıb və nəzmlə fəaliyyət göstərir. Belə qurumlar mühacirləri qəbul edir, yerləşdirir, şəraiti öyrədir, lazımi sənədlərələ təzchiz edir və növbəti sərhədə aparır. Hər qrup ona belə xidmət göstərənlərə 500 dollardan 10 min dollaradək "zəhməthaqqı" ödəyir. Moskva şəhər daxili işlər idarəsinin Miqrasiya işləri idarəsinin vəzifəsini icra edən Vitaliy Kramskinin sözlərinə görə, qeyri-leqalların çoxu azərbaycanlılardır. Onların 250 minə yaxını əsasən tərəvəz və meyvə alveri ilə məşğul olanlardır. Çoxlu sayda taciklər (ixtisası olmayan fəhlə kimi işlədilir), bu moldovanlar (xarrat və dülgərlər), ermənilər (bənna və sobaçılar), ukraynalılar (proqram tərtibatçıları) vardır. Bu barədə Moskvanın "Stoliçnaya" qəzeti yazır.
Bu qəzet qəribə tədqiqat aparıb. Onun nəticələrinə inansaq, əgər qeyri-leqal işçilər Moskvanı birdən tərk edərlərsə, paytaxt iflic olar. Məsələn, paytaxtın avtobus və trolleybus parklarının baş idarəsi sayılan "Mosqortrans" da işləyən sürücülərin 47 faizi MBD ölkələrindən gələnlərdir. İdarənin sözçüsü (spoksmen) Andrey Mitrofanov deyib: "Bu sürücülər işdən çıxarılsa, Moskvanın yerüstü sərnişin nəqliyyatı iflic olar. Hətta bundan da pis ola bilər, çünki iflic vəziyyətinə düşmək üçün sürücülərin 30 faizinin çatışmaması kifayətdir. Burada isə söhbət 47 faizdən gedir. Bəzi parklarda isə sürücülərin 68-72 faizi çatışmır".
Bbelə olarsa, Moskva yalınz yerüstü sərnişin nəqliyyatından deyil, yollardan da məhrum ola bilər. Çünki yol təmir işində çalışanların 80 faizi xaricilər- ermənilər, belaruslar və moldovanlardır. Mənzil tikintisi və başqa tikinti üzrə statistik məlumat olmasa da, bu sahələrdə MDB ölkələrindən çoxsaylı qeyri-leqalların çalışdığı da məlumdur. Ümumi hesablamalara görə Moskvada və vilayətdə 10 mindən 20 minə kimi erməni inşaatçı var. Onlar olmasa, mənzillərin, kotteclərin və bağ evlərinin tikintisi və təmiri dayanar. "Stoliçnaya" qəzeti yazır ki, əslində bu bazarın bütün iştirakçıları qeyri-leqal mühacirlərin əməyindən istifadə edir. Onlar ayı 100 dollara işləyir, Moskvalılır isə bundan 2-3dəfə çox haqq tələb edirlər. Məhz buna görə də burada qastarbayterlər işləyənlərin ən azı 90 faizini təşkil edir. Onlar qeyri-leqal olaraq qalacaqlar da. Çünki leqallaşması personalın saxlanması xərclərini 2 qat artıracaq. Firmalar isə bu xərcləri ödəmək üçün öz məhsullarını 2 dəfə bahalaşdıra bilməzlər. Çünki moskvalıların alıcılıq qabiliyyəti hüdudsuz deyil. Firmaların rəhbərləri deyirlər: "Qeyri-leqallar getsələr, tikinti birdən dayanar". Ümumrusiya azərbaycanlıları konqresi prezidentinin müşaviri Eldar Quliyevin məlumatına görə, onun həmyerliləri Moskvada meyvə-tərəvəz ticarəti bazarlarının 30-40 faizinə nəzarət edirlər. 700-800 min adamın Moskvada qeydiyyatı var. Təqribən bir o qədər azərbaycanlı da qeyri-leqal vəziyyətdə yaşayır. Əgər onlar Moskvadan getsələr, deməli il ərzində paytaxt tərəvəzsiz, faraş pomidor, xiyar, kələm, qarpız, habelə alma, armud və narsız qalacaq. Onları kənd qarılarının əvəz edəcəyini yalnız sadəlövh adam düşünə bilər.
"Opora Rossii" analitik informasiya mərkəzinin rəhbəri Dina Krılova belə hesab edir ki, Moskvada əcnəbi, hətta qeyri-leqal fəhlələrin olması paytaxt və onun sakinləri üçün əsil nemətdir. Sürətlə inikşaf edən iqtisadiyyat həsmişə mühacirlərin köməyinə arxalınır. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri son 14 ildə hindular, indoneziyalılar və pakistanlıların köməyi ilə Əbu-Dəbi və Dubay kimi 2 ən zəngin böyük şəhəri tikib. Krılovanın fikrincə, moskvalılar öz üstün vəziyyətlərindən bəhrələnməli vəsevinməlidirlər ki, heç kim onları avtobus sürməyə, asfalt döşəməyə və "uşaqları yaxşı öyrətməyə" məcbur etmir.
ARAYIŞ: Bbeynəlxalq Əmək təşkilatının məlumatına görə, indi dünyada 36 milyondan 42 milyonadək əcnəbi mühacir işçi vardır. Ailə üzvləri də birlikdə onların ümumi sayı 80-97 milyon arasındadır. London dünya mühacirlərinin mərkəzinə çevrilib. Burada mühacirlərin sayı şəhərin tarixində rekord səviyyəyə çatıb. Belə ki, əgər 1990-cı illərin əvvəllərində Londona 25 min xarici gəlirdisə, keçən il bu rəqəm 125 minə çatıb. Bu, Nyu-Yorka mühacirət edənlərin səviyyəsindən 2 dəfə çoxdur. Amerikanın "Ekonomist" jurnalının apardığı tədqiqata görə, indi Londonda hər 100 sakindən 28-i, Nyu-Yorkda 12-si, Los-Ancelesdə isə-26-sı mühacirdir. Bu məlumata görə, Britaniya paytaxtına mühacirlər axını yalnız iqtisadi inkişafa kömək edir və irqi, dini, yaxud milli zəmində heç bir ciddi toqquşmalar doğurmur.