ABŞ PREZİDENTİ İLHAM ƏLYEVİ AZƏRBAYCANIN BAŞ NAZİRİ VƏZİFƏSİNƏ TƏYİN OLUNMASI MÜNASİBƏTİ İLƏ TƏBRİK EDİB
BAKI.13.08.2003.MEDİA-PRESS: ABŞ prezidenti Corc Buş İlham Əliyevi Azərbaycanın baş naziri vəzifəsində işə başlaması ilə əlaqədar təbrik edib. Onun teleqramında vurğulanır ki, bu təyinat "Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında möhkəm ikitərəfli əlaqələrin genişlənməsi dövrünə təsadüf edir ".
Teleqramda deyilir: "Siz qarşıdakı seçkilərə hazırlaşdığınız bir zamanda Biz Sizin ölkənizin demokratik institutlarının möhkəmləndirilməsi üçün Sizinlə, Sizin hökümətlə və Sizin parlamentlə əməkdaşlıq edəcəyimizi səbirsizlikə gözləyirik".
Buşun fikrincə, ABŞ və Azərbaycanın terrorizmlə mübarizə, regional təhlükəsizlik, energetika, sabit siyasi və iqtisadi islahatlar sahəsində qarşılıqlı fəaliyyəti iki ölkəni bir-birinə daha çox yaxınlaşdıracaq.
Corc Buş İlham Əliyevdən xahiş edib ki, onun ehtiram və dualarını atasına-, teleqramda qeyd olunduğu kimi, "ABŞ-la Azərbaycan arasında rabitələrin nizamlanmasında başlıca rol oynamış prezident Heydər Əliyev"ə çatdırsın.
ARDNŞ BTC KƏMƏRİNİN TİKİNTİSİ LAYİHƏSİNDƏ ÖZ PAYININ MALİYYƏLƏŞDİRİLMƏSİNİ DAVAM ETDİRMƏK ÜÇÜN VƏSAİT ALIB
BAKI.13.08.2003.MEDİA-PRESS: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və BTC Co (Bakı-Tbilisi-Ceyhan) konsorsiumunun iştirakçısı olan şirkətlər BTC kəmərinin tikintisi layihəsində ARDNŞ-in payının maliyyələşdirilməsinin davam etdirilməsi üçün ona lazımi maliyyə vəsaiti verilməsi haqqında razılığa gəliblər. Bu barədə BP-Azərbaycan şirkətində Media-Pressə məlumat verərək qeyd ediblər ki, artıq 190 mln. dollar ayrılıb. ARDNŞ öz kreditorlarına faiz şəklində 4 mln. dollar ödəyəcək. Beynəlxalq maliyyə təşkilatlarından kredit alınan kimi, şirkətlərin pulu dərhal qaytarılacaq.
Media-Pressə ARDNŞ-də məlumat veriblər ki, BTC tikintisi layihəsində iştirak edən şirkətlərdən üçü ARDNŞ-ə vəsait ayırmaqdan imtina edib. Bunlar İtaliyanın ENİ, Fransa və Belçikanın TotalFinaElf və Amerikanın ConocoPhillips şikətləridir.
Media-Press əvvəllər xəbər vermişdi ki, oktyabr-noyabr aylarına,yəni layihənin maliyələşdirilməsi məsələsi Beynəlxalq Maliyyə institutları tərəfindən tam həll olunana kimi, BTC Co konsorsiumuna 700-800 mln dollar gərək olacaq. Bu pulun təqribən 200 milyonu ARDNŞ-in payına düşür.
BTC kəmərinin tikintisi 2,95 mlrd. dollara başa gəlməlidir. Deməli, ARDNŞ-in 25-faizlik payı da müvafiq olaraq 750 mln. dollara bərabərdir. Bu məbləğin 250 milyonu Dövlət Şirkətinin öz vəsaitləridir, qalan 500 milyonunu isə borc almalıdır. ARDNŞ-nin iştirak payını maliyyələşdirmək üçün respublikaının Dövlət maliyyə mənbələrindən indiyə kimi 148 mln. dollar ayrılıb. ARDNŞ öz vəsaitindən -70 mln. dollar, Azərbaycan Dövlət Neft Fondu isə - 16 mln. ayırıblar. Beləliklə,Azərbaycan tərəfi BTC tikintisində öz payının maliyyələşdirilməsinə artıq 230 mln. dollar ayırıb.
Xatırladaq ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Beynəlxalq maliyyə korporasiyası (BMK) BTC tikintisinə kreditlər ayırmaq üçün hazırda bu layihənin ətraf mühitə təsiri və boru tikintisinin sosial cəhətlərinin qiymətləndirilməsi məqsədilə əsas sənədləri öyrənir. Hər iki maliyyə təşkilatı iyunun 12-də bu sənədləri ictimaiyyətin müzakirəsinə verib və 120- günlük müddət başa çatdıqda (oktyabın 12-də), layihənin maliyyələşdirilməsi barədə qərar çıxaracaq. AYİB və BMK BTC kəmərinin tikintisinə hərəyə 150 mln. dollar və "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsinin "1-ci fazası"nın maliyələşdirilməsi üçün hərəyə 100 mln. dollara yaxın vəsait ayırmağı nəzərdə tuturlar.
Ümumi uzunluğu 1767 km olan BTC kəmərinin 443 kilometri Azərbaycandan, 248 kilometri Gürcüstandan, 1076 kilometri isə Türkiyədən keçəcək. Kəmər ildə 50 mln. ton neft daşıya bilər. 2003-cü ilin aprelində başlamış tikinti işləri gələn ilin 4-cü rübündə başa çatacaq. Ceyhan limanından Azərbaycan neftinin ixracı 2005-ci ilin 2-ci rübündə nəzərdə tutulub.
BTC layihəsinin üzvləri və onların iştirak payı ilə tanış olub: : BP - 30,1%, QNKAR - 25%, Unocal - 8,90%, Statoil - 8,71%, TPAO - 6,53%, Eni - 5%, Itochu - 3,4%, ConocoPhillips - 2.5%, INPEX - 2,5%, TotalFinaElf - 5% i Amerada Hess - 2,36%.
CARİ İLDƏ NEFTƏ GÜNDƏLİK TƏLƏBAT 1,11 MLN. BARREL ARATACAQ. İEA-DA BELƏ HESAB EDİRLƏR
BAKI.13.08.2003.MEDİA-PRESS: Cari ildə neftə gündəlik tələbat 1,11 mln. barrel artacaq. Beynəlxalq energetika agentliyi (İEA) ekspertləri bu fikirdədirlər. İEA iri neft istehlakçısı olan ölkələrin, birinci növbədə İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə təşkilata (OGSR) üzv olan dövlətlərin mənafelərini təmsil edir.
İEA ekspertləri əvvəlki hesablamalara düzəliş edərək, gündəlik normanı 10 min barrel artırıb. Bunun başlıca səbəbi "qara qızıl"ın əsas istehlakçılarından birinin-Çinin iqtisadi inkişafının sürətlənməsi faktıdır.
İEA mütəxəssislərinin hesablamalrına görə, gələn il dünyada neftə gündəlik tələbat 1,05 mln. barrel artacaq.
Məruzədə qeyd olunur ki, neft ixrac edən ölkələr təşkilatının (OPEK) üzvləri hər il onlara ayrılmış kvotadan 1 mln. barrel artıq neft istehsal edirlər. Cari ilin iyun ayı ilə müqayisədə OPEK üzvləri gündə orta hesabla 26,1 mln. barrel neft çıxarıblar.
Əlcəzair, Birləşmiş Ərəb Əmirlikləri və Kuveyt qəbul olunmuş kvotaları daha tez-tez pozublar. Təhlilçilər qeyd edirlər ki, Səudiyyə Ərəbistanı isə OPEK-in ona ayırdığı kvotadan az neft çıxarıb və ixrac edibidir.
Venesuela və Nigeriyanın neft sənayesi də əslində tam gücü ilə işləməyə başlayıb. Lakin bu dövlətlər son hadisələrlə bağlı (Venesuelada uzun müddətli ümummilli təhlillər, Nigeriyada isə etnik zəmində toqquşmalar) OPEK-in 126-cı növbədənkənar Vyana konfransının qərarları ilə onlara ayrılmış kvotalardan istifadə edə bilməyiblər.
Məruzədə qeyd olunur ki, İndoneziyanın neft sənayesi də artıq çoxdandır bütün gücü ilə işəyir. Bununla belə bu ölkə OPEK-in neft ixracı üçün ona ayırdığı kvotaların həcminə hələ də çata bilmir.
"AZƏRENERJİ" ALTI LAYİHƏNİN TİƏ-SİNİ İRANIN ENERGETİKA ŞİRKƏTLƏRİNƏ VERİB
BAKI.13.08.2003. MEDİA-PRESS: Azərbaycan-İran energetiklərinin Tehran danışıqları səmərəli olub. "Azərenerji" Səhmdar Cəmiyətinin (SC) nümayəndə heyəti Tavanir, Sanir Co enerji şirkətlərinin və iri konsaltinq firması Moshanir-in rəhbərliyi ilə müzakirələr gedişində 6 layihənin texniki-iqtisadi əsaslandırmasını (TİƏ) İranlı həmkarlara təqdim edib. Layihələrdən biri 2 ölkə arasında enerji mübadiləsini hazırki 200 meqavatdan 800 meqavatadək artırılması üçün Azərbaycanda yeni elektrik ötürücüsü xəttlərinin çəkilişini nəzərdə tutur. Təqdim olunan layihələrin hamısını bəyənən İran tərəfi TİƏ-ləri 1 ay ərzində hərtərəfli öyrənəcəyinə söz verib. Danışıqlar sentyabrın axırlarında davam etdiriləcək.
Tikintisi keçən ay başa çatmış transazərbaycan Astara-Astara elektrik ötürücüsü xəttinin texniki-istismar proqramı Tavanir şirkətində müzakirə olunub. Yalnız 10 gündə, yəni avqustun 20-dən 30-na kimi, bu xətlə İrana 41,8 mlrd. kilovat-saat elektrik enerjisi verilməsi planlaşdırılır. Bu enerji yüksək voltlu Astara-Astara xəttinin Azərbaycan sahəsinin tikintisinə İranın ayırdığı kreditin ödənilməsi üçündür.
Danışıqlar gedişində İmişli (Azərbaycan) -Parsabad (İran) xəttinin ikinci növbəsinin tikintisi layihəsi üzrə işlərin gedişi barədə fikir mübadiləsi də olub. Moshanir şirkətinin rəhbərliyi həmin xəttin İran hissəsinin layihələşdirilməsinin başa çatdırdığını və avqustda onun tikintisinə tender elan edəcəyini bildirib.
Qeyd edək ki, "Azərenerji" SC hələ 2003-cü ilin martında bu işi tamamlayıb. Maliyyələşdirmə məsələlərinin həllindən sonra artıq cari ilin axırlarında yüksək voltlu elektrik xəttinin paralel tikintisinin başlanacağı gözlənilir.
Danışıqların sonunda: "Azərbaycan və İran arasında enerji mübadiləsinin artırılması üzrə texniki imkanların inkişafı barədə" və "Astara (Azərbaycan)- Astara (İran) elektrik ötürücüsü xətti tikintisinin başa çatdırılması və onun istismar rejimi haqqında "2 protokol imzalanıb.
"AZƏRENERJİ" TÜRKİYƏNİN NAXÇIVAN MR-Ə ELEKTRİK ENERJİSİ VERİLMƏSİNİ DAYANDIRACAĞI XƏBƏRİNİ TƏKZİB EDİR
BAKI.13.08.2003.MEDİA-PRESS: Avqustun 12-də Azərbaycanın bəzi kütləvi məlumat vasitələri, o cümlədən özəl kanalları "Azərenerji" Səhmdar Cəmiyyətinə istinadən Türkiyənin yaxın vaxtlarda Naxçıvan Muxtar Respublikasına elektrik enerjisi verilməsini yaxın vaxtlarda dayandıracağı barədə xəbər yayaraq, bunu əvvəllər verilən enerjiyə görə 120 mln. dollar borcun yığılması ilə əlaqələndiriblər.
SC-nın mətbuat xidməti bu xəbərin həqiqətə uyğun olmadığını bildirərək qeyd edib ki, Türkiyə əvvəlki kimi yenə də Naxçıvan Muxtar Respublikasına gündə 50 meqavat elektrik enerjisi verir. Enerjinin verilməsini Türkiyənin dayandıra bilməsi barədə tərəflərdən heç birinin xəbəri yoxdur.
Mətbuat xidmətinin məlumatında deyilir: "MR-nın enerji istehakçıları bundan sonra da enerji ilə sabit təchiz və təmin ediləcəklərinə əmindirlər. Azərbaycan energetiklərinin öz iranlı və türkiyəli həmkarları ilə işgüzar əlaqələrinin möhkəmlənməsi və genişlənməsi bu mühüm problemin həllinə xidmət edir".
Ermənilərin mühasirəsində olan Naxçıvan MR-in enerji təminatı problemlərinin həli üçün bir sıra mühüm tədbirlər nəzərdə tutulub. Misal olaraq, Azərbaycan və İran Culfaları arasında yeni 132 kilovoltluq elektrik ötürücüsü xəttinin çəkilməsini və Culfa şəhərində yarımstansiyanın tikilməsini göstərə bilərik. Bu iki obyekti birləşdirən layihəyə görə cari ilin oktyabrına kimi Muxtar Repsublikaının enerji təminatı 20-30 meqavat,2004-cü ilin mart ayına kimi- 50 meqavat artacaq. Culfa-Culfa elektrik ötürücüsü xəttinin işə düşməsi ilə İrandan Naxçııvan MR-rə ötürülən enerjinin həcmi 140, Türkiyədən alınacaq enerji ilə birlikdə isə- 190 meqavat təşkil edəcəkdir.
AZƏRBAYCANDA ELEKTRİK ENERJİSİ İSTEHSALI SƏRFƏLİ DEYİL
BAKI.13.08.2003.MEDİA-PRESS: Azərbaycanda bu gün elektrik enerjisi istehsalı hələ də gəlir gətirmir. "Azərenerji" SC Maliyyə İdarəsinin rəisi Eldar Məmmədova istinad edən səhmdar cəmiyyətinin mətbuat xidməti bu haqda məlumat verir.
Onun sözlərinə görə, buna səbəb istehsal olunan məhsulun maya dəyərinin onun topdansatış qiymətindən xeyli yuxarı olmasındadır. Belə ki, 1 kilovat-saat elektrik enerjisinin istehsalı 100 manata, pərakəndə satışı isə 71 manata başa gəlir.
İstehsal xərclərinin artması yanacağın qiymətlərinin artması ilə bağlıdır. Belə ki, əgər əvvəllər "Azərenerji" nin satın aldığı qazın 1000 kub metri ona təqribən 33,6 dollara, daxili qiymətlərlə 165 min manata başa gəlirdisə, indi qazın Rusiyadan idxalı üzündən hər min kub metrin qiyməti 52-53 dollara çatıb. Üstəlik, DRES-lərdə vaxtaşırı işlədilən mazutun qiymətləri də bu ilin fevralından artıb. İndi əlavə dəyər vergisini (ƏDV) nəzərə almadan 1 ton mazut 330 min manata başa gəlir. Halbuki, əvvəllər həmin miqdarda mazut 196 min manata idi.
Daxili vəsaitlər hesabına "Azərenerji"nin xarici kreditlər üzrə ödəmələrini də SC-nın xərclərinə aid etmək lazımdır. Eldar Məmmədov deyib ki, Azərbaycan Nazirlər Kabinetinin kreditor borclarının (əvvəlki illərdə bu borclar əsasən ARDNŞ və "Azəriqaz" SC qarşısında yaranıb) silinməsinin uzun müddətə təxirə salınması barədə sərəncamının "Azərenerji"yə köməyi çox olub.
AZƏRBAYCANDA 2003-CÜ İLDƏ ÜDM-İN ARTIM PROQNOZU YAXŞILAŞIB
BAKI.13.08.2003.MEDİA-PRESS: Azərbaycanın İqtisadi İnkişaf nazirliyi (İİN) ölkənin bu ili üçün Ümumi daxili məhsulunun (ÜDM) artımının ilkin faizini (9,7%) 13 faizə yüksəldib. Beləliklə, bu il Azərbaycanın ÜDM-i nominal ifadədə əvvəl ehtimal edilən 32,6 trln. manat deyil, 33,7 trln. manat ola bilər.
İİN-də izah ediblər ki, proqnoz birinci yarımilin nəticələri nəzərə alındıqdan sonra artırılıb. İş burasındadadır ki, Azərbaycanda ÜDM yanvar-iyun aylarında keçən ilin həmin dövrü ilə müqayisədə 10,1% artıb və 15,4 trln. manat olub.
MDB ÖLKƏLƏRİNDƏ İLİN BİRİNCİ YARISINDA ÜDM-İN ARTIMI KEÇƏN İLİN EYNİ DÖVRÜ İLƏ MÜQAYİSƏDƏ TƏQRİBƏN 2 DƏFƏ- 4 FAİZDƏN 7 FAİZƏDƏK ARTIB
BAKI.13.08.2003.MEDİA-PRESS: Müstəqil Dövlətlər Birliyi (MDB) Statistika Komitəsinin məlumatına görə, ilin birinci yarısında daxili ümumi məhsulun (ÜDM) bu ölkələrdəki artımı 7% olub ki, bu da keçən illə müqayisədə təqribən 2 dəfə çoxdur. Xatırladaq ki, 2002-ci ilin yanvar-iyun aylarında MDB-də orta iqtisadi artım 4% olmuşdu.
Bu ilin ilk 6 ayında sənaye istehsalı həcmi daha yüksək sürətlə artaraq 8 faizə çatıb (keçən ilin birinci yarısında-4%). Bu ilin ilk 6 ayında ÜDM artımı Ermənistanda-14,8%, Qazaxıstanda-10,4% və Azərbaycanda-10,1% olub.
Rusiya-7,2% göstərici ilə (RF İqtisadi inkişaf nazirliyinin ilkin hesablaması) Birlik ölkələri arasında 7-ci yeri tutur.MDB arasında keçən il geriləmə qeydə alınmış yeganə ölkə Qırğızıstanda bu ilin birinci yarısında ÜDM 2,3% artıb.
MDB Statistika komitəsinin qeyd etdiyi kimi, Birlik ölkələrində 1-ci yarımillikdə iqtisadi vəziyyət əsasən əlverişli olub. Birliyin bir çox ölkələrinin valyuta bazarlarında milli əskinasların məzənnəsi nisbətən sabit qalıb. Dövlət büdcələri kəsirsiz, ya da cüzi kəsirlə yerinə yetirilib. Əmək bazarında vəziyyət bir qədər yaxşılaşıb, neftin yüksək dünya qiymətləri isə, xarici ticarət əməliyyatlarının artmasına kömək edib.
Statistik məlumatda deyilir ki, müəssisələr arasında tədiyyələrin olmaması problemi hələ də aktualdır, iqtisadiyyatın real bölməsinin kreditləşdirilməsi isə əsasən qısamüddətli səciyyə daşıyıb.Statistika komitəsinin əqidəsincə, əsas katitalqoyuluşlarının artmasına baxmayaraq, investisiya fəallığı "uzunmüddətli iqtisadi artımın təmini üçün hələ kafi deyil. Ona görə ki, əhalinin real pul gəliri səviyyəsinin yüksək olmaması daxili tələbin daha da artmasına əngəl törədir.
AZƏRBAYCANIN 30 BÖYÜK VƏ ORTA MÜƏSSİSƏSİ ÜZRƏ İNVESTİSİYA MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜƏSSİSƏLƏRİN İNKİŞAFINA 370 MLN. DOLLAR SƏRF EDƏCƏKLƏR
BAKI.13.08. 2003.MEDİA-PRESS: Azərbaycanda investisiya müsabiqələri keçirilməsinə başlanandan 30 orta və iri müəssisə özəlləşdirilib. İqtisadi İnkişaf Nazirliyində Media-Pressə bildirilib ki, yeni sahibkarlar bu müəssisələrə 370 mln. dollara yaxın sərmayə xərcləyəcəklər. İndiyə kimi onlar artıq 137 mln. dollar sərmayə qoyublar.
Həmin müəssisələrin özəlləşdirilməsindən dövlət büdcəsi də 91,6 mlrd. manat (18,542 mln. dollar) qazanmalıdır. Bu pulun 44 mlrd. manatı (8,9 mlrd. dolları) artıq dövlət xəzinəsinə köçürülüb.
BRİTANİYANIN BP NEFT ŞİRKƏTİNİN VERTOLYOTU ŞƏRQİ GÜRCÜSTANDA MƏCBURİ YERƏ OTURUB.
BAKI.13.08.2003. MEDİA-PRESS: Britaniyanın BP neft şirkətinin "İrokez" tipli vertolyotu çərşənbə axşamı Moskva vaxtı ilə saat 13-də Şərqi Gürcüstanın Salka məntəqəsində qəza vəziyyətində yerə oturub. Respublikanın Hərbi prokurorlğunda RİA "Novosti" agentliyinə verilən məlumata görə, vertolyot içərisində bir amerikan təlimatçının da olduğu gürcü həbiçilərini Vaziani aerodromundan aparırımış.
BP-nin Gürcüstandakı nümayəndəliyində bu xəbəri təsdiq edərək, bildiriblər ki, hava şəraiti pis olduğuna görə, pilotlap Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkildiyi yerin yaxınlığında maşını yerə endirməyə məcbur oldular. İki sərnişin yüngül bədən xəsarəti alıb. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra, onları BTC layihəsinin Salkadakı təcili-tibbi yardım mərkəzinə çatdırıblar. BP-də təşkil edilmiş istintaq qrupu Gürcüstan rəhbərliyi ilə əməkdaşlıq şəraitində bu hadisənin səbəblərini aydınlaşdırmaq niyyətindədədir.
"KAMOV" FİRMASI TÜRKİYƏYƏ 145 DÖYÜŞ TƏYYARƏSİ SATMAQ NİYYƏTİNDƏDİR
BAKI.13.08.2003.MEDİA-PRESS: "KAMOV" Birləşmiş Səhmdar Cəmiyyəti (BSC) vertolyot firmasının baş konstruktoru Sergey Mixeyev ümidvar olduğunu bildirib ki, müəyyən problemlərə baxmayaraq, hər halda Rusiyanın 145 ədəd Ka-50-2 döyüş vertolyotunun alınması barədə Türkiyə bizimlə saziş imzalayacaq. O,"BSC "KAmov" vertolyot firması XXI əsrdə" mövzusunda keçirilmiş mətbuat konfransında bu haqda RİA "Novosti" yə məlumat verib.
Mixeyev xatırladıb ki, 6 il əvvəl Türkiyənin Müdafiə Nazirliyi üçün müasir döyüş vertoltlarının alınması üçün tender elan etmiş ölkə höküməti ABŞ-ın "Bell" şirkətində hazırlanan hərbi vertolyotları üstün tutmuşdu. Rusiyanın "Kamov" firması o vaxt ikinci yeri tutmuşdu.
Lakin, "Kamov"-un baş konstruktorunun sözlərinə görə, bir müddət sonra Türkiyə Rusiyanın təklifi üzərində qayanıb. Belə ki, 1997-ci ildə tender keçiriləndə Rusiya tərəfi Türkiyəyə nəinki müasir vertolyotlar göndərməyi, həm də bu ölkədə həmin maşınların birgə istehsalının təşkilini təklif edib. ABŞ isə o vaxt ancaq vertolyotlar göndərməyi təklif etmişdi.
Türkiyə 2002-ci ilin ortalarından "Kamov" firması ilə Rusiyadan vertolyotlar alınması barədə danışıqlara yenidən başlayıb. Mixeyev deyib: "İndi bu danışıqlar başa çatmaq üzrədir. Ümidvaram ki, ilin axırına kimi bütün məsələlər həllini tapacaq".
Baş konstruktorun sözlərinə görə, müqavilə 6- illikdir. Döyüş vertolyotları üçün elektron avadanlığı istehsal edən İsrail firmalarından biri müqavilənin reallaşmasına kömək edəcək. Mixeyev vurğulayıb ki, elə bu firmanın özü də Türkiyədə birgə avadanlıq istehsalının təşkilində iştirak edəcək.
WFP AZƏRBAYCANDA QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRƏ YARDIM GÖSTƏRİR
BAKI.13.08.2003.MEDİA-PRESS: BMT-nin Ümumdünya Ərzaq proqramı (WFP) Azərbaycanda qaçqın və məcburi köçkünlərə yardım göstərir. Təşkilatın Bakı nümayəndəliyində müxbirimizə məlumat veriblər ki, üç ilə nəzərdə tutulan layihə çərçivəsində 140 min qaçqına və məcburi köçkünə ərzaq yardımı göstəriləcək.
Hal-hazırda BMT-nin Ərzaq proqramı 20 mln. dollar məbləğində 43 min ton iaşə məhsullarını ölkənin 23 rayonunda paylaşdırır.