BEYNƏLXALQ TƏDİYYƏ SİSTEMLƏRİNİN AZƏRBAYCANDAKI PLASTİK KARTLARININ HƏCMİ AVQUSTDA 70 MİNİ KEÇİB
BAKI.25.08.2003.MEDİA-PRESS: Beynəlxalq tədiyyə sistemlərinin Azərbaycandakı plastik kartlarının sayı avqustda 70 mini keçib. Bunların üçdə ikisindən çoxu, yəni 54 min ədədi fəal işlənir.
Azericard prosessinq şirkətitndə müxbirimizə məlumat veriblər ki, "plastik pulların" böyük hissəsi-60 faizi əvvəlki kimi yenə də Europay/MasterCard sisteminin kartlarıdır, qalan 28 mini isə Viza International tədiyyə sisteminin payına düşür.
Hazırda kartların ümumi həcmində lokal (məhəlli) kartların payı vur-tut 6-7%, yaxud 5 min ədəddir. Azərbaycan Beynəlxalq Bankı və "Most-Bank Azerbaycan" ( "Azericard" prossesinq şirkətinin təsisçiləri) Azərbaycan bankları arasında daha çox kart buraxıblar.
AZƏRBAYCAN SÜLHMƏRAMLILARI TAKIMI KUVEYTDƏN İRAQA GƏLİB
BAKI.25.08.2003.MEDİA-PRESS: Azərbaycan sülhməramlıları takımı Kuveytdən İraqa gəlib və bu həftədən etibarən İslam ziyarətgahlarının mühafizəsinə başlayacaq. Bakıdakı diplomatik mənbələrdən OREANDA agentliyinə məlum olub ki, Azərbaycan hərbçiləri Kərbala, Kərkük və Nəcəf şəhərlərində Amerika batalyonunun tərkibində və komandanlığı altında post-keşik xidmətinə başlayacaqlar. Hal-hazırda 150 azərbaycanlı zabit və əsgər Bağdad yaxınlığında ABŞ Birləşmiş Komandanlığının qərargahında müvəqqəti yerləşdirilib. Ən yaxın vaxtlarda onlar daimi dislokasiya yerinə göndəriləcəklər. Zabit və əsgərlərimizin sülhpərvər məramı həm dini və mədəni abidələri qorumaqdan, həm də humanitar yükləri müşaiyət etməkdən ibarətdir.
Sülhməramlılar fövqəladə vəziyyətlərdə mülki əhaliyə kömək göstərilməsi məqsədilə artıq xüsusi hazırlıq keçiblər. Azərbaycan takımının İraqda qalması ilə əlaqədar bütün xərcləri ABŞ Müdafiə nazirliyi ödəyəcək. Takımımız məhz onunla razılığa əsasən avqustun 14-də Kuveytə yola düşmüşdü.
Azərbaycan Milli ordusunun sülhməramlı bölüyü 1998-ci ildən Kosovada xidmət edir, keçən ildən etibarən isə Əfqanıstanda sülhün qorunması əməliyyatlarında iştirak edir.
"QAZ ÖZBAŞINALIĞI": KİYEV RUSİYA "QAZPROM"UNA QARŞI YENİ-YENİ İDDİALAR İRƏLİ SÜRÜR
BAKI.25.08.2003.MEDİA-PRESS: Ötən şənbə Kiyev yenidən Moskvaya "təzyiq göstərib": Ukraynanın Energetika naziri Sergey Yermilov elan edib ki, Ukrayna ərazisindən qaz ixracı məqsədilə yaradılan beynəlxalq konsorsiumun iştirakçıları sırasına Qazaxıstan, Öbəkistan və Türkmənistanı da daxil etmək lazımdır. Bu barədə "Kommersant" qəzeti məlumat verib. Xatırladırıq ki, ötən yay prezidentlər Vladimir Putin və Leonod Kuçma "Qazprom", "Naftoqaz Ukrainı" və Rusiya qazının Almaniyada başlıca müştərisi yerli Ruhrqas konsernindən ibarət beynəlxalq konsorsium yaratmaq barədə razılığa gəliblər. Lakin Ukraynanın bütün boru şəbəklərinin idarəsini öz əlinə almalı olan Konsorsium Kiyevin mövqeyi üzündən yaradılmadı. Kiyev haqlı olaraq ehtiyat edirdi ki, ölkənin boru şəbəkəsi üzərində nəzarətə sahib olan "Qazprom" və Ruhrqas borulara qaz vurulmasını qiymət cədvəllərini aşağı salacaq. Məlum olduğu kimi, danışıqlar çox ləng gedirdi və keçən həftə Kiyev öz qaz nəqliyyatı infrastrukturunun idarəsinə "Qazprom" və Ruhrqas-ı buraxmamaq qərarına gəlməklə Moskvanı mat qoydu. Ukraynanın Energetika naziri Sergey Yermilovun dedeyi kimi, konsorsium bütün qaz şəbəkəsi sistemini deyil, yalnız onun yeni Aleksandrov Qay-Novopskov-Ujqorod şaxəsini idarə edə bilər. Köhnə ixrac kəmərləri isə Ukraynanın ixtiyarında qalırdı. "Naftoqaz Ukrainı" şirkətində iddia edildiyi kimi, Ukraynanın bütün qaz-nəqliyyat şəbəkəsi bazasında konsorsium yaradılması haqqında danışıqlar dalana dirəndikdən sonra qərar qəbul edildi ki, beynəlxalq konsorsium qazın yalnız əlavə şəbəkələrlə nəqli ilə məşğul olacaq.
Budur, indi Kiyev yeni təşəbbüslə çıxış edir. Yermilov Ukrayna Energetika nazirliyi kollegiyasının ölkənin qazla təmininə həsr olunmuş iclasından sonra Orta Asiya ölkələrini QTK-ya (Ukrayna ərazisində magistral qaz kəmərlərini idarə edən struktur) qoşmaq ideyasından danışıb. Onun sözlərinə görə, "Türkmənistanda da, Özbəkistanda da istixracı artırmaq imkanı vardır. Bu qazın ixracına yol açmaq lazımdır. Məhz buna görə də konsorsiumun vəsaitləri hesabına yeni xətt çəkmək lazımdır".
Qazaxıstan, Özbəkistan və Türkmənistanın iştirakı barədə təklif "Naftoqaz Ukrainı" və "Qazprom" (QTK-nın indiki iştirakçıları) konsorsiumun iş prinsipləri haqqında razılığa gəldikdən sonra müzakirə olunacaq.
"Kommersant" haqlı olaraq qeyd edir ki, Qazaxıstan, Özbəkistan və Türkmənistanın konsorsium yaradılmasına cəlb olunmaları üçün formal (rəsmi) şərtlər vardır: bu ölkələrin qazı Ukrayna xəttləri ilə ixrac olunur. Ancaq çətin ki, bu təklif "Qazprom" üçün məqbul olsun, Çünki bu halda o, Avropa İttifaqına (Aİ) qaz ixracının inhisarçısı rolunu itirərdi.
Bu gün Ukraina özünün "Soyuz" magistral qaz kəməri şəbəkəsini QTK-ya uzunmüddətli icarəyə verməyə razı olub. "Qazprom" da öz növbəsində "Soyuz"un Rusiya ərazisindən keçən Aleksandrov Qay-Frolovo-Novopskov hissəsini yenidən qurmağa razılıq verib.
"Kommersant"ın qeyd etdiyi kimi, indi "Qazprom" əslində Aİ və MDB ölkələrinə qazı təkbaşına ixrac edir. Ukrainaya qaz verən Qazaxıstanın "Kazmunayqaz" və Türkmənistanın "Turkmennefteqaz" şirkətləri "Qazprom"la rəqabətə girməyə çalışırlar, ancaq onlar da Rusiya qaz borularından istifadə edirlər.
Əgər QTK-nın idarə olunmasına "Soyuz"un Ukrayna və Rusiya hissələri (Aleksandrov Qay Rusiya-Qazaxıstan sərhədindədir) keçərsə, Orta Asiya qazını "Qazprom"un formal iştirakı olmadan idxal etmək mümkündür. "Soyuz"un Rusiya hissəsi üzərində inhisarını itirən "Qazprom" QTK üzərində də nəzarətini qoruya bilməyəcək: Konsorsiumun idarə heyətində Orta Asiya repsublikalarının Ukrayna ilə "yekdil" səs verəcəkləri ehtimalı çox böyükdür. "Qazprom"üçün Rusiya Federsiyasınını Orta Asiya qaz istixracçıları üçün tranzit zonasına çevirmək ideyası qeyri-məqbuldur: Aİ bazarlarına yeni rəqiblərin çıxması Rusiya şirkətiniin Avropada uzunmüddətli sazişlər sistemini dağıda bilər.
Ukraina Energetika nazirliyinin təklifi, "Kommersant"ın fikrincə, QTK yaratmaq layihəsinin üstündən xətt çəkə bilər.
Bu halda "Qazprom"un son iki ildə qazandığı nailiyyətlərin ("Orta Asiya-Mərkəz" qaz kəmərləri sisteminin yenidən qurulması barədə razılaşma, Özbəkistan və Türkmənistanda məhsulun bölüşdürülməsi şərtləri əsasında qaz istixracı barədə, "Beltransqaz" la müştərək müəssisə yaradılması haqqında sazişlər, "İteranın" MDB bazarından sıxışdırılması ) böyük qismi Belorus, Ukayna və Türkmənistanın da iştirak edəcəkləri labüd qaz müharibəsində dəfn edilmiş olacaq.
Bax buna görə də, "Qazprom" da Kiyevin son ideyası, necə deyərlər, süngü ilə qarşılanıb. Rusiya- Ukrayna danışqlarına yaxın olan mənbə "Vremya Novostey" qəzetinin müxbiri ilə söhbətində Ukraynanın növbəti təşəbbüsünü "özbaşınalıq" adlandırıb. Onun sözlərinə görə Kiyevdə qazpromlulara bir söz deyirlər, səfər başa çatdıqdan sonra isə Ukraynanın hökümət məmurları jurnalistləri yeni ideyalar yağışına tuturlar.
Qəzet yazır: Hər şeydən görünür ki, Kiyevin Orta Asiyaya "geniş ürəklə" yanaşması Milli "Naftoqaz UKrainı" konserninin türkmən qazına bəslədiyi ümidlərlə bağlıdır. Şirkətin başçısı Yuri Boyko jurnalistlərə bildirib ki, o, 2007-ci ildən sonra qaz ixracı haqqında uzunmüddətli müqavilə bağlamaq məqsədilə danışıqlar aparmaq üçün sentyabrın 5-də Aşqabada yollanan nümayəndə heyətinə başçılıq edəcək. Söhbət ildə 30-40 mlrd. kub metr qaz ixracı barədə 25- illik sazişdən gedir. Lakin müqavilənin imzalanması imkanları dumanlıdır. İş burasındadır ki, Türkmənistanın şimal istiqamətində ixrac edəcəyi qazın, demək olar ki, hamısını elə həmin 25 ilə "Qazprom" ələ keçirib. Hadisələrin mənfi yöndə inkişaf etməsi ehtimalını öncədən görən "Qazprom" türkmən qazının satın alınması barədə uzunmüddətli saziş bağlamaqla özünü sığortalamağa çalışıb. Ancaq "Kommersant" yazır ki, "Turkmennefteqaz" ın bu sazişi 2006-cı ilə kimi pozmaq hüququ var.
Yeri gəlmişkən, böyük həcmdə türkmən qazını Ukraynaya daşımaq üçün onsuz da borular kifayət etməyəcək. Hətta qazprom müqaviləsi üçün nəzərdə tutulan kəmər sisteminin gücünü də məntəqədən asılı olaraq ildə 40-60 mlrd. kub metrə qədər artırmaq lazımdır. "Vremya Novovstey" yazır: Rusiya konsernində bildiriblər ki, Ukrayna üçün türkmən qazının haradan alınacağını və onun Kiyevə hansı yolla çatdırılacağını bilmirlər.
YANVAR-İYUL AYLARINDA AZƏRBAYCANDA 8,9 MLN. TONDAN ÇOX NEFT ÇIXARILIB
BAKI.25.08.2003.MEDİA-PRESS: 2003-cü ilin yanvar-iyulunda Azərbaycanda 8, 97 mln. ton neft və qaz kondensatı çıxarılıb.Bu, ötən ilin müvafiq dövründən 1,6 % çoxdur.
Bu həcmin 3,77 mln. tonunu Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti ( ABƏŞ) "Çıraq" yatabından istixrac edib və il ərzində hasilatı 120,6 min ton artırıbdır.
Ancaq hesabat dövründə Azərbaycanda qaz istixracı 0,8 % azalaraq, 2,976 mlrd. kub metr təşkil edib ki, bunun da1,8 mlrd. kub metri "Çıraq" yatağının səmt qazıdır.Keçən illə müqayisədə1,3% çox səmt qazı alınıb. ARDNŞ mədənlərində istixrac 4,2% düşüb.
2003-cü ildə Azərbaycanda neft hasilatı 15,25 mln. ton həcmində proqnozlaşdırılır ki, bunun 8,8 milyonu ARDNŞ-in,6,450 milyonu isə ABƏŞ-in payına düşəcək. Qaz hasilatının həcmi isə 5,04 mlrd. kub metr planlaşdırılıb.
AMERİKANIN SEMPRA ŞİRKƏTİ ARDNŞ-İN BAKI-NOVOROSSİYSK KƏMƏRİ İLƏ SENTYABRDA İXRAC ETDİYİ NEFTİNİN 140 MİN TONUNU ALIB
BAKI. 25.08.2003. MEDİA-PRESS: Azərbaycan dövlət neft şirkətinin (ARDNŞ) Bakı-Novorossiysk kəməri ilə sentyabrda ixrac etdiyi neftinin qalığını alan ABŞ-ın Sempra şirkəti olub.
ARDNŞ-in Marketinq və İqtisadi əməliyyatlar idarəsində (MİƏİ) Media-Pressə verilən məlumata görə, Sempra sentyabr nenftinin 140 min ton qalığının satın alınması üçün keçirilmiş 2-ci tenderin qalibi sayılıb. Bu neft sentyabrın axırlarında Novorossiyskdən yola salınacaq. Bildiyiniz kimi, sentyabr neftinin 80 min tonunun satışı tenderinin də qalibi amerika təmsilçisi - Chevron Texaco olmuşdu.
Bu ilin dekabrını çıxmaqla "şimalmarşrutu" ilə hər ay 220 min ton neft axıdılacaq. Qışın ilk ayında isə bu həcm 140 min ton olacaq. İxrac həcmindəki fərq Novorossiysk limanında havaların yenidən pisləşməsi ehtimalı ilə izah edilir. Üstəlik, qışda mazut istehsalı üçün respublikamızın neft emalı zavodlarına daha çox xam neft gərəkdir.
Cari ildə ARDNŞ Bakı-Novrossiysk marşrutu ilə toplam 2,5 mln. ton neft ixrac etməlidir. İndiyə kimi bu yanacağın 1 mln. 605 min tonu yola salınıb.
SABAH ƏRZRUMDA BTC KƏMƏRİ LAYİHƏSİ ÜZRƏ İLK İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ.
BAKI. 25 .08.2003. MEDİA-PRESS :Sabah Türkiyənin Ərzrum şəhərində Bakı-Tbilisi_Ceyhan (BTC) Əsas İxrac kəmərinin (ƏİK) layihəsi üzrə ilk ictimai dinləmələr keçiriləcək. Tədbirin təşkilatçıları Beynəlxalq Maliyə korporasiyası (BMK) və Avropa Yenidənqurma və İnkişaf bankıdır (AYİB).
Əvvəllər qeyd etdiyimiz kimi, BMK və AYİB 6 belə görüş keçirməlidir. İlk Ərzrum tədbirinddən sonra növbədə Türkiyənin Adana (28 avqust), Azərbaycanın Gəncə və Bakı (1 və 4 sentyabr), Gürcüstanın Borjomi və Tbilisi (8 və 11 sentyabr) görüşlləridir.120 günlük müzakirələrdən sonra hər iki beynəlxalq qurum BTC ƏİK-in tikintisi üçün ayrı-ayrılıqda 150 mln. dollar, "Azəri-Çıraq- Günnəşli" yatağının işlənməsinin"1-ci fazası"nın işlənməsinə 100 mln. dollara yaxın kredit ayıracaq.
Xatırladaq ki,boruçəkmə konsorsiumu BTC Co(Bakı-Tbilisi-Ceyhan) BTS layihəsi üzrə, məxsusən, tikintğinin ətraf mühitə təsiri və sosial yönümlləri üzrə bütün zəruri sənədləri BMK və AYİB-ə təqdim edib.Sənədlər ƏİK-in tikintisi və istismarı dövründə
Ə traf və sosial mühitlərə vurula biləcək ziyanın minimuma endirilməsi yollarını əks etdirir və rəy almaq üçün maliyyə institutlarına indiyədək verilmiş ən böyük belə sənəddir.
Kreditlər ayrılması məsələsi həll edilənə kimi isə, BTC Co-ya 700-800 mln. dollar gərək olacaq. Bu vəsaitin təqribən 200 ml. dolları ARDNŞ-in payına düşür. Konsorsiumun bir sıra üzvləri ƏİK layihəsində ARDNŞ -in iştirak payının maliyyələşdirilməsi üçün ona vəsait ayırmağı qərara alıblar.
Media-Press məlumat verib ki,BTC Co konsorsiumu iştirakçılarının kəmərin tikintisinə yönəltdikləri maliyyə vəsaitlərinin 30 faizi artıq iyunun axırında tükənib. Bu səbəbdən llayihə iştirakçılarının hamısı borunun çəkilişini hələləik öz daxili vəsaitlərindən maliyyələşdiirlər
ASTARA (AZƏRBAYCAN) -ASTARA (İRAN) DÖVLƏTLƏRARASI EÖX İSTİFADƏYƏ VERİLİB
BAKI.25.08.2003.MEDİA-PRESS: Dövlətlərarsı elektrik ötürücüsü xətti Astara (Azərbaycan)-Astara (İran) istifadəyə verilib. "Azərenerji"SCda Media-Pressə məlumat verilib ki, elektrik ötürücüsü xəttinin (EÖX) azərbaycan hissəsinin tikintisinə ayrılmış kreditin ödənilməsi hesabına İranın enerji sisteminə ilk günlərdə 41,8 MVt.- saat həcmində elektrik enerjisi ötürülməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan energetikləri bu xətti Səlyan və Əlibayramlı şəhərlərinə kimi uzatmaq niyyətindədirlər. Xəttin tikintisi İran ərazisində də davam etdiriləcək. Bütün bunlar Azərbaycanın cənub rayonlarının və Naxçıvan MR-in daha etibarlı elektrik təchizatına imkan verəcək. "Astara" yarımstansiyası da modernləşdiriləcək. Bu, yeni EÖX-ün imkanlarından tam həcmdə istifadə olunmasına imkan verəcək. Burada köhnəlmiş avadanlıq yenisi ilə əvəzlənəcək.
Astara-Astara EÖX-ü 2 ölkənin enerji sistemini birləşdirən sayca ikinci xəttdir. Bu gün İmişli (Azərbaycan)-Parsabad(İran) xətti ilə də elektrik enrejisi mübadilə edilir. Yaxın gələcəkdə bu xəttə paralel EÖX-ün çəkilməsi onun imkanlarını genişləndirəcək.
AMERİKANIN BURNS AND ROE ENTERPRISES ŞİRKƏTİ AZƏRBAYCANIN ENERGETİKA OBYEKTLƏRİ BARƏDƏ İLKİN HESABAT HAZIRLAYIB
BAKI. 25.08. 2003. MEDİA-PRESS :Amerikanın Burns and Roe Enterprises şirkəti Azərbaycanın energetika obyektlərinin vəziyyəti barədə ilkin hesabat hazırlayıb.Elektroenergetika sahəsində xidmət üzrə ixtisaslaşan bu konsaltinq şirkəti öz hesabatının son variantını hazırlamaq məqsədi ilə indi respublikamızdadır.
Xatırladırıq ki, Burns and Roe EnterprisesAzərbaycanda enerji sisteminin vəziyyətini öyrənməyə konsaltinq xidmətləri göstərilməsi məqsədi ilə Avropa Yenidənqurma və İnkişaf bankının (AYİB) keçirdiyi tenderin qalibidir. Azərbaycan hökuməti ilə AYİB arasındakı razılaşmaya görə, bank ölkənin energetika obyektlərinin modernləşdirilməsi üçün 50-60 mln. dollar həcmində kredit ayıracaq.. ABŞ şirkətinin ekspertləri respublikamızın bütün iri enerji obyektlərini hərtərəfli öyrənərək , enerji qurğularının gücünü artırmağın, əhalinin enerji təchizatını yaxşılışdırağın və sahənin səmərəliyini artırmağın ən vacib tədbirlərini müəyyənləşdirib,istilik-elektrik stansiyalarının, ilk növbədə "Azərbaycan "DRES-in tədqiqinə xüsusi diqqət yetiriblər.Amerikalı mütəxəssislər bu stansiyanın işləyən 8 blokunun hamısını layihə gücünə çatdırmaq üçün tədbirlər hazırlayıblar.
"Azərenerji" SC mütəxəssislərinin fikrincə, mövcud enerji bloklarının yenidən qurulması, elektrik-ötürücü xətlərin bərpası, yeni nəzarət sistemlərinin işə salınması hesabına energetika obyektlərinin inkişvafı enerjinin nəqli zamanı itgiləri xeyli azaltmağa və ölkənin enerji sisteminin təhlükəsizliyini artırmağa imkan verəcək.
NORVEÇ RUSİYA NEFTİNDƏN "QORXUR"
BAKI.25.08.2003.MEDİA-PRESS: Norveç höküməti məmurları arktik şelf yataqlarından rusiya neftinin dənizlə daşınmasıınn artmasından ciddi narahatdırlar. Narahatlığı doğıran "Lukoyl" və "Rosneft" in Avropaya neft daşınmasının dəniz marşrutunu fəal mənimsəmələridir. Ancaq Rusiyanın bütün əsas neft şirkətlərinin lobbiçilik etdiyi Qərbi Sibir-Murmanks neft kəmərinin tikintisi layihəsi norveçliləri bundan bəlkə daha çox narahat edir.
Norveç Dövlət Ətraf Mühitin müdafiəsi mərkəzi- Swanhowd- Norveçin sahil suları ilə Rusiya neft daşımalarının artmasının doğuracağı ekoloji təhlükə barədə məruzə hazırlayıb. Mərkəzin nümayəndəsi Byorn Fransen "Vedomosti" nin müxbirinə deyib: "Bizi narahat edən odur ki, Rusiya avdanlığının hamısının və yaxud bir qisminin texniki vəziyyəti ekoloji normalara uyğun deyil. Əsasən bu, köhnə avadanlıqdır və ona xidmət də həmişə lazımi səviyyədə olmur ". Ekologiya sahəsində Norveçlə Rusiya arasında əməkdaşlıq üzrə layihənin əlaqələndiricilərindən biri Fransenin sözlərinə görə, bu, neftin dəmir yolu ilə və neftdoldurma terminallarından daşınmasına aiddir. Ekoloq deyir: "Tankerlərin problemi ayrıdır-bir çoxu regionun sərt hava şəraitində işləmək üçün kifayət qədər münasib deyil ". Əlaqələndiricinin fikrincə, qışda, dənizin bəzi məntəqələri bir neçə ay buz bağlayanda, daşımalar xüsusi ilə təhlükəlidir.
Məmur-çinovniklərin bu narahatlığını Norveç silahlı qüvvələrinin nümayəndələri də bölüşürlər. Reuters agentliyi hərbi nazirliyin nümayəndəsi Yurqen Petersenin sözlərini sitat gətirir. "Rusiyanın şimalından neft tankerlərinin gediş-gəlişinin artımı sıçrayışa bənzəyir"-sitatın sonu.
Fransen etiraf edir ki, doğrudur, hələlik Rusiya nefti, yaxud rus gəmilərinin gaşıdığı neft Norveçin sahil sularına tökülməyib. Hazırda Rusiyanın əsasən iki şirkəti- "Lukoyl" və "Rosneft"- neft və neft məhsullarını şimal yolu ilə- Norveçin sahilləri ilə, oradan isə Hollandiyanın Rotterdam limanına daşıyır.
"Lukoyl" bunun üçün Varandey xəlicində (buxta) tikdiyi (illik buraxılış qabiliyyəti-1,5 mln. ton) terminaldan istifadə edir. Şirkətin nümayəndəsi Gennadi Krasovskinin "Vedomosti"yə dediyi kimi, yaxın illərdə terminalın gücünü ildə 5-10 mln., gələcəkdə isə 28-30 mln. tona çatdırmaq planlaşdırılır. O,hesab edir ki, Norveçlilərin "Lukoyl" barədə təşvişləri əsassızdır: şirkətin tanker flotu 90-cı illərin axırlarında tikilib və ikiqat gövdəyə malik olan bütün gəmilər beynəlxalq təhlükəsizlik tələblərinə cavab verir.
"Rosneft" keçən il Arxanqelskdən 2,5 mln. ton neft və neft məhsulları ixrac edib. Şirkətin mətbuat mərkəzinin nümayəndəsi Dmitri Panteleyev "Vedomosti"yə deyib ki, Arxanqels vilayətinin Privodino qəsəbəsində tikilən yeni neftdoldurma terminalı 2004-cü ilin aprelində işə düşəcək. Bu, gələn il artıq 4 mln. ton neft və neft məhsulları ixracına imkan verəcək. "Rosneft"in öz tankerləri yoxdur. Ancaq bütün yükvurma və yükboşaltma avadanlığı, Panteleyevin sözlərinə görə, beynəlxalq təhlükəsizlik standartlarına cavab verir.
Ancaq Norveçliləri daha çox narahat edən indiki daşımalar yox, Qərbi Sibirdən neft kəmərinin və Murmansk yaxınlığında təqribən 150 mln. ton buraxılış qabiliyyətinə malik terminalın tikintisi planlaşdırılır. Bu layihəyə Rusiyanın bütün aparıcı neft şirkətləri lobbiçilik göstərir.
Fransen məyus olduğunu gizlətmir: "Əgər Rusiya Norveçin sahil sularından keçən marşrutlarla ildə 150 mln. ton neft daşıyarsa və bu zaman qəza baş verərsə, norveç tərəfinin xilasetmə əməliyyatına, yaxud nəticənin aradan qaldırılmasına imkanı olmayacaq.
"Troyka Dialoq"-un neft məsələləri üzrə mütəxəssisi Valeri Nesterov norveçlilərin bu narahatlığını əsaslı sayaraq deyir: "Murmansk layihəsi gerçəkləşərsə və üstəlik Baltika kəmər sisteminin gücü ildə 50 mln. tona çatdırılarsa, o zaman Skandinaviyanın üzərinə həm şimaldan, həm cənubdan çox böyük yük düşəcək. ". Onun fikrincə, məhz bu səbəbdən Norveç hökuməti artıq indidən ictimai fikri murmansk layihəsinə qarşı kökləyir.
OPEK EKSPERTLƏRİ 2004-CÜ İLDƏ DÜNYA NEFT QİYMƏTLƏRİNİN KƏSKİN DÜŞƏCƏYİNİ BİLDİRİRLƏR
BAKI.25.08.2003.MEDİA-PRESS: Bütün neftin üçdə birindən çoxunu dünyanın xammal bazarlarına çıxaran OPEK-in ekspertləri 2004-cü ildə neftin dünya qiymətlərinin "kəsgin düşəcəyini" bildirirlər. Ekspertlərin OPEK-in Vyanadakı mənzil-qərargahında dərc etdirdikləri məruzədə bundan bəhs edilir.
Təhlilçilər İraqın dünya enerji bazarlarına tammiqyaslı qayıtması imkanını qiymətlərin düşməsinin başlıca səbəblərindən sayırlar. Dünya Neft Karteli rəhbərliyinin fikrincə, "OPEK"-ə üzv olan başlıca ixracçı ölkələrlə nefti müstəqil ixrac edən ölkələr, o cümlədən Rusiya, Norveç, Meksika və Omman arasında sıx, səmərəli kooperasiya olmasa, neftin qiymət göstəriciləri ola bilsin, hətta cari ilin axırlarında, yaxud, gələn ilin əvvəllərində kəsgin düşsün" .
Lakin OPEK ekspertlərinin fikincə, gələn il neft enerji daşıyıcılarına tələbatda sıçrayış olacaq- gündəlik tələb 1,11 mln. barrel artacaq və dünya miqyasında hər gün təqribən 80 mln. ton neftə ehtiyac olacaq.
Eyni halda bu mütəxəssislər iddia edirlər ki, dünya kartelinin gələn il neftin istixracı və ixracı kvotalarını artırmaq imkanı yoxdur. Analitiklər qeyd edirlər ki, əgər İraq tammiqyasda dünya enerji bazarlarına çıxarsa, belə imkan yaranar, çünki neftə olan tələblə təklif arasında yaranacaq boşluğu doldura bilər.
OPEK mütəxəssislərinin fikrincə, "kartelin 10 üzvü gündəlik hasilatın üst-üstə 25,4 mln. barrelə bərabər olan öz mövcud kvotalarını gələn il də saxalaya biləcək. Lakin bu həcm gündə 1,5 mln. barrel arta bilər. İraqın enerji bazarlarına qayıdacağı halda məhz bu həcmdə əlavə "qara qızıl"ın istehsalı və ixracına bel bağlamaq olar".
ABŞ-IN APELLYASİYA MƏHKƏMƏSİ EXXON MOBIL BARƏDƏ QƏRARINI LƏĞV EDİB. ŞİRKƏT 4 MLRD. DOLLAR CƏRİMƏNİ ÖDƏMƏYƏCƏK
BAKI.25.08.2003.MEDİA-PRESS: ABŞ Federal Apellyasiya Məhkəməsi Ankoric Dairə Federal hakiminin hökmünü ləğv edib. Hökm Exxon Mobil neft şirkətini 1989-cu ildə "Valdez" tankerindən neftin tökülməsi nəticəsində Alyaska sahillərinə və yerli balıqçılıq biznesinə dəymiş ziyana görə 4 mlrd. dollar həcmində cərimə ödəməsini nəzərdə tuturdu. Apellyasiya məhkəməsi işə yenidən baxılması haqqında qarar çıxarıb. Exxonmobil nümayəndələrinin dediklərinə görə, şirkət çalışacaq ki, cərimə 40 mln. dollardan az olsun.
"Valdez" tankerinin sualtı qayalara toxunaraq deşilməsi nəticəsində axmış 11 mln. qallon neft Alyaska sahili boyunda 1200 mil çirklənmişdi. İspaniya sahillərində "Prestiqe" tankeri qərq olmazdan əvvəl "Valdez"dən neftin axması dünyada neftlə çirklənmə baxımından ən iri ekoloji fəlakət sayılırdı.
1994-cü ildə Ankoricdə hakimin çıxardığı qərar Exxonu 5,3 mlrd. dollar həcmində cərimə ödəməyə vadar edirdi. O vaxtlar hələ Mobillə birləşməmiş Exxon şirkəti hökümdən şikayət ərizəsi verdi. Şirkət iddia edirdi ki, hökm ədalətsizdir. Çünki o, ziyanın aradan qaldırılması ilə bağlı bütün xərcləri , o cümlədən, suyun neftdən təmizlənməsinə görə, 2,2 mlrd. dolları artıq ödəyib. Bundan əlavə şirkət Alyaska administarsiyasına və federal hökümətə işi tənzimləmək üçün 1 mlrd. dollar verib.
Apellyasiya (şikayət) məhəkəməsi öz qərarında göstərib ki, cərimə çox kəsilib və işi yenidən baxmaq üçün Ankoric Dairə Federal məhkəməsinə göndərib.
İddiaçılar qrupuna minlərlə balıqçı, sahildəki mülkiyyətlərin sahiblərin, yerli bələdiyyələr, başqa fiziki şəxslər və təşkilatlar daxildir.