SENTYABRIN 2 -Sİ VƏ 3-ÜNDƏ BAKIDA QAZAXISTANIN BTC ƏİK-Ə QOŞULMASI HAQQINDA DANIŞIQLARIN NÖVBƏTİ RAUNDU KEÇİRİLƏCƏK
BAKI.27.08.2003.MEDİA-PRESS: Sentyabırın 2-3-də Bakıda Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Kəmərinə (BTC ƏİK) qoşulması haqqında danışıqların növbəti mərhələsi keçiriləcək. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Andar Şukputov məlumat verib.
Xatırladırıq ki, işçi qrupların görüşləri əvvəlcə iyunun axırlarına təyin olunmuşdu, sonradan onun vaxtı iyulun 1-ci dekadasına keçirilsə də, tədbir baş tutmadı. Tərəflərin iddiasına görə, vaxtın dəyişdirilməsi sırf texniki səbəblərlə bağlı idi. A. Şukputovun qeyd etdiyi kimi, bu dəfə danışıqların tarixini azərbaycan tərəfi təklif edib və razılaşma qüvvəsində qalır.
Xatırladırıq ki, hələlik danışıqlar Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Qazaxıstanın Milli Şirkəti "Kazmunayqaz" səviyyəsində cərəyan edir. Ancaq müvafiq sənəd hazır olduqdun sonra, müzakirələr hökümətlərarası səviyyədə davam etdiriləcək.
"Kazmunayqaz" Səhmdar Cəmiyyətinin (SC) baş direktoru Kairgeldi Kabıldının əvvəllər Medi-Pressə xəbər verdiyi kimi, Azərbaycan və Qazaxıstan arasında hökümətlərarası saziş bağlandıqdan sonra, gələcək Transxəzər şirkəti ilə kommersiya sazişi imzalanacaq və Aktau-Bakı nəqliyyat sisteminin idarəsi onun səlahiyyətinə veriləcək. Yeni yaradılacaq bu şirkətə indi Qazaxıstanda çalışan və artıq BTC Co. (Bakı-Tbilisi-Ceyhan) kəmər şirkətinə qoşulmuş 4 əcnəbi şirkət də daxil olacaq. Onlar BTC Co.-da 15 faizlik iştirak payına, yəni gündəlik 150 min barrel neft kvotasına malikdirlər. Layihə sərfəli olarsa, ona başqa şirkətlər də daxil ola bilərlər. "Kazmunayqaz" da bu quruma daxil olmaq imkanlarını araşdırır və Kabıldının sözlərinə görə, qərar iqtisadi sərfəlik zəminində qəbul ediləcək. Onun sözlərinə görə, birinci mərhələdə ƏİK-ə 7,5 mln. ton Qazaxıstan nefti ötürmək, gələcəkdə isə bu həcmi ildə 20 mln. tona çatdırmaq nəzərdə tutulur. Əgər qarşıdakı illərdə BTC marşrutu üzrə Qazaxıstan neftinin ixracı ildə 20 mln. tonu keçərsə, Bakını Aktau ilə birləşdirən kəmər tikmək lazım gələcək, çünki bu, iqtisadi cəhətdən sərfəlidir. Ancaq indilikdə bu məsələ gündəlikdə durmur, sonralar isə onu artıq "Transxəzər" şirkətinin iştirakçıları müzakirə edəcəklər.
K.Kabıldin "Transxəzər" şirkətinin yaradılması çərçivəsində aparılan tədqiqatlar neftin Bakıya daşınması üçün hansı növ və tutumlu tankerlərin gərək olacağını müəyyənləşdirməlidir. "KAzmunayqaz"ın baş direktoru deyib: "İndi Xəzərdə gəmilərin texniki vəziyyəti, onarın miqdarı və sahilyanı tikililərin olmaması ilə bağlı çətinliklər mövcüddür. Qazaxıstanda işləyən neft şirkətləri bu müşkülü çözmək üçün genişmiqyaslı tədqiqat işləri görürlər. Azərbaycan tərəfindən bu işə Xəzər Dəniz Gəmiçiliyi və bir sıra elmi institutlar cəlb edilib".
AZƏRBAYCANIN "ŞAH-DƏNİZ" OFŞOR QAZ YATAĞINDA İLK QABAQLAYICI QUYU QAZILIB
BAKI.27.08.2003.MEDİA-PRESS: "Şah-Dəniz" qaz yatağında ilk qabaqlayıcı quyunun qazılması başa çatıb. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xöşbəxt Yusifzadənin Media-Pressə məlumatına görə, qazmaçılar 6550 metr dərinlikdə "fasilə layı"nı açıblar. Və bu səbəbdən qazma işini dayandırıblar, hərçənd, layihə dərinliyi 7244 metrdir.
Vitse-prezidentin sözlərinə görə, aparılan karotaya əsaslanan ilkin məlumatlar quyunun uğurlu alındığını və gələcəkdə orada böyük həcmdə hasilata bel bağlamağın mümkünlüyünü qeyd edib. İndi tamamlama işləri aparılır və quyunu layihə dərinliyinə kimi qazmaq lazım gəlməyəcək.
Xatırladırıq ki, ilk qabaqlayıcı quyu "İstiqlal" yarımdalma qazma qurğusunun altında qoyulmuş tava daşından qazılıb. Bu tava daşı dəniz dərinliyinin 101 metrə bərabər olan yerində, strukturun şimal-şərq cinahında yerləşdrilib. Qazma işləri aprelin 19-da başlayıb. Quyunun qazılması və müvəqqəti konservləşdirilməsi proqramına bütövlükdə 170 gün ayrılmışdı. Qazmanın podratçısı Caspian Drilling Company şirkətidir. Yataqda 3 qabaqlayıcı quyu qazılmalıdır. Burada daimi istixrac platforması quraşdırılana qədər qabaqlayıcı qazma proqramının icrası ilk qaz həcmlərinin alınmasını sürətləndirməyə imkan verəcək və platforma istismara veriləndən sonra hasilatın sürətli artımını təmin edəcəkdir.
"Şah-Dəniz" yatağının işlənməsinin "1-ci mərhələsi" dərinliyin 105 metrə çatdığı yerlərdə 15 quyu qazılması üçün TPG-500 platformasının quraşdırılmasını, sonradan dərinliyin artıq 300 metrə çatdığı yerlərdə qazılacaq 5 quyunun olduğu yataqda sualtı hazırlıq işləri görülməsini, hər biri 100 km. uzunluğunda 2 sualtı kəmərin (26 düyməlik- qaz və 12 düyməlik- kondensat) TPG-500 platformasından Səngəçal terminalına çəkilməsini, sahil terminalında qaz və kondensat hazırlanması üçün qurğu tikilməsini, habelə Bakı-Tbilisi-Ərzrum Cənubi Qafqaz kəmərinin (BTƏ-CQK) çəkilməsini nəzərdə tutur. Layihənin ümumi dəyəri 3,2 mlrd. dollardır.
"Şah-Dəniz" yatağının qiymətləndirilmiş qaz ehtiyatları 1 trln. kub metrdir. BP-25,5%, Norveç Statoylu-25,5%, ARDNŞ-10%, fransız-belçika Total FinaElf-i-10%, Rusiya "Lukoyl"u-10%, İran şirkəti OIEC- 10% və Türkiyə TPAO-su-9% iştirak payı ilə layihənin səhmdarları sayılırlar.
2003-CÜ İLDƏ RUSİYADA 415 MLN. TONA YAXIN NEFT İSTİXRAC EDİLƏCƏK. XRİSTENKO BELƏ DEYİB
BAKI.27.08.2003.MEDİA-PRESS: 2003-cü ildə Rusiyada neft istixracı 415 mln. tona yaxın olacaq. RF baş nazirinin müavini Viktor Xristenko jurnalistlərlə söhbətində belə proqnoz verib.
O, həmçinin bildirib ki, cari ildə ixrac neftini nəql edən qurğuların gücü əhəmiyyətli dərəcədə artacaq. Baş nazir müavinin sözlərinə görə, hal-hazırda neftdoldurma stansiyalarının yenidən qurulması üzrə bütün texnoloji işlər başa çatıb. Bu tədbirlər və Xolmoqorı-Klin məntəqəsində neftin boruya vurulması texnologiyasının dəyişməsi "Transneft" sistemi üzrə axıdılan ixrac neftinin həcmini ildə 18-19 mln. ton artırmağa imkan verəcək. Bu tədbirlər hesabına cari ilin birinci yarısında ixrac neftinin nəqli 7,5 mln. ton, avqusta olan məlumata görə- 11 mln. tondan çox artıb.
Bundan əlavə, baş nazir vurğulayıb ki, ixrac qurğularının gücünün artması Baltika kəmər sisteminin yeni növbələrinin işə düşməsi hesabına baş verəcək. 2003-cü ilin axırına kimi bu artım, illik hesablama ilə götürsək, 20 mln. tona çatacaq. Ukraynada "Yujnı" terminalından keçən Rusiyanın ixrac neftinin yeni şaxəsinin 2003-cü ilin 4-cü rübündə açılışı hesabına kəmər sistemlərinin ixrac imkanları daha 4 mlrd. ton artırılacaq. V. Xristenko qeyd edib ki, ixrac neftinin yeni qurğularının işə düşməsi gələcəkdə neft nəqliyyatı imkanlarının qeyri-kafiliyi ilə bağlı ciddi çətinliklərldən yayınmağa imkan verəcək.
Baş nazir müavininin sözlərinə görə, cari ildə dəmir yolu ilə neftin və neft məhsullarının yüklənməsi və boşaldılması işlərində də sabit artım müşahidə olunur. Keçən illə müqayisədə bu artım 15%, xam neft üzrə-20 faizə yaxın olub. Mövsümlə əlaqədar çay nəqliyyatı ilə daşınan neft məhsullarında da artım vardır.
İRAN NEFT İSTİXRACI MƏSƏLƏSİNDƏ HEÇ VAXT İRAQLA KVOTA BƏRABƏRLİYİNƏ RAZILAŞMAYACAQ
BAKI.27.08.2003.MEDİA-PRESS: İranın Neft naziri Bijan Namdar Zənqane deyib: "İraq neft ixracının müharibə ərəfəsindəki həcmlərinə nail olan kimi, dünyada neftin qiymətləri kəskin düşə bilər". Xam neftin qiymətindəki bu gözlənilməz tənəzzüldən yalnız o zaman yan keçmək olar ki, OPEK-in neft ixrac edən iri ölkələrlə, ilk növbədə Rusiya, Meksika və Norveçlə əməkdaşlığı genişlənsin və dərinləşsin. Bu zaman Zənqane Bağdadın dünya enerji bazarlarına tammiqyaslı qayıdışının və onun dünya neft kartelinə yenidən üzv olmasının nə vaxt baş verəcəyi sualına cavab verməkdə çətinlik çəkib.
İranın OPEK-dəki nümayəndəsi Hüseyn Kazempur Ərdəbilli deyib ki, İran İraq nefti ehtiytlarının 112 mlrd. barrel olması əsasında neft istixracında onunla bərabər kvotaya heç zaman razı olmayacaq. Ərdəbillinin sözlərinə görə, zəngin ehtiyatların olmasından əlavə, İraq həm də İran səviyyəsində neft çıxarmalıdır. İran neftinin ehtiytları 2001-ci ildə 99 mlrd. barrel olmuşdusa, bu gün 130,7 mlrd. barrel səviyyəsində qiymətləndirilir. Bu ehtiyatların artmasına son illərdə aparılan fəal kəşfiyyat işləri də kömək edib.
İran nümayəndəsi Səudiyyə Ərəbistanında karbohidrogen istehslının səviyyəsini misal çəkərək, qeyd edib ki, neftin ehtiyatları ilə onun hasilatı arasında heç bir oxşarlıq yoxdur. Bu ölkədə neft ehtiyatları 265 mlrd. barrel olduğu halda, onun gündəlik artımı vur-tut 8 mln. barredir.
Əgər İraq gələn il gündəlik kvotasının 2,5 mln. barrel həcmində olmasını tələb edərsə, bu o deməkdir ki, bərabərliyi saxlamaq üçün, OPEK-in qalan üzvləri də gündəlik istehsalı daha 1,2 mln. barrel artırmağa məcbur olacaqlar.
Kazempur Ərdəbillinin məlumatına görə, İranda neft istixrac edən qurğuların gündəlik hasilat gücü indi 4,2 mln., onun OPEK-dəki kvotası isə 3,3 mln. barreldir.
Yeri gəlmişkən, Dow Jones-in məlumatına görə, OPEK rəhbərliyinin sabah başlayan 3-günlük iclasında kartelin bəzi iştirakçıları üçün kvotaların yenidən bölüşdürülməsi yolları müzakirə ediləcək.
OPEK üzvü olan ölkələrin bir qrup eksperti bu kartelin 11 üzvü arasında neftin istixracı və bölüşdürülməsinin mövcud kvotalaşdırma sisteminin dəyişdirilməsinin mümkün variantlarını artıq həll edib.
Əlcəzairin Neft naziri Şakib Xəlil OPEK-dən rəsmən xahiş edib ki, onun ölkəsinə böyük kvota ayırsın. Özlərinin istehsal qurğularının tam gücü ilə işləmədiyini səbəb göstərən Liviya və Nigeriya da kvotalarının artırılmasından danışırlar.
OPEK ölkələrinin gündəlik istixrac üçün ümumi kvotası 25,4 mln. barreldir. OPEK rəhbərlərinin müşavirəsi kartelin neft nazirlərinin sentyabrın 24-nə təyin olunmuş sammitinin gündəliyini də müəyyənləşdirməlidir.
İRANIN XARİCİ İŞLƏR NAZİRİ AZADEQAN YATAĞININ GƏLƏCƏK İNKİŞAFI MƏSƏLƏLƏRİNİ YAPONİYADA MÜZAKİRƏ EDƏCƏK
BAKI.27.08.2003.MEDİA-PRESS: İranın Xarici İşlər naziri Kamal Xərrazi Azadeqan yatağının inkişafı üzrə 2 mlrd. dollarlıq müqavilənin təffərüatını müzakirə etmək məqsədəilə bu gün Yaponiyaya üç günlük görüşə gəlib.
Japan Petroleum Exploration Co, INPEX Corp və Tomen Corp -dan ibarət yapon konsorsiumu Amerikanın müqaviməti üzündən İranın Azadeqan yatağında iştirak barədə müqaviləni iyunun 30-na kimi bağlaya bilməmişdi. Bununla belə, bu iri layihə üzrə danışıqlar yeni vədverici mərhələyə qədəm qoyub.
Rəsmi Tokio Yaponiya şirkətlərinin İran yatağının işlənməsində iştirak etmək səyini dəstəkləyərək hesab edir ki, bu, ölkənin strateji mənafeyinə uyğundur. Yaponiyanın Ticarət naziri Takeo Xiranuma bu ərəfədə bəyanat verib ki, müqavilə üzrə danışıqlarda əksər məsələlərdə əhəmiyyətli mövqe yaxınlaşmaları baş verib. Bundan əvvəl isə Yaponiyanın Müdafiə naziri mətbuatda çıxmış məqaləsində Yaponiyanın İran məsələsində Amerikanın təsir dairəsindən çıxmasının əhəmiyyətini qeyd edibdir.
KANADANIN TALİSMAN ENERGY İNC. ŞİRKƏTİ ŞİMAL DƏNİZİNİN MƏRKƏZİ HİSSƏSİNDƏ YENİ NEFT YATAĞI AŞKAR EDİB
BAKI.27.08.2003.MEDİA-PRESS: Görünür, Şimal dənizinin neft-qaz ehtiyatlarının tükənməsi barədə "peyğəmbərlik" etmiş təhlilçilər bir qədər tələsgənliyə yol veriblər. Kanadanın Talisman Energy İnc. Neft-qaz qrupunun Britaniya filialı Şimal dənizinin mərkəzi hissəsində yeni neft yatağı aşkarlayıb.
Şirkət tapılmış karbohidrogen ehtiyatlarının həcmini hələlik müəyyənləşdirə bilmir. Lakin gözlənilir ki, neft istixrac edən Tartan platformasının yaxında olması bu ehtiyatların işlənməsi xərclərini xeyli aşağı salmağa imkan verəcək və ilk neftin hasilini sürətləndirəcəkdir.
Tartan yatağından 3,5 km. şimal-şərqdə yerləşən 15/16 a blokunda yeni neft ehtiytalırının tapılması 2002-ci ilin axırlarında başlanmış əhatəli planın nəticəsidir. Europe Intelligence Wire xəbər verir ki, proqramın büdcəsi 225 mln. Britaniya funtu məbləğindədəir.
Xatırladırıq ki, lap bu yaxınlarda Statoyl şirkəti də Norveçin qitə şelfində yeni neft yatağı aşkar etdiyini bildirmişdi. Ellida yatağında qaz axtarışı məqsədilə qazma işləri aparan şirkət gözlənilmədən neftli qata rast gəlir. 1991-ci ildə NORN neft yatağı aşkar edildikdən sonra 10 ildən çox di ki, Norveçdə neft tapılmırdı. Odur ki, indiki tapıntı Norveçin qitə şelfini keçmiş şöhrətini özünə qaytara və onun gələcək işlənməsinə sərmayələr cəlb edə bilər.
Statoylun mətbuat mərkəzində bildiriblər ki, Ellidə ikinci kəşfiyyat quyusunun qazılması üç həftədən sonra başa çatacaq. Bu iş başa çatmamış yeni yataqda sənaye neft ehtiyatlarının mövcuduluğu barədə nəsə demək çətindir.
YENİKƏND SES-DƏ 3-CÜ ENERJİ BLOKUNUN TƏMİRİ BAŞA ÇATIB
BAKI.27.08.2003. MEDİA-PRESS:Azərbaycan elektroenergetika sahəsinin qışa hazırlığı proqramı çərçivəsində Yenikənd su- elektrik stansiyasında (SES) 3-cü enerji blokunun təmiri başa çatıb.
"Azərenerji" Səhmdar cəmiyyətində (SC) Media-Pressə verilən məlumata görə, təmir-profilaktika işləri daxili imkanlar hesabına və vaxtından əvvəl başa çatdırılıb. Bundan əvvəl isə eyni tədbirlər stansiyanın 1-ci və 2-ci enerji bloklarında aparılıb. 4-cü blok nisbətən yaxın vaxtlarda istismara verildiyi üçün, orada təmir işləri aparılmayacaq.
Yenikənd SES-də hər biri 37,5 MVt gücündə 4 blok işləyir və burada ildə orta hesabla 400 mln. kVt/saat elektrik enerjisi hasil olunur. Stansiya Avropa Yenidənqurma və İnkişaf bankının 53,24 mln. dollar məbləğində krediti hesabına tikilib.
AZƏRBAYCANDA SƏNAYE İSTEHSALININ HƏCMİ 2003-CÜ İLİN 7 AYINDA 13,3 TRLN. MANAT (2,7 MLRD. DOLLAR) OLUB
BAKI.27.08.2003 MEDİA-PRESS: Azərbaycanda bu ilin 7 ayında sanaye istehsalının həcmi 13,3 trln. manat (2,7 mlrd. dollar) təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur.
Yanacaq-energetika bölməsi müəsissələrində məhsul istehsalı 1,2 %, o cümlədən,neft istixracı-1,6%, neft-kimyası -10%, elektroenergetika- 13 % artıb. Metallurgiyada artım- 69, maşınqayırma və metal emalında-15,4, titkinti materialları istehsalında- 27.6, yeyinti sənayesində-3,9, meşə, ağac emalı və sellüloz-kağız sənayesində -67,5% təşkil edibdir.
Sənaye məhsulunun ümumi həcminin 50,2 faizi - istixrac, 41 faizi-emal və 8,8 faizi isə elektrik, qaz və su təchizatı sənayesinin payına düşüb.
AZƏRBAYCANDA RENAULT YÜK MAŞINLARI YIĞILACAQ
BAK.27.08.2003.MEDİA-PRESS: Azərbaycan Gəncədə yük maşınlarının yığılmasının təşkilinə Fransanın Renault şirkətinin 8,5 mln. dollar məbləğində kreditinə dövlət təzminatı verilməsi imkanını nəzərdən keçirəcə bilər. Bu şərtlə ki, fransa tərəfi ilk məhsulun satışını öz üzərinə götürsün. Bu barədə respublikanın İqtisadi İnkişaf Nazirliyində İNTERFAKS-AZƏRBAYCAN agentliyinə məlumat verilib.
Əvvəllər respublika höküməti layihənin kommersiya səciyyəsi daşıdığına istinad edərək, kredit üzrə dövlət təzminatı verməkdən imtina edirdi. Layihənin reallaşmasına kuratorluq edən İqtisadi İnkişaf Nazirliyi indi RENAULT şirkətinə maşının satış qiymətini müəyyənləşdirmək məqsədilə Azərbaycan bazarının tədqiqatını aparmağı təklif edib.
Yığma istehsalının təşkili xərclərinin ümumi məbləği 10 mln. dollardır. Bunun 8 mln. 500 min dollarını RENAULT , 1,5 milyonunu isə Azərbaycan kreditləşdirməlidir. 1,5-5 ton və 6-13 ton yükgötürmə qabiliyyəti olan RENAULT avtomabillərini Gəncə avtomobil zavodu bazasında yığmaq nəzərdə tutulur. Hal-hazırda layihənin tam texniki-iqtisadi əsaslandırması başa çatdırılıb. 5 ildə zavodda 5 minə yaxın avtomobil buraxılması nəzərdə tutulur.
AZƏRBAYCAN ÖZ QUŞÇULUQ MƏHSULUNU İXRAC ETMƏYƏ BAŞLAYIB
BAKI.27.08.2003.MEDİA-PRESS: Azərbaycanın quşçuluq fabrikləri öz məhsullarını ixrac etməyə başlayıb. Bu günədək bir sıra MDB respublikalarına 5 mln. ədəddən artıq toyuq yumurtası, qonşu Gürcüstana isə toyuq əti göndərilib. Bu barədə respublikanın Kənd Təsərrüfatı naziri İrşad Əliyev məlumat verir.
Onun sözlərinə görə, fermerlər və kənd təsərrüfatı məhsullarının başqa istehsalçıları üçün güzəştlərin müddətinin artırılmasını nəzərdə tutan qanun layihəsi hazırlanır. İndi bu istiqamətdə tədqiqat aparılır.
Qeyd edək ki, Azərbaycan parlamenti 2001-ci ildə "Kənd təsərrüfatı məhsulunun istehsalı sahəsində vergiqoymada müvəqqəti güzəştlər verilməsi haqqında " qanun qəbul edib. Bu sənəd kənd istehsalçılarının torpaq vergisi istisna olmaqla, 2001-ci ildən başlayaraq, 3 il ərzində hər növ vergidən azad olunmasını nəzərdə tutur. Bu il həmin qanunun qüvvəsi başa çatır. Məhz onun sayəsində yerlərdə kənd təsərrüfatı məhsulu idxal olunan məhsullarla qiymət baxımından bərabər rəqabətə girə bilib ki, bu da öz növbəsində aqrar bölmədə istehsalın artmasına, indi isə sahə məhsulunun ixracına başlanmasına təkan verib.
BVF MİSSİYASI 2004-CÜ İLİN DÖVLƏT BÜDCƏSİNİN LAYİHƏSİNİ MÜZAKİRƏ ETMƏK ÜÇÜN AVQUSTUN 27-DƏ AZƏRBAYCANA GƏLƏCƏK
BAKI.27.08.2003.MEDİA-PRESS: Bu gün Beynəlxalq Valyuta fondunun (BVF) missiyası 2004-cü il Dövlət büdcəsi layihəsinin müzakirəsi üçün Azərbaycana gəlir.
Ölkənin Maliyyə naziri Fazil Məmmədovun məlumatına görə, BVF ekspertlərinin müzakirəsinə veriləcək Dövlət büdcəsinin ilkin variantı artıq hazırdır. Nazir büdcə layihəsinin əsas parametrlərini dəqiqləşdirməsə də, məlumat verib ki, vergilər nazirliyi xətti ilə ölkə büdcəsinə ayırmalar cari ilin proqnozları ilə müqayisədə 13-14% artmalıdır.
Azərbaycanın Maliyyə naziri Əvəz Ələkpərov isə bir qədər əvvəl demişdi ki, 2004-cü ildə Dövlət büdcəsinin mədaxil və məxarici 2003-cü illə müqayisədə 10% artacaq.
AZƏRBAYCAN İQTİSADİYYATINA 2,924 TRLN. MANAT (594,3 MLN. DOLLAR) KREDİT QOYULUB
BAKI.27.08. 2003. MEDİA-PRESS : Azərbaycan Milli Bankının (AMK) məlumatına görə, cari ilin 7 ayında ölkə iqtisadiyyatına 2,924 trln. manat (594,3 mln. dollar) kredit qoyulub ki, bu da ilin başlanğıcına olan göstəricidən 12,4 % yüksəkdir.
AMK-nın mətbuat xidmətində Media-Pressə verilən məlumata görə, bu kreditlərin 74,8 faizi (2,186 trln. manatı, yaxud 444,3 mln. dolları) -qısamüddətli, 25,2 faizi 9 738,1 mlrd. manatı - 150 mln. dollar) isə- uzunmüddətlidir.
Qoyulmuş kreditlərin 1,272 trln. manatı ( 258,5 mln. dollar ) - dövlət banklarının, 1,312 trln. manatı (266,6 mln. dollar ) - özəl bankların və 339,1 mlrd. manatı ( 68,9 mln. dollar) - qeyri - bank təşkilatlarının payına düşür. Bütün vəsaitin 676 mlrd. manatı ( 23,1 %) - dövlət bölməsinə, 2,248 trln. manatı ( 76,9 %) isə- özəl bölməyə yönəldilib.
Ölkə iqtisadiyyatının müxtəlif sahələrinə qoyulmuş 2,378 trln. manat kreditin 499,6 milyardı ( 21 %) - ticarət və xidmət sahəsinə, 280,7 milyardı (11,8 % )- nəqliyyat və rabitənin inkişafına,172, 6 milyardı ( 7,3 % )- dövlət idarəçiliyinə, 150,6 milyardı ( 6,3 %) -energetikaya və təbii ehtiyatların işlənməsinə,124,5 milyardı ( 5,2 % ) - kənd təsərrüfatına, 198,6 milyardı ( 8,4 % )- ağır və yüngül sənayeyə, 176,2 milyardı ( 7.4 % ) isə - tikintiyə yönəldilib. Bütün kreditlərin 65,7 faizi xarici valyuta ilə verilib.
AZƏRBAYCAN BANKLARININ NİZAMNAMƏ KAPİTALI 692,5 MLRD. MANAT ($ 40,7 MLN.) TƏŞKİL EDİB
BAKI.27. 08. 2003. MEDİA-PRESS : 2003-cü il avqustun 1-də azərbaycan banklarının Nizamnamə kapitalı (NK ) 692,5 mlrd. manat ( 140,7 mln. dollar) olub ki, bu da yanvarın 1-nə nisbətən 10,1 % çoxdur. Azərbaycan Milli bankında (AMB ) verilən məlumata görə, NK-nın ümumi məbləğinin 72 mlrd. manatı (14,63 mln. dollar ) - dövlət banklarının, 620,5 mlrd. manatı ( 126,11 mln. dollar ) isə -özəl bankların payına düşür.
Bankların xarici kapitalın iştirakı ilə yaradılmış NK hazırda 252 ,8 mlrd. manat, yaxud ölkənin bütün banklarının NK-nın 36,5 faizini təşkil edir. Hər banka orta hesabla 15,1 mlrd. manat vəsait düşür.
2003-cü il avqustun 1-nə 94 kredit təşkilatının bank əməliyyatları aparmaq üçün lisenziyası olub.Onların 48-i qeyri-bank kredit təşkilatıdır. 41 kredit təşkilatının əhalinin vəsaitlərini cəlb etmək, 43-nün - xarici valyuta əməliyyatları aparmaq, bir təşkilatın - qiymətli metallarla , 26-nın isə kredit kartları ilə işləmək icazəsi olub.
2003-cü il avqustun 1-nə olan məlumata görə, Azərbaycanda 46 bank fəaliyyət göstərib. 16 bank xarici kapitalla işləyir. 5 bankın kapitalının 50 faizdən 100 faizə qədərini, 9 bankda isə 50 faizdən azını əcnəbi kapital təşkil edir.
AZƏRBAYCANDA DÖVRİYYƏDƏ 2, 331 TRLN. MANAT PUL KÜTLƏSİ VAR
BAKI. 27.08.2003. Media-Press: Cari il avqustun 1-də Azərbaycanda dövriyyədə 2,331 trln. manat pul kütləsi olub ki, bu da yanvarın 1-i ilə müqayisədə 15,1 % çoxdur. Milli bankın mətbuat xidmətində Media-Pressə məlumat veriblər ki, 2002-ci ilin eyni götəricisi ilə müqayisədə artım 25,8 % olub.
Ümumi pul kütləsinin 1, 814 trln. manatı -nağd, 517,4 mlrd. manatı isə nağdsız vəsaitlərdir. Ötən ilin müvafiq göstəricisi ilə müqayisədə nağd pul kütləsinin həcmi -16,7 %, nağdsız pul kütləsi isə - 72,5 % çoxalıb.
AZƏRBAYCAN AVROPADA ƏN AZ MƏHBUS OLAN ÖLKƏLƏRDƏN BİRİDİR
BAKI.27.08.2003.MEDİA-PRESS: Bu gün Azərbaycanda hər 100 min nəfərə 200 nəfərə yaxın məhbus düşür ki, bu da Avropada ən aşağı göstəricilərdən biridir. Azərbaycanda insan hüquqları üzrə müvəkkil (ombudsmen) Elmira Süleymanova bu haqda "İnterfaks-Azərbaycan" agentliyinə məlumat verib.
"Yeri gəlmişkən, ABŞ-da hər 100 min sakinə təqribən-700, Rusiyada və bəzi ayrı ölkələrdə təqribən bu sayda məhbus düşür. Azərbaycanda isə əfv və amnistiya olunanların sayı durmadan artır. Ombudsmen qeyd edib ki, yalnız sonuncu amnistiya tədbiri (may ayında elan olunub) 14 min adama şamil edilib".
E. Suleymanovanın sözlərinə görə, yaxın gələcəkdə bağışlanma barədə prezidentin növbəti fərmanının veriləcəyi gözlənilir. O, deyib: "Bütövlükdə son dövrdə Azərbaycanda heyrətamiz dəyişikliklər baş verib, məhbusların saxlanması şəraiti xeyli yaxşılaşıb, polis məntəqələrində müvəqqəti saxlanınlara münasibət yaxşılığa goğru kəsgin dəyişib".
Ombudsmen qeyd edib ki, o, məhbusların və müvəqqəti tutulanların saxlanması şəraiti ilə tanışlıq üçün öz hüququndan fəal istifadə edir. E. Süleymanova deyib: "Həmin vaxt məhbus yazılı, yaxud şifahi şəkildə istədiyi xahişlə ombudsmenə bilavasitə müraciət edə bilər. Son vaxtlar mənim təqdimatımla 10 nəfərdən çox adam əfv olunub".
İnsan hüquqları üzrə müvəkkil məlumat verib ki, 2002-ci il oktyabrın axırlarından etibarən ombudsmen aparatı 2700-dən artıq ərizə qəbul edib. Adamların çoxu vətəndaş hüquqlarının və sosial hüquqların pozulmasından şikayət edir. Ərizələrdə qaçqınların və məcburi köçkünlərin hüquqlarının da pozulması hallarına tez-tez rast gəlinir.
Elmira Süleymanova deyib: "Məsələn, Böyük Britaniyada vətəndaş parlament üzvlərinə yalnız lobbiçilik edəcəyi təqdirdə ombudsmenə müraciət edə bilər. Bizim qanunumuz isə bir çox ölkələrin qanunlarından fərqli olaraq çox demokratikdir. Biz hər kəsi qəbul edib dinləyirik". O, çox sayda azərbaycan vətəndaşının İnsan hüquqları üzrə Avropa məhkəməsinə və ombudsmenin özünə şikayətini isə ölkədə İnsan hüquqları ilə bağlı vəziyyətin pis əlaməti, yaxud yerli məhkəmə sisteminin mükəmməl olmaması kimi deyil, əksinə vətəndaşların öz hüquqlarını pis bilməsi ilə izah edir. Elmira xanım məhz buna görə də əmindir ki, şikayətlərin çoxu Avropa məhkəməsinin səlahiyyətinə uyğun olmayan bir sənəd kimi rədd ediləcəkdir. "Məsələn, ombudsmen aparatına daxil olan şikayət ərizələrinin yarısından çoxu bu səbəbdən geri qaytarılır". E. Süleymanova məlumat verib ki, araşdırılmış şikayətlərin 20 faizindən çoxu müsbət həll edilib.
Ombudsmen qeyd edib ki, Azərbaycanda keçən ildən mövcud olan bu institutun qarşısında bir çox çətinliklər durur. Bunlar ilk növbədə vətəndaşların öz hüquqları və onların müdafiə metodları haqqında məlumatının olmaması ilə bağlıdır. Elmira Süleymanova deyib: "Bununla yanaşı artıq bu gün İnsan hüquqları üzrə Avropa Şurası Ali komissarı Alvaro Hil-Robles -in, ABŞ, Rusiya və bir çox ayrı ölkələrin ekspertlərinin bizim fəaliyyətimiz barədə müsbət fikirləri vardır".