PREZİDENT SEÇKİLƏRİ ƏRƏFƏSİNDƏ M. SAAKAŞVİLİ ERMƏNİLƏRİN VƏ GÜRCÜSTAN AZƏRBAYCANLILARININ QILIĞINA GİRMƏYƏ ÇALIŞIR
BAKI.01.12.2003. MEDİA-PRESS: Ermənistan Gürcüstanın strateji tərəfdaşı olduğu üçün, onunla əlaqələrin Gürcüstan üçün birinci dərəcəli əhəmiyyəti vardır. Gürcüstanda prezidentliyə namizəd, "Vahid Milli hərəkat"ın lideri Mixail Saakaşvili ermənistan İctimai televiziyasına müsahibəsində belə deyib.
Onun sözlərinə görə, Gürcüstanın yeni rəhbərliyi çox istəyir ki, son illərdə Ermənistanla əlaqələrini xeyli genişləndirən erməni diasporu bütün Qafqazda, ələlxüsus da Gürcüstan ərazisində, infrastruktur investisiya layişələrində iştirak etsin.
Saakaşvili həmçinin deyib ki, Ermənistan yüklərini maneəsiz surətdə Gürcüstan ərazisindən daşıya bilmək üçün ölkənin tranzit vəziyyətindən maksimum fayda ilə istifadə etməlidir. Bununla bağlı o, qeyd edib ki, artıq Ukrayna hökuməti ilə əldə edilmiş razılığa görə,Ermənistanın da istifadə etdiyi xətdə- İlyiçovskdan Batum və Potiyədək bərə daşımalarında qiymətlər aşağı salınıb.Prezident seçkilərindən sonra isə Gürcüstanın yeni hökuməti hökmən dəmir yolu ilə tranzit tariflərini də ucuzlaşdıracaq…
Xatırladaq ki, bir neçə gün əvvəl Saakaşvili azərbaycan mətbuatına müsahibəsində gürcüstan azərbaycanlılarını da ağız dolusu tərifləmiş, məhz onun namizədliyinin irəli sürüldüyü seçki dairəsində əksəriyyət təşkil edən azərbaycanlıların sayəsində gürcüstan parlamentinə seçildiyini bəyan etmişdi.
Lakin yadımıza salmaq pis olmazdı ki, hələ bu yaxınlarda elə Saakaşvilinin özü gürcüstan azərbaycanlıları və erməniləri haqqında xoşagəlməz ibarələr işlətmişdi.İndi, yəni mümkün qədər çox seçici səsi toplamaq lazım gəldiyi bir məqamda, dünənki müxalifətçi yağlı vədlər və təriflərini əsigəmir.
GÜRCÜSTANDA HAKİMİYYƏT DƏYİŞİKLİYİ "YUQOSLAVİYA SSENARİSİ ÜZRƏ" TƏŞKİL EDİLMİŞDİ.- RF FTX DİREKTORU NİKOLAY KOVALYOV BELƏ DEYİR
BAKI.01.12.2003. MEDİA-PRESS:Gürcüstanda hakimiyyətin dəyişməsinə gətirmiş hədisələr "yuqoslaviya ssenarisi üzrə" təşkil edilmişdi. Bazar günü "Rossiya" telekanalının "Həftəin xəbərləri" proqramına müsahibəsində Dumanın Təhlükəsizlik komitəsinin sədr müavini, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sabiq direktoru Nikolay Kovalyov belə deyib.
" Hələ üç il əvvəl Yuqoslaviyada yazılmış "Gürcüstan partiturası"nı orkestr dəqiqliklə ifa edib". O, RF Dövlət Duması Təhlükəsizlik komitəsinin gürcüstan hadisələrini tədqiq etdiyini v belə nəticəyə gəldiyini vurğulayıb ki, "Gürcüstanda Belqradsayağı çevriliş çox incəliklə hazırlanıb".
N. Kovalyov deyib: "Gürcüstanda baş vermiş hadisələrin heç biri təsadüf olmayıb". Onun dediyinə görə, bu işlə məşğul olası adamlar Belqradın 70 kilometrliyində yerləşən Serşla ərazisində hazırlıq keçiblər."Məxmər inqilab"ın ssenarisinin icrasına kömək edə bilən perspektivli siyasətçilər müəyyyənləşdirilərək, onlara hazırlıq keçilib."
Kovalyovun iddiasına görə," cürgüstan müxalifətinin liderləri tez-tez Serbiyaya qonaq gedir, o cümlədən düşərgələrdə olurdular. Bu düşərgələri əsasən Birləşmiş Ştatlar, özü də bir sıra ictimai fondlar vasitəsi ilə idarə edirdi."
Kovalyovun sözlərinə görə,rusiyalı qanunvericiləri ən çox təəccübləndirən o oldu ki, serbiya düşərgələrində gürcülərlə birlikdə MDB-nin daha 6 ölkəsinin nümayəndələri təlimatlandırılıblar. Rusiya parlamentinin üzvü deyib:"Orada Ukrayna, Moldova, Ermənistan, Azərbaycan və daha bir neçə ölkəin nümayəndələri olublar. Onlar Gürcüstan ərazisindəki haisələrdə iştirak ediblər".
HAŞİMİ RƏFSANCANİ: İRAN ÜÇÜN FARS KÖRFƏZİ VƏ XƏZƏR DƏNİZİ STRATEJİ ƏHƏMİYYƏT DAŞIYIR
BAKI.01.12.2003. MEDİA-PRESS: İran İslam Respublikasının (İİR) Hərbi -Dəniz donanması (HDD) günü ərəfəsində çıxış edən ölkənin keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncani İranın şimal və cənub su hövzələrində hərbi qüvvələr saxlamağın mühüm olduğunu qeyd edərək deyib ki,"Xəzər dənizi və Fars körfəzi ticarət, ətraf mühitin və təşlükəsizliyin qorunması baxımından son dərəcə yüksək əhəmiyyət kəsb etdiui üçün, hər ikisi İran üçün strateji əhəmiyyət daşıyır".
Haşimi-Rəfsəncani deyib: "Biz bu fikirdəyik ki, böyük dövlətlərin dəniz donanmaları ilə bir sırada yer almağa səy göstərmək İran üçün mənasız bir iş olsa da,region səviyyəsində döyüş hazırlığını artırmaq və donanmamızı modernləşdirmək zəruridir".O, hərbi-dəniz qüvvələri və silahları quruculuğunda İranın özünütəminata keçməsindən və indi bu sahədə ayrı ölkələrdən asılı olmamasından razılığını bildirib.
Öz növbəsində İRİ HDD komandanı admiral Abbas Möhtac ölkə rəhbərliyini əmin edib ki, " İranın şimal və cənub sularında milli mənafelərimizi müdafiəyə hazır olan güclu hərbi-dəniz qüvvələrimiz var".
HDD komandanı qeyd edib ki, Xəzərə çıxışı olan ölkələrin hamısının öz ərazi bütövlüklərini qorumaq və təhlükəsizliklərini təmin etmək imkanları kifayət qədər olmalı, lakin bu proses sürətlə silahlanmaya gətirib çıxarmamalıdır.General onu da bəyan edib ki,İranın Xəzərdə raket katerlərindən istifadə etməsi ölkənin bu dənizin demilitarizasiyasına (hərbsizləşdirilməsi, silahsızlaşdırılması) dair siyasətinə zidd deyil.
İQTİSADİ ƏMƏKDAŞLIQ ÜZRƏ AZƏRBAYCAN-AMERİKA QRUPUNUN İCLASI FEVRALA KEÇİRİLİB
BAKI.01.12.2003. MEDİA-PRESS: Azərbaycan-amerika İqtisadi əməkdaşlıq qrupunun iclası yenə təxirə salınıb. Maliyyə naziri Əvəz Ələkbərov ABŞ Dövlət Departamentinin işçi qrupun növbəti iclasının 2004-cü il yanvarın 10-11-də Vaşinqtonda keçirilməsinə dair təklifini xatırladaraq deyib:"Biz bu müddətlə razılaşdıq. Lakin bü günlərdə amerika tərəfi iclası fevralda keçirməyi təklif edib".
Nazir iclasın təxirə salınmasının təşkilatı səbəblərlə, məsələn, qrupun amerikalı həmsədrinin əvəzlənməsi ilə bağlı ola biləcəyini deyib. Qeyd edək ki, azərbaycan tərəfindən qrupun həmsədri elə Əvəz Ələkbərovun özüdür.
İşçi qrup ekspertlərinin əvvəlki görüşü 2003-cü il mayın 15-də Bakıda olub.
AŞQABAQ RUSİYA SƏFİRLİYİNİN 200-Ə YAXIN NOTASINI CAVABSIZ QOYUB
BAKI.01.12.2003. MEDİA-PRESS: Rusiya səfirliyinin Türkmənistan XİN-nə ünvanlanmış 200-ə yaxın notası savabsız qalıb.RF XİN müavini Aleksey Fedotov belə deyib. O, əlavə edtb ki, Rusiya səfiri və ümumiyyətlə səfirliyin rəhbərliyi Türkmənistan XİN-nin yalnız bir neçə yetgilisi ilə görüşüb söhbət edə bilərlər, bu respublikanın ayrı nazirlik və ya baş idarələrinin rəhbərlərinə çıxış imkanları isə çox məhduddur.
A.Fedotov deyib ki, rusiya diplomatları xüsusi razılıq olmadan ölkə daxilində hərəkət edə bilmədikləri üçün, RF nümayəndəliyinin iş səmərəsi aşağıdır. Onun sözlərinə görə, RF XİN-i də cavab tədbirləri barədə təkliflər hazırlayır, çünki diplomatiyada hər şey qarşılıq zəminində qurulur.
Türkmənistandakı rusiya vətəndaşlarına kömək göstərilməsində RF səfirliyinin nə kimi imkanları var? -sualına "biz bu prinsipə tam əməl etmək niyyətindəyik" cavabını verən diplomat deyib:" bərabər cavab tədbirləri və bizim tərəfimizdən məsələnin belə qoyuluşu Rusiyanın Aşqabaddakı və Türkmənistanın Moskvadakı səfirlikrlərinin vəziyyətini bərabərləşdirməyə , iş səmərəsini yüksəltməyə imkan verəcək. Həm də ona görə ki, söhbət ikitərəfli münasibtlərin inkişafından, vətəndaşlarımızın hüquqlarından gedir".
RF XİN-i İnformasiya və mətbuat departamentinin məlumatına görə, A.Fedotov etiraf edib ki,"bəzi zonalar var ki, diplomatlarımız oradan kənara çıxa bilmirlər.Ölkəyə səfərə çıxmaq üçün, xüsusən də bu respublikada kifayət sayda olan həmvətənlərimizlə görüşmək və ya hansısa müəssisəyə getmək zərurəti yarananda, icazəalma qaydası özlüyündə diplomatlarımızın fəallığını xeyli azaldır, işə əngəl törədir. Bununla əlaqədar hesab edirik ki, belə məhdudiyyətlər götürülməlidir.Bütün hallarda notalarımıza müvafiq formada cavab verilməlidir".
A. Fedotova görə, vətəndaşlıq məsələləri üzrə rusiya-türkmənistan komissiyasının 2-ci iclasının keçirilməsi məsələsi də təxirə salınır. Bu komissiyanın ilk iclası cari ilin iyulunda keçiriləndə razılaşdırılmışdı ki, ikinci iclas sentyabr-oktyabrda keçirilsin. Təssüf ki, türkmən tərəfi 2-ci iclasın keçirilməsi tarixini daim təxirə salır.
Türkmənistanda rusdilli əhalinin vəziyyətindən danışın diplomat, insan hüquqlarının müdafiəsi sahəsində vəziyyətin bir qədər sabitləşdiyini, ona görə də mühacirət meylinin zəiflədiyini deyib:"Rusiyaya getmək üçün yerli hökumətdən icazə almaq üçün ərizə verənlərin sayı indi ayda 1300 nəfərə çatır ki, bu da bahardakı səviyyənin qalması deməkdir".
QƏRBİN ÇAĞIRIŞLARINA RƏĞMƏN ODESSA-BRODI KƏMƏRİ HƏLƏ DƏ BOŞDUR
BAKI.01.12.2003. MEDİA-PRESS: Avropa İttifaqı (Aİ) yenə də Odessa-Brodı kəmərini canlandırmağa çağırıb.Moskvada çıxan "Vedomosti" qəzetinin bununla əlaqədar yazdığı kimi, "Ukraynanın Odessa-Brodı kəmərinin revers(əks istiqamətdə) istifadəsinə lobbiçilik edən rus neftçilərinin güclü rəqibi peyda olub.Aİ özəl sərmayəçiləri xəzər neftinin bu boru xəttilə axıdılmasına kömək göstərməyə çağırıb.Lakin neftçilər və təhlilçilər avropalı məmurların düzüb-qoşmaq istədikləri bu işin uğuruna şəbhə edirlər".
Xatırladaq ki,614 km. uzunluğu və ildə 14 mln. ton neft neql etmək gücündə olan bu xətt hələ 2001-ci ilin avqustunda istifadəyə verilib. Kəmər xəzər neftinin Avropaya nəqli üçün nəzərdə tutulsa da, m əhz belə neftin olmaması səbəbindən indiyədək boş qalmaqdadır. Fürsətdən bəhrələnmək istəyən rus şirkətləri Ukraynaya təklif etdilər ki, rusiya neftinin ixracı üçün kəmərdən əks istiqamətdə istifadə olunsun. TNK_BP hətta borunun ilkin doldurulması üçün texnoloji nefti "Ukrtransnafta"ya kreditə verməyi vəd etdi.Boru ilə Odessaya çatdırılan nefti rus şirkətləri tankerlərlə Avropaya daşımaq niyyətindədirlər.
PriceWaterhouse-Coopers-in hesablamalarına görə, 5 ildə borunun buraxılış qabiliyyətini ildə 45 mln. tona çatdırmaq olar. Bu,indi AİT-nin il ərzində istehlakının 2.% faizinə bərabər olsa da, çətin ki, yaxın gələcəkdə ukrayna kəmərinin gücünün artırılmasına ehtiyac olsun.
Keçən həftə Avropa Komissiyasının imzaladığı bəyannamə özəl sərmayə sahiblərini Odessa-Brodı kəmərinin istismarı layihəsinə qoşulmağa çağırır. Aİ-nin Nəqliyyat ürə komissarı xanım Loyola de Palasio Polşa və Ukraynanın baş nazirləri Marek Pol və Vitali Qaydukla görüşdən sonra deyib:"Odessa-Brodı neft kəməri elə bir layihədir ki, Aİ-yə yanacaq ixracının təhlükəsizlik səviyyəsini artırmağa, onun nəqlində yeni ekoloji və texniki standartların tətbiqini sürətləndirməyə kömək edə bilərdi." Lakin Avropa Komissiyasının Xarici Əlaqələr şöbəsində məhz kimin bu layihəni maliyyələşdirəcəyini deyən yoxdur. Yəqin ona görə ki, bu sualın cavabını bilmirlər.
İraq müharibəsi avropa məmurlarını Aİ-yə yanacaq idxalı məsələsinə yenidən qayıtmağa vadar etdi. Beləki, indi idxalın üçdə ikisi İttifaqa daxil olmapyan ölkələrin payına düşür. Xəzər neftinin Odessa-Brodı ilə axıdılması avropalılara yaxın şərq asılılığını azaltmağa imkan verərdi. Bu işdə ekoloji amil də az rol oynamır-neftin kəmərlə nəqli tanker daşımalarından təhlükəsizdir.
10 AYDA AZƏRBAYCAN NEZ-LƏRİ DAXİLİ BAZARDA 3,145 MLN. TON NEFT MƏHSULU REALİZƏ EDİB
BAKI.01.12.2003. MEDİA-PRESS: Bu ilin 10 ayında ölkə neft emalı zavodları (NEZ) daxali bazarda 3,145 mln. ton neft məhsulları realizə edib ki, bu da ötən ilin göstəricisindən 22,9% çoxdur.
Azərbaycan Dövlət Statistika komitəsinin (DSK) bu haqda məlumatına görə, satılan bütün məhsulun 57 faizi -yanacaq mazutu, 13 faizi- dizel yanacağı, 12 faizi- avtomobil benzini və 14 faizi -aviasiya yanacağıdır. Daxili bazarda satılan bütün təyyarə yanacağının 53 faizini "Azərbaycan hava yolları" Dövlət konserni alıb. Xəzər Dəniz Gəmiçiliyi idarəsi motor yanacağının -98,2 faizini, soba yanacağının- 74,9 faizini və motor yağlarının- 31,2 faizini alıb. Yanacaq mazutunun -96,1 faizi "Azərnerji" SC-ya satılıb.
TBİLİSİ MOSKVANI BAKI-TBİLİSİ-CEYHAN NEFT KƏMƏRİNƏ QARŞI TERROR ƏMƏLLƏRİ HAZIRLAMAQDƏ TƏQSİRLƏNDİRİR
BAKI.01.12.2003. MEDİA-PRESS: Xəzər neftini Gürcüstan əoazisindən Qərbə daşımalı olan Bakı-Ceyhan kəməri çeçen muzdurlarının , yaxud BKİ ( Baş Kəşfiyyat İdarəsi- RF.Baş Qərargahının Baş Kəşfiyyat idarəsi) ekspertlərinin hazırladıqları ekoloji təşkilat fəallarının hücümları nəticəsində zədələnə bilər.Britaniyanın nüfuzlu "The Guardian" qəzetinin Gürcüstan Təhlükəsizlik nazirliyinin adının çəkilməsini istəməyən nümayəndəsinə istinadən yaydığı bu günki xəbərə görə, BKİ müvafiq planın maliyyələşdirilməsini , habelə çeçen yaraqlılarından və ekoloji təşkilatların fəallarından ibarət icraçıların hazırlanmasını təmin edib.
Mənbənin məlumatına görə,bu məlumat son iki ayda Moskva mənbələrindən və BKİ-dən daxil olurdu. Bu planı işləyib hazırlayan ,onun icrası işinə çeçen yaraqlılarını cəlb edən, həmçinin müvafiq təlimlər keçən ekoloqlardan istifadə edilməklə zəruri özəklər yaradan məhz BKİ-dir.Gürcüstanda ehtimal olunan bu əməllərin icraçılarından bütün keçmiş SSRİ məkanında, Rusiyanın neft mənafelərinə ciddi təhlükə yaranacağı təqdirdə istifadə oluna bilər.
"The Guardian2ın qeyd etdiyi kimi, Gürcüstan ərazisindən hər gün bir milyon barrel xəzər neftini Qərbə ötürəcək strateji Bakı-Ceyhan kəmərinə görə, bu keçmiş sovet respublikasının geosiyasi əhəmiyyəti onun 4-milyonluq əhalisinin ehtiyaclarını üstələyir. Bu boru xətti neftin ixracına dair Rusiyanın planlarını ciddi əngəlləyə bilər. Həm də ona görə ki, Qazaxıstan da öz " qara qızıl"ını onunla axıtmaq niyyətindədir.
Vaxtı ilə uzun müddət SSRİ-ni öyrənməklə məşğul olmuş xanım Keyt Mallinson deyib:" Bu oyunda çox yüksək dəyərlər uğrunda mücadilə gedir. Rusiyanın Novorossiysk kəməri ilə rəqabət aparan bu xətt Moskvanın siyasi-iqtisadi maraqlarına təhlükə doğurduğu üçün bənzər təxribatlar risqi mövcuddur".
Qəzet vurğulayır ki, Tbilisi bu kəmərin strateji əhəmiyyətinin fərqindədir. Eduard Şevardnadzenin istefasından sonra indi Gürcüstan prezidentinin vəzifələrini yerinə yetirən Nino Burcanadzenin dövlət başçısınin otağına ayaq basdıqdan sonra, ilk olaraq məhz BP şirkətinə zəng edib və onlara "boru ilə bağlı hər şeyin yaxşşı olacağ"ını deyib.
Qəzetin yazdığına görə, BP-nin Rusiyanın Baş Kəşfiyyat idarəsindən doğan təhlükədən xəbəri var. Ancaq şirkətin mətbuat xidməti bu məlumatı şərh etməkdən boyun qaçırıb. RF Müdafiə Nazirliyi "The Guardian"-ın bu xəbəri ilə bağlı "belə ağılsız iddiaları şərh etmir" cavabını verib.
ETEN SALYAN OYL-U 500 MLN. MANAT CƏRİMƏ EDİB
BAKI.01.12.2003. MEDİA-PRESS: Azərbaycanın Ekologiya və Təbii Ehtiyatlar nazirliyi (ETEN) Salyan Oyl Ltd Əməliyyat şirkətini Qarabağlı yatağında istixrac qaydalarını pozduğuna (nəticədə neft dənizə axıb) görə, 500 mln. manat ( 100 min dollardan bir qədər çox) məbləğində cərimələyib.
ETEN rəhbəri Hüseyn Bağırovun " Əməliyyat şirkətinin nazirliyin tənqidinə diqqətlə yanaşdığını və yataqdakı ekoloji qəzanın nəticələrinin aradan qaldırılması üçün tədbirlər gördüyünü" vurğulayaraq deyib ki, şirkət strukturda neftin sızmasının "başlıca səbəbkarı"nı- köhnə boruları dəyişməyi planlaşdırır.
Kürsəngi və Qarabağlı yataqlarının işlənməsi üzrə müqavilə 1998-ci ilin dekabrında imzalanıb. Salyan Oyl Əməliyyat şirkəti isə 1999-cu il mayın 12-də yaradılıb. İndi Dövlət Neft şirkəti-(ARDNŞ -50%), Çin şirkətləri-CNODC və CNPC ( hərəyə-25%) layihənin səhmdarlarıdır.İndiyədək yatağa $115 mln. sərmayə qoyulub, gündəlik hasilat isə-min tondan yuxarıdır.
İRAN PAKİSTANA GÜNƏ 25 MLN. KUB METRDƏN ÇOX TƏBİİ QAZ VERƏ BİLƏR
BAKI.01.12.2003. MEDİA-PRESS: İran-pakistan danışıqları uğurla başa çatarsa,Pakistana gündə 25 mln. kub metrdən çox qaz verilə bilər. İran Milli Qaz şirkətinin (MQŞ) icraçı direktorunun müşaviri Əsğər Sahilipur "Mehr" agentliyinə bu haqda məlumatında qeyd edib ki, İran qazının Pakistana verilməsi barədə bu ölkə ilə danışıqlar davam etsə də hələlik ümumi razılığa gəlinməyib.
Ə.Sahilipur İrandan Pakistana qaz kəməri çəkilişinə toxunarkən deyib ki, hal-hazırda MQŞ mütəxəssisləri Eslavidən Bəndər-Abbas limanına, sonra Sistan və Belücistan ostanlarına boru xəttinin çəkilişi üzrə zəruri tədqiqat aparırlar.Gələcəkdə qaz xəttini buradan Pakistana və hətta Hindistana kimi uzatmaq olar.
BU YAXINLARDA AZƏRBAYCANDA DAHA 4 KİÇİK SES ÖZƏLLƏŞDİRİLƏCƏK
BAKI.01.12.2003. MEDİA-PRESS: Bu yaxınlarda Azərbaycanda daha 4 kiçik su elektrik stansiyasının (SES ) özəlləşdiriləcəyini, hazırda 3 belə obyektin olduğunu qeyd edən İqtisadi İnkişaf naziri Fərhad Əliyev deyib: kiçik olduqlarına görə gələcəyi olmayan belə SES-lər eyni zamanda kifayət qədər çox xərc tələb edir.Hələki stansiyaları almaq istəyən yoxdur. Mövcud olsalar da heç bir səmərə verməyən bu stansiyaları bəlkə ləğv etdik.
Azərbaycan prezidentinin 2001-ci il 21 dekabr tarixli sərəncamına əsasən Muğan,Balakən, Şəki,Quba, Qusar, Çiçəkli,Zeyxur, Nügədi və Çinar kiçik elektrik stansiyaları özəlləşdirilməyə çıxarılıb. Bu işdə məsləhətçi azərbaycan şirkəti ASPI Consulting & Engineering Comrany-dir.
Bu şirkət kiçik SES-lərin işinin maliyyə, iqtisadi, texniki və ekoloji təhlilini aparmalı, onların inkişafına, özəlləşdirilməsinə dair təkliflər hazırlamalı, beynəlxalq standartlar səviyyəsinə çatdırılmaq üçün zəruri olan minimum sərmayəqoyuluşlarını müəyənləşdirməlidir.
AZƏRBAYCAN MSYF 48,5 MLRD. MANAT KREDİT VERİB
BAKI.01.12.2003. MEDİA-PRESS: İlin əvvəlindən bəri Azərbaycan Milli Sahibkarlığa Yardım Fondu (MSYF) iş adamlarına 48,5 mlrd. manat kredit verib.İqtisadi İnkişaf naziri Fərhad Əliyevin məlumatına görə, bu pul respublikanın 49 şəhər və rayonunda 273 biznes-layihənin maliyyələşdirilməsinə xərclənib. Bu zaman regionlara daha çox üstünlük verilib- layihələrin 80 faizi. Kreditlər ilk növbədə isğtehsalla və məhsulun emalı ilə məşğul olanlara verilib. Bu proqramın tətbiqi sayəsində Azərbaycanda 5 min yeni iş yeri yaranacaq. Layihələri 14 agent-bank kreditləşdirir.İndi bu cür bankların sayının artırılması yönündə iş aparılır.
Nazir qeyd edib ki,2003-cü ilin büdcəsində sahibkarlara 57 mlrd. manat ayrılması nəzərdə tutulur. Artıq bu pulun çoxu ünvanına çatıb. Ümumiyyətlə isə, sahibkarlığın inkişafına 2003-2005-ci illərdə 250 mlrd. manat ayırmaq planlaşdırılır.
Bunu yaxşı göstəici sayan nazir əvvəlki 5 ildə bu məqsələrə ildə 13 mlrd. manat ( cəmi-65 mlrd.) ayrıldığını , bununla belə həmin müddətdə vur-tut-6 mlrd. manat xərcləndiyini deyib.
Fərhad Əliyev aqrar bölmənin daha sürətli inkişafının vavcibliyini vurğulayaraq deyib:"Bu, çox mühüm məsələdir. Ona görə ki, ölkə əhalisinin yarısından çoxu kənd yerlərində məskunlaşıb. İndi əsas səylər torpaqdan daha səmərəli istifadəyə və kənd təsərrüfatı məhsullarını emal edən müəssisələr yaradılmasına yönəldilməlidir. Bu işdə dövlətin rolu belə obyektləri tikmək yox, onların meydana gəlməsi üçün şərait yaratmaqdan ibarətdir.
Aqrar-sənaye bölməsinin kreditləşdirilməsi məsələlərinə toxunan nazir məlümat verib ki,əvəllər ölkədə fəaliyyət göstərmiş aqrar-sənaye bankı və TACİS aqrar fondu hökumətin qərarı ilə ləğv edilərək, bu iki qurumun bazasında yaradılmış $10 milyon nizamnamə fondlu kredit təşkilatı 2004-cü il yanvarın 1-dən fəaliyyətə başlayacaq.
VLADİMİR PUTİN: AZƏRBAYCAN RƏHBƏRLİYİ QARABAĞ PROBLEMİNİN HƏLLİNƏ MÜSBƏT MÜNASİBƏT BƏSLƏYİR
BAKI.01.12.2003. MEDİA-PRESS: RF prezidenti Vladimir Putinin fikrincə , azərbaycan rəhbərliyi dağlıq qarabağ probleminin tənimlənməsinə müsbət yanaşır.Bazar günü Peterburqda Ermənistan prezidenti Robert Köçəryanla danışıqları gedişində o,deyib:" mənə elə gəlir ki, azərbaycan rəhbərliyində bu əhval-ruhiyyə müsbətdir. Problem mürəkkəb və köhnə də olsa,belə ruhiyyə mövcuddur".
Putin məlumat verib ki, bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevlə olmuş telefon söhbətində qarabağ nizamlanmasının perspektivlərindən bəhs edilib. O , həmçinin xatırladıb ki, bir neçə gün öncə Qafqazın dini liderləri ilə də göruşub və məhz bundan sonra İlham Əliyevlə telefonla danışıb.
AZƏRBAYCADA 400 MLN. KV. M.ƏRAZİNİ MİNALARDAN VƏ PARTLAMAMIŞ SURSATLARDAN TƏMİZLƏMƏK LAZIMDIR
BAKI.01.12.2003. MEDİA-PRESS : Azərbaycanın 400 mln. kv. metrdən çox ərazisi hələ də minalar və partlamamış sursatların qalması səbəbindən təhlükəlidir. Bu faktı vurğulayan Azərbaycan ərazilərinin minasızlaşdırılması üzrə Milli Agentliyin (AƏMMA) icraçı direktoru Nazim İsmayılov deyib:"Biz 2001-ci ildə tədqiqat aparıb 60 mln. kv. metr ərazi aşkarlamışıq. Lakin 2003-cü ildə əcnəbi şirkətlərin iştirakı ilə apardığımız axtarışlardan sonra, döyüş sursatı ilə çirklənmiş torpaqların bundan 10 dəfə çox olduğu müəyyənləşdi. Əlbəttə, agentliyimizin vəsaiti bu qədər sahənin minasızlaşdırılmasına bəs etmir. 3 ildə biz 6 mln.kv. metr ərazi təmizləmişik. Biz 2008-ci ilədək Azərbaycanda minalara qarşı strateji mübarizə planı hazırlamışıq. Onun reallaşması potensialımızı xeyli artıracaq və ildə 10-12 mln. kv.metr ərazini təmizləməyə imkan verəcək."
AƏMMA -nın icraçı direktopru qeyd edib ki, bir kv. metr ərazinin təmizlənməsi 1,1 dollara başa gəlir."Bu amili nəzərə alsaq, minalardan təmizləmə əməliyyatı bizə azı $400 milyona başa gələcək. Lakin maddi-texniki baza yaxşılaşdırılarsa, xərcləri- $250-300 milyona endirmək olar.Ümumiyyətlə biz 3 ildə bu işə $7 milyon sərf etmişik.Gələn il $2,8-2,9 milyon xərcləməyi planlaşdırırıq.AƏMMA-nın 110 sapyoru (minaaxtaranı), 18 təlim keçmiş iti və mərmiləri zərərsizləşdirən qrupu var.
GUÖAM -IN LAYİHƏLƏRİ TƏRƏFDAŞLARLA RAZILAŞDIRILMAQ ÜÇÜN HAZIRDIR
BAKI.01.12.2003. MEDİA-PRESS: Gürcüstan, Ukrayna,Özbəkistan, Azərbaycan və Moldovanın (GUÖAM) ticarət və nəqliyyata yardım üzrə, həmçinin terrorizmə və başqa cinayətlərə qarşı mübarizədə virtual mərkəz yaradılması üzrə sənəd layihələri artıq hazırdır və iştirakçı ölkələr arasında razılaşdırıldıqdan və imzalandıqdan sonra işə başlamaq olar.Ukrayna XİN müavini Aleksandr Mosik GUÖAM ekspertləri qrupunun ticarətə və nəqliyyata yardım layihəsinin strategiyasını və planını ( bu plan GUÖAM-ABŞ çərçivə proqramına daxildir) hazırlamaları münasibəti ilə ukrayna nümayəndə heyətinin bu beynəlxalq quruma üzv ölkələrin və ABŞ-ın səfirləri ilə görüşündə bu fikrini izhar edərək məlumat verib ki," hər iki layihə əslində hazırdır, qalır onları GUÖAM iştirakçısı olan ölkələrin müvafiq idarələri səviyəsində razılaşdırmaq və icra etmək".