SUMQAYIT İEM-1-DƏ BUXAR-QAZ QURĞUSUNUN TİKİNTİSİNƏ HAZIRLIQ BAŞLAYIB
BAKI.03.12.2003. MEDİA-PRESS: Sumqayıt İstilik- Elektrik mərkəzində (İEM-1) 400-500 MVt gücündə müasir buxar-qaz qurğusunun tikintisinə hazırlıq görülür. "Azərenerji" Səhmdar Cəmiyyətində (SC) Media-Pressə verilən məlumata görə, ərazinin çoxplanlı tədqiqatına, iqtisadi-texniki hesablamalara əsaslanan və stansiyavnın mövcud infrastruktura yaxınlığını nəzərə alan ekspertlər yeni enerji blokunun tikiləcəyi yeri müəyyənləşdiriblər. İndi SC bu layihəni gerçəkləşdirmək iddiasında olan əcnəbi şirkətlərin təkliflərini öyrənir.
Almaniyanın Siemens,İsveçrənin Alstom, Türkiyənin Enka, Yaponiyanın Nichimen və Mitsui şirkətləri və ABB isveçrə-isveç şirkəti artıq öz texniki və maliyyə təkliflərini rəsmən təqdim ediblər və qarşıdan gələn tenderdə iştirak etmək əzmindədirlər.
Bu gün Sümqayıtın sənaye müəssisələri təqribən 130-150 MVt istehlak edir.Təkcə Alumin zavodu son vaxtlar enerji istehlakını 10-dan 60 MVt-a yüksəldib və tezliklə bu məsrəfi -110-120 MVt-a çatdırmağı planlaşdırır. Bundan başqa, Boruyayma zavodu və kimya müəssisələri də enerji istehlakını artırmadadır. Mütəxəssislər Sumqayıtda yaxın bir neçə ildə enerji sərfinin xeyli artacağını poroqnozlaşdırırlar. Bununla bağlı şəhərdə iri elektrik stansiyasının tikilməsi məsləsi ön plana keçir.
Xatırladaq ki, Sumqayıtda mövcud olmuş 2 İEM maya dəyərini ödəmədiyi üçün bir müddətdir ki, bağlanıb. Əgər dünyada 1Kvt elektrik enerjisinin hasilinə orta hesabla 150-200 qram şərti yanacaq işlənirsə, Azərbaycanda bu göstərici 400 qrama , Sumqayıt İEM-lərində isə hətta 800 qrama çatır.Mütəxəssislə hesablayıblar ki, elektrik enerjisini Rusiyadan idxal etmək daha sərfəlidir. Sumqayıtda İEM-1 və İEM-2 -in bağlanması sayəsində ildə 240 min ton mazuta qənaət olunacaq.
AZƏRBAYCAN İNDİ QONŞU ÖLKƏLƏRDƏN DAHA AZ ELEKTRİK ENERJİSİ ALIR
BAKI.03.12.2003. MEDİA-PRESS: 2003-cü ilin 10 ayında Azərbaycan Rusiya, İran, Türkiyə və Gürcüstandan 1,884 mlrd. kVt/saat elektrik enerjisi alıb: 435,5 mln. kVt/saat- İrandan, 322,9 mln. kVt/saat-Türkiyədən, 32,7 mln. kVt/saat (qarşılıqlı hesablaşmalar üzrə) -Gürcüstandan, qalan 1,093 mlrd. kVt/saatı isə- Rusiyadan.
"Azərenerji" Səhmdar Cəmiyyətində qeyd edildiyi kimi, İran və Türkiyədən alınan enerji bütünlüklə Naxçıvan Muxtar Respublikasının tələbatının ödənilməsinə yönəldilir.
Keçən ilin eyni dövrü ilə müqayisədə xaricdən lektrik enerjisi alınması 4,3% azalıb ki, bu , azərbaycan elektrik stansiyalarında hasilatın artımı ilə izah olunur.Məsələn, əgər 2002-ciilin 10 ayında "Azərenerji" sistemində 14,776 mlrd kVt/saat enerji istehsal edilmişdisə, 2003-cü ilin eyni dövründə bu göstərici-16,988 mlrd kVt/saat və ya 15% çox olub.
XƏZƏRYANI ÖLKLƏRİN EKSPERTLƏRİAZƏRBAYCANIN TƏKLİF ETDİYİ XƏZƏRİN STATUSU ÜZRƏ KONVENSİYA LAYİHƏSİNİ MÜZAKİRƏ EDƏCƏKLƏR
BAKI.03.12.2003. MEDİA-PRESS: Xəzryanı ölklərin ekspertləri Xəzər üzrə Xüsusi işçi qrupunun dekabrın 9-10-da Tehranda keçiriləcək 12-ci iclasında bu dənizin statusu üzrə azərbaycan tərəfinin hazırladığı konvensiya layihəsini müzakirə edəcəklər. "İnterfaks-Azərbaycan" agentliyinə bu məlumatı verən respublika XİN başçısının müavini Xələf Xələfov deyib:"Bakıda təklif olunmuş layihə üzrə iş davam etdirilir və Xəzəryanı dövlətlərin paytaxtlarında sonrakı müzakirələr gedişində sənədə xeyli düzəlişlər edilib".
"Xəzərin hüquqi statusu barədə konvensiya layihəsinin razılaşdırılmasında Tehran danışıqlarının növbəti addım, mərhələ" olacağını qeyd edən diplomat Azərbaycanın bu sənədin tezliklə qəbul edilməsinə tərəfdar çıxdığını, bütün danışıqlarda fəal iştirakını vurğulayaraq, fikrini belə tamalayıb:"Biz paralel olaraq İran və Türkmənistanla da ikitərəfli məsləhətləşmələr aparmaq niyyətindəyik. Yəqin ki,"beşliyin" Tehran görüşündən sonra, biz iran tərəfini ikitərəfli danışıqları davam etdirmək üçün dəvət edəcəyik".
VİKTOR KALYUJNI XƏZƏRİN STATUSU PROBLEMİNİN NİZAMLANMASINDA TƏRƏQQİ OLDUĞUNU BİR DAHA BƏYAN EDİB
BAKI.03.12.2003. MEDİA-PRESS: Xəzərin problemlərinin hüquqi tənzimlənməsi prosesi bu dənizin ehtiyatlarının real mənimsənilməsindən ciddi geri qalır. Rusiya prezidentinin Xəzərin hüquqi statusu məsələləri üzrə xüsusi nümayəndəsi,RF XİN başçısının müavini Viktor Kalyujnı Moskvada Xəzərin, Azov hövzəsnin hüquqit problemləri və bu dənizlərin sahələrindən çoxməqsədli istifadə üzrə beynəlxalq konfransda dünənki çıxışında bu fikri vurğlayaraq "siyasətçilər və iş adamlarının hüquqşünasları qabaqladığını" deyib. Eyni halda indi şəksiz tərəqqinin olduğunu və Xəzərin hüquqi statusuna dair konvensiya layihəsinin təqribən 60 faizinin razılaşdırıldıbını qeyd edən V.Kalyujnı deyib ki , xəzəryanı dövlətlərin hamısı "Xəzər nə dəniz, nə göldür, əlahiddə səciyyə daşıyan bir nəsnədir" fikrini dəstəkləyib.O,eyni vaxtda "Xəzər statusunun bir sıra mühüm problemlərində konseptual fikir ayrılığının hələ də qaldığını" vurğulayaraq,deyib:"Xəzərin su hövzəsində ara mərzlərin müəyyənləşdirilməsinə aid məsələlər belə fikir ayrılığının başlıcasıdır.İran hələ də israr edir ki, Xəzər bərabər milli hissələrə bölünməlidir. Qalanların isə mərz problemlərinə yanaşması ikisəviyyəlidir, yəni dənizin dibi və yeraltı sərvətləri, eləcə də Xəzərin suyunun səthi mərzlərin müəyyənlşdirilməsinin ayrıca obyektləri kimi nəzərdən keçirilir.Rusiya Xəzərdə milli yurisdiksiya (hüquqi) çərçivəsində 15 millik zona müəyyənləşdirməyi təklif edir".
Xəzərin dibi ilə neft kəmərinin çəkilməsi məsələsinə toxunan V. Kalyujnı qeyd dib ki," Rusiya ekoloji səbəblər üzündən bunun əleyhinə çıxır.Məhz ekoloji mülahizələr bizi vadar edir ki,transxəzər sualtı borularının çəkilişi məsələsində sərt mövqe tutaq. Hamıya bəllidir ki, marşrutundan asılı olmayaraq, belə boruların çəkilişi bütün su hövzəsi üçün və istisnasız olaraq bütün sahilyanı dövlətlər üçün, ekoloji risqin artması ilə bağlıdır".
Bununla yanaşı, nazir müavini deyib: "güzəşt naminə biz bu işi mümkün sayırıq,ancaq bu şərtlə ki,seysmik təhlükəsizlik də daxil olmaqla layihənin bütün "beşliyi" qane edən ekoloji ekspertizası aparılsın".
V. Kalyujnı Xəzər dənizinin demilitarizasiyası ( silahsızlaşdırılması) ideyasına qarşı çıxaraq bəyan edib:"Özlüyündə bu ideya hamımızı cəlb edir, Ancaq beynəlxalq terrorizmin çox təhlükəli mənbələrinin regionun bilavasitə yaxınlığında yerləşdiyi, region xaricindəki qüvvələr orada öz hərbi qüvvələrini yerləşdirməyə səy göstərdikləri bir vaxtda, bu ideyanın gerçəkləşdirilməsi Xəzəryanı dövlətlərə yaxşı heç nə vəd etmir. Yaranmış boşluq onların maraqları ziyanına doldurulacaq.Odur ki, Rusiya Xəzərdə sülhün təmin edilməsi üçün bütün risq və meydanoxumalara sürətlə və təsirli cavab verə bilən müasir silahlı qüvvələrə malik olmalıdır".
V.Kalyujnı axırda qeyd edib ki, Xəzərin statusu , ümumiyyətlə bu su hövzəsinə aidiyyəti olan ayrı məsələlər "beşliyin" xarici işlər nazirləri, sonra da dövlət başçılarının, məsələn, 2004-cü ilin ikinci yarısında Tehran görüşündə müzakirə edilsəydi , daha tez həll oluna bilərdi.
XARİCİ ŞİRKƏTLƏRİN AZƏRBAYCANDA NEFT KƏŞFİYYATI GEDİŞİNDƏ İTİRDİYİ YARIM MLRD. DOLLAR ƏBƏS OLMAYIB.-ARDNŞ RƏHBƏRİ BELƏ DEYİR
BAKI.03.12.2003. MEDİA-PRESS: Xarici neft şirkətləri Azərbaycanda yataqların kəşfiyyatına xərclədikləri vəsaitlərin 500 milyon dollarını itiriblər. Milli Məclisdə (MM) bu bəyanatla çıxış edən Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Natiq Əliyev deyib:"Bəzi perspektiv strukturlarda kəşfiyyat işləri aparılıb, quyular qazılıb. Bəzi hallarda hətta yataqlar aşkarlansa da, əcnəbi tərəfdaşlarımız müxtəlif səbəblər üzündən sonrakı işlərdən imtina ediblər və kəşfiyyat tədbirlərinə sərf etdikləri 500 milyon dollardan artıq vəsaiti itiriblər".
Lakin bu vəsaitlərin əbəs xərclənmədiyini, aparılmış kəşfiyyat işlərinin perspektiv strukturlar barədə ARDNŞ-in informasiya bazasını xeyli artırdığını hesab edən N.Əliyev, eyni zamanda Xəzərin azərbaycan sektorunda çalışan neft şirkətlərinin üğurlarını da qeyd edib. Beləki, əgər"Azəri-Çıraq -Günəşli" yataqlarının ehtiyatları 511 mln. ton həcmində proqnozlaşdırılırdısa,kəşfiyyat işlərindən sonra -700 mln. tonu keçib.
ARDNŞ-lə əcnəbi şirkətlər arasında bağlanmış 22 müqavilədən 6-sı iqtisadi sərfəsizliyi üzündən bağlanıb.Bunlar aşağıdakılardır:
1995-ci ildə ARDNŞ-lə(7,5%) Devon(1,3%), LUKoil(12,5%), Agip(5%),LUKAgip(45%) şirkətləri arasında "Qarabağ" strukturunun işlənməsinə dair məhsulun paybölgüsü sazişi (MPS).Kəşfiyyat işləri yataqda 40 mln. ton ehtiyatı aşkarladı ki, bu da şirkətləri qane etmədi.
1997-ci ildə ARDNŞ (20%), BP(30%),Unocal(25,5%),İtochu(20%), və Delta HESS(4,5%) arasında1997-ci ildə "Əşrəfi-Dan Ulduzu" strukturları blokunun işlənməsi üzrə imzalanmış müqaviləyə də ehtiyatların azlığı səbəbindən (20-40 mln. ton) xitam verildi.
"Lənkəran-Talış-Dəniz"blokunun işlənməsi zamanı kəşfiyyat işləri də nəticəsiz oldu.Yataq üzrə müqaviləni 1997-ci ildə ARDNŞ (25%), TotalFinaElf (35%). OİEC(10%) və Wintershall (30%) imzalamışdılar.
"Oğuz" blokunun ( müqaviləni 1997-ci ildə ARDNŞ və Exxon Mobil paritet əsasda imzalamışdılır), "Muradxanlı" blokunun ( 1998-də ARDNŞ və RAMCO paritet əsasda) və "Kürdaşı" blokunun ( 1998, ARDNŞ-50%,Agip-25%, Mitsui-15%. TPAO-5% və Repsol-5%) kəşfiyyatı da bir nəticə verməyib.
MM NÖVBƏTİ NEFT MÜQAVİLƏSİNİ TƏSDİQLƏYİB
BAKI.03.12.2003. MEDİA-PRESS: Azərbaycan Milli Məclisi (MM) "Pirsaat" yatağının bərpası, kəşfiyyatı, işlənməsi və məhsulun ( mənfəətin) pay bölgüsü (MPB) üzrə Shengil çin şirkəti ilə bağlanmış sazişi təsdiqləyib.
Dövlət Neft Şirkəti (ARDNŞ) də (20 % payla 2003-cü il iyulun 4-də imzalanmış bu sazişin iştirakçısıdır. Müqavilənin 30 faizlik payı isə boş qalıb. MPB 25 il müddətinə hesablanıb və daha 5 il uzadıla bilər. Kəşfiyyat dövrü -3 ildir. Bu müddətdə ikimiqyaslı seysmik kəşfiyyat aparılmalı və 2 kəşfiyyat quyusu qazılmalıdır. Shengil həm də yatağın indiki hasilat səviyyəsini 2 dəfə artırmaba boyun olub. Yataqda qalıq ehtiyatı 7 mln. ton və bunun 1,5 mln. tonu çıxarıla biləndir. Layihəyə təqribən 140 mln. dollar sərmayə qoyulacaq.
Shengil Çin Neft-Kimya korporasiyasının şirkətidir, öz böyüklüyünə görə Çinin ikinci yatağını ( illik hasilat həcmi 27 mln. ton) işləyir, Venesuela, İran, Əlcəzair və başqa ölkələrdə də neft istixracında iştirak edir.
İLİN ƏVVƏLİNDƏN MİƏİ ARDNŞ 2,337 MLN. TON NEFT VƏ 721,08 MİN TON NEFT MƏHSULLARI İXRAC EDİB
BAKI.03.12.2003. MEDİA-PRESS: Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əlaqələr idarəsi (ARDNŞ MİƏİ) xəttilə noyabrda 48,278 min ton neft məhsulları, o cümlədən -13,028 min ton- benzin,31,555 min ton-dizel yanacağı, 825 ton- təyyarə yanacağı,2,056 min ton-butan və 813 ton-soba yanacağı ixrac edilib.
Ümumiyyətlə, ilin əvvəlindən bəri 721,080 min ton neft məhsulları ixrac edilib.
ARDNŞ Bakı-Novorossiysk boru xətti ilə noyabrda- 213,357 min ton , İlin əvvəlindən bəri isə -2,337 mln. ton neft nəql edib . Bu ay həmin marşrutla daha 140 min ton neft yola salınacaq. ARDNŞ-in dekabrdakı neftini Portuqaliyanın ROCOil şirkəti alıb və onu Novorossiysk limanından dekabrın 15-16-da tankerlərə vuracaq. Bu, cari ildə ARDNŞ-in "şimal marşrutu" ilə axıdacağı axırıncı neft partiyasıdır.Beləliklə,dövlət şirkətinin bu marşrutla illik ixracının həcmi 2,5 mln. tona çatmış olacaq.
ARDNŞ Bakı-Novorossiysk xətti ilə 2004-cü ildə ixrac edəcəyi azərbaycan neftinin həcmini bu ilin səviyyəsində (2,5 mln. ton ) təsdiqləyib. 1999-cu ilin yanvarında Azərbaycan və Rusiya hökumətləri arasında imzalanmış müqavilənin şərtlərinə görə, əgər tərəflərdən biri sənədi qüvvədən salmaq niyyəti barədə qarşı tərəfi müddətin qurtarmasına yarım il qalmış xəbərdar etmirsə,bu müddət avtomatik artırılır.Hər 5-ildən bir isə tərəflər sazişə düzəlişlər edə bilər.
1997-cil oktyabrın 25-də istifadəyə verilmiş Bakı-Novorossiysk kəməri ilə ARDNŞ ildə 2,5 mln. ton neft nəql edir.
Xatırladaq ki, Rusiya hökuməti baş nazirinin müavini Viktor Xristenko bir neçə gün əvvəl Bakıya səfəri gedişində bu marşrutla azərbaycan neftinin tranzitini artırmaq istəyini bir daha dilə gətirdi.Tərəflər bu məsələni ekspertlər səviyyəsində müzakirə etmək razılığına gəlsələr də, yaxın gələcəkdə nəyinsə dəyişəcəyi gözlənilmir, çünki ARDNŞ-in Bakı_Novorossiysk kəməri üçün artıq nefti yoxdur. Həm də bu marşrutda ixracı artırmaq Azərbaycana iqtisadi baxımdan sərfəli deyil. Bu marşrutla axıdılan neftin hər tonu bizə 15,67 dollara başa gəlir( müqayisə üçün: Bakı-Supsa xəttində hər tona görə vur-tut 2,7 dollar ödəyirik!). Azərbaycan həm də öz yüngül neftinin bu kəmərdə Rusiyanın keyfiyyətsiz Urals markalı nefti ilə qarışması üzündən xeyli ziyana düşür. Müqavilə isə bu itkinin ödənilməsi mexanizmini nəzərdə tutmur.
11 AYDA AZƏRBAYCANDA 4,727 MLRD. KUB METR QAZ ÇIXARILIB
BAKI.03.12. 2003. MEDİA-PRESS: Bu ilin əvvəlindən Azərbaycanda 4,727 mlrd. kub metr qaz çıxarılıb. Bu, nəzərdə tutulduğundan 2,9% çoxdur. Bunun 3,797 mlrd.kub metrini Dövlət Neft Şirkətinin müəssitsələri,929,7 mln. kub metrini -Azərbaycan Beynəlxalq Əməliyat şirkəti (ABƏŞ), 101,5 mln. kub metrini isə-Birgə müəssisələr (BM) çıxarıb.
Hesablamalara görə, bu il çıxarılmalı olan 5,04 mlrd. kub metr "mavi yanacaq"ın 890 mln. kub metrini ABƏŞ və 4,15 mlrd. kub metrini isə ARDNŞ verməlidir. Azərbaycanın tələbatının ödənilməsi üçün ildə 10 mlrd. kub metr qaz gərəkdir. Ötən il respublikamız "İtera" beynəlxalq şirkətlər qrupundan 4 mlrd. kub metr qaz alıb. Bu il üçün də həmin həcm qalır. "İtera" ilə bağlanmış əlavə sazişə görə,şirkət "Azəriqaz" Səhmdar Cəmiyyətinə (SC) 2003-cü ildə 1,5 mln. kub metr qaz verməli idi. Lakin azərbaycan tərəfi zəruri maliyyə vəsaiti tapmadığına görə, müqavilənin icrası hələlik gerçəkləşməyib.
Respublika Səngəçal Neft terminalının genişləndirilməsi layihəsi çərçivəsində orada qaz qurutma qurğusu tikildikdən sonra, əlavə qaz əldə edə biləcək. Məsələn, bu gün terminala gələn neft qazdan və sudan təmizlənmə prosesindən keçir. Bu zaman ayrılan səmt qazı yandırılır. Qazqurutma qurğusu işə düşdükdən sonra isə buna ehtiyac qalmayacaq və ARDNŞ əldə edəcəyi əlavə həcmdə qazı istehlakçılarına ötürəcək. Bu ideyanın gerçəkləşməsi üçün ARDNŞ həm də qazı qəbul edən xüsusi qurğu tikməyi və Səngəçal qazpaylaşdırcı məntəqəsinə kimi boru xətti çəkməyi planlaşdırır.
İLİN ƏVVƏLİNDƏN AZƏRBAYCANDA 8,177 MLN. TON NEFT ÇIXARILIB
BAKI.03.12.2003. MEDİA-PRESS: Dövlət Neft Şirkəti (ARDNŞ) və onun iştiakı ilə yaradılmış Birgə müəssisələr (BM) ilin əvvəlindən bəri 8,177 mln. ton neft hasil edib ki, bu,planlaşdırılandan 1,6% və ya128,1 min ton çoxdur.ARDNŞ-də Media-Pressə verilən məlumatda qeyd olunur ki, çıxarılan həcmin 7,397 mln. tonu ( artım-0,4%)- dövlət şirkəti müəssisələrinin,784,1 min tonu ( artım-14,2%) isə-BM-lərin payına düşür.
Noyabrda hasil edilən 737 min tonun( plandan 13,7 min ton və ya 1,9% çox) 663 min tonu neft-qazçıxarma idarələrinin, 73,7 min tonu-BM-lərin payına düşüb.
2003-cü ildə Azərbaycanda 15,25 mln. ton səviyyəsində neft çıxarılacağı gözlənilir. Bu həcmin 8,8 mln. tonu ARDNŞ-in , 6,45 mln. tonu isə- Azərbaycan Beynəlxalq Əməliyyat şirkətinin payına düşəcək.
VİZA REJİMİNİN TƏTBİQİNƏ DAİR AZARBAYCAN-TÜRKİYƏ SAZİŞİ QÜVVƏYƏ MİNİB
BAKI.03.12.2003. MEDİA-PRESS: "Qarşılıqlı viza rejiminin tətbiq edilməsi haqqında" azərbaycan-türkiyə sazişi qüvvəyə minib. Sazişə uyğun olaraq, bu iki ölkənin vətəndaşları Türkiyə və ya Azrbaycana gələndə vizaya (icazəyə) görə 10 dollar dövlət rüsumu ödəyəcəklər.
Azərbaycana gələndə vizaya görə dövlət rüsumu Bakıda Binə Beynəlxalq təyyarə limanında, Türkiyədə isə- bütün gömrük məntəqələrində ödəniləcək.
GUÖAM XİN BAŞÇILARI MAASTRİXTDƏ BİRLİYİN GƏLƏCƏYİNİ MÜZAKİRƏ EDİBLƏR
BAKI.03.12.2003. MEDİA-PRESS: Gürcüsmtan,Ukrayna, Özbəkistan,Azərbaycan və Moldovanın (GUÖAM) Xarici İşlər nazirləri bu regional birlik çərçivəsində azad ticarət zonası yaradılması,Avropa İttifaqının (Aİ) və sair beynəlxalq təşkilatların ticarət və nəqliyyata yardım layihələrinə cəlb edilməsi səylərinin artırılmasına tərəfdardırlar. Ukrayna XİN mətbuat xidmətinin rəhbəri Markiyan Lubkivskinin məlumatına görə,GUÖAM ölkələri XİN rəhbərlərinin Hollandiyanın Maastrixt şəhərində ATƏT Nazirlər Şurasının11-ci iclası çərçivəsində keçirilmiş işgüzar görüşündə bundan bəhs olunub.
XİN rəhbərləri GUÖAM-ın Dövlətlərarası analatik informasiya mərkəzi sisteminin və Terrorizmə qarşı mübarizə üzrə Virtual mərkəzin təsisi üzrə səylərin artırılmasını dəstəkləyiblər. Görüşdə Birliyin gələcək inkişafı, ticarət və nəqliyyat sahələrində əməli layihələrin formalaşması və gerçəkləşməsi üzrə fəaliyyətinin möhkəmləndirilməsi məsələsi də müzakirə edilib.
Nazirlər bu fikirlə razılaşıblar ki, GUÖAM çərçivəsində reallaşdırılmış tədbirlər bu Birliyin gələcək inkişafı, ona üzv olan ölkələrin iqtisadiyyatının möhkəmləndirilməsi, həmçinin onlar arasındakı qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi və regionda sabitiyin təmini üçün zəmin yaradır.
AZƏRBAYCANIN HAKİM PARTİYASI AŞ PA EKSPERTİ ANDREASS- QROSSUN BƏYANATINA ETİRAZINI BİLDİRİB
BAKI.03.12.2003. MEDİA-PRESS: Respublikanın iqtidar partiyası "Yeni Azərbaycan" Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) məruzəçisi Andreas Qrossun "Gürcüstandakı "məxməri inqilab" Azərbaycanda müxalifəti ruhlandırmalıdır" sözlərinə etirazını bildirib.
"Yeni Azərbaycan" partiyası Mətbuat xidmətinin məlumatında deyilir: " Bu qəbil bəyanat Avropa Şurasının prinsiplərinə, bu nüfuzlu beynəlxalq təşkilatın vəzifələri və statusuna uyğun gəlmir".
Hakim "Yeni Azərbaycan" partiyasının bəyanatında deyilir:"Partiya AŞ PA məruzəçisinin Azərbaycandakı müxalifətə ünvanlanmış sözlərini suveren dövlətin daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirir ,bunu AŞ PA-nın xoş məqsədləri və məramına qara yaxmaq cəhdi kimi qətiyyətlə pisləyir".
2004-CÜ İLDƏ AZƏRBAYCANDA RABİTƏ SAHƏSİNDƏ GƏLİR 10% ARTACAQ
BAKI.03.12.2003. MEDİA-PRESS: 2004-cü ildə Azəbaycanda rabitə sahəsinin gəlirinin bu illə müqayisədə 10% artacağı proqnozlaşdırılır Bu gəlir 1,21 trln. manat ($246,38 mln._) olmalıdır.
Hökumətin proqnozuna görə, gəlirin ümumi məbləğinin 69 faizini (834,9 mlrd. manatını) -qeyri-dövlət bölməsini payı təşkil edəcək( bu ilə nisbətən-11,6% çox).2004-cü ildə telefon nömrələrinin sayı daha 60 min artacaq.2003-cü ilin yanvarında respublikamızda 989, 3 min telefon olub. Elektron ATS-lərin payı 50 faizə ( 2003-də- 48%) çatacaq. Gələn il mobil rabitə abunəçilərinin sayı 1,2 milyona çatacaq( bu ilin proqnozu-1 mln.).
1993-2003-cü illərdə Azərbaycanın telekommunikasiya sisteminə $465 mln. sərmayə qoyulub. Rabitə nazirliyinin planlarına görə, 2001-2005-i illərdə bu sahəyə investisiyaların məbləği $870 milyonu keçməlidir. Bunun $261 milyonu nazirliyin öz vəsaitləri, $483 milyonu- xarici investisiyalar və $126 milyonu isə kreditlər olacaq.
BVF VƏ ÜB-NIN FSAP ÜZRƏ BİRGƏ MİSSİYASI BAKIYA GƏLƏCƏK
BAKI.03.12.2003. MEDİA-PRESS: Yaxın günlərdə Azərbaycanın maliyyə sektorunn qiymətləndirilməsi proqramı (FSAP) üzrə Beynəlxalq Valyuta Fondunun (BVF) və Ümumdünya Bankının (ÜB) birgə missiyası Bakıya gələcək.
Məqsəd qiymətli kağızlar bazarının vəziyyətini, sığorta və təqaüd ödənişi sistemlərini, investisiya fondlarının fəaliyyətini təhlil etmək, həmçinin milli maliyyə sistemini beynəlxalq prinsiplər və standartlarla müqayisə etməkdir.
Bu, BVF və ÜB-nın 2-ci birgə missiyasıdır. İlk birgə səfər cari ilin oktyabrında olub. O zaman hər iki beynəlxalq maliyyə qurumunun ekspertləri respublikamızda qanunvericilik bazasını, bank nəzarəti sistemini, hökumətin monetar siyasətini, korporativ idarəetməni və girov kreditləşdirilməsini araşdırmışdılar. Proqram Azərbaycan hökumətinin xahişi ilə başlayıb.
İlk missiyanın nəticələri əsasında verilmiş tövsiyyələrə uyğun olaraq, Azərbaycan Milli Bankı (MB) respublikamızdakı bankların nizamnamə kapitalının minimal məbləği üzrə yeni tələbləri və bank sektorunda xarici kapitalın iştirakının limiti üzrə qərarını elan etməlidir.
İndi əcnəbi bankların Azərbaycanın bank sektorunda iştirakının limiti azərbaycan banklarının nizamnamə kapitalının ümumi həcminin 50 faizini təşkil edir.
Bankların nizamnamə kapitalı üçün minimum tələb -2,5 milyon dollardır.Lakin bu həddi 5 milyona çatdırmaq planlaşdırılır. Bu, zəruri bir posesdir. Çünki nizamnamə kapitalı böyük olmayan banklar iri layihələri maliyyələşdirə bilmir.
İndi Azərbaycanda 46 bank var. 16 bankda xarici kapital iştirak edir. Respublika banklarının ümumi nizamnamə kapitalı-722,1 mlrd. manatdır.
CARİ İLDƏ "AZƏRKİMYA" DÖVLƏT ŞİRKƏTİ MƏHSULLARININ HƏCMİ 350 MLRD. MANAT TƏŞKİL EDƏCƏK
BAKI.03.12.2003. MEDİA-PRESS: Bu il "Azərkimya" dövlət şirkəti müəssisələrində 350 mlrd. manatlıq məhsul istehsal ediləcək və keçən illə müqayisədə arım 10 faizdən çox olacaq. Şirkətin prezidenti Fikrət Sadıxov Media-Pressə bu haqda məlumatında bildirib ki, istehsalın ləng artımının bir neçə səbəbindən başlıcası maliyyə ilə bağlıdır. Məsələn qazla. Dövlət şirkəti indi bu təbii yanacağın hər min kub metrinə görə 235 min manat ödəyir.İstehsalı genişləndirmək üçün bizə çoxlu miqdarda benzin lazımdır.Halbuki sahənin müəssisələri ildə vur-tut 300 min ton benzin alır. Tələbatımız isə bundan iki dəfə çoxdur.
Fikrət Sadıxov məlumat verib ki, etilbenzol və kauçuk istehsalının bərpasına dair hazırladığımız təkliflər bəyənilərsə və dövlət də müvafiq dəstək verərsə, biz hər iki məhsulun istehsalına yenidən başlayacağıq.
"AZƏRKİMYA" BUXAR-QAZ QURĞUSUNUN TİKİNTİSİNƏ AYRILMIŞ KREDİTİN ÖDƏNİLMƏSİ HESABINA "EKSİMBANK" VƏ "NİÇİMEN" YAPON BANKLARINA BORCUNUN $41,2 MİLNYONUNU QAYTAORIB.
BAKI.03.12.2003. MEDİA-PRESS: "Azərkimya" dövlət şirkəti Sumqayıtda EP-300 (etilen-propilen) müəssisəsində buxar-qaz qurğusunun tikintisi üçün ayrılmış kreditin qaytarılması hesabına yapon banklarına artıq $41,2 mln. ödəyib.
Şirkətin prezidenti Fikrət Sadıxovun Media-Pressə deyib: "Kreditin ümumi məbləği $86 milyondur."Eksimbank"a borcumuzu- 2011-ci, "Niçimen"ə isə-2004-cü ilə kimi ödəməliyik. "Niçimen"ə cəmisi $2,5 milyon borcumuz qalıb ki, onu da 2004-cü ilin ilk rübündəcə tam ödəyəcəyik.
"Azərkimya" EP-300-də buxar-qaz qurğusunu buraxmaqla , Sumqayıt kimya kompleksinin elektrik enerjisinə tələbatını-64, buxara isə-100% ödəyir.Energetik qurğunun gücü-32 MVt, buxar istehsalı isə saatda 480 tondur. Lakin kimya müəssisələrinin normal işi üçün 50 MVt elektrik enerjisi gərək olduğu üçün ,dövlət şirkəti Barmek Azerbaijan-dan əlavə enrji satın almağa məcbur qalır.1kVt elektrik enerjisi istehsalı zamanı buxar-qaz qurğusu 128 qram şərti yanacaq işlədir və 1 kVt şirkətə 80-90 manata oturur. Ancaq elektrik enerjisini kənardan alanda, 1 kVt-a 150 manat ödəyirik.