USAİD 1995-Cİ İLDƏN BƏRİ AZƏRBAYCANDA $17 MLN. MƏBLƏĞİNDƏ MİKROKEDİĞTLƏR VERİB

BAKI.05.12. 2003 MEDİA-PRESS: ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD)1995-ci ildən etibarən Azərbaycanda mikokreditləşdirmə proqramları çərçivəsində $17 mln. ayırıb. Agentliyin respublikamızdakı əlaqələndiricisi Uilyam Makkini (William McKinney) mikrokreditləşdirmə mütəxəssislərinin bu gün Bakıda işə başlamış 2-ci konfransında verdiyi bu məlumatına əlavə edib ki, "USAİD-in fəaliyyəti illərində 60 mindən çox adam mikrokredit alıb və onun 97 faizi qaytarılıb".
Onun sözlərinə görə, əgər əvvəllər kredit əsasən məcburi köçkünlərə verilirdisə, indi onu əhalinin başqa qrupları da ala bilir.
Makkini deyib:"Lakin Azərbaycanda mikrokreditləşdirilmə sahəsində hələ bəzi çətinliklər var ki, onların həlli bu sahənin inkişafına gətirəcək. Vergi qanunvericiliyində çatışmazlıqlar var, həmçinin əhalinin kreditləşdirilmə mədəniyyətinin aşağı olması və Azərbaycanda maliyyə bazarının qeyri-kafi inkişafı da müşahidə edilir".
Öz növbəsində respublikanın İqtisadi İnkişaf naziri Fərhad Əliyev konfransla deyib ki, regionlarda fəaliyyət göstərən sahibkarların maliyyələşdirilməsinin qeyri-kafiliyi, kreditlərin qısa müddətə və üçksək faiz dərəcələri ilə verilməsi,regionlardakı girov sistemi kreditləşdirmə sahəsinin problemləridir.
Mikrokreditləşdirmə təşkilatları assosiasiyasının sədri Çingiz Məmmədov da çıxış edərək deyib:"Mikrokreditləşdirilmə bu gün yoxsulluğa qarşı mübarizənin ən güclü aləti sayılır.Azərbaycanda beynəlxalq humantar təşkilatların təşəbbüsü ilə qaçqın və məcburi köçkünlərə kiçik məbləğli ilk kreditlərin verilməsinə 1993-1994-cü illərdə başlanıb. Assosiasiyanı isə mikrokreditləşdirilmə ilə məşğul olan 8 təşkilat 2001-ci ildə təsis edib".
İki gün davam edəcək konfrans çərçivəsində mikrokreditləşdirilmənin tənzimlənməsi üzrə, aqrar bölmədə kreditlər , daxili nəzarət və mikrokreditləşdirilmənin kommersiyalaşdırılması üzrə 4 işçi qrup da fəaliyyət göstərəcək.


İİN BAKIDA SƏRİNLƏŞDİRİCİ VƏ ALKOQOLSUZ İÇKİLƏRİN İSTESALININ MONİTORİNQİNİ KEÇİRİB

BAKI.05.12. 2003. MEDİA-PRESS: İqtisadi İnkişaf Nazirliyinin (İİN) Antiinhisar siyasəti departamenti Bakıda sərinləşdirici və alkoqolsuz içkilərin istehsalı və satışının monitorinqini keçirib. Məqsəd antiinhisar qanunvericiliyinin icrasını yoxlamaq , vicdansız rəqabətin qarşısını almaq və istehlakçıların hüquqlarını müdafiə etmək olub.
İİN-də Media-Pressə verilən məlumata görə, paytaxtın Nəsimi , Nizami,Nərimanov. Binəqədi, Xətai rayonlarında, eləcə də Abşeron rayonunda aparılan monitorinq gedişində qanunvericiliyin pozulmasına aid çoxlu faktlar aşkarlanıb.
Departament İçkilər istehsal edən 13 fiziki və hüquqi şəxsi cərimələyib. Başlıca pozuntular kimi içkilərin standartlara və istehsalın texniki şərtlərinə uyğun gəlməməsini,çəkinin qabın üzərində göstərildiyindən az olmasını və sair halları qeyd etmək olar.


AŞ PA AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİ ÜZRƏ MƏRUZƏÇİNİ DƏYİŞDİRİB

BAKI.05.12.2003. MEDİA-PRESS: Azərbaycanda prezident seçkiləri barədə Avropa Şurasının Parlament Assambleyası (AŞ PA) üçün məruzəni əvvəllər nəzərdə tutulduğu kimi, Andreas Qross deyil, Daniel Qule hazırlayacaq . Bu məlumatı verən AŞ PA həmməruzəçisi Mövlud Çavuşoğlunun sözlərinə görə, məruzəçinin dəyişdirilməsinə səbəb A.Qrossun hesabatının qərəzli səciyyə daşımasıdır. D. Qulenin artıq hazır olan məruzəsi isə dekabrın 8-də Bakıda AŞ-nın monitorinq komitəsinin iclasında müzakirə ediləcək. M. Çavuşoğlunun fikrincə, D.Qulenin məruzəsini Avropa Parlamentinin qalan üzvləri də dəstəkləyəcək və "bu sənəd obyektiv olacaq".
M,Çavuşoğlu prezident seçkilərinin nəticələrini dəstəklədiyinə görə, onun guya azərbaycan iqtidarından rüşvət almasına dair müxalifətin ittihamlarını təkzib edərək deyib:" Azərbaycan müxalifətinin beynəlxalq nüfuz qazanmaq cəhdləri də uğursuz olacaq, çünki, əgər öz xalqının inamını itiribsənsə,deməli, beynəlxalq təşkilatlardan kömək gözləməyə dəyməz".


RUSİYA ABŞ-IN AZƏRBAYCANIN DƏNİZ MƏRZLƏRİNİN QORUMASINDA ONA KÖMƏYİNİ GÜCLƏNDİRMƏK NİYYƏTİNDƏN NARAHATDIR

BAKI.05.12.2003. MEDİA-PRSS: Xəzərdəki dəniz sərhədlərini qorumaq sahilyanı dövlətlərin üstün hüququdur. Xəzərin azərbaycan hissəsində sərhədlərin qorunmasında amerika-azərbaycan qarşılıqlı fəaliyyətinin möhkəmiləndirilməsi planlarını Rusiyaın respublikamızdakı səfirliyində belə şərh ediblər.
Səfirliyin nümayəndəsi deyib:" Bu məsələdə səfirlin mövqeyi birmənalı və aydındır.Xəzər sahilyanı ölkələrin daxili dənizi olduğu üçün, dəniz mərzlərinin qorunması da bu dövlətlərin üstün hüququdur və onların üçüncü dövlətlərin xidmətlərinə ehtiyacı yoxdur.Xəzərin statusu üzrə belə mürəkkəb danışıqların davam etdiyi bir şəraitdə 3-cü dövlətlərin müdaxiləsinin nəticələri yalnız destruktiv ola bilər və hər bir ölkə də öz qonşularının rəyi barədə düşünməyə bilməz".
Xatırladaq ki, son günlərdə ABŞ-ın yüksək vəzifəli nümayəndələri artıq ikinci dəfə bəyan ediblər ki, beynəlxalq terrorizmə və narkotiklər alverinə qarşı mübarizə məqsədi ilə Azərbaycanın dəniz sərhədlərinin qorunmasında ona köməyi artırmaq niyyətindədirlər. Təqribən bir həftə əvvəl ABŞ-ın Avropadakı Birləşmiş qüvvələri komandanının müavini Çarlz Uold Bakıda bu haqda bəyanat vermişdi. Amerikalı general bu köməyin "regional təhlükəsizlik nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıdığını" vurğulayaraq, Amerikanın artıq Qazaxıstanda bu təşəbbüslə çıxış etdiyini ,bu proqşrama amerika hökumətinin də, Pentaqonun də böyük önəm verdiklərini" nəzərə çatdırmışdı.
"Bu, bir model olacaq və biz onun əsasında Xəzər sularının altına, üstünə və fəzasına nəzarət edə biləcəyik" deyən general Çarlz Uold bu modelin "həm regionda, həm də bütün dünyada təhlükəsizlik üçün mühüm" olduğuna inamını bldirərək məlumat vermişdi ki, ABŞ artıq 2004-cü ilin yanvarından Azərbaycanda bu proqramın icrasına başlamaq niyyətindədir. Uoldun ardınca ABŞ-ın Müdafiə naziri Donald Ramsfeld də Bakıya qısamüddətli səfəri gedişində bu haqda bəyanat vermişdi.


6-CI BEYNƏLXALQ "ŞƏRQ-QƏRB" KİNOFESTİVALI BAKIDA KEÇİRİLƏCƏK

BAKI.05.12. 2003 MEDİA-PRESS: 6-cı Beynəlxalq "Şərq-Qərb" kinofestivalı dekabrın 20-24-də Bakıda keçiriləcək. Respublika Kinematoqrafçılar ittifaqı numayəndəsinin "İnterfaks-Azərbaycan" agentliyinə bu haqda məlumatında qeyd olunur ki," ötən illərdə olduğu kimi , bu il də müxtəlif mükafatlar almış lentlər nümayiş etdiriləcək: Mixail Belikovun (Ukrayna)-"Qızıl qızdırması", Stanislav Qovoruxinin (Rusiya)-"Qadına xeyir-dua verin", Andrey Zvaginsevin "Qayıdış", Murad İbrahimbəyovun (Azərbaycan)-"Neft" və başqaları.
Festival çərçivəsində " Qlobal dünyanın çağırışı: milli kinematoqraf 21-ci əsrin əvvəlində" mövzusunda "dəyirmi masa" da təşkil ediləcək. Festival lentlərinə baxış "Azərbaycan" kinoteatrında olacaq.
İlk dəfə 1996-cı ildə keçirilmiş "Şərq-Qərb" festivalı bu dəfə MDB və Baltika ölkələri kinematoqrafçıları ittifaqının dəstəyi ilə Dünya kinosunun 100-illiyi Fondu və respublika kinematoqrafçıları ittifaqı tərəfindən təşkil olunub.


"ŞAH-DƏNİZ" YATAĞININ İLK QAZI ƏRZURUMA 2006-CI İLİN OKTYABRINDA VERİLƏCƏK

BAKI.05.12.2003. MEDİA-PRESS: Azərbaycanın Xəzərdəki "Şah-Dəniz" yatağının ilk qazı boru ilə Türkiyənin Ərzurum şəhərinə 2006-cı il oktyabrın 23-də nəql ediləcək. Media-pressə bu məlumatı yatağın işlənməsi layihəsinin operatoru -BP-Azerbaijan şirkətində veriblər.
Xatırladırıq ki, "Şah-Dəniz" yatağındakı yeni qaz qatının qiymətləndirilən ehtiyatları təqribən dekabrın axırına yaxın, ikinci qabaqlayıcı quyunun nəticələrinə görə elan ediləcək.Bunu bir qədər əvvəl BP-Azerbaija-nın vitse-prezidenti Rob Kelli bəyan edib.
Yeni məhsuldar qat yatağın şimal-şərq cinahında ilk qabaqlayıcı quyunun qazılması nəticəsində aşkarlanmışdı. R. Kelli deyib:"Biz hələki, yeni qatın ehtiyatlarını qiymətləndirməklə məşğuluq. Ümumi nəticəni isə ikinci qabaqlayıcı quyunun qazılması başa çatdıqdan sonra müəyyənləşdirəcəyik.
Dəyəri 3,2 mlrd. dollar olan "Şah-Dəniz" qaz- kondensat yatağının işlənməsinin "1-ci mərhələsi" dərinliyin 105 metr olduğu məntəqədə 15 quyu qazılması üçün platforma quraşdırılmasını, bu platformadan Səngəçal terminalına kimi uzunluğu 100 kilometrə çatan 2 paralel sualtı borunun çəkilməsini, həmçinin Bakı-Tbilisi-Ərzrum istiqamətində Cənubi Qafqaz qaz xəttinin tikilməsini nəzərdə tutur. Yataqdan ilk qazın 2006-cı ilin oratlarında çıxarılacağı planlaşdırılıb.
"1-ci mərhələ" çərçivəsində 178 mlrd. kub metr qaz və 34 mln. ton kondensat çıxarılmalıdır. Ən gur istixrac dövründə qaz hasilatı ildə 8,4 mlrd. kub metr, qaz kondensatı isə- 2 mln. ton olacaqdır. Yatağın işlənməsinin sonrakı mərhələlərində illik qaz hasilatı 16 mlrd. kub metrə yaxın olacaq.
Bu yatağın ehtiyatları 1 trln. kub metr civarındadır.
"BP (25,5%), Statoil (25,5%), QNKAR (10%), LUKAgip (10%), OIEC (10%), TotalFinaElf (10%) i TPAO (9%) "Şah-Dəniz" layihəsinin iştirakçılarıdır.


ADNF 2004-CÜ İLDƏ BTC TİKİNTİSİNƏ 9 MLRD. MANAT AVYIRICAQ

BAKI.05.12.2003.MEDİA-PRESS: Azərbaycan Dövlət Neft Fondu (ADNF) Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Kəmərinin (BTC ƏİK) tikintisi layihəsində dövlət payvnvn maliyyələşdirilməsinə 2004-cü ildə 9 mlrd. manat(4918 manat=$1). Dövlət Neft Şirkətinin (ARDNŞ) İcraçı direktoru Samir Şərifovun bu barədə məlumatına gbrə, ayrılan vəsaitin 95 faizi ARDNŞ-in BTC Co-nun (ƏİK-in tikintisi və istismarı üzrə operator) əcnəbi səhmdarlarından aldığıkreditin ödənilməsinə yönəldiləcək. Qalan5% isə layihədə dövlətimizin mənafeini təmsil edən AzBTC Ltd şirkətinin inzibati xərcləri üçündür.
ARDNŞ BTC Co səhmdarlarından aldığı $200 mln. həcmində krediti Beynəlxalq Maliyyə institutlarının 2004-cü ilin əvvəllərində ƏİK layihəsinə ayıracağı kreditlərdən sonra qaytaracaq.Sazişin şərtlərinə görə, ARDNŞ-i kreditləşdirən qurumlar faiz şəklində $4 mln. alacaqlar.
ADNF rəhbəri qeyd edib ki, "2003-cü ildə faizlərin bir hissəsi ödənilib. Daşa bir ödəniş yanarda olacaq və məhz bbu məbləğ Fondun 2004-cü il büdcəsində nəzərdə tutulub.
ƏİK tikintisinin dyəri $2,95 milyarddır. Bunun 30 faizini iştirakçı şirkətlər özlərinin səhm kapitalı hesabına ödəyəcək, qalan 70 faizi isə- borc alınıcaq.
Şirkətlərin vəsəitlərini 2003-cü ilin yayına kimi xərcləməsinə baxmayaraq, o zaman beynəlxalq təşkilatlar kredit ayırmağa hazır olmsadıqları üçün, səhmdarlar kredit alınanadək tikintini öz hesablarına maliyyələşdirməyi qərara aldılar və ARDNŞ-in öz payını maşliyyələşdirməsinə $200 mln. ayırdılar.
BP (30,1%), ARDNŞ (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), Eni (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%), TotalFinaElf (5%) və Amerada Hess (2,36%) bu layihənin iştirakçılarıdır
1767 km. uzunluğu olan BTC ƏİK-in 443 kilometri- Azəbaycan, 248 kilometri-Gürcüstan və 1076 kilometri Türkiyə ərazisindən keçəcək. İllik buraxılış qabiliyyəti 50 mln. ton olan bu kəmərdə 2003-cü ilin aprelində başlamış tikinti işləri gələn ilin son rübündə başa çatacaq. Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin ixracı 2005-ci ilin ikinci rübündə başlamalıdır. Layihənin dəyəri 2,95 mlrd. dollardır.


DEKABRIN SONUNDA "ŞƏRQİ AZƏRİ"DƏ TAVA DAŞI QURAŞDIRILACAQ

BAKI.05.12.2003. MEDİA-PRESS: Xəzərin azərbaycan şelfində "Şərqi Azəri" yatağında 10 qabaqlayıcı quyunun qazılması üçün tava daşının quraşdırılması işləri dekabrın sonunda başlayacaq. BP-Azerbaijan şirkətində Media-Pressə bildiriblər ki, tavadaşı qoyulduqdan sonra 5 qabaqlayıcı quyunun qazılmasına başlanacaq və bu işə "Dədə Qorqud" yarımdalma qurğusu cəlb ediləcək.
Xatırladaq ki, buna qədər qurğudan "Qərbi Azəri" yatağında 10 qabaqlayıcı quyu qazılmasında istifadə edilib və üst-üstə 4 min metr qazma işlərindən sonra qazma sütunları məlum olmayan səbəblərə görə sürüşüb və nəticədə, işlər dayandırılıb. Qəzanın səbəblərini və ziyanın miqyasını müəyyənləşdirmək üçün "Qərbi Azəri"də geotexniki tədqiqat aparılıb. Bunula belə,qazmanın köhnə tava daşından aparılması, yoxsa ayrı sahə seçilərək qabaqlayıcı quyuların qazılması üçün orada yeni tava daşının quraşdırılması barədə qəti qərar yalnız gələn ilin sonunda qəbul ediləcək.
"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarını işləyən Beynəlxalq konsorsium bununla bağlı "Şərqi Azəri"də işə təcili başlamağı qərara alıb və orada 5 qabaqlayıcı quyunun qazılmasını 2004-cü ilin axırınadək davam etdirəcək.Yalnız bundan sonra, yəni hardasa 2005-ci ilin əvvəllərində, "Dədə Qorqud" yarımdalma qurğsu "Şərqi Azəri"dən "Qərbi Azəri"yə aparılacaq ki,orada daha 5 qabaqlayıcı quyunun qazılması davam etdirilsin.


AZƏRBAYCANDA İLİN ƏVVƏLİNDƏN BƏRİ DÖVLƏTƏ 3,923 MLRD. KUB METR QAZ TƏHVİL VERİLB

BAKI.05.12.2003. MEDİA-PRESS: Azərbaycanda ilin əvvəlindən bəri dövlətə 3,923 mlrd. kub metr qaz təhvil verilib. Bunun 3,27 mlrd kub metri- Dövlət Neft Şirkətinin (ARDNŞ),66,3 mln. kub metri- birgə müəssisələrin və 658,8 mln. kub metri -Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin ( ABƏŞ-"Azəri-Çıraq-Günəşli" yataqları üzrə) payına düşür.
"Azəriqaz" SC bu həcmin 1,958 mlrd. kub metrini (nəzərdə tutulandan 15,7% çox), qalan 1,964 mlrd. kub metrini isə- Azərbaycan qaz emalı zavodu (30,5%-az) alıb.
Respublikanın təbii qaza illik tələbatı 10 mlrd.kub metrdir. Bunun tən yarısı əhalinin və sənaye müəssisələrinin , qalan yarısı isə ölkəin elektrik stansiyalarının tələbatını təmin etmək üçündür.2002 və 2003-cü illərdə Azərbaycan "İtera" beynəlxəlq şirkətlər qrupundan ilə 4 mlrd.kub metr "mavi yanacaq" alıb. "Azəriqaz" SC bu il Azərbaycana "İtera"nın daha 1,5 mlrd. kub metr qaz satması barədə onunla saziş bağlasa da, ona əməl olunmur.Respublika Yanacaq və Energetika naziri Məcid Kərimovun sözlərinə görə, indilikdə ölkənin atıq pulu olmadığı üçün, əlavə qazı ala bilmirik.Qazın hər min kub metrinə $52 ödəyirik. Bu ödənişin 50 faizi pulla, 50 faizi isə avadanlıqladır.
Proqnozlara görə,bu il Azərbaycanda 5, 04 mlrd. kub metr qaz hasil ediləcək. ABƏŞ AÇG yataqlarının işllənməsi layihəsi çərçivəsində alacağı 890 mln. kub metr qazı təmənnasız olaraq respublikamıza verəcək.


2004-CÜ İLDƏ RUSİYADA 430-450 MLN. TON NEFT İSTEHSALI GÖZLƏNİLİR

BAKI.05. 12. 2003 MEDİA-PRESS: 2004-cü ildə Rusiyada 430-450 mln. ton neft istixracı( bu il təqribən-418 mln. ton) gözlənilir. RF Energetika nazirinin müavini Oleq Qordeyev belə deyib. Onun sözlərinə görə," İndi istixracın artımı 10-10,5% həddindədir.Bu il proqnoz olunduğundan çox neft çıxarılacaq.Heç bir şirkət indi hasilatı azaltmır."YUKOS" və "Sibneft" isə istixrac tempini daha da artırır".
Nazir müavini hazırda ixrac həcminin artdığını,"Transneft" sistmində və başqa magistral neft kəmərlərində mal ehtiyatının kafi olduğunu, hər rübdə borular sistemi ilə xaricə daha çox neft göndərildiyini vurğulayıb.
Qərb təhlilçiləri hesab edirlər ki, Rusiyada neft hasilatı öz zirvəsinə 2011-ci ildə çatacaq. Wood Mackenzie şirkətinin konsaltinq üzrə direktoru Tim Lambertin fikrincə, həmin dövrdə Rusiyanın gündəlik hasilatı 12 milyon barrelə qalxa bilər. Bu nailiyyətə çatmaq üçün böyük sərmayə tələb olunur. Bu şirkətin proqnozuna görə, zirvə hasilatından sonra Rusiyada neft istixracı azalacaq və 2020-ci ildə indiki, yəni 2003-2004-cü illərin gündəlik 8,5 mln. barrel həcminə düşəcək.


TÜRKİYƏ ODESSA-BRODI KƏMƏRİNİN POLŞANIN PLOTSK ŞƏHƏRİ İSTİQAMƏTİNDƏ ÇƏKİLİŞİNDƏ İŞTİRAK ETMƏK NİYYƏTİNDƏDİR

BAKI.05.12.2003. MEDİA-PRESS: Türkiyə Odessa-Brodı neft kəmərinin Polşanın Plotsk şəhəri səmtinə çəkilişinin son mərhələsində iştirak etmək niyyətindədir. Oilua.com. Ukraynanın baş naziri Viktor Yanukoviçin bu ölkəyə rəsmi səfəri zamanı verdiyi bəyanatı sitat gətirir.
Yanukoviç sonra deyib:"Türkiyə "Odessa-Brodı-Plotsk" neft kəməri tikintisinin başa çatdırılmasında iştirak etmək istəyini açıqlayıb və zənnimizcə, bu məsələnin gələcəyi var.Türkiyənin tenderdə iştirak etmək imikanı var və əgər tenderi udarsa,kəmərin tikintisinə qoşlacaqdır."
Yanukoviç həmçinin bildirib ki, türkiyə tərəfi gəmilərin Bosfordan keçidi rejiminə "çox sərt" tələblər qoyur. "Ona görə də Türkiyə əlindən gələni edəcək ki, Bosfordan keçən gəmilərin sayı artmasın və Odessa-Brodı kəməri ilə neftin nəqlinin də məhz bu baxımdan gələcəyi vardır". Sitatın sonu.
Bildiyniz kimi, artıq uzun müddətdir ki, Xəzər neftinin Avropaya və yaxud rusiya neftinin Qara dəniz sahilinə Odessa-Brodı xətti ilə nəqli ilə bağlı Ukraynada çək-çevir davam etməkdədir. Ukrayna hökuməti 2004-cü il yanvarın ortalarına kimi bu məsələni çözməyi planlaşdırır.


İL ƏRZİNDƏ AZƏRBAYCANDA ELEKTRİK ENERJİSİ İSTEHSALI 14,9% ARTIB

BAKI.05.12.2003. MEDİA-PRESS: Bu ilin 11 ayında Azərbaycanda istehsal olunmuş 18,946 mlrd. kVt/saat elektrik enerjisi keçən ilin eyni göstəricisindən 14,9% çoxdur.
Noyabrda hasil edilən1,958 mlrd. kVt/saatın 1,778 mlrd. kVT/saatı istilik-elektrik stansiyalarının (İES),169, 724 mln. kVt/saatı isə- su-elektrik stansiyalarının (SES) payına düşüb.
"Azərenerji" SC Mərkəzi dispetçer xidmətinin mülumatına görə,2003-cü ilin noyabrında artım keçən ilin noyabrı ilə müqayisədə- 14,7% -dir. İstilik enerjisi hasilatı 68 698 Qkall təşkil edib.
Qonşu Rusiya, Türkiyə və İrandan da enerji alınır.Həm də Türkiyə və İranın verdiyi elektrik enerjisinin hamısı Naxçıvan Muxtar respublikasına (NMR) yönəldilir. NMR işlətdiyi 160 MVt elektrik enerjisinin 80-90 MVt-sini İrandan ,40-50 MVt-sini Türkiyədən alır, 20 MVt-dən çoxunu isə yerli "Araz" SES-i hasil edir.
NMR-də 2002-ci ildə 150 MVA gücündə yarımstansiya işə salınıb və 8 km.-lik yüksək gərginlikli xətt çəkilib. İlin sonunadək burada132-kilovatlıq "Culfa" yarımstansiyası və yeni gərginlik xətti istismara veriləcək ki, bu da Muxtar respublikada elektrik enerjisi həcminin daha 30 MVt artması deməkdir.


"AZƏRELEKTROTERM" SC SƏHMLƏRİNİN 98,7 FAİZİNİN ALQI-SATQISI SAZİŞİ İMZALANIB

BAKI.05.12 2003 MEDİA-PRESS: Bakı "Azərelektroterm" Səhmdar Cəmiyəti (SC) səhmlərinin 98,7 faizinin alqı-satqısı sazişi imzalanıb. Azərbaycan İqtisadi İnkişaf Nazirliyində (İİN) Media-Pressə verilən məlumata görə, nazirliyin Türkiyənin məhdud məsuliyyətli SC (MMSC) A&D ilə bağladığı müqaviləyə görə,qarşı tərəf 3 ay ərzində azərbaycan dövlət büdcəsinə 3 mlrd. manat köçürməli və sonradan silinmək üçün 260 min özəlləşdirmə çeki , habelə həmin miqdarda dövlət opsionu təqdim etməli, "Azərelektroterm"də ilk işlərə başlamaq üçün bu müəssisənin hesabına 2,45 mlrd. manat köçürməlidir.
İnvestisiya proqramına görə, A&D sazişin imzalanmasından sonra bir il ərzində müəssisəyə 49 mlrd.manat ($9,93 mln.) sərmayə qoyacağına boyun olur. Bu vəsaitlər müasir presslərin (sıxıcı dəzgahların) və qaynaq avadanlığının satın alınıb quraşdırılmasına, istehsalat yerlərinin və infrastrukturun bərpasına xərclənəcək. Sənədin ən vacib bəndlərindən birinə görə, MMSC 500-ə yaxın yeni iş yeri (indi burada cəmisi 92 nəfər çalışır) açmağı da öhdəsinə götürür və bu zaman yeniləşmiş "Azərelektroterm" işçilərinin orta əməkhaqqı isə $ 200-dən az olmamalıdır.
SC-nın 10,541 mlrd. manat məbləğində öhdəlikləri, o cümlədən,477,801 mln. manat əməkhaqqı və 1,610986 mlrd. manat debitor borcları var. 1969-cu ildə yaradılmış "Azərelektroterm" elektrik-istilik avadanlığı və elektrik-su qızdırıcıları istehsal edir.


YAXIN VAXTĞLARDA "AZƏRBAYCANDA SU BÖLGÜSÜ İDARƏ SİSTEMİNİN MODERNLƏŞDİRİLMƏSİ" LAYİHƏSİNİN REALİZƏSİNƏ BAŞLANACAQ

BAKI.05.12.2003. MEDİA-PRESS: Yaxın zamanda Ümumdünya Bankı (ÜB) ilə birlikdə "Azərbaycanda su bölgüsü idarə sisteminin modernləşdirilməsi" layihəsinin realizəsinə başlanılacaq.
ÜB Bakı nümayəndəliyində Media-Pressə bildiriblər ki, layihə təsərrəfatlararası irriqasiya sistemlərinin, bəzi kanal və bəndlərin bərpasını nəzərdə tutur. $39 mln. kreditin 35 milyonunu ÜB 35-40 il müddətinə və 0,75% illik rüsumla verir. Bu müddətin ilk 10 ili güzəştlidir.
Ekspertlər layihəni işləyərkən onun realizəsinin ətraf mühitə təsiri imkanını öyrənib və respublikamızdakı bəndlərin etibarlığı və təşlükəsizliyi dərəcəsini yoxlayıblar. Layihə 2004-2009-cu illərdə Azərbaycanın 11 rayonunda gerçəkləşdiriləcək.
Xatırladaq ki, respublikamızda " İrriqasiya sisteminin və drenaj sistemləri infrastrukturunun bərpasına dair" ÜB layihəsi artıq realizə edilir. Layihə Bakının su təminatının pisləşməsinin qarşısının alınmasını,Samur-Abşeron kanalının drenaj sisteminin yaxşılaşdırılmasını və nasos təsərrüfatının bərpasını nəzərdə tutur. İcrasına 2002-ci ilin noyabrında başlanmış bu layihə 2006-cı il mayın sonunda başa çatmalıdır. $46,86 milyon dəyərində olan layihənin $ 42 milyonu ÜB-nın kreditidir.