11 AYDA AZƏRBAYCAN SOSİAL MÜDAFİƏ FONDUNUN GƏLİRİ 1,632 TRLN. MANAT OLUB

BAKI.08.12.2003. MEDİA-PRESS: Bu ilin 11 ayında Azərbaycanda Əhalinin dövlət sosial müdafiəsi fondunun gəlir 1, 632 trln. manat çataraq, proqnozu 1,1 % keçib. Bu keçən illə müqayisədə 227,9 mlrd. manat (4918 manat= $1) çoxdur.
Gəlirin 960,6 mlrd. manatını məcbri sosial sığorta ödəmələri, 669,7 mlrd. manatını-dövlət büdcəsinin vəsaitləri, 281,8 mlrd. manatını- məcburi sosial sığortalar üzrə büdcə təşkilatlarının rüsumları, 678,8 mlrd manatını isə( artım-141, 5 mlrd. manata)- büdcədənkənar təşkilatların ödəmələri təşkil edib.
Bunun sayəsində Fond təqaüd və sosial müavinətləri vaxtında ödəyib - 11 ayda-1, 64 mlrd. manat. Bu məbləğin 913,1 mlrd. manatı- sosial təqaüdlərə, 155,2 mlrd. manatı-işləməyən təqaüdçülərə, az təminatlı ailələr üçün uşaq müavinətlərinə-146,8 mlrd. manat, kommunal və nəqliyyat güzəştlərinin ödənilməsinə-98,1 mlrd.manat ayrılıb. Qalan pul müavinətləri isə 262 mlrd. manat təşkil edib.
Fondda qeyd ediblər ki, Azərbaycan prezidentinin təqaüdlərin artırılması haqqındə fərmanına əsasən təqaüdlər və müavinətlərin yenidən hesablanması ölkədə sentyabrın 20-də başa çatıb. İndi bütün şəhər və rayonlarda adamlan artırılmış təqaüd və müavinət alırlar.


YUNANISTAN ASK-NIN İNKİŞAFINDA AZƏRBAYCANA KÖMƏK GÖSTƏRƏCƏK

BAKI.08.12.2003. MEDİA-PRESS: Yunanıstan aqrar-sənaye kompleksinin (ASK) inkişafında Azərbaycana yardım göstərəcək.Yunanıstan Kənd Təsərrüfatı nazirliyi nümayəndələrinin Azərbaycana başa çatmış səfərinin yekunu ilə əlaqədar respubika Kənd Təsərrəfatı nazirliyində "İntenrfaks-Azərbaycan" agentliyinnə bu haqda məlumat verilib.
Agentliyin müsahibi iki ölkə mütəxəssislərinin hansı layihələri işləyəcəklərinin hələ dəqiqləşmədiyini, bununla belə Afinanın bu sahədə Azərbaycana kömək göstərmək istədiyini və xüsusən də yunan mütəxəssislərinin yeraltı suların vəziyətinə böyük diqqət yetirdiklərini deyib. Kənd Təsərrüfatı nazirliyinin nümayəndəsi deyib:" Səfər tanışlıq səciyyəsi daşıyıb. Yunan həmkarlarımız əməkdaşlığımızın ümdə istiqamətlərini müəyyənləşdirmək məqsədi ilə ümumiyyətlə aqrar sahənin vəziyəti ilə tanış olmaq istəyiblər. Qonaqlarımız nazirlikdə, Meliorasiya və Su təsərrüfatı komitəsində və Elmi-tədqiqat Meliorasiya institutunda görüşlər keçiriblər.


AZƏRBAYCAN 2003-CÜ İLDƏ QTİB NİZAMNAMƏ KAPİTALINA SON ÜZVÜLÜK HAQQINI ÖDƏYİB

BAKI.08.12.2003 MEDİA-PRESS: Azərbaycan Maliyyə nazirliyi cari ildə Qara dəniz Ticarət və İnkişaf Bankının (QTİB) Nizamnamə kapitalına 150 min dollarlıq son üzvülük haqqını ödəyib. Nazirlikdə "İnterfaks-Azərbaycan" agetntliyinə bildiriblər ki, 2003-cü ldə QTİB Nizamnamə kapitalına təqribən $2 mln. ödənilib. İndi Azərbaycanın qalan borc payı -7-8 mln. dollar təşkil edəcək.
QTİB Nizamnamə kapitalında Azərbaycanan payı 2% və yaxud , $6 milyon Xüsusi İqtibas hüquqladır (XİH). Şərtə görə, ilk XİH ödənişinin məbləği -2 mln. dollardır.Bundan başqa Azərbaycan 8 il ərzində daha $4 mln. XİH ödəməlidir( hər il - $0,5 mln. XİH olmaqla).
QTİB Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) üzvlərinin 1994-cü ildə yaratdığı beynəlxalq maliyyə təşkilatıdır. İndi Yunanıstan, Rusiya, Türkiyə (16,5% nizamnamə kapitalı),Bolqarıstan, Rumıniya, Ukrayna (13,5%),Albaniya, Azərbaycan, Ermənistan. Gürcüstan və Moldova (2%) onun üzvüdür. QTİB-in Nizamnamə kapitalı-$1,28 milyarddır.
Beynəlxalq Valyuta Fondu XİH məzənnəsini əsas dünya valyutalarının məzənnələrinin dəyişməsini nəzərə alaraq hesablayır.


AZƏRBAYCAN QARABAĞ PROBLEMİNİN TƏNZİMLƏNMƏSİNİN YENİ İDEYALARINI ÖYRƏNİR

BAKI.08.12. 2003 MEDİA-PRESS: Azərbaycan rəhbərliyi ATƏT-in Minsk qrupu həmsədrlərinin ötən həftənin sonunda regiona səfəri zamanı Qarabağ tənzimlənməsinə dair verdiyi yeni ideyanı öyrənir. Prezident Aparatı Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "İnterfaks-Azərbaycan"a bildirib ki," Bu ideyalar öyrənilir. Onlar Azərbaycan və Ermənistan prezidetlrinə məlumdur. Bu ideyaların məqbul olub-olmayacağını da onlar həll etməlidirlər".
N.Məmmədov deyib ki, münaqişənin nizamlanmasına dair Bakının prinsipial mövqeyi dəyişməz qalır- Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımılı və tanınmamış Qarabağ respublikasını və işğal etdiyi ayrı azərbaycan torpaqlarını azad etməlidir"


ÜMUMDÜNYA İNFORMASİYA SAMMİTİNDƏ AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNƏ PREZİDENT İLHAM ƏLİYEV BAŞÇILIQ EDƏCƏK.

BAKI.08.12. 2003 MDİA-PRESS: Dekabrın 10-12-də Cenevredə keçiriləcək ümümdünya informasiya sammitində azərbaycan tərəfi infomasiya-kommunikasiya texnologiyaları (İTK) sahəsində dövlət siyasətinin formalaşması məslələrini müzakirə edəcək. "Azərbaycanda İKT-nin inkişaf strategiyası" layihəsinin nümayəndəsi bu haqda məlumatında sammitin BMT və Ümumdünya Telekommunikasiya ittifaqı tərəfindən təşkil olunduğunu bildirib.Respublikamızın nümayəndə heyətinə Azərbaycan prezidenti İlham Əliyevin başçılıq edəcək.
Layihənin press-relizində qeyd olunur ki, "Azərbaycanın rəsmi nümayəndə heyətinə xarici işlər naziri Vilayət Quliyev, layihənin milli əlaqələndiricisi Məleykə Abbaszadə və Prezident Aparatı Xarici Əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov daxildirllər. Sammitin işində ölkənin özəl və ictimai təşkilatlarının nümayəndələri, o cümlədən, BMT layihəsinin baş məsləhətçisi Soltan Hacıyev, "Azəravrotel" müəssisəsinin direktoru Nuru Əhmədov, "R.İ.S.K." şirkətinin baş meneceri Cabir Cümşüdov, "AZEL" şirkətinin rəhbəri İqor Yakovenko və "Sinam İnvest" şirkətinin rəhbəri Elçin Əliyev də daxildirlər".
Sammitin sonunda Birgə Bəyannamənin qəbul olunacağı planlaşdırılır. Dövlətlər İnformasiya məkanının formalaşdırılmasına yönələn fəaliyyətlərini də onun əsasında həyata keçirəcəklər.


TÜRKİYƏNİN EKS- BAŞ NAZİRİ VƏ TÜRKİYƏ İSLAMÇILARININ LİDERİ MALİYYYƏ FIRILDAQIINA GÖRƏ 2 İL 4 AYLIĞA MƏHKUM OLUNUB

BAKI.08.12.2003. MEDİA-PRESS: Türkiyənin sabiq BAŞ NAZİRİ və "Səadət" islam partiyasının lideri Nəcməddin Ərbəkan böyük məbləğda maliyyə fırıldağına görə, 2 il 4 ay azadlıqdan məhrum edilib. Medita-Pressin yerli mətbuata istinad edən müxbiri daha sonra qeyd edir ki,77 yaşlı siyasətçi və keçmiş "Rifah"-ındaha 70 üzvü bu qadağan olunmuş partiyanın xəzinəsindən $3,6 milyonu mənimsəməkdə ittiham olnublar. Ərbəkan "Rifah"ın başçısı olanda bil il də ( 1997-ci ilin iyununa kimi) ölkənin baş naziri işləyib, mühafizəkarlarla koalisiya yaradıb, lakin ordu rəhbərliyinin təzyiqi altında istefa verməyə məcbur qalıb. İttiham olunanlar 1997-ci ilin yayında "Rifah"ın vəsaitləri üzərində nəzarəti saxlamağa çalışıblar.
Türkiyə Respublikasının Kassasiya Məhkəməsi Ərbəkanın təqsirli bilinməsi haqqında məhkəmənin əvvəlki qərarını təsdiqləyib və "Milliyyət" qəzetinin yazdığına görə, 77 -yaşlı Ərbəkana siyasətlə məşğul olmaq ömrünün sonunadək qadağan ediləcək.
Onun 70 məsləkdaşı da müxtəlif müddətə məhkum olunub.


BP YAXIN 5 İLDƏ AZƏBAYCANDA NEFT LAYİHƏLƏRİNƏ TƏQRİBƏN $6 MLRD. XƏRCLƏYƏCƏK

BAKI.08.12.2003. MEDİA-PRESS: Yaxın 5 ildə BP şirkəti respublikamızda neft layihələrinə təqribən $6 mlrd. sərmayə qoyacaq. Söhbət "Azəri-Çıraq-Günəşli" (AÇG), "Şah-Dəniz" və "Araz-Alov-Şərq" (AAŞ) yataqlarının işlənməsindən gedir.Bu, yaxın illərdə Azərbaycanın neft bölməsinə qoyulacaq bütün investisiyaların üçdə biridir.
BP prezidenti lord Con Braunun bəyanatına görə, şirkət bütün dünyada neft-qaz yataqlarının işlənməsi və istismarı mərkəzlərinə ən azı $20 mlrd. vəsait qoymağı planlaşdırır. Bu mərkəzlər ilk növbədə Meksika körfəzi, Sakit okeanın Asiya hissəsi, Trinidad, Anqola və Azərbaycandır. Bu mərkəzlər yaxın 5 ildə BP-nin bütün neft-qaz biznesinin təqribən 50 faizini əhatə edəcək. Bu il BP həmin layihələrə təqribən $10 mlrd. maya qoyacaq.
BP təhlilçilərinin əqidəsincə, 2007-ci ilədək həmin mərkəzlərdə xam neft və təbii qaz hasilatı ildə orta hesabla 3-5% artacaq. Bu zaman BP mütəxəssisləri bir barelin orta qiymətini $16 və 1 fut təbii qazın qiymətini isə-$2,7 dəyərində götürüblər.
O ki, qaldı bilavasitə Azərbaycandakı işlərə, BP-Azerbaijan prezidenti Devid Vudvordun sözlərinə görə, Bakı-Tbilsi-Ceyhan (BTC) kəmərinin kommersiya tərəfi elə hesablanıb ki, hətta neftin qiymətinin aşağı olacağı təqdirdə, kəmər iqtisadi səmərəsini saxlayacaq. Layihənin inkişafına və yeni obyektlərin tikintitsinə dair qərar qəbul etməzdən öncə, neftin qiymətlərinin çox aşağı olacağı şəraitində, belə deyək, hətta 20-30 il ərzində bir barrelin $16 olacağı şəraitdə, kəmərin iqtisadi səmərəsi hərtərəfli ölçülüb-biçilir.
Vudvordun sözlərinə görə, bir barrel 10 dollara ensə də , yenə də BTC kəməri rentabelli olacaq. Kəmər istifadəyə verildikdən sonra, nəqliyyat xərcləri çox aşağı olacaq və bu, dünya bazarına hələ uzun müddət neft çıxarmağa imkan verəcək. Vudvordun əqidəsincə,bu kəmərlə neftin nəqlini yalnız o halda dayandırmaq mümkündür ki, neftin qiyməti gülünc doğuracaq səviyyədə aşağı olsun, məsələn, bir barreli -1 dollara olsun ki, bu da qeyri-mümkündür.


"AÇG"-DA İŞLLƏMƏK ÜÇÜN "AZƏRBAYCAN" KRAN GƏMİSİNİN MODERNLƏŞDİRİLMƏSİ YAYDA BAŞA ÇATACAQ

BAKI.08. 12. 2003. MEDİA-PRESS: "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunun tammiqyaslı işlənməsinin "1-ci mərhələsi" və "2-ci mərhələsi"-nin reallaşması üçün nəzərdə tutulan "Azərbaycan" kran gəmisinin modernləşdirilməsi 2004-cü ilin yayınadək davam edəcək. Rusiya Dəniz Registri Gəmiçiliyinin nümayəndəsi Dmitri Şestakov "İnterfaks-Azərbaycan" agentliyinə müsahibəsində belə deyib.
Onun sözlərinə görə,hələlik gəminin yenidən qurulmasında 2-ci mərhələ başa çatıb, yaşayış bloku genişləndirilib, qəza halları üçün nəzərdə tutulan generator quraşdırılıb və sınaq edilib. Bu yaxınlarda başlamalı olan 3-cü mərhələ 2,5 min ton yük qaldıra bilən əsas kranın iş qabiliyyətinin tam bərpasını nəzərdə tutur.Həmçinin yükü qaldıran , döndərən və yük oxunun çıxıntısını dəyişən mexanizmlərin yoxlanılması, yiyilmiş hissələrin dəyişdirilməsi də görüləsi işlərdir. Yalnız bu işlər yerinə yetirildikdən sonra, kran sınaqdan çıxarılacaq.
Kran gəmisinin modernləşdirilməsi layihəsi Almaniyanın Blohm Voss, İtaliyanın "Saipem" və daha bir neçə şirkətlə birgə işlənib hazırlanıb.
"Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib. Layihənin iştirakçıları aşağıdakılarır: VR (34,1367% - operator), Amerikanın Unocal (10,2814%), ExxonMobil (8,0006%), Devon Energy (5,6262%) i Amerada Hess (1,0413%) şirkətləri, ARDNŞ (10%), Yaponiyanın Inrex Corr. (10%) və ITOCHU Oil (3,9205%), Norveçin Statoil (8,5633%), Türkiyənin TPAO (6,75%) və Səudiyyə Ərəbistanın Delta Oil (1,68%) şirkətləri.


SABAH TEHRANDA XƏZƏR ÜZRƏ XÜSUSİ İŞÇİ QRUPUNUN NÖVBƏTİ İCLASI AÇILIR.

BAKI.08.12.2003. MEDİA-PRESS: Dekabrın 9-10-da Tehranda Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan XİN müavinlərinin Xəzər üzrə Xüsusi İşçi qrupunun (XİQ) növbəti iclası keçiriləcək. Tədbir iştirakçıları Xəzərin hüquqi statusu üzrə Konvensiya layihəsini, habelə təhlükəsizlik, hövzənin neft-qaz ehtiyatlarından istifadə, gəmiçilik, balıq ovıu və ekologiya problemlərini də muzakirə və sonda Birgə bəyanat qəbul etməyi planlaşdırırlar.


İRAN XİN-İ XƏZƏRDƏ KƏNAR QÜVVƏLƏRİN OLMASINI İSTƏMİR

BAKI.08.12.2003. MEDİA-PRESS: Rusiya rəsmilərindən sonra İran Xin-i nümayəndələri də regiondankənar hərbi qüvvələrin Xəzərdə olmasına qarşıdırlar. Nazirliyin rəsmi nümayəndəsi Həmid Reza Asəfi Tehranda mətbuat konfransında deyib ki, qeyri-region qüvvələrin hansı formada olursa -olsun Xəzərə gətirilməsi mümkünsüzdür.
O deyib:"Xəzəryanı dövlət başçılarının ümümi razılaşmasına görə, Xəzərin təhlükəsizliyi 5 sahilyanı ölkənin səyləri ilə təmin edilməlidir və bu dənizdə qeyri-region qüvvələrin hər cür mövcudluğu qübuledilməzdir".
Asəfinin fikrincə,"Xəzərə xarici dövlətlərin silahlı qüvvələrinin hər cür dəvəti Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistanın ümumi razılaşmalarına ziddir və bu, region üçün nəinki müsbət hal olmayacaq, həm də Xəzərin problemlərinin həlli ilə bağlı vəziyyəti düyünə salacaq."
Asəfinin, ondan bir qədər əvvəl isə Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabovun bu qəbil bəyanatları Pentaqonun yüksək rütbəli məmurları- Avropada ABŞ Birləşmiş Silahlı qüvvələri komandanının müavini general Çarlz Uoldun , ardınca isə Müdafiə naziri Donald Ramsfeldin Azərbaycanın Xəçzərdəki dəniz sərhədlərinin qorunmasında ona kömək göstəriləcəyi planları barədə açıqlamalarından sonra səslənib. Təbiidir ki,bu zaman amerikan hərbi qüvvələrinin bilavasitə regiona gətirilməsi, yaxud da Azərbaycanda amerika hərbi bazalarının yerləşdirilməsi nəzərdə tutlmayıb.
Səciyyəvidir ki, Rusiya bu planlarla bağlı narahatlığını özünün yalnız Azərbaycandakı səfiri ilə bildirib. Bunu Rusiya rəhbərliyinin başının Dövlət Dumasına seçkilərə qarışması ilə izah etmək çətin ki, mümkün olsun. Axı, "Amerikanlar əlinizi Xəzərdən çəkin!" səpkisində gurultulu şüarlar məhz seçkiqabağı təbliğat ruhundadır və yerinə də düşərdi… Bundan belə nəticəyə gəlmək olar ki, rəsmi Moskva amerikanın planlarına daha təmkinlə yanaşır və Azərbaycanın yeni preidenti ilə münasibətlərini korlamaq istəmir.


AZƏRBAYCAN VƏ İRAN NMR-DƏ QAZ XƏTLƏRİNİN BƏRPASI HAQDA DANIŞIQLARI DAVAM ETDİRİRLƏR

BAKI.08.12.2003. MEDİA-PRESS: Azərbaycan və İran Naxçıvan Muxtar Respublikasının (NMR) qazla təminatı məqsədi ilə MR-in qaz nəqliyyatı və qaz paylaşdırıcı sisteminin bərpasına dair danışıqları 2004-cü ildə davam etdirəcəklər. Qapalı Səhmdar Cəmiyyəti (QSC) "Azəriqaz"-da "İnterfaks-Azərbaycan" agentliyinə bu barədə verilən məlumatda deyilir ki, azərbaycan mütəxəssisləri özllərinə aid işləri qurtarsalar da ,İran tərəfindən hələ bir cavab yoxdur və yalnız bu qonşu ölkə ilə danışıqlar başa çatdıqdan sonra, qaz şəbəkəsinin yenidən qurulması məsələləri öz qəti həllini tapmış olacaq.
İranın Naxçıvan MR-ə ildə 350 mln. kub metr qaz verəcəyi və bu miqdarın "Şah-Dəniz" qazı ilə ödəniləcəyi ehtimal olunur. Azərbaycan 2006-cı ildə bu yatağı istismara verəndən sonra, MR üçün İrandan almış olduğu qazın bütün həcmini ödəyəcəkdir.
Respublikamızı İranda təmsil edən səfir Abbasəli Həsənov danışıqların yubanmasını qazın qiyməti ilə əlaqələndirərək deyib ki, İran hər min kub metrə görə $90 tələb edir, halbuki, regionda bu qiymət 42-53 dollar arasındadır.
NMR-in qaza illik tələbatı indilikdə -100 mln. kub metrdir. Gələcəkdə bu həcm 500 mln. kub metrə çatdırıla bilər.Bu isə yalnız MR-in bütün qaz şəbəkəsinin və sənaye müəssisələrinin işinin bərpası şəraitində mümkündür.
Bütün problemlər həll edilərsə, İranın Xoy şəhərindən Naxçıvan Culfasına qaz veriləcək.Azərbaycan isə hələlik əvəz qazını keçmişdə İrandan SSRİ-yə çəkilmiş ixrac kəməri ilə nəql edə bilməz. Bu iş magistral boru xəttində müəyyən təmir işlərindən sonra mümkün olacaq.


UKRAYNA BAŞ NAZİRİN MÜAVİNİ RUSİYA İLƏ QAZ-NƏQLİYYAT KONSORSİUMU YARATMAQDAN İMTİNA ETDİYİNƏ GÖRƏ, VƏZİFƏSİNİ İTİRİB

BAKI.08.12.2003. MEDİA-PRESS: Ukrayna Baş Nazirinin müavini Vitali Qayduk ötən cümə mətbuat konfransında demişdi ki, rusiya-ukrayna qaz-nəqliyyat konsorsiumunun yaradılması ölkə iqtisadiyyatı üçün maraq doğurmadığı üçün , bu məsələ gündəlikdən çıxarılıb.
Əgər Ukrayna rəhbərliyi həqiqətən də özünün qaz-nəqliyyat sistemini Rusiya "Qazprom"unun ixtiyarına verməməyi qərara alıbsa, onda rusiya qaz nəhəngi İdarə heyətinin sədri Aleksey Miller Avropaya Belarus və Türkiyənin boru xətləri ilə qaz verilməsi məsələsini təcili həll etməli olacaq. İş burasındadır ki, Avropa ölkələrinə və Türkiyəyə Ukrayna ərazisindən ildə110 mlrd. kub metrə yaxın rusiya qazı axıdılır.
Doğrudur, hələlik "Qazpromun rəhbərliyi, Rusiya və Ukrayna hökumətləri Qaydukun bu sözlərini "məmurun şəxsi fikri" kimi izah edirlər. Məsələn,Ukraynanın Baş Naziri Yanukoviçin mətbuat katibi məlumat verib ki, baş nazirin dediyinə görə, ukraynanın qaz kəmərlərinin beynəlxalq konsorsiumun idarəsinə verilməsinin məqsədəuyğun olmaması "mütəxəssislərin fikridir" və son qərar "hələ qəbul edilməyib".
V.Qayduk konsorsium yaradılmasında son yarım ildə ukrayna tərəfinin kuratoru olub. Bu məddətdə o, artıq bir neçə dəfə konsorsium barədə bədbin ruhlu bəyanat verib. Lakin baş nazir müavini dekabrın 5-də fikrində daha qəti olub : "Məgər biz öz qaz-nəqliyyat sistemimizi pis idarə edirik, yoxsa sistemimizi vəziyyəti pisdir?
Ardınca Qayduk " hansı sistemin hələ daha çox sərmayə tələb edəcəyinin aydın olmadığını" deyərək, Rusiyaya öz qaz kəmərlərini modernləşdirməyi təklif edib. Əvvəlcə planlaşdırılırdı ki, "Qazprom" və alman qaz şirkəti Ruhrgas ukrayna qaz borularının təmirinə və yeni xətlərin çəkilişinə ən azı $2 mlrd. sərf edəcəklər.Yeri gəlmişkən, Qayduk da demişdi ki, konsorsiumu yalnız və yalnız yeni borular çəkilməsi xatirrinə yaratmaq olar.
Sən demə,bu mətbuat konfransı Qayduk üçün sonuncu imiş: prezident Leonid Kuçma elə həmin gün onu baş nazirin müavini kreslosundan kənarlaşdırıb. Kuçma yəqin Rusiya tərəfinə anlatmaq istəyib ki, qaz-nəqliyyat konsorsiumunun yaradılması məsələsində hələ nöqtə qoyulmayıb.
"Qazprom" başçısının mətbuat katibi Sergey Kupriyanov :"Ukraynanın rəsmi mövqeyinin hələ ki, şirkətə bəlli olmadığını, bu məsələ üzərində işin gələn həftə işçi qrupları səviyyəsində davam etdiriləcəyini ,dekabrın 15-16-da isə Müşahidə şurasında müzakirə olunacağını" vurğulayaraq, fikrini "odur ki, biz Qaydukun hərəkətinin məğzini hələ də dərk edə bilmirik" sözləri ilə tamamlayıb.


BU GÜN İSLAMABADDA TÜRKMƏNİSTANDAN PAKİSTANA TRANSƏFQANISTAN QAZ BORUSUNUN ÇƏKİLİŞİNƏ DAİR 3-TƏRƏFLİ KOMİSSİYANIN İCLASI OLACAQ

BAKI.08.12.2003. MEDİA-PRESS: Bu cün İslamabadda Əfqanıstan-Pakistan-Türkmənistan 3-tərəfli komissiyasının, eləcə də Asiya İnkişaf Bankı (AİB) nümayəndələrinin Transəfqanıstan qaz kəmərinin tikintisi üzrə 7-ci iclası açılacaq.
Türkmənistanın Dövlətabad məntəqəsindən başlayan, Əfqanıstanın Herat və Qəndəhar şəhərləritndən keçərək, Pakistanın Kvetta və Multan şəhərlərinədək uzanacaq 1500 km.-lik qaz kəmərin çəkilişinə dair saişişi bu üç ölkənin prezidentləri 2002-ci ilin mayında İslamabadda imzalayıblar. Ancaq ən başlıca məsələ təqribən $2,5-3 mlrd. xərc tələb edən bu layihəni maliyyələşdirməyə kimin "hə" deyəcəyidir.
Müşahidəçilər belə hesab edirlər ki, Əfqanıstandakı mürəkkəb vəziyyətlə əlaqədar ( orada koalisiya və hökumət qüvvələri ilə talib dəstələri arasında toqquşmalar ara vermir) tikintinin başlanmasfı, yəqin ki, bir neçə il gecikəcək. Eyni vaxtda Pakistan hökuməti Qətər və İrandan da qaz xətlərinin çəkilişi imkanlarını nəzərdən keçirir.


BYİB AZƏRBAYCANDA ENERGETİKANIN İNKİŞAFINA ÜB-NIN AYIRDIĞI KREDİTİ ÖDƏYƏCƏK

BAKI.08.12.2003. MEDİA-PRESS: Azərbaycanda elektroenergetikanın inkişafı üçün Ümumdünya bankının (ÜB) nəzərdə tutduğu $40 mln. krediti yəqin ki, onun qurumu sayılan Beynəlxalq Yenidənqurma və İnkişaf bankı (BYİB) ayıracaq.
"Azərenerji" SC mütəxəssisləri dispetçer sisteminin təzələnməsi və sistemyaradan elektrik verilişləri xətlərinin bərpası layihələrinin texniki-iqtisadi əsaslandırmalarını bu ilin sonunadək hazırlamalıdırlar. Əsas vəçzifə enerji sisteminin etibarlığını artırmaq, enerjinin nəqli zamanı itgini azaltmaqdır.
Xatırladaq ki, ÜB "2003-2005-ci illərdə Azərbaycana yardım strategiyası" proqramı çərçiıvəsində $235 mln. kredit ayırmağı planlaşdırır. Bu məbləğin-$160 milyonunu Beynəlxalq İnkişaf Assosiasiyasçı (BİA) və qalan -$75 milyonunu isə- AYİB maliyyələşdirəgək. Məhz sonuncu məbləğin $40 milyonu energetikanın inkişafına yönəldiləcək.
Azərbaycan ÜB kreditlərini indiyədək BİA-nın daha münasib şərtləri( 35 ilə və bunun 10 ili güzəştlidir ) əsasında alırdı. Bununla müqayisədə BYİB şərtləri ( 15 ilə, 5 il güzəştlə) daha sərtdir , üstəlik, faiz dərəcələri də yuksəkdir.
ÜB-nın Azərbaycandakı nümayəndəsi Əkbər Noumanın da qeyd etdiyi kimi, AYİB inkişaf etməkdə olan ölkələrdən ən çox inkişaf edəninə kredit ayırır. Məsələn, Türkiyəyə, Çinə,Yaxın Şərq və Latın Amerikası ölklərinə. ÜB Bakı nümayəndəliyinin rəhbəri deyib :"Azərbaycan da belə ölkələrdən birinə çevrilməkdədir və biz ona AYİB xətti ilə kreditlər ayıra bilərik. Ancaq respublikanın hələ kifayət qədər kasıb olduğunu və adambaşına ümumi daxili məhsulun azlığını nəzərə alsaq, Azərbaycan ÜB-nın bu iki qurumundan kredit ala bilərik. İnkişaf sürətini götürdükdə , deyə bilərik ki, bir neçə ildən sonra Azərbaycanın güzəştli kreditlərə ehtiyacı qalmayacaq".


ÜB-NIN İCRAÇI DİREKTORLAR QRUPU BAKIYA GƏLƏCƏK

BAKI.08.12.2003. MEDİA-PRESS: Ümümdünya Bankının (ÜB) 8 icraçı direktoru dekabrın 10-da Bakıya işgüzar görüşə gəlir. Bankın Bakı nümayəndəliyində Media-Pressə məlum olub ki, ÜB məmürları Bakıda qalacaqları 3 gündə ölkəmizdə aparılan iqtisadi islahatların gedişi ilə, bank və neft layihələrinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisi layihəsinin realizəsi ilə tanış olacaq,bütün zəruri informasiyanı yerlərdə əldə edə biləcəklər.
İcraçı direktorlar qrupunun ÜB layihəsinin gerçəkləşdiyi obyektə- Səngəçal neft terminalına, azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbələrdən birinə baş çəkəcəyi, baş nazirlə, hökumətin iqtisadi blokunun rəhbərləri və özəl bölmənin nümayəndələri ilə görüşəcəyi gözlənilir.