AZƏRBAYCAN RUSİYADAN DAHA ÇOX QAZ ALMAQ NİYYƏTİNDƏDİR

BAKI.10.12.2003. MEDİA-PRESS: Dövlət Neft Şirkəti (ARDNŞ) 2004-cü ildə "Qazprom" və "İtera"dan üst-üstə 5 mlrd. kub metr qaz almaq məqsədi ilə onlarla ilin axırına kimi 3-tərəfli saziş imzalamaq niyyətindədir.Bu xəbəri açıqlayan ARDNŞ prezidenti Natiq Əliyev deyib:"Biz bu məsələni "İtera" prezidenti ilə müzakirə etmişik. "Qazprom"un rəhbəri Bakıya dekabrın 20-dən sonra gəlir.Dərhal təfərrüatı müzakirə edib 3-tərəfli saziş imzalayacağıq".
N.Əliyevin dediyinə görə, razılaşmaya uyğun olaraq "İtera" 2004-cü ldə Azərbaycana 4 mlrd. kub metr, "Qazprom" isə ilk dəfə bizə 1 mlrd. kub metr qaz satacaqlar.
Bu arada "Vremya novostey" qəzeti yazır ki, "Qazeksport" qaz ixracına dair uzunmüddətli müqavilə bağlamaq üçün ARDNŞ-lə birbaşa danışıqlar aparır. Söhbət ildə təqribən 4 mlrd. kub metr qaz ixracından gedir.
Azərbaycan 2000-ci ilin sonundan bəri ölkənin şimal rayonlarının, habelə mazutdan qaza keçirilmiş iki böyük DRES-in ehtiyacını ödəmək üçün "İtera"dan qaz alır(2001-də-3,5 mlrd.,2002 v 2003-də isə-4 mlrd. kub metr).
"Azəriqaz" mütəxəssislərinin hesablamalarına görə, illik tələbatın ödəilməsi üçün Azərbaycana 10 mlrd. kub metr qaz lazımdır. Bunun 5 mlrd. kub metri əhalinin və sənaye müəssisələrinin, 5 mlrd. kub metri isə ölkənin elektrik stansiyalarının tələbatını ödəmək üçündür. Hazırda Azərbaycan özü ildə təqribən 5 mlrd kub metr qaz istixrac edir.


2004-2010-CU İLLƏRDƏ "AZƏRENERJİ" BİR SIRA YENİ LAYİHƏLƏRİ REALLIŞDIRMAĞI PLANLAŞDIRIR

BAKI.10.12.2003. MEDİA-PRESS: "Azərenerji" Səhmdar Cəmiyyəti (SC) 2004-2010-cu illərdə bir sıra elektrik stansiyaları və ötürücü xətlərinin tikintisi və yenidən qurulması layihələrini reallaşdırmağı planlaşdırır.
SC-də Media-Pressə verilən məlumata görə, "Şimal" DRES-də -400 MVt və Sumqayıtda- 400-500 MVt gücündə buxar-qaz qurğularının inşası bu layihələr sırasındadır. Bu 2 layihənin gerçəkləşməsi Abşeron yarımadasının enerji təchizatını xeyli yaxşılaşdırmağa, "Azərbaycan" DRES-dən alınan enerjini ixtisar etməyə imkan verəcək.
Respublikamızda ən böyük olan "Azərbaycan" DRES-in faktiki gücünü yenidənqurma işləri hesabına daha 300-350 MVt (layihə gücü -2,4 MVt olsa da, indiki gücü təqribən 2 min MVt-dir) artırmaq planlaşdırılır. Yenidənqurma müəssisənin gücünü artırmaqla yanaşı 1 kVt/saat elektrik enerjisi hasilinə işlədilən şərti yanacağı 390 qramdan 300 qrama endirməyə də imkan verəcək.
Əli-Bayramlı DRES-də aparılacaq modernləşdirmə işləri köhnəlmiş elektrik avadanlığının yeni buxar-qaz qurğuları ilə əvəzlənməsini nəzərdə tutur.
SC mövcud ötürücü infrastrukturu modenrləşdirməyi və yenilərini tikməyi də nəzərdə tutur. Beləki, "Xaçmaz" ( 330 kV-luq ) yarımstansiyasının inşası respublikanın şimal rayonlarının enerji təchizatını yaxşılaşdırmağa, 2-ci Dərbənd-Yaşma ötürücü xəttinin (330 kV) tikilməsi- Rusiya ilə enerji mübadiləsini artırmağa imkan verəcək.
Bundan əlavə, "Abşeron" yarımstansiyasının yenidən qurulması və ona Əli-Bayramlı DRES-dən 330 kV-luq ötürücü xəttin də qoşulması ölkəmizin enerji sisteminin İran və Rusiyanın enerji sistemləri ilə paralel işləməsinə kömək edəcək. İranla enerji mübadiləsini artırmaq məqsədi ilə 330 kV-luq "Azərbaycan" DRES -İmişli ötürücü gərginllik xəttinin tikilməsi, enerji şəbəkəsinin avtomatlaşdırılmış idarə sisteminin yaradılması və bir sıra sistemyaradan yarımstansiyaların yenidənqurulması da nəzərdə tutulur.
İndi Azərbaycanda 5 min MVt ümumi layihə gücünə malik 4 istilik-elektrik stansiyası və 5 nisbətən iri su -elektrik stansiyası vardır. Yüksək gərginlikli ötürücü xətlərin ümumi uzunluğu 100 min km.-dən çoxdur.


2003-CÜ İLİN 10 AYINDA "AZƏRENERJİ" KREDİTLƏRİNİN 108. MLRD MANATINI QAYTARIB

BAKI.10.12.2003. MEDİA-PRESS: "Azərenerji" SC energetika layihələrinin reallaşması üçün götürdüyü hökumət təminatlı kreditlərinin 108 mlrd. manatını ($21,9 mln.) bu lin 10 ayında ödəyib. Səhmdar Cəmiyyətində (SC) Media-Pressə bildiriblər ki, ümumən 2003-cü ildə 130 mlrd. manat kredit qaytarılacaq. 2000-ci ildə-38 mlrd. man., 2001-ci ildə- 72 mlrd. man. kredit qaytarılıb. 2004-cü ildə isə ödənişin həcmi 140 mlrd. manat olacaq. SC iri energetik layihələrin gerçəkləşməsinə indiyədək $ 375 milyon kredit xərcləyib.
Bu vəsait "Şimal" DRES-də buxar-qaz qurğusunun tikintisinə, Mingəçevir SES-in yenidən qurulmasına, Yenikənd SES-in inşasının tamamlanmasına və ötürücü infrastrukturun modernləşdirilməsinə xərclənib.
"Azəreneji"də qeyd ediblər ki, bu ilin 10 ayında SC dövlət büdcəsinə də 72 mlrd. manat ödəyib ki, bu da 2002-ci ilin eyni göstəricisindən 2 dəfə artıqdır. Hesabat dövründə Dövlət Sosial Müdafiə fonduna da 12 mlrd. manat (2002-ci ildəkindən 30% çox) ödənilib.


POLŞA İLƏ AZƏRBAYCAN ARASINDA İLLİK ƏMTƏƏ DÖVRİYYƏSİ 30 MLN. DOLLARDIR

BAKI.10.12.2003. MEDİA-PRESS: Azərbaycanla Polşa arasında illik əmtəə (mal) dövriyyəsi 30 mln. dollardır. Bunun 29 mln. dolları polşa ərzaq və mallarının payına düşür. Dekabrın 12-də Bakıda mətbuat konfransında bu məlumatı açıqlayan Polşanın respublikamızdakı səfiri Martsin Navrot, həmin rəqəmlərin real vəziyyəti əks etdirmədiyini deyib. Onun sözlərinə görə, ərzaq və malların xeyli hissəsi "alverçilər" vasitəsi ilə və ya Rusiya təriqi ilə gətirilir və bu səbəbdən də iki ölkə arasında əmtəə dövriyyəsinin real həcmini izləmək əslində qeyri-mümkündür.
Navrot müqayisə üçün deyib: 2002-ci ildə Polşa özünün 44 milyard dollarlıq məhsulunu, əsasən avtomobillərini, gəmilərini, daş kömürünü, mebel və pal-paltarı ixrac edib. Ölkə neft, təbii qaz, avtobuslar, kompüterlər və dava-dərman idxal edir. Almaniya bizim ən boyük ticarət şərikimizdir.
Gələcəkdə azərbaycan-polşa münasibətlərinin inkişafına toxunan səfir deyib ki, yalnız cari ildə Polşa sahibkarlarının iki nümayəndə heyəti Azərbaycanda olub. Burada polşa mebelinin istehsalı üzrə 7 birgə müəssisə yaradılıb və iş adamlarımız öz bizneslərini daha da genişləndirmək əzmindədirlər. Belə birgə müəssisələri tək Bakıda yox, Azərbaycanın rayonlarında da yaratmaq nəzərdə tutulur.Səfir axırda bü fikrini vurğulayıb ki," ölkənin iqtisadi inkişafı üçün yalnız paytaxtın deyil, rayonların da inkişaf etməsi gərəkdir".


ALMANİYA - AZƏRBAYCAN FONDU DEKABRIN 15-DƏ GƏNCƏDƏ İLK REGİON NÜMAYƏNDƏLİYİNİ AÇACAQ

BAKI 10.12.2003. MEDİA-PRESS: Almaniya-Azərbaycan fondu respublikamızın rayonlarında özünün ilk nümayəndəliyini dekabrın 15-də Gəncədə açmağı planlaşdırır.
Fondun nümayəndəsi "İnterfaks-Azərbaycan" agentliyinə deyib ki," Gəncə nümayəndəliyi açılan kimi, regiondakı layihələri reallaşdıra bilən şəxslərin kredit sifarişlərinə baxılasaq. Ansaq biz artıq bu rengionda gerçəkləşməli olan və ümumi dəyəri 30 min avroya çatan 4 layihəni seçmişik və maliyyələşdiririk. Bu məqsədlər üçün Fondun tranş vəsaitlərini tərəfdaşlarımız olan "Parabank " və bank "Respublika" ayırır. Doğrudur, bu iki bankın Gəncə filialları- Parabank və UniBankın yeni ofislərə köçməsi ilə bağlı layihələrin fəal inkişafında indi müəyyən ləngimə müşaşidə olunmaqdadır. Ancaq bu hal uzun sürməyəcək".
Nümayəndə Fondun özünə tərəfdaş seçdiyi 4 bankdan üçünün (Bank of Baku-dan əlavə) -UniBank, Parabank və bank "Respublika"nın hazırda Gəncədə filiallarının olduğunu və bu 4 bankda 5 mln.avroya yaxın kredit xətləri açıldığını da vurğulayıb.
Almaniya-Azərbaycan fondu iki ölkə arasındakı maliyyə sazişinə (1998-ci ilin dekabrında imzalanıb) uyğun yaradılıb. Fondun təsisçiləri: KFW alman bankı və Azərbaycan Maliyyə Nazirlyidir.
5,1 mln. avro kapitala malik Fond 300 avrodan 50 min avro arasında kredit ayırır. Fondun şərtlərinə görə, ticarət sahəsi layihələrinin kreditləri -12, istehsal və xidmət sahələrinin-24 və investisiya layihələrinin kreditləri isə 36 aya verilir. Kreditlər hər ay bərabər hissələrlə ayrılır, faizlər isə kreditin qalığından tutulur.


POLŞA AZƏRBAYCANIN AVRATLANTİK QURUMLARINA DAXİL OLMAQ PLANLARINI DƏSTƏKLƏYİR

BAKI.10.12. 2003. MEDİA-PRESS: Varşava Azərbaycanın Avratlantik qurumlarına daxil olmasının tərəfdarıdır. Polşanın respublikamızdakı səfiri Martsin Navrot dekabrın 12-də mətbuat konfransında bu haqda bəyanat verərək deyib:"Biz Azərbaycanın NATO-ya və Avropa İttifaqına (Aİ) daxil olmaq planlarından xəbərdarıq və onun səyini müdafiə edirik". Səfirin əqidəsincə, bunun gerçəkləşməsi Bakı ilə Varşava arasında əməkdaşlığı daha da möhkəmləndirər.
Navrotun qeyd etdiyi kimi, bir müstəqil dövlət olaraq Azərbaycanın haqqı var ki, NATO-ya üzv olmaq məsələsini özü həll etsin,hətta Rusiyanın buna etirazı olsa belə.


GUÖAM BMT BAŞ ASSAMBLEYASININ MÜŞAHİDƏÇİSİ STATUSU ALIB

BAKI.10.12.2003. MEDİA-PRESS: BMT GUÖAM (Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldova ) region təşkilatına BMT Baş Assambleyasında müşahidəçi statusu verilməsi barədə qətnaməni bəyənib.
Ukrayna XİN-in məlumatında qeyd olunduğu kimi, BMT-nin müşahidəçisi statusunu qazanmaq "GUÖAM-ın, yəni həm region problemlərinin həllinə kömək edən , həm də dünyaya meydan oxuyanlara qarşı mübarizə işinə töhfə verməq iqtidarında olan bir beynəlxalq regional təşkilat kimi inkişafında mühüm hadisədir". Ukrayna XİN-i mətbuat xidmətinin məlumatında deyilir ki,beynəlxalq terrorizmə, mütəşəkkil cinayətkarlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə BMT kimi GUÖAM-ın da önəm verdiyi vəzifələrindən biridir.


TÜRKMƏNBAŞIDAN DAHA BİR DİTPLOMAT QAÇDI

BAKI.10.12.2003. MEDİA-PRESS: "Vətən" hüquq-müdafiə hərəkatı təşkilatına istinadən "Sentaziya" internet-portalın verdiyi məlumata görə,daha bir türkmən diplomat cilayi-vətəndir.
Türkmənistan Xarici İşlər nazirliyindən alınmış dürüst məlumata görə, ölkənin Türkiyədəki səfirliyinin məsləhətçisi Annaqulı Nurmamedov bir daha Türkmənistana qayıtmamağı qərara alaraq, Türkiyəni tərk edib.
Türkmənistan XİN-i xaricdəki nümayəndəliklərinə 2003-cü il dekabrın 2-də göndərdiyi məktubunda A.Nurmamedovun və onun ailə üzvlərinin diplomatik pasportlarnı saxta sayır.
Türkmənistanın Türkiyədə məsləhətçi-səfiri kimi 10 ildən çox işləmiş A. Nurmamedov yaradıcılıqla da məşğul olurdu. Hal-hazırda onun harada olduğu məlum deyil.


İLİN ƏVVƏLİNDƏN "ÇIRAQ"DA 5,9 MLN. TON NEFT ÇIXARILIB

BAKI.10.12.2003. MEDİA-PRESS: Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (ABƏŞ- "Azəri-Çıraq-Günəşli" offşor yataqları blokunun işlənməsi operatoru) 2003-cü ilin yanvar-noyabrında "Çıraq" yatağından 5,9 mln. ton neft çıxarıb və ilin sonunadək ümumi hasilatı 6,45 mln. tona çatdıracaq.
ABƏŞ-in mətbuat xidmətində Media-Pressə bildiriblər ki, noyabrda bu yataqan 513 min ton yanacaq çıxarılıb. Beynəlxalq konsorsium 11 ayda Bakı-Supsa kəməri ilə 5,711 mln. ton, o cümlədən noyabrda- 473 min ton neft nəql edib.
Hal-hazırda "Çıraq-1" sabit (stasionar) platformasında 18 quyu (15-istismar və 3 su vurma) fəaliyyət göstərir. Platformadakı texniki qurğuların ən yüksək məhsuldarlığı gündəlik hasilatı 146 min barrelə çatdırmağa imkan verib. 2004-cü ilin ortalarına kimi bu hədd 165 min barrelə çatacaq.
1997-ci ilin noyabrından( neft hasilinə başlanandan) bəri "Çıraq" yatağından 29,9 mln. tona yaxın yanacaq çıxarılıb.
Hal-hazırda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərin hissəsinin işlənməsi layihəsinin iştirakçıları və pay bölgüsü belədir: BP (Britaniya- 34,1367%), UNOCAL (ABŞ-10,2814%), ExxonMobil (ABŞ-8,0006%), DevonEnergy (ABŞ-5,6262%), Amerada Hess (ABŞ-1,0413%), ARDNŞ (10%), İnpex Corp. (Yaponiya-10%), İTOCHU Oil (Yaponiya-3,9205%), Statoil (Norveç-8,5633%), TPAO (Türkiyə-6,75%) və Delta Oil (Səudiyyə Ərəbistanı-1,68%).


ABƏŞ "AZƏRİ" YATAĞI ÜÇÜN PLATFORMANIN DAYAQ BLOKUNUN İNŞASINI BAŞA ÇATDIRIB

BAKI.10.12.2003. MEDİA-PRESS: Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Azəri-Çıraq-Günəşli" blokunun tammiqyaslı işlənməsinin 1-ci Mərhələsi çərçivəsində "Azəri" yatağının mərkəzi hissəsində quraşdırılacaq istismar platformasının dayaq blokunun inşasını başa çatdırıb.
ABƏŞ-in mətbuat xidmətində "İnterfaks-Azərbaycan" Agentliyinə verilən məlumata görə, platformanın dayaq bloku Xəzərdə indiyədək ucaldılmış tikililərin ən əzəmətlisidir! Blokun ümumi çəkisi-14,13 min ton,ucalığı isə-146 metrdir. Blok dərinliyin 120 metrə çatdığı nöqtədə quraşdırılacaq.
Blokun yedəkə alınaraq aparılması 2004-cü ilin fevralına, quraşdırma işlərinin tamamlanması isə martın axırına planlaşdırılıb.
VOS-Shelf birgə müəssisəsi ( təsisçilər İtaliyanın Saipem şirkəti və ARDNŞ) dayaq blokunun inşasını Bakıdakı Dərinlik Özülləri zavodunda reallaşdırıb.
"Azəri-Çıraq-Günəşli"-nin işlənməsi müqaviləsinin iştirakçıları : BP (operator-34,1367%), ARDNŞ(10%), UNOCAL(10,2814%), İNPEX(10%), Statoil(8,5633%), ExxonMoğil(8,0006%), TPAO(6,7500%), Devon(5,6262%), İtochu(3,9205%), Delta Hess(2,7213%) şrkətləridir.
2001-ci il avqustun 20-də imzalanmış və "Azəri" yatağının mərkəzi hissəsinin işlənməsini nəzərdə tutan( "Mərkəzi Azəri" istixrac platforması burada quraşdırılacaq) 1-ci Mərhələ 48 quyu qazılmasını nəzərdə tutur.Bu mərhələ müddətində 193 mln. ton neft (1,425 mlrd. barrel) çıxarılacaq. Ən yüksək hasilat dövründə istixrac həcmi ildə 18,7 mln. tona( gündəlik-375 min barrel) çatacaq. İlk neft istixracı 2005-ci ilin 1-ci rübündə başlayacaq.1-ci Mərhələnin dəyəri-3,4 mlrd. dollardır.
"Azəri" yatağının tam işlənilməsi məqsədi ilə onun şərqində və qərbində hər birində 48 quyu qazıla bilən iki platforma quraşdırılması nəzərdə tutulub. Hər iki platforma 2-ci Mərhələ çərçivəsində tikilir.


GÜRCÜSTAN KƏŞFİYYATININ MƏLUMATINA GÖRƏ, BTC KƏMƏRİ TƏHLÜKƏYƏ MƏRUZ QALA BİLƏR

BAKI.10.12.2003. MEDİA-PRESS: Gürcüstan Kəşfiyyat Departamentinin məlumatına görə, Bakı-Tbilisi-Ceyhan (BTC) marşrutu üzrə neft tranziti layihəsi neft istixrac edən bir sıra ərəb ölkələrinin mənafeinə cavab vermir". Departamentin sədri Avtandil İoselianinin Praym-Nyus agentliyinə məlumatında " bu haqda vaxtaşırı daxil olan və diqqətlə izlənilən siqnalların araşdırıldığı" bildirilir. Ehtimali təxribat üçün müəyyən xarici dəstələrin muzdlulara üz tuta biləcəklərini istisna etməyən İoseliani eyni zamanda " layihənin baş tutmamasının Rusiyanın mənafeinə cavab verməsi barədə Qərb mətbuatının bəzi məlumatını indi təsdiqləyə bilməyəcəyini və "departamentdə hələlik belə bir xəbərin olmadığını " da deyib.
Onun sözlərinə görə, kəmərin bir hissəsinin Türkiyədə kürdlərin sıx yaşadığı rayonlardan keçməsi amili də, hansısa məqamda bu obyektə qarşı yönəldilə bilər.
Gürcüstan kəşfiyyatı rəhbərinin vurğuladığı kimi,"ümidverici məqam burasındadır ki, bu yaxınlarda Gürcüstanda baş vermiş məlum siyasi olaylara rəğmən ABŞ, Türkiyə və layihənin səhmdarları BTC Əsas İxrac kəməri (ƏİK) layihəsinə sadiq qaldıqlarını bir daha təsdiqləyiblər".
Bu arada Azərbaycan Milli Məclisi BTC və Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəmərlərinin təhlükəsizliyinin təmininə dair Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin bu il iyulun 23-də imzaladıqları protokolu təsdiqləyib.
Bu sənəd 2002-ci ilin aprelində Azərbaycan, Gürcüstaə və Türkiyə arasında Trabzonda imzalanmış sənədin-terrorizmə, mütəşəkkil cinayətkarlığa və ağır cinayətlərə qarşı mübarizə haqqında sazişin reallaşması çərçivəsində işlənib hazırlanıb.
Protokola müvafiq olaraq tərəflər neft-qaz nəqliyyatı dəhlizinin təhllükəsizliyinin təmini məsələlərində əməkdaşlıq etməyə, informasiya və sənədlər mübadiləsinə söz veriblər
1767 km. uzunluğu olan BTC ƏİK-in 443 kilometri- Azəbaycan, 248 kilometri-Gürcüstan və 1076 kilometri Türkiyə ərazisindən keçəcək. İllik buraxılış qabiliyyəti 50 mln. ton olan bu kəmərdə 2003-cü ilin aprelində başlamış tikinti işləri gələn ilin son rübündə başa çatacaq. Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin ixracı 2005-ci ilin ikinci rübündə başlamalıdır. Layihənin dəyəri 2,95 mlrd. dollardır.
BTƏ qaz kəmərinin uzunluğu 690 km.-dir. Onun 442 km. Azərbaycan və 248 km. isə Gürcüstan ərazisindən keçəcək.2004-cü ildə başlayan tikintiti işləri 2006-cı ildə başa çatmalıdır. Tikinti işlərinin dəyəri 0,9 milyard dollardır.


AYİB RƏHBƏRİ GÜRCÜSTANDAKI VƏZİYYƏTİN BTC TİKİNTİSİNƏ MƏNFİ TƏSİR GÖSTƏRMƏYƏCƏYİNƏ ÜMİD BƏSLƏYYİR

BAKI.10.12.2003.MEDİA-PRESS: Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Jan Lemyer bu fikirdədir ki, Gürcüstanda yaranmış vəziyyət Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tikintisinə əlavə təhlükə doğurmayacaq. Almatıda Qazaxıstan prezidenti yanında Xarici investorlar şurasının növbəti iclasında çıxış edən Lemyer deyib:" Layihə qüvvədə qalarsa, biz onu maliyyələşirməkdə davam edəcəyik. Biz Gürcüstandakı vəziyyəti əla bilrik və onun monitorinqini keçiririk".
Xatırladaq ki, keçən ay AYİB Direktorlar Şurası BTC kəmərinin çəkilişinə və "Azəri-Çıraq-Günəşli" yataqları blokunun işlənməsinə 250 mln. dollar kredit ayırmaq barədə qərar qəbul edib.
Bütövlükdə BTC layihəysinə kreditlər ayıran və onu təmin edən təşkilatlar 4 qrupa bölünür. Birinci qrupa AYİB və BMK daxildir. Onlar öz vəsaitlərini ayıracaq və kommersiya banklarının kreditlərinə təminatlar verəcəklər. İkinci qrupa ABŞ, Böyük Britaniya, Yaponiya, Almaniya, İtaliya və Fransadan göndərilən material və avadanlığın maliyyyələşdirilməsi üçün kommersiya banklarına təminat verən ixrac-kredit agentlikləri daxildir. Üçüncü qrupu kommersiya bankları (bu bankların sayı 10-30 arasındadır), dördüncüyə- layihəyə kreditlər ayıran BP və Statoil, Total və Conoco Phillips kimi iri şirkətlər daxildir.
Layihə səhmdarlarının öz vəsaitlərindən BTC tikintisinə bu günədək 1,5 mlrd. dollar xərclnib. BP (30,1%), ARDNŞ(25%),UNOCAL (8,9%),Statoil(8,71%),TPAO(6,53%), ENİ(5%),İTOCHU(3,4%). SonocoPhillips (2,5%), İNPEX(2,5%), TOTAL (5%) aə Amerada HESS (2,36%) bu layihənin iştirakçılarıdır.


ARDNŞ 2004-CÜ İLİN İLK RÜBÜNDƏ "GÜNƏŞLİ"DƏ YENİ DƏNİZ PLATFORMASINI İSTİFADƏYƏ VERƏCƏK

BAKI.10.12.2003. MEDİA-PRESS: "Günəşli" yatağının dayaz yerində 13-saylı sabit dəniz platformasının tikintisi 2004-cü ilin ilk rübündə başa çatmalıdır.
"İnterfaks-Azərbaycan" agentliyinə Dövlət Neft Şirkətində (ARDNŞ) verilən məlumata görə,indi bu platformada ucaldılmış 193 ton ağırlığında və 58,6 metr hündürlüyündə ilk vışkadan 5 min metrdərinliyində quyu qazmaq mümkün olacaq. Platformanın enerji bölümündə də işlər davam edir. Layihə çərçivəsində azı 10 km. uzunluğunda boru xətti çəkilməlidir.
13 -saylı platfoma ARDNŞ-in vəsaiti ilə tikilir. Layihənin dəyəri açıqlanmır. 10 min kv. metr sahəsi olan və dərinliyin 147 metrə çatdığı yerdə quraşdırılan platformadan 12 qaz və 8 neft quyusu qazmaq planlaşdırılır.Yeni avadanlığın gündə 2,3 mln. kub metr qaz hasilinə imkan verəcəyi gözlənilir. Neft istixracının həcmi isə hələ dəqiqləşdirilir.
Hesablamalara görə,"Günəşli" yatağının dayaz hissəsində 100-135 mln. ton neft ehtiyatı var.


"ŞAH-DƏNİZ"DƏ 2-Cİ QABAQLAYICI QUYUNUN QAZILMASI YANVARIN ƏVVƏLİNDƏ BAŞA ÇATACAQ

BAKI.10.12.2003 Media-Press: Xəzərin azərbaycan hissəsindəki "Şah-Dəniz" qaz-kondensat yatağında 2-ci qabaqlayıcı quyunun qazılması 2004-cü il yanvarın əvvəllərində başa çatdırılacaq. Bu barədə Media-Pressə BP-Azerbaijan şirkətində məlumat verilib.
Quyunun layihə dərinliyi 6610 metrdir. Bu dərinliyin 4600 metri qazılıb. Yatağın şimal-şərq cinahında, dərinliyin 101 metrə çatdığı nöqtədə yerləşən bu quyuda qazma işləri sentyabrda başlayıb.
Xatırladaq ki, Caspian Drillinq Company İlk qabaqlayıcı quyunu bu ilin aprel-avqust aylarında yarımdalma "İstiqlal" qazma qurğusundan qazıb. "Şah-Dəniz"in şimal-şərq hissəsində, dərinliyin 101 metr olduğu nöqtədə qazılan bu quyunun dərinliyi 6560 metr olub.
Dəyəri 3,2 mlrd. dollar olan "Şah-Dəniz" qaz- kondensat yatağının işlənməsinin "1-ci mərhələsi" dərinliyin 105 metr olduğu məntəqədə 15 quyu qazılması üçün platforma quraşdırılmasını, bu platformadan Səngəçal terminalına kimi uzunluğu 100 kilometrə çatan 2 paralel sualtı boru çəkilməsini, həmçinin Bakı-Tbilisi-Ərzurum istiqamətində Cənubi Qafqaz qaz xəttinin tikilməsini nəzərdə tutur. Yataqdan ilk qazın 2006-cı ilin oratlarında çıxarılacağı planlaşdırılıb.
"1-ci mərhələ" çərçivəsində 178 mlrd. kub metr qaz və 34 mln. ton kondensat çıxarılmalıdır. Ən optimal istixrac dövründə qaz hasilatı ildə 8,4 mlrd. kub metrə, qaz kondensatı isə- 2 mln. Tona çatacaq. Yatağın işlənməsinin sonrakı mərhələlərində illik qaz hasilatı 16 mlrd. kub metrə yaxın olacaq.
"BP (25,5%), Statoil (25,5%), ARDNŞ (10%), LUKAgip (10%), OIEC (10%), TotalFinaElf (10%) və TPAO (9%) "Şah-Dəniz" layihəsinin iştirakçılarıdır.
Bu yatağın ehtiyatları 1 trln. kub metr civarındadır.


ARDNŞ 2004-CÜ İLDLƏ ŞİMAL MARŞRUTU İLƏ İXRAC EDƏCƏYİ NEFTİN CƏDVƏLİNİ MÜƏYYƏNLƏŞDİRİB

BAKI.10.12.2003. MEDİA-PRESS: Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2004-cü ildə Bakı-Novorossiysk marşrutu ilə axıdılacaq neftin cədvəlini müəyyənləşdirib.
Şirkətin Marketinq və İqtisadi münasibətlər idarəsində (MİMİ) "İnterfaks-Azərbaycan" agentliyinə verilən məlumata görə,ilin ilk rübündə "şimal" marşrutu ilə ayda 210 min ton olmaqla 630 min ton,2-ci və 3-cü rübün hər ayında 220 min ton (rübdə-660 min ton),2004-cü ilin son rübündə isə-550 min ton neft ixrac etmək planlaşdırılır.Bir sözlə, ARDNŞ 2002-2003-cü illlərdə olduğu kimi, gələn il də bu marşrutla 2,5 mln. ton neft göndərəcək.
Keçən il Dövlət Neft şirkəti Novorossiysk limanından xaricə 2 mln.535,3 min ton xam neft yola salıb. Bu ilin 11 ayında isə bu rəqəm hələlik 2 mln.337,6 min tondur.


MM XƏZƏRDƏ SƏRHƏDLƏRİN QOVŞAQ NÖQTƏSİ BARƏDƏ RUSİYA VƏ QAZAXISTANLA SAZİŞİ TƏSDİQLƏYİB

BAKI.10.12.2003. MEDİA-PRESS: Azərbaycan Milli Məclisi (MM) Xəzər dibinin həmcivar sahə xətlərinin qovşaq nöqtəsi haqqında Rusiya və Qazaxıstanla sazişi təsdiqləyib.
Üçtərəfli saziş bu ilin mayında imzalanıb. Xəzər dibinin həmcivar sahə xətlərinin qovşaq nöqtəsi 42 dərəcə 33,6 dəqiqə şimal enliyinin və 49 dərəcə 53,3 dəqiqə şərq uzunluğunun coğrafi koordinatları ilə müəyyənləşdirilib. Sazişə görə, Xəzərin dibinin qazaxıstan hissəsi -29%, rusiya-19 %, azərbaycan- 18-19% həddində olmalıdır.


POLŞA SƏFİRİ ÖLKƏSİNİN NEFT ŞİRKƏTLƏRİNİN DƏ AZƏRBAYCAN LAYİHƏLƏRİNDƏ İŞTİRAK EDƏCƏKLƏRİNƏ ÜMİD BƏSLƏYİR

BAKI.1012.2003. MEDİA-PRESS: "Mən Polşa şirkətlərinin Azərbaycanın neft yataqlarının işlənməsində iştirakına əngəl ola bilən elə bir səbəb görmürəm.Məsələn, bizim şirkətlər Qazaxıstanda işləyirlər. Ümidvaram ki, polşa və azərbaycan neftçilərinin danışıqları da uğurla nəticələnəcək". Polşanın Azərbaycandakı səfiri Martsin Navrot Bakıda mətbuat konfransında belə deyib.
Diplomat Polşada da neft-qaz yataqlarının, o cümlədən dəniz yataqlarının mövcudluğunu, lakin ehtiyatların az olduğunu qeyd edərək, bu il Polşada 2 mln. tona yaxın neft istixrac ediləcəyini, lakin ölkənin neft emalı zavodlarına ildə 18-19 mln. ton "qara qızıl" daxil olduğunu deyib. Səfir qeyd edib ki,Polşa qaza tələbatının yalnız 10 faizini ödəyir və ölkədəki mədənləri işləyənlər də öz mütəxəssislərimizdir. Ona görə də deyə bilərəm ki, şirkətlərimizin bu sahədə əməli təcrübəsi var.
Xatırladaq ki, Polşanın Polish Oil & Gas Company SA (POGC) neft-qaz şirkəti bir müddət əvvəl "Buzovna"-"Məştağa"-"Türkan"-"Qala" on-şor yataqlarının bərpası və mənimsənilməsinə dair saziş bağlanılması məsələsi üzrə ARDNŞ-lə danışıqlar aparıb.
O vaxt tərəflər layihənin bütün geoloji məqamlarını razılaşdırsalar da, kommersiya məsələlərində dil tapa bilmədik. ARDNŞ elə müqavilə bağlamaqda israr edirdi ki, onun şərğləri başqa müqavilələrlə ( məsələn, pay bölgüsü üzrə saziş ) oxşar olsun. Bu o deməkdir ki, yataqdan neft çıxaran şirkət indi çıxardığı neftin hamısını ARDNŞ-ə verməli, ondan artıq qalanı isə tərəflər arasında bölüşdürülməlidir. ARDNŞ mətəxəssisləri belə hesab edir ki, blokda qalıq ehtiyatı 20 mln. tona yaxındır. Layihə təqribən 250-500 mln. dollar həcmində sərmayə qoyuluşunu tələb edir.