ALDEX LTD BRİTANİYA ŞİRKƏTİ DAŞKƏSƏN DAĞ-MƏDƏN KOMBİNATININ SAHİBİDİR
BAKI.12.12.2003. MEDİA-PRESS: Aldex Ltd Britaniya şirkəti "Daşkəsən Dağ-Mədən Kombinatı" Səhmdar Cəmiyyətinə (SC) sahib çıxmaq üçün keçirilən investisiya müsabiqəsinin qalibidir. Media-Pressə İqtisadi İnkişaf nazirliyində deyiblər ki, müsabiqənin şərtlərinə görə, qalib şirkət müvafiq saziş imzalanandan sonrakı 30 gün ərzində dövlət büdcəsinə 1,23 mlrd. manat ödəməli, 85 min özəlləşdirmə çeki və 85 min özəlləşdirmə opsionu təqdim etməli, ilkin işlərin görülməsi üçün SC-nin hesabına 544,5 mln. manat köçürməlidir.
Aldex Ltd investisiya proqramına uyğun olaraq, müəssisəyə 2 il ərzində(4 mərhələdə) 54, 45 mlrd. manat sərmayə sərf edəcəyini, bu vəsaiti kombinatın dövriyyəsində nəzərdə tutulan istehsal sahələrinin bərpasına, "Buraz" kanat yolunun və "Quşçu" dəmiryolu stansiyasının yenidən qurulmasına, 300 yeni iş yerinin açılmasına yönəldəcəyini boynuna götürüb.Bu işlər görülərsə, SC fəaliyyətini tam bərpa etmiş olacaq.
11 AYDA AZƏRBAYCAN DƏMİRYOLÇULARI 18 MLN. TONDAN ÇOX YÜK DAŞIYIBLAR
BAKI.12.12.2003. MEDİA-PRESS: 11 ayda respublikanın dəmir yolları ilə 18,2 mln. ton müxtəlif yük daşınıb ki, planlaşdırılmış həcmin 119,6 faizi deməkdir. Ötən illə müqayisədə 2,3 mln. ton çox yük daşınıb.
Yüklərin ümumi həcminin 10,6 mln. tonunu neft və neft məhsulları (plandan artıq-2,9%) təşkil edib, Bu, ötən ilin göstəricisindən 2,4% artıqdır.
Bu il dəmiryolçularımız 13,5 mln. ton neft və neft məhsulları daşımağı və gələn il də artım (daha 1 mln. ton) tempini saxlamağı planlaşdırırlar.
Neft daşımaları həcminin artması xeyli dərəcədə gürcüstan limanlarında neft sisternlərinin boşalddılmasının qaydaya düşməsi ilə izah edilir. Qabaqlar belə deyildi. Azərbaycandan neftlə dolu gedən sisternlər qonşu ölkənin terminallarında günlərlə boşaldılmır və bu da Xəzər neftinin azərbaycan dəmior yolu ilə daşınmasını ləngidirdi. İndi Batum terminalının genişləndirilməsi və Potidə yeni neft terminalının tikilməsi bu müşkülü həll edib və sisternlərimiz vaxtlı-vaxtında geri qayıdır.
Hər gün Azərbaycandan Gürcüstana neft və neft məusüları doldurulmuş 500-ə qədər sistern yola düşür. Azərbaycan dəmir yolu idarəsinin sistern parkı ildə 16-18 mln. ton yanacaq daşımağa imkan verir.
ARDNŞ "YUSİF İBRAHİMOV " ÜZƏN TƏRSANƏSİNİ 2004-CÜ İLDƏ TƏMİR ETDİRMƏK NİYYƏTİNDƏDİR
BAKI.12.12.2003. MEDİA-PRESS: Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "Yusif İbrahimov" üzən tərsanəsində gələn ilin əvvəlindən təmir-bərpa işlərinə başlamağı planlaşdırır. Şirkət nümayəndəsinin sözlərinə görə, iş prosesində polad və dəmir-beton konstruksiyalar, eləcə də tərsanənin nəzarət-ölçü cihazları təmir ediləcək. Təmir 2004-cü ilin payızınadək davam edəcək.
Yükgötürmə qabiliyyəti 15 min ton olan tərsanə artıq 154 ildir ki, istismadadır.Bu müddətdə cari təmirlər çox olsa da, əsaslı təmir ilk dəfədir ki, başa tutur.
"İnterfaks-Azərbaycan" agentliyi məlumat verir ki, "Xəzərdənizneftdonanması" idarəsinə mənsub olan tərsanənin təmir işlərinin baş podratçısı Technir Maritime fransız şirkətidir.
AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PARLAMENTİNİN ÜZVLƏRİ DAĞLIQ QARABAĞ NİZAMLANMASINI EDİNBURQDA MÜZAKİRƏ EDƏCƏKLƏR
BAKI.12.12.2003. MEDİA-PRESS: Azərbaycan və Ermənistan parlamentinin üzvləri Dağllıq Qarabağda nizamlanma probleminə həsr olunmuş "dəyirmi masa"da iştirak edəcəklər. Milli Məclis heyətinin üzvü, millət vəkili Gülər Əhmədovanın "İnterfaks-Azərbaycan" agentliyinə bu barədə məlümatına görə,tədbir Cənubi Qafqaz parlament təşəbbüs qrupu ( bura gürcü deputatlar da daxildir) çərçivəsində dekabrın 16-20-də Şotlandiyanın Edinburq şəhərində keçiriləcək.
Bu arada qeyri-hökumət Qarabağ azadlıq təşkilatı cüməaxşamı Bakıda yaydığı bəyanatında vurğulayıb ki, "belə görüşlər Azərbaycanın mənafeinə ziyan vurur və millət vəkillərimiz belə təmaslardan imtina etməlidirlər".
TÜRKİYƏ ALİMLƏRİ ERMƏNİ HƏMKARLARINA TƏKLİF EDİBLƏR Kİ, ERMƏNİLƏRİN SOYQIRIMI MƏSƏLƏSİ AVSTRİYA GÖRÜŞÜNDƏ MÜZAKİRƏ OLUNSUN
BAKI.12.12.2003. MEDİA-PRESS: Türkiyə alimləri erməni həmkarlarına Avstriyada görüşməyi və 1915-ci ildə Osman imperiyasında ermənilərin soyqırım adlandırdıqları məsələni müzakirəyə çıxarmağı təklif ediblər.
Türkiyə Tarix institutunun verdiyi xəbərə görə, Ermənistan üçün mühüm olan bu mövzüya dair müzakirələrdə iştirak etmək məqsədi ilə erməni alimlərinə dəvətnamə göndərilib ki, 2004-cü ilin əvvəlində Vyana universitetinə gəlsinlər.
Birgə müzakirələrin nəticələri üzrə elmi materiallat toplusununun nəşri planlaşdırılır.Türkiyə Tarix institutu öz məlumatında qeyd edir ki, Ermənistan alimləri üzdəniraq erməni soyqırımı üzrə elmi müzakirələrə dəvətləri əvvəlki illərdə qəbl etməyiblər.
ARDNŞ 2004-CÜ İLDƏ İLK NEFTİNİN SATIŞI ÜZRƏ TENDER ELAN EDİB
BAKI.12.12.2003. MEDİA-PRESS: Dövlət Neft şirkəti (ARDNŞ) Bakı-Novorossiysk marşrutu ilə nəql edilən azərbaycan neftinin 2004-cü ildə ilk partiyasınınsatışı üzrə tender elan edib. 130 min həcmində olacaqbu neft yanvarın 17-18-də novorossiysk limanından yola salınmalıdır.
Xəbər verdiyimiz kimi, 12004-cü ildə Bakı-Novorossiysk marşrutu ilə ixrac ediləcək azərbaycan neftinin həcmi bu ilin səviyyəsində ( 2,5 mln. ton) qalacaq. Onun 210 min tonu yanvar ayının payına düşür.
QAZAXISTANIN DA ÖZ TANKERLƏRİ OLACAQ
BAKI.12.12.2003. MEDİA-PRESS: Dekabrın 16-da Leninqrad vilayətinin Vıborq gəmiqayırma zavodunun tərsanəsində Qazaxıstanın ilk tankerinin özülü qoyulacaq. Müqaviləyə görə, rusiya zavodu Qazaxıstanın Central Asia Shiryng Co Ltd şirkəti üçün su tutumu 12 min ton olan 4 tanker tikəcək. Müqavilənin ümumi dəyəri-50 milyon dollardır.
Bu gün Qazaxıstanın öz tanker donanması olmadığı üçün bu respublikanın, eləcə də Türkmənistanın neftinin və neft məhsullarının hamısı Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyi idarəsini tankerləri ilə daşınır. 34 tankerə(ildə 12 mln. ton yük daşıyır) malik idarə yaxın 2 ildə daha iki tanker alacaq və o zaman azərbaycan dənizçiləri illik yük daşımalarının həcmini 20 mln. tona çatddıracaqlar.
Qazaxıstanın öz tanker donanmasına malik olmaq niyyəti bu respublikanın Bakı-Tbilisi-Ceyhan Əsas İxrac kəmərinə (BTC ƏİK) qoşulmaq planları ilə bağlıdır. Bu marşrutla ilk mərhələdə 7,5 mln. ton, sonradan isə -20 mln. ton qazaxıstan neftinin axıdılması nəzərdə tutulur.
Media-Press xəbər vermişdi ki,qazaxıstan neftinin BTC ƏİK-lə nəqli neftin Aktau-Bakı marşrutu ilə daşınmasını idarə edə bilən şirkətin yaradılmasını nəzərdə tutur. Ehtimala görə, İtaliyanın -ENİ, Fransanın- Total S.A.(keçmiş TotalFinaElf), ABŞ-ın -Conoco Phillips və Yaponiyanın- İNPEX şirkətləri yeni yaradılacaq konsorsiumun səhmdarları olacaqlar. Qazaxıstan yataqlarının işlənməsində iştirak edən bu 4 şirkətin BTS Co boruçəkmə konsorsiumunda da üst-üstə 15-faizlik paya malikdir.
Neftin Aktau-Bakı marşrutu ilə nəqlinin təşkili Aktaudan 76 km. cənub-şərqdə yerləşən Kurık məntəqəsində neftin boşaldılması, saxlanmassı və yükllənməsi üçün yeni terminalın, eləcə də birləşdirici boru xətlərinin inşasını nəzərdə tutur. Bu zəruri infrastrukturlar 2006-cı ilin sonunadək hazır olmalıdır. O vaxta kimi qazaxıstan tankerlərinin tikintisi də başa çatacaq və BTC ƏİK neftinin bir qismi də həmin gəmilərlə daşınacaq. Qazaxıstan tərəfinin bəyanatına görə, Xəzərin şərq sahilində neftin BTC ƏİK-ə vurulması 2007-2010-cu illər arasında başlana bilər.
POLŞANIN AZƏRBAYCANDAKI SƏFİRİ:"ODESSA-BODININ REVERS VARİANTI SƏRFƏLİ DEYİL".
BAKI.12.12.2003. MEDİA-PRESS: Odessa-Brodıdan revers variantında istifadə iqtisadi baxımdan səmərəli deyil. Bu fikrin müəllifi, Polşanın Azərbaycandakı səfiri Martsin Navrotun sözlərinə görə,qara dəniz neft bazarına həddən-ziyadə çox mal çıxarıldığına görə, ora yanacaq vermək sərfəli deyil.Yalnız dəmir yolu ilə Azərbaycan və Gürcüstandan Batüm limanına Qazaxıstan və Orta Asiyadan 10 mln. tona yaxın neft və neft məhsulları daşınır, 6 mln. tondan çox neft ora Bakı -Supsa kəməri ilə nəql edilir və üstəgəl Novorossiysk limanına daxil olan 48 mln. ton neft və neft məhsulları. Bundan əlavə, Bakı-Tbilisi-Ceyhan xəttinin istifadəsi zamanı Aralıq dənizinə hər il 50 mln. ton "qara qızıl" axıdılacaq. Bu layihəyə Qazaxıstanın da qoşulacağı halda bu,nəql edilən neftin həcminn daha da artmasına gətirəcək.
Bu səbəbdən M. Navrot belə hesab edir ki,Odessa_Brodıdan avropa istiqamətində istifadə edilməlidir -neftin potensial müştəriləri burada tapıla bilər.
Xatırladaq ki,hələ 2001-ci ildə Media-Pressə müsahibəsində M, Navrot demişdi ki, polşa tərəfi Azərbaycanla iqtisadi əlaqələrin inkişafında çox maraqlıdır və bununla bağlı Varşava Odessa-Brodı kəmərinə böyük əhəmiyyət verir."Əgər azərbaycan nefti bu kəmərə verilərsə, o halda Polşa bu xətti Ukrayna sərhəddindən Qdanska kimi uzatmağa hazırdır".-Sitatın sonu. Səfir eyni halda qeyd edib ki,bu xəttin çəkilişi yalnız o vaxt faydalı ola bilər ki, marşrutla ildə azı 20 mln. ton neft axıdılsın.
Səfirin bu layihəni dəstəkləməsinə rəğmən, deməliyik ki, bu gün Azərbaycanın artıq nefti olmvadığı üçün, öz neftini bu xətlə ixrac edəcəyinə təminat verə bilməz. Xatırladaq ki, Azərbaycan ildə vur-tut 3,5 mln. tona yaxın neft ixrac edir( 2,5 mln. ton -Bakı-Novorossiysk və təqribən 1 mln. ton Bakı-Supsa ilə). Hətta neftin hamısı ukrayna borusuna ötürülsə belə( Azərbaycan bunu edə bilməz),yenə bəs etməyəcək: axı, Odessa-Brodıya ildə azı 9 mln. ton neft gərəkdir!.Həm də bu halda daha bir əngəl ortaya çıxacaq, yəni Avropanın emal zavodları yüngül azərbayacan neftini qəbul etməyə hazır olmayacaq.
Qavzaxıstan neftinə bəslənən ümidlərə gəldikdə, bu da kifayət qədər dumanlıdır… Bu ölkənin neft generalları kəməri dəstələyəcəklərini vəd etsələr də, son hadisələr göstərir ki, vədin gerçəkləşməsini gözləmək lazım gələcək. İş burasındadır ki,Qazaxıstanın nəhəng Kaşaqan yatağında istismarın başlanması 2005-ci ilə nəzərdə tutulsa da, azı 2007-ci ilə kimi təxirə salınır. Bu strukturun işlənməsinin operatoru italyan Agip-inin başçılıq etdiyi beynəlxalq konsorsium bunda israrlıdır. Bundan əlavə, hətta Kaşaqanda istixrac başlansa da, Qazaxıstan ilk neftinin ildə 7,5 mln. tonunu,miruri zamanla isə- 20 mln. tonunu Bakı-Ceyhana ötürəməlidir. Bu layihənin incəlikləri hazırda birgə azərbaycan-qazaxıstan işçi qrupu tərəfindən müzakirə olunmaqdadır.
Bir də Astananın ayrı planları da var: neftini İranın şimalına daşımaq və eyni miqdarda yanacağı bu ölkənin cənubunda-Fars körfəzində almaq (əvəz nefti),Rusiya ərazisindən neftini Qərbə yönəltmək öhdəlikləri, nəhayət,Çinə neft kəməri çəkmək… Odur ki, yaxın illərdə ukrayna kəməri üçün Qazaxıstanın artıq neftinin tapılacağı məsələsi də müşkül görünür.
Xatırladaq ki, "Odessa-Brodı" xətti Xəzər neftinin Avropaya verilməsi üçün Avrasiya neft nəqliyyat dəhlizinin əsası kimi düşünülmüşdü.Avropa İttifaqı da, ABŞ-da neftin Avropa istiqamətində nəqlində təkid edirlər. Lakin Rusiya revers variantı, yəni öz neftinin Brodıdan Odesaya nəqli üzərində dayanır.
TRANSƏFQANISTAN QAZ KƏMƏRİ 2010-CU İLƏ HAZIR OLACAQ, TÜRKMƏNİSTAN, ƏFQANISTAN VƏ PAKİSTAN 3,5 MLRD. DOLLAR TAPSALAR…
BAKI.12.12.2003. MEDİA-PRESS: Transəfqanıstan qaz kəməri 2010-cu ilədək tikiləcək. Bu razılaşma Əfqanıstan, Pakistan və Türkmənistan Energetika nazirləri və Asiya Bankı nümayəndələrindən ibarət daimi komissiyanın 7-ci iclasında əldə edilib.
Tərəflər ümumi uzunluğu 1500 kilometrə çatan gələcək qaz kəmərinin, demək caizsə, "cənub" marşrutunu təsdiqləyiblər. Türkmənistanın Dövlətabad yatağından baş alan, Əfqanıstanın Herat və Qəndəhar şəhərlərini kəsib keçən kəmərin son nöqtələri Pakistanın Kvetta və Multan şəhərləri olacaq.
Əvvəlcə tərəflər "şimal" variantını da nəzərdən keçirirdilər. Variantı layihənin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) işlənməsinin sponsoru - Asiya İnkişaf bankı (AİB) təklif etmişdi. AİB-in variantında Şibirqan-Kabul-İslamabad-Lahor marşrutu təklif olunurdu. Lakin sonda onu elə tranzit dövlətlərin özü-Əfqanıstan və Pakistan- rədd etdilər.İlk növbədə texniki tətbiqinin çətinliyi üzündən.Axı, layihəyə görə, kəmər Saləng dağını aşmalı idi. "Cənub" variantı daha səmərəli sayıldı, çünki pakistan ərazisində məhz kəmərin keçəcəyi marşrut boyunca onun çəkilişi üçün zəruri infrastrukturlar mövcuddur.
Xatırladaq ki, bu ölkələrin hökumətləri transəfqanıstan qaz kəmərinin çəkilişini artıq bir neçə ildir müzakirə edirdi. Hələ 1997-ci ildə Unocal amerika şirkəti müvafiq konsorsium təsis etsə də, maliyyələşdirmə məsələsini həll edə bilməyib layihə işlərini dayandırmalı olmuşdu. Öz qazını bilavasitə Avropaya satmağa imkanı olmayan Aşqabad, Rusiyadan asılılığına son qoymağı və "mavi yanacağı"nı asiya bazarına çıxarmağı qərara aldıqda, boru çəkmək ideyası yenidən gündəmə gəldi. Bu üç ölkənin prezidentləri transəfqanıstan qaz kəmərinin tikintisinə dair sazişi 2002-ci iln mayında İslamabadda imzaladılar.Layihəyə birləşmək dəfələrlə Hindistana da təklif edilib. Lakin Pakistanın qaz kəmərindən ona qarşı bir təzyiq vasitəsi kimi yararlana biləcəyindən ehtiyatlanan Hindistan hələki bu işə qol qoymur.
Bu günün ən başlıca problemi borunun çəkilişinə 3,5 milyard dolları tapmaqdır. Hələki, investorları işə cəlb etmək mümkün olmur: Əfqanıstanda sabit hökumətin olmaması və Hindistanla Pakistan münasibətlərindəki gərginlik bunun başlıcı səbəbidir.
Türkmənistan təkbaşına bu yükün altına girə bilməz, o biri tərəfdən-Əfqanıstanla Pakistana da bel bağlamaq olmur.AİR hələlik yalnız TİƏ-ni maliyyələşdirir, bir vaxt layihəni gerçəkləşdirmək cəhdində bulunmuş ABŞ isə əlini cibinə salmağa hazırlaşmır.
Əfqanıstanda yaranan vəziyyət də tərəfləri qayğılandırır- burada koalisiya və hökumət qüvvələrinin talib yaraqlıları ilə döyüşləri səngimək bilmir. Terrorçulara qarşı əməliyyatların ABŞ-ın başçılığı altında iki ildir ki, davam etməsinə baxmayaraq, təhlilçilər Əfqanıstan əraisindən qaz kəmərinin çəkilişinə başlanılmasının daha bir neçə illiyə keri atıla biləcəyini ehtimal edirlər.
Birdəki, heç layihə iştirakçıları arasında da yekdillik yoxdur. Beləki, Pakistan tikintidə hansı formul üzrə iştirak edəcəyini və Türkmənistanın ixrac qazını necə alacağını hələ qərarlaşdırmayıb. Axı , pakistan tərəfinin nə çoxlu pulu var, nə də ölkə iqtisadiyyatında istənilən tərəqqi.Həm də Hindistanın türkmən qazını almaqdan həqiqətən imtina edəcəyi halda , artıq qalacaq qaz Pakistana başağrısı verə bilər. Yəni tikinti xərcləri özünü ödəməyə bilər.
3 ölkənin Daimi komitəsi 2004-cü ildə yenidən İslamabadda toplaşacaq.Türkmənistan Dövlətabad yatağında sertifikatlaşdırma aparacağını öhdəsinə götürür, Pakistan yaxın 20 ildə türkmən qazına tələbatının nə qədər olacağı barədə hesablamalarını təqdim etməlidir. Əfqanıstan da kəmərin təhlükəsizliyinin təmini üzrə təklif və hesablamalarını təqdim etməli, AİB isə borunun tikintisi işini əlaqələndirməlidir.
OMD AVSTRİYA ŞİRKƏTİ İRAN-AVROPA QAZ KƏMƏRİ TİKİNTİSİNİN LAYİHƏSİNİ ÖYRƏNİR
BAKI.12.12.2003. MEDİA-PRESS: Avstriyanın OMD şirkətinin mütəxəssisləri İrandan Avropaya qaz borusu çəkilişi layihəsini öyrənirlər. Avstriyanın Tehrandakı səfirliyinin ticarət üzrə müşaviri "Mehr" agentliyinə bu haqda məlumat verərək, iki ölkənin Əməkdaşlıq komissiyasının iclasında iştirak etmək üçün İranın iqtisadi nümayəndə heyətinin bu yaxınlarda Avstriyaya səfərini xatırladıb və deyib ki, bu iclasın gündəliyinin ən mühüm məsələsi avstriya şirkəti OMD-nin maliyyə dəstəyi ilə Avropaya İrandan qaz kəmərinin tikintisi olub.
Səfirliyin müşavirinin sözlərinə görə, boru xətti İran, Türkiyə,Bolqarıstan, Macarıstan, Yuqoslaviya və Avstriyaya çəkilməli, sonralar qitənin digər ölkələrini də birləşdirməlidir.
Hal-hazırda avstriyalı mütəxəssislər bu layihə üzrə iran tərəfinin təkliflərini öyrənirlər.
BU İL AZƏRBAYCANDA ELEKTRİKENERJİSİ HASİLATI REKORD SƏVİYYƏYƏ-22 MLRD KVT\SAATA ÇATA BİLƏR
BAKI.12.12.2003. MEDİA-PRESS: Bu il Azərbaycanda elektrik enerjisi hasilatı rekord səviyyəyə- 22 mlrd. kVt/saata çata bilər. "Azərenerji" SC-nin baş mühəndisi Marlen Əsgərov bu məlumatına əlavə edib ki, keçən il bu göstərici 18,6 mlrd.kVt/saat olub.Belə artıma baxmayaraq, respublikanın bəzi rayon və məntəqələrində enerji qıtlığı hiss olunmaqdadır və mütəxəssis bunun səbəbini israfçılıqda görür:"Əgər biz qışda elektrik enerjisindən qənaətlə istifadə etsək, şəhər və kəndlərimizin enerji ilə təminində heç bir problem olmamalıdır"-Sitatın sonu.
M.Əsgərov deyib ki, otaqların qızdırılması məqsədi ilə qeyri-standart elektrik cihazlarından istifadə olunması gərginliyi ötürən xətlərdə və yarımstansiyalarda itgiləri artırır ki, bu da əlavə yüklənmələrə və əsas avadanlığın sıradan çıxmasına gətirir.
Sistemyaradan yüksəkgərginlikli yarımstansiyaların təkmil olmaması da enerji itkisinin mühüm amillərindəndir. Xatırladaq ki, SC fevralın əvvəllərində Almaniyanın KFW şirkəti ilə saziş imzalayıb. KVW ötürücü qurğuların yenidən qurulması və Azərbaycanın enerji sisteminin müasir dispetçer idarəsinin tətbiqi üçün 17,3 mln. avro kredit ayırır. Bu vəsaitlər 2003-2004-cü illərdə mənimsənilməlidir. Layihə çərçivəsində dispetçer idarə sisteminin təkmilləşdirilməsinə 2,5 mln. avro xərclənəcək. 13 sistemyaradan yüksək gərginlikli yarımstansiya texniki baxımdan yenidən qurulacaq. Mütəxəssislərin fikrincə, bu,elektrik enerjisinin nəqli zamanı onun itkisini 20-25% azaltmağa imkan verəcək.
AZƏRBAYCAN İSTİLİK-ELEKTRİK STANSİYALARININ ÜMUMİ GÜCÜ 700 MVT ARTIRILIB
BAKI.12.12.2003. MEDİA-PRESS: Azərbaycan istilik-elektrik stansiyalarının gücü 700 KVt artırılıb."Azərenerji" SC-də Media-Pressə bildiriblər ki, bu, cari ildə uğurla aparılmış təmir işləri nəticəsində mümkün olub. Belə ki,ötən illə müqayisədə bu ilin 10 ayında elektrik enerjisi hasilatı 15% artıb, 1 kVt/saat istehsalına şərti yanacaq sərfi 415 qramdan 390 qrama düşüb.
İndi ölkəmizdə 4 istilik- elektrik stansiyası işləyir,daha dördü səmərəsizlik səbəbindən konservləşdirilib.Odur ki, Azərbaycanın bütün elektrik stansiyalarının layihə gücünün 5 min MVt olmasına baxmayaraq,bu qış stansiyalarımız 4100 MVt enerji hasil edib. 2001-ci ildə bu göstərici 3100 MVt, 2002-ci ildə isə-3700 MVt səviyyəsində olub.
AZƏRBAYCAN İRAQ İQTİSADİYYATININ BƏRPASINDA İŞTİRAK ETMƏYƏ HAZIRDIR
BAKI.12.12.2003. MEDİA-PRESS: Azrbaycan İraq iqtisadiyyatının bərpası işində ona yardım göstərmək üçün zəruri kadr ehtiyatına və texniki imkanlara malikdir.Dövlət Neft Şirkətinin (ARDNŞH) nümayəndəsi "İnterfaks-Azərbaycan" agentliyinə müsahibəsində bu fikrini açıqlayaraq deyib:"Məsələn,biz neft mədənlərinin yenidən qurulması və bərpasında, orada baş verən yanğınların söndürülməsində, boru çəkilişində və sair ixtisaslaşdırılmış işlərin görülməsində İraq rəhbərliyinə kömək göstərə bilərik".
ABŞ mətbuatının bu günlərdə yaydığı məlumata görə, İraq iqtisadiyyatının bərpası üzrə tenderdə şirkətlərinin iştirak edə biləcəyi ölkələr arasında Azərbaycanın da adı var.
Respublika XİN başçısı Vilayət Quliyev iraq iqtisadiyyatının müxtəlif sahələrinin bərpasına azərbaycanlı mütəxəssislərin cəlb olunması barədə Azərbaycanla Vaşinqton arasında danışıqlar olduğunu bildirərək, "Azərbaycan İraqa neft, nəqliyyat, səhiyyə və təhsil sahələri üzrə mütəxəssislərini göndərə bilər" deyib.
Amerika tərəfi azərbaycanlı ekspertlərin İraqda qalması və əməkhəqlarının ödənilməsi ilə bağlı bütün məsələləri üzərinə götürür.
ABŞ-ın Azərbaycandakı səfiri Reno Harniş bu gün jurnalistlərə deyib:" Ümidvaram ki, azərbaycan şirkətləri İraq iqtisadiyyatının bərpası üzrə müxtəlif layihələrdə tenderlərdən qalib çıxacaq. Elə layihələr var ki, azərbaycan şirkətləri şanslıdır və mən onların iştirakına ümid bəsləyirəm. Çünki ABŞ-ın etibarlı tərəfdaşı olan Azərbaycan antiterror koalisiyasında böyük işlər görüb".
ABŞ səfiri vurğulayıb ki, Azərbaycan İraqa dair müqavilələrdə iştirak edə biləcək 63 ölkədən biridir. Koalisiya tərkibində Azərbaycanın sülhsevər fəaliyyətini də qeyd edən diplomat deyib ki, ABŞ azərbaycan rəhbərliyinin İraqda öz sülh məramlılarının sayını artırmaq( indi orada 150 əsgərimiz var) istəyini alqışlayır. Onun sözlərinə görə, amerika hökuməti bu işdə Azərbaycana yardım göstərməyə hazırdır, "lakin hələlik tərəflərin bu barədə qəti qərarı yoxdur".
ABŞ AZƏRBAYCANA KÖMƏYİNİ ARTIRACAQ
BAKI.12.12.2003. MEDİA-PRESS: ABŞ hökuməti gələn maliyyə ilində Azərbaycana köməyin həcmini artıracaq. Amerikanın ölkəmizdəki səfiri Reno Harniş belə deyib.
"Son illərdə Azərbaycana hökumət köməyinin həcmi sabit artıb2002-i ildə 70 milyon dollara yaxın olmuş bu köməyin,gələn maliyə ilində daha çox olacağı gözlənilir"- fikrini vurğulayan diplomatın sözlərinə görə, bu yardım Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və iqtisadiyyatının inkişafına yönəldiləcək.
Reno Harniş həmçinin məlum 907-ci düzəlişin qüvvəsinin dayandırılmasına dair qərarın ABŞ hökuməti tərəfindən gələn ilə də şamil edildiyini bildirib.Azərbaycana amerika hökumət köməyini qadağan edən bu düzəlişin qüvvəsi 2001-ci ilin sentyabrında- təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək Vaşinqton üçün bir zərurətə çevrildiyi vaxtda- dayandırıldı.
ABŞ səfiri deyib:" Düzəlişin qüvvəsinin dayandırılması, yaxud da onun tam lləğv edilməsi haqqında qərarın hər il uzadılmasını zəruri sayıram.Ona görə ki, biz belə qərar sayəsində beynəlxalq terrorizmə qarşı mübarizədə səmərəli əməkdaşlıq edə bilərik".