AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATI İSTEHSALI 11 AYDA 5,2 % ARTIB
BAKI.17.12.2003. MEDİA-PRESS: Azərbaycanda 2003-cü ilin 11 ayında kənd təsərrüfatı istehsalının həcmi 6 trilyon 576,5 mlrd. manat təşkil edib və ötən illə müqayisədə 5,2 % artıb.
Dövlət Statistika komitəsinin məlumatına görə, bitkiçilikdə istehsal artımı 5,3% olub. 11 ayda 1,914 mln. ton taxıl, 1,024 mln. ton tərəvəz (artım- 7,4%), 547 min ton meyvə ( 15,6%),4,2 min ton tütün ( 33%) və 768,4 min ton kartof ( 10,7%) yığılıb.
Hesabat dövründə 63,4 min ton (6,7 % çox) üzüm tədarük edilib. Maldarlıq sahəsi də inkişafdadır -5,2%. 11 ayda- 217,9 min ton ət ( artım-6,9%), 1113,2 min ton süd (4,8%), 554,2 mln. ədəd yumurta (4,7%) istehsal edilib.
ÜB AZƏRBAYCANDA YOXSULLUĞUN İXTİSARI PROQRAMININ REALLAŞMASINA 60 MLN. DOLLAR KREDİT AYIRMAQ NİYYƏTİNDƏDİR
BAKI.17.12.2003. MEDİA-PRESS: Ümumdünya Bankı (ÜB) Yoxsulluğun ixtisarı və iqtisadi inkişaf üzrə dövlət proqramının reallaşması üçün Azərbaycana 3 il ərzində bərabər hissələrlə kredit ayırmaq niyyətindədir. Kredit vəsaitlərinin bilavasitə dövlət büdcəsinə yönəldiləcəyi barədə jurnalistlərə məlumat verən bankın Cənubi Qafqaz üzrə aparıcı iqtisadçısı Kristian Petersenin sözlərinə görə, ÜB Direktorlar Şurası krediti 2004-cü ilin iyununa kimi təsdiqləməlidir. Yoxsulluğun ixtisarı proqramı üç istiqaməti nəzərdə tutur: neft sektorunun inkişafını və burada iş yerlərinin yaradılmasını, sosial xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasını və onlardan istifadə işində hamı üçün ( təhsil, sosial müdafiə və səhiyyə sahələri ) vahid şəraitin təşkilini, həmçinin neft fondunun ehtiyatlarından səmərəli istifadəni .
Qeyd edək ki, maliyyə Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) xətti ilə ayrılacaq. Bu qurum öz kreditlərini adətən güzəştli şərtlərlə- illik 0,75 faizlə və 35 il müddətinə verir.
2002-2005-ci illərə hesablanmış və dəyəri $100 mln. olan proqramın 1-ci mərhələsi üçün Beynəlxalq Valyuta Fondu (BVF) artıq 2001 -2002-ci illərdə hər il $10 mln. və 2003-cü ilin mayında isə daha - $16 mln. tranş ayırıb. İllik cəmi 0,5% faizlə 10 ilə verilmiş bu kreditin ilk beş il yarımı güzəştli müddətdir. Bu mərhələdə hökumətin öz üzərinə götürdüyü əsas öhdəliklər: makroiqtisadi sabitltyi qoruyub saxlamaq, inflyasiyanın illik səviyyəsini 2-2,5% həddində saxlamaq, 3-4 aylıq idxal həcminə bərabər valyuta ehtiyatının mövcudluğunu təmin etmək, ünvanlı sosial yardımı təkmilləşdirmək,, fərdi sosial sığorta tətbiq etmək, məşğulluq strategiyasını işləyib hazırlamaq və biznesin inkişafına əlverişli şərait yaratmaqdır. 2002-2005-ci illərdə dövlət proqramının realizəsinə $ 3 mlrd. tələb olunur. Bunun $ 1,7 milyardı proqramın xarici investisiyalar hesabına reallaşdırılmasına yönəldiləcək.
2004-cü ilin əvvəllərində hökumətin tərtib edəcəyi hərəkət planı 2015-ci ilədək olan dövrdə ölkədə yoxsulluğun azaldılmasına yönələcək. İndi bu plan üzərində 15 işçi qrupu çalışır.
İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, Azərbaycan əhalisinin 49 faizi yoxsuldur. 1996-cı ildə isə bu göstərici 61 % idi.
ÜB BANKININ CƏNUBİ QAFQAZ ÜZRƏ İQTİSADÇISI HESAB EDİR Kİ, AZƏRBAYCANDA ƏSAS MƏQSƏD ƏHALİNİN TƏDİYYƏ QABİLİYYƏTİNİ ARTIRMAQDIR.
BAKI. 17.12.2003 MEDİA-PRESS: "Ümumdünya Bankı (ÜB) indiki məqamda israr etmir ki, Azərbaycan ən yaxın vaxtlarda enerji daşıyıcılarının daxili qiymələrini artırsın. Bizim başlıca məqsədimiz ölkə əhalisinin tədiyə ( ödəmə) qabiliyyətini artırmaqdır." Juurnalistlər qarşısında bu fikrini bəyan edən ÜB -nın Cənubi Qafqaz üzrə aparıcı iqtisadçısı Kristian Petersenin sözlərinə görə, Azərbaycan özəl sektoru uğurla kommunal sahəyə cəlb edir.Bakı, Sumqayıt və Gəncənin enerjinipaylaşdırma şəbəkələrinin xarici və yerli şikətlərin uzunmüddəli idarəsinə verilməsi buna misal ola bilər. Hal-hazırda özəl sektorun qaz və su paylaşdırma sistemlərinin özəlləşdirilməsində iştirak etməsi imkanları öyrənilir.
ÜB nümayəndəsi vurğulayıb ki, kommunal təsərrüfatında qiymətləri tənzimləmə agentliyi 2006-cı ildə yaradıla və artıq 2007-ci ildən fəaliyyət göstərə bilər. Belə agentliyin yaradılması prinsipləri artıq aydındır. Kommunal şirkətlər ilk növbədə göstərdikləri xidmətlər müqabilindki xərclərini ödəmək imkanına malik olmalıdır. Sonra elə sosial müdafiə sistemi yaratmaq gərəkdir ki, islahatların nəticələri və tariflərin bahalaşması az təminatlı təbəqənin rifahına mənfi təsir göstəməsin. Sonuncu məsələ ilə bağlı kompleks proqram hazırlanması nəzərdə tutulur.
AZƏRBAYCAN ƏHALİSİNİN PÜL GƏLİRİ 2004-CÜ İLDƏ 10,4 % ARTACAQ
BAKI.17.12 2003 MEDİA-PRESS: Azərbaycan əhalisinin pul gəliri 2004-cü ildə 27,5 trilyon manat ( $ 5,59 mlrd.) təşkil edəcək ki, bu da cari ilin proqnozundan 10,4 % yüksəkdir.
Hökumətin hesablamalarına görə, bu məbləğin 17,656 trln. manatını ($3,59 mlrd.) sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər, 4,187 trln. manatını ($ 851,362 mln.) -əmək haqqı, 270 mlrd. manatını ($ 54,8 mln.) -fəhlə və qulluqçuların əməkhəqlarını çıxmaqla müəssisə və təşkilatlardan aldıqları gəlirləri, 2,1 trln. manatını ($ 427 mln.)- əhaliyə sosial ödəmələr, 3,27 trln. manatını ($ 664 mln.)- xarici valyutalar mübadiləsi, 17,1 mlrd. manatını ( $ 3,47 mln.)- əmlak gəlirləri təşkil edəcək.
2004-cü ildə ölkə əhalisinin xərcləri 26,33 trln. manat ($ 5,35 mlrd.) səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin axırı üçün nəzərdə tutulduğundan 10,2 % çoxdur. 20,226 trln. manat ($ 4,11 mlrd.) mal və xidmətlərə, 1 trln. manat ($203 mln.)-vergilər və üzvlük haqlarının ödənilməsinə, 4,650 trln. manat ($945, 1 mln.)_- xarici valyuta alınmasına, 400 mlrd. manat isə ( $ 81,3 mln.)- əmənətlər qoyulmasına və qiymətli kağızlar alınmasına xərclənəcək.
Hökumətin proqnozlarına görə, 2007-ci ilin axırı üçün Azərbaycan əhalisinin pul gəliri 37,5 trln. manata ($ 7,6 mlrd.), xərcləri isə 35,6 trln. manata ($7,2 mlrd.) çatacaq.
AZƏRBAYCAN DÖVLƏTİN BAKSELDƏKİ PAYINI QİYMƏTLƏNDİRMƏK ÜÇÜN KOMİSSİYA YARADIB
BAKI.17.12.2003. MEDİA-PRESS: İqtisadi İnkişaf Nazirliyi (İİN) şanvari rabitə operatoru Baksellin (respublikanın 2 şanvari operatorundan biri) nizamnamə kapitalında dövlətin payını qiymətləndirmək üçün xüsusi komissiya yaradıb. Bu məlumatı "İnterfaks-Azərbaycan" agentliyinə nazirlikdə veriblər.
Birgə azərbaycan-israil müəssisəsi Baksell 1994-cü ildə yaradılıb. Onun səhmdarları Azərbaycan Rabitə Nazirliyi (RN) və GTİB şirkətidir. Bununla belə hazırda israil şirkəti Baksellin nizamnamə kapitalındakığ payına yenidən baxılmasını və ona mənsub səhmlər paketini 75 faizədək artırmağı tələb edir. GTİB nümayəndəsinin "İnterfaks-Azərbaycan"a verdiyi məlumatına görə, şirkət öz tələblərini rabitə operatorunun inkişafına böyük məbləğdə sərmayə qoyması ilə əsaslandırır.
RN nümayəndəsi isə öz növbəsində israil tərəfinin Baksellin inkişafına iri məbləğli təxsisatı barədə xəbəri təkzib edərək bildirib ki, Birgə müəssisə yaradılarkən GTİB öz üzərinə bir sıra öhdəliklər ( o cümlədən Baksellin inkişafına 30 mln. dollar sərmayə qoyacağı barədə öhdəlik ) götürsə də, onları yerinə yetirə bilməyib.RN həmçinin özünün operator kapitalındakı payının əvvəlki səviyyədə saxlanılmasında israrlıdır.
Tərəflər mübahisəli məsələni həll etmək üçün Azərbaycan hökumətinə müraciət ediblər. Hökumət məsələni araşdırmaq üçün İİN-ə verib.
İİN-dəki mənbənin məlumatına görə, komissiya tərəflərin dəlillərini öyrənmək və dekabr ayı ərzində bu barədə qəti qərar qəbul etmək niyyətindədir ki, ilin sonuna kimi Baksellin özəlləşdirilməsinə başlamaq mümkün olsun.
Hal-hazırda Baksell 200 mindən artıq abunəçiyə xidmət edir.
MAQATE AZƏRBAYCAN ONKOLOJİ MƏRKƏZİNİN TEXNİKİ TƏCHİZATINA KÖMƏK GÖSTƏRƏCƏK.
BAKI.17. 12. 2003. MEDİA-PRESS: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) avadanlığın modernləşdirilməsində Respublika Onkoloji Mərkəzinə (ROM) kömək göstərəcək. Ölkəmizdə MAQATE-nin bütün planlarının realizəsinə kuratorluq edən Milli Elmlər Akademiyasının (MEA) nümayəndəsinin bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə verdiyi məlumatında deyilir :" Onkoloji Mərkəzin yenidən təchiz edilməsi layihəsi MAQATE-nin vəsaitləri və texniki yardımı ilə həyata keçirilir və yəqin ki, 2004-cü ildə yekunlaşacaqdır".
Layihənin dəyəri 1,5 mln. dollara yaxındır. MAQATE bu vəsaiti Azərbaycana texniki yardım şəklində və təmənnasız verir.
BTC TİKİNTİTSİNƏ VƏSAİT 2004-CÜ İLİN FEVRALINDA AYRILACAQ
BAKI.17.12.2003 MEDİA-PRESS: "Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Kəmərinin ( BTC ƏİK) tikintisinə vəsait ayrılmasına dair kredit sazişinin imzalanması 2004-cü ilin yanvarına nəzərdə tutulub. Heç bir texniki çətinlik yaranmazsa, artıq fevralda vəsaitlərin bilavasitə ayrılmasına başlanacaq". Beynəlxalq Maliyyə Korporasiyası (BMK) azərbaycan nümayəndəliyinin rəhbəri Aliyə Nuriyeva belə deyib.
Xatırladaq ki, Avropa Yenidənqurma və İnkişaf Bankı ( AYİB) və BMK noyabrda qərara aldılar ki, hərəsi ƏİK tikintisinə öz vəsaitlərindən 125 mln. dollar kredit ayırsınlar. Kreditlərin ödəmə müddəti 12 ildir. Bu beynəlxalq qurumlar müxtəlif bank və agentliklərdən sindikatlaşdırılmış kreditlər şəklində daha 250 mln.dollar cəlb edəcəklər.
ƏİK titkintisini dəyəri $ 2,95 mllyarddır. Onun 30 faizi layihə iştirakçılarının öz vəsaitləri, 70 faizi isə kreditlərdir. Kəmərin çəkilişinin maliyyələşdirilməsi haqqında banklar və kredit təşkilatları ilə bir ümumi saziş imzalanacağı ehtimal edilir.
Xatırladaq ki, ƏİK layihəsinə kreditllər ayıran və onu təmin edən təşkilatlar 4 qrupa bölünür. Birinciyə öz vəsaitlərini ayırmaqla yanaşı kommersiya banklarının kreditlərinə də zamin duran AYİB və BMK; ikinciyə- ABŞ, Böyük Britaniya,Yaponiya, Almaniya, İtaliya əv Fransadan materiallar və avadanlıq ixracının maliyyəlşdirilməsi üçün kommersiya banklarına təzminat verən ixrac-kedit agentlikləri; üçüncüyə - kommersiya banklarının özü ( sayları 10-30 arasındadır) və dördüncüyə- iri kreditor şirkətlər, o cümlədən BP və Statoil daxildir.
Bundan başqa BP BTC tikintisinə kredit şəklində təqribən $ 500 mln. ayırmağa da hazırdır. BP-Azerbaijan şirkətinin rəhbəri Devid Vudvord deyib ki, kredit kommersiya banklarının şərtlərinə uyğun veriləcək.
ƏİK 1767 km. uzunluğundadır. Onun 443 km. Azərbaycan, 248 km.- Gürcüstan və 1076 km.- Turkiyə ərazilərindən keçəcək. Buraxılış qabiliyyəti ildə 50 mln. ton olan bu kəmərdə 2003-cü ilin aprelində başlamış tikinti 2004-cü ilin 4-cü rübündə başa çatacaq. Azərbaycan neftinin Tükiyənin Ceyhan limanından 2005-ci ilin 2-ci rübündə ixracına başlanacağı nəzərdə tutulub.
BP (30,1%), ARDNŞ (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), ENI (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%),
TotalFinaElf (5%) və Amerada Hess (2,36%) BTC ƏİK iştirakçılarıdır.
GÜRCÜSTANDA ƏİK TİKİNTİSİNDƏ ÇALIŞAN FƏHLƏLƏR ƏMƏKHAQLARININ ARTIRILMASINI TƏLƏB EDİRLƏR
BAKI.17.12.2003 MEDİA-PRESS: Bakı-Tblisi-Ceyhan Əsas İxrac Kəmərinin (BTC ƏİK) gürcüstan hissəsində işləyən fəhlələr tətilə çıxaraq əməkhaqlarının artırılmasını tələb edirlər.
BTC Co şirkətinin (ƏİK-in tikintisi və istismarı üzrə operator) nümayəndəsi fəhlələrin son günlərdəki tətilini şərh edərkən "İnterfaks"ın müxbirinə bildirib ki, "onların hər biri ilə müqavilə çoxdan tərtib olunub, odur ki,nəyə əsasən məvaciblərinin artırılmasını tələb etmələri anlaşılmır".
Nümayəndə qeyd edib ki, tətilin guya layihənin maliyyələşdirilməsi səviyyəsinin aşağı olması ilə bağlılığı barədə xəbərlər həqiqətə uyğun deyil və "maliyyələşdirmədə heç bir problem yoxdur".
İndi Spit-Petrofak şirkəti ( layihə operatorunun müqavilə bağlayanı) fəhlələrlə danışıqlar aparır.
BTC Co məlumat verib ki, kəmərin inşaatçılarına yeni il qabağı bonus ayrılıb- hər iş saatına görə onlara əlavə 4 lari ( təqribən $2) veriləcək.
Uzunluğu 1767 km.-ə çatan və 248 km.-i Gürcüstan ərazisindən keçən BTC ƏİK -in tikintisi 2003-cü ilin aprelində başlayıb və 2004-cü ilin sonuna kimi başa çatmalıdır. Bu kəmər ildə 50 mln. ton neft nəql edə bilər. Azərbaycan neftinin Türkiyənin Ceyhan limanından ixracına başlanılması 2005-ci ilin 2-ci rübünə nəzərdə tutulub.
BP (30,1%), ARDNŞ (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), ENI (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%),
TotalFinaElf (5%) və Amerada Hess (2,36%) BTC ƏİK iştirakçılarıdır.
ƏİK tikintisinin dəyəri 2,95 mlrd. dollardır.
ÇİN ŞİRKƏTİ CNPC AZƏRBAYCAN NEFT LAYİHƏLƏRİNƏ İNVESTİSİYALARINI MÜVƏQQƏTİ AZALDIR
BAKI.17.12.2003. MEDİA-PRESS: Çinin neft-qaz korporasiyası CNPC Azərbaycandakı iki neft yatağının inkişafına investisiyalarını gələn ilin əvvəlindən azaldacaq. Bu məlumatı Çinin "Çjunqo şiyu şanyu" neft internet-portalı yayıb.
Hazırda CNPC müvafiq surətdə 50 % və 62,83% səhm payına malik olduğu Kürsəngi-Qarabağlı və Cənub-_Şərqi Qobustan yataqlarının işlənməsi üzrə layihələrdə iştirak edir. Üst-üstə iki layihəyə 200 mln. dollar investisiya qoyulmalıdır. Bu il Çin şirkəti 65 mln. dollar sərmayə qoyub.
Məlumatda qeyd olunduğu kimi, illik tapşırıqların icrası baxımından "nisbətən yaxşı" vəziyyət yaransa da, sərmayə qoyuluşlarının səmərəliyi "ideal dərəcədə deyil" və bu, Qobustanda daha qabarıq təzahür edir ( qazılmış 7 quyu neft verməyib).
Əvvəllər bu rayonda sənaye quyularının qazılmadığını nəzərə alsaq, istehsalat proqramının realizəsinə çox tez başlanıldığını və bu işdə tələskənliyə yol verildiyini görmək olar. Odur ki, CNPC əldə olan məlumata əsaslanaraq, əlavə tədqiqat aparmaq qərarına gəlib. Bu iş gələn ilin mayında başa çatdırılacaq.
Gələcək qiymətləndirmələri mənfi təsirlərdən orumaq məqsədi ilə Çin korporasiyası investisiyaların sürətini azaltmağı qərara alıb.Gözlənildiyinə görə, CNPC 2004-cü ildə bu iki layihəyə sərmayə qoyuluşunu 50 mln. dollaradək ixtisar edəcək.
TÜRKİYƏ "MAVİ AXIN"LA RUSİYA QAZININ İLK MİLYARD KUB METRİNİ QƏBUL EDİB
BAKI.17.12. 2003. MEDİA-PRESS: Türkiyəyə "Mavi axın" kəməri ilə rusiya qazının ilk milyard kub metri ixrac edilib. ASC "Qazprom"-un mətbuat xidmətinin məlumatına görə, bu, müqavilə üzrə türkiyə tərəfinə verilməsi nəzərdə tutulan həcmdən 200 mln kub metr artıqdır.
2003-cü ilin sonuna gözlənilən 1,1 mlrd. kub metr müqabilində Rusiya gələn il Türkiyəyə 4 mlrd. kub metr mavi yanacaq verməyi ( "Mavi axın"la) planlaşdırır. Bu kəmərlə Türkiyəyə qaz ixracının gündəlik həcmi türkiyə tərəfinin xahişi ilə dekabrın 13-dən 20 mln. kub metrədək artırılıb ( "Qazeksport"la müqaviləyə görə , gündəlik norma -5,3 mln. kub metrdir).
Əvvəllər "Qazprom" ümid edirdi ki, "Mavi axın"ın işə salınması ildə Türkiyəyə 2 mlrd. kub metr qaz ixrac etməyə imkan verəcək ( kəmərin layihə gücü- ildə 16 mlrd. kub metrdir). Lakin bir qədər sonra türklər qazın qiymətinin çox yüksək olması bəhanəsi ilə "Qazprom"un təklif etdiyi həcmdən imtina etdilər. Yalnız "Qazeksport"un ("Qazprom"un tabe şirkəti) nümayəndə heyəti, habelə Türkiyə Energetika Nazirliyi və BOTAŞ boruçəkmə şirkəti nümayəndələrinin bu il noyabrın axırlarında baş tutmuş görüşündə rusiya qazının ixrac həcmləri və qiyməti barədə ümumi razılıq tərəflər arasındakı münaqişə və mübahisələrə son qoyulmuş oldu.
UKRAYNA TÜRKMƏNİSTANDAN MİN KUB METRİ 44 DOLLARA 36 MLRD. KUB METR QAZ ALACAQ
BAKI.17 .12.2003. MEDİA-PRESS: Milli Səhmdar şirkəti " Nefteqaz Ukrainı" 1999-2001-ci illərdə Türkmənistandan aldığı qaza görə borcunu yaxın aylarda tam ödəyəcək. Şirkətin İdarə heyətinin sədri Yuri Boyko Aşqabadda prezident Saparmurad Niyazovla görüşündə belə deyib.
Şirkətdə borcun qalığı açıqlanmasa da, qeyd ediblər ki, məbləğ əvvəlki 250 milyon dollarlıq borcla müqayisədə cüzidir. Tərəflər 2004-cü ildə Türkmənistandan Ukraynaya qaz ixracının şərtlərini də tam razılaşdırıblar. Ukrayna hər min kub metri 44 dollar qiymətinə 36 mlrd. kub metr təbii yanacaq almaq niyyətindədir. Həm də bu qazın 4,5 mlrd. kub metri ukrayna tərəfinin Türkmənistanda reallaşdırdığı investisiya layihələrinin haqqının ödənilməsi hesabına ixrac ediləcək.
"TENQİZŞEVROYL" "ODESSA-BRODI"DAN MÜVƏQQƏTİ NEFT ANBARI KİMİ İSTİFADƏ ETMƏK TƏKLİFİNİ TƏSDİQLƏYİB
BAKI. 17. 12. MEDİA-PRESS: Amerikanın CHEVRON şirkətinin boş qalmış Odessa-Brodı kəmərindən istifadə məqsədi ilə ukrayna tərəfinə verdiyi təklifin bəzi təfərrüatı məlum olub. Təklifin mahiyəti dəyişməyib - Qazaxıstanın Tengiz yatağından neft çıxaran amerikanlar bir daha təsdiqləyirlər ki, borudan və Odesadakı "Yujnı" terminalının çənlərindjən adicə, həm də müvəqqəti, ambar kimi istifadə etmək istəyirlər.
Qazaxıstan-amerika birgə müəssisəsi (BM) "Tengizşevroyl" 2004-cü il mayın 31-dək müqavilə bağlamağı təklif edir. "Ukrtransnafta"nın mətbuat xidmətinin məlumatına görə,ukrayna tərəfinin müqavilə layihəsinin təhlili gedişində apardığı hesablamalar göstərib ki, BM-lə sazişdən ayda 1, 35 milyon dollardan artıq gəlir götürmək qeyri-mümkündür. Bununla belə, "Yujnı" terminalından indi ildə 2 mln. tona yaxın Urals növlü rusiya neftinin ötürülməsi üçün istifadə olunur.
"Ukrtransnafta"da qeyd ediblər ki, "Tengizşevroyl"un təklifinin qəbulu rusiya neftini nəql edən "Yujnı" terminalının işini əslində tam pozacaq. Yükvurma, yükboşaltma və kəmərlə neftin daşınmasının dəyəri nəzərə alınarsa, terminala gündə 1,5 mln. dollar ziyan dəyəcək.
"Ukrtransnafta" nümayəndələrinin fikrincə, iqtisadi səmərənin olmadığı bir şəraitdə Odessa-Brodıdan neft saxlanılan anbar kimi istifadə edilməsi həm də kəmərin layihə gücündə nəzərdə tutulan neft həcmlərinin hər hansı bir səmtə nəqlini əngəlləyəcək. Bu isə avtomatik surətdə ukrayna büdcəsini əlavə daxilolmalardan məhrum etməklə yanaşı, "onun tranzit dövlət statusunu da sarsıdacaq".
2004-CÜ İLDƏ AZƏRBAYCANDA ÜDM 12 % ARTACAQ
BAKI.17.12.2003. MEDİA-PRESS: Azərbaycanda 2004-cü ildə ümumi daxili məhsulun(ÜDM) artımı bu illə müqayisədə 12 % artacaq. Gələn il ÜDM -37,3 trln. manat olacağı halda, bu il 34 trln. manat həcmində proqnozlaşdırılır( noyabrın 17-ə olan rəsmi məzənnəyə görə, 4920 manat-$1).
Gələn il ÜDM-də sənayenin payı - 12,493 trln. manat ( artım- 8,6%), kənd təsərrüfatının -5,08 trl. manat (8,3%), tikintinin- 5,75 trln. manat ( 30,7%), ticarətin-2,89 trln. manat (9,8%), nəqliyatın-2,795 trln. manat (9,7%), rabitənin -756,3 mlrd. manat (12,7%) və xidmət sahəsinin- 4,862 trln. manat (6,2%) təşkil edəcəkdir.
Adambaşına ÜDM həcmi 4,567 mln. manat, yaxud 900 dollardan çox təşkil edəcəkdir.Ümümdünya Bankının standartlarına görə, bu həcm 875 dolları aşarsa, ölkə bu bankın daha bir qurumundan-Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (BYİB) kreditlər almaq imkanı qazanır.
Bu vaxta kimi Azərbaycan Ümumdünya Bankının (ÜB) kreditlərini Beynəlxalq İnkişaf Assosiasiyasının ( BİA) şərtləri ilə alırdı.BİA kreditlərini daha mülayim şərtlərlə, yəni 35 ilə,onun də 10 ili güzəştlə verir. Bundan fərqli olaraq, BYİB kreditlərini daha sərt şərtlə- 5-illik güzəştlə 15 ilə verir. Üstəlik onün faiz dərəcələri də BİA-dan yüksəkdir.
ÜB nümayəndələrinin fikrincə, hələ Azərbaycan "qatışıq" ölkələr qrupunda olduğundan kreditləri həm BİA, həm də BYİB-dən ala bilər. Lakin ölkə itisadiyyatı inkişaf tapdıqca və kreditləri ödəmə qabilyyəti artdıqca, kreditlər yalnız BYİB xətti ilə ayrılacaq. ÜB-nın Azərbaycandakı nümayəndəsi Əkbər Noumanın qeyd etdiyi kimi, BYİB kreditləri inkişaf etməkdə olan ölkələrin ən inkişaf etmişinə verir. Bu sıraya Türkiyə, Yaxın Şərq ölkələri, Latın Amerikası və Çin daxildir.
AZƏRBAYCANDA ÜDM-DƏ ÖZƏL BÖLMƏNİN PAYI 2008-Cİ İLƏ KİMİ 83 FAİZƏ ÇATA BİLƏR
BAKI.17.12.2003 MEDİA-PRESS: İqtisadi İnkişaf Nazirliyində (İİN) "İnterfaks-Azərbaycan" agentliyinə verilən məlumata görə, hökumət 2007-ci ilin yekunu üzrə ümumi daxili məhsulun ( ÜDM) həcmində özəl bölmənin payının 83 faizə çatacağını proqnozlaşdırır.
Nazirliyin nümayəndəsi " 2003-cü ilin yekununa görə ÜDM-də özəl bölmənin xüsusi çəkisinin -74%, ÜDM-in isə-34 trln. manat həcmində proqnozlaşdırıldığını", "2007-ci ildə ÜDM-in 63 trln. manat, özəl bölmənin onun strukturundakı payının isə- 52,3 trln. manat təşkil edəcəyini" bildirib.
Hökumətin proqnozuna görə, ÜDM-də özəl bölmənin payı 2004-cü ildə -75%, 2005- də- 77%, 2006-cı ildə isə-79,5 faizədək yüksələcək.
Dekabrın 17-ə olan məlumata görə, 4920 manat = $1.
AZƏRBAYCANDA İNFLYASİYA NOYABRDA 0,7%, İLİN ƏVVƏLİNDƏN- 2% OLUB.
BAKI.17.12.2003. MEDİA-PRESS: Azərbaycanda 2003-cü ilin noyabrında inflyasiya -0,7%, ilin əvvəlindən bəri- 2% təşkil edib.
Dövlət Statistika komitəsinin məlumatına görə, 2002-ci ilin noyabrı ilə müqayisədə ölkədə istehlak qiymətləri -2 ,6% artıb. Bu ilin noyabrında oktyabra nisbətən ərzağın, o cümlədən içkilərin və tütün məmulatının qiymətləri 1% artıb. İlin əvvəlindən bəri qiymətlər 2,9% artıb. Bu zaman qeyri-ərzaq malları 0,3 % bahalaşıb. Noyabrda əhaliyə göstərilən xidmətlərin qiyməti dəyişməyib, ilin əvvəlindən bəri-0,2% düşüb.
Hesablamalara görə, 2003-cü ildə inflyasiya 2,5-3% təşkil edəcək.