2003-CÜ İLDƏ "ŞAH-DƏNİZ" YATAĞININ İŞLƏNMƏSİ LAYİHƏSİ ÜZRƏ XƏRCLƏR $762 MLN. OLACAQ

BAKI.24.12.2003. MEDİA-PRESS: 2003-cü ildə Xəzərin azərbaycan hissəsində yerləşən "Şah-Dəniz" qaz-kondensat yatağının işlənməsinin "Mərhlə-1" layihəsi üzrə xərclər 762 mln. dollar təşkil edəcək. Bakıda mətbuat konfransında bu məlumatı açıqlayan BP-Azerbaijan şirkətinin prezidenti Devid Vudvordun sözlərinə görə, bu məbləğin 550 milyonu yatağın işlənməsinə, 212 milyonu isə- qazın nəqli layihəsinin realizəsinə xərclənib. Gələn il layihəyə $ 1,081 milyard ayrılacaq.

Bakıda layihə çərçivəsində tikinti meydançası modernləşdirilməkdədir. Meydançada Sinqapurun Keppel Fels şirkətinin hazırladığı TPG-500 istixrac platformasının tərkib hissələri yığılır. Platforma hissələrinin bir qismi Bakıya 2004-cü ilin oktyabrında gətiriləcək. Platforma tam yığılması 2006-cı ilin 2-ci rübündə başa çatacaq. BTC kəmərinin tikintisi layihəsi çərçivəsində Azərbaycan qazını Türkiyəyə ixrac etmək üçün Sumitomo şirkətinə 700 km. boru sifariş edilib. Bu boruların ilk qismi Bakıya cələn ilin yanvarında gətiriləcək və bu, artıq ilin son rübündə boruların döşənməsinə imkan verəcək. 2003-cü ildə "Mərhələ-1" üzrə tikinti işlərinin 20 faizi yerinə yetiriləcək.

Dəyəri 3,2 mlrd. dollar olan "Şah-Dəniz" qaz- kondensat yatağının işlənməsinin "1-ci mərhələsi" dərinliyin 105 metr olduğu məntəqədə 15 quyu qazılması üçün platforma quraşdırılmasını, bu platformadan Səngəçal terminalına kimi uzunluğu 100 kilometrə çatan 2 paralel sualtı boru çəkilməsini, həmçinin Bakı-Tbilisi-Ərzurum istiqamətində Cənubi Qafqaz qaz xəttinin tikilməsini nəzərdə tutur. Yataqdan ilk qazın 2006-cı ilin oratlarında çıxarılacağı planlaşdırılıb. "1-ci mərhələ" çərçivəsində 178 mlrd. kub metr qaz və 34 mln. ton kondensat çıxarılmalıdır. Ən optimal istixrac dövründə qaz hasilatı ildə 8,4 mlrd. kub metrə, qaz kondensatı isə- 2 mln. Tona çatacaq. Yatağın işlənməsinin sonrakı mərhələlərində illik qaz hasilatı 16 mlrd. kub metrə yaxın olacaq. "BP (25,5%), Statoil (25,5%), ARDNŞ (10%), LUKAgip (10%), OIEC (10%), TotalFinaElf (10%) və TPAO (9%) "Şah-Dəniz" layihəsinin iştirakçılarıdır. Bu yatağın ehtiyatları 1 trln. kub metr civarındadır.


"ŞAH-DƏNİZ"-DƏ 3-CÜ QABAQLAYICI QUYU 2004-CÜ İLİN İLK RÜBÜNDƏ QAZILACAQ

BAKI.24.12.2003. MEDİA-PRESS: BP-Azerbaijan Xəzərin azərbaycan hissəsində yerləşən "Şah-Dəniz" qaz-kondensat yatağında 3-cü qabaqlayıcı quyunun qazılması gələn ilin ilk rübündə, 2-ci quyuda qazma işləri 2004-cü ilin yanvarında başa çatdıqdan sonra, başlamalıdır.

BP-Azerbaijanın prezidenti Devid Vudvordun Bakıda mətbuat konfransındakı məlumatına görə, dərinliyi 6610 metr olacaq 2-ci quyunun 6244 metri artıq arxada qalıb. BP-nin sentyabrda başladığı bu quyu yatağın şimal-şərq cinahında, dərinliyin 101 metrə çatdığı nöqtədə qazılır.3-cü qabaqlayıcı quyuda da qazma 6 aya yaxın çəkəcək. Dəyəri 3,2 mlrd. dollar olan "Şah-Dəniz" qaz- kondensat yatağının işlənməsinin "1-ci mərhələsi" dərinliyin 105 metr olduğu məntəqədə 15 quyu qazılması üçün platforma quraşdırılmasını, bu platformadan Səngəçal terminalına kimi uzunluğu 100 kilometrə çatan 2 paralel sualtı boru çəkilməsini, həmçinin Bakı-Tbilisi-Ərzurum istiqamətində Cənubi Qafqaz qaz xəttinin tikilməsini nəzərdə tutur. Yataqdan ilk qazın 2006-cı ilin oratlarında çıxarılacağı planlaşdırılıb. "1-ci mərhələ" çərçivəsində 178 mlrd. kub metr qaz və 34 mln. ton kondensat çıxarılmalıdır. Ən optimal istixrac dövründə qaz hasilatı ildə 8,4 mlrd. kub metrə, qaz kondensatı isə- 2 mln. Tona çatacaq. Yatağın işlənməsinin sonrakı mərhələlərində illik qaz hasilatı 16 mlrd. kub metrə yaxın olacaq. "BP (25,5%), Statoil (25,5%), ARDNŞ (10%), LUKAgip (10%), OIEC (10%), TotalFinaElf (10%) və TPAO (9%) "Şah-Dəniz" layihəsinin iştirakçılarıdır. Bu yatağın ehtiyatları 1 trln. kub metr civarındadır.


AZƏRBAYCANIN "ZƏFƏR-MƏŞƏL" OFFŞOR STRUKTURUNDAKI İLK KƏŞFİYYAT QUYUSU KONSERVLƏŞDİRİLƏCƏK

BAKI.24.12.2003. MEDİA-PRESS: Azərbaycanın "Zəfər-Məşəl" offşor strukturundakı ilk kəşfiyyat quyusu yəqin ki, konservləşdiriləcək. Məlumatlı mənbə MEDİA-PRESSƏ bu haqda deyib ki,dərinliyi hələlik 300 metrə çatan qyuda qazma davam edir. Ancaq bu, yeni quyunun qazlması zamanı gərək ola biləcək daha çox informasiya almaq xatirinə edilir. Qarşısıalınmaz gur yeraltı sular qazmaya əngəl törədir. Bu günədək $ 40 milyon xərcləni. Bu ilk quyuya ayrılan vəsaitin tən yarısıdır.

Quyunun layihə dərinliyi 6800 metrdir. Burada dənizin dərinliyi-618 metrə çatır. Əsas məqsəd "Fasilə layı"nı və "Balaxanı layı"nın 8-ci üfüqünü açmaqdır. ARDNŞ və transmilli Schlumberger tərəfindən təsis edilmiş Caspian Geophysical birgə müəssisəsi qüyunun təməlinin qoyulacağı nöqtəni seçməzdən qabaq 850 kv. km. ərazidə üçmiqyaslı seysmik kəşfiyyat aparıb. Layihənin operatoru- ExxonMobil amerika şirkəti, qazma podratçısı- Maersk Contractors danimark şirkətidir. Qazma işləri "Lider" yarımdalma qurğusundan aparılır.

"Zəfər-Məşəl" bloku Xəzərdə, Bakıdan 130 km. cənub-şərqdə yerləşir, sahəsi-643 kv. kilometr, dərinliyi isə- 450-950 metr arasındadır. "ZƏFƏR-MƏŞƏL" strukturu 1961 -ci ildə seysmik tədqiqatlar nəticəsində aşkara çıxarılıb. Amma orada ilk geofiziki işlər 1985-87-ci illlərdə görülüb. Blokda kəşfiyyat qazması aparılmayıb. Müqaviləyə görə, podratçı kəşfiyyat dövrü ərzində burada 3-miqyaslı seysmik kəşfiyyat aparmalı və 2 kəşfiyyat quyusu qazmalıdır. "Zəfər-Məşəl" müqaviləsi 1999-cu il aprelin 27-də ABŞ-da imzalanıb. İştirak payları belədir: Azərbaycan Dövlət Neft şirkəti-50%, amerika şirkətləri: ExxonMobil -30% və Conoco- 20%. Layihənin dəyəri təqribən $2 milyarddır. Neftin proqnoz eştiyatları- 140 mln. tondur( 100 mln.-Zəfər, 40 mln.-Məşəl).


"QURTULUŞ" QURĞUSU SATIŞA ÇIXARILIB

BAKI.24.12.2003. MEDİA-PRESS: Transocean Sedco Forex şirkəti sudan müstəqil qalxan üzən qazma qurğusu "Qurtuluş"u satışa çıxarıb. Bu, Media_Pressə mötəbər mənbələrdən məlum olub.

Mütəxəssislərin fikrincə,azərbaycan-amerika qazma birgə müəssisəsi Caspian Drilling Company qurğunu ala bilər. Bu şirkət daha iki yarımdalma üzən qurğunun- "Dədə Qorqud" və "İstiqlal"ın sahibidir.

Ən müasir yarımdalma qurğusu "Qurtuluş" iş olmadığına görə Bakı buxtasında "lövbər salıb". JAOC ( Yapon şirkətləri konsorsiumu) onun sonuncu sifarişçisi idi. "Atəşgah-Yanan Tava" strukturunda bir kəşfiyyat quyusu qazmış yaponlar müqavilənin sonrakı realizəsindən imtina etdilər. İş burasınadır ki, "Qurtuluş" su qatının 105 metrdən artıq olmayan yerində ( yəni dayaz yerdə ) 8000 metr dərinliyində quyu qaza bilər və artıq müqavilə sahələrinin dayaz olduğu nöqtələrin demək olar ki, hamısında işləyib. Məsələn, fransız şirkəti TotalFinaElfin sifarişi ilə "Qurtuluş" "Talış-Dəniz" blokunda ilk kəşfiyyat quyusunu, amerika ExxonMobilinin operatoru olduğu "Oğuz" blokda başqa bir quyunu qazıb. Xəzərin azərbaycan şelfindəki qalan müqavilə strukturları dənizin dərin sahələrində yerləşir. İdeyaya görə, "Qurtuluş" boş dayanmamalı idi. Axı, TotalFinaElf "Lənkəran-Dəniz-Talış-Dəniz" strukturunun kəşfiyyatı və işlənməsi müqaviləsi üzrə burada daha bir quyu qazmalı idi. Lakin "Talış-Dəniz"də ilk quyu "quru" çıxdığı üçün şirkət ikincini qazmaqdan imtina edərək , ARDNŞ-ə əvəzində pul təklif edir. Dayaz"Kirqan-Dəniz" blokunda 3-cü kəşfiyyat quyusunu qazmalı olan italiya AGİPi də ilk iki quyunun "boş" çıxması səbəbindən qazmadan imtina edib.


BTC CO DİREKTORLAR ŞURASI BTC ƏİK TİKİNTİSİ LAYİHƏSİNİN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ DAİR KREDİT SAZİŞİNİ TƏSDİQLƏYİB

BAKI. 24.12. 2003. MDİA-PRESS: BTC Co (Bakı-Tbilisi-Ceyhan) boruçəkmə şirkətinin ( BTC ixrac kəmərinin tikintisi layihəsinin operatoru) Direktorlar Şurası BTC-nin maliyyələşdirilməsi üzrə kredit sazişini təsdiq edib.Bu qərar keçən həftə Londonda olmuş iclasda qəbul edilib. Bakıda mətbuat konfrasında bu məlumatı verən BP Azerbaijan prezidenti Devid Vudvordun sözlərinə görə, layihəyə vəsat ayrılması haqda maliyyə qurumları ilə kredit sazişinin imzalanması 2004-cü il yanvarın 2-ci yarısına, vəsaitlərin ayrılmasına başlanması isə fevrala nəzərdə tutulub. O ki, qaldı kreditlərin verilməsi şərtlərinə və məbləğinə, bu məsələ saziş imzalandıqdan sonra açıqlanacaq. Kreditlər "Azəri" layihəsi çərçivəsində neft hasilatına başlanandan sonra ödənilməyə başlanacaq və hesablamalara görə, 10 il davam edəcəkdir.

Hələ noyabrda Avropa Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyası ƏİK tikintisinə öz vəsaitlərindən hərəyə 125 mln. dollar ayırmağı qərara alıblar. Bu kreditlə 12 illiyə verilir. Hər iki qurum müxtəlif banklar və agentliklərdən daha 250 mln. dollar məbləğində sindikatlaşdırılmış kredit cəlb etməyi öhdələrinə götürüb. ƏİK titkintisini dəyəri $ 2,95 mllyarddır. Onun 30 faizi layihə iştirakçılarının öz vəsaitləri, 70 faizi isə kreditlərdir. Xatırladaq ki, ƏİK layihəsinə kreditllər ayıran və onu təmin edən təşkilatlar 4 qrupa bölünür. Birinciyə öz vəsaitlərini ayırmaqla yanaşı kommersiya banklarının kreditlərinə də zamin duran AYİB və BMK; ikinciyə- ABŞ, Böyük Britaniya,Yaponiya, Almaniya, İtaliya əv Fransadan materiallar və avadanlıq ixracının maliyyəlşdirilməsi üçün kommersiya banklarına təzminat verən ixrac-kedit agentlikləri; üçüncüyə - kommersiya banklarının özü ( sayları 10-30 arasındadır) və dördüncüyə- iri kreditor şirkətlər, o cümlədən BP və Statoil daxildir. ƏİK tikintisinin maliyyələşdirilməsi haqqında banklar və kredit təşkilatları ilə bir ümumi saziş bağlanacağı da ehtimal edilir.

Bundan başqa BP BTC tikintisinə kredit şəklində təqribən $ 500 mln. ayırmağa da hazırdır. BP-Azerbaijan şirkətinin rəhbəri Devid Vudvord deyib ki, kredit kommersiya banklarının şərtlərinə uyğun veriləcək. ƏİK 1767 km. uzunluğundadır. Onun 443 km. Azərbaycan, 248 km.- Gürcüstan və 1076 km.- Turkiyə ərazilərindən keçəcək. Buraxılış qabiliyyəti ildə 50 mln. ton olan bu kəmərdə 2003-cü ilin aprelində başlamış tikinti 2004-cü ilin 4-cü rübündə başa çatacaq. Azərbaycan neftinin Tükiyənin Ceyhan limanından 2005-ci ilin 2-ci rübündə ixracına başlanacağı nəzərdə tutulub. BP (30,1%), ARDNŞ (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), ENI (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%), TotalFinaElf (5%) və Amerada Hess (2,36%) BTC ƏİK iştirakçılarıdır.


BKB SİNDİKATI BTC ƏİK LAYİHƏSİNƏ $1,2 MLRD. AYIRACAQ

BAKI.24.12.2003. MEDİA-PRESS: Beynəlxalq Kommersiya Bankları (BKB) Sindikatı Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Kəməri (BTC ƏİK) tikintisi layihəsinə 1,2 milyard dollar kredit ayıracaq.BA-Azerbaijan şirkətinin mətbuat xidməti nümayəndəsinin "İnterfaks-Azərbaycan" agentliyinə verdiyi bu məlumatında əlavə edib ki,15 bank BTC-ni maliyyələşdirmək üçün sindikat yaradıb. ABN AMRO, Citigroup, Mizuho və Societe Generale bu işin təşkilatçılarıdır.

Beləliklə, kreditlərin faizləri ilə birlikdə tikintinin ümumi dəyəri $ 3,6 milyard təşkil edəcək. Bilavasitə layihənin reallaşmasına yönəldiləcək $2,95 milyardın 30 faizi layihə səhəmdarlarının vəsaitləri, 70 faizi isə kənardan cəlb edilmiş kreditlər olacaq. Daha $ 250 milyon kəmərin doldurulması üçün zəruri olan 10 mln. barrel neftin satın alınmasına sərf ediləcək. 1767 km. uzunluğunda neft kəmərinin 443 kilometri Azərbaycandan, 248 kilometri-Gürcüstandan və 1076 kilometri isə -Türkiyə ərazisindən keçəcək. Kəmər ild 50 mln. ton neft daşıya biləcək. 2003-cü ilin aprelində başlamış inşaat işləri 2004-cü ilin son rübündə başa çatmalıdır. Türkiyənin Ceyhan limanından ilk ilk azərbaycan neftinin ixracı 2005-ci ilin 2-ci rübünə nəzərdə tutulub. BP (30,1%), ARDNŞ (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), ENI (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%), TotalFinaElf (5%) və Amerada Hess (2,36%) BTC ƏİK iştirakçılarıdır.


BTC TİKİNTİSİNİN XƏRCLƏRİ 2003-CÜ İLDƏ 1,5 MLRD. DOLLAR TƏŞKİL EDƏCƏK

BAKI.24.12.2003. MEDİA-PRESS: Bakı-Tbilisi_Ceyhan Əsas İxrac Kəməri (BTC ƏİK ) tikintisinin xərcləri cari ilin sonunadək 1,5 MLRD. DOLLARA ÇATACAQ.Bakıda mətbuat konfransında bu məlumatı verən BP-Azerbaijan prezidenti Devid Vudvord deyib ki, layihəyə gündə 4 mln. dollar xərclənib. Gələn ilin xərcləri də bu səviyyədə olacaq. Layişənin ilkin büdcəsi ($2,95 mlrd.) və iş cədvəli dəyişməyib və işlər elə yekunlaşmalıdır ki, 2005-ci ilin ilk rübündə "Azəri" yatağından ilk neftin ixracına başlamaq mümkün olsun.

Hazırda layihənin iştirakçısı olan üç ölkədə ( Azərbaycan, Gürcüstan və Türkiyədə ) tikintiyə 12 min adam cəlb edilib. Azərbaycanda çalışan 3 min 250 nəfərin 76 faizi respublikanın vətəndaşlarıdır.

Dekabrın 12-ə kimi Azərbaycan, Gürcüstan və Türkiyədə 635 km. uzunluğunda tikinti dəhlizi, 240 kilometrə yaxın tranşey , 480 km.-dən artıq borular qaynaq üçün hazırlanıb, təqribən 450 km. boru qaynaq edilib və 200 km.-dən artıq borular torpağa döşənib. Cari ilinaxırına kimi BTC layihəsi üzrə işlərin 50 faizindən çoxu tamamlanacaq və boruların 25 faizi qayaq olunacaqdır. Azərbaycanda boruların döşənməsi cədvələ uyğun gedir.ƏİK-in azərbaycan sahəsi üçün nəzərdə tutulan boruların hamısı xüsusi örtük vurulduqdan sonra Malayziyadan Bakıya gətirilməlidir. 1767 km. uzunluğu olan BTC ƏİK-in 443 kilometri- Azəbaycan, 248 kilometri-Gürcüstan və 1076 kilometri Türkiyə ərazisindən keçəcək. İllik buraxılış qabiliyyəti 50 mln. ton olan bu kəmərdə 2003-cü ilin aprelində başlamış tikinti işləri gələn ilin son rübündə başa çatacaq. Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin ixracı 2005-ci ilin ikinci rübündə başlamalıdır. Layihənin dəyəri 2,95 mlrd. dollardır. BP (30,1%), ARDNŞ (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), Eni (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%), TotalFinaElf (5%) və Amerada Hess (2,36%) bu layihənin iştirakçılarıdır


QAZAXISTANIN BTC KƏMƏRİNƏ QOŞULMASINA DAİR DANIŞIQLAR 2004-CÜ İLDƏ DAVAM ETDİRİLƏCƏK

BAKI.24.12.2003. MEDİA-PRESS: Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Kəməri (BTC ƏİK) layihəsinə qoşulması üzrə danışıqlar 2004-cü ildə davam etdiriləcək. Bakıdakı mətbuat konfransında bu məlumatı açıqlayan BP Azerbaijan şirkətinin preidenti Devid Vukdvordun sözlərinə görə, ötən həftə Londonda Qazaxıstan və Azərbaycanın işçi qrupları danışıqların növbəti raundunu başa çatdırıblar. Tərəflər qazaxıstan neftinin ƏİK-lə nəqlinə dair hökumətlərarası çərçivə sazişinin hazırlanmasını qarşıdakı danışıqlar gedişində tamamlamalıdırlar.

D.Vudvord qeyd edib ki, BTC-nin gücü Qazaxıstana 20067-ci ildən, yəni "Kaşaqan"ın istifadəyə verilməsindən əvvəl gərək olmayacaq. Ona görə də tərəflər sazişin tərtibi və imzalanması məsələsində tələsmir və sakitcə bütün zəruri sənədləri hazırlaya bilərlər. Bundan əvvəl danışıqları cari ilin sonunadək başa vurmaq nəzərdə tutulurdu ki, sonra saziş layihəsi iki ölkə hökumətlərinin müzakirəsinə verilsin. Bu saziş Aktau-Bakı nəqliyyat sisteminin investorları , habelə Azərbaycan və Qazaxıstan hökumətləri arasında imzalandıqdan sonra tranzit sazişləri də imzalanacaq.

Aktau-Bakı sisteminin yaradılması Kurıkda (Aktaudan 76 km. cənub-şərqdə) neftin saxlanması və yola salınması üçün yeni terminalın, habelə birləşdirici boru xətlərinin tikintisini nəzərdə tutur. Beləki, Kurık sistemilə ildə 20 mln. ton neft göndərmək( ilk mərhələdə-7,5 mln. ton) mümkün olacaq. İnvestisiyaların həcmi hökumətlərarası saziş imzalandıqdan sonra müəyyənləşəcək. Yeni sistem 2006-cı ilin axırları üçün ( "Kaşaqan"dan ilk neft alınanda ) tikiləcək. Aktau-Bakı sisteminin idarə olunması üçün ayrıca şirkət yaradılacaq. "Kaşaqan"ın işlənməsində iştirak edən və BTC Co-da 15 % iştirak payı olan 4 məlum şirkət - ENİ.TotalFinaElf, ConocoPhilips və İnpex bu yeni şirkəti maliyyələşdirəcək. 1767 km. uzunluğu olan BTC ƏİK-in 443 kilometri- Azəbaycan, 248 kilometri-Gürcüstan və 1076 kilometri Türkiyə ərazisindən keçəcək. İllik buraxılış qabiliyyəti 50 mln. ton olan bu kəmərdə 2003-cü ilin aprelində başlamış tikinti işləri gələn ilin son rübündə başa çatacaq. Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin ixracı 2005-ci ilin ikinci rübündə başlamalıdır. Layihənin dəyəri 2,95 mlrd. dollardır. BP (30,1%), ARDNŞ (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), Eni (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%), TotalFinaElf (5%) və Amerada Hess (2,36%) bu layihənin iştirakçılarıdır


BP-AZERBAİJAN PREZİDENTİ: BTC ƏİK-İN GÜNDƏLİK BURAXILIŞ QABİLİYYƏTİNİ 1,8 MLN. BARRELƏDƏK ARTIRMAQ OLAR

BAKI.24.12.2003. MEDİA-PRESS: Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Kəmərinin (BTC ƏİK) gündəlik buraxılış qabiliyyətini zərurət yaranarsa, layihədə nəzərdə tutulan 1 mln. barrel əvəzinə 1,8 mln. barrelədək artırmaq olar. Bakıda mətbuat konfransında bu məlumatı jurnalistlərlə bölüşən BP-Azərbaijan prezidenti Devid Vudvordun sözlərinə görə, kəmərdəki belə artımın yarısını kimyəvi reagentlərin tətbiqi, yarısını isə marşrut xəttində əlavə nasos stansiyasının tikintisi təmin edə bilər.

Məlumdur ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarında 2008-ci ildə neft hasilatı 50 mln. ton təşkil edəcək və bu, BTC-ni "tam yükləməyə " imkan verəcək. Kəmərin buraxılış qabiliyyətinin artırılması qazaxıstan neftinin nəqli üçün lazımdır. Qazaxıstan ilk mərhələdə ƏİK-lə ildə təqribən 7,5 mln. ton, sonralar isə -20 mln. ton öz neftini axıdacaqdır. Xatırladaq ki, Qazaxıstanda " Kaşaqan" yatağında işləyən ENİ. TotalFinaElf, Conoco Phillips və İMPEX şirkətləri də BTC layihəsinə qoşulblar və BTC Co boruçəkmə şirkətində 15-faizlik iştirak payına malikdirlər.


"ÇIRAQ" YATAĞINDAN "ERKƏN NEFT" LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ 225 MLN. BARRELDƏN ARTIQ YANACAQ ÇIXARILIB

BAKI.24.12.2003 MEDİA-PRESS: ABƏŞ(Azərbaycan Beynəlxalq ƏməliyyatŞirkəti) 1997-ci ilin noyabrından bəri "Çıraq" yatağından "Erkən neft" layihəsi çərçivəsində 225 mln. barreldən artıq (30,5 mln. ton) neft çıxarıb. Bakıda mətbuat konfransında bu haqda məlumat verən BP-Azerbaijan şirkətinin prezidenti Devid Vudvordistifadəyə veriləndən bu günədək əslində fasiləsiz işləyən "Çıraq-1" platformasında və Səngəçal neft terminalında tikitlilər və avadanlığın modernləşdirilməsi sayəsində "Çıraq-1"-də gündəlik məhsuldarlıq 146 min barrelə çatdırılıb. Hazırda platformada 15 istismar və 3 suvurma quyusu işləyir.

Prezidentin sözlərinə görə, ABƏŞ və Dövlət Neft Şirkəti yataqda istixraca başlanılandan bəri 202 tankeri (26 mln. ton), o cümlədən 30 tanker (3,97 mln. ton) azərbaycan mənfəət neftini Bakı_Supa kəməri ilə ixrac ediblər. "Çıraq-1" platforması Bakıdan 120 və Səngəçal terminalından 160 km. şərqdə Xəzər dənizinin azərbaycan hisəsində quraşdırılıb. İstismar quyularının qazılmasına 1997-ci ilin avqustunda başlanıb və ilk neft də elə həmin ilin noyabrında alınıb.


2003-CÜ İLDƏ AZƏRBAYCANDA "AÇG","ŞAH-DƏNİZ" VƏ BTC LAYİHƏLƏRİ ÜZRƏ XƏRCLƏR 1,108 MLRD. DOLLAR TƏŞKİL EDƏCƏK

BAKI.24.12.2003. MEDİA-PRESS: Azərbaycanda "Azəri-çıraq-Günəşli"(AÇG), "Şah-Dəniz" yataqlarının i şlənməsi və Bakı_Tbilisi-Ceyhan (BTC) kəmərinin tikintisi layihələrinin iştirakçısı olan şirkətlərin 2003-cü ildə xərcləri 1,108 mlrd. dollar təşkil edib.

Bakıda mətbuat konfransında BP-Azerbaijan şirkətinin prezidenti Dvid Vudvordun verdiyi bu məlumata görə,Azərbaycanda xərclənmiş bu vəsaitlər son bir ildə bu layihələr üzrə bütün xərclərin 28 faizni təşkil edir.Bunu $ 244 milyonu- 22 birgə müəssisənin icra etdiyi sifarişlərin ödənilməsinə, $96 milyonu - 59 dövlət müəssisəsinə verilmiş sifarişlərə və $50 milyonu isə 500-dən çox kiçik və orta müəssisənin yerinə yetirdiyi sifarişlərin ödənilməsinə sərf edilib. Bu layihələ üzrə Azərbaycanda işləən xarici şirkətlər isə 718 milyon dollarlıq sifarişləri yerinə yetiriblər. Azərbaycan qanunvericiliyindən və müqavilələrin şərtlərindən irəli gələn müxtəlin ödənclərə toxunan D.Vudvord bildirib ki, üç layihə üzrə yalnız vergilər və sosial ayırmalar -$ 50 milyon, "Şah-Dəniz" layihəsi üzrə bonusun məbləği isə- $ 3,3 milyon təşkil edib. Bundan əlavə Azərbaycan AÇG-nin işlənməsi müqaviləsi çərçivəsində 8,1 mln. barrel (1,1 mln. ton) mənfəət nefti və onun ixracından -$ 200-220 milyon alıb.


"AÇG" YATAQLARININ İŞLƏNMƏSİNƏ 2004-CÜ İLDƏ $ 2,454 MLRD. XƏRCLƏNƏCƏK

BAKI.24.123.2003 MEDİA-PRESS: ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) Xəzərin azərbaycan hissəsindəçki "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənməsinə 2004-cü ildə $ 2,454 mlrd. xərcləyəcək. Bunun $ 2,364 milyardı əsaslı xərclər, $90 milyonu isə- əməliyyat xərcləri olacaq. Büdcəni bu ilki büdcəsi $2, 52 milyard olsa da, əməli xərclər $2, 194 milyard təşkil edəcəkdir.

Bakıda keçirilmiş mətbuat konfransında bu həqiqətləri açıqlayan BP-Azerbaijan şirkətinin prezidenti Devid Vudvord cari ildə "Çıraq-1" platformasında gündəlik orta hasilatın 131 min barrel, 2002-ci ildə isə orta göstəricinin 129 min barrel təşkil etdiyini, ancaq 2004-cü ildə orta hasilatın 125 min barrelə düşəcəyini deyib. Vudvord bunu gələn ilin 3-cü rübündə platformanın qismən molernləşdirilməsi və AÇG yataqlarının tammiqyaslı işlənməsi çərçivəsində tikilən sualtı boru xəttinin "Çıraq-1"ə vəsl ediləcəyi ilə əlaqələndirib.Bununla yanaşı gələn il 3 istixrac qyusundan suvurma quyusu kimi istifadə olunması nəzərdə tutulub ki, bu da istixrac sürətinə mənfi təsir göstərəcək.Lakin 2005-ci ildən həmin quyulardan təzədən istismar üçün istifadə olunacaq. D.Vudvord məlumat verib ki,2004-cü ildə əsaslı məsrəfin çox qismi AÇG yataqlarının tammiqyaslı işlənmələrinin "Mərhələ-1" və"Mərhələ-2" çərçivələrində inşaat işlərinə yönəldiləcək."Mərkəzi Azəri" dəniz platformasında qazma vışkasının quraşdırılması,"Mərkəzi Azəri"nin dayaq blokunun dənizdə quraşdırılması,sualtı borularını çəkilişinin başa çatdırılması, "Mərkəzi Azəri" platformasının üst tikililərinin artıq dənizdə yerləşdirilməsi, "Mərhələ-3" layihəsinin sanksiyalaşdırılması və başlanması - bütün bunlar 2004-cü ildə görüləsi əsas işlərdir.

AÇG blokunun işlənməsinin "Mərhələ-1" layihəsində işlərin başlanmasına 2001-ci il avqustun 20-də icazə verilib və "Azəri" yatağının mərkəzi hissəsinin işlənməsini, yəni orada "Mərkəzi Aəri" istixrac platformasının quraşdırılmasını və 48 quyu qazılmasını nəzərdə tutur. "Mərhələ-1"-in qüvvədə qalacağı müddətdə oradan 193 mln. ton (1,425 mlrd. barrel) neft çıxarılacaq. Ən yüksək istixrac səviyyəsi dövründə illik hasilat 18,7 mln. tona ( gündə-375 min barrel) təşkil edəcək. "Mərhələ-1"-in dəyəri 3,4 mlrd.dollardır. "Azəri"nin taş işlənməsi üçün yatağın şərq və qərb hissələrində hər birindən 48 quyu qazıla bilən iki platforma quraşdırmaq nəzərdə tutulub. Hər iki platforma "Mərhlə-2" çərçivəsində tikilir və bu işə başlanılmasına 2002-ci il sentyabrın 18-də icazə verilib. Bu platformalardan ilk neftin çıxarılması 2006-cı ilin 2-ci rübünə və 2007-ci ilin 1-ci rübünə nəzərdə tutulub ki, bu da illik hasilatı 20 mln. tondan çox ( gündə 420 min barrel ) artırmağa imkan verəcək. "Mərhələ-2"nin dəyəri isə- 5, mlrd. dollardır.

AÇG-nin işlənməsi müqaviləsinin iştirakçıları: BP ( operator-34,1367%), ARDNŞ(10%), UNOCAL (10,2814%), İNPEX(10,0%), Statoil (8,5633%),ExxonMobil (8,0006%), TPAO(6,7500%). Devon(5,6262 %),İTOCHU 93,9205%) və Delta Ness (2,7213%) şirkətləridir. "Mərhələ-1" və "Mərhələ-2"-nin podratçıları McDermott (amerika), Bouygues Offshore və Eiffel ( frana), Saipem (italiya ) Emtunga (isveç) və başqalarıdır.


BTC KƏMƏRİNİN GÜRCÜSTAN SAHƏSİ TİKİNTİSİNİN KONTRAKTORU VƏ FƏHLƏLƏR MƏNAQİŞƏNİ NİZAMLAYAN QRUP YARADIBLAR

BAKI.24.12.2003. MEDİA-PRESS: Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Kəmərinin (BTC ƏİK) gürcüstan hissəsi tikintisinin kontraktoru ( podratçısı) Spie Capag-Petrofas konserni və kəmərin titkintisində çalışan fəhlələrin nümayəndələri əməyin ödənilməsi zamana yol verilmiş pozuntuları aşkarlamaq üçün birgə işçi qrupu yaradıblar.

Layihənin operatoru BTC Co şirkətirin Tbilisidəki ofisində Neft informasiya agentliyinə verilən məlumata görə, bu qərar tətil komitəsinin və podratçı şirkət nümayəndələrinin danışıqları gedişində qəbul edilib.

Xəbər vrdiyimiz kimi, fəhlələr etiraz əlaməti olaraq keçən həftə demək olar ki, bütün xətt boyunda işləri bir neçə günlüyə dayandırmışdılar. İnşaatçıların başlıca tələbi əmək haqqının artırılmasına aid olub. Onlar həmçinin işlədikləri saatın miqdarının daim azaldılması hallarına da etiraz edərək, aylıq müqavilələrin müddətinin işlərin tamamlanacağı vaxtadək uzadılmasını tələb edirlər. BTC Co nümayəndəsi qeyd edib ki, tərəflər bütün pozuntuları birlikdə yoxlamaq bərədə razılığa gəlsələr də, kontraktor şirkət fəhlələrin əməkhaqqını artırmaqdan həhəlik imtina edib. BTC kəmərinin Gürcüstan ərazisində çəkilişində indi 3 min adam çalışır. Onların 2014 nəfəri kəmər boyunda yerləşən rayonların sakinləridir. Fəhlərə ayda 400-1000 lari arasında məvacib alırlar. 1767 km. uzunluğunda neft kəmərinin 443 kilometri Azərbaycandan, 248 kilometri-Gürcüstandan və 1076 kilometri isə -Türkiyə ərazisindən keçəcək. Kəmər ild 50 mln. ton neft daşıya biləcək. 2003-cü ilin aprelində başlamış inşaat işləri 2004-cü ilin son rübündə başa çatmalıdır. Türkiyənin Ceyhan limanından ilk ilk azərbaycan neftinin ixracı 2005-ci ilin 2-ci rübünə nəzərdə tutulub. BP (30,1%), ARDNŞ (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), ENI (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%), TotalFinaElf (5%) və Amerada Hess (2,36%) BTC ƏİK iştirakçılarıdır.