RUSİYA VERTOLYOT SAVAŞINDA QALİB GƏLİR
BAKI.26.12.2003. MEDİA-PRESS: Türkiyə müdafiə sənayesinin mütəxəssisləri bir daha etiraf ediblər ki, rusiya vertolyotu Ka-50/2 "Erdoqan" bütün göstəricilərinə görə,amerikan vertolyotundan üstündür.
Türkiyə Silahlı Qüvvələrinin modernləşdirilməsi proqramında ATAK adlanan layihə çərçivəsində 145 kəşfiyyat-zərbə vertolyotunun istehsalı əhəmiyətli yer tutur. Ölkə qüvvələrinə döyüş vertolyotu seçmək üçün 2000-ci ildə keçirilmiş hərracda dünyada aparıcı sayılan ABŞ, İngiltərə,Fransa, İtaliyanın aviaşirkətləri iştirak etdilər. Rusiya isə İsraillə birgə hazırladığı Ka-50/2 "Erdoqan" modelini nümayiş etdirirdi.O vaxdan bəri Rusiya modeli daha bir neçə hərrac mərhələsini arxada qoyub. Sonuncu mərhələdə Türkiyə iki variantın- amerikan vertolyotu "Kinq Kobra" və "Erdoqan"ın üzərində dayanıb.
Türkiyə "Milliyət"inin yazdığına görə,Ankarada keçirilən, Türkiyə Müdafiə Sənayesi İdarəsi və ölkə Silahlı qüvvələri rəhbərlərinin , o cümlədən Baş Qərargah rəisinin müavini,ordu generalı İlker Başbuqun iştirak etdikləri brifinqdə mutəxəssislər yenə də ABŞ və Rusiyanın təkliflərini araşdırıblar. Onlar taktiki-texniki parametrləri də daxil, bütün göstəricilər üzrə birinciliyi rusiya maşınına veriblər.
Türkiyə tərəfini cəlb edən həm də budur ki, "Erdoqan" vertolyotlarının istehsalı üzrə birgə Türkiyə-Rusiya-İsrail konsorsiumunun yaradılması qərarına uyğun olaraq, bu maşınları Orta Asiya, Yaxın və Orta Şərq bazarlarında satmaq hüqüqu alır. Vertolyotun elektron ünsürlərinin xeyli hissəsi Türkiyədə istehsal olunacaq. Bu isə o deməkdir ki, ölkə bu sahədə ən müasir texnologiyalara yiyələnəcəkdir. Bundan əlavə, rusiya layihəsi 300 milyon dollar ucuzdur. İclasda xüsusi vurğulanıb ki, buna rəğmən ABŞ öz layihəsinin qiymətini daim qaldırır.
AZƏRBAYCANIN "ŞAH-DƏNİZ" YATAĞININ QAZI AVROPAYA BİR ADDIM DA YAXINLAŞDI
BAKI.26.12.2003. MEDİA-PRESS: 2006-cı ildən Xəzərdəki "Şah-Dəniz" yatağından hasil ediləcək azərbaycan qazı avropa bazarlarına bir addım da yaxınlaşdı."Mavi yanacağ"ı birbaşa Avropaya ötürmək üçün birləşdirici qaz kəmərinin tikilməsinə dair türkiyə-yunanıstan sazişi dekabrın 24-də Ankarada imzalanıb.Sənədi Tyrkiyənin Energetika naziri Hilmi Güler və Yunanıstanın İnkişaf məsələləri üzrə naziri Akis Sohadozopulos imzalayıblar.
Türkiyənin Karaçabey şəhərini Mərəmərə dənizini vasitəsilə Yunanıstanla birləşdirəcək kəmərin uzunluğu 285 km.-dir. Türkiyə ərazisinin 209 kilometrini kəsib-keçən kəmər ölkəyə 80 mln. dollara başa gələcək. Yunanıstan isə öz payına düşən 76 km. üçün $15 mln. xərcləyəcək. Qaz borusunun 2006-cı ilə hazır olacağı planlaşdırılır.
MEDİA-PRESS artıq məlumat verib ki, həmin ilin oktyabrında azərbaycan qazının Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri ilə Türkiyəyə ixracına başlanacaq . Azərbaycan qazı da məhz Ankara və Afinanın təzəcə razılaşdırdıqları kəmərlə Yunanıstana, oradan da Avropanın ayrı ölkələrinə nəql edilə biləcəkdir Yunanıstanın özü Türkiyədən ildə 3 mlrd. kub metr qaz idxal etmək niyyətindədir. Fransa, İtaliya və Balkan ölkələrinin istehlakçıları isə öz idxal imkanlarını müəyyənləşdirməkdədirlər.
Ekspertlərin dəfələrlə qeyd etdikləri kimi, yaxın gələcəkdə Türkiyə və Yunanıstanın qaz sistemlərini birləşdirərək, oradan Avropaya uzanacaq boru ilə ildə 30 mlrd. kub metr qaz ixrac etmək mümkün olacaq. Sonradan haçalanacaq kəmərin bir xətti Fransa, Avstriya və İtaliyadan, digəri isə- Sloveniya, Bosniya-Hesoqovina və Xorvatiya ərazilərindən keçəcək. Xatırladaq ki, BOTAŞ-ın və bəzi avropa qaz şirkətlərinin (Bolqarıstanın - BulqarGaz, Rumıniyanın- Retrom, Macarıstanın-MOL, Avstriyanın- OMV Erdgas GmbH və Transqaz) nümayəndələri qazın Türkiyədən Bolqarıstan və Rumıniya ərazisi ilə Avstriya və Macarıstana nəqli məsələlərini hələ 2002-ci ilin noyabrında Sofiyada müzakirə ediblər. İndi bu planlar , deyəsən, məzmun kəsb etməkdədir.
Bir ay əvvəl MEDİA-PRESS-in verdiyi xəbərə görə, Türkiyədən Avstriyaya qaz ixracı layihəsinin texniki-iqtisadi əsaslandırması 2004-cü ilin sonuna hazır olacaq. Ötən çərşənbə Praqada Avropa Qaz konfransında Econ Gas avstriya qaz şirkətinin icraçı direktoru Verner Ouli belə deyib. Röyter agentliyinin məlumatına görə, icraçı direktor deyib ki, Türkiyənin Azərbaycan və İran qazını öz ərazisindən ötürməklə Avropanın "mavi yanacaq"la təmininə sanballı töhfə verə biləcəyi bu layihədə Econ Gas və türkiyə BOTAŞ-ı ilə yanaşı daha bir neçə şirkət də iştirak edəcək.
Macarıstan, Bolqarıstan və Rumıniya ərazilərindən də keçəcək yeni marşrut ildə təqribən 20 mlrd. kub metr qaz nəql edə biləcək. Verner Ouli haqlı olaraq belə hesab edir ki, investisiyalara gəldikdə, çox şey movcud qaz-nəqliyyat şəbəkəsini yeni marşruta qoşmağın nə dərəcədə mümkünlüyündən asılı olacaqdır. O həmçinin qeyd edib ki,yeni kəmər avropalı istehlakçılara imkan verərdi ki, rus qazı ilə yanaşı alternativ "mavi yanacaq" mənbələrindən də istifadə etsinlər.
Beynəlxalq Energetika Agentliyinin (BEA) proqnozuna görə, Avropada yaxın 30 ildə qaz istehlakı təqribən ikiqat artacaq. Məhz bu səbəbdəndir ki, gələcəkdə yanacaqsız qalmamaq uğrunda mübarizə getdtkcə qızışır. Əsas ixracçılar siyahısına kimin düşəcəyi hələ bəlli deyil. Müqavilələr üzrə aldığı qazın həcminin gerçək tələbatını üstələdiyi Türkiyə də, yanacağın bu növünün ehtiyatlarına görə dünya ikincisi İran da , qazı Yunanıstan ərazisindən Avropaya ixrac etmək əzmindədirlər. Azərbaycan və Türkmənistanın da belə niyyətləri var. Biz, əlbəttə ki, hələ Rusiyanı və hətta Ukraynanı demirik..Yunanıstan da regional qaz qovşağına qoşulmaq niyyətini dəfələrlə bildirib.
Hər şeydən görünür ki, Türkiyə neft-qaz tranziti ölkəsinə çevrilmək səylərini artırır və Azərbaycan bu işdə onun strateji tərəfdaşıdır . Ankara Azərbaycanın nəhəng "Şah-dəniz" yatağından başlayan. Sonra Gürcüstandan keçərək türkiyə Ərzurumuna, oradan da Ankaraya uzanacaq qaz borusunun çəkilişində fəal iştirak etmək səyini dəfələrlə bildirib. Bu xətti 2008-ci ildən sonra İstanbula , oradan da Bolqarıstana kimi uzatmaq planlaşdırılır.
YDQQ "DƏDƏ QORQUD" "QƏRBİ AZƏRİ" YATAĞINA QAYIDIB
BAKI.10.12.2003. MEDİA-PRESS: "Dədə Qorqud" yarımdalma qazma qurğusu (YDQQ) "Mərkəzi Azəri"də iki istismar quyusunun açıq lülələrinin çınqılla doldurulması işlərini başa çatdırdıqdan sonra, yenidən "Qərbi Azəri" yatağına gətirilib.
Dövlət Neft Şirkətində (ARDNŞ) Media-Pressə bildiriblər ki,bu, "Qərbi Azəri"də ( orada avqustda gözlənilmədiyi halda 9 qabaqlayıcı quyunun qazma sütunları sürüşmüşdü) geotexniki tədqiqatların davam etdirilməsi ilə bağlıdır. Yataqda 4 min metr qazma işləri görülmüşdü. İndi mütəxəssislər olayın səbəblərini anlamaq üçün 5 geotexniki quyu qazıblar və daha ikisini də qazacaqlar ( 4-cü dövr süxurlarınadək).
Bu tədqiqatları YDQQ "Dədə Qorqud" vasitəsi ilə AzeriFügro birgə müəssisəsi aparır.Tədqiqatın nəticələri mütəxəssislərə imkan verəcək ki, sütünların sürüşməsi səbəblərini anlamaqla yanaşı,paket qazmasının davamı üçün yeni nöqtəni də müəyyənləşdirsinlər.Artıq bəllidir ki, sürüşmədə qazma podratçısının günahı yoxdur, qazma avadanlığı da qaydasında olub. Başlıca səbəb- geoloji amildir.
"Qərbi Azəri"də təkrar qazma 5 aydan sonra başlayacaq. O vaxtadək buruda yeni dayaq plitəsi ( tava daşı) quraşdırılacaq. Bu tava daşının titkintisi və quraşdırılmasının qiyməti köhnə plitənin qaldırılıb yeni yerə aparılması ilə başa-baş gələr. BP şirkəti iddia edir ki, bu, layihənin reallaşması müddətinə mənfi təsir göstərməyəcək, çünki bütün işlər cədvəli qabaqlamaqla aparılıb.
Geotexniki tədqiqatlar başa çatdıqdan sonra YDQQ "Şərqi Azəri"yə aparılacaq. 2004-cü ilin axırına kimi orada 6 qabaqlayıcı quyu qazılacaqdır. Yalnız bundan sonra ilin sonunda və ya 2005-ci ilin əvvəlində "Dədə Qorqud" "Şərqi Azəri"dən "Qərbi Azəri"yə aparılacaq. Orada da işlər başa çatandan sonar YDQQ daha 5 qabaqlayıcı quyunun qazma işlərini davam etdirmək üçün yenə də "Şərqi Azəri"yə qaytarılacaq.
"ŞAH-DƏNİZ"YATAĞINDA 4-CÜ QABAQLAYICI QUYU QAZILA BİLƏR
BAKI.26.12.2003. MEDİA-PRESS: BP-Azeribaijan şirkəti Xəzərin azərbaycan şelfində yerləşən "Şah-Dəniz" qaz-kondensat yatağında 4-cü qabaqlayıcı quyu qazmaq niyyətindədir. Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndəsi Media-Pressə bu haqda məlumatında əvvəlcə üç belə quyunun qazılmalı olduğunu xatırladaraq ," dördüncünün də qazılması ehtimalının olduğunu, son qərarın 3-cü qabaqlayıcı quyuda qazma başa çatdıqdan sonra qəbul ediləcəyini" deyib.
İndi yataqda 2-ci qabaqlayıcı quyunun 6300 metri ( layihəyə görə 6610 m.) arxada qalıb. Qazmanın yanvarda bitəcəyi gözlənilir. Bundan dərhal sonra 3-cü qabaqlayıcı quyunun qazılmasına başlanacaq və işlər 6 ay sürəcəkdir.
"Şah-Dəniz" yatağında qabaqlayıcı qazma proqramı 3 quyu qazılmasını nəzərdə tutur. Dəyəri 3,2 mlrd. dollar olan "Şah-Dəniz" qaz- kondensat yatağının işlənməsinin "1-ci mərhələsi" dərinliyin 105 metr olduğu məntəqədə 15 quyu qazılması üçün platforma quraşdırılmasını, bu platformadan Səngəçal terminalına kimi uzunluğu 100 kilometrə çatan 2 paralel sualtı boru çəkilməsini, həmçinin Bakı-Tbilisi-Ərzurum istiqamətində Cənubi Qafqaz qaz xəttinin tikilməsini nəzərdə tutur. Yataqdan ilk qazın 2006-cı ilin oratlarında çıxarılacağı planlaşdırılıb.
"1-ci mərhələ" çərçivəsində 178 mlrd. kub metr qaz və 34 mln. ton kondensat çıxarılmalıdır. Ən optimal istixrac dövründə qaz hasilatı ildə 8,4 mlrd. kub metrə, qaz kondensatı isə- 2 mln. tona çatacaq. Yatağın işlənməsinin sonrakı mərhələlərində illik qaz hasilatı 16 mlrd. kub metrə yaxın olacaq.
"BP (25,5%), Statoil (25,5%), ARDNŞ (10%), LUKAgip (10%), OIEC (10%), TotalFinaElf (10%) və TPAO (9%) "Şah-Dəniz" layihəsinin iştirakçılarıdır.
Bu yatağın ehtiyatları 1 trln. kub metr civarındadır.
BİR İLDƏ AZƏRBAYCANDA NEFT MƏHSULLARI İSTEHSALI 4,07% AZALIB
BAKI.26.12.2003. MEDİA-PRESS: Bu ilin 11 ayında Azərbaycanda 5,236 mln. ton neft məhsulları istehsal edilib. Bu, ötən ilin eyni dövründən 4,07% azdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2,1482 mln. ton mazut (8,9% az ), 1,4567 mln. ton dizel yanacağı (0,5% az ) istehsal edilib, ağ neft hazırlanması da 1% düşüb ( 587,5 min ton), vur-tut 20,6 min ton neft koksu ( azalma-67,8%) buraxılıb.
Bununla belə, 11 ayda avtomobil benzini buraxılışı 14,8% (istehsal-649,3 min ton olub), neft bitumu -53,4 %( 76,1 min ton), sürtgü yağları- 25,8%(24,4 min ton ) və sənaye üçün texniki benzin -13,2% ( 257,7 min ton) artıb.
Azərbaycanda 2 emal zavodu var. "Azərneftyağ" sürtgü yağlları və sair ağır neft məhsulları ( illik gücü- 14 mln. tondur), "Azərneftyanacaq" isə yüngül neft məüsulları ( avtomobil, təyyarə benzinləri və s.) buraxır ( istehsal gücü- 8 mln. tondur ).Hazırda hər iki müəssisə öz gücünün 35 faizi ilə işləsə də, ölkənin. Benzinə, dizel yanacağına, təyyarə yanacağına , sürtgü yağları və s. olan tələbatını tam ödəyir.
Gələn il ¹Azərneft-yağ" zavodunda dizel və təyyarə yanacaqlarını təmizləyən iki yeni qurğy tikilməsi planlaşdırılır.
Zavodda qələvilər vasitəsi ilə təmizlənən dizel yanacağı avropalı müştəriləri qane etmir. Onlar bizim məhsulu yarımfabrikat kimi alıb təkrar emal edirlər ki,bu da məhsulun ilkin qiymətinə mənfi təsir göstərir. Nəzərə alınmalıdır ki, zavodun əsas ixrac məhsulu da məhz dizel yanacağıdır. Məsələn, bu ilin 10 ayında müəssisəin ixrac etdiyi 712, 194 min ton neft məhsullarının 569,227 min tonunu dizel yanacağı təşkil edib.
Yeni hidrotəmizləmə qurğuları ildə 2 mln. ton dizel və 600 min ton təyyarə yanacağı emal etmək gücündədir. ABŞ və Yaponiya şirkətləri layihəyə maraq göstərirlər.
TƏHLİLÇİLƏR GƏLƏN İL NEFTİN QİYMƏTLƏRİNƏ FƏRQLİ PROQNOZ VERİRLƏR
BAKI.26.12.2003. MEDİA-PRESS: Aparıcı analitik agentliklərin ekspertləri 2004-cu ildə neftin qiymətləri barədə yekdil fikrə malik deyillər.Bu,ilk növbədə qiymətin dəqiqliyinə yox,dəyişmə təmayülünə aiddir.
Bloomberq agentliyinin təhlilçilərinə görə, İraqda və OPEK üzvü olmayan ölkələrdə (əsasən Rusiyada) hasilatın artması ilə bağlı neftin qiymətləri 13% düşəcək.. Centre for Global Energy Studies-in icraçı direktorunun müavini Leo Drollas hesab edir ki, 2004-cü ildə neftin qiymətinin cüzi düşəcəyi ehtimal olunandır.
Xatırladaq ki,ötən həftə neftin fyuçersləri son 9 ayda rekord səviyyəyə qalxıb - Nyu-York birjasınada bir barrel -$33, London birjasında isə- 30 dollardan yuxarı olub.
Bloomberqə görə,gələn il bir barrelin orta qiyməti $25,53 ( bu il-$28,45) təşkil edəcək. Təhlilçilər gələn ilin ilk rübündə Brent markalı neftin qiymətini $27,39 səviyyəsində proqnozlaşdırırlar.
London Morqan Stanleyi-nin mütəxəssisi İren Ximon bu ilki neft bazarının sabit olmadığını deyir.Martın əvvəlində Nyu-York hərracında bir barrel nenft 38 dollara qalxıb, ABŞ-ın İraq əməliyyatının uğuru ilə bağlı həmin ayın axırında təqribən $ 10 düşüb, ardınca isə OPEK ölkələrinin neft hasilatını azaltmaq təhlükəsi yarandıqda, qiymətlər yenidən bahalaşıb. İEA-nın (Beynəlxalq Energetika Agentliyinin) proqnozlarına görə,OPEK-ə üzv olmayan ölkələrdə, xüsusən Rusiyada,2004-cü ildə gündəlik hasilat 1,5 mln. barrel artacağı halda, dünyada neftə gündəlik tələbat cəmisi 1,2 mln. barrel yüksəçləcək.
Təhlilçilərin çoxunun proqnozuna görə,OPEK-in Əlcəzairdə 10 fevral görüşündə ehtimal ki, istixrac kvotasının cari gündəlik səviyyəsi ( 24,5 mln. barrel ) 1 mln. barrel azaldılacaq. Ancaq bəllidir ki, Kartel üzvləri özlərinin müəyyənləşdirdikləri kvotaya o qədər də əməl etmirlər. Petrologisties isveç konsaltinq şirkətinin məlumatına görə, OPEK üzvləri dekabrda gündəlik kvotanı 1,34 mln. barrel aşıblar. İraq da daxil, Kartelin 11 ölkəsi dekabrda gündə 27, 74 mln. barrel neft hasil edirlər.Bu isə noyabrdakından (27,68 mln.) 60 min barrel çoxdur.
İraqı çıxsaq, neft istixracı üzrə kvota sazişində iştirak edən OPEK-in 10 ölkəsinin dekabrda gündəlik hasilatı 25,84 mln. barrel olub ki, bu da noyabrın gündəlik istixracından (25,93 mln. barrel) 90 min barrel, qurumun özünün noyabrın 1-dən müəyyənləşdirdiyi kvotadan ( 24,5 mln. barrel) 1,34 mln. barrel artıqdır. Hətta bu amili nəzərə alan bəzi ekspertlər hesab edirlər ki,neft bahalaşmasa da, qiyməti yüksək olaraq qalacaq və səbəbini Çində yanacaq istehlakının artmasındə görürlər. Dünya neft bazarının üç ən iri oyunçusundan biri sayılan Çin idxalı artırır. Oktyabrla müqayisədə ölkə noyabrda 10 % artıq neft idxal edib -7,64 mln. ton. Çin gömrükünün məlumatına görə , 11 ayda neft idxalı üçdə bir artaraq, 82 mln. tona yaxın olub.Təhlilçilərin fikrincə, Çinin artan tələbatı gələn il də neftin qiymətini düşməyə qoymayacaq.
Petroleum Arqus agentliyinin məlumatına görə, özy gündə 3,4 mln. barrelə yaxın neft hasil edən , dünya bazarlarından isə hər gün orta hesabla 1,5 mln.barrel satın alan Çin neft idxalına görə dünya üçüncüsüdür. Yaponiyanın idxal və istehlakı gündə 4 mln. barrelə yaxındır. Dünyada neftin ən böyük istehlakçısı - ABŞ isə gündə orta hesabla 10 mln. barrel idxal edir, bir halda ki, özünün gündəlik hasilatı 5,7 mln. barreldir. Təhlilçilərin uzaqgörənlinə inansaq, Çinin neft idxalı gələn il də artacaq və bu ölkə artıq bir neçə ildən sonra Yaponiyanı arxada qoyaraq idxal üzrə dünya ikincisinə çevriləcək. Deutsehe Bankdan Cey Sonders qeyd edir ki, Çində neftə olan görünməmiş tələbat dünya qiymətlərinin artımına təsir göstərən əsas amillərdən biridir.
AZƏRBAYCAN ETC ALKAN LTD İRAQ VƏ İRANA KİMYƏVİ REAGENTLƏR İXRAC ETMƏK İSTƏYİR
BAKI.26.12.2003. MEDİA-PRESS: Azərbaycan Elmi-Texniki cəmiyyəti ( ETC) Alkan Ltd. Neftin istixracı və nəqlində işlədilən kimyəvi maddələri İraq və İrana göndərmək niyyətindədir.Şirkətin baş direktoru Aydın Həsənovun bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə verdiyi məlumata görə, ETC İraqın ehtiyaclarının ödənilməsi üçün kimyəvi reagentlər göndərməklə İraqın neft sənayesinin bərpasında iştirak etməyi planlaşdırır.
O deyib:"Biz müharibədən qabaq İraqda işləmişik: ölkənin neft yataqlarında reagentləri sınaqdan çıxarmaq üçün BMT-nin "Neft əvəzinə ərzaq" proqramı xətti ilə orada çalışmışıq.
A.Həsənovun sözlərinə görə, Alkan Ltd bu işin öhdəsindən uğurla gəldiyi üçün reagentlər ixracı üzrə tenderə dəvət alsa da, başlanmış müharibə əməkdaşlığımıza son qoydu.
"İndi biz bu işi İraqın neft yataqlarının bərpası proqramı üzrə bərpa etmək istəyirik". Sitatın sonu. Media-Pressin xəbər verdiyi kimi, ABŞ Dövlət Departamenti Azərbaycanı da İraqda bərpa işlərində iştirak etməli olan ölkələr sırasına daxil edib.
Bundan başqa Alkan Ltd 2004-cü ildə İranın boru xətləri üçün kimyəvi reagentlər göndərilməsini də davam etdirəcəkdir. " Neftin borularla axıdılması üçün nəzərdə tutulan yeni reagentimiz bu il İranda sınaqda çıxıb və qoşumuz gələn il bu məşsulumuzu almağı planlaşdırır." Sitatın sonu.
ETC rəhbərinin sözlərinə görə, İranda Azərbaycana nisbətən 25 dəfə artıq neft hasil edildiyinə görə, Alkan Ltd bu ölkənin bazarına böyük maraq göstərir. Bu bazarın 15 faizini biz artıq mənimsəmişik və bu sahədə fəaliyyətimizi daha da artırmaq istəyirik.
ETC-nin tətbiq etdiyi kimyəvi reagentlərdən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin buraxılış gücünü artırmaq üçün də istifadə etmək olar. ETC Alkan Ltd rəhbəri Aydın Həsənov belə deyib.
Azərbaycan Elmi-Texniki cəmiyyəti ( ETC) Alkan Ltd. Neftin istixracı və nəqlində işlədilən kimyəvi maddələri İraq və İrana göndərmək niyyətindədir.Şirkətin baş direktoru Aydın Həsənovun bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə verdiyi məlumata görə, ETC İraqın ehtiyaclarının ödənilməsi üçün kimyəvi reagentlər göndərməklə İraqın neft sənayesinin bərpasında iştirak etməyi planlaşdırır.
O deyib:"Biz müharibədən qabaq İraqda işləmişik: ölkənin neft yataqlarında reagentləri sınaqdan çıxarmaq üçün BMT-nin "Neft əvəzinə ərzaq" proqramı xətti ilə orada çalışmışıq.
A.Həsənovun sözlərinə görə, Alkan Ltd bu işin öhdəsindən uğurla gəldiyi üçün reagentlər ixracı üzrə tenderə dəvət alsa da, başlanmış müharibə əməkdaşlığımıza son qoydu.
"İndi biz bu işi İraqın neft yataqlarının bərpası proqramı üzrə bərpa etmək istəyirik". Sitatın sonu. Media-Pressin xəbər verdiyi kimi, ABŞ Dövlət Departamenti Azərbaycanı da İraqda bərpa işlərində iştirak etməli olan ölkələr sırasına daxil edib.
Bundan başqa Alkan Ltd 2004-cü ildə İranın boru xətləri üçün kimyəvi reagentlər göndərilməsini də davam etdirəcəkdir. " Neftin borularla axıdılması üçün nəzərdə tutulan yeni reagentimiz bu il İranda sınaqda çıxıb və qoşumuz gələn il bu məşsulumuzu almağı planlaşdırır." Sitatın sonu.
ETC rəhbərinin sözlərinə görə, İranda Azərbaycana nisbətən 25 dəfə artıq neft hasil edildiyinə görə, Alkan Ltd bu ölkənin bazarına böyük maraq göstərir. Bu bazarın 15 faizini biz artıq mənimsəmişik və bu sahədə fəaliyyətimizi daha da artırmaq istəyirik.
ETC-nin tətbiq etdiyi kimyəvi reagentlərdən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin buraxılış gücünü artırmaq üçün də istifadə etmək olar. ETC Alkan Ltd rəhbəri Aydın Həsənov belə deyib.
Məhdud məsuliyyətli bu müəssisə 1994-cü ildə yaradılı Şirkət yeni kimyəvi texnologiyalar yaradılması, kimyəvi reagentlərin istehsalı və tətbiqi üzrə elmi-tədqiqat işlərində ixtisaslaşıb. Alkan Ltd ildə 18-22 min ton belə məhsul istehsal dir.
Məhdud məsuliyyətli bu müəssisə 1994-cü ildə yaradılı Şirkət yeni kimyəvi texnologiyalar yaradılması, kimyəvi reagentlərin istehsalı və tətbiqi üzrə elmi-tədqiqat işlərində ixtisaslaşıb. Alkan Ltd ildə 18-22 min ton belə məhsul istehsal dir.
BP-AZERBAİJAN VƏ ONUN RESPUBLİKAMIZDAKI TƏRƏFDAŞLARI 2003-CÜ İLDƏ ÖLKƏMİZİN SOSİAL SAHƏSİNƏ $4,525 MLN. SƏRMAYƏ QOYUBLAR
BAKI.26.12.2003. MEDİA-PRESS: 2003-cü ildə BP-Azerbaijan və tərəfdaşları bütün layihələr üzrə respublikada sosial sahəyə $4,525 milyon sərmayə qoyublar. Sahənin maliyələşdirilməsi vəsaitin bir növ əhaliyə xərclənməsidir. Ayrı sözlə desək, BP və tərəfdaşları idarə etdikləri obyektlərin ətrafında yaşayan yerli camaata köməklik göstərirlər. Əsas məqsəd yeni iş yerləri açmaq, infrastrukturu yaxşılaşdırmaq, səhiyyə və təhsil obyektləri tikmək və ya təmir etmək, texniki yardımlarla kiçik və orta biznesin inkişafına, yeni imkanlar açılmasına kömək etməkdir.
Beləki, 2003-cü ildə Səngəçal ("Azəri" layihəsi çərçivəsində) əhalisinə $1,3 milyon, Bakı-Tbilisi-Ceyhan Əsas İxrac kəməri (BTC ƏİK) və Bakı-Tbilisi-Ərzurum ixrac qaz kəməri (BTƏ İQK) boyunca yaşayanlara-$ 2,6 milyon, Bakı-Novorossiysk kəməri (BNK) ətrafındakı əhaliyə $105 min, həmçinin respublikanın digər rayonlarında sosial sahəyə- $ 520 min investisiya qoyulub.
2003-cü ildə kiçik və orta biznesin yerli müəssisələrinin inkişafına xərcləri keçən illə müqayisədə 50 % artırmaq planlaşdırılsa da, məsarif bu göstəricinin azı iki dəfə çox olacağını göstərir.
AZƏRBAYCAN İQTİSADİYYATINA 11 AYDA 3,190 TRLN. MANAT KREDİT YÖNƏLDİLİB
BAKI.26.12.2003. MEDİA-PRESS: Azərbaycan Milli Bankının (AMK) mətbuat xidmətində Media-Pressə verilən məlumata görə,bu ilin 11 ayında ölkə iqtisadiyyatına 3,190 trln. manat ( 4922 manat= 1$) kredit yönəldilib. Bunun 2,376 trilyonu qısamüddətli, 814 milyardı- uzunmüddətlidir.
11 ayda iqtisadiyyatın ayrı-ayrı sahələrinə kredit qoyuluşu belədir: ticarət və xidmətlərə-20,49%, nəqliyyat və rabitəyə-13,86%, energetika və təbii ehtiyatların işlənməsinə-3,12%, aqrar bölməyə - 7,34%, ağır və yüngül sənayeyə-8,26%, tikintiyə -7,49%, fiziki şəxslərə kreditlərə -27,55% və dövlət idarəçiliyinə-6,53%.
AZƏRBAYCAN BANKLARININ NİZAMNAMƏ KAPİTALI 728,1 MLRD. MANATA ÇATIB
BAKI.26.12.2003. MEDİA-PRESS: 2003-cü il dekabrın 1-ə azərbaycan banklarının Nizamnamə kapitalı (NK) 728,1 mlrd. manat olub və bu, yanvarın 1-ə nisbətən 13,61% çoxdur. Milli Bankın məlumatına görə,bu məbləğin 81 milyardı -dövlət banklarının,647,1 milyardı isə - özəl bankların payına düşür (4922 man.=1$).
Xarici bankların iştirakı ilə bankların NK-ı 282,2 mlrd. manat və ya ölkənin bütün banklarının NK-nın 38,7 faizini təşkil edir. Hər bankın payına orta hesabla 15,8 mlrd. manat düşür.
2003-cü il dekabrın 1-ə Azərbaycanda 46 bank olub. 17 bankda xarici kapital da iştirak edir. Onların 4-də xarici kapitalın həcmi -50-100 % arasındadır,11 bankda bu faiz 50 %-dən aşağıdır.İki bank isə qeyri-rezident bankların filialıdır.
DEKABRIN 1-Ə AZƏRBAYCAN BANKLARI 2,737 TRLN. MANAT CƏLB EDİB
BAKI.26.12.2003. MEDİA-PRESS: 2003-cü il dekabrın 1-ə azərbaycan banklarının cəlb etdikləri vəsait və depozitlərin həcmi- 2,737 trln. manat ( 4922 man.= 1$) təşkil edib. Bu, cari il yanvarın 1-ə nisbətən 17,53% çoxdur.Bu məbləğin 492, 9 mlrd. manatı milli valyuta, 2, 244 trln. manatı (81, 9 faizi ) isə xarici valyutadır.
Fiziki şəxslərin banklardakı əmanətləri 1,174 trln. manat olub ki, bu da yanvarın əvvəli ilə müqayisədə 34,66% çoxdur. Hüquqi şəxslərin depozitləri -1,563 trln. manat təşkil dib. Artım-4,73 faizdir.