AZƏRBAYCAN ƏHALİSİNİN BANKLARA ETİMADI BƏRPA EDİLİB

BAKI.29.12.2003. MEDİA-PRESS: Bank sektoruna azərbaycan əhalisinin etimadı əsasən bərpa olunub. "İnterfaks-Azərbaycan" agentliyinə müsahibəsində Milli Bankın İdarə heyətinin sədri Elman Rüstəmov belə deyib.
O qeyd edib ki, SSRİ dağıldıqdan sonra, pulları Əmanətbankda qalmış əhalinin banklara etimadı sarsılmışdı,Həm də ona gör ki, əmanətlərin indeksasiyası və ödənişi məsələləri hələ də həllini tapmayıb.
O deyib: "Bank sistemində son 8 ildə baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri camaatın banklara etimadının bərpa olunduğunu göstərir. Bu müddətdə banklarda əmanətlərin həcmi 16 dəhə artıb. 2003-cü ilin yekununa görə, əhalinin banklardakı əmanətlərinin həcminin 1,2 trln. manata ($ 240 milyondan çox) çatacağı gözlənilir. Bu ilin 11 ayında banklarda əhalinin əmanətlərinin həcmi 54 % artıb. ARDNŞ-İN "ŞİMAL MARŞRUTU" İLƏ İXRAC EDİLƏN NEFTİNİN 2004-CÜ İLDƏKİ İKİNCİ MÜŞTƏRİSİ GLENKORE İSVEÇ ŞİRKƏTİDİR

BAKI.29.12.2003. MEDİA-PRESS: Dövlət Neft Şirkətinin (ARDNŞ)2004-cü ilin yanvarında Bakı-Novıorossiysk kəməri ilə ixrac edəcəyi neftinin 2-ci partiyasını İsveçin Glenkore şirkəti alıb. ARDNŞ-in Marketinq və İqtisadi əməliyyatlar idarəsi (MİƏİ) səlahiyyətlisinin Media-Pressə verdiyi məlumata görə, Glenkore 80 min ton nefti almaq üçün keçirilmiş tenderin qalibidir.Bu neft Novorossiyskdən yanvarın 26-27-də yola salınacaq. Qeyd edə ki, gələn ilin yanvarında ARDNŞ "şimal marşrutu" ilə 210 min ton neft axıtmağı planlaşdırır. ARDNŞ Bakı-Novorossiysk marşrutu ilə 2004-cü ilin ixrac həcmini də bu ilki kimi 2,5 mln. ton səviyyəsində təsdiq edib. 1999-cu ilin yanvarında imzalanmış neftin ixracına dair hökumətlərarası rusiya-azərbaycan sazişinə görə, tərəflərdən biri müddət başa çatana yarım il qalmış qarşı tərəfə etirazını bildirməsə, onun müddəti hər il avtomatik uzadılır. Hər 5 ildən bir isə tərəflər qarşılıqlı razılıq əsasındə sazişə düzəliş edə bilərlər. 1997-ci ilin 25 oktyabrında istismara verilmiş Bakı-Novorossiysk kəməri ilə ARDNŞ hər il 2,5 mln. ton neft ixrac edir və bu zaman boru ilə hər tonun axıdılması şirkətə 15,67 dollara ( Bakı -Supsa ilə -2,7 dollara!) başa gəlir. 11 AYDA RESPUBLİKANIN EMAL ZAVODLARI DAXALİ BAZARDA 3,5204 MLN. TON NEFT MƏHSULLARI SATIB

BAKI.29.12.2003. MEDİA-PRESS: Bu ilin 11 ayında Azərbaycanın emal zavodları daxili bazarda 3,5204 mln. ton neft məhsulları satıb ki, bu da 2002-ci ilə nisbətən 22,9% çoxdur.
Dövlət Statistika komitəsinin məlumatına görə, satılan məhsulun 58 faizini - soba mazutu,12 faizini- dizel yanacağı, 13 faizini- avtomobil benzini və 13 faizini - təyarə yanacağı təşkil edib.
Yerli bazarda realizə edilmiş təyyarə yanacağı və ağ neftinin 27 faizi -"Azərbaycan Hava Yolları" Dövlət Konserninə, motor yağının 98, 4 faizi, soba yanacağının 73,3 faizi və motor yağlarının 31,3 faizi- Xəzər Dəniz Gəmiçiliyi idarəsinə, soba mazutunun 93,4 faizi isə- "Azərenerji" SC-yə satılıb. BAKIDA QAZ SAYĞACLARININ QURAŞDIRILMASI 2004-CÜ İLDƏ BAŞA ÇATACAQ

BAKI.29.12.2003. MEDİA-PRESS: Bakıda Ümumdünya Bankının (ÜB) "Azərbaycanın qaz sisteminin reabilitasiyası" layihəsi çərçivəsində qaz sayğaclarının quraşdırılmasını 2004-cü ildə başa çatdırmaq planlaşdırılır. "Bakqaz" İstehsalat Birliyi ( İB ) nümayəndəsinin "İnterfaks-Azərbaycan" agentliyinə bu barədə məlumatında qeyd olunur ki," proqramla nəzərdə tutulan 43 min məişət qaz sayğacının hələlik 10 mini quraşdırılıb.Əvvəllər bu iş ləng gedirdi. İndi əhali sayğacların sərfəli olduğunu bildikləri üçün, işlər sürətlənib.ÜB layihəsi çərçivəsində İB ELSTER alman şirkətindən 55 min sayğac ( bunun 12 min ədədi respublikanın rayonları üçündür) satın alıb. Cihazlar evlərdə pulsuz quraşdırılır. ÜB layihəsinin realizəsinə ayrılmış ( $20,2 mln. ) qrant çərçivəsində "Azəriqaz"ın qənaət etdiyi vəsaitə alınıb. BAKIDA QAZ SAYĞACLARININ QURAŞDIRILMASI 2004-CÜ İLDƏ BAŞA ÇATACAQ

BAKI.29.12.2003. MEDİA-PRESS: Bakıda Ümumdünya Bankının (ÜB) "Azərbaycanın qaz sisteminin reabilitasiyası" layihəsi çərçivəsində qaz sayğaclarının quraşdırılmasını 2004-cü ildə başa çatdırmaq planlaşdırılır. "Bakqaz" İstehsalat Birliyi ( İB ) nümayəndəsinin "İnterfaks-Azərbaycan" agentliyinə bu barədə məlumatında qeyd olunur ki," proqramla nəzərdə tutulan 43 min məişət qaz sayğacının hələlik 10 mini quraşdırılıb.Əvvəllər bu iş ləng gedirdi. İndi əhali sayğacların sərfəli olduğunu bildikləri üçün, işlər sürətlənib.ÜB layihəsi çərçivəsində İB ELSTER alman şirkətindən 55 min sayğac ( bunun 12 min ədədi respublikanın rayonları üçündür) satın alıb. Cihazlar evlərdə pulsuz quraşdırılır. ÜB layihəsinin realizəsinə ayrılmış ( $20,2 mln. ) qrant çərçivəsində "Azəriqaz"ın qənaət etdiyi vəsaitə alınıb. İRAN XƏZƏRİN BƏRABƏR BÖLGÜSÜNƏ ÜMİDLİDİR

BAKI.29.12.2003. MEDİA-PRESS: İran Xəzərin bərabər payla bölünməsinə dənizyanı ölkələrin razılığını alacağına ümidini itirmir. Xəzərin statusu üzrə danışıqlarda İranın xüsusi nümayəndəsi Mehdi Səfərinin ölkəsinin "Baztab" internet-saytına müsahibəsindən bu qənaətə gəlmək olar.Xəzərin hüquqi statusu üzrə sazişlərin 5-tərəfli formatdan az tərkibdə imzalana bilməsinə dair yazıların elə həmin saytda dərci müsahibənin verilməsinə səbəb olub. "Baztab" bu xəbərin ölkə rəhbərliyi, mütəxəssislər arasında və cəmiyyətdə narahatlıq doğurduğunu yazır. Müsahibə zamanı Mehdi Səfəriyə sual verilib ki " Xəzər SSRİ dövründə dövlətləri bir-birindən ayıran Həsənqulu-Astara xətti üzrə bölünərsə, İrana dənizdən nə qədər pay düşəcək?" Sualı cavablandıran m.Səfəri deyib ki, Xəzər SSRİ ilə İran arasında bölünməmişdi. Təəssüf ki, bəzi iran mütəxəssisləri və mətbuatının da xatırlatdıqları bu xətt barədə söz-söhbələrin heç bir əsası yoxdur. Müştərək istifadədə olan dənizlərin bölüşdürülməsinə dair danışıqlar heç də asan keçmir və vəziyyət tez-tez dəyişir.Bu,sahil xətlərində iki son sərhəd nöqtəsini birləşdirən düz xətlərə də aiddir. 2001-ci ilədəkəslində İranın dənizin bölüşdürülməsinə dair elmi cəhətdən əsaslandırılmış heç bir modeli yox idi. İranın sahil xəttinin özünəməxsusluğu səbəbindən Xəzərin düz xətlə (Həsənqulu-Astara xətti üzrə) zamanı bizə ən az pay, təqribən 11% düşəcək. M.Səfərinin fikrincə, belə bölgü tərzi elmi yanaşmaya əsaslanan mövcud təcrübəyə uyğun gəlmir. Onun dediyinə görə, bölgü zamanı maksimum pay ala bilən qalan Xəzəryanı ölkələr bu bölgünü dəstəkləyir. O məlumat verib ki, dənizlərin bölüşdürülməsi üzrə dünyada mövcud olmuş halları araşdırmaq üçün iki il öncə təcrübəli ekspertlər qrupu yaradıldı.İran elmi əsaslandırılmış model tapa bildi. Bu modeli müvafiq danışıqların iştirakçısı olmuş ölkələr də bəyənib. Belə ki Şimal dənizə bu modelə əsasən Fransa, Danimarka və Almaniya arasında bölünüb.M. Səfərinin əqidəsincə, bu model Xəzərin bölgüsündə tətbiq olunarsa, İrana 19,7 faizdən 20,3 faizədək pay düşə bilər. Əlbəttə, bu variantı Xəzəryanı dövlətlər tam bəyənməsələr də,iran diplomatının iddiasına görə,ümumən razılaşdılar və hətta əsasını iran modeli təşkil edən variantlarını təklif etdilər. İran da öz növbəsində variantının xeyrinə dəlillər gətirməkdədir. Mehdi Səfərideyib: "Əhəmiyyətlisi budur ki, illərlə davam edən danışıqlarla müqayisədə az müddət olan son 2 ildə biz İrana 11 % pay düşməlidir deyən sahilyanı ölkələrin mövqeini dəyişdirə bilmişik. Danışıqlar bu yöndə davam edərsə, biz Xəzərdən İrana 20-faizlik pay düşməsinə onların razılığını ala biləcəyik".
İran Xəzərin bərabər payla bölünməsinə dənizyanı ölkələrin razılığını alacağına ümidini itirmir. Xəzərin statusu üzrə danışıqlarda İranın xüsusi nümayəndəsi Mehdi Səfərinin ölkəsinin "Baztab" internet-saytına müsahibəsindən bu qənaətə gəlmək olar.Xəzərin hüquqi statusu üzrə sazişlərin 5-tərəfli formatdan az tərkibdə imzalana bilməsinə dair yazıların elə həmin saytda dərci müsahibənin verilməsinə səbəb olub. "Baztab" bu xəbərin ölkə rəhbərliyi, mütəxəssislər arasında və cəmiyyətdə narahatlıq doğurduğunu yazır.
Müsahibə zamanı Mehdi Səfəriyə sual verilib ki " Xəzər SSRİ dövründə dövlətləri bir-birindən ayıran Həsənqulu-Astara xətti üzrə bölünərsə, İrana dənizdən nə qədər pay düşəcək?"
Sualı cavablandıran m.Səfəri deyib ki, Xəzər SSRİ ilə İran arasında bölünməmişdi. Təəssüf ki, bəzi iran mütəxəssisləri və mətbuatının da xatırlatdıqları bu xətt barədə söz-söhbələrin heç bir əsası yoxdur. Müştərək istifadədə olan dənizlərin bölüşdürülməsinə dair danışıqlar heç də asan keçmir və vəziyyət tez-tez dəyişir.Bu,sahil xətlərində iki son sərhəd nöqtəsini birləşdirən düz xətlərə də aiddir. 2001-ci ilədəkəslində İranın dənizin bölüşdürülməsinə dair elmi cəhətdən əsaslandırılmış heç bir modeli yox idi. İranın sahil xəttinin özünəməxsusluğu səbəbindən Xəzərin düz xətlə (Həsənqulu-Astara xətti üzrə) zamanı bizə ən az pay, təqribən 11% düşəcək. M.Səfərinin fikrincə, belə bölgü tərzi elmi yanaşmaya əsaslanan mövcud təcrübəyə uyğun gəlmir. Onun dediyinə görə, bölgü zamanı maksimum pay ala bilən qalan Xəzəryanı ölkələr bu bölgünü dəstəkləyir.
O məlumat verib ki, dənizlərin bölüşdürülməsi üzrə dünyada mövcud olmuş halları araşdırmaq üçün iki il öncə təcrübəli ekspertlər qrupu yaradıldı.İran elmi əsaslandırılmış model tapa bildi. Bu modeli müvafiq danışıqların iştirakçısı olmuş ölkələr də bəyənib. Belə ki Şimal dənizə bu modelə əsasən Fransa, Danimarka və Almaniya arasında bölünüb.M. Səfərinin əqidəsincə, bu model Xəzərin bölgüsündə tətbiq olunarsa, İrana 19,7 faizdən 20,3 faizədək pay düşə bilər. Əlbəttə, bu variantı Xəzəryanı dövlətlər tam bəyənməsələr də,iran diplomatının iddiasına görə,ümumən razılaşdılar və hətta əsasını iran modeli təşkil edən variantlarını təklif etdilər. İran da öz növbəsində variantının xeyrinə dəlillər gətirməkdədir.
Mehdi Səfərideyib: "Əhəmiyyətlisi budur ki, illərlə davam edən danışıqlarla müqayisədə az müddət olan son 2 ildə biz İrana 11 % pay düşməlidir deyən sahilyanı ölkələrin mövqeini dəyişdirə bilmişik. Danışıqlar bu yöndə davam edərsə, biz Xəzərdən İrana 20-faizlik pay düşməsinə onların razılığını ala biləcəyik".
Ancaq nəzərə almaq lazımdır ki, Rusiya, Qazaxıstan və Azərbaycan Xəzərdəki sektorlarını,eləcədə ikitərəfli sazişlərlə onlara ayrılmış sahələri əslində müəyyənləşdiriblər.Belə ki,Xəzərin təqribən 19 faizi Rusiya və Azərbaycana, 29 faizi Qazaxıstana düşür. Beləliklə qalan 33 faizi Türkmənistanla İran bölüşməlidirlər. Bu, əslində Mehdi Səfərinin sözlərini təkzib edir. Ancaq nəzərə almaq lazımdır ki, Rusiya, Qazaxıstan və Azərbaycan Xəzərdəki sektorlarını,eləcədə ikitərəfli sazişlərlə onlara ayrılmış sahələri əslində müəyyənləşdiriblər.Belə ki,Xəzərin təqribən 19 faizi Rusiya və Azərbaycana, 29 faizi Qazaxıstana düşür. Beləliklə qalan 33 faizi Türkmənistanla İran bölüşməlidirlər. Bu, əslində Mehdi Səfərinin sözlərini təkzib edir. İRANIN RUSİYADAKI SƏFİRİ: İRANIN XƏZƏRİN MÜBAHİSƏLİ MƏNTƏQƏSİNDƏ NEFT LAYİHƏSİNDƏ İŞTİRAKI MƏSƏLƏSİNƏ DƏNİZİN STATUSU MÜƏYYƏNLƏŞDİKDƏN SONRA BAXILA BİLƏR

BAKI.29.12.2003. MEDİA-PRESS: Xəzərin türkmən bölməsi şelfində rus şirkətlərinin gerçəkləşdirmək istədikləri neft-qaz layihəsində İranın mümkün iştirakı məsələsinə yalnız dənizin hüquqi statusu müəyyənləşdikdən sonra baxıla bilər.Jurnalistlərlə söhbətində bu bəyanatı verən İranın Rusiyadakı səfiri Qulam Reza Şafeinin sözlərinə görə, nə qədər ki, Xəzərin hüquqi statusu müəyyənləşməyib, biz mübahisəliməntəqədə yerləşən " layihədə iştirak edə bilmərik.Əvvəlcə mübahisələri tənzimləmək, sonra qərar qəbul etmək lazımdır".
İranın Ticarət-Sənaye Palatasının prezidenti Xamuşi isə layihə iştirakçılarının onun realizəsinə İranı da cƏlb etmək təşəbbüsünü müsbət qiymətləndirib.
Xəbər vermişdik ki, "İtera","Rosneft","Zarubejneft" Xəzərin türkmən şelfində bir neçə yataq blokununun işlənməsi məqsədi ilə "Zarit" birgə müəssisəsi (BM) yaradıblar. BM bu yataqlarda işə 2004-cü ilin əvvəllərində başlamaq niyyətindədir.
"İtera"nın məlumatına görə, "Zarit" qapalı səhmdar cəmiyyəti (QSC) Direktorlar Şurasının noyabrın əvvəlində olmuş iclasında işhtirakçılar layihəyə Türkmənistan və İranı da cəlb etməyi qərara alıblar ki, bu işin reallaşmasını xeyli sürətləndirə bilər. Ancaq türkmən və iran tərəflərinə hansı şəkildə iştirak edəcəkləri hələ təklif olunmayıb. "İtera" onların iştirak payının 10-15% olacağını real sayır.
Məlumdur ki, Qazaxıstan, Rusiya və Azərbaycan Xəzərin dibinin modifikasiyalaşdırılmış orta xətt əsasında bölünməsinə dair öz aralarında ikitərəfli saişlər imzalayıblar. Xəzərin cənubunda isə bunu razılaşdırmaq olmur, çünki Azərbaycan, Türkmənistan və İran Xəzərin bölüşdürülməsi prinsipinə fərqli yanaşırlar. ERMƏNİSTAN TÜRKMƏNİSTAN QAZINI TRANZİTLƏ İRANDAN ALMAĞA ÜMİD BƏSLƏYİR

BAKI.29.12.2003. MEDİA-PRESS: Ermənistan-İran qaz kəmərinin tikintisi məsələsi 2004-cü ildə qətiləşəcək. "ArmRosqazprom" şirkətinin baş direktoru karen Karapetyan belə deyib.
Onun sözlərinə görə, bu kəmər respublikaya lazımdır və şirkət layihədə fəal iştirak etmək niyyətindədir. İndi Ermənistan qazı 7 ölkə ərazisindən keçən kəmərlə alır, bir halda ki,bunun daha qısa yolu- iran yolu var. Karapetyanın fikrincə İran layihəsinin reallaşması çətin ki, qazın qiymətinin vazalmasına təsir göstərsin. Ermənistanda tariflərə 1997-ci ildən baxılmayıb, İnflyasiya da nəzərə alınsa, bu, elə qiymətin azalması deməkdir.
İran ərazisindən türkmən qazının Ermənistana tranzitinə dair müqavilənin artıq hazır olduğunu və sənədin Türkmənistan prezidenti Saparmurad Niyazovun Yerevana səfəri gedişində imzalanacağını vurğulayan baş direktor səfər tarixinin dəqiqləşdirildiyini deyib.
Barəsində danışdığımız qaz kəmərinin tikintisinə Tehran və Yerevan artıq neçə illərdir ki, başlaya bilmirlər, hərçənd nə uzundur (141 km.) nə də çox baha ($120 mln.).
Hər şey İranın Ermənistana təklif etdiyi qiymətlə bağlıdır. Karapetyan deyib: "İranın tarifləri rusiya şirkətləri "Qazprom" və "İtera"nın indiki qiymətlərindən baha da olsa, biz qaz kəmərini bu ölkə ərazisindən çəkməliyik.İndi Ermənistan Gürcüstandan keçən yeganə kəmərdən asılıdır. Bu xəttə heç etibar yoxdur və onda tez-tez qəzalar baş verir. Odur ki, İran şaxəsi bizə zəruridir.İndi dolayı yolla aldığımız türkmən qazını İranda ala biləcəyimiz də istisna deyil. Bu isə tranzit yolunun xeyli azalması deməkdir". AZƏRBAYCANDA İXRAC-İDXAL ƏMƏLİYYATLARININ HƏCMİ 11 AYDA $4,479 MLRD. OLUB

BAKI.29.12.2003. MEDİA-PRESS: 11 ayda Azərbaycanda ixrac-idxal əməliyyatlərının həcmi $ 4,479 milyarda çatıb. Bu zaman ixrac -$2,1628, idxal- 2,3165 milyard, xarici ticarətin mənfi saldosu - $ 153,7 milyon təşkil edib. Dünya bazarlarına -1154 çeşiddə mal göndərilsə də, daha çox növdə məhsul (5123) -idxal edilib. 2002-ci illə müqayisədə ixrac 21,5%, idxal- 54,9% artıb.
Keçən ilin 11 ayında Azərbaycan 123 ölkə ilə $ 2,9 milyardlıq ($1,6 mlrd.-ixrac, $1,3 mlrd.-idxal) ixrac-idxal əməliyyatı aparıb. Göründüyü kimi, müsbət xarici ticarət saldos $ 304,1 milyon təşkil edib.
2004-cü ildə respublikanın xarici ticarət dövriyyəsi həcmi -$4,482 mlrd. həcmində ( bu ilkindən- 3% çox) gözlənilir. Bu zaman ixrac-$2,251 milyarddan çox olacaq, idxal isə - $2,230 milyard təşkil edəcəkdir. YANVAR-NOYABRDA AZƏRBAYCANDA YÜKDAŞIMALARININ HƏCMİ 99,35 MLN. ON OLUB

BAKI.29.12.2003. MEDİA-PRESS: 11 ayda Azərbaycanda 99,35 mln. ton yük daşınıb ki, bu da 2002-ci ilin həmin dövründən 11,1% çoxdur.
Dövlət Statistika komitəsinin məlumatına görə, yüklərin 53,2 faizi- vtomobil, 18,3 faizi- dəmir yolu, 16, 2 faizi-magistral borular, 12,3 faizi- dəniz nəqliyyatı ilə daşınıb. Yük daşımalarının 55,3 faizi və ya 49,8 mln. tonu özəl bölmənin payına düşüb ( artım- 12,7%).
11 ayda avtomobillərlə- 52,85 mln. ton, dəmir yolu vaqonları ilə- 18,24 mln. ton,gəmilərlə- 12, 87 mln. ton yük daşınıb. Respukblikanın magistral boruları ilə-16,0627 mln. ton xammal (10,6335 mln. ton neft və -7,5 mlrd kub metr qaz) nəql edilib ki, bu da keçən ilin göstəricisindən 11,3% artıqdır.
Proqnoza görə,bu il Azərbaycanda 105, 3 mln ton ( 58 % - özəl sektor ) yük daşınmalıdır.
2004-cü ildə yükdaşımalarının həcmi 111,5 mln. ton ( bu ilə nisbətən artım- 6,4%) təşkil etməlidir. Bu yüklərin 61 mln. tonu - avtomobil ( artım- 7%), 19,3 mln. tonu (3,7%) -dəmiryolu, 17,2 mln. tonu ( 2,3%)- boru və 14 mln. tonu (12,9%)- dəniz nəqliyyatı ilə daşınacaq.