RUMINİYA AZƏRBAYCANDA YENİ SƏFİRİNİ TƏYİN EDİR
BAKI.03.11.2003. MEDİA-PRES: Rumıniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Nikolae Dasklu dekabrın sonlarında Bakıda işə başlayacaq. Bu ölkənin Bakıdakı səfiri Tasın Cəmil bbelə deyib.
N. Dasklu Bakıya təyinatından qabaq Türkiyədə Rumıniya səfirliyində müvəqqəti işlər müvəkkili olub. Azərbaycanda 5 il işləmiş T .Cəmilin özü isə yəqin ki, region ölkələrindən birində Rumıniya səfiri olacaq.
XƏZƏRDƏ SÜRƏTLƏ SİLAHLANMA BAŞLAYIR?
BAKI.03.11.2003. MEDİA-PRESS: Qazaxıstan hərbi-dəniz donanmasını yaratmaq üzrədir.Oktyabrın son günlərində Türkiyədə Qazaxıstan Müdafiə nazirliyi nümayəndə heyətinin NATO nnümayəndələri ilə danışıqlarına yekun vurulub. "Nezavisimoye voyennoye obozreniye" belə yazır.
Hələlik Qazaxıstan Hərbi-dəniz qüvvələri (HDQ -nın şəxsi heyəti- 3000 nəfərdir) 16 keşik qayığı ( 4- sovetlərdən qalmadır, 4-ü-Türkiyədən , 6-sı -ABŞ-dan alınıb, 2 hərbi qayıq öz istehsalıdır), SSRİ-dənqalma 2 minatutan gəmi və 2 kiçik hidroqrafik qayıqdan ibarətdir. HDQ-yə Aktau və Atırauda yerləşən aviasiya bölükləri ( 3 "Mi-8" və 6 "Mİ-2" vertolyotları ) ddə daxildir. Aktauda açılmış Ali Hərbi_Dəniz məktəbində milli zabit kadrları hazırlanır.
Rusiyadan bəzi hərbi texnika alan Qazaxıstan hərbi-dəniz qüvvələrinin qurulmasında daha çox ABŞ və Türkiyəyə güvənir. Ancaq, hər şeydən göründüyü kimi, Qazaxıstan yaxın illərdə daha ciddi texnika hazırlamaq niyyətindədir.Astananın fikrincə, HDQ Xəzəp şelfində fəal işlənməkdə olan yataqların gyclü mühafizəsi üçün gərəkdir. Bu qüvvələr həm də neft tankerlərini İran və Azərbaycana müşayiət etmək üçün zəruridir. Qazaxıstan şelfinin mənimsənilməsi işinə artıq böyük sərmayə qoymuş ABŞ və bir sıra NATO ölkələri bu nefti satın alacaqlar. Bu yaxınlarda həmin ölkələr Qazaxıstanın ilk milli donanması gəmilərinin tikintisinə də maliyyə ayırmağa boyun olublar.. Beləliklə, Xəzərdə "sürətlə silahlanma" əlamətləri görünməkdədir.
Əlbəttə, bu gün Xəzərdə ən qüdrətli donanmaya Rusiya malikdir. Bu donanmaya suüstü hərbi gəmilər dəstəsi ( briqadası ), keşik gəmiləri dəstəsi, təminat gəmiləri dəstəsi, axtarış və qəza-xilasetmə işləri idarəsi, hidroqrafik gəmilər divizyonu, ekranoplanlar adlanan təyyarə qrupu və qvardiya dəniz piyadaları briqadası daxildir.
RF Xəzər Hərbi Donanması (RXHD) tərkibində 15 minə yaxın hərbçi var. Bununla yanaşı RF Federal Təhlükəsizlik Xidməti (FTX) sərhəd qoşunlarının dəniz qüvvələri də öz keşik gəmiləri ilə birlikdə burada təmərküzlləşib.RF donanmasının döyüş gücü vaxtı illə SSRİ-nin burada malik olduğundan və üst-üstə bütün xəzəryanı dövlətlərin buradakı qüvvə və vasitələrini gücünddən üstündür.Həm də Rusiyanın dəniz kommunikasiyalarını etibarlı qoruyan raket gəmiləi vardır. Müxtəsər , Rusiya Xəzərdə əzələlərini oynatmaq dəst-xəttitndən əl çəkmək niyyətndə deyil.İndi Rusiyada bu donanma üçün 2-ci raket keşik gəmisi tikilir, "Tatarıstan" freqatı isə lan təzəcə bu qüvvələrin tərkibinə verilib.
Xəzərdə hərbi gəmi və qayıqların sayına görə ikinci Azərbaycandır( keşik gəmisi, torpedo və raket katerləri, 6 minatutan , 6 orta desant gəmisi və ona yaxın sərhəd kateri- çoxunun texniki vəziyyəti sual altındadır).Şəxsi heyətin tərkibi 2500-ə yaxındır.Dəniz sərhəd qoşunları briqadada birləşib.Türkiyə əv ABŞ-ın hərbi yardım şəklində azərbaycan hərbi-dəniz qüvvələrinə verdikləri keşik katerlləri sadaladıqlarımıza daxil deyil.
Azərbaycan kiçik döyüş gəmiləri, yardımçı gəmilər tikmək və onları təmir etmək üçün istehsal bazasına və peşəkar kadrlara da malikdir.Bu baza Bakıdı 5 gəmi təmiri zavodu , o cümlədən 1 hərbi zavoddan ibarətdir. Burada idxal seksiyalarından keşik (qaravul ) və desant katerləri, minatutanlar və təminat gəmiləri tikmək və ya yığmaq mümkün olsa da, indilikdə üzən yeni döyüş vasitələrinin tikintisində bu bazadan yararlanan yoxdur.
Azərbaycanın payına düşmüş sovet gəmilərinin bir qismi ö texniki vəziyyətinə görə, artıq döyüş qabiliyyətli deyil. Milli hərbi-dəniz donanmasının tərkibi ABŞ və Türkiyənin köməyi hesabına təkmilləşir.2001-də dəniz sərhədçilərimiz amerikanların vəd etdiyi iki keşik katerindən birincisini, cari ildə- ikincisini alıblar. Bəzi rusiya mənbələri Azərbaycanın Türkiyədən 30 itigedən keşik katerinin aldığını yazır.
Bütün bunlara rəğmən, hərbi- dəniz qüvvələrimizin qüdrətindən danışmağa dəyməz. Görünür, rəsmi Bakı qarşısına belə qüvvələrin tikintisi üzrə miqyaslı vəzifələr qoymayaraq, sərhəd-nəzarət xidmətini genişləndirmək niyyətindədir.Rusiyalı təhlilçilər Azərbaycanın bu sahədə potensialını artırmaq imkanını ( ABŞ, Böyük Britaniya və Türkiyənin marağı nəzərə alınmaqla ) istisna etməsələr də , Azərbaycan bu vəzifənin həlli yönümündə iş görmür.2003-cu ilin avqustunda Xəzərdə ilk dəfə azərbaycan-amerika hərbi təlimləri keçirildi. Lakin təlimlər yalnız qaçaq yolla narkotiklərin və nüvə materiallarının daşınmasının qarşısını almağa yönəldiyi üçün,çox məhdud səciyyə daşıyırdı.
Yeri gəlmişkən,rəsmi Bakı "sülh onün hərbi dəniz qüvvələrinin (HDQ) peşəsidir"
devizini yalnız söz xatirinə elan etməyib, həm də bunu əməllərilə sübut edir.Hərbi dənizçilərimiz bu yaxınlarda Rusiya HDQ-nın baxış-təlimində iştirak edib. Hər iki donanmanın heyəti dənizdə xilasetmə əməliyyatlarının aparılmiasını məşq ediblər, bir neçə gün əvvəl isə Həştərxana ehtiram səfəri ediblər.
Türkmənistan da öz HDQ -nı möhkəmləndirir. SSRİ dövründə Xəzər donanması su hövzəsinin mühafizə briqadası Krasnovodskda (indi -Türkmənbaşı) yerləşirdi. Buradakı gəmilərin bir qismi Türkmənistan HDQ ttərkiinə verildi( ən azı 200- nəfər şəxsi heyətlə).Artilleriya əv keşik aterləri, baza minatutanı ( təcrübə olaraq gövdəsi plastik şüşədən) və hava balışı prinsipi ilə üzən 2 kater Türkmənistana verildi. Bu gəmilərin döyüş qabiliyyəti şübhəli olduğundan Aşqabad yenilərini axtarır.Deyilənə görə, bu yaxınlarda Ukraynadan 20 keşik kateri alınınb , birini isə ABŞ hədiyyə edib.
Yadınızı salaq ki,Qazaxıstanın müdafiə naziri milli HDQ-nı təşkil etmək niyyətini bildirəndə Moskva bu ideyanı dərhal kəskin tənqid etmişdi.Guya Xəzərdə HDQ balansı var və bunu pozmağa lüzum yoxdur. Ruslar Qazaxıstanın Xəzərdəki yataqlarında keşik çəkən rus gəmilərinə qarşı öz HDQ-nı çıxartmaba hələ 10 il qabaq Qazaxıstanın cəhd göstərdiyini yada saldılar.Bu cəhd uğursuz oldu. "Nezzavisimoye voyennoye obozreniye"nin yazdığına görə, BƏƏ-dən alınmış katerlərin dənizə çıxması ilə batması bir olmuşdu.. Hərbi limanların silahla təchizi də bir şey vermədi.
Ancaq Astana öz HDQ -nı yaratmaq imkanları barədə nikbindir. NATO bu ilin martında Qazaxıstanı ba alyansın Cənubi Avropa Donanmasının(CAD) məsuliyyət zonasına daxil edib. Bu Qazaxıstana xeyli maddi yardım almaq imkanı verir , Bu vəsait HDQ təşkilinə xərclənəcək. Qazaxıstanın NATO ilə əməkdaşlığı ona donanma heyətlərini də formalaşdırmağa, onları alyansın Türkiyə, Yunanıstan, İtaliya əv İspaniyadakı bazalarında oxutmağa imkan qazanacaq. Astana donanma yaradımasını düzgün addım sayır. Qəzetin yazır: N.Nazarbayevin komandası bu fikirdədir ki, 5 xəzəryanı dövlət bu dənizin hüquqi statusuna nail olmağa uğursuz cəhdlər göstərdiyi bir vaxtda, region get-gedə təhlükə mənbəyinə çevrilməkdədir və tezliklə gərginlik son həddə çata bilər. Qazaxıstan da daxil, bəzi sahilyanı ölkələr artıq öz yataqlarının mənimsənilməsinə başlayıblar. Rusiya Qazaxıstanın silahlanmaq meylitnə hələki loyal yanaşır.Bir şey aydındır ki, Moskva bu işdə ona kömək göstərməyə hazırlaşmır.Bu o qədər məntiqi də görünmür: axı, Xəzər şelfində Rusiyanın mənafeləri heç də az təmsil olunmayıb. Bu ölkə ən iri yatağını məhz Rusiya ilə birgə mənimsəyəcək. Mütəxəssislərin fikrincə, Moskva onu silahlandırmaqdan faydalana da bilərdi.
Lakin müşahidəçilərin fikrincə, Xəzərdə silahlanmanın sürətlənməsinə təsir edən mühüm amil son vaxtlar silah oynatmaq mərəzinə tutulmuş rəsmi Tehranın mövqeyidir. Yadınızdadır ki, iki il öngə İranın hərbi gəmisi özünün saydığı neft yatağında elmi-tədqiqat aparan azərbaycan gəmisini silah işllətmək hədəsi ilə necə oradan uzaqlaşdırmışdı. Azərbaycanın hhava və dəniz mərzlərini pozmağa çoxdan adət etmiş İrandan fərqli olaraq Azərbaycan vəziyyəti gərginləşdirmək isçtəmir. Xəzərdə ən böyük HDQ-nə malik İran həmişə bu dənizə 2-ci dərəcəli hərbi-dəniz səhnəsi kimi baxıb. Buna bir növ rəvac verən sover-iran müqavilələri SSRİ-in dağılmasından sonra əhəmiyyətini itirdi. Amma İran burada öz hərbi hüzurunu artırmaq xəttini seçdi.
Xəzərdə İranın HDQ 2 strukturdan- Xəzər zanasında HDQ komandanlığındın (Ənzəli hərbi-dəniz bazası ) və İslam İnqilabı keşikçiləri sepahı komandanlığından ( Nouşəhr limanında sahil mühafizə batalyonu ) ibarətdir. Ənzəli, Nouşəhr və Rəştdə ordunun HDQ-nin təlim mərkəzləri var. Xəzərdə döyüşkən üzgüçülər məktəbi də vardır.
HDQ-nin Xəzərdə ümumən 90 döyüş və yardımçı gəmisi, həmçinin 3 çox kiçik sualtı qayıqı (İran özü tikib ), köhnəlmiş baza minatutanı, keşik katerləri və silahlı motorlu qayıqları vardır.İran Xəzərdəki qüvvələrini Fars körfəzindəki jəmilər hesabına 1,5 dəfə artıra bilər.
HDQ komandanlığı "Mouc " tipli artilleriya katelərini , kiçik , sürətli və iri kalibrli pulemyotlarla , bazukilər və reaktiv qurğularla təchiz olunmuş, əsgərlərinin isə qumbaraatanlar gəzdirdiyi keşik katerlərini də burada yerləşdirmək niyyətindədir.Bu ilin sentyabrında "Peykan" raket kater suya buraxılıb. HDQ komandanı kontr-admiral A. Möhtac bu katerlərin Xəzərdə İranın mənafelərini qoruyacağını deyib . Bir neçə gün əvvəl isə İran XİN-i spoksmeni Həmid-Reza Asəfi Azərbaycanın 2 gəmisinin Həştərxana dostluq səfərindən istifadə edərək Bakını guya Xəzəri militaristləşdirməkdə təqsirləndirmişdi. Ehtimal edirlər ki, "Peykan" katerləri dənizin İranan iddia etdiyi 20 faiz ərəzisində üzəcək, deməli Azərbaycanın ərazi sularını pozacaq.Respublika XİN-i spoksmeni Ramiz Məlikovun dediyinə görə,"İranın bu addımı bütün Xəzəryanı dövlətlər üçün təhlükədir. Ancaq rəsmi Bakı öz dəniz səhədlərini qorumaq üçün kifayət qədər qüvvəyə malikdir. Ancaq, R. Məlikov Azərbaycanın təkbaşına hərəkət edib-etməyəcəyi barərədə bir söz deməsə də, hamı İran kəmisinin 2 il əvvəlki təcavüzkar hərəkətindən sonra Türkiyənin Azərbaycana dəstək mənasında demarşını yaxşı xatırlayır, Bəli, əlverişsiz vəziyyət yaranarsa, Bakı Tehranla təkbətək qalmayacaq. Türkiyə Hərbi Hava Qüvvələri qırıcı təyyarələrinin Bakı səmasındakı pərvazları şər şeyə aydınlıq gətirdi.
BUŞ: ABŞ AZƏRBAYCANDA İQTİSADİ-SİYASİ İSLAHATLARI MÜDAFİƏ EDƏCƏK
BAKI.03.11.2003. MEDİA-PRESS:. ABŞ Azərbaycandakı demokratik və iqtisadi islahatlara dəstək səylərini davam etdirəcək. Bu sözlər prezident Corc Buşun Azərbaycan rəhbəri İlham Əliyevə məktubundandır.
Azərbaycan prezidentinin İcra aparatının "İnterfaks"a məlumatına görə, məktubda deyilir: " Sizin Azərbaycan prezidenti vəzifəsinə keçdiyiniz bir məqamda mən bir daha təsdiq dirəm ki,ABŞ demokratik, sabit və suveren Azərbaycanla strateji əməkdaşlığı inkişaf etdirmək prinsiplərinə sadiqdir, ABŞ Azəbbaycanla möhkəm dostluğu ilə fəxr edir".
Seçkilərdən soenra Azərbaycanda baş verənlərdən narahatlığını bildirən Buş qeyd edib ki, "biz müxalifətin və hakimiyyət orqanlarının zorakılıqlarından və hadisələrsonrası həbslərdən narahatıq, Ümidvaram ki, Sizin bu problemin həllinə yönələcək qətityyətli addımlarınız qanunun aliliyini təmin etməklə reallaşacaq və Sizin ölkəniz demokratiyanın, siyasi plüralizmin və insan haqlarına ehtiramın inkişafı yolunu davam etdirəcək.Bizim məqsədimiz demokratik prinsiplərə söykənən Azərbaycanla möhkəm və çoxtərəfli əməkdaşlıq etməkdir".
AŞPA AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİNİN NƏTİCXƏLƏRİNİ MÜZAKİRƏ EDƏCƏK
BAKI.03.11.2003. MEDİA-PRESS: Avropa Şurasınını Parlament Assambleyası ( AŞ PA ) qurumumn ən yaxın iclaslarından birində Aərbaycandakı prezident seçkilərinin yekunlarını müzakirə edəcək. Paris iclasında azərbaycan nümayəndə heyətiniə bbaşçılıq edəcək Milli Məclisin (MM) Beynəlxalq münasibətlər üzrə komissiyasının sədri Seyid Səmədov "İnterfaks-Azərbaycan"a bu haqda məlumatında deyib 6" Biz preziddent seçkilərinə dair öz məlumatımızı verməyə hazırıq və , təbii ki, AŞ PA deputatları da öz mövqelərini bildirəcəklər. Ümidvaram ki, ümumi rəy müsbət olacaq. Lakin AŞ PA-nın bu seçkilər barədə yekun hesabatı təşkilatın 2004-cü ildə qış sessiyasında təsdiqlənəcək."
BBİD BTC KƏMƏRİNİN AZARBAYCAN ÜÇÜN FAYDALI OLACAĞINA ƏMİNDİR
BAKI.03.11.2003. Mdia-press:Böyük Britaniya Beynəlxalq İnkişaf departamenti (BBİD) əmindir ki, BTC neft kəməri Azərbaycana fayda verəcək. Bu məlumatı Mərkəzi Asiya İnformasia agentliyi yayıb. Britaniya hökumətindən bu naqis layihəni maliyyələşdirməyi dayandırmağı tələb edən "Beynəlxalq amnistiya" və bir sıra ayrı hüquq-müdafiə təşkilatının sorğusuna cavabında BBİD qeyd edib ki, kəmərin tikintisində yerli azərbaycan əhalisinin hüquqları nəzərə alınacaq.
Beynəlxalq Maliyyə Korporasiyasının aə Avropa Yenidənqurma və İnkişaf Bankının səhmdarı kimi Böyük Britaniya bu iki qurumun Azərbaycan, Gürcüstan və Türkiyəyə ylnız fayda gətirəcək Bakı-Tbilisi-Ceyhanı maliyyələşdirmək niyyətini müdafiə edir.
"AZƏRENERJİ" 6-CI ABŞERON EÖX-NUN TİKİNTİSİNİ BAŞA ÇATDIRIR
BAKI.03.11.2003. MEDİA-PRESS: Bakı Yüksəkvoltlu elektrik şəbəkəsi mütəxəssisləri "Abşeron-500 kV" və "Müşfiq-220 kV" sistemli yarımstansiyalarını birləşdirəcək 220 kilovoltluq 6-cı Abşeron elektrik ötürücü xəttinin ( EÖX ) tikintisini başa çatdırmaq üzrədirlər.
Media-Pressə, "Azərenerji"də verilən məlumata görə, indi bu xəttin yarımstansiyaya qoşulması və buraxılışı nəzərdə tutulur 6-cı Abşeron EÖX-un istismarı Bakının elektrik enerjisilə keyfiyyətli və etibarlı təmininə kömək edəcək.
NEFT VƏ NEFT DAŞIMALARNIN HƏCMİ BU İL AZƏRBAYCANDA 1 MLN. TON ARTIB.
BAKI.03.11.2003.MEDİA-PRESS:Bu il Azərbaycanda dəmir yolu ilə neft və neft myhsulları daşımalarının həcmi bu il 1 mln. ton artıb. 2003-cü ildə Azərbaycan Dəmir yolu (ADY) ilə ümumən 13,5 mln . ton neft və neft məhsulları daşınmalıdır.
ADY rəis müavini Musa Pənahovun məlumatına görə, ilkin hesablamalar göstərir ki, 2004-cü ildə də bu növ məhsulun daşınmasında yenə də 1 mln. ton həcmində artım olacaq.Gürcüstan limanlarında neft sisternlərinin boşaldılması normallaşıb.Əvvəllər azərbaycandan gedən sisternlər Gürcüstanın neft terminallarında xeyli vaxt boşaldılmamış qalırdı. Bu da xəzər neftinin ADY ilə daşınmasını ləngidirdi. Amma indi Batum terminalının genişləndirilməsi və Poti neft terminalının tikilməsi hesabına bu problem həll olunub və siternlər vaxtında Azərbaycana qayıdır.
Respublikamızdan qonşu ölkəyə hər gün 500 sistern yola salınınr.ADY-nın mövcud sistern parkı ildə 16-18 mln. ton neft və neft məhsulları daşımağa imkan verir.
Musa Pənahov Gürcüstanda sistern istehsalının təşkilini müsbət bir fakt kimi qeyd etsə də, vurğuladı ki,sisternləp beynəlxalq standartlara və təhlükəsizlik standartlarına cavab verməlidir, çünki, belə qablarda partlayış təhlükəli maddələr daşınır. "Neft daşımalarının artması ilə sistern sarıdan duyulan qıtlıq yalnız bizdə deyil, ayrı ölkələrdə də onların qiymətinin bahalaşmasına gətirib. Sisternlərə tələbatla yanaşı, ona birbaşa aidiyyatı olmayan məsələləri də unutmaq olmaz. Məsələn, çoxlu sisternin ola bilər, lakin müvafiq infrastruktur olmasa, dəmir yolları və terminalların buraxılış qabiliyyəti atırılmasa, yükvurma və boşaltma müddəti azaldılmasa, hansısa səmərədən danışmağa dəyməz".
AZAL 6 VERTOLYOTUN PULUNUN ÖDƏNİLMƏSİ HESABINA EUOCOPTER-Ə $18 MLN. ÖDƏYİB
BAKI.03.11.2003. MEDİA-PRESS: "Azərbaycan Nava Yolları" (AZAL) dövlət konserni aldığı 6 yeni vertolyota görə Eurocopter fransız şirkətinin hesabına $ 18 mln. avro köçürüb. Konsernin prezidenti Cahangir Əsgərovun sözlərinə görə, bu müqavilənin ümumi dəyəri $ 52 mln. avrodur. İlk maşın Azərbaycana 2004-cu ilin avqustunda gətiriləcək. Təzə vertolyotlar Zabrat təyyarə limanında yer alacaq.
C. Əsgərov xatırladıb ki, fransız şirkəti ilə müqavilə 2 ədəd 20-nəfərlik Super Puma və 4 ədəd 12-yerlik "Delfin" idxalını nəzərdə tutur. Vertolyotlar neftçiləri yataqlara daşıyacaq, orada işlərin gedişinə və boru xətlərində vəziyətə nəzarət edəcək. Bu maşınların alınmasına vəsaiti ARDNŞ ayırırb. AZAL məhz neftçilərin sifarişlərini icra etməklə ft şirkəti qarşısındakı borcunu ödəyəcək,. İndi pilotlar ayda təqribən yarım milyon dollar dəyərində belə sifarişləri yerinə yetirirlər.
2004 İLDƏ BORCLLARIN VƏ BEYNƏLXALQ TƏŞKİLARDA ÜZVLÜK HAQLARININ ÖDƏNİLMƏSİNƏ BUDCƏDƏN 48 MLRD.MANATDAN ($9,7 MLN.) ÇOX ÖDƏNƏCƏK
BAKI.03.11.2003. MEDİA-PRESS: 2004-cü ildə xarici borcun və beynəlxalq təşkilatlarda üzvlük haqlarının ödənilməsinə dövlət büdcəsindən 48 mlrd. manatdan çox ($9,7 mln.) ayrılacaq.
Kreditlərin ödənilməsi çərçivəsində Asiya İnkişaf Bankına (AİB) -$ 1,7 mln., Qara daniz Ticarət və İnkişaf bankına- $ 1 ,49 mln., Avropa Yenidənqurma və İnkişaf Bankına-$899,49 min, İslam İnişaf bankına-$ 550 min, Ümumdünya Bankına- $ 250 min və Beynəlxalq Valyuta Fonduna- $ 150 min ödənəcək.
2004-cü ildə beynəlxalq təşkilatlarda iştiraka görə üzvlük haqlarına gəldikdə, Avropa Şurasına- $ 580 min, YUNESKO-ya $440 min, MDB-yə- $344 min, YUNİDO-ya- $ 250 min, ATƏT-ə- $200 min, QİŞ-ə $89 min, BMT-yə- $83 min, Ümumdünya Turizm Təşkilatına- $ 24 min və MAQATE-yə- $ 12 min ödəniləcək.
BAKIDA ƏTRAF MÜHİTİN QİYMƏTLƏNDİRİLMƏSİ ÜÇÜN MƏSAFƏDƏN YERİN ZONDLAŞDIRILMASI ÜZRƏ BEYNƏLXALQ SEMİNAR BAKIDA İŞƏ BAŞLAYIB
BAKI.03. 11. 2003. MEDİA-PRESS: Bu gün Bakıda işə başlamış beynəlxalq seminar ətraf mühitin qiymətləndirilməsi üçün Yerin məsafədən zondllaşdırılmasına həsr olunub. Tədbiri Avropa İttifaqının TACİS proqramı çərçivəsində və BMT-nin işçi qruplarının, eləcə də Avopa İqtisadi komissiyasının dəstəyilə Azərbaycan Ekoloqiya və Təbii Ehtiyatlar nazirliyi keçirir.
Rusiya, Belorus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Gürcüstan və Moldova ekspertləri və ətraf mühitin vəziyyətini qiymətləndirmək məqsədilə Yerin zondlaşdırılmasınən müştərək layihəsini hazırlamış BMT-nin Ətraf Mühitin Qorunması proqramı, Mərkəzi və Şərqi Asiya ölkələri üçün Regional Ekoloji mərkəz, BMT-nin Avropa İqtisadi komissiyasının ətraf mühitin qorunması üzrə Avropa Agentliyi kimi təşkilatların nümayəndələri iştirak edirlər.
Seminarda layihənin tətbiqində milli idarələrin rolu, layihənin reallaşması tarixi və maliyyələşdirilməsi məzakirəediləcək. Milli səviyyədə əsas diqqət ətraf mühitə antropoöen təsir, regional səviyyədə - su problemləri ( sahiyanı sular, göl və dənizlərin monitorinqi, səhralaşma), qlobal səviyyədə- torpaq örtüyündən istifadə və torpaqda aşınma məsələləri diqqət mərkəzində durucaq.