İLİN ƏVVƏLİNDƏN AZƏRBAYCANDA 4,297 MLRD. KUB METR QAZ ÇIXARILIB
BAKI.05.11.2003.MEDİA-PRESS: İlin əvvəlindən Azərbaycanda 3,854 mlrd. kub metr qaz çıxarılıb ki, bu da nəzərdə tutulduğundan 2,8% çoxdur. Bu qazın 3,456 mlrd. kub metri Dövlət Neft Şirkətinin (ARDNŞ), 841,3 mln. kub metri- Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) payına düşür. Müştərək Müəssisələr (MM) 90,5 mln. kub metr yanacaq çıxarıblar.
Oktyabrda 442,7 mln. kub metr qaz çıxarılıb. Bu, planlaşdırıldığından 3,8% və ya 16 mln. kub metr artıqdır. Ümumi həcmin 351,1 kub metri ARDNŞ-in, 91,6 mln. kub metri ABƏŞ-in, 9,5 mln. kub metri isə MM-lərin payına düşür.
Hesablamalara görə, bu il çıxarılmalı olan 5,04 mlrd. kub metr "mavi yanacaq"ın 890 mln. kub metrini ABƏŞ və 4,15 mlrd. kub metrini isə ARDNŞ verməlidir. Azərbaycanın tələbatının ödənilməsi üçün ildə 10 mlrd. kub metr qaz gərəkdir. Ötən il respublikamız "İtera" beynəlxalq şirkətlər qrupundan 4 mlrd. kub metr qaz alıb. Bu il üçün də həmin həcm qalır. "İtera" ilə bağlanmış əlavə sazişə görə,şirkət "Azəriqaz" Səhmdar Cəmiyyətinə (SC) 2003-cü ildə 1,5 mln. kub metr qaz verməli idi. Lakin azərbaycan tərəfi zəruri maliyyə vəsaiti tapmadığına görə, müqavilənin icrası hələlik gerçəkləşməyib.
Respublika Səngəçal Neft terminalının genişləndirilməsi layihəsi çərçivəsində orada qaz qurutma qurğusu tikildikdən sonra, əlavə qaz əldə edə biləcək. Məsələn, bu gün terminala gələn neft qazdan və sudan təmizlənmə prosesindən keçir. Bu zaman ayrılan səmt qazı yandırılır. Qazqurutma qurğusu işə düşdükdən sonra isə buna ehtiyac qalmayacaq və ARDNŞ əldə edəcəyi əlavə həcmdə qazı istehlakçılarına ötürəcək. Bu ideyanın gerçəkləşməsi üçün ARDNŞ həm də qazı qəbul edən xüsusi qurğu tikməyi və Səngəçal qazpaylaşdırcı məntəqəsinə kimi boru xətti çəkməyi planlaşdırır.
İLİN ƏVVƏLİNDƏN ARDNŞ-İN MİƏ İDARƏSİ 672, 8 MN TON NEFT MƏHSULLARI İXRAC EDİB
BAKI.05.11.2003.. MEDİA-PRESS: Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi əməliyyatlar (MİƏ) idarəsi 81, 533 min ton neft məhsulu, o cümlədən: 18, 956 min ton-avtomobil benzini, 40, 963 min ton dizel yanacağı və 17,815 mn ton - təyyarə yanacağı ixrac edib. Ümumiyyətlə ilin əvvəlindən 672,802 min ton neft məhsulu ixrac edilib.
ARDNŞ oktyabrda Bakı-Novorossiysk kəməri ilə 220 min ton əvəzinə yalnız 79,769 min ton neft məhsulu nəql edə bilib. Azalmaya səbəb qasırğalı hava şəraiti üzündən Novorossiysk limanının bir neçə gün bağlanması və yük göndərə bilməməsi olub.ARDNŞ-də bildirİdlər ki, kəsirdə qalmış neft həcmi ilin axırınadək yola salınacaq. Ümumiyyətlə , ARDNŞ ilin əvvəlindən "şimal marşrutu" ilə 2,124 mln. ton məhsul ixrac edib.
Xatırladaq ki,ilin başlanğıcında da indiki vəziyyət yaranmışdı: "Transneft" Qara dənizdə baş vemiş tufana görə, fevralda novorossiysk limanından cədvələ nisbəiən 650 min ton (bu, limanın neft terminallarının 4-5 gün tam dayanması demək idi) az neft göndərmişdi. Bu şirkət limanda olan 500 min tonluq neft çənini doldurduqdan sonra, boru ilə yanacaq nəql etmək mümkün olmadı. Sonrakı aylarda kəmərə əlavə neft vurmaqla "Transneft" də , ARDNŞ də qrafiklərindəki geriləməni aradan qaldıra biliblər.
Keçən il novorossiysk terminalından 2,5 mln. ton azərbaycan nefti yola salınıb. Bu il də ixrac həcmi dəyişməz qalacaq. ARDNŞ bu marşrutla axıdılan neftinin hər tonuna $ 15,67 ödəyir ( müqayisə üçün: Bakı-Supsada 1 ton=$2,7 ).
OPEK RUSİYA İLƏ ƏMƏKDAŞLIĞA ÜMİD BƏSLƏYİR, MOSKVA İSƏ ÖZ YOLU İLƏ GETMƏK İSTƏYİR
BAKI.05.11.2003. MEDİA-PRESS:2020- ci ildə dünya bazarında neftə tələbat 30 % artacaq. Ümumrusiya neft-qaz həftəsinin açılışında bu bəyanatla çıxış edən OPEK baş katibi Alavaro Silva Kalderon deyib :" Dünya bazarında gözlənilən 30 faizlik artım təqribən 2 mlrd. ton, bəlkə də daha çox neft deməkdir. Odur ki, biz neft-qaz sahəsiin gələcək siyasəti barədə düşünməliyik. Bu artan tələbatın ödənilməsində Rusiyanın mühüm rol oynayacağını nəzərə alaraq, bu sahənin gələcək siyasətini rusiya tərəfi ilə işləyib hazırlamaq zəruridir."
Qiymətlərin təşəkkülünü sahənin yeni siyasətinin mühüm məqamı kimi dəyərləndirən Kalderon deyib: " Neft və qazın qiymətlərinin mütənasib dəyişməsi üçün hər iki yanacağın qiyməti əlaqələndirilməlidr. Neftin qiyməti düşərsə,qaz da ucuzlaşacaq. Rusiya ilə münasibətlər OPEK üçün çox vacibdr. Biz əlaqələrimizi dinamik inkişaf etdirməliyik. Hərəkətlərimizi elə əlaqələndirməliyik ki, dünya bazarının tələbatını ödəyə bilək.".
Lakin , bu çağırışlara rəğmən ,görünür, Rusiya öz neft istixracının həcmlərini 2003-cü ildə olduğu kimi,OPEK kvotaları ilə bağlamağa hazırlaşmır. RF Energetika naziri İqor Yusufov da bunu bir daha təsdiqləyib. O, noyabrın 3-də əcnəbi jurnalistlər üçün brifinqdə neft karteli ölkələrini istixracı təcili artırmağa çağırıb ki, " bir barrelin qiymətini , heç olmasa, 24-25 dollara endirmək mümkün osun".
Yusufov indiki qiymətləri ( noyabrın 3-də 1 barrel Brent markalı neft $27,9 olub) ədalətsiz dərəcədə yüksək və həddən-ziyadə adlandırıb və bu məsələdə Rusiyanın Norveç və Meksika ilə ( OPEK üzvü olmayan ən böyük neft ixracçıları) ümumi mövqe tutduğunu deyib".
Müşahidəçilərin fikrincə , Yusufovun tərəfkeşliyi təmənnasız deyil, çünki çox baha neft nəinki idxalçılarla , hətta Rusiyanın özünə də sərfəli deyil.
"Vedomosti" qəzeti öz növbəsində yazır ki, norveç tərəfi bu bəyatın şərhindən boyun qaçırıb. Ölkənin Neft və Energetika nazirliyi İnformasiya şöbəsinin rəisi xanım Sissel Edvardsen yalnız bunu deyib ki, Norveç neft hasilatının həcminə dair bütün qərarları birtərəfli qaydada qəbul edir.
YEREVAN İRAN ƏRAZİSİNDƏN TÜRKMƏN QAZI ALMAĞA HAZIRLAŞSA DA, İNDİYƏDƏK İRAN-ERMƏNİSTAN QAZ KƏMƏRİ ÇƏKİLMƏYİB
BAKI.05.11.2003. MEDİA-PRESS: Türkmən qazının İran ərazisindən Ermənistana vıerilməsi 2004-cü ilin əvvəlində müəyyənlşəcək. Bu məlumatı verən Ermənistanın Aşqabaddakı səfirliyinin 1-ci katibi Tiqran Qritqoryanın sözlərinə görə, ilk mərhələdə 2 mlrd. kub metr qaz idxalı nəzərdə tutulur. İndi Ermənistanın qaza illik tələbatı 1,5 mlrd. kub metr oldğu halda, gələcəkdə idxal 5 mlrd. kub metri keçəcək. İran marşrutu türkmən qazının Ermənistana çatdırılması üçün ən qısa və iqtisadi baxımdan sərfəli yoldur".
Qriqoryan türkmən qazının Ermənistana İran ərazisindən ötürülməsinə dair 3-tərəfli Tehran- Yerevan - Aşqabad danışıqlarının keçirilməsi xəbərini təsdiqləyərək deyib ki, tərəflər Ermənistana veriləcək İran qazının dəyərini Yerevanın elektrik enerjisi ilə ödəməsi məsələsini də müzakirə ediblər. Bu məlumatı ARKA agentliyi yayıb.
Lakin iş burasındadır ki, Ermənistana gah İran, gah da türkmən qazının ixracı barədə
deyilənlər hələlik niyyətdən başqa bir şey deyil. Çünki, bu zənciri bağlaya bilən həlqə , yəni , boru xətti isə yoxdur. Tehran və Yerevan çoxillik danışıqlardan sonra, nəhayət, 2001-ci ilin dekabrında İran-Ermənistan qaz xəttinin tikintisinə dair saziş bağlaya biliblər. Ancaq baxın, artıq 2 ilə yaxın vaxt keçsə də,saziş hələ kağız üzərində qalır. Ermənistan XİN-nin müavini Robert Şuqaryan oktyabrın sonunda bu məsələ barəsində iran tərəfilə fəal danışıqlar getdiyini, dəyəri $ 150 milyona yaxın olan xəttin çəkilişini maliyyələşdirə bilən investorların axtarıldığını və gələn il hər şeyin aydınlaşacağını deyib.
Tikintinin 1-ci mərhələsi İran ərazisində-100, Ermənistan ərazisində isə -41 km. uzunluğunda qaz xətti çəkilişini nəzərdə tutur ki, bu da Ermənistana ildə 1,5 mln. kub metr "mavi yanacaq" axıtmağa imkan verəcək . Bir sözlə, gələcəkdə bbu xətlə türkmən qazının Ermənistana İran ərazisindən ixracının mümkün olacağı ehtimalı qalmaqdadır.
TÜRKİYƏ MÜDAFİƏ NAZİRİ: İRANIN ERMƏNİSTAN SİYASƏTİ TÜRKİYƏ -İRAN MÜNASİBƏTLƏRİNİN İNKİŞAFINI ƏNGƏLLƏYİR
BAKI.05.11.2003. MEDİA-PRESS: Türkiyənin Müdafiə naziri Vecdi Könül bəyanat verib ki, İranın Ermənistan və Azərbaycan siyasəti türk-iran münasibətlərinin inkişafını çətinləşdirən amillərdən biridir.
"Mediamaks" agentliyinin məlumatına görə, Türkiyənin 2004-cü il üçün hərbi bbbbüdcəsinin ölkə parlamentində müzakirələrində çıxış edən nazir deyib ki, İranın öz inqilabını " ixrac etmək" cəhdləri, onun terrorizmlə mübarizəyə yanaşma tərzi, Ermənistan və Azərbaycana qarşı yeritdiyi siyasət xətti ikitərəfli münasibətlərin inkişafını çətinləşdirir.
Türkiyənin Müdafiə naziri həmçinin deyib ki, İranın nüvə, bioloji və kimyəvi silahlar yaratmaq imkanlarına malik olması da regionun təhlükəsizliyini sarsıdır.
BTC KƏMƏRİNİN TİKİNTİSİNƏ ARTIQ $ 1,5 MLRD. XƏRCLƏNİB
BAKI.05.11. 2003 MEDİA-PRESS: Bakı-Tbilisi-Ceyhan Əsas İxrac kəmərinin ( BTC ƏİK)tikintisində işlərin 44 faizi görülüb və buna $1,5 mlrd. xərclənib. Ümumiyyətlə bu layihə üzrə $2,3 milyard öhdəlik götürülüb ( BTC tikintisinin ümumi dəyəri-$2,95mlrd.). Bakıda mətbuat konfransında bu faktları açıqlayan BA-Azerbaijan prezidenti Dvid Vudvord Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərində indiyədək 500 km. dəhliz hazırlandığını , 100 km.boru döşəndiyini, 270 km. məsafədə boruların bir-birinə qaynaq edildiyini və daha 300 km.-lik boruların qaynaq üçün hazırlandığını vurğulayıb.
ƏİK 1767 km. uzunluğundadır. Onun 443 km. Azərbaycan, 248 km.- Gürcüstan və 1076 km.- Turkiyə ərazilərindən keçəcək. Buraxılış qabiliyyəti ildə 50 mln. ton olan bu kəmərdə 2003-cü ilin aprelində başlamış tikinti 2004-cü ilin 4-cü rübündə başa çatacaq. Azərbaycan neftinin Tükiyənin Ceyhan limanından 2005-ci ilin 2-ci rübündə ixracına başlanacağı nəzərdə tutulub.
BP (30,1%), ARDNŞ (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), ENI (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%),
TotalFinaElf (5%) və Amerada Hess (2,36%) BTC ƏİK iştirakçılarıdır.
BMK DİREKTORLAR ŞURASI BTC ƏİK TİKİNTİSİNƏ VƏ " AÇG" YATAQLARININ İŞLƏNMƏSİNİN 1-Cİ FAZASININ REALLAŞMASINA $310 MLN. AYIRMAQ QƏRARI VERİB
BAKI.05.11.2003. MEDİA-PRESS: Beynəlxalq Maliyyə Korporasiyasının (BMK- Ümumdünya Bankının qurumu) Direktorlar Şurası (DŞ) Bakı-Tbilisi-Ceyhan Əsas İxrac kəməri (BTC ƏİK) tikintisi layihəsinin və "Azəri-Çıraq-Günəşli" yataqlarının (Xəzərin Azərbaycan bölməsi) tammiqyaslı işlənməsinin 1-ci Mərhələsinini realizəsinə $310 mln. ayırmaq qərarına gəlib.
BMK veb-saytının məlumatına görə, Maliyyə korporasiyası bu məbləğin $125 milyonunu öz vəsaitləri hesabına BTC-nin tikintisinə ayırır və daha bu qədər məbləği sindikatlaşdırılmış kredit şəklində cəlb edəcək. Məlumatda qeyd olunur ki, Azərbaycan layihənin realizəsi gedişində 20 il ərzində $29 mlrd., bir tranzit ölkə kimi, Gürcüstan-$500 mln., Türkiyə isə tranzit tarifləri və Ceyhanda rüsumlar şəklində-$1,5 mlrd.alacaqlar.
Eynən AÇG yataqlarının işlənməsinə ayrılan $60 mln. yarısını BMK-nın öz vəsaitləri, yarısını isə- sindikatlaşdırılmış kredit təşkil edəcək.
Bloomberg agentliyi buna Ümumdünya Bankının nümayəndəsi Rəşad Kaldaninin " Bu kredit neft-qaz layihələrinə ayrılmış ən böyük istiqrazdır" sözlərini də əlavə edir. Avropa Yenidənqurma və İnkişaf Bankının(AYİB)Direktorlar Şurası da noyabrın 11-də BTC tikintisinə və AÇG-nin işlənməsinə daha bir kreditin taleyini həll dəcək. AYİB layihəyə 12 il müddətinə $125 mln. ayırmağı və 10 il müddətinə daha $125 mln. sindikatlaşdırılmış kredit cəlb etməyi planlaşdırır.
Xatırladaq ki, bu qərarı qəbul etməzdən qabaq, adlarını çəkdiyimsin ən böyük beynəlxalq maliyyə qurumları BTC tikintisinin iqtisadi, ekoloji və sosial yönümləri üzrə 120 gün ərzində Azərbaycan,Gürcüstan və Türkiyədə ictimai dinləmələr aparıblar.
Ümumi dəyəri-2,95 mlrd. dollar olan ƏİK tikintisində vəsaitlərin 30 faizi layihə iştirakçılarının, 70 faizi isə kreditlərin payına düşür. Əvvəlcə kreditləri bu ilin may-iyun aylarında almaq nəzərdə tutulurdu. Lakin layihənin reallaşmasındakı yubanma kredit ayrılmasını noyabra kimi geri atdı. Şirkətlər öz daxili imkanları hesablarına maliyyələşməni davam etdirdilər.
Uzunluğu 1767 kilometrə çatan ƏİK Azərbaycan (443 km.)- Gürcüstan (248 km.) və Türkiyə (1076 km.) ərazilərindən keçir. İllik buraxılış qabiliyyəti 50 mln. ton neftə bərabər olan bu xətdə 2003-cü ilin aprelində başlamış inşaat işlərini gələn ilin son rübündə tamamlamaq nəzərdə tutulur. Türkiyənin Ceyhan limanından azərbaycan neftinin ixracına isə 2005-ci ilin 2-ci rübündə başlamaq planlaşdırılır.
BP ( iştirak payı-30,1%), QNKAR (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), ENI (5%), Itochu (3,4%), ConocoPhillips (2,5%), INPEX (2,5%), TotalFinaElf (5%) və Amerada Hess (2,36%) layihənin iştirakçısıdır.
TOTAL S.A. İ CONOCOPHILIPS BTC KƏMƏRİNİN TİKİNTİSİNİ KREDİTLƏŞDİRMƏYƏ HAZIRDIRLAR
BAKI.05.11.2003. MEDİA-PRESS: Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Kəməri ( BTC ƏİK) tikintisinin iştirakçıları- Fransanın Total S.A. və ABŞ-ın Conoco Philirs şirkətləri öz vəsaitlərini kəmərin çəkilişinə kredit kimi ayırmağa hazırdırlar. BTC Co-nun baş icraçı direktoru Maykl Taunsend jurnalistlərə bu haqda məlumatına əlavə edib ki, iştirakçı şirkətlər BTC tikintisini maliyyələşdirməyə kredit şəklində $600-800 mln. öz vəsaitlərini ayırmağı planlaşdırırlar.Media-Pressin əvvəl də xəbər verdiyi kimi, BP bu məqsədlə təqribən $500 mln. öz vəsaitini verəcək. Norveç Statoili də bu istəkdə olduğunu bildirib. Kreditlə kommersiya banklarının şərtləri ilə veriləcək.
Xatırladırıq ki, kredit ayırmalı və ƏİK layihəsinin icrasını təmin etməli olan təşkilatlar 4 qrupa bölünür. Birinci qrupa həm öz vəsaitlərini ayıran, həm də kommersiya banklarının kreditlərinə zəmanət verən Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Beynəlxalq Maliyyə korporasiyası (BMK); 2-ci qrupa- ABŞ, Böyük Britaniya, Yaponiya, Almaniya, İtaliya və Fransadan material və adanlıq alınmasını maliyyəlşdirmək üçün kommersiya banklarına təminat verən ixrac-kredit agentlikləri; üçüncüyə- kommersiya banklarının özləri (10-dan 30-dək bank ); dördüncüyə isə- iri kreditor şirkətlər, o cümlədən BP və Statil daxildirlər. Bu zaman nəzərdə tutulur ki, ƏİK tikintisinin maliyyələşdirilməsi barədə banklar və kredit təşktlatları ilə bir ümumi saziş balğansın.
6 İLDƏ "ÇIRAQ" YATAĞINDAN 30 MLN. TON NEFT ÇIXARILIB
BAKI.05.11.2003. MEDİA-PRESS: Xəzərin azərbaycan hissəsində "Azəri-Çıraq-Günəşli" (AÇG) meqastrukturuna daxil olan "Çıraq" yatağının mənimsənilməsinin 6 ili tamam olur. Bu məddətdə orada 218 mln. barrel ( 30 mln. ton) neft çıxarılıb.
Bu ilin 9 ayında yataqda orta gündəlik hasilat 132 min barrel olub. Bakıdı mətbuat konfransında bu rəqəmləri açıqlayan BP-Azerbaijan şirkətinin prezidenti Devid Vudvordun sözlərinə görə, Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (ABƏŞ) və Azərbaycan Dövlət Neft şirkəti (ARDNŞ) "Çıraq"da istixraca başlanandan bəri Bakı -Supsa kəmərilə 197 tanker (25,2 mln. ton), o cümlədən 29 tanker (3,8 mln. ton ) azərbaycan mənfəət neftini ixrac ediblər.
Müqayisə üçün: bu müddətdə Bakı- Novorossiysk kəməri ilə 14 milyon tona yaxın ( bura ARDNŞ-in ayrı yataqlardan çıxardığı neft də daxildir) yanacaq ixrac edilib. Beləliklə, Novorossiyskdən 145 tanker, o cümlədən 92 tanker ( 8 mln. tona yaxın) ARDNŞ nefti göndərilib.
Vudvord qeyd edib ki,indi "Çıraq"da 14 istismar və 4 təzyiqlə suvurma quyusu işləyir. İndi A-12 quyusunda yan sütunun kəsiyi üzrə işlər gedir. Sayca 15-ci olacaq bu istismar quyusunu cari ayda istifadəyə vermək, ilin sonuna kimi yan sütunlu daha bir quyunun qazılmasını başa çatdırmaq planlaşdırılır.
ABƏŞ "Çıraq"da hasilatın daha da artırılması işlərini də davam etdirir.Buna nail olmaq üçün "Çıraq-1" platformasından ilkin neftin alınması layihəsi çərçivəsində və Səngəçal terminalında neft-qaz obyektlərində modernləşdirmə və genişlləndirmə işləri aparılacaq. Modernləşdirilmənin 1-ci mərhələsi başa çatıb. Nəticədə, yataqda gündəlik hasilat 143 min barreldən 146 min barrelə yüksəlib. 2-ci mərhələnin reallaşması 2004-cü ilin ortalarında "Çıraq"da gündəlik istixracı 165 min barrelə çatdırmağa imkan verəcək.
ABƏŞ "AÇG" YATAQLARININ "3-CÜ MƏRHƏLƏSİ" LAYİHƏSİNİN DƏQİQ MÜHƏNDİS LAYİŞƏSİNİN TƏRTİTBİNƏ BAŞLAYIB
BAKI.05.11. 2003 MEDİA-PRESS: Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (ABƏŞ) "Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənməsinin "3-cü mərhələsi"nin dəqiq mühəndis layihəsinin tərtibinə başlayıb. Bu faza "Günəşli" yatağında suyun dərin hissəsinin mənimsənilməsini nəzərdə tutur.
Bakıda mətbuat konfransında BP-Azerbaijan prezidenti Devid Vudvordun məlumatına görə, dəqiq layihənin işlənməsi 2004-cü ilin ortalarına kimi onun reallaşmasına sanksiya verilməsinə gətirib çıxaracq. "Günəşli"nin dərin yerlərində istixraca 2008-ci ilin ortalarında başlanacaq.Layihənin tətbiqi AÇG yataqlarında 2009-2010-cu illərdə gündəlik hasilatı 1 mln. barrelə çatdırmağa imkan verəcək.
"3-cü mərhələ" həm də "Çıraq" yatağının qərbindəki neft ehtiyatllarının çıxarılmasını nəzərdə tutur. Hazırda quyuların azlığı buna imkan vermir.
"AÇG" yataqlarının işlənməsi müqaviləsi 1994 -cü il sentyabrın 20-də imzalanıb. Hal-hazırda BP -34,1367% , Unocal -10,2814%,, ExxonMobil -8,0006%, Devon Energy -5,6262%, Amerada Hess -1,0413%, ARDNŞ -10%, INREX -10%, Itochu - 3,9205%, Statoil -8,5633%, TPAO -6,75% və Delta Oil -1,68% bu layihənin iştirakçılarıdıdr..
DEKABRDA "ŞƏRQİ AZƏRİ"DƏ QURAŞDIRILACAQ TAVA DAŞINDAN 10 QABAQLAYICI QUYU QAZILACAQ
BAKI.05.11.2003. MEDİA-PESS: Xəzərin Azərbaycan hissəsindəki "Şərqi Azəri" yatağında 10 qabaqlayıcı quyunun qazılması məqsədilə tava daşa quraşdırılacaq və "Dədə Qorqud" yarımdalma qurğusundan ilk 5 quyunun qazılmasına başlanacaq.
Bakıda mətbuat konfransında BP-Azerbaijan şirkəti prezidenti Devid Vudvordun məlumatına görə,yalnız bu işlər başa çatandan sonra , yəni 2004-ün axırı və ya 2005-ci ilin əvvəlində "Dədə Qorqud" "Qərbi Azəri"yə aparılacaq. Bildiyiniz kimi, bu yataqda hələ avqustda 9 qabaqlayıcı quyunun paket qazma işləri aparılmış, ümumən 4 min metr qazılmışdı. Lakin sonradan naməlum səbəbdən quyuların qazma sütunlarında sürüşmə baş verdi.Hazırda həmin quyularda geotexniki tədqiqatlar başa çatıb, qəzanın səbəbləri və dəymiş ziyan araşdırılır. BP burada qazmannı köhnə tava daşından davam etdirəcəyini, yoxsa yeni sahə seçərək orada yeni tava daşı quraşdırıb qabaqlayıcı quyuların qazılacağını 2004-cü ilin axırınadək qəti qərarlaşdıracaq.
"Qəbi Azəri"də qazma bitdikdən sonra, daha 5 qabaqlayıcı quyunun qazılması üçün "Dədə Qorqud" yenidən "Şərqi Azəri"yə aparılacaq. Bu yarımdalma qurğusu indi "Mərkəzi Azəri"dədir. Orada 2 istismar quyusunda açıq sütunlarda çınqıl tıxacları quraşdırılır. Əvvəlcə bu iş orada istixrac platformasının quraşdırılmasından sonra görülməli idi. Lakin indi "Dədə Qorqud" boş qaldığı üçün bu işi qabağa çəkmək qərara alınıb.
Vudvord sonda vurğulayıb ki, "Qərbi Azəri"də baş vermiş hadisə bütün "Azəri" layişəsi üzrə işlərin cədvəlinə heç bir mənfi təsir göstəməyəcək.
"ŞAH-DƏNİZ" YATAĞINDA 2-Cİ QABAQLAYICI QUYUNUN QAZILMASI DEKABRIN SONUNDA BAŞA ÇATACAQ
BAKI.05.11. 2003 MEDİA-PRESS:Xəzərin Azərbaycan bölməsindəki "Şah-Dəniz" qaz-kondensat yatağında 2-ci qabaqlayıcı quyunun qazılması dekabrın sonunda başa çatacaq.Bu məlumatı BP-Azrbaijan şirkətinin preziddenti Devid Vudvord Bakıda mətbuat konfransında açıqlayıb.
Quyunun layihə dərinliyi 6610 metrdir. Bu dərinliyin 4600 metri qazılıb. Yatağın şimal-şərq cinahında, dərinliyin 101 metrə çatdığı nöqtədə yerləşən bu quyuda qazma işləri sentyabrda başlayıb.
İlk qabaqlayıcı quyunu bu ilin aprel-avqust aylarında yarımdalma "İstiqlal" qazma qurğusundan Caspian Drillinq Company həyata keçirib.Bu quyu da "Şah-Dəniz"in şimal-şərq hissəsində, dərinliyin 101 metr olduğu nöqtədə qazılıb. 1-ci quyu 6560 metr dərinliyində olub.
Dəyəri 3,2 mlrd. dollar olan "Şah-Dəniz" qaz- kondensat yatağının işlənməsinin "1-ci mərhələsi" dərinliyin 105 metr olduğu məntəqədə 15 quyu qazılması üçün platforma quraşdırılmasını, bu platformadan Səngəçal terminalına kimi uzunluğu 100 kilometrə çatan 2 paralel sualtı borunun çəkilməsini, həmçinin Bakı-Tbilisi-Ərzrum istiqamətində Cənubi Qafqaz qaz xəttinin tikilməsini nəzərdə tutur. Yataqdan ilk qazın 2006-cı ilin oratlarında çıxarılacağı planlaşdırılıb.
"1-ci mərhələ" çərçivəsində 178 mlrd. kub metr qaz və 34 mln. ton kondensat çıxarılmalıdır. Ən gur istixrac dövründə qaz hasilatı ildə 8,4 mlrd. kub metr, qaz kondensatı isə- 2 mln. ton olacaqdır. Yatağın işlənməsinin sonrakı mərhələlərində illik qaz hasilatı 16 mlrd. kub metrə yaxın olacaq.
"BP (25,5%), Statoil (25,5%), QNKAR (10%), LUKAgip
(10%), OIEC (10%), TotalFinaElf (10%) i TPAO (9%) "Şah-Dəniz" layihəsinin iştirakçılarıdır.
Bu yatağın ehtiyatları 1 trln. kub metr civarındadır.
"ŞAH-DƏNİZ" YATAĞININ İŞLƏNMƏSİNİN 1-Cİ MƏRHƏLƏSİ ÇƏRÇİVƏSİNDƏ SƏNGƏÇAL TERMİNALININ GENİŞLƏNDİRİLMƏSİNƏ BAŞLANIB
BAKI.05.11.2003. MEDİA-PRESS: Offşor qaz- kondensat yatağı "Şah-Dəniz"in işlənməsinin "1-ci mərhələsi" çərçivəsində Səngəçal terminalının genişləndirilməsi məqsədilə tikinti işləri başlayıb.
BA-Azerbaijan şirkətinin mətbuat xidməti bildirib ki, ilk 3 ayda əsasən inşşat işləri aparılacaq:yollar çəkiləcək, drenaj sistemləri tikiləcək ki, qışda lazımi işlər davam etdtrilə bilsin. Gələn il gətiriləcək 20 min ton avadanlığı saxlamaq üçün anbarlar və meydançalar da qışda tikiləcək. Teminalda əsas obyektlərin tikintisi gələn ilin yanvarında başlayıb 2005-ci ilin sonunda tamalanmalıdır.
Bütün işlər başa çatdıqdan sonra, Səngəçal terminalı "Şah-Dəniz"də çıxarılan bütün qazın, eləcə də "Azəri-Çıraq-Günəşli" offşor meqastrukturunda hasil edilən neftin toplanması, emalı və ixracının mərkəzi məntəqəsinə çevriləcək.
İstixracın ən yüksək həddə çatacağı dövrdə terminal gündəlik 1 mln. barrel neft və 1 mlrd. kub fut qaz ( 28,3 mln. kub metr qaz) qəbul edib ötürə biləcək. O vaxt terminalda gün ərzində təqribən 900 mln. kub fut qaz emal edilərək Azərbaycan, Gürcüstan və Türkiyəyə veriləcəkdir."Şah-Dəniz" qazının ilk ixracı 2006-cı ilin əvvəlində reallaşacaq.
Bütövlükdə bu yatağın işlənməsinin "1-ci mərhələsi": dənizdə dərinliyin 105 metrədək olduğu yerlərdə 15 quyunun qazılması üçün TPG-500 platformasının quraşdırılmasını; sonralar dərinliyin artıq 300 metrə çatdığı məntəqədə qazılmalı olan 5 quyu üçün sualtı hazırlığın aparılmasını ; TPG-500 platformasından Səngəçal terminalınadək hər birinin uzunluğu 100 km. çatan 2 sualtı boru xəttinin ( 26-düyməlik -qaz və 12-düyməlik- kondensat) çəkilişini; sahil terminalında qaz və kondensatın hazırlanması üçün qurğunun, habelə Azərbaycandan Gürcüstana, oradan da Türkiyəyə uzanan Cənubi Qafqaz kəmərinin (CQK) tikintisini nəzərdə tutur. Layihənin ümumi dəyəri -$3,2 milyarddır.
CQK-un 2 operatoru olacaq. Texniki operator BP obyektlərin tikintisi və istismarına, kommersiya operatoru Statoil isə CQK biznesinin inkişafına və idarəçiliyə görə məsuldurlar.
CQK boruçəkmə konsorsiumu "1-ci mərhələ" çərçivəsində Turkiyə dövlət boruçəkmə şirkəti BOTAŞ-la ( ildə -6,3 mlrd. kub metr), Azərbaycanla ( ildə 1,5 mlrd. kub metrədək) və Gürcüstan Beynəlxalq neft korporasiyası ilə ( ildə- 0,8 mlrd. kub metrədək) qaz alqı-satqısı sazişləri bağlayıb.
"Şah-Dəniz" yatağının qaz ehtiyatları 1 trln. kub metrdir.
Layihənin səhmdarları: BP (25,5%), Statoil (25,5%-Norveç), ARDNŞ (10 %), TotalFinaElf( 10%-fransa-belçika), "LUKoyl" ( 10%-Rusiya), OİEC (10%-İran) və TPAO ( 9%- Türkiyə) şirkətləridir.
10 AYDA AZƏZRBAYCANDA 7,44 MLN. TON NEFT ÇIXARILIB
BAKI.05.11.2003.MEDİA-PRESS: Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və onun iştirakı ilə yaradılmış müştərək müəssisələr (MM) bu ilin 10 ayında 7,44 mln. ton neft çıxarıblar ki, bu da planda nəzərdə tutulduğundan 1,5 faiz, yaxud 111,4 min ton çoxdur. ARDNŞ-də Media-Pressə verilmiş məlumatda göstəçrilir ki, bu neftin 6,730 mln. tonu (artım-0,4%)- ARDNŞ-in bölmələrinin, 710,4 min tonu isə (artım-13,7%) MM-in payına düşüb.
Oktyabrda Dövlət Şirkəti 756,1 ton (plandakından 8,7 min ton, yaxud-1,2% çox) neft hasil edib. Bu yanacağın 683 min tonunu- neftqazçıxarma idarələri,72,3 min tonunu isə- MM-lər istixrac ediblər.
Bütövlükdə 2003-cü ildə Azərbaycanda 15,25 mln. ton səviyyəsində neft hasil ediləcəyi gözlənilir. Bunun 8,8 mln. tonu ARDNŞ yataqlarından , 6,45 mln. tonu isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən çıxarılacaq.