AZƏAZƏRBAYCANDA YÜKDAŞIMILIRININ HƏCMİ 2004-CÜ İLDƏ 6,4 % ARTACAQ

BAKI.07.11.2003.MEDİA-PRESS: 2004-cü ildə Azərbaycanda yük daşımılarının həcmi 11, mln. ton təşkil edəcək və və 2003-cü ilin gözləilən nəticəsindən 6,4% çox olacaq.

Respublika hökumətinin parlamentə təqdim etdiyi büdcə sənədlərinin makroiqtisadi hesablamalarındakı bu rəqəmlərlə yanaşı 2004-cü ildə avtomobil nəqliyyatı ilə -61 mln. ton ( artım-7% ), dəmir yolu ilə- 19,3 mln. ton ( artım- 3,7%), borularla - 17,2 mln. ton ( artım-2,3%) və dəniz nəqliyyatı ilə-14 mln. ton ( artım-12,9%) daşınacağı vurğulanır.

Hesablamalara görə, 2004-cü ildə Bakı Dəniz Ticarət limanında 12 mln. ton (artım-20 %) yük qəbul ediləcək və yola salınacaq, Transasiya- Avropa nəqliyyat dəhlizinin (TRACECA) azərbaycan sahəsi üzrə yükdaşımalar 16,1 % artaraq 11,5 mln. tona çatacaq. Gələn ilin sərnişin dövriyyəsi 12,7 mlrd. sərnişin-km. həcmində (artım- 5,1%) proqnozlaşdırılır ki, bunun da 10,1 mlrd. sərnişin- kilometri avtomobil nəqliyyatının payına düşəcək.


ÜB EKSPERTLƏRƏİ " AZƏRBAYCANIN MAGİSTRAL AVTOMOBİL YOLLARI" LAYİHƏSİNİN REALİZƏSİ İLƏ TANIŞ OLURLAR

BAKI.07.11.2003. MEDİA-PRESS:Ümumdünya Bankının (ÜB) respublikamıza gəlmiş missiyasının əsas məqsədi bu qurumun " Azərbaycanın magistral avtomobil yolları"layihəsinin necə tətbiq olunduğuna nəzarət etməkdir.

Bakıdan Gürcüstan sərhəddinədək uzanan magistralın 93 km.-lik Gəncə- Qazax hissəsinin müasir avtomobil yoluna çevrilməsini nəzədə tutan layihə $48 mln. dəyərindədir. Bunun $40 mln. Beynəlxalq İnkişaf Assosiasiyasının,$6,5 mln. respublikanın öz vəsaitidir. Qalan $1,5 mln. Avropa İttifaqının TACİS proqramı ayırıb.

Layihə 2 mərhələdə həyata keçirilir. Əvvəlcə Gəncə-Şəmkir yolunun 3-km.-lik hissəsi yenidən qurulur. Bu işi turkiyə şirkəti Turan & Hazinadaroğlu aparır.2-ci mərhələ 73 km.-lik Şəmkir-Qazax avtomobil yolunun bərpasını nəzərdə tutur. Azərbaycan Nəqliyyat nazirliyi artıq layihənin bu hissəsinin icraçısı üçün tender elan edib. Yolun çəkilişi 18 aya tamalanmalıdır.


YENİ İNKİŞAF PRQRAMI AZƏRBAYCANDA 2008-Cİ İLƏ KİMİ 600 MİN YENİ İŞ YERİ AÇILMASINI NƏZƏRDƏ TUTUR

BAKI.07.11.2003. MEDİA-PRESS: Azərbaycan İqtisadi İnkişaf nazirliyi ( İİN) 2004-2008-ci illər üçün respublikanın sosial-iqtisadi inkişaf proqramını hazırlayır. "İnterfaks-Azərbaycan" agentliyinin xəbərinə görə, bu məlumatı verən İİN rəhbəri Fərhad Əliyev vurğulayıb ki , "hökumətin bu yönümdə apardığı ciddi işin məqsədi 600 min yeni iş yeri yaratmaqdır. İndi gələn 5 ilin sosial-iqtisadi inkişaf proqramı və 3-illik investisiya proqramı işlənib hazırlanır."


ÜB-NIN TƏHSİL ÜZRƏ MİSSİYASI BAKIDADIR

BAKI.07.11.2003. MEDİA-PRESS: Ümumdünya Bankı (ÜB) missiyasının Bakıyda olmasının başlıca məqsədi icrası Azərbaycanda başa çatmaqda olan təhsil proqramının icmalını hazırlamaq və bu sahənin yeni 10-illik islahat proqramının realizəsinin gedişilə tanış olmaqdır.

Birinci layihə tədris proqramı və təlim metodikasının təkmilləşdirilməsini, müəllim heyətinin ixtisasının artırılmasını nəzərdə tutur.Layihənin dəyəri $5,5 milondur. Bu vəsaitin $ 500 minini ölkə hökuməti ayırıb. Saziş 1999-cu ildə bağlanıb. Azərbaycanda təhsil sistemininin islahatına dair 10-illik (2003-2013) proqram bu sahədə işlərin keyfiyyətcə yaxşılaşdırılmasını, yuxarı siniflər üçün tədris proqramlarının əvəzlənməsini, yeni dərsliklər buraxılmasını, müəllimlərin hazırlanmasını və ixtisaslarının artırılmasını, maddi-texniki bazanın inkişaf etdirilməsini nəzərdə tutur. $60 mln. dəyərində olan layihə 3 mərhələdə icra olunacağı üçün ÜB da 3 dəfə tranş ayıracaq. İlk mərhələ-2003-2007-ci, ikinci- 2007-2010-cu və son-2010-2013-c illəri ehtiva edəcək. $18 mln. məbləğində ilk tranş bu ilin sentyabrında ayrılıb.


2004-CÜ İLDƏ AZƏRBAYCAN NATO-YA DAXİL OLMAQ PLANLARI NI AÇIQLAYA BİLƏR

BAKI.07.11.2003. MEDİA-PRESS: Azərbaycan NATO-ya daxil olmaq planlarını artıq 2004-cü ildə bəyan edə bilər.

" Bu gün respublikada baş verən proseslər, ordunun modernləşməsi, cəmiyyətdəki inkişaf bütövlükdə nəzərə alınarsa, 2004-cü ildə Azərbaycan NATO-ya üzv olmaq əzmini bəyan edə bilər". Azərbaycan Prezident Apartı Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov belə deyib. Respublikanın Müdafiə naziri Səfər Əbiyev də həftənin əvvəlində bolqar həmkarı Nikolay Svinarovla görüşündə demişdi ki, Bakı NATO üzvlüyünə can atır və 2004-cü ildən Şimali Atlantik alyansının tamhüqüqlu üzvünə çevriləcək Bolqarıstanın təcrübəsini iqtibas etməyi bu baxımdan faydalı sayır.


AZƏRBAYCAN YAPONİYA, POLŞA VƏ KUVEYTDƏ SƏFİRLİKLƏR AÇMAQ NİYYƏTİNDƏDİR

BAKI.07.11. 2003 MEDİA-PRESS:Azərbaycan 2004-cü ildə Yaponiya, Polşa və Kuveytdə səfirliklərini açmağı planlaşdırır. Respublika XİN-nindəki mənbənin "İnterfaks-Azərbaycan" agentliyinə məlumatına görə, ölkə prezidentinin 2002-ci il tarixli sərəncamlarına uyğun olaraq ,indi bu ölkələrdə diplomatik missiyalarımızın açılışına hazırlıq görülür.

Bundan qabaq Maliyyə naziri Əvəz Ələkbərov jurnalistlərə məlumat verib ki, Tokio, Varşava və Əl-Kuveytdə səfirliklərin açılışı üçün 2004-cü il büdcəsində 9,6 mlrd. manat ( 1 $=4911 manatdır) nəzərdə tutulub.


AZI 3 AZƏRBAYCANLI GÜRCÜSTAN PARLAMENTİNİN DEPUTATIDIR

BAKI.07.11.2003. MEDİA-PRESS: 2 noyabr seçkilərinin ilkin nəticələrinə görə, azı 3 azərbaycanlı gürcüstan parlamntinin deputatı olub. Əvvəlki çağırış gürcüstan qanunvericilik orqanının deputatı Zümrüd Qurbanov "İnterfaks-Azərbaycan"ın müxbirinə bu haqda məlumatında seçkinin nəticələrinin yekun hesablanmasından sonra onların sayının artacağını da istisna etməyib.

Onun sözlərinə görə, ən səthi hesablamalara görə, Gürcüstanda 180 min (qeyri-rəsmi məlumata görə, bu ölkədə yarım milyona yaxın azərbaycanlı yaşayır) azərbaycanlı seçici var və onların da əksəriyyəti "Yeni Gürcüstan uğrunda" hakim bloku dəstəkləyir. Z.Qurbanov deyib: "Həmvətənlərimiz həmişə prezident Eduard Şevardnadzenin Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlmiş xəttini mədafiə ediblər və onların bu dəstəyi həmişə yerli müxalifətin kəskin tənqidinə məruz qalır.


"ŞAH -DƏNİZ" YATAĞININ YENİ QAZ TƏBƏQƏSİNİN TƏXMİNİ EHTİYATI İLİN AXIRINDA ELAN EDİLƏ BİLƏR

BAKI.07.11.2003. MEDİA-PRESS: Xəzərin azərbaycan bölməsindəki "Şah-Dəniz" yatağında yeni qazlı layın təxmini ehtiyatları 2-ci qabaqlayıcı quyunun nəticələrinə əsasən, dekabrın axırlarında elan edilə bilər. BP Azrbaijan şirkətinin "Şah-Dəniz" yatağının işlənməsi layihəsi üzrə vitse-prezidenti Rob Kelli belə deyib.

Yeni məhsuldar lay yatağın şimal-şərq cinahında1-ci qabaqlayıcı quyunun qazılmasından sonra aşkarlanıb. R. Kelli deyib :"Hələlik biz yeni layın ehtiyatlarını müəyyənləşdirməkdəyik .2-ci qabaqlayıcı quyu qazılandan sonra yekun rəy veriləcək". Vitse-prezident məlumat verib ki, Keppel Fells şirkəti ( BP-nin podratçısı) "Şah-Dəniz"də quraşdırılacaq istixrac platformasının Sinqapurda tikintisini davam etdirir. Platformanın bütün blokları gələn ilin oktyabrına kimi Bakıya gətiriləcək və burada da quraşdırılacaqdır. Qaz ehtiyatı təqribən 1 trln. kub metrə çatan bu yatağın səhmdarları: BP (25,5%,operator),, Statoil (25,5%), LUKAgip (10%), TotalFinaElf (10%),ARDNŞ (10%), OIEC (10%), TPAO (9%) şirkətləridir.


TPG-500 DƏNİZ PLATFORMASININ QURAŞDIRILMASI ÜÇÜN ZƏRURİ OLAN ZIX ZAVODUNUN MODERNLƏŞDİRİLMƏSİ 2004-CÜ İLİN 3-CÜ RÜBÜNDƏ BAŞA ÇATACAQ

BAKI.07.11.2003. MEDİA-PRESS: "Şah-Dəniz" yatağında quraşdırılmalı olan TPG-500 dəniz platforması modullarının yığılacağı Bakı Zıx zavodunun modernləşdirilməsi işi gələn ilin 3 -cü rübündə başa çatdırılacaq. TECHNİP qrupuna daxil olan TMOL şirkəti bu işllərin podratçısıdır.

Modernləşdirmə zavodun iki meydançasında aparılacaq: birində TPG-500 platformasının dayaq və özülləri, o birisində isə- qazma bürcünün (vışkasının) əsas gövdəsi və avadanlığı yığılacaq. Eyni vaxtda "Xəzərdənizneftdonanması"nın üzən quru tərsanəsi də təzələnəcək. Cədvəllə bu iş dekabrda başlamalı və 2004-cü ilin 2-ci rübündə qurtarmalıdır. Üzən quru tərsanədən TPG-500-ün əsas gövdəsinin 4 seksiyasının yığılmasını tamalamaq üçün istifadə olunacaq.

Bu işlərin ümumi dəyəri 15-20 mln. dollardır. "Şah-Dəniz" yatağının işlənməsi layihəsi TPG-500 dəniz platformasının tikintisini nəzərdə tutur. Bu platformadan dərinliyin 105 metrə qədər olduğu yerlərdə 15 quyu qazıla bilər. İlk mərhələdə TPG-500 platformasından 5 quyu qazılacaq və hər birinin uzunluğu 100 kilometr olan 2 boru xətti ( Səngəçal terminalına kimi -20 düyməlik qaz və 12 düyməlik kondensat) çəkiləcək .Gözlənildiyinə görə, ilk mərhələdə yataqdan təqribən 178 mlrd.kub metr qaz və 34 mln. ton kondensat hasil ediləcək. Orta illik hasilat isə -8,4 mlrd. kub metr qaza və 2 mln. ton kondensata bərabər olacaq. Britaniya-Amerika şirkəti -BP (layihənin operatoru, iştirak payı-25,5%), Norveç Statoili (25,5%), Türkiyə TPAO-su (9%), ARDNŞ, italyan-rus MM-i LUCAgip, fransız Total SA-sı (sabiq TotalFin Elf) və NİCO (hərəyə 10%) layihənin iştirakçılarıdır.


QAZAXISTANIN BTC KƏMƏRİNƏ QOŞULMASI HAQQINDA DANIŞIQLARIN NÖVBƏTİ RAUNDUNUN VAXTI MÜƏYYƏNLƏŞMƏYİB

BAKI.07.11.2003. MEDİA-PRESS:Bakı-Tbilisi-Ceyhan Əsas İxrac kəməri (BTC ƏİK ) layihəsinə Qazaxıstanın qoşulmasına dair danışıqların növbəti raundunun keçirilməsi tarixi hələki, müəyyənləşməyib.

Qazaxıstın Azərbaycandakı səfiri Andar Şukputovun məlumatına görə, indi hər iki ölkənin ekspertləri hökumətlərarası saziş layihəsini hazırlayırlar. Milli qanunvericiliklər nəzərə alınmaqla sənədlərin hüqüq, vergi və gömrük məsələlərini tənzimləyən müddəaları dəqiqləşdirilir. Bu iş bitdikdən sonra, iki ölkənin işçi qrupu onu razılşdıracaq və Qazaxıstan və Azərbaycan hökumətlərinə təqdim edəcəklər. Diplomatın fikrincə, bu hazırlıq işləri ilin sonuna kimi tamamlanacaq.

Xatırladaq ki, sentyabrın 2-3-də Bakıda keçirilmiş əvvəlki görüşdə hökumətlərarası sazişin iki variantı müzakirə edilib. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Natiq Əliyevin sözlərinə görə, "ARDNŞ-lə "KAzmunayqaz" arasında danışıqların növbəti raundunda irəliləyiş olub. " Qazaxıstan tərəfi hökümətlərarası sazişin əhəmiyyətini başa düşüb. Əgər onlar əvvəllər BTC-yə qoşulmaq barədə bəyanatı kafi sayırdılarsa, bu gün artıq sazişin özlərinə aid variantını hazırlayıblar. Bizim variantımız, əlbəttə, daha məqbuldur. Ona görə ki, hökümətlərarası sazişlərə əsaslanır və BTC ƏİK də məhz onlar əsasında tikilir". ARDNŞ prezidenti hər iki variantın ümdə məqamlarının ümumən üst-üstə düşdüyünü və onların əsasında ən münasib variantın işlənib hazırlanacağını vurğulayaraq bildirib ki, danışıqlarda Qazaxıstan neftinin BTC kəməri ilə axıdılmasının əlverişli şərtlərini təmin etmək üçün bu ölkə qanunvericiliyinin hökümətlərarası sazişin tələblərinə uyğunluğu məsələsi də nəzərdən keçirilib.

Bununla yanaşı qazax neftini ixrac edən şirktələrin 2 ölkənin müvaifq infrastruktruna buraxılması məsələsi də danışıqlar mövzusu olub. Danışıqların Bakı raundunda ARDNŞ, "KazMunayQaz", BTC Co boruçəkmə konsorsiumu, habelə ENİ, TotalFinaElf , ConocoPhilips və İnpex (bu 4 şirkət Qazaxıstan neft yataqlarnın işlənməsində də iştirak edir) şirkətlərinin çoxlu eksperti iştirak edib. Gələcəkdə yaradılacaq az saylı işçi qrupu danışıqlar prosesini intensivləşdirəcək. İki ölkə arasında danışıqların növbəti mərhələsi tranzit ərazi sahibi olan ölkə ilə sərmayəçilər arasında tranzit sazişinin hazırlanmasıdır. ARDNŞ prezidenti qeyd edib ki, tranzit sazişinə yalnız BTC Co-nun 4 səhmdar şirkəti( onlar Qazaxıstan layihələrinin də iştirakçısıdır) deyil, başqaları da cəlb oluna bilər. Məhz bu şirkətlər Aktau-Bakı marşrutunda infrastrukturların (yeni terminallar, limanlar və sairənin) yaradılmasını maliyyə vəsaiti ilə təmin edəcək. Aktau-Bakı kəməri ilə axıdılan qazaxıstan nefti sonradan BTC kəmərinə ötürüləcək. Bunun üçün Azərbaycanda yeni terminal tikilməsi də tələb olunur".

ARDNŞ prezidenti sonra BTC Co və qazaxıstan neftinin ixracçıları arasında kommersiya müqavilələrinin bağlanacağını vurğulayıb. Aktau-Bakı sisteminin yaradılması Kurıkda (Aktaudan 76 km. cənub-şərqdə) neftin saxlanması və yola salınması üçün yeni terminalın, habelə birləşdirici boru xətlərinin tikintisini nəzərdə tutur. Beləki, Kurık sistemilə ildə 20 mln. ton neft göndərmək( ilk mərhələdə-7,5 mln. ton) mümkün olacaq. İnvestisiyaların həcmi hökumətlərarası saziş imzalandıqdan sonra müəyyənləşəcək. Yeni sistem 2006-cı ilin axırları üçün ( "Kaşaqan"dan ilk neft alınanda ) tikiləcək. Aktau-Bakı sisteminin idarə olunması üçün ayrıca şirkət yaradılacaq. "Kaşaqan"ın işlənməsində iştirak edən və BTC Co-da 15 % iştirak payı olan 4 məlum şirkət - ENİ.TotalFinaElf, ConocoPhilips və İnpex bu yeni şirkəti maliyyələşdirəcək.


NEFTİN 1 BARRELİNİN QİYMƏTİ 20 DOLLARDAN AZ OLARSA, MALİYYƏ NAZİRLİYİNİN XÜSUSİ HESABINDAKI VƏSAİTLƏRDƏN İSTİFADƏ OLUNACAQ

BAKI.07.11.2003. ÜEDİA-PRESS: 1 barrel neftin qiyməti 20 dollardan aşağı düşərsə, Azərbaycan Maliyyə nazirliyinin xüsusi hesabındakı vəsaitlərdən istifadə etmək niyyətindədir. Maliyyə naziri Əvəz Əlkbərov jurnalitlərə müsahibəsində belə deyib.

Xüsusi hesab bu ilin əvvəlində açılııb və məqsəd neftin dünya qiymətlərinin artmasına görə Dövlət Neft Şirkətinin ( ARDNŞ) ödəyəcəyi əlavə vergini orada cəmləşdirməkdir. İndi Nazirliyin Xüsusi xəzinə hesabında dünyada neftin bahalaşması ilə bağlı ARDNŞ-in $15 mln. həcmində əlavə vergi tədiyyələri mövcuddur. Əgər gələn il neftin qiyməti düşərsə və ARDNŞ dövlət büdcəsinə vergi ödəmələrinə dair öhdəliklərini yerinə yetirə bilməzsə, o zaman Xüsusi hesabın vəsaitlərindən istifadə olunacaq. 2004-cü il üçün neftin qiymətlərinə dair OPEK-in proqnozları bir qədər təşviş doğurur. Ancaq, düşünürəm ki, hər şey qaydasında olacaq". Maliyyə naziri belə deyib. "İntrfaks-Azərbaycn" agentliyinin məlumatında deyilir ki, ARDNŞ 2003-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 1 trln.377,8 mlrd. manat məbləğində vergi ödəyib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 20,6% çoxdur. Şirkət bu il dövlət büdcəsinə 1 trln. 862 mlrd. manat səviyyəsində vergi ödəməlidir.


İLİN ƏVVƏLİNDƏN ARDNŞ "AZƏRİQAZ" SİSTEMİNƏ 1,794 MLRD. KUB METR QAZ VERİB

BAKI.07.11. 2003. MEDİA-PRESS: Dövlət Neft Şirkəti (ARDNŞ) ilin əvvəlindən bəri dövlətə 3,564 mlrd. kub metr təbii qaz verib. Bu həcmin 1.794 mlrd. kub metri (plandan 16,4% çox) "Azəriqaz" Səhmdar Cəmiyyətinə (SC), qalan 1,770 mlrd. kub metri (nəzərdə tutulandan 11.4 % az) Azərbaycan Qaz emalı zavoduna (AzQEZ) verilib.

Oktyabrda SC planla müqayisədə 11,8% çox və ya 175, 5 mln. kub metr, AzGEZ isə planlaşdırılandan 8,3% az və ya-186,9 mln. kub metr alıblar. Respublikanın ildə 10 mlrd. kub metr təbii qaza ehtiyacı var. Bunun 5 milyardı əhalinin və sənaye müəssisələrinin, 5 milyardı isə- elektrik stansiyalarının tələbatı üçün gərəkdir. 2002 və 2003-cü illərdə respublikamız "İtera" benyəlxalq şirkətlər qrupundan ildə 4 mlrd. kub metr "mavi yanacaq" alıb. Bu il SC Azərbaycanın daha 1,5 mlrd. kub metr qaz satın alması barədə "İtera" ilə saziş bağlasa da, hələlik gerçəkləşməyib. Respublika Yanacaq və Energetika naziri Məcid Kərimovun sözlərinə görə, ölkənin artıq pulu olmadığı üçün bu əlavə qazı hələlik alınmayıb. Qazın hər min kub metri 52 dollara idxal edilməlidir. Bu zaman Azərbaycan tərəfi onun dəyərinin yarısını pulla, qalan yarısını isə avadanlıqla ödəməlidir. Hesablamalara görə, Azərbaycanda bu il 5,04 mlrd. kub metr qaz çıxarılacaq. Həmin həcmin 890 mln. kub metrini "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi layihəsi çərçivəsində səmt qazı çıxaran Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti əvəzsiz (heç bir haqq almadan) repsublikaya verəcək.


İLİN ƏVVƏLİNDƏN "AZƏRENERJİ" SC 378 MİN TON ŞƏRTİ YANACAQA QƏNƏT EDİB

BAKI.07.11.2003. Respublikanın istilik elektrik stansiyaları 2003-cü ilin oktyabrında 1 kVt/saat elektrik enerjisi hasilinə 380,45 qram ( ötən ilin eyni dövrü ilə müqayisədə-18,14 qram az) şərti yanacaq işlədib ki, bu da 26 min ton şərti yanacağa qənaət deməkdir.

"Azərenerji" Səhmdar Cəmiyyətndə (SC) bütün Dövlət Rayon Elektrik stansiyalarında (DRES ) qənaət oldüğünü , bunun vaxtlı-vaxtında görülmüş profilaktik tədbirlərin və bərpa işlərinin nəticəsi olduğunu , "Azərbaycan", Əli-Bayramlı və "Şimal" DRES-lərin bu işdə daha çox fərqləndiyini qeyd etdilər.

Ümumiyyətlə isə, ilin əvvəlindən SC-da 1 kVt/saat enerji hasilinə 2002-ci ilin eyni övrü ilə müqyisədə 27,83 qram az şərti yanacaq işləninib ki, bu da 378 min ton şərti yanacağa qənaət deməkdir.


TİKİLMƏKDƏ OLAN "TERMİNAL" YARIMSTANSİYASI ÜÇÜN YENİ TRANSFORMATOR GƏTİRİLİB

BAKI.07.11.2003. MEDİA-PRESS: Səngəçal neft terminalında tikillən elektrik yarımstansiyası üçün nəzərdə tutulan 40 MVA yeni transformator Azərbaycana gətirilib. Media-Pressə "Azərenerji" Səhmdar Cəsmiyyətində (SC) verilən məlumata görə, yarımstansiyanın işə salınması üçün ən yaxın günlərdə quraşdırma və sonrakı hazırlıq tədbirləri görüləcək.

Eyni vaxtda terminalı enerji ilə təmin edəcək 220 kilovolğtluq "Səngəçal" yarımstansiyasının genişlləndirilməsi işləri də davam etdiriləcək.Ukraynadan gətirilən yeni transformator artıq quraşdırılıb, indi ötürücü xətlər ona birləşdirilir, qoruyucu sistem quraşdırılır. Yaxın günlərdə transformatorun test buraxılışı gözlənilir.


BRİTANİYA TARGOL İNVESTMENT LTD "AZƏRBOU" ÜÇÜN YENİ AVADANLIQ ALIR

BAKI.07.11.2003. MEDİA-PRESS: "Azərboru" Açıq tipli Səhmdar Cəmiyyəti ( sabiq Azərbaycan boruyayma zavodu) üzrə investisiya müsabiqəsinin qalibi Targol Investment Ltd Britaniya şirkəti zovod üçün avadanlıq kompleksinin alınmasına dair Almaniyanın "Fuks" şirkəti ilə müqavilə bağlayıb. Zavodun yeni sahibi İtaliyadan müxtəlif metal profilləri istehsalı üçün 70-tonluq elektrik poladtökmə sobası və aqreqat alınmasıa dair müqavilə bağlayıb.

"Azərboru"nun özündə də işlər görülməkdədir. Beləki, artıq hidrosınaqlar aparılması üçün 700 atmosferlik press ( sıxıcı) təmir olunub, boruyayma sexində isə iki yeni kompressor quraşdırılıb. Targol Investment Ltd bu günədək azərbaycan zavoduna $2,4 mln. sərmayə qoyub. İndi müəssisədə 1200 nəfər işləyir. "Azərboru"nun yeni sahibi əməkhaqqı borcunun 60 faizini ( 6,5 mlrd manat) ödəyib və ilin axırınadək qalan borc da ödəniləcək. İndi zavodda Ukraynadan gətirilmiş borular sınaqdan çıxarılır. İtaliyadan yeni poladtökmə sobası gətirilən kimi müəssisə yenidən öz məhsulunu buraxmağa başlayacaq. Media-Pressə verilmiş məlumata görə, şirkətin bu müəssisəni alarkən keçirilən investisiya müsabiqəsinin qalibi kimi təqdim etdiyi biznes-plana görə, "Azərboru"nun modernləşdirilməsinə və istehsalın yenidən başlanmasına 244 mlrd. manat (49,8 mln. dollar) sərmayə qoyulması nəzərdə tutulur. Bu, hər şeydən əvvəl beynəlxalq ölçülərə cavab verən yerli boruların istehsalını nizama salmağa imkan verəcək.

3 ilə nəzərdə tutulan investisiya proqramı 6 mərhələdə tətəbiq ediləcək. 2 mln. dollar boruyayma sexinin modernləşdirilməsinə, 2,5 mln. dollar- yayma dəzgahının bərpasına xərclənəcək. Bundan əlavə şirkət 10 mln. dollar məhsulun çeşidinin genişləndirilməsinə sərf edəcək və bu məqsədlə yeni yayma dəzgahları quraşdıracaqdır. "Azərboru" nun məhsulları ölkəmizdə və onun hüdüdlarından kənarda- Rusiya, iran və Gürcüstanda da satılacaq. Məhsula böyük tələbatı nəzərə alaraq , borular 2 ölçüdə- Rusiya və Amerika neft institutu APİ standartları əsasında istehsal olunacaq. "Azərboru" 1949-cu ildə tikilib və illik layihə gücü 700 min tondur.


AZƏRBAYCAN YƏQİN Kİ,BVF-NNTÖVSİYYƏSİNİ QƏBUL VƏ MƏNFƏƏTDƏN FƏRQLİ VERGİ TUTULMASINDAN İMTİNA EDƏCƏK

BAKI.07.11.2003. MEDİA-PRESS: "İnterfaks-Azərbaycan" agentliyi respubliknın maliyyə naziri Əvəz Ələkbəorova istinadən xəbər verir ki, Azərbaycan hökuməti yəqin Beynəlxalq Valyuta Fondunun (BVF ) tövsiyəsini qəbul və mənfəətdən fərqli vergi tutulmasından imtina edəcək. Nazir BVF missiyasının nümayəndələri ilə görüşün sonunda deyib:" Ehtimal ki, hökumət regionlar və sahələr üzrə mənfəətdən fərqli (diferensasiyalı) vergitutmanı 2004-cü ildən etibarən ləğv edəcək. BVF bu məsələdə çox sərt mövqe tutur".

Azərbaycanda regionlar və sahələr üzrə mənfəətdən fərqli vergilər tutulmasını 2003-cü ildən tətbiq edib.Abşenron yaırmadasında yerləşən müəssisələr maksimum dərəcə ilə-25 faizlə, Gəncə, Sumqayıt , Mingəçevir, Əli-Bayramlı və bu şəhərlərə yaxın ərazilərdə işləyən müəssisələr- 20 %, Azərbaycanın dağ rayonlarında və Naxçıvan Muxtar respublikasında fəaliyyət göstərən obyektlər-10%, ölkənin qalan rayonlarının müəssisələri isə- 15 % dərəcəsi ilə vergi ödəyirlər.