"ODESSA -BRODI"- YENƏ "LAX ÇIXDI!"-CHEVRON TEXACO UKRAYNA KƏMƏRİNİ BİR NÖV NEFT ANBARINA ÇEVİRMƏYİ TƏKLİF EDİR.
BAKI.10.11.2003. MEDİA-PRESS: Ukraynada boş qalmış Odessa-Brodı neft kəməri ilə bağlı yeni müəmma yaranıb.Hələ bu yaxınlara kimi, ümid var idi ki, Vaşinqton bu məsələdəki çətinliyi aradan qaldırmaqda Kiyevə kömək göstərəcək. Axı, ABŞ vitse-prezidenti Dik Çeyni şəxsən vəd etmişdi ki, Xəzər regionunda işləyən amerika şirkətlərinin öz neftini Avropaya ukrayna kəməri ilə göndərməli üçün onlara təzyiq göstərəcək. Bu hələ harasıdı- ABŞ-ın Ukrayna səfirliyinin katibi Mişel Dastin van Rayn Chevron Texaconun bu borunu neftlə doldurmağa hazır olduğunu bəyan etdi və dedi ki, şirkət bu kəmərə indinin özündə 14 mln. ton neft vurmağa hazırdır. Amerikalı diplomat xanım bu barədə müqavilənin lap yaxın vaxtlarda imzalana biləcəyini iddia edərək "Ukrtransnafta"nın təklif etdiyi müqaviləni TNK-BP-nin bağlaya biləcəyi ehtimalını irəli sürdü və diqqəti məsələnin belə bir cəhətinə çəkdi ki, Chevron Texaco Ukraynaya uzunmüddətli əməkdaşlıq , TNK-BP isə fəqət 3-illik müqavilə təklif edir.
Chevron Texaco nümayəndələri xanım Raynın bu bəyanatına o vaxt heç bir münasibət bildirmədilər. Şirkətin rusiya nümayəndəliyinin ictimaiyyətlə əlqələr idarəsinin direktoru Nikolay Avdulov ancaq bunu qeyd etdi ki, biz "Xəzər və Qara dəniz regionlarından Qərbi və Şərqi Avropa bazarlarına sair potensial ixrac marşrutları kimi, "Odessa-Brodı" layihəsinə də maraq göstəririk".
İndi məlum olur ki, Chevron Texaco Kiyevə yalnız bunu təklif edə bilər: Bosfor boğazı çox yüklənərsə və Chevron Texaconun Qazaxıstan nefti Odessa -Brodıya vurulsun, özü də avopa neft emalı zavodlarına göndərilmək üçün yox, sadəcə, müəyyən müddətə ( yollar açılana kimi!) boruda saxlamaq üçün! Ukraynanın UNİAN agentliyinə bu məlumatı şirkətin adının çəkilməsini istəməyən nümayəndəsi verib.
"Biz tankerlər Bosfordan keçməzsə, qazax neftini saxlamaq üçün borudan istifadə olunmasını təklif etdik. Yol açıldıqda isə, biz borudakı nefti yenidən tankerlərə vura bilərik".Şirkətdə belə deyiblər.
Başqa sözlə,Chevron Texaco 2001-ci ildən heç kimə lazım olmayan bu boru xəttini bir növ neft anbarına çevirməyi təklif edir.Açığı, bu, Kiyev üçün bir qədər həqarətli təklif olsa da, TNK-BP-nin təklifindən- boru xəttindən əks (revers )istiqamətdə istifadə olunmsına dair təklifindən heç də pis deyil.
Chevron Texaconun mövqeyini izah edən nümayəndə deyib ki, biz tranzit ölkələrdəki yüksək vergi dərəcələrinə görə , borudan ayrı emal zavodları və dəniz limanlarına magistral xətlərin olmaması üzündən neftin borularla Avropaya nəqlini mümkünsüz sayırğq. Chevron Texaconun baş inzibatçısı Devid Reyli ABŞ-ın Energetika naziri Spenser Abrahamsa məktubunda yazır:" Mövcud vəziyyətdə neftin Odessadan Çexiya respublikası və Almaniyadakı emal zavodlarına vurula bilməsi üçün kommersiya baxımından həyat qabiliyyətli alternativ yoxdur."
Bundan əlavə, şirkətin nümayəndəsinin məlumatına görə, Avropadakı emal zavodları yalnız Avropa İttifaqının tələblərinə uyğun modernləşdirmə apardıqdan sonra Uralsla müqayisədə daha keyfiyyətli qazax neftinə üstünlük vrə bilərlər. Ancaq bu, bir neçə ildən sonra mümkündür.
Chevron Texaconun nümayəndəsi təsdiqləyib ki, həqiqətən də son bir neçə ayda şirkət ABŞ-ın Ukraynadakı səfirliyinin və Energetika nazirliyinin ayrı-ayrı nümayəndələrinin təzyiqləri ilə üzləşiblər: tələb edirdilər ki, Odessa-Brodı kəmərindən yönümünə görə istifadə edək.
Nümayəndə deyib : Zənimcə, yalnız TNK-BP-dən təklif alındığı bir şəraitdə Ukrayna hökumətinin tutduğu mövqe heç də məntiqi deyil. Çünki "ən azı yaxın iki ildə bundan yaxşı təklif irəli sürülməyəcək ( rusiya-britaniya TNK-BP-si hər il Brodıdan Odessaya, yəni əks tərəfə,bir mln. ton neft nəqlini təklif edir.Həm də yalnız 3 il ərzində)".
Doğrudur, Kiyev, azacıq da olsa, birgə amerika -ukrayna işçi qrupuna ümid bəsləyə bilər.Oktyabrda yaradılmış qrup Xəzər neftinin Odessa-Brodı xəttilə nəqlinə kömək göstərməlidir.Bu günlərdə bu məsələdə Azərbaycanla razılığa gəlmək üçün növbəti dəfə cəhd göstərilib. Preziden İlham Əliyevin inaqursiyası münasibəti ilə Bakıda olan Ukraynanın baş naziri Viktor Yanukoviç Azərbaycan rəhbəri ilə görüşdə bu məsələni qaldırıb və müsbət də cavab alıb.Azərbaycan prezidenti deyib:"Biz bu barədə dəfələrlə danışmışıq. Mövzunun kommersiya cəhətləri vardır, lakin biz layihəni siyasi baxımdan müdafiə edirik".
Bakı razılaşsa da, çətin ki,Odessa-Blrodı kəməri üçün kifayət qədər neft verə bilsin.Xatırladaq ki, Azərbaycan ildə, təqribən 3,5 mln. ton ( 2,5 mln. ton Bakı-Novorossiysk və 1 mln. ton Bakı -Supsa xətləri ilə ) neft ixrac edir.Hətta bu neftin hamısı ukrayna borusuna axıdılsa da ( Azərbaycan üçün bu, qəbuledilməzdir), yenə də kifayət etməz. Axı, bu kəmərin illik gücü 9 mln. tondur. Həm də bu halda avropa neft emalı zavodlarının yüngül olan azərbaycan neftini qəbul etməyə hazır olmaması məsələsi ortaya çıxardı.
Bəli, görünür, Kiyev yenə də pis və çox pis olan iki variantdan birini seçməli olacaq və bununla yanaşı ABŞ və Avropadan da əlini üzməyəcəkdir.
EXXONMOBİL "ZƏFƏR-MƏŞƏL" STRUKTURUNDA İLK KƏŞFİYYAT QUYUSUNU QAZMAĞA BAŞLAYIB
BAKI.10.11.2003. MEDİA-PRESS:Amerika ExxonMobil-i "Zəfər-Məşəl" azərbaycan offşor strukturunda ilk kəşfiyyat quyusunu qazmağa başlayıb. Qazma işlərinin podratçısı Danimarkanın Maersk Contractors şirkətidir. Quyu "Lider" üzən yarımdalma qurğusundan qazılır.
Quyunun layihə dərinliyi 6800 metrdir. İlk kəşfiyyat quyusunun qazıldığı nöqtədə dərinlik 618 metrdir. Başlıca məqsəd- "Fasilə layı"nı və "Balaxanı layı"nın 8-ci üfüqünü açmaqdır. Dövlət Neft Şirkəti (ARDNŞ ) və transmilli Schlumberqer tərəfindən təsis edilmiş Caspian Geophysical Müştərək Müəssisəsi (MM) quyunun özülü qoyulacaq nöqtəni seçməzdən əvvəl, 850 kv. km. ərazidə 3-miqyaslı seysmik kəşfiyyat aparıb. ExxonMobil-in məlumatında qeyd olunduğu kimi, quyu ehtiyat imkanlarını qiymətləndirməyə və qazma vaxtını ixtisar etməyə imkan verən strateji nöqtədə yerləşir.
Exxon Azerbaijan şirkətinin meneceri Dryu Qudbred deyib:"Biz işlərin uğurla gedəcəyini gözəyirik". Onun sözlərinə görə, "Zəfər-Məşəl" strukturunda qazılan bu ilk kəşfiyyat quyusu qazma işlərinin görülməsi üçün mürəkkəb bir obyektdir. Çünki dərinliyin eyni olmaması, yüksək lay təzyiqi, palçıq vulkanlarının mövcudluğu, güclü qaz sızmaları və dərinliyin az olduğu yerdə qazın yığılması nəzərə alınmalıdır.Bu təhlükəli amilləri öyrənmək və işlərin təhlükəsizliyini, eləcə də iqtisadi səmərəni təmin etmək üçün quyunun qazılmasının ən münasib planını hazırlamaq məqsədilə çoxsaylı tədqiqat aparılıb. Bundan əlavə, "Lider" də məxsusən elə layihələşdirilib ki, kimi, böyük dərinlikdə sualtı şəraitində işləyə bilsin. "Zəfər-Məşəl" strukturunda şəraitin məhz belə olacağı gözlənilir.Qudbred belə deyib.
Xəzərdə, Bakıdan 130 km. cənub-şərqdə 630 kv. km. müqavilə sahəsinə malik "Zəfər-Məşəl" blokunda dərinlik 450 metr - 950 metr arasında dəyişir.1961-ci ildə seysmik tədqiqatlar nəticəsində aşkarlanmış bu strukturda ilk geofiziki işlər 1985 və 1987-ci illərdə aparılıb. Blokda kəşfiyyat quyusu qazılmayıb.Müqaviləyə görə, podratçı kəşfiyyat dövründə burada üçmiqyaslı seysmik kəşfiyyat aparmağa və iki kəşfiyyat quyusu qazmağa borcludur.
"Zəfər-Məşəl" müqaviləsi1999-cu il aprelin 27-də ABŞ-da imzalanıb. Yataq üzrə paybölgüsü belədir: ARDNŞ-50%, ExxonMobil -30% və Conoco ( hər ikisi -ABŞ)-20%. Layihəyə qoyulacaq sərmayə təqribən $2 milyarda çatacaq. Hesablamalara görə, blokda mövcud olan 140 mln. ton neft ehtiyatının 100 mln. tonu-"Zəfər"də, 40 mln. tonu isə-"Məşəl"dədir.
BAHAR - NEFT DAŞLARI SUALTI QAZ BORUSU SINAQDAN ÇIXDI
BAKI.10.11.2003. MEDİA-PESS:Azərbaycan Dövlət Neft şirkəti (ARDNŞ) "Bahar" və "Neft daşları" yataqlarını birləşdirmiş sualtı qaz borusunun sınaqlarını başa çatdırıb.
Sualtı borunu "Xəzərneftikinti" tresti çəkib. Bu zaman "Süleyman Vəzirov" boru döşəyən gəmisindən istifadə olunub. Uzunluğu 68 kilometr (xətt boyunca dənizin dərinliyi 8-30 metr arasında dəyişir) və buraxılış qabiliyyəti 5,5 mln. kub metr olan bu kəmərin tikintisi 32 mln. dollara başa gəlib.
Kəmər ARDNŞ-in "Neft daşları" və "Bahar" yataqlarında mövcud olan 2 qaz-kompressor stansiyası qovşağını birləşdirəcək. Repsublika Yanacaq və Energetika nazirliyində Media-Pressə verilən məlumata görə, yeni kəmər "Günəşli" yatağından qaz nəqlinin həcmini artırmaq üçün deyil, buna paralel çəkilmiş 20- düyməlik boruda təzyiqi azaltmaq üçündür. Yeni boru xətti qaz nəqlinin həcmlərini yenidən bölüşdürməyə imkan verəcək. Bununla belə, nazirlikdə qeyd ediblər ki, yeni kəmər gündəlik qaz nəqlinin həcmini təqribən 250 min kub metr artırmağa imkan verəcək.
Yeni qaz-nəqliyyat xəttinin işə düşməsi -"Günəşli" yatağının ( bu yatağın dayaz hissəsini ARDNŞ işləyir ) mənimsənilməsi proqramının 2-ci mərhələsinin ən mühüm hissəsidir. Azərbaycan hökuməti və ARDNŞ-in birgə qəbul etdikləri bu proqramın 2-ci mərhələsi yeni platformaların quraşdırılmasını və onlara əlavə bloklar qoyulmasını nəzərdə tutur. Sonra bu platformalardan yatağın əvvəllər işlənməmiş sahələrində 48 neft-qaz quyusu qazmaq planlaşdırılır. Geoloqların proqnozlarına uyğun olaraq, "Günəşli"də qaz istixracı 2010-cu ildə bu günlə müqayisədə 2 dəfə artacaq və gündəlik hasilat 10 mln. kub metr təşkil edəcəkdik.
O ki, qaldı "Günəşli"dən qaz daşınmasının əsaslı şəkildə artırılmasına, bunun üçün yüksək təzyiqli daha bir xəttin çəkilməsinə ehtiyac var. Belə bir layihə mövcuddur və indi o, planlaşdırma mərhələsini keçir.
GÜRCÜSTANDA CQK-NIN TİKİNTİSİNƏ BAŞLANIB
BAKI.10.11.2003. MEDİA-PRESS: Gürcüstanın Qardabanı və Tetriskaroy rayonlarında Bakı-Tbilisi-Ərzrum (BTƏ) Cənubi Qafqaz kəmərinin (CQK) tikintisinə start verilib.Azərbaycanın "Şah-Dəniz" offşor yatağının qazı məhz bu kəmərlə Türkiyəyə nəql ediləcək.
Gürcüstan Beynəlxalq Neft korporasiyasında (GBNK) "İnterfaks"a verilən məlumata görə,Bakı-Tbilisi-Ceyhan Əsas İxrac kəmərinin (BTC ƏİK ) nasos stansiyalarının tikildiyi ərazilərdə inşaatçılar CQK-nın kompressor stansiyalarının ucaldılacağı meydançalarda hazırlıq işlərinə başlayıblar.
GBNK prezidenti Georgi Çanturiyanın dediyinə görə, qaz xətti "Şəh-Dəniz" yatağından Gürcüstana qaz ixracına dair bu yaxınlarda imzalanmış sazişə uyğün tikilicək.
G.Çanturiya bu qaz borusunun indi çəkilməkdə olan BTC neft kəməri ilə eyni dəhlizdən keçdiyini vurğulayaraq deyib ki, bunu nəzərə alaraq, mürəkkəb relyefli sahələrdə, məsələn, marşrutun çayları kəsib keçdiyi və ya dağlardan aşdığı sahələrdə, neft və qaz xətlərinin boruları eyni zamanda döşənəcəkdir.Bu məqsədlə artıq qaz borularının ilk qismi Gürcüstana gətirilib.
"Paralel tikintinin Gürcüstanda bu layihənin icrası prosesini 6-8 ay sürətləndirməyə imkan verəcəyini, qaz kəmərinin artıq 2005-ci ilin sentyabrına istifadəyə veriləcəyini" deyən G. Çanturiya xatırladıb ki, Tbilisidə bu yaxınlarda imzalanmış sazişlərə görə, Gürcüstan Türkiyəyə nəql edilən qaz həcminin 5 faizini tranzit haqqı kimi alacaq ki, bu da layihənin qüvvədə qalacağı 40 ildə 50 mlrd. kub mtr qaz deməkdir.
Bundan əlavə, Gürcüstan xüsusi güzəştli qiymət cədvəli üzrə layihənin ilk 20 ilində ildə 500 mln. kub metr həcmində azərbaycan qazı alacaqdır.
İldə 30 mlrd. kub metr qaz nəql edə biləcək BTƏ CQK-nın iştirakçıları: BP-25,5%, Statoil-25,5%, LUKAgip ( Rusiya-İtaliya )- 10%, TotalFinaElf (Fransa)-10%,ARDNŞ-10%,OİEC (İran)-10% və TPAO (Türkiyə)-9% şirkətləridir.
9 AYDA BP-AZERBAİJAN VƏ TƏRƏFDAŞLARI RESPUBLİKADA SOSİ AL SAHƏYƏ $2,393 MLN. SƏRMAYƏ QOYUBLAR
BAKI.10.11.2003. MEDİA-PRESS: BP-Azerbaijan şirkəti və onun Azərbaycandakı layihələr üzrə tərəfdaşları 9 ayda respublikamızın sosial sahəsinə $2,393 mln. investisiya qoyub və bu zaman idarə etdikləri obyektlərin yaxınlığında yaşayan yerli sakinlərə kömək göstəriblər. Əsas vəzifə yeni iş yerləri açmaq, infrastrukturu yaxşılaşdırmaq, səhiyyə və təhsil obyektləri tikmək və ya təmir etmək, texniki kömək göstərmək və yeni imkanlar açmaqla kiçik və orta biznesin inkişafına şərait yaratmaqdır.
9 ayda Səngəçallılara $875 min ("Azəri" layihəsi çərçivəsində), Bakı-Tbilisi -Ceyhan kəməri boyunca yaşayanlara -$1,09 mln., Bakı-Tbilisi - Ərzurum ixrac qaz kəməri ətrafında məskunlaşanlara- $175 min və Bakı-Novorossiysk xətti boyundakı əhaliyə- $37 min, həmçinin respublikanın digər rayonlarında sosial sahəyə daha $216 min sərmayə yönəldilib.
BP-də qeyd ediblər ki, 2002-ci illə müqayisədə bu il kiçik və orta biznesin yerli müəssisələrinin inkişafına xərcləri 50% artırmaq planlaşdırılıb. Ancaq cari ilin 3 rübünün məsrəfləri belə xərclərin iki dəfədən çox artacağını göstərir.
UNİDO EKSPERTLƏRİ İLK BİZNES-ŞƏHƏRCİK LAYİHƏSİNİN REALLAŞDIRILMASINI BAKIDA MÜZAKİRƏ EDİBLƏR
BAKI.10.11.2003. MEDİA-PRESS: BMT-nin Sənayenin İnkişafı təşkilatının (UNİDO) ekspertləri Azərbaycanda kiçik və orta biznesin inkişafına yönələn ilk biznes-şəhərciyin yaradılması məsələlərini Bakıda müzakirə ediblər.
Biznes-şəhərciyin iqtisadi əsaslandırmasının və təşkilinin müxtəlif variantları nəzərdən keçirilib.
Layihənin Bakının həndəvərində reallaşacağı nəzərdə tutulur. Biznes-şəhərcikdə müxtəlif məhsul istehsal edən kiçik müəssisələr tikmək, banklara, Avtomat telefon stansiyalarına,poliklinikalara və servis sahələrinə xidmət göstərən infrastrukturlar yaratmaq planlaşdırılır. Şəhərciyin öz inzibati orqanı da olacaq.
Bakı layihəsi barədə sahibkarların fikrini bilmək məqsədi ilə ATƏT-in Bakı ofisinin, respublika İqtisadi İnkişaf nazirliyinin və UNİDO-nun dəstəyi ilə Azərbaycanda biznes-inkubatorların və sənaye parklarının yaradılması üzrə seminar keçirilib.
Seminarda Türkiyə, Qazaxıstan və Özbəkistanda yaradılmış belə strukturların təcrübəsi öyrənilib, yeni qanunlar, o cümlədən, gömrük və vergi qanunlarının qəbulu,biznes-inkubatorlar yaradalması mexanizmlərinin işlənməsi məsələləri müzakirə edilib.
"BAKI SOYUDUCULARI" ASC ÜZRƏ İNVESTİSİYA MÜSABİQƏSİNİN VAXTI UZADILIB
BAKI.10.11.2003. MEDİA-PRESS: İqtisadi İnkişaf nazirliyi (İİN) "Çinar" Bakı Soyuducuları" Açıq Səhmdar Cəmiyyəti (ASC) üzrə investisiya müsabiqəsinə təkliflər qəbulunun müddətini dekabrın 1-dək uzadıb.
İİN-də Media-Pressə verilən məlumata görə, vaxtın uzadılması müsabiqəyə az təklif daxil olması ilə bağlıdır.
Tender iştirakçıları məişət və sənaye soyuducularının və başqa məhsulun istehsalının artırılmasını, yeni texnologiyaların tətbiqini, işçilərin sosial poblemlərinin həllini nəzərdə tutan investisiya proqramı təqdim etməlidirlər.
Müsabiqənin qalibi onun nəticələrinin təsdiqindən sonra bir ay ərzində alqı-satqı müqaviləsini imzalamalı, ehtimal olunan investisiyanın bütün həcminin 5 faizini ASC-nın bank hesabına və ən azı -1,4 mlrd. manat - dövlət büdcəsinə köçürməlidir, müqavilə imzalanandan sonra 60 gündə əməkhaqqı borclarını və ona bərabər olan borcları da ödəməlidir.
Hal-hazırda ASC "Bakı soyuducuları"nın borc öhdəikləri 2 mlrd. manata yaxındır. Onun 59,103 mln. manatı- əməkhaqqı borcu,467,939 mln. manatı isə alınmış materiallara və xidmətlərə görə olan borcdur. Müəssisənin 1 mlrd.087 mln. manatdan yuxarı debitor borcu da vardır. ASC 1959-cu ildə yaradılıb.
AYİB UNİBANKIN SƏHMLƏRİNİN 20 FAİZİNİ ƏLDƏ EDİB
BAKI.10.11. 2003. MEDİA-PRESS: Azərbaycan UniBankı 5 mlrd. manat həcmində səhmlərinin əlavə emissiyasını Bakı Fond Birjasında (BFB) yerləşdirib. Birjada "İnterfaks-Azərbaycan" agentliyinə bildiriblər ki, səhmlərin sahibi Avropa Yenidənqurma və İnkişaf Bankıdır (AYİB). Səhmlər azərbaycan bankının 20% paketinin satışı barədə UniBankla AYİB arasındakı saziş çərçivəsində realizə edilib.Beləliklə, UniBank ilk milli kommersiya bankıdır ki, onun kapitalında mötəbər beynəlxalq maliyyə təşkilatı iştirak edir.
Respublika Qiymətli kağızlar üzrə dövlət komitəsi hər birinin nominalı 10 min manat olan 500 min sadə səhmin buraxılışı haqqında qərarı 2003-cü il sentyabrın 12-də qəbul edib. Bu əlavə emissiya nəticəsində Bankın kapitalı 25 mlrd. manat artıb. Səhmlərin saxlanması və uçotu BFB-da icra edilir.
UniBank 2003-cü ilin yanvar-sentyabrında aktivlərini 96,2 % artıraraq 98,3 mlrd. manata çatdırıb. 9 ayda bankın kredi imkanları 2,2 dəfə artaraq 67 mlrd. manata çatıb və oktyabrın 1-ə depozitlərin həcmi 19,1 mlrd. manata bərabər olub.
Bu ilin 9 ayında UniBankın mədaxili-11.3 mlrd., məxarici- 8,6 mlrd. manat olub. Bankın 3 rübün yekunu üzrə vergiqoymayadək mənfəəti 2,7 mlrd. manata çatıb.
Azərbaycanın 10 ən ğöyük bankından biri olan Unibank Mbank və Sənayebank azərbaycan banklarının birləşməsi yolu ilə 2002-ci ilin oktyabrında yaradılıb.
İndi AYİB Azərbaycan Mikromaliyyələşdirmə bankı ( 100 faiz əcnəbi kapitalı olan maliyyə müəssisəsi) səhmlərinin də 25 faizinə malikdir. AYİB Azərbaycan Beynəlxalq Bankı səhmlərinin 20 faizinə sahib olmaq üçün də danışıqlar aparır.
Noyabrın 10-a rəsmi məzənnəyə görə, 4912 manat = $1.
DTK GÖMRÜK MƏCƏLLƏSİNİN YENİ VARİANTINI QƏBUL ETMƏYİ DÜŞÜNÜR
BAKI.10.11.2003. MEDİA-PRESS: Azərbaycan Dövlət Gömrük komitsi (DTK) Gömrük Məcəlləsinin yeni variantının qəbul edilməsi imkanını araşdırır.DTK sədrinin birinci müavini Aydın Əliyev belə deyib. O ,əlavə edib ki, " Kiot Konvensiyasının yeni mətninə Azərbaycanın qoşulması təklifi tezliklə parlamentin müzakirəsinə veriləcək.Gömrük orqanları üçün örnək sayılan Konvensiyanın yeni variantına qoşulduqdan sonra, milli gömrük qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırmaq zərurəti yaranacaq və , düşünürəm ki, bundan sonra biz yeni məcəllə qəbul etməli olcağıq".
Aydın Əliyev vurğulayıb ki, "gömrük orqanları müəllif hüquqlarının qorunmasına aid bəndlərin Məcəlləyə salınması məsələsinə baxırlar".
İndi Azərbaycanda qüvvədə olan Gömrük Məcəlləsi 1996-cı ildə qəbul olunub.