AMB AKTİVLƏRİNİ ƏCNƏBİ MENECERLƏRİN İDARƏSİNƏ VERMƏSİNDƏN RAZIDIR

BAKI.14.11.2003. MEDİA-PRESS: Azərbaycan Milli Bankı (AMB) hesab edir ki, aktivlərinin bir qisminin əcnəbi menecerlərə verilməsi səmərəli olub. Bankın İdarə heyətinin üzvü Avtandil Babayevin məlumatına görə, aktivlərin idarəsi nəticəsində ümumi gəlirin 1,6% təşkil etməsi yaxşı göstərici olsa da, qəti nəticə çıxartmaq hələ tezdir. AMB -nin $ 150 mln. aktivinin xarici menecerlərin idarəsinə yalnız cari ilin iyulunda verildiyi xatırladan A. Babayev aktivlərin idarə olunmasına yeni menecerlərin cəlb edilməsi imkanından danışarkən: "bunun üçün vaxt lazımdır" - deyib. "Bu vaxt idarəetmənin təcrübəsini öyrənmək üçün, uzunmüddətli nəticələri görmək və işin səmərəliyini müəyyənləşdirmək üçün gərəkdir.Biz görsək ki, bank aktivlərinin əlavə yerləşdirilməsi məqəsədəuyğundur, bu işi edəcəyik".

AMB 2003-cü il iyulun 1-dən aktivlərini ABN AMRO Asset Management (Niderlland), UBS Asset Management (İsveçrə), GP Asset Management (ABŞ) şirkətlərinin idapəsinə verib.Bu şirkətlərdən hər biri $50 mln. aktiv alıb.


ABB SƏHMLƏRİNİN 20 FAİZİNİN AYİB-Ə SATILMASI NA DAİR QƏRAR İLİN SONUNADƏK QƏBUL EDİLƏCƏK

BAKI.14.11.2003. MEDİA-PRESS: Azərbaycan Beynəlxalq Bankının (ABB) 20 % səhmlərinin Avropa Yenidənqurma və İnkişaf bankına (AYİB) satışına dair qərar ilin sonunadək qəbul edilə bilər, bu şərtlə ki, qalan vaxtda hökumət respublikanın bu ən böyük bankının dəyərini müəyyənləşdirə bilsin. Jurnalistlərə bu məlumatı verən İqtisadi İnkişaf naziri (İİN) Fərhad Əliyevin sözlərinə görə, səhmlərinin 20 faizinə görə ABB-nin istəyəcəyi qiymətlə AYİB razılaşarsa, onda sövdələşmə ilin axırınadək baş tuta bilər.

İndi bankın səhmlərinin 50,2 % nəzarət paketi dövlətin əlindədir.Odur ki, öz payının bir qismini satacağı halda da ,dövlət ABB-nin ən böyük səhmdarı olaraq qalacaq. Amma Beynəlxalq Valyuta Fondu (BVF ) hesab edir ki, dövlət ona aid olan səhmlər paketini bütövlüklə satmalı və ABB səhmdarlarının tərkibindən çıxmalıdır. Bakıda deyilmiş bu sözlərin müəllifi BVF İkinci Avropa Departamenti rəhbərinin müavini Con Vekmann-Linnin fikrincə, dövlət bankları və özəl banklar lap ibtidadan qeyri-bərabər vəziyyətdə olublar. Departament səlahiyyətlisi hesab edir ki, ABB və Birləşmiş Universal Səhmdar bankı (BUS Bank- keçmiş Əmanət Bankı) özəlləşdirilməli, həmçinin, bank bölməsinin inkişafı naminə respublikadakı əcnəbi bankların fəaliyyətinə qoyulmuş məhdudiyyətlər götürülməlidir. Xatırladırıq ki, bu ilin yayında Beynəlxalq Maliyyə Korporasiyası (BMK- Umumdünya Bankının qurumu ) və AYİB BUS Bankın səhmlərinin (25%+1 səhm) blok paketini almaq təklifi ilə İİN-nə müraciət ediblər. ABB-dən fərqli olaraq, BUS Bank 100% dövlətə məxsusdur. Azərbaycan prezidentinin 17 aprel 2003-cü il tarixli fərmanına görə, dövlətin ABB-dəki payının özəlləşdirilməsinin qayda və şərtlərinə dair təkliflər 2003-cü il avqustun 30-a kimi işlənib hazırlanmalı idi. Bundan əlavə, mövcud qanunveiciliyə uyğun olaraq, dövlətin ABB-nin Nizamnamə kapitalındakı payının qalan hissəsinin pul hərraclarında satışı 2004-cu ilin sonunadək təmin edilməli idi. Fərman BUS Bankın bir institut kimi tikintisinin başa çatdırılmasını və onun özəlləşdirilməyə hazırlanmasını da nəzərdə tutur. Eyni vaxtda , keçmiş Əmanət Bankın özəlləşdirilməsini 2004-cü ilin sonunadək təmin etmək üçün, yüksək reytinqli banklar və aparıcı investorlarla danaşıqlar aparılmalıdır.


AZƏRBAYCAN SAHİBKARLIĞA MİLLİ YARDIM FONDU 46,3 MLRD. MANAT KREDİT VERİB

BAKI.14.11.2003. MEDİA-PRESS: Azərbaycan Sahibkarlığa milli yardım fondu bu ilin əvvəlindən biznes adamlarına 46,3 mlrd. manat ( noyabrın 13-ə rəsmi məzənnəyə görə 4911 manat =$1.) məbləğində kredit verib.

İqtisadi İnkişaf nazirliyində (İİN) Media-Pressə məlumat veriblər ki, məbləğ respublikanın 46 şəhər və rayonunda 260 biznes- layihənin maliyyələşdirilməsinə ayrılıb və bu zaman regionlara daha çox üstünlük verilib.Beləki, layihələrin 80 faizindən çoxu Bakıdan kənarda yerləşir. Məhsulun istehsalı və emaı ilə məşğul olanlar daha çox kredit alıblar. Bu layihələrin reallaşması sayəsində respublikada 5 min yeni iş yeri açılacaq. Layihələri 14 agent-bank kreditləşdirib. İndi belə bankların sayının artırılması üzrə iş aparılır. 2003-cü ilin dövlət büdcəsində sahibkarlığın inkişafına 57 mlrd. manat ayrılıb. Keçən il Milli Fonddan ayrılmış 12 mlrd. manat 18 regionda 49 sahibkara verilmişdi. Onlar da buna 1400 yeni iş yeri açmaqla cavab verdilər. 2003-2005-ci illərdə ölkəmizdə sahibkarlığın inkişafına 250 mlrd. manat ayrılması nəzərdə tutulub.


DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN 2004-CÜ İLDƏ GƏLİRİ 1,97 MLRD. MANAT HƏCMİNDƏ MÜƏYYƏNLƏŞDİRİLİB

BAKI.14.11.2003. MEDİA-PRESS: Azərbaycan Dövlət Sosial Müdafiə fondunun 2004-cü ildə gəliri 1, 970 mlrd. manat həcmində müəyyənləşdirilib. "Dövlət Sosial Müdafiə fondunun büdcəsi haqqında" qanuna əsasən Fondun xərgləri də eyni həcmdə olacaq.

Fondun gəlirləri sosial sığorta üzrə icbari dövlət ödmələri hesabına 1,285 trln. manat həcmində formalaşdırılacaq. Büdcə təşkilatlarının ödəmələri- 437,641 mlrd. manat, dövlət büdcəsindən transferlər- 678 mlrd. manat ( bunun 76, 283 mlrd.- təqaüdlər, 501, 717 mlrd.- müavinətlər, 107 mlrd.manat isə ləğv edilmiş kommunal, nəqliyyat və sair güzəştlər üçün müavinətlər üçündür ) təşkil edəcək. Fondun xərclərinin 1,863 trln. manatı əhaliyə ödəmələrə, 20,32 mlrd. manatı- mərkəzi aparatın saxlanılmasına, 15,396 mlrd. manatı- məşğulluğun artırılması tədbirlərinin reallaşmasına və məşğulluq idarələrinin saxlanmasına, 24,944 mlrd. manatı- əlillərin sosial müdafiəsi tədbirlərinə, 5 mlrd manatı- vətəndaşların fərdi sığorta uçotu sisteminin tətbiqi ilə bağlı xərclərə yönəldiləcək.


ÜMUMRUSİYA AZƏRBAYCANLILARI KONQRESİ RUSİYADAN AZƏRBAYCAN VƏTƏNDAŞLARININ ÇIXARILMASI EHTİMALINI ARADAN QALDIRIB

BAKI.14.11.2003. MEDİA-PRESS: Ümumrusiya azərbaycanlıları konqresinin Moskvanın hüqq-mühafizə orqanları ilə danışıqları nəticəsində pasport rejimini pozduqlarıa görə, 5 gün bundan əvvəl saxlanılmış 7 azərbaycan vətəndaşı RF paytaxtından deportasiya edilməyəcək. Azərbaycanlıların bu qurumunun Moskva regional şöbəsinin sədri İlqar Hacıyev cümə günü "İnterfaks-Azərbaycan" agentliyinə verdiyi bu məlumatına əlavə edib ki, " biz milis və şəhər prokurorluğu əməkdaşları ilə danışıqlar apararaq, soydaşlarımıza qarşı belə gəza tədbirinə əl atmamağı xahiş etdik". Onun sözlərinə görə, qaydanı pozanların özləri 10 gün ərzində Rusiyanı tərk etməlidirlər, Konqresimizin nümayəndələri isə buna nəzarət edəcəklər. "Yox, əgər onlar tələblərə riayət etməyib pasport rejimini yenə pozsalar, onda deportasiyaya məruz qalacaqlar".

İ,Hacıyev izah edib ki, " bütün deportasiyaya məruz qalanların saxlandıqları müvəqqəti təcridxanalarda çox pis şərait var. Ona görə də biz saxlanılan həmvətənlərimizi büraxmağı orqan nümayəndələrinddən xahiş etdik ki, onlar Moskvanı yaxın günlərdə tərk edə bilsinlər". Bundan əvvəl də Moskva milisi pasport rejimini pozan 54 azarbaycanlını saxlamışdı. Konqres əməkdaşlarının səyi ilə onların bir çoxu tezliklə sərbəst buraxılıb. İlqar Hacıyv saxlananların hamısının Moskvanın Çerkizovo rayonu baza rında ticarətlə məşğul olduqlarını da deyib. Azərbaycanlıların Ümumrusiya konqresi 2001-ci ildə yaradılıb və indi onun Rusiyanın 64 regionunda nümayəndəliyi var.


2007-Cİ İLƏDƏK AZƏRBAYCANDA NEFT İSTİXRACI İKİ DƏFƏ ARTACAQ

BAKI.14.11.2003. MEDİA-PRESS: Azərbaycanda bu il gözlənilən 15,4 mln. ton neft hasilatı ilə müqayisədə, 2007-ci ilədək bu göstərici iki dəfə artacaq - 30, 75 mln. ton.

"İnterfaks-Azərbaycan" hökumət dairələrinə istinadən xəbər verir ki, neftin proqnoz göstəricilərinin artımı ilk növbədə 2005-ci ildə "Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənməsinə başlanılacağı ilə bağlıdır. Bu yataqlarda işlərit görən Azərbaycan Beynəlxalq Əməliyyat şirkətidir (ABƏŞ). Mənbə qeyd edib ki, əgər bu il ABƏŞ-in 6,6 mln. ton, 2004-cü ildə- 6,7 mln. ton neft çıxaracağı proqnozlaşdırılırsa, bu göstəricilər müvafiq surətdə 2005-də -12, 2006-da- 21,3, 2007-ci lldə isə - 22 mln. ton olacağı gözlənilir. Ancaq dövlət şirkəti ARDNŞ -in 2004-2007-ci illərdə neft hasilatı proqnozu dəyişməz qalacaq- ildə 8,75 mln. ton. 2007-ci ildə 2003-cü ilin ehtimali göstəriciləri ilə müqayiəsdə neft ixracı həcmi 2,7 dəfə artacaq. Beləki, əgər bu il -9,1 mln.ton neft ixrac ediləcəyi proqnozlaşdırılırsa, 2007-ci ildə bu rəqəm 24,5 mln. tona çatmalıdır. İxrac həcminin əsas artımını da ABƏŞ təmin edəcək. Məsələn, bu konsorsium 2004-cü ildə 9,2, 2005-də-12, 2006-da- 21,3 və 2007-də isə -22 mln. ton neft ixrac edəcək.


AZƏRBAYCAN 2005-Cİ İLƏDƏK NEFT GƏLİRLƏRİNDƏN İSTİFADƏNİN UZUNMÜDDƏTLİ STRATEGİYASINI HAZIRLAYACAQ

BAKI.14.11.2003.. MEDİA-PRESS: Azərbaycan hökuməti neftin və neft məhsullarının hasilatı və satışından alınan gəlirdən istifadə strategiyasının layihəsini 2004-cü ilin sonunadək hazırlayacaq. Bakıdakı danışıqlarını yekunlaşdıran Beynəlxalq Valyuta Fondu (BVF) İkinci Avropa Departamenti rəhbərinin müavini Con Vekmann- Linn belə deyib.

O qeyd edib ki, BVF layihənin hazırlanması müddəti barədə Azərbaycan hökumətilə razılığa gəlib.Bu strategiyada vəsaitlərin həcmi, xərclənəcəyi sahələr və ayrılacağı dəqiq vaxt göstəriləcək. Con Vekman-Linnin sözlərinə görə, neftin və neft məhsullarının hasilat və satışından alınacaq gəliri , ən yaxşısı, başqa sahələrə- infrastrukturun inkişafına, o cümlədən məktəb tikintisinə, energetika obyektlərinin, suvarma sistemlərinin bərpasına, avtomobil yollarının çəkilişinə və təmirinə- yönəltməkdir.


ARDNŞ NEFTİNİ DEKABRDA NOVOROSSİYSKDƏN PORTUQALİYANIN ROCOİL ŞİRKƏTİ YLOA SALACAQ

BAKI. 14.11.2003. MEDİA-PRESS: Azərbaycan Dövlət Neft şirkətinin (ARDNŞ ) Bakı-Novorossiysk kəmərilə nəql edilən neftinin dekabr ayı üçün müştərisi portəgizlərin Rocoil şirkətidir. ARDNŞ -in Marketinq və İqtisadi əməliyyatlar idarəsində (MİƏİ ) Media-Pressə bildiriblər ki, RocOil dekabrda satışa çıxarılmış 140 min ton azərbaycan neftini tenderlə alıb. Dekabrın 15-16-da Novorossiysk limanından yola salınacaq bu neft ARDNŞ-in cari ildə Bakı- Novorossiysk kəməri ilə axıdacağı yanacağın son partiyası olacaq və bununla da həmin marşrutda illik həcm 2,5 mln. tona çatacaq.

Bu şimal xətti ilə noyabrda ixrac edilmiş nefti isə İsveçrənin Glenkor şirkəti almışdı. ARDNŞ Bakı-Novorossiysk marşrutu ilə 2004-cü ilin ixrac həcmini də bu ilki kimi 2,5 mln. ton səviyyəsində təsdiq edib. 1999-cu ilin yanvarında imzalanmış neftin ixracına dair hökumətlərarası rusiya-azərbaycan sazişinə görə, tərəflərdən biri müddət başa çatana yarım il qalmış qarşı tərəfə etirazını bildirməsə, onun müddəti hər il avtomatik uzadılır. Hər 5 ildən bir isə tərəflər qarşılıqlı razılıq əsasındə sazişə düzəliş edə bilərlər. 1997-ci ilin 25 oktyabrında istismara verilmiş Bakı-Novorossiysk kəməri ilə ARDNŞ hər il 2,5 mln. ton neft ixrac edir və bu zaman boru ilə hər tonun axıdılması şirkətə 15,67 dollara ( Bakı -Supsa ilə -2,7 dollara!) başa gəlir.


"AZNEFTYAĞ" 10 AYDA 712 MİN TONDAN ARTIQ NEFT MƏHSULLARI İXRAC EDİB

BAKI.14.11. 2003. MEDİA-PRESS: Bakı Neft emalı zavodu "Azərneftyağ" bu ilin 10 ayında 712,194 min ton neft məhsulları ixrac edib. Dövlət Neft şirkətində (ARDNŞ ) Media-Pressə verilən məlumata görə,xaricə əsasən dizel yanacağı göndərilib-569,227 min ton. 113,351 min ton mazut, 14, 083 min ton bitum və 3 min tondan artıq avtomobil benzini də ixrac edilib.

Sentyabrla müqayisədə oktyabrda neft məhsullarının qiymətləri bir qədər artıb. Belə ki, müvafiq olaraq bir ton avtomobil benzini-$ 282, təyyarə yanacağı -$271, 38 , mazut - $164,24 , dizel yanacağı isə - $265 ,18 realizə edilib.


İRAN XƏZƏRİN HÜQUQİ STATUSUNUN TƏSDİQİNDƏN SONRA DƏNİZDƏ NEFT-QAZ YATAQLARININ İSTİSMARINA BAŞLAYACAQ BAKI.14.11.2003. MEDİA-PRESS: İran 5 sahilyanı dövlətin hamısının Xəzərin hüquqi statusu barədə razılığından sonra, dənizdəki öz neft-qaz yataqlarının istismarına başlayacaq. İran Neft nazirinin müavini Həmidullah Mohəmməd Nejad belə deyib. Onun sözlərinə görə, İran XİN-i Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan nümayəndələri ilə birlikdə bu müşkülü çözməli və ölkənin Xəzərdəki payını müəyyənləşdirməlidir. "Cümhuriye Eslami" qəzetinin yazdığına görə, İran Milli Neft şirkəti Xəzərin dərin yerlərində xüsusi platformalar quraşdırdıqdan sonra, orada neft-qaz kəşfiyyatına başlamaq niyyətindədir. İndi ölkə şelfinin dayaz yerlərində 6 üzən platformadan kəşfiyyat işləri aparılır. Yaxın vaxtlarda daha 16 perspektiv strukturda neft axtarışı üzrə tender keçiriləcəyi gözlənilir. Maraq göstərən şirkətlərlə ən çoxu 25 ilə bağlanacaq müqavillər yataqların kəşfiyyatını və işllənməsini nəzərdə tutacaq.


İRAN XƏZƏRİN HÜQUQİ STATUSUNUN TƏSDİQİNDƏN SONRA DƏNİZDƏ NEFT-QAZ YATAQLARININ İSTİSMARINA BAŞLAYACAQ

BAKI.14.11.2003. MEDİA-PRESS: İran 5 sahilyanı dövlətin hamısının Xəzərin hüquqi statusu barədə razılığından sonra, dənizdəki öz neft-qaz yataqlarının istismarına başlayacaq. İran Neft nazirinin müavini Həmidullah Mohəmməd Nejad belə deyib. Onun sözlərinə görə, İran XİN-i Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan nümayəndələri ilə birlikdə bu müşkülü çözməli və ölkənin Xəzərdəki payını müəyyənləşdirməlidir.

"Cümhuriye Eslami" qəzetinin yazdığına görə, İran Milli Neft şirkəti Xəzərin dərin yerlərində xüsusi platformalar quraşdırdıqdan sonra, orada neft-qaz kəşfiyyatına başlamaq niyyətindədir. İndi ölkə şelfinin dayaz yerlərində 6 üzən platformadan kəşfiyyat işləri aparılır. Yaxın vaxtlarda daha 16 perspektiv strukturda neft axtarışı üzrə tender keçiriləcəyi gözlənilir. Maraq göstərən şirkətlərlə ən çoxu 25 ilə bağlanacaq müqavillər yataqların kəşfiyyatını və işllənməsini nəzərdə tutacaq.


RUSİYA ÇALIŞACAQ Kİ, XƏZƏRYANI DÖVLƏTLƏR NEFT HASİLATI ZAMANI "SIFIR TULLANTI BARƏDƏ" SAZİŞƏ ƏMƏL ETSİNLƏR

BAKI.14.11.2003. MEDİA-PRESS: Rusiya tərəfi Xəzər dənizində neftistixracı zamanı çirkləndirici maddələrin " sıfır tullantısı barədə" sazişə xəzəryanı dövlətlərin sözsüz əməl etmələrinə göz qoyacaq. Bu sözlərin müəllifi, Rusiya Təbii Ehtiyatlar nazirinin müavini İvan Qlumov brifinqdə məlumat verib ki, bu hüquq normasını Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələinin 2003-cü il noyabrın 4-də beynəlxalq konfransda qəbul etdikləri Xəzərin dəniz mühitinin qorunmasına dair Çərçivə Konvensiyası ( Tehran konvnsiyası ) nəzərdə tutur. Qlumov deyib:" Bununla da Xəzəryanı dövlətlər mövqelərinin üst-üstə düşdüyü geniş sahəni və bu dənizin ciddi ekoloji problemlərinin həllində əlbir işləməyə hazır olduqlarını rəsmi surətdə müəyyənləşdiriblər".

Nazir müavininin sözlərinə görə, neft istixracı zamanı Xəzər hövzəsinə "sıfır tullantı" barədə Rusiyanın təşəbbüsü rəsmiləşdirilib və konvnsiyanı imzalamış bütün tərəflər ona hökmən əməl etməli olacaqlar. Həm də ona görə ki, bu işin icrasına beynəlxalq ekloloji təşkilatlar nəzarət edəcəklər. Qlumov "LUKoyl" neft şirkətinə mənsub olan və hələlik yeganə qazma qurğusunun artıq Xəzərdə işlədiyini və iş prosesində dənizə heç bir çirkab axıdılmadığını deyib. Mütəxəssislərin hesablamalarına görə, Xəzərdə 20 mlrd. tona yaxın şərti yanacaq var. Qlumov izah edib ki, " Çərçivə konvensiyasının imzalanması Xəzərin bioloji ehtiyatlarının qornması, hidrometeorologiya və dəizin çirklənməsinin monitorinqi sahəsində əməkdaşlıq sazişləri kimi çoxtərəfli sənədlərin qəbulu üçün zəruri stimul yaradır. Konvensiya onu imzalamış ölkələrin parlamentlərinin təsdiqindən 12 ay sonra qüvvəyə minəcək.


POLŞA "ODESSA-BRODI" KƏMƏRİNİN UZADILMASINA DAİR DANIŞIQLARI DAYANDIRMAQLA HƏDƏLƏYİR

BAKI.14.11.2003. MEDİA-PRESS: Əgər Ukrayna "Odessa-Brodı" kəmərini dekabrın 6-a kimi xəzər neftilə doldurmasa, Polşa bu xəttin çəkilişinə dair danışıqları dayandırmaq niyyətindədir.

Hər iki ölkənin hökuməti kəmərin uzadılmasına dair müqaviləni Avropa Komissiyasının vitse-prezidenti Loyola de Palasionun iştirakı ilə hələ oktyabrın 30-da imzalamağı planlaşdırırdı. Lakin bu xanımın Kiyevə səfəri təxirə salındı. Bildiyiniz kimi, "Odessa-Brodı" xəzər neftini Avropaya çatdırmaq üçün avravsiya neft nəqiyyatı dəhlizi kimi düşünülmüşdü. Avropa İttifaqı (Aİ) və ABŞ da neftin bu xətlə Avropaya yönəldilməsində israrlı olsalar da, Rusiya revers variantını, yəni öz neftinin Brodıdan Odessaya nəqlini təklif edir. Praym-Tassın məlumatına görə, bu xətt boş qalarsa, Ukraynanın illik itgisi $ 200 milyondan çox ola bilər. Son 5 ayın ziyanı - $40 milyondur. "Ukrtransneft" dövlət şirkətinin prezidenti Stanislav Vasilenko ölkənin baş nazirinə məktubunda bu faktı açıqlayaraq, xəbərdarlıq edir ki, Rusiya öz neftinin xarici bazarlara çıxarılmasının alternativ yollarını arayacaq və " 3 ildən sonra biz ona ümumiyyətlə lazım olmayacağıq". Rusiyanın təklifinin qəbul edilməsi isə Ukraynaya imkan verərdi ki, kəmərlə ildə daha 9 mln. tona yaxın neft axıtsın.


OPEK-DƏ MÜBAHİSƏLƏR

BAKI.14.11.2003. MEDİA-PRESS: OPEK-in növbəti sessiyası ərəfəsində kartel üzvləri arasında neftin qiymətlərinə yenidən baxılıb-baxılmaması barədə mübahisələr qızışmaqdadır. Venesuela kartelə bir barrein qiymət dəhlizinin həddini $3-4 qaldırmağı təklif edir. Lakin OPEK-in gələcək başçısı, İndoneziyanın Energetika naziri Purnomo Yusciantoro bbu təşəbbüsün qəti əleyhindir.

Venesuela prezidenti Uqo Çaves qiymət həddinə yenidən baxmaq təklifini hələ oktyabrın əvvəllərində dilə gətirmiş və OPEK-in digər üzvlərini bu təşkilatın hələ 2000-ci ildə qəbul etdiyi mövcud dəhliz həddini ( 1 barrel- $22-28 ) $ 3-4 qaldırmağa çağıraraq demişdi:" Dəhlizin həddini dəyişmək, belə deyək, onu $25- 32-ə qaldırmaq vaxtı çatıb". Bu yaxınlarda Venesuelanın Neft Sənayesi naziri Rafael Ramires də təsdiqləyib ki, onun ölkəsi OPEK-in dekabrın 4-də Vyanada işə başlayan növbəti sammitində öz təklifinin üstündə duracaq.

Lakin kartelin gələcək lideri, İndoneziyanın Energetika naziri Purnomo Yusciantoro dünənki çıxışında qiymətlərin mövcud dəhlizinin qalmasına tərəfdar çıxdığını və DOW Jones-ə müsahibəsində "indiki qiymətin İndoneziyanın milli mənafelərinə uyğun gəldiyini" vurğulayaraq, ölkə büdcəsinin qiyməti $24 səviyyəsində nəzərdə tutduğunu deyib. Xatırladaq ki,Yüsciantoro 2004-cü ilin yanvarında OPEK prezidenti olacaq və kartelin indiki rəhbəri Abdallah əl-Əttıyyəni əvəz edəcəkdir. OPEK-in qərarı ilə 1 barrel neftə $22-28 orta qiymət qoyulub. Bu qiymət dalbadal 20 gün ərzində müəyyən olunmuş həddi aşarsa, o zaman kartel gündəlik hasilatın 500 min barrel artırılması barədə qərar qəbul etməlidir. Əgər qiymət 10 gün ərzində məlum həddən aşağı olarsa, bu halda gündəlik hasilat 500 min barrel azaldılmalıdır. Neftin indiki qiymətinin müəyyən edilmiş həddən yüksək olduğunu, lakin daim enib-qalxdığını vurğulayan Purnomo Yusciantoronun əqidəsincə, bu, İraqdakı vəziyyətin qeyri-sabitliyi və Səudiyyə Ərəbistanındakı terror əməlləri ilə bağlıdır.İndoneziyalı nazir deyib:" Bunu şərtləndirən köklü səbəblər deyil, geosiyasi amillərdir".

Yusciantoro həmçinin xəbərdarlıq edib ki, 2004-cü ilin 2-ci rübündə neftə tələbat kəskin düşəcək. Onun hesablamalarına görə, hasilata gündəlik tələbat təqribən 2 mln. barrel azalacaq. İndi OPEK hər gün 24,5 mln. barrel neft istixrac edir. Rusiyanın "Prospekt" şirkətinin təhlilçisi Dmitri Sareqorodsev hesab edir ki, opekdaxili mübahisələr ona üzv ölkələrin neft gəlirlərinə müxtəlir yanaşma tərzləridir." Venesuela neft gəlirləri bəhrələrinin dünyanın 3-cü ölkələri xeyrinə yenidən bölüşdürülməsinə tərəfdar olduğu üçün qiymətlərin tez artmasına nail olmaq istəyir. Qiymət nə qədər yüksək olarsa, bu ölkələrin gəlir də o nisbətdə artar." Ancaq İndoneziya üçün , əksinə, qiymətləri uzun məddətə dəyişməz saxlamaq daha əhəmiyyətlidir. İndi qiymətlər çox yüksək olarsa, neft istehlakçıları gələcəkdə enerjiyə qənaətə daha fəal investisiya qoymağa başlaya bilərlər. Beynəlxalq Energetika Agentliyinin eksperti Klaus Rehaaq da onunla razıdır:"İndoneziya çalışır ki, qiymətlər uzun müddət sabit qalsın. O ki ,qaldı tələbatın azala bilməsinə, məncə, belə bir şey gözlənilmir.Əksinə, tələbat tədricən artacaq və biz OPEK-in əvəzinə danışa bilməsək də,hesab edirik ki, yaxın vaxtlarda qiymət dəşlizinin hədlərini dəyişmək məqsədəuyğun deyildir."


BVF AZƏRBAYCANDA DAXİLİ QİYMƏTLƏRİN DÜNYA ENERJİ DAŞIYICILARI SƏVİYYƏSİNƏDƏK ARTIRILMASINA DAİR HÖKUMƏTİN ÖHDƏLİKLƏRİNİ YERİNƏ YETİRMƏSİ MÜDDƏTİNİ ARTIRIB

BAKI.14.11.2003. MEDİA-PRESS: Beynəlxalq Valyuta Fondu (BVF ) Azərbaycanda daxili qiymətlərin dünya enerji daşıyıcıları səviyyəsinədək artırılmasına dair hökumətin öhdəliklərinin icrası müddətini dəyişib. Əvvəllər bu qiymətlərin artıq 2004-cü ilin başlanğıcında artırmaq planlaşdırılırdı. Ancaq bu halda yerli hökumət və Ümumdünya Bankı (ÜB) əhəlinin kasıb təbəqəsinin sosial müdafəsini təmin etməyə imkan verən müvafiq mexanizm hazırlamalı idilər.

ÜB bu məsələdə bir qədər fərqli siyasətt aparır. Bankın Azərbaycandakı nümayəndəsi Əkbər Nouman deyib ki, ÜB bu mərhələdə enerji daşıyıcılarıın qiymətlərinin artırılmasına yox, onlardan istifadəyə görə haqqın yığılmasının yaxşılaşdırılmasına üstünlük verir. Çünki indi Azərbaycanda elə vəziyyət yaranıb ki, qaz və enerji paylaşdıran strukturların normal işi üçün əlavə dövlət təxsisatı tələb olunur. Digər tərəfdən də, aztəminatlı ailələr bu xidmətləri ödəmək gücündə deyillər. Nouman eyni halda qeyd edib ki, bununla belə dövlət müəyyən mərhələdə qiymətləri qaldırmağa məcbur olacaq. Ancaq bu, gələcəyin məsələsidir.Doğrudur ,ÜB da əvvəlcə əhalinin sosial müdafiəsi tədbirlərinin işlənib hazırlanmasını vvacib sayır. Azərbaycan hökuməti ÜB ekspertlərininfikri ilə razıdır. İqtisadi İnkişaf nnaziri Fərhad Əliyev hələ sentyabrda demişdi ki, BVF -nin tövsiyyələrini yerinə yetirmək mümkün deyil. " Ölkə dəxilində enerji daşıyıcılarının topdansatış qiymətləri ilin əvvəlində artırılıb. Pərakəndə satış qiymətlərinin artırılmasına yaxın vaxtlarda baxılmayacaq.Əgər gjörsək ki, azarbaycan vətəndaşları müvafiq xidmətləri dünya qiymətləri ilə ödəyə bilirlər, onda bu məsələyə qayıdacağıq".