2003-CÜ İLİN YANVAR- OKTYABRINDA ƏHALİYƏ 12,5 TRLN. MANATLIQ İSTEHLAK MALLARI SATILIB

BAKI.21.11.2003. MEDİA-PRESS: 2003-cü ilin yanvar-oktyabr aylarında respublika əhalisinə 12,5 trln. manatlıq istehlak malları satılıb. Bu, ötən ilin göstəricisindən 10,4 % çoxdur.

Bütün malların 77,2 faizini fiziki şəxslər satıblar. Dövlət Statistika komitəsi bildirib ki, əhali pulunu əsasən ərzaq mallarına xərcləyir-.8,3 trln. manat. Qeyri-ərzaq mallarına- 4,2 trln. manat xərclənib. Keçən illə müqayisədə bu göstəricilər müvafiq olaraq - 9,2% və 13,2% artıb. Bu dövrdə əhaliyə 2,4 trln. manatlıq ( keçən ildən-11,2% çox) xidmətlər göstərilib. Belə xidmətlərin ümumi həcminin 69,1 faizi - hüquqi, 30,9 faizi isə - fiziki şəxslərin payına düşür.


AZƏRBAYCANIN İSTANBULDAKI BAŞ KONSULLUĞU TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNİ GÜCLƏNDİRİB.

BAKI.21.11. 2003. MEDİA-PRESS: İstanbulda baş vermiş terror əməlləri ilə bağlı , Azərbaycanın bu şəhərdəki baş konsulluğu təhlükəsizlik tədbirlərini gücləndirib. Ölkəmizin Türkiyədəki baş konsulu İbrahim Nəbioğlu bu haqda "İnterfaks-Azərbaycan" agentliyinə cümə günü verdiyi müsahibəsində deyib: " Diplomatik personalın təhlükəsizliyinin təmini məqsədilə türkiyə polisinin əlavə qüvvələri konsulluğun mühafizəsinə cəlb edilib. Buna baxmayaraq, konsulluğumuz öz əvvəlki iş rejimində işləyir". Sonda İ. Nibioğlu cüməaxşamı İstanbulda baş vermiş terrorçuluq zamanı azərbaycan vətəndaşlarından heç birinin zərər çəkmədiyini vurğulayıb.


GÜRGÜSTAN TƏHLÜKƏSİZLİK ŞURASI: ÖLKƏDƏKİ QARŞIDURMA BTC ƏİK TİKİNTİSİNƏ MƏNFİ TƏSİR GÖSTƏRMİR

BAKI.21.11.2003. MEDİA-PESS: Gürcüstandakı iqtidar-müxalifət qarşıdurmasına baxmayaraq, Bakı-Tbilisi-Ceyhan Əsas İxrac kəmərinin (BTC ƏİK ) tikintisi plana uyğun davam edir. Gürcüstan Milli Təhlükəsizlik şurası (MTŞ ) katibinin müavini Georgi Mjavanadze belə deyib.

Onun sözlərinə görə, indi kəmərin gürcüstan hissəsinin iki məntəqəsində fəal tikinti işləri davam edir." Tikintinin mühafizəsinin gücləndirilməsi məsələsinə baxılmır, çünki, təhlükəsizliyi təmin edən bütün sistemlər normal rejimdə işləyir" sözlərini vurğulayan G. Mjavanadze BTC ƏİK-in 235 km.-lik gürcüstan hissəsinin təhlükəsizliyini DİN və MTŞ bölmələrinin əməliyyat yardımı şəraitində Dövlət Mühafizə xidmətinin qoruduğunu deyib. Bu işə Gürgüstan Müdafiə nazirliyi (MN) bölüklərinin , o cümlədən Pentaqonun proqramı üzrə təlim keçənlərin cəlb edilməsinə toxunan Mjavanadze deyib:" Bu, yalnız layihəyə geniş təhlükə və ya təcavüz hallarında mümkündür." Onün sözlərinə görə,"Gürcüstanın bütün siyasi hərəkatı bu layihənin reallaşmasının əhəmiyyətini dərk edir və bunu şübhə altına almır". Milli Təhlükəsizlik şurası kəmərin çəkilişinin normal ritminin təmini məsələsini özünün həftəlik işgüzar müşavirələrində müzakirə edir. BP-Azerbaijan şirkətinin vitse-prezidenti, kommunikasiyaların təhlükəsizliyi və xarici mənasibət məsələləri üzrə kurator Rocer Nan da eyni ruhda bəyanat verib. Onun dediyinə görə, Gürcüstanda siyasi vəziyyətin gərginləşməsi BTS ƏİK layihəsinin realizəsinə mane olmayacaq. BP dünyanın ən iri investorlarından biridir və hhər hansı bir layihənin həyata keçirilməsində bütün mümkün risqləri nəzərə alır.


XƏZƏRYANI ÖLKƏLƏRİN XARİCİ İŞLƏR NAZİRLƏRİNİN GÖRÜŞÜ İLİN AXIRINDA VƏ YA GƏLƏN İLİN ƏVVƏLİNDƏ OLACAQ

BAKI.21.11.2003. MEDİA-PRESS: 5 Xəzəryanı ölkənin XİN başçılarının görüşünü 2003-cü ilin sonu -2004-cü ilin başlanğıcında keçirmək planlaşdırılır. Rusiya XİN başçısının müavini, RF prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Viktor Kalyujnı BMT-nin Avropa İqtisadi komissiyasının Cenevrədə keçirdiyi Energetikanın təhlükəsizliyi forumunda bu xəbəri açıqlayaraq,deyib:" Belə görüş 2004-cü ilin ikinci yarısında Tehranda nəzərdə tutulan 2-ci Xəzər sammitinin çağrılması yolunda atılan addımdır. " Rusiyaya görə yalnız Xəzəryanı ölkələr Xəzər dənizi və onun ehtiyatları üzərində hakim hüquqa malikdir" fikrini qeyd edən Kalyujnı,enerji ehtiyatları məsələsinə toxunarkən, " onların sanballı olması şübhə doğurmasa da, Xəzər dünya bazarına neft çıxara bilən yetkin alternativ mənbə roluna iddia edə bilməz"-deyib.

O, məlumat verib ki, Xəzərin yeraltı sərvətlərinin mənimsənilməsi sahəsində Rusiya, Azərbaycan və Qazaxıstanın qarşılıqlı fəaliyyəti " möhkəm belnəlxalq hüqüq bazasına söykənir". Bu 3 ölkə dəniz dibinin həmsərhəd sahələrinin dəqiqləşdirilməsi barədə sazişlər bağlayıb. İndi o biri dövlətlərin də bu yöndə danışıqlar apardığını deyən Kalyujnı ümidvar olduğunu deyib ki, Azərbaycan, Türkmənistan və İran "ümumi dil tapa biləcək və bu, bütövlükdə Xəzərin yeraltı sərvətlərindən istifadə problemini tənzimləməyə imkan verəcək". RF XİN rəhbərinin müavini Xəzər dənizi mühitinin qorunmasına dair 5 sahilyanı ölkənin noyabrın əvvəllərində Tehranda imzaladığı Çərçivə Konvensiyasını "ümumi böyük uğur" kimi qiymətləndirib.


KAŞAQANDA NEFT İSTİXRACININ BAŞLANMASI İLYARIM GEÇİKƏ BİLƏR.

BAKI.21.11.2003. MEDİA-PRESS: Xəzərin qazaxıstan şelfində yerləşən Kaşaqan yatağında neftin Agip KCO konsorsiumu tərəfindən istixracını başlanılması ilyarım geçikə bilər.Respublika Energetika və Mineral Ehtiyatlar naziri Vladimir Şkolnik bu açıqlamasına əlavə edib ki, tərəflər indi bu məsələ üzrə danışıqlar aparır. Nazir deyib: "Hal-hazırda Londonda bizim nümayəndələrimizin və bütün podratçı təşkilatların böyük bir qrupu müşavirə keçirir. Ümidvaram ki, məsələ həftənin sonunadək nizamlanacaq".

V.Şkolnikin sözlərinə görə, Kaşaqanın işlənməsinin təxirə salınması müqabilində ildə $50 mln. cərimə ödənilməsi nəzərdə tutulub. Real hasilatın hansı müddətə təxiri ilə bağlı , illik ödənc- $100, növbəti ildə-$150 mln. və i.a. ola bilər. Nazir deyib: " İndi gedən danışıqlar prosesi neftin kommersiya hasilatına başlanılmasının bəzi obyektiv səbəblərdən təxirə salınması ilə bağlıdır. Müqavilə görə, istixrac 2005-ci ilin sonlarında başlamalıdır. Gecikmə ən əvvəl onunla bağlıdır ki, neftin özü gözlənildiyindən gec aşkarlanıb və ilk quyunun qazılması da yubanıb. Belə vəziyyət pay bölgüsü sazişində nəzərdə tutulub. Danışıqların davam etməsinə baxmayaraq, layihənin işlənməsi dayandırılmayıb".

Son vaxtlar ekspert və mütəxəssislər Kaşaqandan ilk sənaye neftinin real istixrac müddəti kimi , 2006-cı ilin sonu və ya 2007-ci ilin əvvəlini qeyd edirlər. Halbuki, 1997-ci ildə imzalanmış pay bölgüsü sazişinin şərtlərinə görə ,konsorsium yataqda ilk nefti 2005-ci ildə almalıdır. Hazırda Agip KCO konsorsiumunun üzvləri operator ENİ ( 16,67 % ) ilə yanaşı TotalFinaElf (16,67%), ExxonMobil (16,67%), Shell (16,67%), Inpex (8,33%), Phillips (8,33%) və British Gas (16,67%) şirkətləridir. Sonuncu layihədən çıxdığını bildirib və konsorsiumun başqa üzvləri onun payını almaq niyyətindədirlər. Bu sövdələşmə ilin sonunadək baş tuta bilər. Keçən ilin iyununda Agip KCO Kaşaqan yatağının kommersiya kəşfini elan etdi və oradan çıxarıla biləcək neft ehtiyatının azı 7-9 mlrd. barrel, ümumi ehtiyatın isə-38 mlrd. barrel olduğunu açıqladı. Konsorsium ilk mərhələdə ildə-22 mln. ton, 2-ci mərhələdə- 45 mln. ton istixrac etməyi, 3-gü mərhələdə isə hasilatı 60 mln. tona çatdırmağı planlaşdırır. Kaşaqan üzrə paybölgüsü sazişi 40 il qəvvədə olacaq.


JBİC YAPON BANKI "ŞİMAL" DRES-İN 2-Cİ ENERJİ BLOKUNUN TİKİNTİSİNƏ KREDİT XƏTTİ AÇACAQ

BAKI.21.11.2003 . MEDİA-PRESS: Yaponiya Beynəlxalq Əməkdaşlıq bankı (JBİC) Bakı "Şimal" elektrik stansiyasında 400 meqavoltluq 2-ci enerji blokunun tikintisi üçün kredit xətti açacaq.

"Azərenerji" Səhmdar Cəmiyyətində (SC) Media-Pressə məlumat veriblər ki, indi Azərbaycanın İqtisadi İnkişaf, Maliyyə, Yanacaq və Energetika nazirliklərinin səlahiyyətli nümayəndələri layihənin maliyyə və texniki cəhətlərini dəqiqləşdirmək məqsədilə JBİC-lə danışıq aparırlar. Güzəştli, uzunmüddətli kreditin artıq 2004-cü ilin baharına kimi veriləcəyi ehtimal edilir.

Qeyd dək ki, SC və Burns & Roe amerika konsaltinq şirkəti artıq 2-ci enerji bloku tikintisinin texniki-iqtisadi əsaslandırmasını və onun ətraf mühitə təsir ehtimalı barədə hesabat hazırlayıb. Layihə reallaşarsa, 400 meqavoltluq yeni buxar-qaz qurğusunun tikintisi Abşeron yarımadasının enerji təchizatını kökündən yaxşılaşdırmağa imkan verəcək. Məsələn, Abşeron Əli-Bayramlı və Mingəçevir enerji qovşaqlarından daha az enerji alacaq və ümumiyyətlə milli enerji sisteminin etibarlığı yüksələcək, yarımadaya cərəyan daşıyan ötürücü xətlərin yükü , deməli, enerjinin ötürülməsi zamanı yaranan itkilər azalacaq. Xatırladaq ki,JBİC əvvəl də belə kredit verib- elə bu DRES-də eyni 400 MVt gücündə birinci buxar-qaz qurğusunun tikintisinə ( illik 0,75 faizlə- 40 ilə). İlk qurğunu Mitsui yapon şirkəti tikib.JBİC həmçinin "Şimal" DRES-ə qaz daşıyan Qaradağ-Digah- "Şimal" DRES borusunun çəkilişinə kredit ayırmışdı. Bu Bank indiyədək təqribən $340 mln. həcmində kreditlər ayırıb. Yeri gəlmişkən, bu qaz kəmərinin gündəlik buraxılış qabiliyyəti -10 mln. kub metrdir, halbuki, stansiyanın 1-ci enerji blokunun təmini üçün 2 mln. kub metr də kifayətdir. Əlavə ehtiyat gücünə malik bu qaz boru xəttini Mitsui/Toyo Engineering yapon şirkətləri alyansı çəkib.


"SƏNGAÇAL" YARIMSTANSİYASI ÜÇÜN YENİ TRANSFORMATOR İSTİFADƏYƏ VERİLİB

BAKI.21.11.2003. MEDİA-PRES: 125 MVA (meqavatt amper) gücündə yeni transformatorun istismara verilməsi ilə "Səngəçal" yarımstansiyasının yenidən qurulması layihəsi başa çatıb.

Yarımstansiyanın yenidən qurulmasında məqsəd Bakı-Tblisi-Ceyhan Əsas İxrac kəmərinin strateji obyekti-Səngəçal neft terminalının enerji təchizatının etibarlığını artırmaqdır. Terminalın ərazisində 110 kilovoltluq (KV) yeni yarımstansiya da tikilməkdədir. İndi bu yarımstansiyanı Səngəçal yarımstansiyası ilə birləşdirən beş kilometrlik 110 KV elektrik ötürücü xətti quraşdırılır. İşin icraçıları "Azərenerji" SC və almaniya Siemensidir.


ÖLKƏ İQTİSADİYYATINA İNVESTİSİYALAR YANVAR-OKTYABR AYLARINDA 72,1% ARTIB

BAKI.21.11.2003. MEDİA-PRESS: 2003- cü ilin yanvar-oktyabrında Azərbaycan iqtisadiyyatına 13,8 trln. manat ($ 2,81 mlrd.) sərmayə yatırılıb ki, bu da 2002-ci ilin müvafiq dövründən 72,1 % çoxdur.

Dövlət Statistika komitəsinin məlumatına görə, qoyulan vəsaitlərin 11,177 trln. manatını( $ 2,27 mlrd.) - xarici, 2,645 trln. manatını ($538,6 mln.) isə - daxali investisiyalar təşkil edib. Keçən illə müqayisədə xarici investisiyaların həcmi 81,3, daxili sərmayəqoyuluşları isə- 41,7 % artıb. İnvestisiyaların əsas mənbəini müəssisələrin öz vəsaitləri - 11,69 trln. manat təşkil edib. Bank kreditlri- 251,2 , büdcə vəsaitləri- 393 , büdcədənkənar fondlar-118, əhalinin öz vəsaitləri isə- 396 mlrd. manat olub. Hesablamalara görə, 2004-cü ildə bütün maliyyələşdirmə mənbələrindən ölkə iqtisadiyyatına $ 3 mlrd. 699,6 mln. həcmində investisiyalar qoyulacaq ki, bu da cari ildə gözləniləndən 7,4% çoxdur. Glən il xarici sərmayə qoyuluşu təqribən 9 % artaraq $2,746 mlrd. təşkil edəcək. Bu zaman birbaşa investisiyalar -$2, 746 mlrd.( artım-8%), xarici kreditlər- $240 mln. ( artım- 12,6%) olacaq. Əvvəlki kimi investisiyaların çoxu -$2,49 mlrd. ( 2003-cü illə müqayisədə -5,9% artım) neft bölməsinə yönəldiləcək. Gələn il xarici investisiyalar daha çox sənayeyə- təqribən-$2, 510 mlrd. sərf diləcək ( bu ilə planlaşdırılandan 6% çox).


AZƏRBAYCAN ÖLKƏNİN QIZIL YATAQLARININ İŞLƏNMƏSİNƏ ŞİRKƏTLƏRİ CƏLB ETMƏK İŞİNİ GÜCLƏNDİRİB

BAKI.21.11.2003. MEDİA-PRESS: Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi (ETEN) yeni qızıl yataqlarının işlənməsi ilə bağlı əcnəbi və yerli şirkətlərlə işi gücləndirib. Jurnalistlərə bu məlumatı çatdıran ETEN başçısı Hüseyn Bağırov deyib: "Biz Bakıdan 350 km. qərbdə, Daşkəsən rayonunda 100-150 ton ehtiyata malik iri qızıl yatağı aşkarlamışıq. Şirkətlər artıq bu yatağın işlənməsinə maraq göstərir və biz də bu istiqamətdə iş görürük."

Hal-hazırda Azərbaycan qızıl yataqlarının işlənməsinə dair bir müqaviləyə malikdir. İndi ləğv edilmiş "Azərqızıl" dövlət konserni və R.V. Investment Group Serves LLS amerikan şirkəti arasında 21 avqust 1997-ci ildə imzalanmış müqaviləyə görə( 51 %-azərbaycan, 49%-amerikan tərəfi), Azərbaycanın 9 qızıl yatağı ( təqribən -400ton qızıl, həmçinin-2500 ton gümüş və 1,5 mln. ton mis) işllənməli idi. Amerika tərəfi layihəyə 500 milyon dollara yaxın sərmayə qoyacağına boyun olsa da, vur-tut $6,8 milyon məbləğində iş gördükdən sonra, qızılın dünya qiymətlərinin aşağı olması səbəbindən müqaviləni dondurdu.İndi həmin qiymətlərin artmasına baxmayaraq, RV Investment bu yataqların işlənməsinə hələ də başlamayıb.


2004-İLDƏ DÖVLƏT BAKI METROPOLİTENİNƏ 35 MLRD. MANAT YARDIM DƏCƏK

BAKI.21.11.2003. MEDİA-PRESS: 2004-cü ilin dövlət büdcəsi layihəsi dövlətin Bakı metropoliteninə yardımının 5 mlrd manat artırılmasını nəzərd tutur. Metropolitenin ehtiyaclarına yönəldiləcək 75 mlrd. manatın 40 milyardı vaqon parkının təzələnməsinə, 35 milyardı isə- maya dəyəri ilə gediş haqqı arasındakı fərqdən metropolitenin çəkdiyi ziyanın ödənilməsinə xərclənəcək. 2002-ci illə müqayisədə dövlət müavinətinin məbləği 3 -qat artacaq.

İndi bakılılıar vur-tut 250 manat gediş haqqı ödəyirlər ki, bu da gediş-gəlişin maya dəyərindən 3-4 dəfə azdır. Metropolitenin rentabelliyi üçün gediş haqqı ən azı 1600 manat olmalıdır ki, onun da min manatını istehlak xxərcləri təşkil edəcəkdir. Onu da qeyd edək ki, MDB məkanında ən ucuz gediş haqqı bakı metrosundadır. Məsələn, Moskva və Sankt-Peterburqda qiyməb bizdəkindən- 6 , Tbilisidə- 2-2,5 dəfə bahadır. Lakin əhalinin əksər təbəqəsinin maddi durumunu nəzərə alan hökumət hələki metroda gediş haqqını artırman niyyətində deyil.Doğrudur, layihənin Milli Məclisdə müzakirəsi zamanı Maliyyə Əvəz Ələkbərov Bakı metropoliteninə ayrılan müavinətin gələcəkdə tədricən azaldılacağını dilə gətirib. Bakı metrosu gündə 350 min sərnişin daşıyır. Bu adamların 20 mini imtiyazlardan istifadə edir, hərçənd bir il öncə belələrinin sayı bundan üç qat çox idi. İndi azyaşlı uşaqlar, polislər, sıravi əsgərlərimiz və metropoliten işçilərinin özləri bu nəqliyyatdan pulsuz istifadə edirlər. Keçən il Bakı metrosu 108 mln. sərnişin daşıyıb. Yeni "Həzi Aslanov" stansiyasının işə düşməsi ilə bağlı bu sayın daha bir milyon artacağı gözlənilir. 2003-cü ilin dövlət büdcəsindən metropolitenin vaqon parkının təzələnməsinə 40, maya dəyəri ilə gediş haqqı arasındakı fərqi ödəməyə - 30 mlrd manat ayrılıb. Bu il Bakı metropoliteni Rusiyadan 25 yeni vaqon alıb.


VM AZƏRBAYCAN ŞİRKƏTİ BUSBANKIN ÖZƏLLƏŞDİRİLMƏSİ ÜZRƏ İİN-İN MƏSLƏHƏTÇİSİDİR

BAKI.21.11.2003. M EDİA-PRESS: Azərbaycan şirkəti VM respublika Birləşmiş Universal Səhmdar bankının ( BUSBank) özəlləşdirilməsi üzrə məsləhətçi seçilməsi tenderinin qalibidir.

Media-Pressə İqtisadi İnkişaf nazirliyində ( İİN ) bildiriblər ki, tenderin şərtlərinə görə,VM BUSBankın beynəlxalq normalar və standartlar üzrə qiymətləndirilməsini , bankın özəlləşdirilməsinə dair tövsiyələr hazırlamağı, özəllləşdirilməyə hazırlıq görülməsi barədə beynəlxalq maliyyə-kredit institutlarını məlumatlandırmağı, bankın satışı üzrə hazırlıq işləri görməyi və alqı-satqı müqaviləsini hazırlamağı öhdəsinə götürür.

Xatırladırıq ki, hələ bu ilin yayında Beynəlxalq maliyyə korporasiyası ( BMK- Ümumdünya Bankının qurumu ) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) BUSBank səhmlərinin blok-paketini almağı ( 25% + 1 səhm) İİN-ə təklif etmişdilər. Bankın qalan səhmləri isə açıq hərraclarda satılacaqdır. Azərbaycan prezidentinin 17 aprel 2003 -cü il fərmanına əsasən İİN və Milli Banka tapşırılıb ki, BUSBANK-ın bir qurum kimi təkmilləşdirilməsini başa çatdırıb onu özəlləşdirmə üçün hazırlasınlar. Eyni vaxtda yüksək reytinqli banklarla və aparıcı sərmayəçilərlə danışıqlara başlanmalı və keçmiş Əmanətbankın özəlləşdirilməsi 2004-cü ilin axırına kimi təmin edilməlidir. Qeyd edək ki, 2002-ci ilin yekunlarına görə BUSBANK-ın gəlirləri 34,9 mlrd., xərcləri 27,6 mlrd., mənfəəti isə 7,3 mlrd. manat olub. Bankın azad aktivləri qiymətli kağızlar alınmasına xərclənib. Bundan əlavə dövlət istiqrazlarının reallaşdırılması layihəsinin operatoru kimi BUSBANK keçən il 10 mlrd. manatlıq qiymətli kağız sataraq, 195 mln. manat qazanc götürüb. Bütövlükdə BUSBank Azərbaycan bank sektorunun təqribən 5 faizinə nəzarət edir. Bank işıq və qaz pulunun əhalidən yığılmasına dair Bakı Elektrik şəbəkəsini idarə edən "Barmek holdinq" türk şirkəti və "Azəriqaz" SC ilə saziş imzalayıb. Respulika təqaüdçülərinin 45 faizi, yəni 650 min nəfər öz təqaüdlərini məhz BUSBankdan alır.