AVROPA KOMİSSİYASI XƏZƏRİN BALIQ EHTİYATLARININ SABİT İDARƏ OLUNMASI ÜZRƏ TEXNİKİ TAPŞIRIĞI BƏYƏNİB

BAKI.24.11.2003. MEDİA-PRESS: Avropa Komissiyası (AK) "Xəzər ekoloji proqramı: balıq ehtiyatlarının sabit idarəsi" (Caspian Environment Programme: Sustainable Fishery Management) TACİS proqramının layihəsi üzrə texniki tapşırığı bəyənib. Avropa İttifaqının (Aİ) Azərbaycana texniki yardım proqramlarının Əlaqələndirmə bürosunda Media-Pressə bildiriblər ki, iki ilə hesablanmış bu layihənin büdcəsi -900 min avrodur.

Azərbaycan, Qazaxıstan,Rusiya və Türkmənistanın Ekologiya nazirliklərinin iştirak etdiyi bu layihədə məqsəd: Xəzərdə nərəkimilərin və başqa balıq növlərinin bərpası üzrə elmə söykənən planın tərtibi və əlaqələndirilməsi, həmçinin, regional və milli səviyyədə balıq ehtiyatlarının daha səmərəli idarə sisteminin yaradılmasıdır. Layihə ehtiyatların qiymətləndirilməsi metodikasının standartlaşdırılması və təkmilləşdirilməsini, balıq ehtiyatlarının idarəsi üzrə inzibati qurumlar və iqtisadi mexanizmlər də daxil olmaqla regional və milli təşkilatların möhkəmləndirilməsini nəzərdə tutur. AK tender keçirərək layihəni reallaşdıra bilən müqavilə iştirakçılarını da müəyyənləşdirməlidir. İlkin hesablamalara görə, layihənin icrasına artıq 2004-cü ilin ilk rübündə başlana bilər.


TÜRKİYƏ YAXIN İLLƏRDƏ AZƏRBAYCAN QAZI İLƏ AVROPA BAZARINA ÇIXMAĞA HAZIRLAŞIR

BAKI.24.11.2003. MEDİA-PRESS: Türkiyədən Avstriyaya qaz ixracı layihəsinin texniki-iqtisadi əsaslandırması 2004-cü ilin sonuna hazır olacaq. Ötən çərşənbə Praqada Avropa Qaz konfransında Econ Gas avstriya qaz şirkətinin icraçı direktoru Verner Ouli belə deyib. Röyter agentliyinin məlumatına görə, icraçı direktor deyib ki, Türkiyənin Azərbaycan və İran qazını öz ərazisindən ötürməklə Avropanın "mavi yanacaq"la təmininə sanballı töhfə verə biləcəyi bu layihədə Econ Gas və türkiyə BOTAŞ-ı ilə yanaşı daha bir neçə şirkət iştirak edəcək.

Macarıstan, Bolqarıstan və Rumıniya ərazilərindən də keçəcək yeni marşrut ildə təqribən 20 mlrd. kub metr qaz nəql edə biləcək. Verner Ouli haqlı olaraq belə hesab edir ki, investisiyalara gəldikdə, çox şey movcud qaz-nəqliyyat şəbəkəsini yeni marşruta qoşmağın nə dərəcədə mümkünlüyündən asılı olacaqdır. O həmçinin qeyd edib ki,yeni kəmər avropalı istehlakçılara imkan verərdi ki, rus qazı ilə yanaşı alternativ "mavi yanacaq" mənbələrindən də istifadə etsinlər. Ekspertlərin qeyd etdikləri kimi, yaxın gələcəkdə Türkiyə və Yunanıstanın qaz sistemlərini birləşdirərək, oradan Avropaya uzanacaq bu boru ilə ildə 30 mlrd. kub metr qaz ixrac etmək mümkün olacaq. Sonradan haçalanacaq kəmərin bir xətti Fransa, Avstriya və İtaliyadan, digəri isə- Sloveniya, Bosniya-Hesoqovina və Xorvatiya ərazilərindən keçəcək. Xatırladaq ki, BOTAŞ-ın və bəzi avropa qaz şirkətlərinin ( Bolqarıstanın - BulqarGaz, Rumıniyanın- Retrom, Macarıstanın-MOL, Avstriyanın- OMV Erdgas GmbH və Transqaz) nümayəndələri qazın Türkiyədən Bolqarıstan və Rumıniya ərazisi ilə Avstriya və Macarıstana nəqli məsələlərini hələ 2002-ci ilin noyabrında Sofiyada müzakirə ediblər. İndi bu planlar , deyəsən, məzmun kəsb etməkdədir.

Beynəlxalq Energetika Agentliyinin (BEA) proqnozuna görə, Avropada yaxın 30 ildə qaz istehlakı təqribən ikiqat artacaq. Məhz bu səbəbdəndir ki, gələcəkdə yanacaqsız qalmamaq uğrunda mübarizə getdtkcə qızışır. Əsas ixracçılar siyahısına kimin düşəcəyi hələ bəlli deyil. Müqavilələr üzrə aldığı qazın həcminin gerçək tələbatını üstələdiyi Türkiyə də, yanacağın bu növünün ehtiyatlarına görə dünya ikincisi İran da , qazı Yunanıstan ərazisindən Avropaya ixrac etmək əzmindədirlər. Azərbaycan və Türkmənistanın da belə niyyətləri var. Biz, əlbəttə ki, hələ Rusiyanı və hətta Ukraynanı demirik..Yunanıstan da regional qaz qovşağına qoşulmaq niyyətini dəfələrlə bildirib. Türkiyə isə çoxşaxəli qaz kəmərləri adlanan mürəkkəb , lakin düşünülmüş bir oyuna girişib . Ankara bu oyununun əsas məqsədini -ixrac qazını üçüncü ölkəyə daşımaq məramını dəfələrlə açıqlayıb. Türkiyə 2005-ci ilə kimi Yunanıstana hər il 500 mln. kub metr qaz ixracı barədə onunla saziş imzalayıb. Layihənin dəyəri $500 milyondur. Bu layihəni BOTAŞ və yunan şirkəti DEPA reallaşdıracaqlar. Son vaxtlar qazla əlaqədar regionda aparılan müzakirələrin qızğın iştirakçısına çevrilmiş italyan şirkəti Edison Gas da bu cütlüyə qoşulub.

Xatırladaq ki,BOTAŞ DEPA ilə yaxından əməkdaşlıq edir. DEPA Türkiyədən alınan qazın Yunanıstandan Avropaya ixracı layihəsini( $300 mln. dəyərində) hazırlayır. Hər iki ölkə onların qaz-nəqliyyat sistemlərini birləşdirən qovşaq tikmək niyyətindədir. DEPA 2004-cü ilin sonunadək Ankara- Aleksandrupolis kəmərinin çəkilişinə dair türkiyə tərəfi ilə bağlanmış razılaşmaların tətbiqinə başlamağa hazırdır. Çünki " mavi yanacağı" Fransa, Avstriya, İtaliya, Sloveniya, Bosniya-Hersoqovinaya ixrac etmək üçün bu kəmərdən qollor ayırmaq olar. Yunanıstanın özü Türkiyə ərazisindən ildə təqribən 3 mlrd. kub metr qaz idxal etmək niyyətindədir. Fransa, İtaliya və Balkan ölkələrinin istehlakçıları isə idxal imkanlarını hələ götür-qoy etməkdədirlər. Hər şeydən görünür ki, Türkiyə neft-qaz tranziti ölkəsinə çevrilmk səylərini artırır və Azərbaycan bu işdə onun strateji tərəfdaşıdır . Ankara Azərbaycanın nəhəng "Şah-dəniz" yatağından başlayan. Sonra Gürcüstandan keçərək türkiyə Ərzurumuna, oradan da Ankaraya uzanacaq qaz borusunun çəkilişində fəal iştirak etmək səyini dəfələrlə bildirib. Bu xətti 2008-ci ildən sonra İstanbula , oradan da Bolqarıstana kimi uzatmaq planlaşdırılır. Keçən ilin sonunda Afinada "Şah-dəniz" qazının üçüncü ölkəyə ixracı imkanlarının müzakirələrində DEPA.BOTAŞ. ARDNŞ və Balkan ölkələrinin müvafiq firmaları iştirak edib. ARDNŞ prezidenti Natiq Əliyev deyib ki, Afina Türkiyədən daxil olacaq azərbaycan qazının 500 mln. kub metrini almağa təminat verib. Doğrudur, bu, əlavə həcm yox, Türkiyəyə azərbaycan qazının ixracından ayrılan pay olacaqdır( ildə 2 mlrd. kub metr).

Avropaya daxil olacaq qazdan pay qopartmaq uğrunda mübarizə isə qızışmaqdadır. Nəhəng qaz ehtiyatına malik İran ( Tehran bunun 18 trln. kub metr olduğunu iddia edir ) artıq 2007-ci ildən öz yanacağının Türkiyə və Yunanıstandan Avropaya ixracına başlamaq niyyətindədir. Xatırladaq ki, İran hələ iri satış bazarına malik olmadığı üçün , Avropaya can atır. Avropa İttifaqı (Aİ )da onun bu səylərini dəstəkləyir.İran qazının Türkiyə və Yunanıstandan Avropaya ixracına dair sazişi bəyənən Aİ layihənin texniki-iqtisadi əsaslandırmasının ( TİƏ) tərtibinə $10 milyon ayırıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, İran Milli Neft şikəti və DEPA bu layihənin reallaşması üçün qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Başqa sözlə desək, energetika üzrə iran-yunan əməkdaşlığı məzmun kəsb etməkdədir.

Fars körfəzi ölkələri də Avropaya qaz ixracından kənarda qalmaq istəmirlər. Səudiyyə Ərəbistanı,Qatar,Küveyt və İran qazın istixracı, emalı və nəqli, müştərək qaz kəmərləri çəkilişi sahələri üzrə razılaşma əldə ediblər. Artıq 2005-ci ildə bu əməkdaşlığın əməli nəticəsi gözlənilir. Bu qaz da , yəqin, Avrorpaya nəql ediləcək. İordan, Livan , Misir və Suriya artıq Vahid ərəb qaz şirkəti və regionda qaz ixracı üzrə layihələrlə məşğul olan komissiya yaradılması barədə saziş imzalayıblar. Qazın Misir-İordan- Suriya-Livan Türkiyə marşrutu ilə Avropaya ixracına birinci dərəcəli əhəmiyyət veriləcək. Doğrudan da, çox ciddi rəqabət gözlənilir. Ancaq Bakı da ayıq-sayıqdır. Azərbaycan üçün ən əhəmiyyətlisi öz qazının Avropaya ixracına sadəcə, başlamaq yox, həm də vaxtında başlamaqdır! Qaz lazımi vaxtda lazımi yerə çatdırılmalıdır. Ekspertlərin qeyd etdikləri kimi, Türkiyəyə azərbaycan qazının nəqli layihəsinin dəyəri $3,2 milyarddır. İldə 2,5 mlrd. kub metr qaz ixracı layihə xərclərini tam ödəyə bilməz. Türkiyəyə qaz ixracının artırılmasından danışmaq isə hələ tezdir. Çünki bu ölkə iqtisadi böhranın məngənəsindən hələ yaxa qurtarmayıb.Təhlilçilər isə hesab edirlər ki, avropalı müştərilər türklərlə müqayisədə daha çox aza\ərbaycan qazı istehlak edə bilərlər. Deməli, Bakı bu yanacağı Türkiyə vasitəsi ilə Avrorpa ölkələrinə çatdırmaq səyində yanılmayıb. Görünür, ARDNŞ-də bü mülahizələri rəhbər tutaraq, "qaz oyunları"nın fəal iştirakçısı olan həmin yunan DEPA-sı ilə əməkdaşlıq körpüsü salır.


AZƏRBAYCAN TOKİODA SƏFİRLİYİN AÇMAQ NİYYƏTİNDƏDİR.

BAKI.24.11.2003. MEDİA-PRESS: Azərbaycan müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı fəallaşdırmaq üçün Tokioda səfirlik açaq niyyətindədir. Respublika rezidenti İlham Əliyev Yaponiya Xarici İşlər nazirinin müavini İçiro Fucisaki ilə görüşündə belə deyib.

"Biz siyasi, iqtisadi və başqa sahələrdə Yaponiya ilə əməkdaşlığın genişlənməsini istəyirik" fikrini vurğulayan prezident yapon şirkətlərinin respublikamızda bütöv bir sıra layihələri gerçəkləşdirdiyini, məxsusən,"Bakı-Tbilisi-Ceyhan Əsas İxrac kəmərinin tikintisində iştirak etdiyini, "Şimal" DRES-də birinci enerji blokunu tikdiyini, indi ikincisini ucaltmaq niyyətində olduğunu qeyd edərək deyib:"Bu, Azərbaycanın enerji təchizatı problemini həll etməyə imkan verəcək." İ.Fucisaki deyib :" Yaponiya,əvvəlki kimi yenə əd Azərbaycanda demokratiyanın və bazar iqtisadiyyatının inkişafına kömək etmək əzmindədir. Üçnki biz bu ölkəni özümüzün mühüm tərəfdaşımız sayırıq". O,Tokionun Azərbaycan iqtisadiyyatının maliyyələşdirilməsini ikitərəfli əməkdaşlığın mühüm tərkib hissəsi hesab etdiyini bildirərək, əlavə edib ki, "Biz həm də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması üçün səylərimizi əsirgəmirik".


"AZƏRENERJİ" SC NÜMAYƏNDƏLƏRİ TOKİODA "ODA PROQRAMI ÜZRƏ GERÇƏKLƏŞƏN LAYİHƏLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ" SEMİNARINDA İŞTİRAK EDƏCƏK

BAKI.24.11.2003. MEDİA-PRESS: "ODA proqramı üzrə gerçəkləşən layihələrin qiymətləndirilməsi" mövzusunda sabah Tokioda açılan seminarda "Azərenerji" Səhmdar Cəmiyyətinin (SC) nümayəndələri də iştirak edəcək. ODA- Yaponiyanın inkişafda olan ölkələrə yardım məqsədi güdən dövlət proqramıdır. Seminarın təşkilatçısı Yaponiya Beynəlxalq Əməkdaşlıq agentliyidi (JİCA).

SC-da Media-Pressə verilən məlumata görə, belə tədbirlər yapon hökumətinin gerçəkləşdirdiyi layihələrin işıqlandırılmasına və layihələrin həyata keçirildiyi ölkələrin mütəxəssisləri ilə təcrübə mübadiləsinə yönəlib. Bu seminara "Azərenerji"ni respublikamızda iri layihəni gerçəkləşdirən Yapon Beynəlxalq Əməkdaşlıq Bankı (JVİC) cəlb edib. SC bütün regiondan seminara dəvət almış yeganə təşkilatdır, baxmayaraq ki, JVİC və sair yapon hökumət qurumları Qafqaz ölkələrində layihələrə malikdir və ya planlaşdırırlar. Xatırladaq ki,JBİC əvvəl də belə kredit verib- elə bu DRES-də eyni 400 MVt gücündə birinci buxar-qaz qurğusunun tikintisinə ( illik 0,75 faizlə- 40 ilə). İlk qurğunu Mitsui yapon şirkəti tikib.JBİC həmçinin "Şimal" DRES-ə qaz daşıyan Qaradağ-Digah- "Şimal" DRES borusunun çəkilişinə kredit ayırmışdı. Bu Bank indiyədək təqribən $340 mln. həcmində kreditlər ayırıb. JVİC bu stansiyada 400 MVt gücündə 2-ci enerji blokunun tikintisinə 2004-cü ilin baharında yeni kredit xəttiaçacaq. İ İndi respublika İqtisadi İnkişaf, Maliyyə, Yanacaq və Energetika nazirliklərinin , "Azəriqaz" və "Azərenerji" Səhmdar Cəmiyyətlərinin səlahiyyətli nümayəndələri layihənin texniki-maliyyə cəhətlərini dəqiqləşdirmək məqsədi ilə JVİC-lə danışıq aparırlar.


ŞEVARDNADZENİN İSTEFASI TBİLİSİ-BAKI MÜNASİBƏTLƏRİNƏ TƏSİR GÖSTƏRMƏYƏCƏK.

BAKI.24.11.2003. MEDİA-PRESS: Gürcüstanda hakimiyyət dəyişsə də, ölkə qonşuları ilə, o cümlədən Azərbaycanla ,münasibətlərin hərtərəfli möhkəmləndirilməsi xəttini qoruyacaq. Gürcüstanın Bakıdakı səfirliyinin nümayəndəsi "İnterfaks- Azərbaycan"agentliyinə belə deyib. O qeyd edib ki, " bütün hallarda Gürcüstanın xərici siyasət xətti, eləcə də Azərbaycanla ənənəvi dostluq münasibətləri dəyişməyəcək. Ölkə 120 il əvvəl seçdiyi xəttə- Avroatlantik qurumlarına inteqrasiya xəttinə də sadiq qalır."

"O deyib ki, Şevardnadzenin istefasına baxmayaraq, Gürcüstanın Bakıdakı səfirliyi adi recimdə işləyir .


GÜRCÜSTANDAKI HADİSƏLƏR BTC ƏİK-İN TALEİNƏ ÇƏTİN Kİ, TƏSİR GÖSTƏRSİN

İSTAMBUL. 24.11.2003. MEDİA-PRESS: Gürcüstan olaylarının Bakı-Tbilisi-Ceyhan Əsas İxrac kəmərinin ( BTC ƏİK ) taleinə mənfi təsir göstərməsi ehtimalı azdır. Media-Pressin İstambun müxbirinə bu fikrini açıqlayan qərb diplmatlarından biri deyib: " prezident Eduard Şevardnadzenin istefası çətin ki, Gürcüstanın xarici siyasət doktrinində köklü dəyişikliyə gətirsin.Çünki, rəsmi Tbilisi çoxdan və sabit şəkildə Qərbə meyllənir.Heç olmasa, yadınızı salın ki, ABŞ-ın Xüsusi Xidmət orqanları prezidenti mühafizə edən əməkdaşları hazırlayıb. Yadınıza salın ki, Gürcüstan öz ərazisindəki rus hərbi bazalarından yaxa qurtarmağa çalışırdı və az da olsa, bu işdə uğur qazanıbdır. Gürcüstanın NATO-ya girmək istəyini dönə-dönə vurğulamasını xatırlayın. Mən hələ bu ölkənin MDB-yə sonuncu daxil olmasını demirəm. O zaman Şevardnadze aşkar etiraf etdi ki, onun ölkəsini bu addımı atmağa əslində vadar ediblər. Başqa yol da qalmırdı. Çünki kənardan dəstək alan separatçılar Gürcüstanı parçalayırdılar.

Diplomat Gürcüstanın Qərbə can atdığını , ancaq Moskvadadan da gözünü çəkməməyə məcburdur. Çünki Rusiya nəinki Gürcüstanda separatizmin güclənməsinə kömək edə, həm də verdiyi qazını kəsə bilər. Bu təmayül nə bu gün başlayıb, nə də sabah qurtarandır.. Əslində belə rəftarı anlamaq və ona bəraət də qazandırmaq olar. Belə xətti müəyyənləşdirən başlıca amillərdən biri Gürcüstanın karbohidrogen idxalından asılılığıdır.

Digər tərəfdən bu ölkə Qərbin də böyük maraq göstədiyi energetik layihələrin : BTS ƏİK və "Şah-Dəniz" yatağı qazının Türkiyəyə ixracı layihələrinin reallaşmasında Azərbaycanın strateji tərəfdaşıdır. Hər iki layihə Gürcüstan üçün həyati əhəmiyyətlidirG çünki onun enerji probleminin həllinə kömək edir." Gürcüstanda növbədənkənar prezident və parlament seçkilərində müxalifətdən kimlərin hakmiyyətə gələcəyindən asılı olmayaraq, əslində nə BTC ƏİK nə də Bakı-Tbilisi-Ərzurum qaz kəməri üçün bir təhlükə yaranacaq." Bu layihələrə qarşı istər Gürcüstanda, istərsə də ondan kənarda nə kimi fitnələr qurulsa da -əbəsdir. Çünki, ABŞ.Türkiyə , Azərbaycan və Gürcüstanın strateji əməkdaşlığı bu layihənin gerçəkləşəcəyinə kifayət qədər güclü təminatdır. Diplomatın fikrincə, seperatizm meyyləri Gürcüstanda çox zəif olsa da, onun güclənməsi ehtimalını da istisna etmədi. Elə BP -Azerbaijan şirkətinin spoksvumeni Tamam Bayatlı da "İnterfaks-Azərbaycan"a müsahibəsində eyni nikbinliklə deyib ki, Gürcüstan hadisələri BTC ƏİK tikintisinə təsir göstərməyib, kəmərin Gürcüstan sahəsində işlər cədvələ davam edib və bizim ofislərimiz normal rjimdə işləyib və işləməkdədir". Onun sözlərinə görə, BP layihə üzrə işlərin normal gedəcəyinə əmindir. O fikrini belə tamamlayıb :" İnvestorlar layihənin reallaşması barədə Gürcüstan hökuməti ilə saziş imzalayıblar və biz əminik ki, onlara əməl olunacaq",


YANVAR- OKTYABRDA AZƏRBAYCANDA 12 MLN. TONDAN ARTIQ NEFT ÇIXARILIB

BAKI.24.11.2003. MEDİA-PRESS: Yanvar- oktyabrda Azərbaycanda 12 , 83 mln. ton neft çıxarılıb, BuB ötən ilin eyni dövründəkindən 0,6% çoxdur.

Bu həcmin 5, 390 mln. tonunu Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (ABƏŞ) "Çıraq" yatağından ( "Azəri-Çıraq-Günəşli" müqavilə sahəsi) hasil edib ( 2002-ci ildən- 1,4 % çox). Həmin dövrdə respublikada 4,2677 mlrd. kub metr qaz ( bir il əvvəlkindən- 0,;% az) çıxarılıb. Bü həcmin 1,6221mlrd .kub metri təbii qazın payına düşür ki, bu ötən ilin 10 ayında oldüğündan 2,4 % azdır. Eyni halda 2,456 mlrd. kub metr təşkil etmiş səmt qazının istixracı 2 % artıb. Bu il Azərbaycanda 15,45 mln. ton neft çıxarılacağı gözlənilir. Bunun 8,75 mln. tonu- Dövlət Neft şirkətinn( ARDNŞ), 6,45 mln. tonu isə- ABƏŞ-in payına düşəcək. Ümumi hasilatın 9,2 mln. tonu ixrac ediləcək. Bakı-Supsa kəməri ilə-6,7 mln. ton, Bakı- Novrossiysk xəttilə-2,5 mln. ton nəql ediləcək. Gələn il ölkədə qaz istixracı -5,02 mlrd. kub metr təşkl edəcək.


ƏRƏB ÖLKƏLƏRİ SON 5 İLDDƏ 179 YENİ NEFT YATAĞI AŞKARLAYIBLAR

BAKI.21.11.2003. MEDİA-PRESS: Ərəb ölkələri son 5 ildə 23 mlrd barrel neft ehtiyatına malik 179 yeni yataq aşkarlayıblar. BƏƏ-də çıxan "Qalf Nyuz" qəzetinin bu məlumatında qeyd olunur ki, yeni yataqların 85 faizi Şimali Afrika ərəb ölkələrindədir: Misirdə- 102, Əlcəzairdə- 34 və Liviyada- 15.

2003-cü ilin əvvəlinə olan məlumata görə, ərəb dövlətlərində 655,2 mlrd. barrel ümumi neft ehtiyatı var. Qəzet yazır ki, Səudiyyə Ərəbistanı özünün 262 mlrd. barrel neft ehtiyatı ilə dünyada birinci, İraq - ikinci (112 mlrd. barrel), BƏƏ isə- üçüncüdür (98 mlrd. barrel).


"AZƏRENERJİ" "CULFA" YARIMSTANSİYASININ TİKİNTİSİNİ QIŞA KİMİ QURTARACAQ

BAKI.24.11.2003. MEDİA-PRESS: "Azərenerji"SC Naxçıvan Muxtar Resublikasında (NMR) 132 kV gərginlikli yeni "Culfa" elektrik yarımstansiyasının tikintisini noyabrın sonuna başa çatdıracaq. Jurnalistlərə bu məlumatı verən SC prezidenti Etibar Pirverdiyevin sözlərinə görə, yeni yarımstansiya MR-ə İrandan enerji idxalını 20-30 MVt artırmağa imkan verəcək. İndi Naxçıvana daha çox enerji idxalı üçün texniki imkanların artırılması yönümündə iş aparılır. 330 kV gərginlikli 2-ci İmişli-Parsabad ötürücü xəttinin tikintisi də nəzərdə tutulub. Nəticədə NMR-də müvafiq həcmdə enerji almaq üçün Azərbaycandan İrana enerji ixracı artacaq ( ikitərəfli sazişə görə, NMR-ə verilən enerji Azərbaycandan İrana ixrac edilən enerji həcmində olmalıdır).

E.Pirverdiyev deyib: "Biz "Əli-Bayramlı DRES-dən Astara istiqamətində 220 kV gərginlikli yeni ötürücü xətt də tikirik.Hər iki layihə tamamlandıqdan sonra, biz İrana enerji ixracını xeyli artırmağa və bununla da Muxtar Respublikanın elektrik enerjisinə tələbatını ödəməyə müvəffəq olacağıq. İndilikdə NMR İranlp yanaşı Türkiyədən də ( təqribən -40 MVt) elektrik enerjisi alır. MR-in Araz SES-i daha 20 MVt enerji hasil edir. Bununla belə NMR-in qışda elektrik enerjisinə tələbatı 220 MVt həddinə çatır. Bütövlükdə, son illərdə Azərbaycanla İran arasında ildə 600-700 mln.kVt/saat enerji mübadilə edilir.


AZƏRBAYCANDA 10 AYDA 90,2 MLN. TON YÜK DAŞINIB

BAKI.24.11.2003. MEDİA-PRESS: Bu ilin 10 ayında respublikamızda daşınmış 90,2 mln.ton yük 2002-ci ilin eyni dövründən 11,1% çoxdur.

Dövlət Statistika komitəsinin məlumatına görə, yüklərin 52,8 faizi- avtomobil, 18,8 faizi- dəmir yolu, 16 faizi- magistral boru, 12,4 faizi isə- dəniz nəqliyyatı ilə daşınıb. Yükdaşımaların 55,3 faizi və ya 49,8 mln.tonu - özəl bölmənin payına düşüb. Bu bölmədə yükdaşımalar -10,4% , dövlət təriqi ilə-11,7 % artıb. Avtomobillərlə- 47,62 , dəmiryolu ilə- 16, 95, dənizlə- 11, 18 mln. ton yük daşınıb. Ötən müddətdə -762,3 milyon sərnişn daşınıb ( müqayisəli artım-2,9%). Proqnoza görə, bu il Azərbaycanda daşınacaq 105,3 mln. ton yükün 58 faizi özəl bölmənin hesabına reallaşacaq. 2004-cü ildə - 111,5 mln. ton ( bu ilin gözlənilən həcmindən-6,4% çox) yük daşınacağı gözlənilir. Bu rəqəmləri biz hökumətin parlamentə təqdim etdiyi büdcə sənədlərinin makroiqtisadi proqnozundan əxz etmişik. Sənədə görə, 2004-cü ildə avtomobol nəqliyyatı ilə -61 mln. ton ( artım-7%), dəmir yolu ilə-19,3 ( artım- 3,7%), borularla- 17,2 ( artım-2,3%) və dənizlə -14 mln. ton ( artım- 12,9%) yük daşınacaq.


QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN EHTİYACLARINA AZƏRBAYCANDA İLDƏ 700 MLRD. MANAT XƏRCLƏNİR

BAKI.24.11.2003. MEDİA-PRESS: Azərbaycanda qaçqınların və məcburi köçkünlərin ehtiyaclarına ildə 700 mlrd. manat ( 1 USD=4916 manat) xərclənir. Baş Nazirin birinci müavini, Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsini sədri Əli Həsənov MM-in iclasında bu məlumatı verərək deyib:" Bu xərclər qismən dövlət büdcəsi hesabına ödənilir. Gələn ilin büdcə layihəsi qaçqınların ərzaq təminatına və onlara məişət xidmətlərinə 297 mlrd. manat ayrılıb. Qalan xərclər humanitar təşkilatların, nazirliklər , baş idarələr və sair mənbələr hesabına ödənilir. O deyib:" 1992-2002 -ci illər ərzində qaçqınların ərzaq ehtiyaclarına $560 mln. xərclənib. Lakin son vaxtlar bu kömək azalmaqdadır. MƏSƏLƏN, ƏGƏR 1994-95-Cİ İLLƏRDƏ hümanitar yardım ildə $120 mln. idisə, 2002-də yalnız-$40 mln. olub.Bu, onunla izah edilir ki, münaqişə zonalarında humanitar təşkilatlar yalnız 3-5 il ərzində koməklik göstərirlər.

Əli Həsənov qeyd edib ki, "Azərbaycanda qaçqın və məcburi köçküçnlərin sosial müdafiəsi üçün kifayət qədər hüquqi zəmin var. Son 10 ildə MM bu adamlar barədə 13 qanun qəbul edib, ölkə prezidentinin 25 fərman və sərəncamı imzalanıb, Nazirlər Kabineti 146 qərar və sərəncam verib. Azərbaycan Dövlət Neft fondu da qaçqınlararın ehtiyaclrına xeyli vəsait ayırır. Prezidentin sərəncamları ilə 2001-2002-ci illərdə bu adamların yaşayış şəraitinin yaxşılaşdırılmasına 359 mlrd. manat ayrılıb. Məsələn, 6076 ailə üçün mənzil, 18 məktəb tikilib, 190 km. avtomobil yolu, 200 km. su kəməri, 133 km.- qaz xətti çəkilib. İndi Azərbaycanda 1 milyondan çqaçqın və məcburi köçkün var. 1988-ci ioldə Ermənistandan qovulanlar- qaçqın, Dağlıq Qarabağın və ətraf rayonların erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində doğma yurdlarını tərk edənlər isə- məcburi köçkün adlanırlar.