AZƏRBAYCAN HÖKÜMƏTİ 2004-CÜ İLDƏ İNFLYASİYANI 2,5% SƏVİYYƏSİNDƏ PROQNOZLAŞDIRIR

BAKI.01.10.2003.MEDİA-PRESS: Azərbaycan höküməti 2002-cü ildə inflyasiyanı 2,5 % səviyyəsində proqnozlaşdırıb ki, bu da bu lin proqnozuna uyğundur. Azərbaycan Milli Bankında (AMB) "İnterfaks-Azərbaycan" agentliyinə bu haqda məlumatda deyilir ki, "AMB-nin gələn il üçün nəzərdə tutuduğu pul-kreit siyasəti repsublikada inflyasiyanın aşağı sürətinin saxlanmasını nəzərə tutur ki, bu da son illərdə yeridilən siyasətlə uzlaşır. 2004-cü ildə mübadil kursu xətti dəyişməyəcək. AMB kifayət qədər sabit mübadilə məzənnəsini saxalamağa səy göstərəcək, valyuta bazarına müdaxilələr isə məhdud səciyyə daşıyacaq". 2004-cü ildə Amerika dollarına nisbət Azərbaycan valyutasının orta məzənnəsi 4975 manat həcmində proqnozlaşdırılır. 2003-cü ilin proqnozu isə 1 dollar 5 min manat həcmində götürülüb.
2002-ci ildə Azərbaycana inflyasiya 2,5% olub. Cari il sentyabrın 30-na olan rəsmi məzənnəyə görə, 4910 manat 1 dollar olub. İlin əvvəlində isə 4895 manat 1 dollara bərabər idi.


AZƏRBAYCANDA 8 AYDA PUL KÜTLƏSİNİN HƏCMİ 12,5 FAİZ ARTIB

BAKI.01.10.2003.MEDİA-PRESS: 2003-cü ilin sentyabrın 1-nə Azərbaycanda pul kütləsinin həcmi 2 trln. 278,6 mlrd. manat təşkil edib ki, bu da ilin əvvəlinə olan göstəricidən 12,5% çoxdur.
Respublikanın Milli bankının mətbuat xidmətliyindən "İnterfaks-Azərbaycan" agentliyinə verilən məlumata görə, bu ilin avqust ayında pul kütləsi 2,3% azalıb.
Pul kütləsi strukturunda 496,9 mlrd. manat, yaxud ümumi kütlənin 21,8 faizi nağdsiz pulun payına düşür. Nağd pulun həcmi- 1trln. 781,7 mlrd. manata (78,2%) bərabərdir.


AZƏRBAYCAN SAHİBKARLIĞA MİLLİ YARDIM FONDUNDAN 38 MLRD. MANA AYRILIB

BAKI.01.09.2003.MEDİA-PRESS: İlin əvvəlindən bəri Sahibkarlığa milli yardım fondu biznesin inkişafına 38 mlrd. manat ayırıb. İqtisadi İnkiaf nazirliyində Media-Pressə bu haqda məlumatda qeyd ediblər ki, həmin pul respublikanın 46 şəhər və rayonunda 231 biznes-layihənin maliyyələşdirilməsinə yönləib. Bu zaman ölkənin regionlarına xüsusi diqqət yetirilib. Belə ki, maliyyələşdirilən layihələrin 80 faizi paytaxtdan kənarda yerləşir. Gələcək maliyyələşdirmə layihələri seçilərkən əsasən istehsal obyektlərinə və məhsul emalı müəssisələrinə üstünlük verilib.
Bu layihələri müvafiq müsabiqələrdə qalib çıxmış 14 bank kreditləşdirir. İndi sahibkarlara güzəştli kredit verə bilən bankların sayını artırmaq üzrə iş aparılır. Nazirlikdə qeyd olunub ki, biznes-layihələrin gerçəkləşməsi sayəsində bu il Azərbaycanda əlavə 5 min iş yeri açılacaq.
2003-cü ildə Azərbaycanda dövlət büdcəsindən sahibkarlığın inkişafına 57 mlrd. manat ayrılmalıdır. Keçən il Sahiğkarlığa milli yardım fondundan 12 mlrd. manatdan çox pul ayrılıb. Bu vəsaitlər 19 regionda 49 sahibkara verilib. Bu kreditlər sayəsində biznes adamları 1400 yeni iş yeri açıblar. Ümumiyyətlə, 2003-2005-ci illərdə sahibkarlığın inkişafına 250 mlrd. manat ayırmaq nəzərdə tutulur.


AZƏRBAYCANLA ÇİN ARASINDA ƏMTƏƏ DÖVRİYYƏSİ İKİ DƏFƏ ARTIB

BAKI.01.10.2003.MEDİA-PRESS: Bu ilin 7 ayında Azərbaycan və Çin arasında əmtəə dövriyyəsi 86 mln. dollar həcmində olub. Bu göstərici ümumilikdə çox böyük olmasa da və iki ölkənin əməkdaşlıq imkanlarını əks etdirməsə də, əmtəə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb. Çin Xalq respublikası yaranmasının 54-cü ildönümünə Bakıda həsr olunmuş qəbul mərasimində bu rəqəmləri misal çəkən ölkə səfiri Çjan Siyun deyib ki, "indi Azərbaycanda fəaliyyət göstərən 20-yə yaxın Çin şirkəti respublika iqtisadiyyatına təqribən 100 mln. dollar sərmayə yatırıb". Azərbaycan və Çinin həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə etibarlı tərəfdaş olaraq qaldıqlarını deyən diplomat xüsusi vurğulayıb ki, "bu amil 2 ölkənin ərazi bütövlüyünə aid məsələlərdə daha qabarıq nəzərə çarpır".


BAKIDA ÜMUMDÜNYA GÖMRÜK TƏŞKİLATININ REGİONAL TRENİNQ MƏRKƏZİ AÇILIB

BAKI.01.10.2003.MEDİA-PRESS: Bakıda Ümumdünya Gömrük təşkilatının regionlar üzrə treninq mərkəzi açılıb. Rspublika Dövlət Gömrük Komitəsinin (DGK) rəhbəri Kəmaləddin Heydərov açılış mərasimində qeyd edib ki, "komitənin tədris mərkəzi bu regional mərkəzdə də fəaliyyət göstərəcək. Artıq bir neçə ildir burada 4-6 aylıq kurslar təşkil edilir. Bu kurslarda gömrük işçiləri ixtisaslarını artırırlar. Ancaq indi belə kursları Ümumdünya Gömrük təşkilatı aparacaqdır." Açılış mərasimdə iştirak edən Ümumdünya Gömrük təşkilatı başçısı Mişel Dane respublikanın Gömrük Sistemində, xüsusən gömrük rüsumları dərəcəsinə yenidən baxılması sahəsində islahatlar aparılmasının zəruriliyini qeyd edərək vurğulayıb ki, "Azərbaycanın müharibə vəziyyətində olması faktı nəzərə alınaraq islahatlar mərhələ-mərhələ keçirilə bilər. Başa düşmək lazımdır ki, gömrük rüsumlarının aşağı salınması üçün, vergi qanunvericiliyində və sair qanunvericiliklərdə də müvafiq dəyişikliklər edilməlidir ".
K.Heydərov və M. Dane Bakıda DGK kinelogiya mərkəzinin açılışında da iştirak ediblər.


8 AYDA AZƏRBAYCANDA YÜKDAŞIMALARININ HƏCMİ 71,5 MLN. TON OLUB

BAKI.01.09.2003.MEDİA-PRESS: Bu ilin 8 ayında Azərbaycanda 71,5 mln. ton yük daşınıb. Bu, keçən ilin həmin dövründən 11,5% çoxdur.
Dövlət Statistika Kosmitəsinin məlumatına görə, yüklərin 52,4 faizi- avtomobil, 19,1 faizi-dəmir yolu, 12,3 faizi- dəniz nəqliyyatı və 16,2 faizi magistral borularla daşınıb. Yükdaşımalarının 55 faizi, yaxud 39,3 mln. tonu özəl bölmənin payına düşüb.
Avtomobil nəqliyyatı ilə 37,5 mln. ton (artım-7,7%), dəmir yolu ilə-13,7 mln. ton (artım-19,8%) və dəniz yolu ilə- 8,8 mln. ton (artım-17,7%) yük daşınıb. Bakı beynəlxalq dəniz ticarət limanında və başqa su nəqliyyatı müəssisələrində 6,6 mln. ton həcmində yük vurulub və ya boşaldılıb ki, bu da ötən ilin müvafiq dövründən 15,1% çoxdur. Bu yüklərin 2,5 mln. tonu özəl bölmənin payına düşüb.
2003-cü ilin hesablamalarına görə, Azərbaycanda 105,3 mln. ton yük daşınacaq və bu həcmin 58 faizi özəl bölmənin payına düşəcək.


BAKIDA 9-CU AZƏRBAYCAN BEYNƏLXALQ TELEKOMMUNİKASİYA VƏ KOMPYÜTER TEXNOLOGİYALARI SƏRGİSİ AÇILIB

BAKI.01.10.203.MEDİA-PRESS: Bu gün Bakıda 9-cu Azərbaycan Beynəlxalq "BakıTel-2003" telekommunikasiya və kompyüter texnologiyaları sərgisi açılıb. Orada Azərbaycan, Macarıstan, Almaniya, İsrail, Çin, Norveç, BƏƏ, Rusiya, Sloveniya, ABŞ, Türkiyə, Ukrayna ,Finlandiya və Fransadan ibarət 12 ölkənin 68 şirkəti telekommunikasiya, kompyüter və informasiya texnologiyaları, rabitə, təhlükəsizlik sistemi, proqram təminatı və sair sahələr üzrə naliyyətlərini nümayiş etdirirlər.
Sərgi çərçivəsində müxtəlif ölkələrin 200-ə qədər nümayəndəsi və ekspertinin iştirakı ilə informasiya- kommunikasiya texnologiyaları (İKT) üzrə dəyirmi masalar kçiriləcək. Bu tədbirdə İKT sahəsində Azərbaycanda baş verən proseslər, sahənin gələcək inkişafı, Azərbaycanın Beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Elektrik Rabitəsi İttifaqı ilə əməkdaşlığının dərinləşdirilməsi məsələləri müzakirə ediləcək.
Son 10 ildə Azərbaycanın telekommunikasiya bölməsinə 465 mln. dollar sərmayə qoyulub. 2001-2005-ci illərdə bu sahəyə qoyulacaq sərmayə 870 mln. dollardan çox olacaq. Bu vəsaitin 265 mln. dolları (ümumi vəsaitin təqribən 30 faizi ) Rabitə nazirliyinin daxili vəsaitləri hesabına köçürüləcək, 483 mln. dollar (56%), xarici sərmayəçilərin vəsaitləri hesabına, qalan 126 mln. dolları (14%) isə kreditlər kimi cəlb ediləcək. Yaxın 3 ildə republikada telefonlaşdırma sıxlığı 5 adama 1 nömrəyə çatdırılacaq və telefon şəbəkəsi abunəçilərinin sayı 1,750 mln. olacaqdır. 2004-cü ildə bütün telekommunikasiya şəbəkələri rəqəmli texnologiyalara keçəcək. İlin axırına kimi, Azərbaycanda mobil rabitə abunəçilərinin sayı 1 milyonu keçəcək. Azərbaycan əhalinin sayına nisbətlə götürdükdə, rabitənin bu növündə abunəçilərin sayına görə, MDB ölkələri arasında birincidir.


SOSİOLOQLARIN SORĞUSUNA GÖRƏ, AZƏRBAYCAN SEÇİCİLƏRİNİN ƏKSƏRİYYƏTİ SEÇKİLƏRDƏ HAKİMİYYƏTİ TƏMSİL EDƏN PARTİYALARIN NÜMAYƏNDƏLƏRİNƏ SƏS VERMƏYƏ HAZIRLAŞIRLAR

BAKI.01.09.2003.MEDİA-PRESS: Azərbaycanın iki şəhərində- Bakı və Sumqayıtda "Sel" analitik informasiya və sorğu Mərkəzi tərəfindən keçirilən sosioloji sorğuda iştirak edən seçicilərin əksəriyyəti qarşıdan gələn prezident seçkilərində öz səslərini ölkənin hazırki prezidenti Heydər Əliyev və ya onun oğlu, Baş nazir İlham Əliyevə verməyə hazırdırlar. Sorğunun nəticələrinə görə, onların namizədliklərinin lehinə 65,9% səs verilib. Prezident kürsüsü uğrunda mübarizədə onların ən yaxın rəqibi, Milli iİtiqlal partiyasının lideri Etibar Məmmədov yalnız 9,5% səs toplayıb. Sonrakı ardıcılıq belədir:
İsa Qənbər ("Musavat" partiyası)-8,4%, Lalə Şövkət (müstəqil namizəd)-7,5%, Sabir Rüstəmxanlı (Vətəndaş həmrəyliyi partiyası)-4,2%.


ÖZBƏKİSTAN BAKI-TBİLİSİ-ƏRZRUM LAYİHƏSİNƏ QOŞULA BİLMƏZ

BAKI.01.10.2003.MEDİA-PRESS: Özbəkistan Bakı-Tbilisi_Ərzrum (BTƏ) Cənubi Qafqaz qaz kəmərinin tikintisi layihəsinə qoşula bilməz. Dövlət Neft Şirkəti-ARDNŞ-in prezidenti Natiq Əliyev belə deyib. O, Özbəkistanın həmin layihəyə qoşulması imkanı barədə Gürcüstanın bəzi rəsmi şəxslərinin bəyanatını şərh edərkən, "İnterfaks-Azərbaycan" agentliyinə deyib: "Mən anlamıram ki, bu layihəyə necə qoşulmaq olar. Axı, kəmər "Şah-Dəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində tikiləcək və bu layihənin də səhmdarları artıq məlumdur. Yalnız şirkətlərdən birinin səhmlərini almaqla bu layihəyə qoşulmaq mümkündür ".
ARDNŞ prezidenti deyib: "Ancaq bu da bütün problemləri həll etmir. Ona görə ki, qazı Türkiyəyə, yaxud Gürcüstana vermək üçün bu yanacağın alqı-satqısı, tranziti və sairə barədə müvafiq sazişlər bağlanmalıdır".
Natiq Əliyevin sözlərinə görə, danışıqlar yalnız özbək qazının Gürcüstana verilməsi barədə ola bilər. "Bunun da 2 yolu var-biri Rusiyadan, biri də Azərbaycandan. Bizim köhnə magistral qaz kəmərimiz var. Sovetlər dövründə bu xətlə biz Gürcüstana qaz verirdik. Uzun müddət idi , xətdən istifadə edilmədiyi üçün, işlək vəziyytdə deyildi. Ancaq indi biz onu təmir edirik və Gürcüstan istəsə bu xidmətdən istifadə edə bilər. Əlbəttə ki, müvafiq tranzit qiymtlərini ödəmək şərtilə".
Öz növbəsində Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumbiridze Media-Pressə müsahibəsində Özbəkistanın BTƏ xəttinə qoşulması barədə Tbilisinin rəsmi Daşkəndlə danışıqlar aparması haqqında xəbərləri təkzib edib.: "Söhbət Özbəkistanın BTƏ kəmərinə qoşulmasından yox, bu ölkənin Azərbaycan və Gürcüstan ərazisindən keçən nəqliyyat və enerji dəhlizlərinə göstərdyiyi maraqdan gedir. Söhbət həmin dəhlizi ona maraq göstərən ölkələr hesabına gücləndirməkdən gedir. Yaxın vaxtlarda Özbəkistan prezidenti İslam Kərimov Gürcüstana gələcək və biz həmin nəqliyyat dəhlizlərinin inkişafında qazandığımız nailiyyətlərimizi ona nümayiş etdirəcəyik". Səfir əlavə edib ki, əgər bu ideya öz inkişafını taparsa, təbiidir ki, müzakirələrdə Azərbaycan da iştirak edəcəkdir.


SALYAN OYL OKTYABRDA QARABAĞLI YATAĞINDA İKİ KƏŞFİYYAT QUYUSUNU QAZMAĞA BAŞLAYACAQ

BAKI.01.10.2003.MEDİA-PRESS: Əməliyyat şirkəti Salyan Oil bu ay Azərbaycanın Qarabağlı onşor yatağında iki kəşfiyyat quyusunu qazmağa başlayacaq. Şirkətin nümayəndəliyində "İnterfaks-Azərbaycan" agentliyinə verilən məlumata görə, " İndi kəşfiyyat qazmasına hazırlıq görülür. Dəqiq müddət hələlik müəyyənləşməyib. Lakin yəqin ki, qazma oktyabrın axırlarında başlayacaq".
Layihə dərinliyi 5300-5500 olacaq quyu yatağın şimal hissəsində 13-15-ci üfüqi laylar açılanadək qazılacaq. Bu, Salyan Oil-ın həmin yataqda qazacağı sayca ikinci və üçüncü kəşfiyyat quyuları olacaq. İlk quyu keçən il 5500 metr layihə dərinliyinədək qazılıb.
2003-cü ildə şirkət 18 istismar quyusu qazmalı idi. Hələlik 4 belə quyu qazılıb. İstismar qazması nəticəsində yataqda neft hasilatı indiki 365 mindən 500 min tonadək artacaq.
Kürsəngi-Qarabağlı yataqlarının işlənməsi müqaviləsi 1998-ci il dekabrın 15-də imzalanıb. Salyan Oil əməliyyat şirkəti 1999-cü il 12 mayda yaradılıb. Dövlət Neft Şirkəti (ARDNŞ)- 50% və Çin şirkətləri CNODC və CNPC -25% iştirak payı ilə onun başlıca səhmdarlarıdır. Hazırda burada sərmayə qoyuluşlarının ümumi həcmi-115 mln. dollardır.
Yataqlar Bakıdan 140 km. cənubda, Azərbaycanın Salyan rayonunda yerləşir.
ARDNŞ hələ "Gürsəngi-Qarabağlı" müqaviləsi bağlanmazdan qabaq Qarabağlı yatağında kəşfiyyat quyusunu qazmağa başlayıb. 4500 dərinlikdə qazma işləri dayandırılıb. Yarımçıq qalmış bu quyu konservləşdirilib və əməliyyat şirkəti quyu barədə hələik heç bir plan qurmur. Lakin gələcəkdə quyudan istismar məqsədilə istifadə olunması ehtimalı vardır.


"AZƏRNEFTKİMYAMAŞ" BTC TİKİNTİSİ PODRATÇILARINDAN 260,7 MLN. MANATLIQ SİFARİŞ ALIB

BAKI. 01. 10. 2003. MEDİA-PRESS: "Azərneftkimyamaş" Açıq Tipli Səhmdar Cəmiyyəti (ATSC) Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin azərbayan sahəsinin tikinti podratçısı- Yunan şirkəti Consolidated Contractors International Company (CCIC)-dən ikinci sifariş alıb. "İnterfaks-Azərbaycan" agentliyinə ATSC-da verilən məlumata görə, sifariş xüsusi avtomobillər üçün konteynerlər hazırlanmasının nəzərdə tutur. Cari ildə şirkətin zavodlarından birində "KaMaz" markalı rus yük avtomobillərinin yığılması qaydaya salınıb. Bu avtomobilin şassisi əsasında xüsusi avtomobillər, o cümlədən çox da böyük olmayan geotexniki quyular qazılması üçün, sahə labaratoriyaları və sairə üçün nəzərdə tutulan avtomobil yığılır. İndiki halda SC BTC-nın keçilməsi çətin olan yerlərdə yaradılmış tikinti düşərgələrinə avadanlıq çatdırmaq üçün nəzərdə tutulan konteynerlər hazırlayacaq.
Bundan əlavə, şirkətin müəssisələri CCİC üçün bufer-kronşteynlər hazırlayacaq. Bu avadanlıq qabariti böyük olan yüklərin və sair yöndəmsiz avadanlığın təhlükəsiz boşaldılmasını təmin etmək üçündür.
ATSC 2002-ci ilin noyabrında CCİC ilə BTC kəmərinin Azərbaycan sahəsinin tikintisi üçün filiz konstruksiyalar hazırlanmasına dair ilk müqavilə imzalayıb. Bu sifariş əsasında "Bakı fəhləsi" Zabrat Maşınqayırma institutu və Maşınqayırma texnologiyası institutunun təcrübə zavodu (hamısı "Azərneftkimyamaş"ın tərkibindədir) sifarişçiyə qoşqular, yanacaq bakları göndərib.
ATSC əvvəllər "Soyuznefteximmaş"ın tərkibində olub və 1980-cı ilin axırlarında bütün Sovet İttifaqının neftsənayesinin 70 faizini neft-mədən avadanlığı ilə təmin edib. Sovet İttifaqı dağıldıqdan sonra 1993-cü ildə "Azərneftkimyamaş" Dövlət Şirkəti yaradıldı və onun tərkibinə 17 zavod, 4 elmi-tədqiqat institutu daxil edildi. 2001-ci il martın 2-də Azərbaycan prezidentinin fərmanı ilə müəssisə ATSC oldu. Hal-hazırda SC əsasən Azərbaycan Dövlət Neft Şirkətinin sifarişləri üzrə işləyir və öz məhsulunun az miqdarını Rusiya və Qazaxıstana ixrac edir.


DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNDƏ 2004-CÜ İLDƏ 1 BARREL NEFTİN QİYMƏTİ 20 DOLLAR SƏVİYYƏSİNDƏ NƏZƏRDƏ TUTULUB

BAKI.01.09.2003.MEDİA-PRESS: Azərbaycan Dövlət bücəsi layihəsində 2004-cü ildə 1 barrel neftin qiyməti 20 dollar səviyyəsində nəzərdə tutulub. Dövlət büdcəsini hazırlayanlar artıq bir neçə ildir ki, neftin qiymətini bilərəkdən ehtimali orta dünya qiymətindən aşağı götürürlər. Məsələn, son 3 ildə dünyada neftin 1 barrelinin qiyməti 23-26 dollar səviyyəsində olub. Ancaq Azərbaycan büdcəsində bu il üçün nəzərdə tutulan qiymət-19,5 dollar olub. Hesab edirlər ki, belə ehtiyatı tərpəniş qiymətlərin gözlənilmədən düşəcəyi təqdirdə büdcənin təhlükəsizliyini təmin edə bilər. Münasib qiymətlər isə büdcəyə əlavə gəlir gətirir. Məsələn, bunun sayəsində 2003-cü ilin 6 ayında Azərbaycan neft ixracından əlavə 10 mln. dollar qazanıb.
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) aparıcı iqtisadçısı Villem Byuiterin nəzərincə, neftin dünya qiymətinin düşməsi ehtimalı keçmiş sovet repsublikalarının, xüsusən də Qazaxıstan və Azərbaycanın ərazilərində karbohidrogen xammalının istehsalı və ixracına mənfi təsir göstərə bilər. AYİB mütəəssisləri qeyd edirlər ki, ötən bir neçə ildə MDB dövlətlərinə şəxsi sərmayə axını birbaşa xarici sərmayə qoyuluşları formasında olub və birinci növbədə təbii ehtiytları zəngin olan regionlara, məsələn, Qazaxıstan, yaxud Azərbaycana yönəldilib.
Onların fikrincə, bu il MDB-də ümumi iqtisadi artım-4,5 faiz olacaq ki, bu da əvvəlki illərlə müqayisədə bir qədər azdır. Cari maliyyə ilində Azərbaycan və Qazaxıstanda göstəricilər pis olmamalıdır. Məsələn, bu iki ölkədə enrgetika bölməsi hesabına artım müvafiq surətdə 9 % və 7,5% olacaq. AYİB-in məlumatına görə, 2002-ci ildə dünya bazarında neftin yüksək qiyməti Azərbaycanda ümumi daxili məhsulun 10,6 faizədək artmasına kömək edib. Bununla belə, ölkə hələ də neft və qazçıxarma sahələrindən xeyli dərəcədə asılı qalmaqdadır.
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ölkənin ən böyük vergi ödəyicisidir. 2002-ci ildə ARDNŞ-in büdcəyə ödədiyi vəsait bütün dövlət müəssisələrinin vergiödəmələrinin 75 faizinə yaxın olub. Cari ildə ARDNŞ büdcəyə 1 trln. 862 mlrd. manat, yaxud ötən ilə nisbətən 202 mlrd. manat çox ödəməlidir. Maliyyə nazirliyi ARDNŞ-in 2004-cü il üçün dövlət büdcəsinə ödənişlərini daha 18 % artacağını və 2,2 trln. manata çatacağını planlaşdırır.


OPEK-İN İSTƏYİNƏ RƏĞMƏN RUSİYA, NORVEÇ VƏ MEKSİYA NEFT HASİLATINI AZALTMAQ NİYYƏTİNDƏ DEYİLLƏR

BAKI.01.10.2003.MEDİA-PRESS: Neft ixrac edən ölkələr təşkilatı( OPEK) ümidvardır ki, Rusiya, Meksikavə sair müstəqil neft istehsalçıları noyabrın 1-dən gündəlik hasilatı 500 min barrel azaldacaqlar. Yeni ildən OPEK-in başçısı vəzifəsini tutmalı olan İndoneziyanın Energetika naziri Purnomo Yusciantoro belə deyib.
Məlumdur ki, dünya kartelinin özü İraqdan neft ixracının artması nəticəsində istehsal bolluğu yaranmaması üçün noyabrın 1-dən gündəlik hasilatı 900 min barrel azaltmaq niyyətindədir.
Yusciantoronun sözlərinə görə (bu bəyanatı Bloomberq agentliyi yayıb), Rusiya, Meksika, Anqola, Suriya və Misir "istixracın ixtisarında iştirak etmək istəyirlər".
Ancaq ekspertlər şübhə edirlər ki, müstəqil itsehsalçılar OPEK-in hərəkətinə dəstək versin. Məsələn, Anqolanın Neft naziri Oktavio da Silva deyib ki, onun ölkəsi bu hasilatı azaltmağa bir zərurət görmür. Oslo da oxşar mövqe tutur. Norveçin Energetika naziri Eynar Steensnes deyib: "Ölkə OPEK-in ardınca getməyəcək və dünya enerji bazarlarında qiymətlərin yüksək qalması naminə neft hasilatının və ixracın həcmlərini azaltmaycaq. Neft kvotalarını azaltmaq mənasızdır, çünki qiymətlər OPEK-in özünün tərtib etdiyi qiymət dəhlizi çərçivəsindədir və bu qiymətlərin oradan kənara çıxmağa səy göstərməsinin heç bir əlaməti yoxdur".
Nazir vurğulayıb ki, "il yarım bundan qabaq Norveç OPEK-ə güzəştə getdi və öz ixrac kvotalarını aşağı saldı, lakin bu dünya enerji bazarlarında vəziyyətin müsbət inkişafına çox az təsir göstərdi".
Rusiya və Norveçlə yanaşı ən böyük müstəqil neft ixracçılarından sayılan Meksika deyib ki, neft kvotalarının kartel tərəfindən azaldılması baxımından OPEK-lə həmrəydir. Ancaq bu həmrəylik yalnız ondan ibarət olacaq ki, Meksika öz neftinin hasilat və ixracını artırmayacaq və onun gündəlik həcmini əvvəlki 1,88 mln. barrel səviyyəsində saxlayacaq.
Rusiyaya gəldikdə, bu ölkənin prezidenti Vladimir Putin ötən həftə deyib ki, RF neftin qiymətlərinin çox yüksək olmasında maraqlı deyil. Putin bu zaman vəd edib ki, Rusiya tərəfi enerji ehtiyatlarının dünya qiymətlərinin düşməsinə yol verməyəcək. Nyu-Yorkda Kolumbiya Universitetindəki çıxışında RF rəhbəri daha sonra deyib: "Biz enerji daşıyıcılarının ədalətli qiymətə satılmasında, lakin həddən- ziyadə baha olmamasında maraqlıyıq. Çünki neft çıxaran başqa ölkələrdən fərqli olaraq biz Rusiya iqtisadiyyatının emaledici sənayesinin inkişafını son dərəcə zəruri sayırıq". OPEK-lə əməkdaşlıqdan danışan Vladimir Putin vurğulayıb ki, Rusiya bu təşkilatla "öz fəaliyyətini əlaqələndirir, lakin ona daxil olmaq fikrində deyil".


İRAN ÖZ ƏRAZİSİNDƏN GÜNDƏ 120 MİN BARREL QAZAXISTAN NEFTİNİN DAŞINMASINA İMKAN YARADACAQ

BAKI.01.10.2003.MEDİA-PRESS: Tehran bəyanat verib ki, Astanın gündə 120 min barrel neft ixrac etməsi üçün öz ərazisini verməyə hazırdır. "Petroleum" jurnalının məlumatına görə, bu barədə razılaşma Qazaxıstan və İranın nəqliyyat nazirləri Kajmurat Naqmanov və Əhməd Xorrəmin bir neçə gün əvvəl Tehranda başa çatmış görüşündə əldə edilib.
İran mütəxəssislərinin fikrincə, Qazaxıstan Xəzərdə karbohidrogenlər istixracına fəal başlayan kimi, İranın tranzit imkanları "istər-istəməz" treyderlərin diqqət mərkəzində duracaq. 2006-cı ildən etibarən mövcud borulardan istifadə eməklə, İran ərazisindən təqribən 40 mln. ton yanacaq daşımaq mümkün olacaq (həm də bu neftin çox hissəsi Qazaxıstanın payına düşəcək).
Bu pronoza əsaslanan rəsmi Tehran "böyük" qazax neftinin qəbul edilməsinin mərhələli sxemini hazırlayıb. Onun reallaşması üçün təqribən 500 mln. dollar tələb olunur. Bu sxem çərçivəsində İran hələ 3 il bundan əvvəl Tehran və Təbrizdəki emal zavodlarının gündəlik gücünü 400 min barrelədək genişləndirmək üçün, orada modernləşdirmə işlərinə başlayıb. Bu yenidənqurma ona görə zəruri idi ki, həmin müəssisələrin mövcud qurğuları kükürdlü qazax və türkmən neftini keyfiyyətli şəkildə təmizləməyə imkan vermirdi.
İranın Milli Neft Şirkəti (NİOC), Çin Dövlət Neft Şirkəti (CNPC), Honkonq şirkəti Sinopec Group və İsveçrənin Vitol şirkətindən barət beynəlxalq konsorsium (BK) eyni zamanda İranın Neka limanında yeni terminalın, habelə neftin doldurulması və boşaldılması üçün estakadanın (körpünün) tikintisinə başladı. Bu müqailənin dəyəri 105 mln. dollardır. İkinci mərhələdə tikintisi nəzərdə tutulan əlavə nasos stansiyaları NEKA-Tehran-Təbriz neft kəmərinin gündəlik buraxılış qabiliyyətini 2004-cü ildə 370 min barrelə çatdırmağa imkan verəcək (2005-2006-cı illərdə-gündə 540 min barrel). Bu zaman layihənin dəyəri də 360 mln. dollaradək yüksələcək.
Tehran müvafiq nəqliyyat infrastrukturu yaradaraq Xəzəryanı ölkələrə təklif edib ki, neftlərini İran zavodlarında emal etmək üçün göndərsinlər. İran Nəqliyyat nazirinin müavini Qulamrza Xansarinin dedeiyinə görə, ölkə 2003-cü ildən Qazaxıstan və Rusiyadan neft idxalının həcmini 4-5 dəfə artırmaq fikrindədədir. Məsələn, Rusiya "Lukyoyl"u bu ilin axırına kimi İrana 1 mln. tona yaxın neft göndərməyi planlaşdırır. "Lukyol" sonralar hər il Nekaya 5 mln. tona qədər neft ixrac edəcək.
Bu gün Qazaxıstan hər gün İranın şimalına 20 min barrel neft yola salır və gələcəkdə onun həcmini xeyli artıracaq. Bu, ona görə mümkün olacaq ki, Qazaxıstan neftinin Fars körfəzindəki terminallara çıxışı üçün elə bir texniki məhduduiyyət yoxdur.


8 AYDA AZƏRBAYCAN İQTİSADİYYATINA 2,94 TRLN. MANAT (598,6 MLN. DOLLAR) KREDİT QOYULUB

BAKI.01.09.2003.MEDİA-PRESS: Azərbaycan Milli bankının (AMB) məlumatına görə, bu ilin 8 ayında ölkə iqtisadiyyatına 2,94 trln. manat (598,6 mln. dollar) kredit vəsaitiləri qoyulub. AMB-nin mətbuat xidmətində Media-Pressə məlumat verilib ki, kreditlərin 74,6 faizi (2,2 trln. manat-447,9 mln. dollar)- qısamüddətli, 25,4 faizi (747,6 mlrd. manat- 152,2 mln. dollar)- uzunmüddətlidir.
Bu vəsaitlərin 1,24 trln. manatı (252,4 mln. dollar) dövlət banklarının, 1,35 trln. manatı (274,8 mln. dollar)- özəl bankların və 338,9 mlrd. manatı (69 mln. dollar) qeyri-bank kredit təşkilatlarının kreditləridir.
İqtisadiyyatın müxtəlif sahələrinə kredit qoyuluşları belədir: ticarət və xidmət sahəsinə -21,56%, nəqliyyat və rabitənin inkişafına-12,07%, energetikaya və təbii ehtiyatların işlənməsinə- 4,3%, aqrar böölməyə-5,57%, ağır və yüngül sənayeyə-8,46%, tikintiyə-7,37% və fiziki şəxslərə-27,3% kreditlər verilib. Bütün kreditlərin 64,78 faizi xarici valyuta ilə veilib.
2003-cü ildə büdcə gəlirləri 6,092 trln. manat, xərcləri-6,423 trln. və kəsiri-331 mlrd. manat həcmində planlaşdırılıb.
Respublika İqtisadi İnkişaf naziri Fərhad Əliyev cari ilin ümumi daxili məhsulunun nominal həcminin 32,8 trln. manat həcmində proqnozlaşdırıldığını, lakin ilin yekununa görə, bu məbləğin 33 trln. manata keçəcəyini deyib.
Sentyabrın 29-na olan rəsmi məzənnəyə görə, 4911 manat 1 dollardır.


MALİYYƏ NAZİRLİYİ 2007-Cİ İLDƏ DÖVLƏT BÜDCƏSİ GƏLİRLƏRİNİN 2 DƏFƏ ARTACAĞINI PROQNOZLAŞDIRIR

BAKI.01.10.2003.MEDİA-PRESS: Azərbaycan Maliyyə nazirliyi 2003-cü illə müqayisədə 2007-ci ildə dövlət büdcəsi gəlirlərinin 2 dəfə artaraq 12 trln. manata çatacağını proqnozlaşdırır. Nazirlikdə "İnterfaks-Azərbaycan" agentliyinə bu haqda verilən məlumatda deyili ki, bu zaman büdcə gəlirlərinin artımı ümumi daxili məhsulun (ÜDM) artımına bərabər olacaq. İqtisadi İnkişaf nazirliyinin hesablamalarına görə, 2007-ci ildə ÜDM 2 dəfə artacaq və 67-68 trln. manatı keçəcəkdir. Maliyyə nazirliyi nümayəndəsinin sözlərinə görə. 2007-ci ildə Azərbaycan höküməti büdcə kəsirini mümkün qədər azaltmağı və tədricən kəsirsiz dövlət büdcəsinə keçidi təmin etməyi planlaşdırır. Nazirliyin əməkdaşı neft ixracından və iqtisadiyyatın inkişafından büdcəyə daxiolmaların artacağı nəzərə alınarsa, bu proqnozların real olduğunu qeyd edib.
O, deyib: "Repsublika hökümətinin vergi siyasətində o vaxta kimi müəyyən dəyişikliklər baş verəcək. Məsələn, hökümət o vaxtadək mənfəət vergisi dərəcəsini 20 faizədək azaltmaq niyyətindədir (2004-cü il yanvarın 1-dən ölkədə mənfəət gəlirini 25 faizdən 24 faizə endirmək nəzərdə tutulur )".
2003-cü ildə büdcənin mədaxili 6,092trln., məxarici isə-6,423 trln., kəsiri-331 mlrd. manat planlaşdırlıb.
Bundan əvvəl republika İqtisadi İnkişaf naziri Fərhad Əliyev cari il üçün ÜDM-in nominal həcminin 32,8 trln. manat müəyyənləşdirildiyini ancaq ilin sonuna kimi bu məbləğin 33 trln. manatı keçəcəyi gözlənilir.
Sentyabırn 29-na rəsmi məzənnəyə görə, 4911 manat 1 dollardır.