ENERJİ XARTİYASI ASİYA QAZININ İRANDAN AVROPAYA VERİLMƏSİ ÜÇÜN BORU TİKİNTSİ İMKANINI NƏZƏRDƏN KEÇİRƏCƏK
BAKI.03.10.2003.MEDİA-PRESS: Energetika xartiyasına üzv olan ölkələrin nümayəndələri Asiyadan qazın İran ərazisindən Avropaya ötürülməsi üçün boru tikintisinə dair birgə layihənin əməli təcəssümü məsələlərini müzakirə edir.
İranın "Şana" agentliyinin məlumatına görə, Xartiyanın baş katibi xanım Ria Kemper dekabrın 10-da Brüsseldə bu qurumun rəsmi yarımillik konfransının keçiriləcəyini elan və İranın nümayəndələrini tədbirdə iştiraka dəvət edib. İran Neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Hadi Nejad Hüseyniyan Energetika Xartiyasının Özbəkistandakı konfransında qurumun baş katibi ilə görüşdə deyib ki, onun ölkəsi təşkilata üzv olmağa və onunla sıx əməkdaşlığa hazırdır. Qərara alınıb ki, xartiya layihənin icrasının əməli və hüquqi yönümlərini nəzərdən keçirmək üçün öz mütəxəssislərini İrana göndərsin. Yanvar ayında Tehranda həmin mütəxəssislərlə müşavirə keçiriləcək.
GAZ DE FRANS DÜNYADA ƏN BÖYÜK MAYE QAZ DAŞIYAN GƏMİ TİKƏCƏK
BAKI.03.10.2003. MEDİA-PRESS: Dünyada təbii maye qaza (TMQ) tələbat artdıqca, bu partlayış təhlükəli məhsulu daşıya bilən iri tonnajlı tankerlərə daha çox ehtiyac yaranır.
"İnterfaks"ın məlumatına görə, aparıcı fransız konserni Gaz de France TMQ daşıyan tankerin tikintisi barədə Chantiers de I"Atlantique ilə müqavilə imzalayıb. Dünyada ən böyük olacaq bu tanker 2005-ci ilin oktyabrında istifadəyə veriləcək.153 min kubmetr qaz daşıya bilən tanker Gaz de Franse-nin istifadəsində olan 8-tankerlik donanmanın tərkibinə daxil ediləcək.
Gəmi qazı hermetik (kip) saxlayan sistemlə, habelə əsasən təbii qazla hərəkətə gətirilən ən yeni mühərrik qurğusu ilə təchiz ediləcək.
"SƏNGƏÇAL" YARIMSTANSİYASI ÜÇÜN YENİ TRANSFORMATOR GƏTİRİLİB
BAKI.03.10.2003.MEDİA-PRESS: "Səngəçal" yarmstansiyası üçün nəzərdə tutulan 125 MVA gücündə yeni transformator Azərbaycana gətirilib. "Azərenerji" Səhmdar Cəmiyyətində Media-Pressə verilmiş məlumatda göstərilir ki, yaxın günlərdə transformatorun quraşdırılmasına başlanacaq. SC -nın tikinti briqadaları özülü hazırlayıblar və sair köməkçi işləri, o cümlədən köhnə transfarmatorun sökülməsini başa çatdırılıblar.
AZƏRBAYCAN BANKLARDA ƏCNƏBİ KAPİTALIN İŞTİRAKINA İLİN AXIRINA KİMİ QADAĞA QOYMAYACAQ
BAKI.03.10.2003.MEDİA-PRESS: Azərbaycan Milli bankı (AMB) 2003-cü ilin axırına kimi respublika bank sistemində xarici sərmayənin iştirakını məhdudlaşdırmayacaq. "İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, respublika hökümətinin Beynəlxalq Valyuta Fondu (BVF) üçün hazırladığı məktub layihəsində qeyd olunur ki, əcnəbi sərmayənin iştirakının məhdudlaşdırılmasından imtina edilməsi Azərbaycanda bank sistemində rəqabəti gücləndirməyə yönəlib.
Hal-hazırda mövcud olan qaydaya görə, respublikanın bank sistemində əcnəbi kapitalın iştirak payı bütün bankların nizamnamə kapitalının cəminin 50 faizindən çox olmamalıdır. Əslində isə bu, 18 faiz deməkdir.
Sənəddə deyilir ki, bundan əlavə, Maliyyə nazirliyi rəqabəti gücləndirmək üçün 2004-cü ildə dövlət orqanlarına bank xidmətinin bəzi növləri üzrə 2003-cü ilin axırına kimi tender keçirilməsi qaydasını elan edəcək. Hökümətin planlarına görə, 2005-ci ildən başlayaraq, Maliyyə nazirliyi dövlətə xidmət üçün banklar seçilməsini yalnız tenderlər əsasında həyata keçirəcək.
Bu il sentyabrın 1-nə olan məlumata görə, Azərbaycanda 46 bank işləyib. Onların 16-da xarici kapital da iştirak edir. 5 bankda xarici kapitalın payı 50-100% arasında, 9 bankda isə 50 faizdən azdır. 2 bank qeyri-rezident bankların filialı kimi işləyir.
Sentyabrın əvvəlinə kimi , Azərbaycan banklarının nizamnamə kapitalı toplam 701,5 mlrd. manat olub ki, bu da 2003-cü ilin yanvarın 1-nə olan göstəricidən 11,6% çoxdur.
Oktyabrın 1-nə olan rəsmi məzənnəyə görə, 4910 manat 1 dollardır.
AZƏRBAYCAN 2004-CÜ İLDƏ XARİCİ KREDİTLƏR ÜZRƏ ÖDƏNİŞLƏRİ 20-25% AZALTMAQ NİYYƏTİNDƏDİR
BAKI.03.10.2003. MEDİA-PRESS: Azərbaycan xarici borc ödənişlərini 2003-cü illə müqayisədə gələn il 20-25% azaltmaq istəyir. Maliyyə nazirliyində "İnterfaks-Azərbaycan" agentliyinə məlumat verilib ki, bütövlükdə gələn il kreditlər üzrə ödənişlərə 140 mln. dollar ayrılıcaq .Bunun 50-60 mln. dolları Azərbaycan dövlətinin Beynəlxalq Valyuta Fonduna(BVF) əsas məbləğinin ödənilməsinə, 3-4 milyonu-fondun kreditləri üzrə faiz ödənişlərinə və daha 80-90 milyon dolları isə respublika müəssisələrinin beynəlxalq maliyyə təşkilatlarının kreditləri üzrə ödənişlərinə ayrılıcaq.
Kredit ödənişləri həcmindəki bu azalmaya səbəb BVF kreditləri üzrə tədiyyələrin azalmasıdır. Bu il Fondun kreditlərinin silinməsinə təqribən-70 mln. dollar, Fondun faizlərinə-7-8 mln. dollar ayırmaq planlaşdırılır. Bu ödənişləri Azərbaycan Milli Bankı (AMB ) icra edir.
Maliyyə nazirliyindəki mənbə deyib ki, xarici borclarının silinməsi üçün dövlət büdcəsindən nəzərdə tutulan ayırmalar da 2004-cü ildə azalacaq və18 mln. dollara (2003-də-21 mln. dollar) düşəcək. Büdcə vəsaitlərindən o halda istifadə ediləcək ki, borcalan dövlət müəssisələrinin kredit ödənişlərində problemləri yaransın.
Mənbə "son iki ildə borc alanların özləri borclarını ödədikləri üçün vəziyyətin yaxşılaşdığını" vurğulayaraq, deyib ki, borc almış dövlət müəssisələrinin xarici kreditlərin ödənilməsi məsələsində problemləri yaransa da, bu çətinliyi onların özləri aradan qaldırırlar.
XƏZƏRİN BİOEHTİYATLARI ÜZRƏ DÖVLƏTLƏRARASI KOMİSSİYA 2004-CÜ İL ÜÇÜN NƏRƏKİMİLƏRİN OVLANMASI VƏ QARA KÜRÜ İXRACI KVOTASINI DEKABRDA MÜƏYYƏNLƏŞDİRƏCƏK
BAKI.03.10.2003.MEDİA-PRESS: 5 Xəzəryanı dövlətin-Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İranın nümayəndələrindən ibarət hövzənin bioehtiyatları üzrə komissiya 2004-cü il üçün nərəkimilərin ovlanması və qara kürü ixracı kvotalarını dekabrda müəyyənləşdirəcək. Azərbaycan Ekologiya və Təbii Ehtiyatlar nazirinin müşaviri Tariel Məmmədlinin bu haqda məlumatında cari ildə Xəzərdə nərəkimilərin ovlanması üzrə ümumi kvotanın 1500 tona yaxın olduğu, 2002-ci illə müqayisədə bu il Rusiya və Azərbaycanın kvotalarının 10 faiz artırılaraq, müvafiq surətdə 429 və 127 tona çatdırıldığı, habelə son illərdə hər iki ölkənin sahil sularında görülmüş təbiəti mühafizə tədbirləri sayəsində nərəkimilərin yaşayış mühitinin kifayət qədər yaxşılaşdığı qeyd olunur.
Qazaxıstan, Türkmistan və İranın bu il üçün kvotaları ötən illə müqayisədə 10 faiz aşağıdır. Bu hesabla İran 766, Qazaxıstan-26, Türkmənistan isə 56 ton nərə balığı ovlaya bilərlər.
Xəzəryanı dövlətlərin 2003-cü ildə qara kürü ixracı kvotaları 154 ton (2002-də-142 ton) müəyyən edilib. Bunun 9 tonu- Azərbaycanın, 33,3 tonu- Rusiyanın, 23 tonu -Qazaxıstanın, 5,85 tonu -Türkmənistanın və 78,8 tonu- İranın payına düşür.
Tariel Məmmədli qeyd edib ki, 80-ci illərin əvvəllərində Sovet İttifaqı ildə 30 min ton
nərəkimilər ovlayır və 2 min tondan artıq qara kürü tədarük edirdi.
AZƏRBAYCAN LONDONDA XƏZƏR REGİONU PROBLEMLƏRİ ÜZRƏ KONFRANSDA İŞTİRAK EDƏCƏK
BAKI.03. 10. 2003. MEDİA-PRESS: Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov "Xəzər dənizi və Mərkəzi Asiya: sabitlik və inkişaf" mövzusunda beynəlxalq konfransda iştirak edəcək. Tədbir oktyabrın 13-18-də London yaxınlığında keçiriləcək.
X.Xələfov "İnterfaks-Azərbaycan" agentliyinə müsahibəsində konfransda Xəzər regionundakı geosiyasi vəziyyətin və xəzəryanı dövlətlərarası iqtisadi əməkdaşlığın müzakirə ediləcəyini bildirib.
X.Xələfov konfrans iştirakçılarına Azərbaycanda prezident seçkilərindən bir gün sona, oktyabrın 16-da qoşulacaq. O həm də Xəzərin hüqüqi statusunun müəyyənləşdirilməsi üzrəXüsusi işçi qrupunda Azərbaycanı təmsil edir.
TÜRKİYƏ BOSFORDAN KEÇİD QAYDALARINI YÜNGÜLLƏŞDİRMƏK NİYYƏTİNDƏ DEYİL
BAKI.03.10.2003.MEDİA-PRESS: Ankara gəmilərin Türkiyə boğazları Bosfor və Dardaneldən keçidi qaydalarını yüngülləşdirmək iqtidarında deyil. Türkiyə sahil mühafizəsinin yeni komandanı Barış Tozar belə deyib. O, boğazların onsuz da tam gücü ilə işlədiyini qeyd edərək, hər gün oradan 500-600 gəmi buraxılarsa, fəlakətlər baş verə bilər.
Rusiyanın Bosfor və Dardaneldən gəmilərin keçidini tənzimləyən qaydaların yüngülləşdirilməsi məqsədilə Türkiyəyə təzyiq göstərilməsi təbələbi ilə Beynəlxalq Dəniz Təşkilatına müraciətinə cavab olaraq ,Sahil Mühafizəsi komandanı belə bəyanat verib.
Bir il əvvəl Ankara dəniz gəmiçiliyinin təhlükəsizliyinin və ətraf mühitin mühafizəsinin təmini məqsədilə Türkiyənin boğazları zonasından keçən gəmilərə qarşı tələbləri sərtləşdirdiyini elan edib. Bunun cavabında Rusiya bəyanat verib ki, Ankaranın tətbiq etdiyi yeni qaydalar onun neft ixracını məhdudlaşdırır və ixrac xammalının qiymətini bahlaşdırır.
Tozar məlumat verib ki, hal-hazırda Türkiyə boğazlarından bir gündə 140, il ərzində isə 50 min gəmi keçir. Bunların 8 mini neft və sair təhlükəli yüklər daşıyan tankerlərdir. Boğazlarda baş verən qəzaların 85 faizindən çoxunun günahı türkiyəli losmanlardan və yedək gəmilərindən istifadə etməkdən boyun qaçıran gəmi kapitanlarındadır. Tozar deyib: "Türkiyə boğazlarından hərəkətin tənzimlənməsinin yeni avtomatlaşdırılmış sistemində məqsəd Bosfor və Dardaneldə qəzaların sayını minimuma endirməkdir". Rusiya həmçinin uzunluğu 200 metrdən artıq olan gəmilərin boğazlardan gecə vaxtı keçməsinə Türkiyənin qoyduğu qadağaya, habelə təhlükəli yük aparan gəmilər barədə bu ölkənin rəsmilərinə 48 saat qabaq məlumat verilməsinə qarşıdır.
Yarımstansiyanın yenidən qurulmasında məqsəd Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Kəmərinin strateji obyekti sayılan Səngəçal neft terminalının enerji ilə etibarlı təmin olunmasını gücləndirməkdir.
Hazırda terminal ərazisində yeni110 kilovoltluq yarmstansiya da tikilməkdədir. İnşaat işlərini "Azərenerji" və Almaniyanın Siemens şirkəti aparır.
BAKIDA BORU ÖRTÜKLƏRİ ÜZRƏ BİRGƏ AZƏRBAYCAN-ALMAN MÜƏSSİSƏSİNİN AÇILIŞ MƏRASİMİ OLUB
BAKI.03.10.2003.MEDİA-PRESS: Bakıda boru örtükləri " Eupec-Azərbaycan" birgə azərbaycan-alman müəssisəsinin rəsmi açılışı olub. Mərasimdə repsublikanın Baş naziri İlham Əliyev, Almaniya səfiri Klaus Qrevlix, Yanacaq və Energetika, iqtisadi inkişaf nazirlikləri və BP şirkətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan hökümətinin başçısı respublikanın Avropa Birliyinə qovuşmasına yardımına görə, Almaniyaya minnətdarlıq edərək deyib. Ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edir. Gələcəkdə Azərbaycanın avropa ailəsinə qovuşması üçün Almaniyanın köməyi gərək olacaq və biz bu dəstəyi hiss edirik".
İlham Əliyev yeni müəssisədə Azərbaycanın neft strategiyası, iqtisadiyyatımıza sərmayə qoyuluşunun təmini və yeni iş yerlərinin açılmasının öz əksini tapdığını qeyd edərək deyib: "Yaxın illərdə Azərbaycanın neft bölməsinə 18 mlrd. dollar sərmayə qoylacaq. Artıq indi Azərbaycan adambaşına xarici sərmayə qoyuluşunun həcminə görə, MDB-də və Şərqi Avropada ilk yerlərdən birini tutur."
Baş nazirin sözlərinə görə, birgə müəssisə də məhz neft strategiyasının gerçəkləşməsi sayəsində yaranıb. Boru örtükləri zavodunun tikintisinə 15 mln. dollar sərmayə qoyulub. Burada işləyən 350 nəfərin 300-ü Azərbaycan vətəndaşıdır və onların aylıq məvacibi 400 dollardan çoxdur.
Eupec-Azərbaycan birgə müəsisəsini Eupec Pipe Coatinqs alman və Azpetrol azərbaycan şirkətləri yaradıblar. Müəssisə artıq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı işlənməsi çərçivəsində çəkiləcək sualtı borular üçün paslanmaya qarşı örtük və beton suvaq sifarişlərini alıb. Bu müqavilə çərçivəsində indiyə kimi 150 kilometr boruya beton suvaq çəkilib. İlin axırına kimi, bu rəqəm daha 50 kilometr artacaq. Gələn il AÇG üçün 221 kilometr boruya beton suvaq vurulacaq.
Bundan əlavə, birgə müəssisə "Şah-Dəniz" layihəsi üçün eyni iş üzrə tenderdə (196 kilometr) iştirak edəcək, Bakı-Tbilisi-Ceyhan kəmərinin ayrı-ayrı sahələrində çay diblərinə döşənəcək borulara (7 km) beton örtük çəkəcəkdir.
9 AYDA AZƏZRBAYCANDA 6,584 MLN. TON NEFT ÇIXARILIB
BAKI.03.10.2003.MEDİA-PRESS: Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və onun iştirakı ilə yaradılmış müştərək müəssisələr (MM) bu ilin 9 ayında 6,584 mln. ton neft çıxarıblar ki, bu da planda nəzərdə tutulduğundan 1,6 faiz, yaxud 102,7 min ton çoxdur. ARDNŞ-də Media-Pressə verilmiş məlumatda göstəçrilir ki, bu neftin 6,046 mln. tonu (artım-0,4%)- ARDNŞ-in bölmələrinin, 638,1 min tonu isə (artım-13,7%) MM-in payına düşüb.
Sentyabrda Dövlət Şirkəti 731,6 ton (plandakından 0,4 min ton, yaxud-0,1% çox) neft hasil edib. Bu yanacağın 622 min tonunu- neftqazçıxarma idarələri, 69, 6 min tonunu isə- MM-lər istixrac ediblər.
Bütövlükdə 2003-cü ildə Azərbaycanda 15,25 mln. ton səviyyəsində neft hasil ediləcəyi gözlənilir. Bunun 8,8 mln. tonu ARDNŞ yataqlarından , 6,45 mln. tonu isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən çıxarılacaq.
İLİN ƏVVƏLİNDƏN AZƏRBAYCANDA 3,85 MLRD. KUB METR QAZ ÇIXARILIB
BAKI.03.10.2003.MEDİA-PRESS: İlin əvvəlindən Azərbaycanda 3,854 mlrd. kub metr qaz çıxarılıb ki, bu da nəzərdə tutulduğundan 2,7% çoxdur. Bu qazın 3,105 mlrd. kub metri Dövlət Neft Şirkətinin (ARDNŞ), 749,7 mln. kub metri- Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) payına düşür. Müştərək Müəssisələr (MM) 80,9 mln. kub metr yanacaq çıxarıblar.
Sentyabrda 426,3 mln. kub metr qaz çıxarılıb. Bu, planlaşdırıldığından 3,3% və ya 13,5 mln. kub metr artıqdır. Ümumi həcmin 338,7 kub metri ARDNŞ-in, 87,6 mln. kub metri ABƏŞ-in, 8,1 mln. kub metri isə MM-lərin payına düşür.
Hesablamalara görə, bu il çıxarılmalı olan 5,4 mlrd. kub metr "mavi yanacaq"ın 890 mln. kub metrini ABƏŞ və 4,15 mlrd. kub metrini isə ARDNŞ verməlidir. Azərbaycanın tələbatının ödənilməsi üçün ildə 10 mlrd. kub metr qaz gərəkdir. Ötən il respublikamız "İtera" beynəlxalq şirkətlər qrupundan 4 mlrd kub metr qaz alıb. Bu il üçün də həmin həcm qalır. "İtera" ilə bağlanmış əlavə sazişə görə,şirkət "Azəriqaz" Səhmdar Cəmiyyətinə (SC) 2003-cü ildə 1,5 mln. kub metr qaz verməli idi. Lakin azərbaycan tərəfi zəruri maliyyə vəsaiti tapmadığına görə, müqavilənin icrası hələlik gerçəkləşməyib.
Respublika Səngəçal Neft terminalının genişləndirilməsi layihəsi çərçivəsində orada qaz qurutma qurğusu tikildikdən sonra, əlavə qaz əldə edə biləcək. Məsələn, bu gün terminala gələn neft qazdan və sudan təmizlənmə prosesindən keçir. Bu zaman ayrılan səmt qazı yandırılır. Qazqurutma qurğusu işə düşdükdən sonra isə buna ehtiyac qalmayacaq və ARDNŞ əldə edəcəyi əlavə həcmdə qazı istehlakçılarına ötürəcək. Bu ideyanın gerçəkləşməsi üçün ARDNŞ həm də qazı qəbul edən xüsusi qurğu tikməyi və Səngəçal qazpaylaşdırcı məntəqəsinə kimi boru xətti çəkməyi planlaşdırır.
İLİN ƏVVƏLİNDƏN BƏRİ ARDNŞ MİƏİ-Sİ 591,27 MİN TON NEFT MƏHSULLARI İXRAC EDİB
BAKI.03.10.2003.MEDİA-PRESS: Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar idarəsi (MİƏİ) sentyabr ayında 60,33 min ton neft məhsulları, o cümlədən-18,714 min ton avtomobil benzini, 35,800 min ton- dizel yanacağı, 5,82 min ton-təyyarə yanacağı ixrac edib. Sentyabrda butan ixrac edilməyib. Avqust ayı ilə müqayisədə xaricə 1 dəfə yarım çox neft məhsulları göndirilib. İlin əvvəlindən bəri isə 591,27 min ton neft məhsulları ixrac edilib.
ARDNŞ Bakı-Novorossiysk kəməri ilə sentyabrda təqribən 220 min ton, ilin əvvəlindən bəri-2,044 mlrd. ton neft nəql edib. Bu il həmin marşrutla 2,5 mln. ton həcmində neft yola salınacaq.
Oktyabr və noyabr aylarında "şimal marşrutu" ilə Novorossiyskə 440 min ton neft göndəriləcək. Dekabrda isə bu həcm azalacaq. Bu, həmin dövrdə limanda hava şəraiti ilə bağlı problemlərin yenidən meydana çıxa bilməsi ilə bağlıdır. Həm də qışda Bakının neftayrma zavodlarına mazut istehsalı üçün daha çox neft verilməlidir.
Keçən il Novorossiysk terminalından 2,5 mln. ton azərbaycan ixrac nefti yola salınıb. Bu marşrutla axıdılan hər ton neftə görə, repsublika 15,67 dollar ödəyir. Halbuki, neftimizin Bakı-Supsa ilə daşınmasının hər tonuna görə vur-tut 2,7 dollar ödəyirik.
GÜRCÜSTAN VƏ RUSİYA NOVOROSSİYSK-SUPSA-CEYHAN KƏMƏRİNİN BTC ƏİK-Ə BİRLƏŞDİRİLMƏSİNİ HEÇ ZAMAN MÜZAKİRƏ ETMƏYİBLƏR
BAKI.03.10.2003.MEDİA-PRESS: "Gürcüstan və rusiya tərəfləri Novovrossiysk-Supsa-Ceyhan (NSC) borusunun Xəzər neftinin ixracı üçün nəzərdə tutulan Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Kəmərinə (BTC ƏİK) birləşdirilməsi məsələsini heç vaxt müzakirə etməyiblər. Söhbət tamamilə ayrıca bir borunun, Rusiya neftini, ola bilsin Qazaxıstan neftini də Novorossiyskdən Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına (Bosfordan yan keçməklə) çatdıra bilən borudan gedib". Azərbaycanın Gürcüstandakı səfiri Zurab Qumberidze Media-Pressin müxbirinə belə deyib.
Diplomat vurğulayıb ki, əgər bu ideyann müəllifləri öz məqsədləri üçün BTC ƏİK-dən iistifadə etmək fikrinə düşsəydilər , o zaman bu ixrac kəmərinin sərmayəçiləri və sahibləri ilə hökmən razılığa gəlməli idilər.
Gürcü səfirin bu sözləri ARDNŞ-də verilən şərhlə üst-üstə düşür. Dövlət Şirkətində Media-Pressin müxbirinə deyiblər ki, "nə ARDNŞ-in, nə də Britaniya-Amerika şirkəti BP-nin NSC kəməri ilə əlaqəsi var. NSC BTC ƏİK-lə əsla əlaqəli deyil və onun ƏİK-ə birləşdirilməsindən söhbət gedə bilməz".
Gürcü və rus ekspertlərinin fikrincə, NSC kəməri Gürcüstana da, Rusiyaya da fayda verəcək. İlk növbədə ona görə ki, Türkiyənin Bosfor və Dardanel boğazlarından yan keçməyə imkan verəcək. Son vaxtlar Türkiyə məqamatının sərt mövqeyi üzündən bu boğazlardan Rusiya gəmilərinin keçməsi çətinləşir. Rusiya həm də bu layihə sayəsində borularla və dənizlə daşımalar arasındakı qiymət fərqindən ildə orta hesabla 500-700 mln. dollar qabağa düşəcək.
Bu ideyanın Moskva və Tbilisi üçün cazibədarlığına rəğmən, NSC kəməri ilə sonda nefti qəbul etməli olan Türkiyə təklifə heç bir münasibət bildirməyib. Görəsən, Ceyhan neft terminalı Azərbaycan nefti ilə yanaşı əlavə həcmdə neft də qəbul edə biləcəkmi? Ümumiyyətlə, Ankara bu layihədə iştiraka hazırdırmı? NSC kəməri ideyasının səslənməsindən il yarımdan çox keçir. Üstəlik, "Rosneteqazstroy" və Gürcüstan Beynəlxalq Neft Korporasiyası hətta boru çəkilişinə dair saziş imzalayaraq, "QruzRosnefteqazstroy" adlı müştərək müəssisə də yaradıblar. Onlar bu xətlə ildə 30 mln. ton rusiya və qazaxıstan nefti ixrac etməyə hazırlaşırlar. Ankara isə hələ də susur.
XƏZƏR GƏMİÇİLİYİ İDARƏSİNİN YENİ "CƏLİL MƏMMƏDQULUZADƏ" TANKERİ OKTYABRIN 12-DƏ BAKIYA GƏLƏCƏK
BAKI.03.10.2003.MEDİA-PRESS: Oktyabırn 10-12-də yeni nəsl "Cəlil Məmmədquluzadə" tankeri özünün daimi dayanacaq yerinə-Bakı limanına gələcək. 8 min ton su tutumu olan tanker Rusiyanın "Krasnoye Sormovo" gəmiqayırma zavodunda hazırlanıb. Xəzər Dəniz Cəmiçiliyi idarəsi onun tikintisinə 8,75 mln. dollar xərcləyib. Beynəlxalq dənizçilik qaydalarına müvafiq olan tankerin ikiqat gövdəsi qəza hallarında neftin kənara tökülməsinin qarşısını alır. Müasir üzmə avadanlığı ilə təchiz edilmiş tankerin əndazəsi Rusiyanın daxili sularında üzmək üçün hesablanıb. Xatırladaq ki, bu ilin mayında həmin zavodda eyni həcmli "Professor Əziz Əliyev" tankeri də tikilərək Xəzər Gəmiçiliyi İdarəsinə təhvil verilmişdi.
İdarənin sifarişi ilə gələn il "Krasnoye Sormova"da hər birinin tutumu 12 min ton olan daha iki tanker tikiləcək. İkiqat gövdəyə malik olacaq bu tankerlər eyni vaxtda iki növ neft məhsulu daşıya biləcək. Gəmilər Xəzər gəmiçilik idarəsinin vəsaitləri hesabına tiktilir. 4 tankerin tikilməsinə dair müqavilənin ümumi dəyəri 44,5 mln. dollardır. Bu gün Xəzər Gəmiçilyi idarəsinin balansında 70 gəmi, o cümlədən 35 tanker və 35 quru yük daşıyan gəmi vardır. Ötən il idarənin gəmiləri ümumən 11,4 mln. ton yük daşıyıblar. Bunun 7,3 mln. tonu neft və neft məhsullarıdır. 2003-cü ildə yükdaşımaların 10% artacağı gözlənilir.
"LUKOYL" NEFT-QAZ EHTİYATLARINA GÖRƏ, 2005-Cİ İLDƏ EXXONMOBİL-İ QABAQLAMAQ NİYYƏTİNDƏDİR
BAKI.03.10.2003.MEDİA-PRESS: Rusiya "Lukoyl"u 2005-ci ildə neft-qaz ehtiyatlarının həcminə görə, Amerika ExxonMobilini arxada qoymaq niyyətindədir. "Lukoyl" prezidentinin müavini Leonid Fedun belə deyib.
Hazırda ExxonMobil karbohidrogen xammalı ehtiyatlarına görə (neft ekvivalenti ilə-21 mlrd. barrel), dünyada birincidir. "Lukoyl" (19,7 mlrd. barrel) ikinci yerdə gedir. Fedunun sözlərinə görə, ehtiyatlar Xəzər dənizində Yalama struktrunda kəşfiyyat quyusunun qazılması hesabına artacaq, habelə şirkətin artıq hesab etdiyi ehtiyatların, ilk növbədə debiti aşağı olan quyuların satışı davam edəcək.
İRAN FARS KÖRFƏZİNDƏ 8 NEFT YATAĞININ İŞLƏNMƏSİ ÜZRƏ TENDER ELAN EDİB
BAKI.03.10.2003.MEDİA-PRESS: İran Fars körfəzindəki 8 neft yatağının-Buşer, İran mehr, Deir, Hamun, Əlvand, Firuz, Tosən və Lark yataqlarının işlənməsi üzrə tender elan edib. Tenderə həm İran şirkətləri, həm də xaricilər dəvət olunublar. Bu yataqların işlənməsi İranın neft ehtiyatlarını 2 mlrd. barrel artırmağa imkan verəcək.
Bu siyahıya ölkənin ən iri "Azadeqan" yatağı daxil edilməyib. İran rəsmilərinin dediyinə görə, bu,hökumətin yatağın işlənməsini bir müddət təxirə salmaq qərarı ilə bağlıdır.
Bundan bir qədər əvvəl İran "Azadeqan" layihəsinin işlənməsi üzrə imtiyaz hüququnu Yaponiyaya vermişdi. Çünki bu ölkə İrana 2 mlrd. dollar kredit ayıracağını vəd etmişdi. Lakin bu yaxınlarda İran rəsmiləri Yaponiyanın bu hüqüqu itirdiyini bəyan ediblər. Ona görə ki, ABŞ-ın təzyiqinə uyan Tokio Tehranın təklifinə müsbət cavab verməyib. Ancaq bu da həqiqətdir ki, "yox" cavabı da olmayıb.
TEHRAN TƏKLİF EDİR Kİ, OPEK-İN BAŞ KATİBİ SEÇİLMƏSİN, TƏYİN EDİLSİN
BAKI.03.10.2003.MEDİA-PRESS: İranın Neft naziri Bijan Zənqane təşəbbüs irəli sürüb ki, OPEK baş katibi seçilməsin, təyin edilsin. Sonra hər üç ildən bir təşkilatın 11 üzvünün hər birinin nümayəndəsi ilə əvəzlənsin.
Kartelin sentyabrın 24-də Vyanada olmuş konfransında yeni baş katib seçmək heç cür alınmayıb. Baş katib Alvaro Silva Kalderonun səlahiyyət müddəti 2004-cü il yanvarın 1-də qurtarır. İran, Qətər və Venesuela nümayəndələri onun yerinə iddiaçı idilər.Seçkilər gizli səsvermə yolu ilə keçirilsə də, namizədlərdən heç biri lazımi səs toplaya bilməyib. Bu haqda D J Newswires xəbər verir.