S
AZƏRBAYCAN VƏ RUSİYA TƏHLÜKƏSİZLİK ŞURALARININ KATİBLƏRİ BEYNƏLXALQ TERRORİZMLƏ MÜBARİZƏDƏ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİNİ BAKIDA MÜZAKİRƏ EDƏCƏKLƏR
BAKI.06.10.2003. MEDİA-PRESS: Rusiya Federasiyası (RF) Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylonun oktyabrın 7 və 9-da Bakıya səfəri gedişində beynəlxalq terrorizmlə mübarizədə Qafqazda təhlükəsizliyin təmini məsələsində Azərbaycan və RF-in əməkdaşlığı məsələləri müzakirə ediləcək. Bu haqda "İnterfaks-Azərbaycan" agentliyinə Rusiyanın Bakıdakı səfirliyinin mətbuat xidmətində verilən məlumatda 2 ölkənin Təhükəsizlik şuraları katibləri Ramiz Mehdiyev və V. Ruşaylonun təhlükəsizlik sahəsində dövlətlərarası əməkdaşlıq məsələlərini müzakirə edəçəklərini, rusiyalı qonağın Baş nazir İlham Əliyevlə və respublikanın güc nazirliklərinin rəhdərləri ilə görüşəcəyini qeyd ediblər.
TÜRKİYƏ VƏ ABŞ İRAQ KÜRDLƏRİ İLƏ MÜBARİZƏ MƏSƏLƏSİNDƏ RAZILIĞA GƏLİBLƏR
BAKI.06.10.2003.MEDİA-PRESS: Türkiyə Xarici İşlər nazirliyinin və ABŞ Dövlət Departamentinin nümayəndə heyətləri hazırda Şimali İraqda yerləşən Kürdüstan Fəhlə partiyası (PKK-KADEK) silahlı birləşmələrinin ləği planını "terrorizmlə mübarizə çərçivəsində" razılaşdırıblar. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, tərəflər belə bir ümumi fikri bir daha təsdiqləyiblər: "PKK-KADEK "-in ləğvi İraqda təhlükəsizliyin və sabiliyin təmini üçün zəruridir".
Keçən həftənin axırında Ankarada bu məsələ barədə danışıqların ikinci raundunda Türkiyə və ABŞ Xarici İşlər Nazirliklərinin nümayəndələri itirak ediblər. Türkiyə tərəfi qonşu ölkədə kürd septarçıları silahlı dəstələrərinin və bazalarının ləğvinə dair Vaşinqtonun verdiyi vədlərinin yerinə yetirilməsində israrlıdır.
Türkiyə hökümətinin nümayəndəlri dəfələrlə bəyanat veriblər ki, Vaşinqtonun bu barədə vermiş olduğu vədlərin yerinə yetirilməsi sülhməramlı türkiyə əsgərinin oraya göndərilməsi barədə qanun layihəsinin ölkə parlamentindən keçməsini xeyli yüngülləşdirərdi.
İRƏLİ, YOXSA GERİ? UKRAYNA NEFTİN AXIDILMASI İSTİQAMƏTİ BARƏDƏ QƏRARI NOYABRIN AXIRLARINDA- DEKABRIN ƏVVƏLLƏRİNDƏ QƏBUL EDƏCƏK
BAKI.06.10.2003.MEDİA-PRESS: Keçən həftənin axırında Ukraynanın "Ukrtansneft" şirkəti "Odessa-Brodı" kəmərinin rusiya texnoloji nefti ilə doldurulması barədə TNK-BP rusiya-britaniya şirkətinin təklifini qəbul etdi. Əslində söhbət bu kəmərin yalnız Avqustovka-Brodı hissəsinin texnoloji neftlə doldurulmasından gedir. "Ukrtransneft"-də RİA "Novosti"yə verilən məlumata görə, şirkətin müşahidə şurası bir sıra şirkətlərin cavablarını nəzərdən keçirdikdən sonra həmin qərarı dəstəkləyib.
Bundan 2 gün əvvəl isə "TNK-Ukraina" şirkətinin prezidenti Aleksandr Qorodetski açıq xəbərdarlıq etmişdi ki, əgər "Ukrtransneft" oktyabrın 8-nə kimi qəti qərar qəbul etməsə, o zaman TNK-BP "Odessa-Brodı" kəmərini doldurmaq üçün üçillik əmtəə krediti şərtləri əsasında 450 min ton texnoloji neft verilməsinə dair öz təklifini geri götürə bilər.
Xatırladaq ki, sentyabrın əvvəlində "Ukrtransneft" "Odessa-Brodı" boru xəttinin texnoloji neftlə doldurulmasında iştirak etmək təklifi ilə Azərbaycan, Qazaxıstan, Rusiya və Özbəkistanın dövlət orqanlarına və şirkətlərinə müraciət etmişdi. Söhbət payız-qış dövründə bu xəttin paslanmasına yol verməmək üçün 380-440 min ton neftin alınmasından gedirdi. "Ukrtransneft"in mətbuat xidmətində qeyd ediblər ki, borunun texnoloji neftlə doldurulması "bu xətlə neftin daşınması istiqaməti haqqında hökümətin qərarından dərhal sonra" onun istismarına başlamağa imkan verəcək.
Müraciət məktubunda xahiş edilirdi ki, xəttin texnoloji neftlə doldurulacağı təqdirdə, bu marşrutdan istifadə imkanları və onun istiqaməti barədə məlumat versinlər və eyni zamanda daşınmaq üçün hansı növ neft verəcəklərini müəyyənləşdirsinlər. Ukrayna tərəfi həm də bildirirdi ki, texnoloji nefti 3- illik müddətə nisyə almaq istəyir və ilk ödənişi xammalı aldıqdan bir il sonra reallaşdıracaq.
Ukraynanın Avrasiya Neft Nəqliyyatı dəhlizi məsələləri üzrə xüsusi nümayəndəliyinin rəhbəri Mixal Qonçar bu sənədi şərh edərkən deyib ki, "Odessa-Brodı" xətti konservantla doldurulub və bu səbəbdən paslanma təhlükəsi yoxdur". Onun sözlərinə görə, xəttin doldurulmasını başa çatdırmaq üçün ən çoxu 500 min ton "yüngül" Xəzər nefti lazımdır. Qonçarın sözlərinə görə, bu həcmdə nefti əvvəllər əldə edilmiş razılaşmalara uyğun olaraq, Xəzər regionunda işləyən iri şirkətlər Odessaya gətirəcək. Ona görə də, neft ixracını təmin etmək xahişi ilə Azərbacan, Qazaxıstan,Rusiya və Özbəkistana müraciətə ehtiyac yoxdur. Qonçar əlavə edib ki, bu qəbil bəyanatlar "kəmərdən revers (geriyə) istifadə ideyasını dal qapıdan keçirmək" cəhdidir.
ABŞ və Almaniyanın Ukraynadakı səfirləri Karlos Paskual və Ditmar Ştüdemann da kəmərdən revers istifadəyə qarşı çıxıblar, çünki Ukraynanın Rusiyanın təklifini qəbul etməsi neftin avropa istiqamətində nəqlindən imtina etmək demək olardı.
Bununla belə, gördüyümüz kimi, "Ukrtransneft" TNK-BP-nin təklifini qəbul edib. Mövcud vəziyyətdə örtülü bir intriqa (fitnə-fəsad) vardır. İş burasındadır ki, Avqustovka-Brodı sahəsini kimin dolduracağından neftin bu kəmərlə Odessadan Brodıya, yoxsa əksinə Brodıdan Odessaya axacağı asılıdır. İntriqa məhz bundan ibarətdir ki, TNK-BP kəmərin həmin hissəsini 20- illiyə icarəyə götürməyi təklif edir və "Kommersant" qəzetinin iddiasına görə, bunu əsas tutur ki, həmin müddətdə boru xəttinin çox hissəsi işləməyəcək.
Hələlik isə, Ukrayna rəhbərliyi fikirləşməkdədir. Ölkə Xarici İşlər nazirinin Avropaya inteqrasiya məsələləri üzrə birinci müavini Aleksandr Çalıy deyib ki, hökümət "Odessa-Brodı" neft borusundan hansı istiqamətdə istifadə olunması barədə qərarı 2003-cü il noyabrın axırlarında- dekabrın əvvəllərində qəbul edəcək. Bu kəmərdən revers istifadəni qiymətləndirə bilən şirkətin seçilməsi üzrə tender isə bu il oktyabrın 13-də başa çatacaq.
Ukrayna prezidenti Leonid Kuçma Kiyevdə mətbuat konfransında deyib ki, "Odessa-Brodı" xətti ilə neftin daşınması istiqaməti barədə qərar iqtisadi yönümdən əsaslandırılmalıdır. Ukrayna höküməti ilk növbədə siyasi yox, iqtisadi qərar qəbul etməlidir.Mən neftin bu və ya digər istiqamətdə axıdılmasını dəstəkləmək fikrində deyiləm, lakin hökuməti "pulları saymağa" çağırıram".
Kuçma Odessa terminalından Xəzər neftinin Polşa sərhədinədək çatdırılması üçün "Odessa-Brodı" xəttindən istifadə olunmasını təhlil edərkən hökümətdən sual edib: "Mərkəzi Asiyada, yaxud Xəzər dənizi şelfində işləyən şirkətlərdən heç olmasa biri bu nefti göndərməyə razılıq veribmi? Bəs, Avropada bu neftin müştərisi varmı? Bəs, bu borunun 100 mln. dollarlıq yanacaqla doldurulmasına kim təminat verəcək?"
Leonid Kuçma daha bir sual verə bilərdi. Daha doğrusu bu, ritorik sual olardı: "Bu borunun tikilməsi təklifini verib, sonra da onu həyata keçirənlər ümumiyyətlə, nə fikirləşirdilər?" Axı, yaranmış vəziyyət iqtisadi baxımdan qəbul edilə bilməz. Çəkilişinə 100 milyonlarla dollar xərclənmiş bu boru xətti 2001-ci ildən boş dayanıb. Borunun boş dayanması səbəbini hətta bayağı da adlandırmaq olmaz. Borunu çəkənlər heç fikirləşməyiblər ki, onu doldurmaq üçün texnoloji xammal tapsınlar, o ki, qalsın neft axıtmaq ola. Son bir neçə ildə Ukrayna rəsmiləri çox deyiblər ki, "Odessa-Brodı" xətti ilə Avropaya xəzər nefti göndəriləcək. Hər dəfə də onlar Bakı və Astanadan: "Xeyr, əziz yoldaşlar, bizim artıq neftimiz yoxdur. 5-10 ildən sonra bəlkə də oldu. Amma hələlik, bağışlayın" sözlərini eşidiblər.
Doğrudur, bir neçə gün əvvəl "UKrtransneft" rəhbərliyi Qazaxıstanın "Kazmunayqaz" Milli neft-qaz şirkətindən məktub alıb. Orada deyilir ki, "Kazmunayqaz" Qazaxıstanda istixracla məşğul olan və bu işə maraq göstərən başqa şirkətlərlə "yüksək keyfiyətli qazax neftinin Ukrayna və Avropa bazarlarına daşınması üçün Odessa-Brodı istiqamətində kəmərin bu il istismara verilməsi məsələsini müzakirə etməyə hazırdır".
"Kazmunayqaz"ın baş direktoru deyib ki, onun şirkəti "Brodı-Plotsk" istiqamətində ukrayna-polşa neft xəttinin çəkilişində maraqlıdır.
Odessa-Brodı neft marşrutunun nə məqsədlə çəkildiyini yada salmağın əsl məqamıdır. Ukrayna 674 kilometr uzunluğu və ildə 9-14,5 mln. ton neft axıtmaq gücündə olan bu xəttin tikintisini 2001-ci ildə qurtarıb. Xəttin illik buraxılış qabiliyyəti 40-45 mln. tona çatdırılacaq. Lap əvvəldən bu xətt Xəzər regionundan neftin Avropaya daşınması üçün nəzərdə tutulmuşdu. Bunun üçün xammal Qazaxıstanın Tengiz yatağından Novorossiyskə kimi Kaspi boruçəkmə konsorsiumunun kəməri ilə daşınmalı, yaxud Bakı-Supsa xətti ilə, sonra da takerlərlə Qara dənizlə Odessada tikilmiş terminala çatdırılmalı idi. 2005-ci ildə Polşada Plotsk şəhərinə kimi neft kəmərinin tikintisinə də başlanacağı planlaşdırılır. Neft oradan Qdansk terminalına (bura artıq boru çəkilib) daşınacaq, ya da mövcud borular şəbəkəsi ilə Avropaya nəql ediləcəkdir. Polşadan keçən və illik gücü 44-45 mln. ton olacaq bu kəmərin ümumi dəyəri 465,4 mln. dollardır. Lakin təkrar edirik ki, kəmərin tikintisi 2005-ci ildən tez başlamaya bilər. Deməli, onun çəkilişini hələ bir neçə il gözləmək lazım gələcək.
Belə olduqda, Odessa-Brodının revers variantından istifadə etmək fikri yarandı. Başqa sözlə, əgər əvvəlcə, neftin "Drujba" magistral xətti ilə Odessaya kimi axıdılması, sonra isə lazım olan yerə kimi tankerlərlə daşınması nəzərdə tutulurdusa, indi bunu əks istiqamətdə gerçəkləşdirməyi düşünürlər. Bu məsələdə rusiyanın bir sıra şirkətləri, xüsusən də rusiya-britaniya şirkəti TNK-BP maraqlıdır.
AZƏRBAYCANIN TÜRKİYƏYƏ İXRAC EDƏCƏYİ QAZIN HƏR MİN KUB METRİ 70-120 DOLLAR ARASINDA OLACAQ
BAKI.06.10.2003.MEDİA-PRESS: Azərbaycanın 2006-cı ilin sentyabrından Türkiyəyə ixrac edəcəyi qazın qiyməti dünya neft qiymətlərindən asılı olaraq tənzimlənəcək. Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Natiq Əliyev belə deyib.
O, vurğulayıb ki, "qazın qiyməti xüsusi formul üzrə müəyənləşdiriləcək. Bu formul dünyada xam neftin və mazutun qiymətlərini nəzərə alır. Bu zaman qazın hər min kub metri 70 dollardan aşağı və 120 dollardan yuxarı ola bilməz".
Natiq Əliyev deyib ki, hazırda dünyada neftin qiymətində olan qeyri-sabitlik ARDNŞ-in gəlirlərinə mənfi təsir etmir və dövlət büdcəsi üçün problem yaratmır.
ARDNŞ prezidenti deyib: "Azərbaycan hələ o qədər də çox neft ixrac etmir ki, qiymət düşəndə çox da ziyana düşsün. ARDNŞ bu prosesə heç cür təsir göstərə bilməz və onu reallıq kimi qəbul edir. Ancaq bununla belə, az da olsa, itkilərimiz baş verir".
Natiq Əliyev deyib: "Son vaxtlar biz mümkün böhran vəziyətlərindən özümüzü sığortalamağa başlamışıq, yəni neftin qiyməti artanda biz müəyyən məbləği Maliyyə Nazirliyində açılmış xüsusi hesaba köçürürük. Əgər büdcəyə borcumuz yaranarsa, biz həmin puldan onu ödəyə bilərik".
Azərbaycan Maliyyə nazirliyinin məlumatına görə, indi Xüsusi sabitlik fondunda 74 mlrd. manat toplanıb.
"Şah-Dəniz" layihəsi çərçivəsində çıxarılan azərbaycan qazının Türkiyəyə ixracı barədə saziş 2001-ci il martın 12-də Ankarada imzalanıb və 15 il ərzində bu ölkəyə 89,2 mlrd. kub metr qaz ixracını nəzərdə tutur. Türkiyəyə ilk qaz 2006-cı ildə verilməlidir.
"Şah-Dəniz"in çıxarıla bilən ehtiyatları 625 mlr. kub metr qazdan və 101 mln. ton kondensatdan ibarətdir. Yataqda təxmini qaz ehtiyatı 1 trln. kub metr, qaz kondensatı ehtiyatı isə təqribən 400 mln. ton həcmindədir.
"Şah-Dəniz" layihəsinin iştirakçıları aşağıdakılardır. BP- iştirak payı-25,5%, Statoil-25,5%, LukAgip (rusiya-italiya)- 10%, TotalFinaElf (Fransa)-10%, ARDNŞ-10%, OEİC (İran)-10% və TPAO (Türkiyə)-9%.
ARDNŞ PREZİDENTİ: "ZƏFƏR-MƏŞƏL" ÖZ EHTİYATLARINA GÖRƏ "ŞAH-DƏNİZ"DƏN GERİ QALMIR
BAKI.06.10.2003.MEDİA-PRESS: Xəzərin Azərbaycan hissəsindəki "Zəfər-Məşəl" yatağı çox perspektiv strukturdur və biz onun işlənməsinə böyük ümidlər bəsləyirik. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Natiq Əliyev belə deyib.O, qeyd edib ki, mütəxəssislərin hesablamalarına görə, bu yataq öz ehtiyatına görə, "Şah-Dəniz"ə bənzəyir və orada 1 trln kub metrdən çox qaz və 140 mln. tondan artıq neft vardır. Natiq Əliyev "Zəfər-Məşəl" strukturunn dərinlikdə yerləşdiyini və burada ilk kəşfiyyat quyusunu su qatı dərinliyinin 620 metrə çatdığı yerdə qazmaq lazım gələcəyini bildirib və deyib ki, məhz dənizin dərin yerlərində işlməmək məqsədilə layihələndirilmiş "Lider" yeni yarımdalma platformasından yaxın günlərdə qazma işləri başlayacaq. Quyunun öz dərinliyi isə 6800 metr olacaq.
"Zəfər-Məşəl" perspektiv strukturu Bakıdan 130 km cənub-şərqdə yerləşir və 643 kv. km. sahəni tutur. Layihənin operatoru Amerika şirkəti Exxon-Azerbaijan Operatinq Companu LLC (EAOC)-dir. Yatağın kəşfiyyatı işlənməsi və pay bölgüsü barədə saziş 1999-cu il aprelin 27-də imzalanıb və 8 may 2000-ci ildə Azərbaycan parlamentində təsdiqlənib. Müqavilədə iştirakçıların payı belədir: ARDNŞ-50%, ExxonMobil-30%, ConocoPhillips-20%.
NATİQ ƏLİYEV "YANAN TAVA- ATƏŞGAH-MUĞAN-DƏNİZ" STRUKTURLARININ İŞLƏNMƏSİ LAYİHƏSİNİN TALEYİ BARƏDƏ DANIŞIQLAR HƏLƏ NƏTİCƏ VERMƏYİB
BAKI.06.10.2003.MEDİA-PRESS: Xəzərin Azərbaycan hissəsindəki "Yana Tava-Atəşgah-Muğan- Dəniz" perspektiv strukturları blokunun gələcək taleyi birədə danışıqlar hələ nəticəsiz qalıb. Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Natiq Əliyev belə deyib. O, Yaponiya şirkətləri konsorsiumu JAOC (Japan-Azerbaijan Operating Company) tərəfindən bu strukturların işlənməsi layihəsində yaranmış vəziyyəti şərh edərkən deyib: "Mən bilmirəm, danışıqlar nə ilə bitəcək, amma proses gedir. Hələlik biz mübahisəli məsələlərin hamısını həll etməmişik".
Bu haqda məlumat verən "İnterfaks-Azərbaycan" agentliyi qeyd edir ki, Natiq Əliyev ifrat yüksək təzyiq üzündən konsorsiumun "Yanan Tava" strukturunda layihə dərinliyinə kimi qaza bilmədiyi ilk kəşfiyyat quyusunun da danışıqlarda müzakirə mövzusu olduğunu deyib.
JAOC müqailə öhdəliklərinə görə, 2 kəşfiyyat quyusu qazmalı idi ("Atəşgah" strukturunda qazılmış ikinci quyu 5,5 min metr layihə dərinliyinə çatıb). Bununla əlaqədar konsorsium hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirib, ancaq ARDNŞ başqa cür fikirləşir və hesab edir ki, ilk quyu layihə dərinliyinə çatmadığı üçün yapon konsorsiumu öhdəliyini yerinə yetirmiş saya bilməz.
ARDNŞ prezidentinin qeyd etidiyi kimi, məhsulun bölüşdürülməsi haqqında sazişə (MBS) uyğun olaraq, qazılmış hər neft quyusu öz geoloji təyinatını yerinə yetirməlidir. Bu isə, yalnız layihə dərinliyinə və yaxud layihə üfüqünə (horizontuna) çatdıqdan sonra baş verir. N. Əliyev deyib: "Bizdə olan xəbərə görə, ilk quyu öz geoloji təyinatını yerinə yetirməyib".
Məsələ qəti olaraq, oktyabrın axırlarına kimi öz həllini tapmalıdır, çünki müqavilədə nəzərdə tutulan kəşfiyyat quyusunun qazılması müddəti oktyabrın 21-də başa çatır. Konsorsiuma daxil olan yapon şirkətlərinin nümayəndə heyəti bu məqsədlə Azərbaycana gələcək.
Bir müddət əvvəl JAOC-un 2003-cü il iyulun ilk günlərində "Yanan Tava-Atəşgah-Muğan-Dəniz" strukturlarında işləri minimuma endirdiyini və elə o zaman Bakıdakı öz ofisini bağladığını xəbər vermişdik.
"Atəşgah-Yanan Tava-Muğan-Dəniz" perspektiv struktrularının kəşfiyyatı və işlənməsi üzrə müqaviləni ARDNŞ (iştirak payı-50%), habelə Yaponiya şirkətləri İTOCHU OİL (7,5%), JAPEX (22,5%), Teikoku (7,5%) və İNPEX (12,5%) 1998-ci ilin dekabrında imzalayıblar. Əməliyyat şirkəti JAOC 1999-cu ilin mayında yaradılıb.
"Yanan Tava-Atəşgah- Muğan-Dəniz" perspektiv strukturları Xəzərin Azərbaycan hissəsinin cənub-qərbində sahil zonasında 500 kv.kilometrə yaxın ərazini tutur. Burada dənizin dərinliyi 50-100 metr arasındadır. 80 mln. ton karbohirogen ehtiyatlarının olduğu bu layihəyə 2,3 mlrd. dollar sərmayə qoyulacaq.
"AZƏRİQAZ" OKTYABRIN 6-DA KOMPRESSOR STANSİYASINI VƏ QARADAĞ-ŞİMAL-DRES QAZ KƏMƏRİNİ İSTİFADƏYƏ VERİB
BAKI.06.10.2003.MEDİA-PRESS: Bu gün Bakıda "Qaradağ" qaz-kompressor stansiyasının (QKS) və 90 kilometrlik Qaradağ-Digah-Şimal DRES-i qaz kəmərinin rəsmi açılışı olub. Bu obyektlər 2002-ci ilin yayında tikilmiş "Şimal" DRES -i yanacaqla təmin edəcək.
Yaponiya konsorsiumu Mitsui/Toyo Engineering layihənin baş podartçısıdır. Konsorsium "Azəriqaz" Səhmdar Cəmiyyəti (SC) ilə müqaviləni 2002-ci ilin martında bağlayıb. Sənədə görə, həm QKS, həm də boru xətti "Azərenerji"nin balansına keçəcək.
Layihənin baş məsləhətçisi-Amerika şirkəti Burns & Roe Enterprises Inc; onun sub podratçıları Fransa şirkəti Sofreqaz (stansiyanın tikilməsi üzrə) və Yaponiya şirkəti TokioGas-dır (qaz borusunun çəkilişi üzrə).
"Şimal" DRES-in kompessor stansiyasının və boru xəttinin tikintisi layihəsi yapon Beynəlxalq Əməkdaşlıq bankının (Japan Bank for International Cooperation, JBIC) kreditləri (330 mln. dollar-təqribən 39 mlrd. yen) reallaşıb. Bu vəsaitin təqribən 100 milyon dolları nəqliyyat infrastrukturuna xərclənib.
İLİN ƏVVƏLİNDƏN ARDNŞ "AZƏRİQAZ" SİSTEMİNƏ 1,618 MLRD. KUB METR QAZ VERİB
BAKI.06.10.2003.MEDİA-PRESS: İlin əvvəlindən bəri Dövlət Neft Şirkəti (ARDNŞ)
dövlətə 3,202 mlrd. kb metr təbii qaz verib. Bu həcmin 1,618 mlrd. kub metri (nəzərdə tutulandan 16,9% çox) "Azəriqaz" Səhmdar Cəmiyyəti (SC) sisteminə, qalan 1,583 mlrd. kub metri (nəzərdə tutulandan 11,8% az ) Azərbaycan Qaz Emalı zavoduna (AzGEZ) verilib.
Sentyabrda SC 173,8 mln. kub metr, yaxud planlaşdırılandın 14,3% çox, AzGEZ isə-174,5 mln. kub metr (11,5% az) qaz alıblar.
Respublikanın ildə 10 mlrd. kub metr təbii qaza ehtiyacı var. Bunun 5 milyardı əhalinin və sənaye müəssisələrinin, 5 milyardı isə- elektrik stansiyalarının tələbatı üçün gərəkdir. 2002 və 2003-cü illərdə respublikamız "İtera" benyəlxalq şirkətlər qrupundan ildə 4 mlrd. kub metr "mavi yanacaq" alıb. Bu il SC Azərbaycanın daha 1,5 mlrd. kub metr qaz satın alması barədə "İtera" ilə saziş bağlasa da, hələlik gerçəkləşməyib. Respublika Yanacaq və Energetika naziri Məcid Kərimovun sözlərinə görə, ölkənin artıq pulu olmadığı üçün bu əlavə qazı hələlik alınmayıb. Qazın hər min kub metri 52 dollara idxal edilməlidir. Bu zaman Azərbaycan tərəfi onun dəyərinin yarısını pulla, qalan yarısını isə avadanlıqla ödəməlidir.
Hesablamalara görə, Azərbaycanda bu il 5,04 mlrd. kub metr qaz çıxarılacaq. Həmin həcmin 890 mln. kub metrini "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi layihəsi çərçivəsində səmt qazı çıxaran Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti əvəzsiz (heç bir haqq almadan) repsublikaya verəcək.
TÜRKİYƏ RUSİYA İDXAL QIZININ ƏVƏZİNİ HƏLƏ DƏ ƏMTƏƏ VƏ YA XİDMƏTLƏRLƏ ÖDƏMƏYİ TƏKLİF EDİR
BAKI.06.10.2003.MEDİA-PRESS: Türkiyə Rusiya qazının dəyərinin qismən əmtəə və xidmətlərlə ödənilməsində israrlıdır. "Biz "Off Cet " şərtlərini araşdırırıq. Bu, prinsip qazın əvəzində əmtəə verilməsini və yaxud xidmətlər göstərilməsini nəzərdə tutur. Hələ ki, bu məsələdə müəyyənlik yoxdur. Biz, dövlətin nümayəndələri kimi, məsələnin müzakirəsini davam etdirəcəyik". Türkiyənin Energetika və Təbii Ehtiyatlar naziri Hilmi Gülerin jurnalistlərə cavabında belə deyilir.
Güler qeyd edib ki, Türkiyə Rusiyadan qazı 4 müxtəlif qiymətə alır. "Biz istəyirik ki, vahid qiymət olsun. Biz "Mavi axın" üzrə təkliflərimizi vermişk və hazırda onların üzərində işləyirik. Biz "TuRusQaz" müqaviləsi şərtləri üzərində, yəni qazın həcminin "al, yaxud ödə" şərtləri ilə qeydə alınmasında israr edirik".
"Qazprom"da Qaz informasiya agentliyinə məlumatda yanacağın "Turusqaz" şirkəti vasitəsilə hansı şərtlərlə verildiyini dəqiqləşdirməyiblər.
Hilmi Gülerin sözlərinə görə, Türkiyə nümayəndələri Rusiyanın Ankaradakı səfiri ilə də görüşməlidirlər. O, deyib: "Ruslarla münasibətlərimiz yaxşıdır və biz birgə layihələri gerçəkləşdirmək fikrindəyik". Nazir daha sonra vurğulayıb ki, "dövlətimizin maraqları hər şeydən üstündür, ona görə də, sənaye sahibkarlarımızın və ixracçılarımızın məhsullarının maya dəyərinin aşağı salınmasını vacib sayırıq". Bəziləri iddia edir ki, təbii qazla bağlı məsələlərdə bizimlə rusların arasında gərgin münasibətlər var. Biz dövlətik, ona görə də türkiyə-rusiya münasibətləri bizim üçün bir neçə dollardan daha böyük əhəmiyyət kəsb edir".
Xəbər verdiyimiz kimi, Türkiyə "Mavi axın" xətti ilə aldığı qazın həcmlərinə və qiymətinə yenidən baxılması zərurətini bəhanə edərək, 2003-cü ilin martında qaz idxalını dayandırdıqdan sonra, avqustun birindən yenidən kəmərdən qaz götürməyə başlayıb.
"Mavi axın" Qara dənizin dibi ilə rusiya qazının birbaşa Türkiyəyə çatdırılması üçün nəzərdə tutulan magistral kəmərdir. Dünya təcrübəsində ilk dəfə borular dənizin 2150 metr dərinliyində sərt hidrogen sulfidli şəraitdə döşənib. Kəmərin quruda və dənizdə ümumi uzunluğu 1213 kilometrdir. 15 dekabr 1997-ci ildə Rusiya və Türkiyə arasında bağlanmış hökümətlərarası saziş çərçivəsində "Qazprom" Türkiyənin "Botaş" şirkəti ilə 25 il ərzində "Mavi axın"la bu ölkəyə 365 mlrd. kub metr qaz verilməsinə dair kommersiya müqaviləsi imzaladı. Razılaşmaya görə, "Qazprom" 2003-cü ildə Qara dənizin altından keçən bu xətlə 2 mlrd. kub metr qaz verməli idi. Lakin avqustun 1-nə kimi yalnız 200 mln. kub metr verə bildi. İlin ikinci yarısında "Botaş" bu kəmərlə "Qazprom"dan 800 mln. kub metr qaz almalıdır.
Müqavilə "Mavi axın" la təbii qazın Türkiyəyə illər üzrə verilməsini aşağıdakı kimi müəyyənləşdirir. 2004-cü ildə- 4 mlrd. kub metr, 2005-də 6 mlrd., 2006-da-8 mlrd., 2007-də-10 mlrd., 2008-də- 12 mlrd., 2009-da- 14 mlrd. və 2010-cu ildə- 16 mlrd. kub metr .
AZƏRBAYCAN BÜDCƏSİNİN GƏLİRLƏR ÜZRƏ PROQNOZU 9 AYDA 103% ÖDƏNİLİB
BAKI.06.10.2003.MEDİA-PRESS: Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət büdcəsinin gəlirlər üzrə proqnozu 103% (keçən ilin eyni dövrünə nisbətən- 37,4% çox) yerinə yetirilib.
Vergilər naziriliyi büdcə mədaxilinin 68,8 faizini ( yaxud 2969, 8 mlrd. manat), dövlət gömrük komitəsi- 17,2 faizini (744,7 mlrd. manat), qalan mənbələr isə-14 faizini (605,1 mlrd. manat) təmin ediblər.
Vergilər nazirliyi üzrə dövlət büdcəsinə ödənişlər 102,3% təşkil edib. Deməli, dövlət xəzinəsinə əlavə 65, 5 mlrd. manat daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə nazirlik xətti ilə ödənişlər 539,3 mlrd. manat ollub, yaxud 22,2 faiz artıb.
Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə ödənişlər 9 ayda 102,8% (91,3 mlrd. manat, yaxud 14% artım) olub. Azərbaycan Dövlət Neft Fondu büdcəyə nəzərdə tutulan 320 mlrd.manatı köçürüb.
Qeyd edək ki, bu il Vergilər nazirliyi xətti ilə dövlət büdcəsinə 4 trln. manat, Dövlət Gömrük Komitəsi xətti ilə-1,02 trln. manat, özəlləşmədən-130 mlrd. manat, dövlət əmlakının icarəsindən-12 mlrd. manat daxil olmalıdır. Bütövlükdə 2003-cü ildə dövlət büdcəsinin gəliri 1,2 mlrd. dollar səviyyəsində planlaşdırılıb.
2004-cü ilin hesablamalarına görə, Azərbaycan dövlət büdcəsinin gəlir və çıxarı-10% artacaq, kəsiri isə ümumi daxili məhsulun (ÜDM) - 0,7 faizi səviyyəsində olacaq. 2003-cü ildə büdcə kəsiri ÜDM-in bir faizi səviyyəsində təsdiqlənib.
Gələn il ÜDM-in 9 % səviyyəsində artacağı, beləliklə ÜDM həcminin 37,3 trln. manat, dövlət büdcəsi gəlirlərini isə- 6,7- 6,8 trln. manat təşkil edəcəyi gözlənilir.
AMB-NIN VALYUTA EHTİYATLARI OKTYABRIN 1-DƏ 707,4 MLN. DOLLARA ÇATIB
BAKI.06.10.2003.MEDİA-PRESS: Azərbaycan Milli bankının (AMB) valyuta ehtiyatları oktyabrın 1-də 707,4 mln. dollara çatıb. AMB-da Media-Pressə bu barədə verilən məlumata görə, cari ilin 9 ayında bankın valyuta ehtiyatlarının artımı-26,9 mln. dollar, beynəlxalq maliyyə intstitutlarından alınmış kreditlərlə birlikdə- 52,6 mln. dollar (nisbi artım-72,3 mln.) olub.
Həmin müddətdə Beynəlxalq Valyuta Fondunun (BVF) kreditləri üzrə əsas borcun qaytarılmasına və borc üzrə faizlərin ödənilməsinə 59,5 mln. dollar ayrılıb. 65,4 mln. dollar Dövlət Neft Fondunun hesabına köçürülüb ki, ARDNŞ Bakı-Tbilisi-Ceyhan kəməri tikintisi layihəsindəki payının bir qismini maliyyələşdirsin. Bankın valyuta ehtiyatlarının əsas artımı daxili valyuta baza rındakı gəlirlər hesabınıa əldə edilib.
Cari ilin 9 ayında manatın ABŞ dollarına nisbət rəsmi məzənnəsi 17 manat, yaxud 0,3% düşüb və hesabat dövrünün axırında 4910 manat 1 dollar olubdur. Müqayisə üçün: 2001-ci ilin həmin dövründə manatın məzənnəsi 128 manat (2,7%), 2002-ci ildə-122 manat (2,55%) düşüb.
AZƏRBAYCAN "ŞİMAL-CƏNUB" BEYNƏLXALQ NƏQLİYAT DƏHLİZİ SAZİŞİNƏ QOŞULMAQ NİYYƏTİNDƏDƏİR
BAKI.06.10.2003.MEDİA-PRESS: Azərbaycan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında sazişə qoşulmağı planlaşdırır. Rusiya Nəqliyyat nazirinin müavini Çingiz İzmayılovun jurnalistlərə verdiyi məlumata görə, saziş iştirakçısı olan ölkələr Azərbaycanın bu sənətə qoşulmaq niyəti barədə onun rəsmi müraciətinə baxırlar. Hazırda Rusiya, İran, Hindistan, Belarus, Qazaxıstan və Qırğızıstan "Şimal-Cənub" Beynəlxalq nəqliyyat dəhlizi sazişinin iştirakçısıdır.
Ç. İzmayılov "Azərbaycanın bu beynəlxalq nəqliyat dəhlizinə qoşulmaq istəyinin təbii olduğunu və bunu, dəhlizin Xəzər dənizinin sahilindən keçməsini " səbəb kimi göstərərək, qeyd edib ki, Rusiya tərəfi artıq Azərbaycanın saziş iştirakçıları sırasına qəbul edilməsinə razılığını bildirib. RF Nəqliyyat nazirinin müavini əlavə edib ki, Tacikistan, Oman və Ermənistan da "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında sazişə qoşulmaq niyyəti barədə ərizə veriblər.