AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAF NAZİRİ: YENİ İŞ YERLƏRİNİN ÇOXU NEFT BÖLMƏSİNDƏ YARADILACAQ

BAKI.20.10.2003.MEDİA-PRESS: Yaxın 5 ildə Azərbaycan hökuməti 600 min yeni iş yeri açmağı planlaşdırır. Bu yerlərin çoxu ölkənin regionlarında, əsasən də əkinçilik və kənd təsərrüfatı məhsullarının emalı sahələrində açılacaq. Azərbaycanın İqtisadi İnkişaf naziri(İİN) Fərhad Əliyev belə deyib.
Qeyri-neft sahələrinin inkişafı üçün kredit şəraitinin yumşaldılacağını və sadələşdiriləcəyini , müvafiq fondlar yaradılacağını vurğulayan nazir, qeyd edib ki, bu il Milli Yardım fondundan (MYF) sahibkarlığa 57 mlrd. manat ayrılacaq. 9 ayda sahibkarlığın inkişafına ayrılmış 38 milyard manat respublikanın 46 şəhər və rayonunda 231 biznes -layihənin maliyyələşdirilməsinə yönəldilib. Bu sərmayənin 80 faizi Bakıdan kənara xərclənib.Bu zaman istehsal və emalla məşğul olanlara üstünlük verilib. Bu layihələri 14 bank kreditləşdirib.Biznes-layihələrin gerçəkləşdirilməsi sayəsində bu il respublikada daha 5 min iş yeri açılacaq.
Keçən il MYF-dan sahibkarlığa ayrılmış12 milyard manat 18 bölgədə 49 sahibkara verilmiş və yeni 1400 iş yeri açılmışdı. 2003-2005-ci illərdə ölkədə sahibkarlığın inkişafına 250 milyard manat ayrılacağı nəzərdə tutulub.


BOLQAR SOSİOLOQ PLAMEN NİKOLOV: İLHAM ƏLİYEV PREZİDENT SEÇKİLƏRİNDƏ GURULTULU QƏLƏBƏ QAZANARAQ, ƏN YAXIN RƏQİBİ İSA QƏNBƏRİ DARMADABIN EDİB

BAKI.20.10.2003.MEDİA-PRESS:" Azərbaycanın baş naziri İlham Əliyev prezident seçkilərində gurultulu qələbə qazanaraq, öz rəqiblərini darmadağın edib və ən yaxın rəqibi İsa Qənbərdən qat-qat artıq səs toplayıb." Bu sözlərin müəllifi Azərbaycanda Bakı Sosioloji xidmətinin "Şəffaf seçkilər" adı ilə keçirdiyi ictimai sorğunun iştirakçısı, ATƏT müşahidəçisi, bolqar sosioloq Plamen Nikolov LİDER müstəqil telekanalına müsahibəsində deyib. O daha sonra qeyd edib ki,prezident seçkiləri günü iki sosioloji tədqiqat aparılıb. Biri -"exit poll"("çıxışda")-səs verib məntəqələrdən çıxan seçicilərin rəyinin öyrənilməsi, o birisi isə-"quick count"-əlüstü hesablanma.Birinci sorğunun mahiyyəti belədir: Səs verib bayıra çıxan seçici bir neçə sual qoyulmuş ( cinsi, yaşı, təhsili, namizədlərdən kimə səs verməsi) sorğu vərəqini adını göstəpmədən doldurur.
Plamen Nikolovun sözlərinə görə, bolqar mətəxəssislər hələ yayda Bakıya gələrək, zəruri hazırlıq işləri aparmışdılar.Məsələn, onlar əvvəlki seçkiləin protokolları ilə tanış olub , seçki məntəqələrinin strukturunu araşdırıblar, Bu, onlara lazımi şeyləri seçməyə imkan verib, axı,sorğu məntəqələrini heç də hamısını əhatə etməyib. Razılaşdırılıb ki, sorğunu "Şəffaf seçkilər" təşhkilatının azərbaycanlı sosioloqları aparacaq, bolqar ekspertlər isə lazımi məsləhətlər verəcək və sorğunun gedişatına nəzarəti üzərlərinə götürəcəklər.Bolqarıstanda bizim apardığımız tədqiqatlar çox dəqiq olub. Belə ki, parlament seçkiləri gedişində tam dəqiq göstərə bilirdik ki, siyahıdakı ilk iki partiya neçə deputat yeri alacaq. Qalanları barəsində isə yanlışlığımız təxminən 1,5 % civarında olurdu!
Doğrudur, bolqar sosioloqları sürpriz gözlləyirdi:seçki gənü Mərkəzi Seçki komissiyası texniki səbəblər üzündən onları heç cür "eyniləşdirə bilmədiyindən", qonaqlar tədqiqatlarına yalnız saat 11-də başlaya bildilər. Seçicilərin lap səhər tezdən də çox fəal olduqlarını nəzərə alsaq, bizim bir neçə saat itirdiyimiz aydınlaşar."Günortaya kimi İlham Əliyevin səslərin 62 faizini toplaması da, bizim düşündüyümüz kimi, elə bu "gecikmə"nin nəticəsi olub. Bunun doğruluğunu bizim 2-ci tədqiqatımız-"quick count", yəni , əlüstə apardığımız hesablamalar da təsdiq etdi. Müşahidəçilərimiz bəzi məntəqələrdə səsvermənin nəticələrini bülletenlərin hesablanmasından dərhal sonra alırdılar. Sonra aydınlaşdı ki, bu rəqəmlər çıxışda aparılan sorğunun rəqəmlərindən 10% çoxdur.Belə götürəndə, hətta ən bədbin hesablamalara görə, İlham Əliyev minimum 72% səs toplayıb, "Musavat" başqanı İsa Qənbər isə- maksimum-13 %!"
O ki. qaldı yerli sosioloji ADAM xidmətinin oktyabrın 15-də keçirdiyi "exit poll" sorğusunun əks nəticələrinə,Plamen Nikolovun əqidəsincə, bu,saxtakarllıqdan savayı bir şey deyil." Bizim tədqiqatımız çox etibarlı aparılıb və ehtimali səhvlərdən qaçılması üçün , hətta özümüzü sığortalayaraq, rəqəmləri kiçiltmişik də! Nər halda söhbət yalnız bundan gedə bilər ki, İlham Əliyev "Musavat" başqanından nə qədər yox, neçə dəfə çox (!) səs toplayıb!" Bolqar sosioloq Plamen Nikolov fikrini bele tamalayıb: "İsa Qənbər seçkiləri biabırçılıqla uduzub. Peşəkarın buna şübhəsi ola bilməz!"


BTC Co DİREKTORLAR ŞURASININ İCLASI OKTYABRIN 22-23-DƏ TÜRKİYƏDƏ KEÇİRİLƏCƏK

BAKI.20.10.2003.MEDİA-PRESS: BTC Co (Bakı-Tbilisi-Ceyhan ) boruçəkmə şirkəti direktorlar şurasıının oktyabrın 22-23-də Türkiyədə keçiriləcək iclasına Dövləi Neft şirkətinin ( ARDNŞ ) prezidenti Natiq Əliyev sədrlik edəcək. ARDNŞ-in mətbuat xidmətində "İnterfaks-Azərbaycan"a verilən bu məlumatda iclasda kəmərin texniki, kommersiya və maliyyə məsələlərinin müzakirə olunacağını, direktorlar şurası üzvlərinin borunun Türkiyə sahəsinin və Ceyan limanındakı terminalın gedişi ilə tanış olacaqlarını qeyd ediblər.
Natiq Əliyev kəmərin Türkiyə hissəsinin tikintisi üzrə baş podratçı olan Dövlət boruçəkmə şirkəti BOTAŞ və Ceyhhan neft terminalının tikintisini reallaşdıran TEKFEN şirkətinin rəhbərliyi ilə də görüşəcək. ARDNŞ prezidenti TürkiyəYanacaq və Təbii Ehtiyatlar nazirliyindəki görüşdə gələn ilin sonuna kimi BTC tikintisinin tamamlanmasını və kəmərin türkiyə sahəsinin istismara verilməsini təmin edə biləcək təşkilati məsələləri müzakirə edəcək.
BP Azərbaycan şirkətinin mətbuat xidməti "İnterfaks-Azərbaycan"a məlumat verib ki, indiədək BTC kəmərinin tikintisinə 1,5 milyard dollar xərcllənib və bütün tikinti işlərinin yarısı bu ilin sonuna kimi başa çatdırılacaqdır
BTC ƏİK iştirakçıları bunlardır: BP (30,1%), ARDNŞ (25%), Unocal (8,9%), Statoil (8,71%), TPAO (6,53%), İtochu (3,4%), ConocoPhillips (2,5%), İNPEX ( 2,%%), TotalFinaElf (%%), və Amerada Hess (2,¹:%).
1767 km. uzunluğu olan kəmərin 443 km.-Azərbaycandan, 248 km.-Gürcüstan və 1076 km.-Türkiyədən keçəcə 50 milyon ton neft daşıya biləcək bu xəttin 2003-cü ilin aprelində başlamış tikintisi gələn ilin sonunda tamamlanacaq.Azərbaycan neftinin Ceyhan limanından ixracı isə 2005-ci ilin 2-ci rübünə nəzərdə tutulub.


AZƏRBAYCANLI SAHİBKARLAR ÖLKƏDƏ SİYASİ SABİTLİK İSTƏYİRLƏR

BAKI.20.10.2003. MEDİA-PRESS:Bu gün 300-ə yaxın yerli və əcnəbi sahibkar Bakıda Azəbaycan İqtisadi İnkişaf nazirliyi rəhbərliyi ilə görüşüb.Tədbir prezident seçkilərindən sonra Bakıda baş vermiş hadisələrə münasibət bildirmək istəyən biznes adamlarının təşəbbüsü ilə keçirilib.
Respublika prezidenti seçkilərinin yekunu ilə razı olmadığını bildirən radikal müxalifəti törətdiyi kütləvi iğtişaşların təşkilatçıları və iştirakçılarını pisləyən sahibkarlar Azərbaycanda siyasi sabitliyin bərqərarını biznesin inkişafı üçün zəruri amillərdən biri kimi vurğulayıblar.Siyasi sabitliyə nə qədər çox təminat olarsa,əcnəbi investorlar da ölkə iqtisadiyyatına bir o qədər artıq sərmayə yatırar.
Baku Steel Co.-nun prezidenti Paolo Pərvizin fikrincə,Azərbaycanda başa çatmış prezident seçkiləri sübud edir ki, ölkədə siyasi sabitlik bundan sonra da qalacaq. Lakin 16 oktyabr hadisələri şhər-hhalda xaricdə də əks-səda verdi və bəzi potensial investorlları qorxtdu. Beləki, onun sözlərinə görə, iğtişaşlardan sonra Hyatt Regency mehmanxana kompleksində müştərilərin sayı 30 % azaldı.Halbuki, onlar Bakıya işgüzar danışıqlar üçün gəlmişdilər.
Görüş iştirakçılarının qəbul etdikləri bəyanatda radikal müxalifətin, müxalifətçi "Musavat","Ümid", və AZƏRBAYCAN Demokrat partiyalarının əməlləri pislənilir. Biznes adamları ölkə prezidenti seçilmiş İlham Əliyevi ddə müdafiə etdiklərini bildiriblər.


POLİS BAKIDAKI İĞTİŞAŞLARIN TƏŞKİLATÇILARINI HƏBS ETMƏKDƏDİR

BAKI.20.10.2003.MEDİA-PRESS: Azərbaycanın hüquq-mühafizə orqanları oktyabrın 15 və 16-da Bakıda kütləvi iğtişaşların təşkilində şübhəli bilinən daha iki nəfəri həbs edib.Respublika Daxili İşlər nazirliyində(DİN) "İnterfaks-Azərbaycan"a verilən məlumata görə, saxlananlardan biri Bakıdakı iğtişaşların əsas təşkilatçısı sayılan "Musavat" lideri İsa Qənbəri dəstəkləyən Xalq partiyasının lideri Pənah Hüseynovdur. Saxlananlardan ikincisi - "Musavat" partiyası sədrinin müavini İbrahim İbrahimliir.
Beləliklə, Bakıda 15-16 oktyabrdakı iğtişaşların təşkili və keçirilməsində şübhəli bilinərək saxlananların sayı 7-yə çatıb.Bunlar "Ümid" partiykasının çədri İqbal Ağazadə, "Əhrar" partiyasının lideri Vaqif Hacıbəyli, Azərbaycan Demokrat partiyasının baş katibi Sərdar Calaloğlu, "Musavat" partiyasının sədr müavini Sülhəddin Əkbər və Qarabağ Əlilləri təşkilatının keçmiş sədri Etimad Əsədovdur
Xaırladırıq ki, 15-16 oktyabrda radikal müxalifət "Musavt"ın lideri İsa Qənbərin prezident seçkilərindəki məğlubiyyəti ilə razılaşmayaraq, Bakıda kütləvi iğtişaşlar təşkil etmişdi.
Son günlər hüquq-mühafizə orqanları üst-üstə 200-ə yaxın adamı kütləvi iğtişaşlarda iştirakda təqsirli bilərək saxlayıb.


AZƏRBAYCANDAKI XARİCİ ŞİRKƏTLƏR ƏLVERİŞLİ İŞ ŞƏRAİTİNİN QALACAĞINA ÜMİD BƏSLƏYİRLƏR

BAKI.20.10.2003.MEDİA-PRESS: Azərbaycanda çalışan əcnəbi şirkətlər İlham Əliyevin ölkə prezidenti vəzifəsinə seçilməsindən sonra respublikada əlverişli investisiya mühitinin qorunub saxlanacağı ümidindədirlər."Lukoyl" Rusiya neft şirkətinin mətbuat xidmətinin Neft informasiyası agentliyinə (NİA ) məlumatına görə, şirkət ümid edir ki, yeni liderin rəhbərliyi altında Aərbaycan əvvəlki kimi yenə də islahatlar və ölkənin müsbət nailiyyətlərinin artırılması yolu ilə gedəcəkdir.
"Lukoyl"da qeyd ediblər ki ,"iki ölkənin neftçiləri arapsında daim mövcud olmuş ənənəvi dostluq və qarşılıqlı, tərəfdaşlıq telləri xalqlarımızın rifahı naminə qorunub saxlanacaq və artırılacaqdır.
Xatırladırıq ki, indi bu Rusiya şirkəti Zıx və Hövsanı neft yataqlarının işlənməsi layihəsində 50% iştirak payına malikdir, paritet (bərabər) əsaslarla italyan Agipi (ENİ italyan korporasiyasının istixrac qurumu) ilə LUKAgip müştərək müəssisəsində (MM) iştirak edir( "Şah-Dəniz" layihəsində MM 10% paya malikdir), həmçinin Yalama şelf strukturunda -80% ( məhsulun bölüşdürülməsi sazişi üzrə) paya malikdir.
Amerika ExxonMobili də respublikada xarici investorlar üçün əlverişli şəraitin qalacağına və onunla Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ ) arasında yaranmış münasibətlərin də hifz olunacağına ümid bəsləyir.Şirkətin mətbuat xidmətində "Neft İnformasiyası agentliyi"nə (NİA) bildiriblər ki," tezliklə biz operatoru olduğumuz yeni "Zəfər-Məşəl" strukturunda qazma işlərinə başlamaq niyyətindəyik. ExxonMobil bu layihədə 30% , "Azəri-Çıraq- Günəşli" (AÇQ) yataqlarının işlənməsi layihəsində isə 8 faizdən çox iştirak payına malikdir".
Norveç neft-qaz şirkəti Statoil İlham Əliyevin seçilməsi ilə bağlı investiya rejimində hansısa dəyişiklik gözləmir. Şirkətin Bakı şöbəsinin mətbuat nümayəndəsi NİA müxbirinə məlumatında daha sonra qeyd edib ki, " biz Azərbaycandakı və ümumiyyətlə Xəzər regionundakı planlarımızı və strategiyamızı dəyişməyə hazırlaşmırıq. Statoil Bakı-Tbilisi -Ceyhan Əsas ixrac kəmərinin tikintisi layihəsində-8,71%, AÇG layihəsində -8,5633% və "Şah-Dəniz" üzrə məhsulun bölüşdürülməsi sazişində-25,5% paya malikdir".


EDUARD ŞEVARDNADZE: AZƏRBAYCAN GÜRCÜSTANIN STRATEJİ MÜTTƏFİQİ VƏ DOSTU OLUB VƏ OLARAQ QALIR

BAKI.20.10.2003.MEDİA-PRESS: Gürcüstan prezidenti Eduard Şevardnadze bu gün bəyanat verib ki, "Azərbaycan Gürcüstanın strateji müttəfiqi və dostu olub və olaraq qalır". O , Dövlət Dəftərxanasında brifinq zamanı deyib:" Gürcüstan qonşu dost dövlətdə hadisələrin inkişafına biganə qala bilməz".
Azərbaycandakı seçkilərin nəticələrinə toxunan Şeverdnadze deyib:"Bu seçkilərin yekunu heç bir şübhə doğurmur və azərbaycan əhalisinin İlham Əliyevi dəstəkləyən böyük əksəriyyətinin əhval-ruhiyyəsini əks etdirir.Seçkilərdən sonra Azərbaycan müvəqqəti problemlərlə üzləşib və onlar mütləq dəf ediləcək."


İRAN XƏZƏRDƏ NEFT İSTİXRACININ ARTACAĞINI PROQNOZLAŞDIRIR

BAKI.20.10.2003.MEDİA-PRESS: 2010-cu ilə kimi Zəzərdəki yataqlarda gündəik hasilat 3,8 milyon barrel olacaq. İndi burada gündə 1,3 milyon barrel neft istixrac edilir.İranın Neft nazirinin müavini Həmdullah Mohəmməd Nejad belə deyib.
Bir barrel neftin Tengiz yatağındakı orta qiymətinin 2-2,5 dollar olduğu nəzərə alınmasa, İranın Xəzər neftinin ixrac maya dəyərinin bu göstəricisinin 5 dollara yaxın olduğunu vurğulayan nazir müavini qeyd edib ki, gələcəkdə Xəzərdə neft istixracının artacağı ilə əlaqədar, burada hasil edilən yanacağın ixracı üçün "Şimal-Cənub" dəhlizinin təşkili mühüm rol oynayardı.


ATƏT-İN MİNSK QRUPU HƏMSƏDRLƏRİ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ REGİONUNA GƏLƏCƏK

BAKI.20.10.2003.MEDİA-PRESS: ATƏT-in Minsk qrupu həmsədrləri noyabrın birinci ongünlüyündə Dağlıq Qarabağ münaqişə regionuna gələcək və nizamlanma üzrə yeni ideyalar təqdim edəcəklər.Jurnalistlərə bu məlumatı verən , Ermənistanda, sonra da Azərbaycandakı prezident seçkiləri ilə bağlı ləngiyən danışıqlar prosesinin canlanmasını alqışlayan Azərbaycanın Xarici İşlər naziri Vilayət Quliyev, bununla yanaşı qeyd edib ki, respublika gözləyir ki, həmsədrlərin yeni təkliflərində Bakınn prinsipial mövqeyi nəzərə alınacaq."


RUSİYA QAZININ TÜRKİYƏYƏ İXRACININ ÜMDƏ ŞƏRTLƏRİ DƏYİŞMƏYƏCƏK.

BAKI.20. 10. 2003. MEDİA-PRESS: Rusiya qazının Türkiyəyə ixracının əsas şərtləri dəyişməyəcək.Qaz İnformasiya agentliyinin (QİA ) müxbirinə müsahibəsində bu sözlərin müəllifi "Qazprom" Açıq Tipli Səhmdar cəmiyyəti (ASC ) İdarə heyətinin sədr müavini Yuri Komarov deyib:" Biz qaz ixracının həmişə rəqabət qabiliyyətli şərtlərinin, yəni Avropaya ixracla eyniyyət təşkil edən şərtlərin təmini barədə danışıqlar aparırıq."Qazprom" hazırda qazı 100-faizlik pul ödənişi şərtləri ilə verir. Rusiya şirkəti Türkiyəyə qaz ixracından qazancının bir qismini onun üçün maraq doğuran layihələrə, məsələn, Türkiyənin qazpaylaşdırıcı şirkətlərinin özəlləşdirilməsinə yönəldə bilər".
Bundan əvvəl Türkiyənin Energetika və Təbii Ehtiyatlar naziri Hilmi Güler Rusiyadan 4 qiymətə qaz alındığına işarə edərək:"Biz vahid qiymət olmasını istəyirik" demiş və ölkəsinin qazın müəyyən qismətinin dəyərinin mal və xidmətlərlə ödənilməsində İsrarlı olduğunu vurğulamışdı. Xatırladırıq ki, Türkiyə avqustun 1-dən "Mavi axın" layihəsi üzrə qaz alınmasını bərpa edib.Qazın qiymətinin hesablanmasında rusiya tərəfinin səhvə yol verdiyinə istinad edən Türkiyə həmin boru xəttindən qaz götürülməsini martda dayavndırmışdı.


YANVAR-SENTYABRDA AZƏRBAYCAN İQTİSADİYYATINA İNVESTİSİYALAR 70,9% ARTIB

BAKI.20.10.2003. MEDİA-PRESS:2003-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşlarının həcmi 12,067 trilyon manat olub ki, bu da ötən ilin məvafiq dövründəkindən 70,9% artıqdır.
Dövlət Statistika komitəsinin (DSK) məlumatına görə, ümumi məbləğin 9,777 trilyon manatını - xarici , təqribən -2,290 trilyonunu isə daxili investisiyalar təşkil edib. 2002-ci ilin müvafiq dövrü ilə müqayisədə xarici investisiyaların həcmi -81,2 %, daxili investisiyaların hhəcmi isə -37,4% çoxalıb.
İnvestisiyaların əsas mənbəyini müəssisələrin öz vəsaitləri təşkil edib-10,194 trilyon manat.Bank kreditləri-251,2, büdcə vəsaitləri-320,5, qeyri-büdcə fondlarının vəsaitləri-104,9, əhalinin öz vəsaitləri isə-331,4 milyard manata çatıb.
Plana görə, cari ildə Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşlarının həcmi 13,2 trilyon manat təşkil edəcək.