Aİ QARABAĞ MÜNAQİŞƏSİNİN NİZAMLANMASI İLƏ FƏAL MƏŞĞUL OLMAQ NİYYƏİNDƏDİR
MƏNFƏƏTDƏN FƏRQLİ VERGİ AZƏRBAYCAN DÖVLƏT BÜDCƏSİNƏ DAXİLOLMALARIN ARTMASINA GƏTİRSƏ DƏ BVF ONUN LƏĞV EDİLMƏS İNDƏ İSRARLIDIR
BAKI.22.10.2003.MEDİA-PRESS:Azərbaycan İqtisadi İnkişaf nazirliyi (İİN) regionlar və iqtisadiyyatın sahələri üzrə mənfəət vergisinin tutulmasının fərqli sisteminin yanvar-sentyabr aylarında tətbiqinin monitorinqini keçirib. İİN naziri Fərhad Əliyevin jurnalistlərə verdiyi məlumata görə,monitorinqin nəticələri göstərib ki, bu sistemin tətbiqidövlət büdcəsinə daxilolmaların artmasına səbəb olub.
Verginin bu növü respublikada 2003-cü il yanvarın 1-dən tətbiq edilir. Yeni qaydaya görə, Abşeron yarımadasında yerləşən müəssisələr mənfəət vergisini maksimum dərəcə ilə -25 faizlə, Gəncə, Sumqayıt, Mingəçevir, Əli-Bayramlı şəhərlərində aə onların ətrafındakı müəssisələr -20 faizlə, Azərbaycanın dağ rayonlarında və Naxçıvan Muxtar Respublikasındakı müəssisələr isə-15 faiizlə ödəyirlər.
Lakin Beynəlxalq Valyuta Fondu (BVF) bu differensiyalı vergilin ləğv olunmasında təkid edir. BVF missiyası oktyabrın axırı-sentyabrın əvvəllərində Bakıya gələcək və bu məsələ növbəti dəfə müzakirə ediləcəkdir.
Vergiqoymanın belə metodunun saxlanmasında təkid edən Bakı, hesab edirdi ki, fərqli vergitutma regionların inkişafının sürətlənməsinə gətirib çıxarır.Təqribən bir ay əvvəl parlamentin İqtisadi siyasət komissiyasının sədri Səttar Səfərov yayanmın vəziyyəti şşərh edərkən demişdi:"Biz BVF ilə danışıqlarda bu məsələdə prinsipial mövqe tuturuq. ABŞ-da də belə differensasiya tətbiq olunur və ondan iqtisadi inkişafa təsir vasitəsi kimi istifadə edilir. Mən bu sistemin saxlanmasını məqsədəuyğun sayıram və məncə , bu, çox düzgün siyasətdir".
İİN də bele vergiqoyma metodunun saxlanmasına tərəfdar çıxıb. Lakin indi hökumət, müəyyən şərtlərlə də olsa, differensasiyalı verginin ləğvi imkanından danışmağa başlayıb. Baş nazirin birinci müavini Artur Rasizadə deyib ki, regionlar və sahələr üzrə mənfəət vergisi tutulmasının fərqli sistemi, yəqin ki, 2004-cü ildən ləğv ediləcək.
İİN rəhbərinin sözlərinə görə, hökumətin hətta bu addımı atacağı təqdirdə, qeyri-neft sahələri üçün mənfəət vergisinin dərəcələri bütün hallarda neft bölməsindən aşağı olacaq. Ancaq bu, elə tətbiq ediləcəkdir ki, dövlət büdcəsinə ziyan dəyməsin.
AMB BANKLARIN NİZAMNAMƏ KAPİTALININ MİNİMUM HƏCMİNƏ YENİ TƏLƏBLƏR İRƏLİ SÜRƏCƏK
BAKI.22.10.2003.MEDİA-PRESS: Azərbaycan Milli Bankı (AMB) respublikada fəaliyyət göstərən bankların nizamnamə kapitalının minimum həcminə yeni tələblər qoyacaq və bank bölməsində əcnəbi kapitalın iştirak limitİ üzrə qərar çıxaracaqdır.
AMB sədri Elman Rüstəmova istinadən "İnterfaks-Azərbaycan"ın verdiyi məlumata görə, Milli Bank Beynəlxalq valyuta fondunun və Ümumdünya Bankının Azərbaycanın Maliyyə bölməsinin qiymətləndirilməsi proqramı üzrə birgə missiyasının ilkin rəyinə də yaxın günlərdə cavab verməlidir. Bu sənədə bankların nizamnamə kapitalının minimum həcminə tələblərin planlaşdırılmış artırılmasına və orada əcnəbi kapitalın iştirakına limit qoyulmasından imtina edilməsi imkanına aid məsələlər daxil edilib.
Beynəlxalq Valyuta fondu və Ümumdünya Bankı ekspertləri Bakıda qanunvericilik bazasını, bank nəzarəti sistemini, monetar siyasəti, korporativ idarəetmənin və ipoteka kreditlərinin keyfiyyətini 2 həftə ərzində təhlil edəcəklər.
Proqramın 2-ci mərhələsi (dekabr-2003) qiymətli kağızlar bazarının genişllənməsinin,,sığorta sistemlərinin və təqaüd ödənişlərinin, investisiya fondlarının fəaliyyətinin təhlilini nəzərdə tutur. Proqrama repsublika hökümətinin xahişi ilə başlanılıb.
Hal-hazırda əcnəbi kapitalın Azərbaycan bank bölməsində iştirakına qoyulmuş limit Azərbaycan banklarının nizamanamə kapitalının ümumi həcminin 50 faizini təşkil edir. Banklar üçün nizamnamə kapitaı minimumu indi 2,5 mln. dollardır. Lakin bu göstəricini 5 mln. dollara çatdırmaq planlaşdırılır.
AMB İdarə heyətinin üzvü Rüfət Aslanovun məlumatına görə, bankların kapitalizasiyasının artırılması zəruri prosesdir, çünki nizamnamə kapitalının azlığı üzündən bir çox banklar iri layihələri maliyyələşdirə bilmir. R. Aslanov respublika bank sistemində əcnəbi kapitalın iştirakına limit qoyulmasına toxunaraq deyib:"AMB-nin bu məsələdə strategiyası ona yönəlib ki, Azərbaycanda xarici bankların kapitalını iri transmilli banklar təmsil etsin. Onların iştirakı iri məbləğdə investisiyaların cəlbinə imkan verə bilərdi".
İndi Azərbaycanda mövcud olan 46 bankın 16-sında xarici kapital iştirak edir.Bankların nizamnamə kapitalı üst-üstə 701,5 milyard manat təşkil edir.
ATA HOLDİNQ GƏDƏBƏY RAYONUNDA KARTOF EMALI ZAVODU TİKMƏK NİYYƏTİNDƏDİR
BAKI.22.10.2003. MEDİA-PRESS: Azərbaycanın Gədəbəy rayonunda kartof emalı zavodunun tikilməsi planlaşdırılır. Ata Holdinq Müşahidə şurasının sədri Əhməd Erentokun dediyinə görə, indi şirkətin nümayəndələri bu layihənin biznes-planını hazırlayırlar. Holdinqin Azərbaycan rayonlarının inkişaf etməsində maraqlı olduğunu vurğulayan A.Erentok biznes-planın bu ilin axırına hazır olacağını , sonra da zavodun tikintisinə lazım olan investisiyanın həcminin müəyyənləşdiriləcəyini deyib. Zavodun kartof püresi, çipsı və dondurulmuş yarımfabrikatlar buraxacağı planlaşdırılır.
Erentok həmçinin Gədəbəy rəhbərliyinin rayonda zavod tikintisi ideyassını dəstəklədiyini vurğulayaraq deyib:"Layihənin gerçəkləşməsi yeni iş yerləri yaratməğa, regionun inkişafına və məhsulun ixracından valyuta qazanmağa imkan verəcək.Həm də yerli istehsalçıları öz mallarını satmaq müşkülatı da olmayacaq".
Ata Holdinqə bir neçə qurum, o cümlədən, Ata Bank, Ata Audit, Ata konsaltinq, Ata İnşaat, Ata Sanaye, Ata Turizm daxildir. 5 hüquqi şəxs Ata Holdinqin səhmdarıdır. Holdinqin səhmlərinin 50 faizi Britaniya investisiya qrupuna mənsubdur. Bu qrup azərbaycan holdinqinin investisiya layihələrində fəal iştirak etmək niyyətindədir.
ÜB MİSSİYASI AZAD EDİLMİŞ TORPAQLARIN BƏRPASI ÜZRƏ PİLOT LAYİHƏSİNİN REALLAŞMASINI YOXLAYACAQ
BAKI.22.10.2003.MEDİA-PRESS: Ümumdünya Bankının (ÜB) azad edilmiş torpaqların bərpasının pilot layihəsi üzrə missiyası oktyabrın 27-də Bakıya gəlir. ÜB ekspertləri erməni işğalından azad edilmiş rayonlarımızda bərpa işlərinin gedişi ilə tanış olacaqlar.
ÜB-nın Bakı nümayəndəliyində qeyd ediblər ki, layihədə məqsəd qaçqınlar və məcburi köçkünlər üçün yaşayış evləri tikilməsi deyil, zəruri infrastrukturun, yəni su və enerji təchizatının, irriqasiya sisteminin bərpası, məktəblərin, tibb ocaqlarının təmir və təchiz edilməsidir.
Bundan başqa layihə çərçivəsində qaçqınlara və məcburi köçgünlərə az məbləğdə kreditlər də verilir ki, bu da onlara, belə deyək, aqrar bölmədə öz biznesləri ilə məşğul olmağa imkan verir. Layihə Azərbaycanın Füzuli, Abdam, Goranboy və Tərtər rayonlarında tətbiq edilir.
Layihənin realizəsi haqqında sazişi Azərbaycan höküməti və ÜB 1999-cü ilin oktyabırnda imzalayıblar. ÜB onun gerçəkləşməsinə 20 mln. dollar ayırıb.
ABŞ 20 İLDƏ NEFT ASILILIĞINDAN YAXA QURTARMALIDIR. AMERİKA EKSPERTLƏRİ BELƏ HESAB EDİRLƏR
BAKI.22.10.2003. MEDİA-PRESS:abş-IN Yaxın Şərq üzrə ekspertləri ölkənin enerji təhlükəsizliyi problemini ötən həftə Heritage fondunda müzakirə ediblər. Moskvanın "Kommersant" qəzeti yazıb ki, müzakirələr neft embarqosunun 30 -illiyinə təsadüf edib.Neft istixrac edən ərəb ölkələri prezident Niksonun "məhşər günü" müharibəsində İsrailə kömək göstərmək qərarından sonra, ABŞ-a neft ixracına qadağa qoydular.
Heritage fondunun aparıcfı eksperti Cim Filipsin sözlərinə görə,neft çıxaran ölkələrdə siyasi sabitliyin olmaması hazırda Amerikanın enerji təhlükəsizliyinə zərbədir.Deməli, ABŞ-ın bu sarıdan imkanları məhduddur.İndi mən yeganə çıxışı strateji neft ehtiyatının artırılmasında görürəm.İndə bu ehtiyatlar 560 milyon barrelə yaxındır.Heç də az olmayan bu ehtiyat artırılmalıdır.Prezident Buş 2005-ci ilə kimi stratejt neft ehtiyatının mümküm qədər artırılması barədə sərəncam verib.Beləliklə,ehtiyatlarımız 700 milyon barrelə yüksələcək.Ancaq mən bunu kafi saymıram.
Cim Filips əmindir ki,ABŞ öz neft hasilatını artırmalı və İraqda vəziyyəti sabitləşdirməlidir, çünki bu ölkə bazara daha çox neft çıxarmaq gücündədir.
Qlobal Təhlükəsizlik Araşdırmaları institutunun icraçı direktoru Hal Lyuftun çıxışı daha bədbin mənzərə yaratdı. O xəbərdarlıq etdi ki, 1972-ci illə müqayisədə ABŞ-ın xarici neftdən asılılığı təqribən ikiqat artıb.O vaxt ABŞ -ın idxalı 28 faiz idisə, bu gün-55 faizdir. 2020-ci ilə kimi asılılıq 70 faizə yüksələ bilər. Ən pisi isə odur ki,Amerikanın Yaxın Şərq neftindən asılılığı da xeyli artacaq və 2025-ci ildə ümumi idxalın yarısını təşkil edəcəkdir. Hal Lyuftun fikrincə, dünya neft ehtiyatının 74,8 faizinin bu gün müsəlman ölkələrində olması, ABŞ üçün böyük problem yaradır.Məsələn , neft istehsal edən ərəb ölkələrinin lliderləri son il yarımda daha tez-tez eyham vurmağa başlayıblar ki, onlar neft qadağalarını yenidən tətbiq etməyə hazırdırlar.
Lyuft buna misal kimi İslam Konfransı Təşkilatı ölkələrinin keçən ilin oktyabrında olmuş konfrasını göstərib.Orada məhz ABŞ-a qarşı neft embarqosu ggündəmə gətirilmişdi.Məqsəd Amerikanı İraqa hücümdan daşınmağa vadar etmək idi.O vaxt Malayziyanın baş naziri Mahathir Məhəmməd demişdi:" Neft ərəb ölkələrini əlində olan yeganə sərvətdir ki, bütün dünyaya da lazımdır. Neftin hasilatını azaltmaqla, biz onu müsəlmanların mənafeini qoruyan silaüa çevirə bilərik". Lyuft 2002-ci ilin aprelində Səddam Hüseynin İsrailin İordan çayının qərb sahilində ardığı cəza tədbirinə cavab kimi elan etdiyi 30-günlük embarqonu da misal çəkib.
Hal Lyuftun fikrincə," bü gün müsəlman ölkələri dünya bazarının təqribən 40 faizinə nəzarət etmələri səbəbindən neft qadağalarından daha səmərəli istifadə edə bilmirlər. Ancaq bazara çıxarılan neftitn 60-70 faizi bu ölkələrə məxsus olarsa, nə baş verəcəyini kim deyə bilər?11 Sentyabr hadisələri ABŞ-ı dünyada başqa neft mənbələri axtarmağa , Anqola, Rusiya, Kolumbiya, Qazaxıstan, Azərbaycan və bu kimi OPEK-ə daxil olmayan ölkələrə söykənməyə məcbur etdi. Ancaq bu, yaranmış vəziyyətdən yalnız müvəqqəti çıxışdır. OPEK üzvü olmayan ölkələrdə neft xeyli tez tükənəcək. Çünki Rusiya bir sıra başqa istehsalçılardan fərqli olaraq, OPEK ölkələri neftlərini tam həcmdə çıxartmırlar. Bu isə o deməkdir ki, 25 ildən sonra OPEK dünya neft ehtiyatının 95 faizinin sahibi olacaq! Bax, o zaman onların dünya istehsalında payı 60-70 faizə çatacaq." Ekspertin fikrincə, nefti olan və olmayan ölkələr arasındakı münasibətlər də pisləşəcək. Məhz bu amil bəhanəyə çevrilə bilər ki, OPEK neft qadağalarına əl atsın.
Yaxın Şərqdə istiqrarın olmamasından danışan Hal Lyuft deyib:" bu regionun problemləri son 30 ildə ABŞ-a 7 trilyon dollara başa gəlib ki, bu da Amerikanın vətəndəaş müharibəsi da daxil, iştirak etdiyi bütün müharibələrə xərclədiyindən çoxdur.ABŞ-ın 20 il vaxtı vardır ki, öz enerji təhlükəsizliyini həll etsin. Gərək biz müsəlman ölkələri ilə münasibətlərimizi yaxşılaşdırmağa çalışaq .Bunun üçün ərəb-israil münaqişəsinin həllii tapmaq, ərəb dünyasının demokratikləşdirilməsi ilə məşğul olmaq və radikal islamla uğurla mübarizə aparmaq tələb olunur." Hal Lyuft axırda deyib ki, əgər Amerika Orta Şərqədən Orta Qərb düzəldə bilməsə, bircə yol qalır: neftə söyənən iqtisadiyyata keçmək.
ATƏT-İN İNDİKİ SƏDRİ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN NİZAMLANMASI MƏSƏLƏLƏRİNİ BAKIDA MÜZAEİRƏ EDİR
BAKI.22.10.2003.MEDİA-PRESS: ATƏT-in indiki sədri Yaap de Xoop Sheffer Cənubi Qafqaz ölkələinə tanışlıq səfəri çərçivəsində bu gün Bakıya gəlib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri onun Azərbaycanın Xarici işlər naziri Vilayət Quluyev, Milli Məclisin (MM) sədri Murtuz Ələsgərov və respublikamızın yeni seçilmiş prezidenti İlham Əliyevlə görüş və danışıqlarının başlıca mövzusu olacaq.
Dünən Yerevanda olarkən Y.Sheffer deyib: "Avroalılar istəyirlər ki,dağlıq qarabağ münaqişəsi birdəəlik və həmişəlik nizamlansın.ATƏT, Avropa Şurası və Avropa İttifaqı ümidvardırlar ki, Robert Koçaryan və İlham Əliyev münaqişənin tənzimlənməsi üçün mümkün olan hər şeyi edəcəklər."
ATƏT sədrinin sözlərinə görə, onun Yerevanda " Robert Köçəryan və tanınmamış Dağlıq Qarabağ respublikasının prezidenti Arkadi Qukasyanla açıq və səmimi söhbələri olub".
Y.Sheffer vurğulayıb ki, o, erməni rəhbərliyi ilə danışıqları zamanı ATƏT-in Misk qrupunun yeni təkliflərini təqdim etməyib, çünki Qrup həmsədrlərinin özləri yaxın vaxtlarda bu məqsədlə regiona gələcəklər.ATƏT münaqişşə tərəfi deyil, odur ki, yalnız danışıqların davam etdirilməsinə köməklik göstərə bilər.
Respublika prezident aparatı Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib ki,Bakı səfəri gedişində ATƏT sədri ,ola bilsin, Azərbaycan-NATO əməkdaşlığıməsələlərini də müzakirə etsin.Çünki Y.Sheffer 2004-cü ilin yanvarından Şimali Atlantik İttifaqının bbbaş katibi vəzifəsini tutacaq.
Qarabağ nizamlanması üzrə danışıqlar prosesinin fəallaşdırılması imkanlarına toxunan Novruz Məmmədov deyib:"danışıqlar prosesinə yeni simanın- Azərbaycanın yeni seçilmiş prezidentinin -qatılması münaqişənin nizamlanması tempini azaltmayacaq."
"İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə,fikrinə aydınlıq gətirərək deyib: "Yeni simanın gəlişi ilə danışıqlar prosesinin ləngiməsindən o vaxt danışmaq olar ki, söhbət ATƏT-in Minsk qrupunun yeni sədrindən getsin. Çünki işə varidolmaq üçün ona həqiqətən də müəyyən müddət gərəkdir. İlham Əliyev isə bu problemlə kifayət qədər çoxdan və uğurla məşğul olur."Avropa Şurasının Parlament Assambleyasında bu yaxınlaradək milli nümayəndə heyətimizin rəhbəri kimi İlham Əliyevin Qarabağdakı vəziyyətin dünya ictimaiyyətinə izah edilməsində böyük rol oynadığını qeyd edən N.Məmmədovun fikrincə,Dağlıq Qarabağ üzrə danışıqlar prosesinin ləngiməsinin əsl səbəbi "Ermənistanın qeyri-əməli mövqeyi, həmçinin dünya ictimaiyyətinin mənaqişənin həllində böyük marağının olmamasıdır ki, bu da öz növbəsində Minsk qrupu həmsədrlərinin ətalətinə səbəb olur".
YANVAR-SENTYABR AYLARINDA AZƏRBAYCANDA 11,5 MLN. TONDAN ARTIQ NEFT ÇIXARILIB
BAKI.22.10.2003.MEDİA-PRESS: Azərbaycanda 2003-cü ilin yanvar-sentyabr aylarında 11,543 mln. ton neft və qaz kondensatı hasil edilib ki, bu da 2002-ci ilin eyni dövrü ilə müqayisədə 0,8% çoxdur.
Bu həcmin 4,859 mln. tonunu "Çıraq" yatağından Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (ABƏŞ) istixrac edib. Bu şirkətdə il ərzində neft hasilatı 1,9% artıb.
Eyni halda respublikada hesabat dövrünə qaz istixracı 0,7% azalaraq, 3,83 mlrd. kub metr olub. Bunun 2,366 mlrd. kub metri səmt qazı, yəni neftlə birlikdə çıxan qazdır. Ötən illə müqayisədə 1,5% çox səmt qazı alınıb.
2003-cü ilin hesablamalarına görə, Azərbaycanda 15,25 mln. ton səviyyəsində neft çıxarılacağı gözlənilir. Bunun 8,8 mln. tonu ARDNŞ-in , 6,450 mln. tonu isə ABƏŞ-in payına düşəcək. Bu il 5,04 mlrd. kub metr səviyyəsində qaz çıxarılacağı proqnorzlaşdırılır.
ARDNŞ AZERI LIGHT MƏNFƏƏT NEFTİNİN ARTIQ 29-CU PARTİYASINI SATIR
BAKI.22.10.2003.MEDİA-PRESS: İsveçrənin Glencore şirkəti "Əslin müqaviləsi" çərçivəsində "Çıraq" yatağından Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) payına düşən mənfəət neftinin növbəti partiyasının alınması üçün keçirilmiş tenderin qalibidir.
Media-Pressə ARDNŞ-də verilən məlumata görə, 1 mln. barrel həcmində açıq rəngli Azeri Light markalı neft Gürcüstanın Supsa terminalından noyabrın 9-u və 10-da yola salınacaq. Bu artıq ARDNŞ-in "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı işlənməsi layihəsi çərçivəsində payına düşən mənfəət neftinin 29-cu partiyasıdır. Dekabrda Dövlət Şirkətinin daha bir dəfə öz mənfəət neftini satışa çıxarmaq imkanı olacaq.
Xatırladırıqı ki, ARDNŞ-in mənfəət neftinin ixracından qazandığı bütün vəsait Azərbaycan Dövlət Neft Fondunun (DNF) hesabına köçürülür. İndi bu Fondda 820 mln. dollara yaxın vəsait toplanıb. Ancaq ilin axırına kimi ARDNŞ bu puldan təqribən 70 mln. dollarını xərcləməlidir. Azərbaycan prezidentinin fərmanlarına uyğun olaraq, bu pulun bir hissəsi qaçqınlar və məcburi köçkünlər üçün tikiləcək evlərin maliyyələşdirilməsinə sərf ediləcək, qalanı isə dövlət büdcəsinə köçürüləcəkdir. Bu xərclər də nəzərə alınarsa, 2003-cü ilin sonunadək Fondda $ 750 mln. çox pul toplanmış olacaq.
"PİRALLAHI-2" OFFŞOR YATAĞINDA KƏŞFİYYAT QAZMASI YAXŞI NƏTİCƏ VERİB
BAKI.22.10.2003. MEDİA-PRESS: "Pirallahı-2" offşor yatağında kəşfiyyat qazmasının nətitcələri yaxşıdır. Azərbaycan Dövlət neft şirkətində (ARDNŞ) bildiriblər ki, iki kəşfiyyat quyusu yataqda neft ehtiyatının olduğunu göstərib. Bu,neft hasilatını sabitləşdirməyə imkan verəcək.
"Pirallahı-2" Xəzərin dayaz məntəqəsində yerləşir. Burada su təbəqəsinin qalınlığı 6-8 metrdən çox deyil, məhsuldar horizontlar ( qatlar) isə 800-1100 metr dərinlikdə yerləşir. Burada 1,2 milyon ton neft ehtiyatı olduğu təxmin edilir. Yataqda indiyə kimi "Abşeron" qazma qurğusundan 5 kəşfiyyat quyusu qazılıb.
Ən köhnə onşor yataqlarından sayılan "Pirallahı" da burada yerləşir.İstismarına hələ 19-cu əsrin sonlarında başlanılmış bu yataqdan bü günədək 50,4 milyon ton neft və 4,4 mlrd. kub metr qaz çıxarılıb.Karbohidrogenlərin qalıq ehtiyatları 1 milyon tonu keçmir.
Hazırda "Pirallahı"da işləyən 16 istismar quyusu gündəlik debiti 440 tondur.
Ümumiyyətlə Azərbaycanda 109 neft-qaz yatağı vardır. Bunların 35-i dənizdə, 74-ü isə quruda yerləşir.
İRAN RF, QAZAXISTAN VƏ AZƏRBAYCAN ARASINDA XƏZƏR ÜZRƏ ÜÇTƏRƏFLİ SAZİŞİ HƏLƏ DƏ TANIMIR
BAKI.22.10.2003. MEDİA-PRESS: Tehran Xəzər dibinin həmsərhəd məntəqələrini ayıran xətlərin qovşaq nöqtəsi barədə Azərbaycan, Rusiya və Qazaxıstanın imzaladığı 3-tərəfli sazişin qanuniliyini tanımaqdan növbəti dəfə imtina edib.
"İran bu sazişi qanuni əsası olmayan sənəd sayır." İran XİN-in rəsmi nümayəndəsi Həmid Reza Asəfi belə deyib .
Qazaxıstan Mejlisinin ( parlamentin aşağı palatası) Xəzər üzrə üçtərəfli sazişi ratifikasiya etməsi ilə bağlı belə bəyanat verənH.R.Asəfi vurğulayıb ki,"Xəzər dənizinin mövcud hüquqi statusunun dəyişdirilməsinə yönələn hər cür əməllər bütün sahilyanı ölkələrin razılığı ilə baş verməlidir." Onun sözlərinə görə, " bu sazişin ratifikasiyası yekdillik prinsipinə ziddir və problemin mürəkkəbləşməsinə və müvafiq məsələlərin həllinin yubadılmasına gətirib çıxaracaqdır".
Cari ilin mayında imzalanmış həmin üçtərəfli sazişi Rusiya və Azərbaycan parlamentləri hələ ki, ratifikasiya etməyiblər. Bu razılışmaya görə,Xəzər dibinin 29 faizi Qazaxıstanın, 19 faizi - Rusiyanın və 18-19 faizi isə Azərbaycanın payına düşməlidir.
"AZƏRENERJİ" VƏ ÜB ENERGETİKA LAYİHƏLƏRİNİN TİƏ-SİNİ MÜŞTƏRƏK HAZIRLAYIRLAR
BAKI.22.10.2003.MEDİA-PRESS: "Azərenerji" Səhmdar Cəmiyyətinin (SC) və Ümumdünya Bankının (ÜB) ekspertləri bir sıra energetika layihələrini birlikdə işləyib hazırlayacaqlar. ÜB-nın oktyabrın 26-da Bakıya gələn energetika missiyasının başlıca məqsədi də budur. ÜB-nın Bakı nümayəndəliyində Media-Pressə bu haqda məlumat verilib.
SC və ÜB arasındakı razılaşmaya əsasən layihələrin texniki-iqtisadi əsaslandırılması (TİƏ) ilin axırına kimi hazırlanmalıdır. Bu layihələri ÜB maliyyələşdirəcək. "Azərenerji"nin dispetçer sisteminin təzələnməsini və sistemyaradan elektrik verilişi xətlərinin bərpasını nəzərdə tutan bu layihələrin məqsədi enerji sisteminin etibarlığını artırmaq və elektrik enerjisinin nəqli zamanı itkini azaltmaqdır. ÜB bu layihələrin reallaşması üçün 40 mln. dollar həcmində kredit ayırmağa hazırdır. Bu vəsaitin 2004-cü ilin baharına kimi ayrılacağı gözlənilir.
Xatıladırıq ki, ÜB "2003-2005-ci illərdə Azərbaycana yardım strategiyası" proqramı çərçivəsində 235 mln. dollar kredit ayırmağı planlaşdırır. Bu vəsaitin 160 mln. dollarını Beynəlxalq İnkişaf Assosiasiyası (BİA- ÜB-nın qurumu), qalan 75 milyonunu isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) ayıracaqlar.
Qeyd edək ki, BİA kreditlərini 10 il güzəştli olmaqla 35 ilə, BYİB isə 5 il güzəştlə 15 il müddətinə verir. BYİB-in kreditlərində faiz dərəcələri BİA-ya nisbətən daha yüksəkdir.
AZƏRBAYCANDA SƏNAYE İSTEHSALI İL ƏRZİNDƏ 5,8 % ARTIB
BAKI.22.10.2003.MEDİA-PRESS: Azərbaycanda sənaye istehsalının həcmi 9 ayda 17,3 trln. manat ($ 3,5 mlrd.) təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən5,8% çoxdur.
İstixrac sənayesində-1,7%, emal sənayesində-15,5%, qaz və su təchiatında-13,7% artım olub.
9 ayda istixrac sənayesində 8,7 trln., emal sənayesində-7,2 trln., elektrik, qaz və su təchiatında-1,5 trln. manatlıq məhsul istehsal edilib. İstehsal edilmiş sənaye məhsulunun ümumi həcminin 50,1 faizi- istixrac sənayesinin, 41,5 faizi-emal sənayesinin və 8,4 faizi elekrik, qaz və su təchizatının payına düşüb.
Özəl bölmənin sənaye istehsalının ümumi həcmindəki payı 53,5% olub. Yanvar-sentyabr aylarında bu sahədə məhsul istehsalı 5,7 % artıb.
AZƏRBAYCANDA 9 AYDA 80,5 MİLYON TON YÜK DAŞINIB
BAKI.22.10.2003. MEDİA-PRSS: Bu ilin 9 ayında Azərbaycanda 80,% milyon ton yük daşınıb ki, bu da ötən ilin eyni dövründən 10,9 % çoxdur.
Dövlət Statistika komitəsinin (DSK) məlumatına görə, yüklərin 52,8 faizi- avtomobil, 18,7 faizi- dəmir yolu, 16,1 faizi- magistral borular və 12,4 faizi- dəniz nəqliyyatı ilə daşınıb. Özəl sektorun yükdaşımalarındakı payı 55,3 %, yaxud -44,5 milyon ton olub. Bu sahədə yükdaşımalarının artımı-10,6 %, dövlətsektorunda isə-11,2 % olub.
Avtomobol nəqliyyatı ilə -42,5 milyon ton, dəmir yolu ilə- 15,05 və dəniz nəqliyyatı ilə-9,98 milyon ton yük daşınıb.
Hesabat dövründə 683,1 milyon sərnişin daşınıb ki, bu da keçən ilin müvafiq dövründən 2,8 % çoxdur.
2003-cü ilin proqnozuna görə, Azərbaycanda yükdaşımalarının həcmi 105,3 mln. ton təşkil edəcək ki, bunun da 58 faizi özəl bölmənin payına düşəcək.