9 AYDA AZƏRBAYCANDA ORTA ƏMƏKHAQQI 21,5 % ARTIB
BAKI.24.10.2003. MEDİA-PRESS:2003-cü ilin 9 ayında Azərbaycanda orta əməkhaqqı 21,5 % artaraq, ayda 377,6 min manata ($ 76,67)
çatıb. Əməyin ödənilməsi səviyyəsi istixrac sənayesində, tikintidə və biznes aləmində daha yüksəkdir. Ölkədə ən aşağı əməkhaqqı aqrar, səhiyyə və sosial sahələrdə qeydə alınıb.
Oktyabrın 1-ə olan məlumata görə, Azərbaycanda -3,797 mln.,yəni bütün əhalinin 46,7 faizi qədər əmək qabiliyyətli adam vardır. Rəsmi rəqəmlərə görə, cəmisi 53,6 min nəfər işsiz statusuna malikdir. Belələri daha çox Bakıda- 7883 nəfər, Naxçıvan Muxtar respublikasında-7137 nəfər, Bərdə rayonunda- 4 min nəfər və Ağdam rayonunda-2712 nəfər-qeydə alınıb.
9 AYDA AZƏRBAYCANDA ƏHALİNİN NOMİNAL PUL GƏLİRİ 13,2 % ARTIB
BAKI.24.10.2003. MEDİA-PRESS: Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin nminal pul gəliri 17,065,7 trilyon manat təşkil edib. Bu, ötən ilin eyni göstəricisindən 13,2 % çoxdur.
Dövlət Statistika komitəsinin (DSK) məlumatına görə, ötən müddətdə əhalinin adambaşına pul gəliri təqribən 2 milyon 106 min manata çataraq,12,3 % artıb. Bu müddətdə adamlar öz pulunun 63 faizini mallara, 12,8 faizini - xidmətlərin, 3,7 faizini- vergilər və uzvlük haqlarının ödənilməsinə xərcləyiblər.Bu ilin 9 ayında əhali 17,022 trln. manat məsrəf edib. Mədaxillə məxaric arasındakı müsbət saldo 43,3 mlrd. manata t əşkil edib.
Oktyabrın 23 -də rəsmi məzənnəyə görə, 4911 manat $1 olub.
AZƏRBAYCANDA 859 MİN AİLƏ TORPAQ MÜLKİYYƏTÇİSİDİR
BAKI.24.10.2003.. MEDİA-PRESS: Azərbaycanda torpaq islahatı gedişində mülkiyyət sahibi olmuş ailələrin sayı yanvar-sentyabrda 1% artaraq oktyabrın 1-ə 859 mini keçib.Respublika Dövlət Statistika komitəsinə istinad edən "İnterfaks_Azərbaycan" agentliyi onların ümumən 24,6 min hektar torpaq sahəsinin olduğunu və indi aqrar bölmədə 839 min 445 nəfərin çalışdığını xəbər verir.
Oktyabrın 1-ə kənd təsərrüfatında fəaliyyət göstərən 2605 fermer təsərrüfanın sayı da bu müddətdə 2,8 % artıb. İndi fermerlər 24,5 min hektar torpaq sahəsi becərirlər.
Azərbaycanda torpaq islahatı 1996-cı ildən başlayıb.
AMK 2003-CÜ İLDƏ ÖZ MALİYYƏ-TƏSƏRRÜFAT FƏALİYYƏTİNİN AUDİTİ ÜÇÜN TENDER ELAN EDİB
BAKI.24.10.2003. MEDİA-PRESS: Azərbaycan Milli Bankı (AMK ) 2003-cü ildə öz maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi üçün tender elan edib. Tenderin şərtlərinə görə, audit müqavilə imzalandıqdan sonra iki ay ərzində gerçəkləşməlidir."Azərbaycan Respublikasının Milli Bankı haqqında" qanunun 43-cü maddəsinə görə, auditor yoxlamasının nəticələri illik hesabatla birgə dövlət başçısına təqdim edilməlidir.
Xatırladırıq ki,2002-ci ildə AMB-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditini PriceWaterHouse Coopers konsaltinq şirkəti aparıb.. O vaxt AMB-də audit aparılması üçün 2 dəfə açıq tender keçirilsə də,iştirakçıların sayının azlığı üzündən tədbir baş tutmamışdı ( qanuna görə,tendenrdə azı 3 şirkət iştirak etməlidir). Bununla bağlı, ölkə prezidentinin icazəsi ilə bu dəfə də PriceWaterWouse Coopers şirkətilə müqavilə imzalandı. Qeyd edək ki, bu şirkət artıq AMB -də audit aparıb.
AZƏRBAYCANDA YOXSULLUĞUN İXTİSARI ÜZRƏ UZUNMÜDDƏTLİ FƏALİYYƏT PROQRAMI 2004-CÜ İLİN ƏVVƏLİNDƏ MÜƏYYƏNLƏŞƏCƏK
BAKI.24.10. 2003. MEDİA-PRESS:Gələn ilin əvvəlində Azərbaycan hökuməti 2015-ci ilədək ölkədə yoxsulluğun ixtisarına yönələn fəaliyyət proqramını müəyyənləşdirəcək.Yoxsulluğun ixtisarı və iqtisadi inkişaf üzrə dövlət proqramının katibi Mehman Abbasovun məlumatına görə, indi 15 işçi qrupu bu planı hazırlayır.2003-2005-ci illərdə yoxsulluğun ixtisarı və iqtisadi inkişaf üzrə dövlət proqramının tətbiqinin ilk ilinin nəticələri elan ediləcək.
Mehman Abbasovun sözlərinə görə,"hökumətin bu proqram üzrə öz üzərinə götürdüyü başlıca öhdəlikləri makroiqtisadi sabitliyi təmin etmək, inflyasiyanın illik səviyyəsinin 2-2,5 % həddində saxlamaq, 3-4 aylıq idxala bərabər həcmdə valyuta ehtiyatı toplamaqır."
3-illik proqram ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına və iqtisadi inkişafın təmininə yönəlik 400 müxtəlif tədbirin reallaşdırılmasını nəzərdə tutur. Misal olaraq, ünvanlı sosial yardımın təkmilləşdirilməsi, fərdi sosial sığortanın tətbiqi, məşğulluq strategiyasının işlənməsi,biznesin inkişafı üçün əlverişli şəraitin yaradılması kimi tədbirləri göstərmək yerinə düşər.
10 İLDƏ AZƏRBAYCANDA BMT-NİN İNKİŞAF PROQRAMI LAYİHƏLƏRİNİN REALİZƏSİNƏ $36,8 MLN. XƏRCLƏNİB
BAKI.24.10.2003. MEDİA-PRESS: 10 ildə Azərbaycanda BMT-nin İnkişaf proqramı layihlərinin (İPİ) tətbiqinə $36,801 milyon xərclənib. İRİ-nin respublikamızda fəaliyyətə başlamasının 10-illiyi münasibətilə hazırlanmış hesabatda belə deyilir.
Sənəddə qeyd olunduğu kimi,1994-2003-cü illərdə Azərbaycanda 65 layihə həyata keçirilib və ya keçirilməkdədir. Daha çox vəsait, yəni göstərilən məbləğin 30 faizi, yardım proqramlarının realizəsinə, 28 faizi- demokratik idarəetmənin inkişafına, 22 faizi- energetikanın tərəqqisinə və təbiəti mühafizə tədbirlərinə, 12 faizi- informasiya-kommunikasiya texnologiyalarına və 2 faizi- səhiyyə sisteminitn təkmilləşdirilməsinə xərclənib.
Göstərilən müddətdə İPİ Azad edilmiş ərazilərin bərpası agentliyinə, minaların zərərsizləşdirilməsi üzrə milli agentliyə, Dövlət Gömrük komitəsinə, respublika parlamentinə, qaçqınlara və məcburi köçkünlərə də yardım edib.
ÜB VƏ QLOBAL EKOLOJİ FOND AZƏRBAYCANDA "ŞAHDAĞ" MİLLİ PARKININ YARADILMASINA KÖMƏK EDƏCƏKLƏR
BAKI.24.10.2003. MEDİA-PRESS:Ümumdünya Bankının (ÜB ) noyabrda Bakıya gələcək missiyası Azərbaycanda "Şahdağ" milli parkının yaradılması layihəsinin təfərrüatını müzakirə edəcək.
Respublika Ekologiya və Təbii Ehtiyatlar nazirliyində "İnterfaks-Azəbaycan"a verilən məlumata görə,sosial, ekoloji , turizm və bir sıra başqa sahələri əhatə edən proqramın tətbiqi $14-15 milyona başa gələcək. Ehtimal olunur ki , ÜB parkın salınmasına -$7-8 milyon,inkişaf edən və keçid iqtisadiyyatına malik ölkələrdə ekoloji problemlərin həllini maliyyələşdirən Qlobal ekoloji fond (Global Environmental Facility) isə-$5 milyon investisiya qoyacaqlar.
Layihənin tətbiqinə hazılıq çərçivəsində layihənn ayrı-ayrı ünsürlərinin reallaşmasına maraq göstərən şirkətləri cəlb etmək məqsədilə keçirilən müsabiqədə 30-dan artıq təşkilat iştirak edib. Onların siyahısı baxılmaq üçün Ümumdünya Bankına verilib. Respublika Ekologiya nazirliyinin fikrincə, layihənin tətbiqi işinə bir yox, bir neçə şirkət cəlb ediləcək.
BAKIDA QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI ÖLKƏLƏRİ NAZİŞLƏR ŞURASININ İCLASI KEÇİRİLƏCƏK
BAKI.24.10.2003. MEDİA-PRESS:Bakıda oktyabrın 31-də Qara dəniz İqtisadi əməkdaşlıq təşkilatı (QİƏT) ölkələri Xarici işlər nazirləri şurasının (XİNŞ ) 9-cu iclası keçiriləcək. Azərbaycan XİN-i İnformasiya idarəsinin bu məlumatında deyilir ki, QİƏT XİNŞ rəhbərləri iqtisadi əməkdəşlıq məslələrini, Təşkilatın Nazirlər Şurasının Energetika və nəqliyyat nazirləri görüşünün, yükdaşımalar , turizm və idmanın inkişafı, cinayətkarlıqla mübarizə , habelə beynəlxalq və regional təşkilatlarla, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq sahəsində QİƏT konfransları və simpoziumlarının yekunlarını müzakirə etməyi planlaşdırırlar.
QİƏT çərçivəsində kənd təsərrüfatı məhsulları ticarətinin yüngülləşdirilməsi haqqında sənədin layihəsi və kənt təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı məslələri də müzakirə olunmalıdır.
11 ölkə: Azərbaycan, Albaniya, Gürcüstan,Rusiya, Ukrayna, Moldova, Bolqarıstan, Yunanıstan, Türkiyə ,Rumınıya və Ermənistan QİƏT üzvüdür.
"AZƏRNERJİ"ÖTƏN QIŞLA MÜQAYİSƏDƏ ENERJİ İSTEHLAKININ ARATACAĞINI PROQNOZLAŞDIRIR
BAKI.24.10.2003. MEDİA-PRESS:Azərbaycanda bu qış elektrik enerjisi istehlakı ötənilki həcmi üstələyə bilər."Azərenerji" Səhmdar Cəmiyyətinin (SC) mütəxəssisləri belə hesab edir. Onların hesablamalarına görə, qış mövsümündə enerji siteminin maksimum yüklənməsi təqribən 4200 MVt , gündəlik enerji istehlakı isə-75-80 mln. kVt/saat təşkil edəcəkdir.
SC-da Media-Pressə verilən məlumata görə,2002/03-cü illərin payız-qış göstəriciləri əsasında bu nəticəyə gəlinib.O zaman Naxçıvan Muxtar respublikası nəzərə alınmadan ölkənin enerji sisteminə düşən maksimum yük 4074 MVt təşkil etmişdi. O vaxt Rusiya və Gürcüstandan da təqribən 250 MVt elektrik enerjisi alınmışdı.Sutkada 70 mln. kVt/saat enerji istelak olunurdu.
Energetika muəssisələrinin qış mövsümünü hazırlanması məqsədi ilə elektrik stansiyalarının çoxunda planauyğun təmir aparılıb və avadanlın modernləşdirilib ki, bu da onların gücünü daha da artırıb. Buna baxmayaraq,glkədə hələ də elektrik enerjisi qıtlığı qalmaqdadır.
DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ HƏLLİNİ TAPMAYINCA,ERMƏNİSTANLA ENERJİ MÜBADİLƏSİ MÜMKÜNSÜZDÜR!- "AZƏRENEJİ"DƏ BELE DEYİRLƏR.
BAKI.24.10.2003. MEDİA-PRESS:Dağlıq Qarabağ münaqişəsi həllini tapmayınca, Azərbavycanla Ermənistan arasında energetika sahəsində hansısa əməkdaşlıqdan söhbət belə gedə bilməz. "Azərenerji" Səhmdar cəmiyyətinin (SC) baş mühəndisi Marlen Əsgərov Ermənistan və Rusiyaenerji sistemlərinin sinxronlaşdırılması imkanını şərh edərkən "İnterfaks-Aərbaycan" agentliyinin məxbirinə belə deyib.Rusiya "YEES ROSSİİ" SC rəhbəri Anatoli Çubaysın fikringə, belə sinxronlaşdırma bütün Cənubi Qafqaz elektroenergetikası işinin etibarlığını artırmağa imkan verərdi.
M.Əsgərov deyib:" Azərbaycanın mövqeyi belədir: dağlıq qarabağ münaqişəsi nizamlanmayınca, Ermənistanla heç bir müştərək iqtisadi layi həni gerçəkləşdirməmək !"
Bir qədə əvvəl isə A.Çubays Yerevanda deyib ki, "YEES ROSSİİ" SC Ermənistanın enerji sistemi ilə paralel işi bərpa etmək istərdi.
Ermənistan sabiq SSRİ-nin 15 respublikası arasında yeganə ölkədir ki, bir sıra texnolojə və siyasi səbəblərdən Rusiya ilə paralel rejimdm işləmir.
Rusiyanın bu Səhmdar cəmiyyəti sədrinin müavini Andrey Rappoportun sözlərinə görə,Enerji holdinqi yaxın 2 həftədə İran və Azərbaycanla danışıqlar aparacaq və bundan sonra şirkət Ermənistan-Rusiya enerji sistemlərinin sinxronlaşdırılması həqqında təsəvvər əldə edə biləcəkdir.
Rappoport Azərbaycanın enerji şəbəkələrinin inkişafına İranın sərmayə qoyması barədə iki ölkə arasında yaxın vaxtlarda saziş imzalanacağını qeyd edərək vurğulayıb ki, gələcəkdə bu, Azərbaycana imkan verəcək ki, İran ın enerji sistemi ilə paralel işə keçsin.
Bununla əlaqədar Mehman Əsgərov hal-hazırda paralel iş üçün texniki imkanın olmadığını qeyd edərək deyib:" Əvvəllər enerji mübadiləsi 330 kilovltluq Tovuz-Atarbekyan elektrik ötürücüsü xəttilə baş tuturdu.Lakin 1991-1992-ci illərdə bu mübadilə pozuldu, elektrik kabelləri sökülüb oğurlandı. Odur ki, indi enerji mübadiləsi üçüe texniki imkan yoxdur.Əvvəllər Ermənistanla Naxçıvan Muxtar respublikası arasında da xətt mövcud olub, lakin 19990-cı ilin əvvəlindən bu xətt Türkiyə enerji sisteminə bağlanıb."
SC-nın baş mühəndisi deyib :" Rusiya Enerji Sistemi" SC bizə Ermənistanla Azərbaycan arasındakı ötürücü xəttin bərpasını dəfələrlə təklif edib.Ancaq bizim mövqeimiz belədir ki, münaqişə öz həllini tapmayınca, bu, qeyri-mümkündür".
M.Əsgərov Azərbaycanın 1981-ci ilə kimi elektrik enerjisini Ermənistandan aldığını qeyd edərək deyib:"Lakin respublikamızfın ən böyük elektrik stansiyası "Azərbaycan" Dövlət Rayon Elektrik stansiyası işə düşdükdən sonra, biz Ermənistana elektrik enerjisi ixrac etməyə başladıq".
Hazırda Azərbaycan elektrik enerjisinin bir qismini Rusiya və Türkiyədən almaqla yanaşı, İranla da enerji mübadiləsi aparır.
CHEVRON TEXACO NEFTİ ODESSA-BRODI KƏMƏRİ İLƏ AXACAQMI?
BAKI.24.10.2003.MEDİA -PRESS: Ukraynanın boş qalmış Odessa-Brodı kəməri ətrafında ehtiraslar gündən-günə qızışmaqdadır.Oktyabrın 22-də ABŞ-ın Ukraynadakı səfirliyinin katibi Mişel Dastin Van Rayn sensasiyalı bəyanat verib ki, Chevron Texaco bu borunu doldurmağa hazırdır. Bu da həqiqətdir ki, şirkətin özü amerikan diplomatın sözlərini təsdiqləməyə tələsmir.
Oktyabrın əvvəllərində Ukrayna "Transnafta"sının Müşahidə şurası Odessa-Brodı üçün texnoloji neft verilməsi və sonra da bu kəmərin revers rejimində istismarı barədə TNK-BP rusiya-britaniya şirkətinin təklifini qəbul edib. Ancaq Ukrayna hökuməti bu qərarı bəyənməyib. İndi ABŞ səfirliyi katibinin bu bəyanatına inansaq, TNK-BP-nin ciddi rəqibi yaranıb.
Mişel Dastin Van Raynın sözlərinə görə ( onun sözlərini "PRAYM-TASS" agentliyi sitat gətirir), amerika Chevron Texaco-su lap elə indi boruya 14 milyon tona yaxın neft vurmağa hazırdır.Amerikalı diplomata görə, borunun neftlə doldurulması üzrə müqavilə ən yazın vaxtda imzalana bilər.Xanım Van Raynın ehtimalına görə,TNK-BP "Ukrtransnafta"nın təklif etdiyi müqaviləni imzalaya bilməz. O diqqəti belə bir cəhətə də cəlb edib ki,Chevron Texaco Ukraynaya uzunmüddətli müqavilə təklif etdiyi halda,TNK-BP yalnız 3-illik müqavilə razıdır.
Cevron Texaconun nəmayəndələri amerikan diplomatın sözlərini hələki , şərh etmirlər. Şirkətin rusiya nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Nikolay Avdulov "Vedomosti" qəzetinə müsahibəsində şirkətinin Xəzər və Qara dəniz regionlarından Qərbi və Şimali Avropa bazarlarına çıxmaq imkanı olan başqa ixrac marşrutları kimi,"Odessa-Brodı" layihəsi ilə maraqlandığını deməklə kifayətlənib.
Xanım Dastin Van Ravynın bəyanatı "Ukrtransnafta"da səmimi təəccübə səbəb olub.Şirkətin baş direktoru Stanislav Vasilenko deyib:"Mən bu barədə ilk dəfədir eşidirəm. Biz neftin nəqlində iştirak məsələsini bu şirkətə dəfələrlə təklif etmişik. Ancaq amerikanlarla heç bir müqavilə imzalamamışıq və onlar da bizitm layihəyə maraq göstəməyiblər. Ukrayna prezident aparatının məmurları da amerika şirkətinin təklifləri ilə hələ tanış deyillər."TNK-Ukraina" Ticarət Evinin prezidenti Aleksandr Qorodetski "Vedomosti"yə yalnız bunu deyib ki,TNK-BP-nin təklifi "Ukrtransnafta"da bəyənilib və indi şikət ukrayna hökumətinin qərarını gözləyir.
Əlavə etmək olar ki,bu yaxınlarda amerika şirkəti Energy Solution dillər əzbəri olmuş bu neft kəmərinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üzrə tenderitn qalibidir. İndi şirkət neftin nəqlinin Ukrayna üçün daha əlverişli ( Odessadan Brodıya, yoxsa əks istiqamətdə, yəni revers) istiqamətini müəyyənləşdirməlidir.
Xatırladaq ki,ABŞ vitse-prezidenti Dik Çeyni bu yaxınlarda Vaşinqtonda Ukraynanaın baş naziri Viktor Yanukoviçlə görüşdə Kiyevə açıq xəbərdarlıq etmişdi ki, yüngül Xəzər neftinin Avropa İttifaqına daşınmasından imtina Ukraynanın bir tranzit ölkəsi kimi geosiyasi əhəmiyyətitni kəskin azaldardı. Çeyni bu kəmərin revers səmtini "gələcəksiz" sayır. Görüşdə Çeyni amerika hökumətinin bu möqeyini də açıqlayıb ki,revers variantının seçilməsi enerji daşıyıcılarını öz ərazisindən Qərbi Avropaya çatdıran ən əsas ölkə kimi Ukraynanın şanslarını xeyli azaldacaq.ABŞ vitse-prezidenti , bununla belə, həmin məsələ ilə məşğul olacağını vəd edib və yəqin ki, sözünün üstündə duracaqdır da. Bu hal nəzərdən qaçırılmamalıdır ki, prezident Buş, onun müavini və prezidentin Milli təhlükəsizlik məsələləri üzrə köməkçisi xanım Kandoliza Rays da daxil,amerika hökumətinin bir çox üzü ölkənin neft korporasiyaları ilə sıx münasibətdədir.Deməli, onları dilə tutmaq Ağ Ev üçün heç bir çətinlik doğurmayacaq.
Bu amilləri, həmçinin Odessa-Brodı kəmərinin texniki-iqtisadi əsaslandırmasını amerika şirkətinin işləyəcəyini nəzərə alsaq, 2001-ci ildən bəri boş qalmış bu xətt üçün hansı istiqamət seçiləcəyinə şübhə yeri qalmır…
İRAN NEFT NAZİRİ ÖZ MÜAVİNİNİ TƏKZİB EDİR: TEHRAN OPEK-DƏN ÇIXMAYACAQ
BAKI.24.10.2003. MEDİA-PRESS:"OPEK-də üzvlük İranın milli mənafelərinə cavab verir və ölkəmizin bu təşkilatdan çıxması gündəlikdə durmur". İran İslam respublikası neft naziri Bijan Zənqanenin həmin sözləri, görünür, onun müavini Məsud Nilinin bu yaxınlarda dediyini yalanlamaq üçündür. Sonuncu demişdi ki, İran " dünya neft bazarında mövqelərini yaxşılaşdırmaq məqsədilə, OPEK-dən çıxa bilər. İran öz mənafeinə cavab verən addımları atmalıdır. Son illərin təcrübəsi göstərir ki, daha çox neft çıxaran, lakin OPEK-ə üzv olmayan ölkələr, dünya baza ında neft satışından xeyli qazanc götürürlər."
Bijan Zənqane sözlərinin kəsərini daha da artırmaq üçün deyib:"Nazirliyimizin rəsmi mövqeyi belədir: OPEK-də üzvlüyümüzün davam etdirilməsi milli mənafelərimizə uyğundur.Bu kartelə üzv olan ayrı ölkələr də öz mənafelərini güdürlər".
Kartelin neft hasilatını və ixracını azaltmaqla onuq qiymətlərini qaldırmaq imkanı haqqıda sualı cavablandıran Bijan Zənqane məsələnin OPEK-in qarşıdakı sammitində müzakirə olunacağını xatırladaraq deyib: "Bizə görə, elə etmək lazımdır ki, neftin bir barrelinin qiyməti 22-28 dollar həndəvərində qalsın".
YAXIN VAXTLARDA NEFTİN QİYMƏTİ "OPTİMAL SƏVİYYƏYƏ DÜŞƏCƏK"-OPEK-İN BAŞ KATİBİ BELƏ DEYİR
BAKI.24.10.2003. MEDİA-PRESS:Yaxın günlərdə-noyabrın 5-ə dək, yəni xam neftin gündəlik istixrac və ixrac kvotalarının 0,5 mln. barrel artırılacağı vaxta kimi,bir barrelin qiyməti optimal səviyyəyə- 28 dollardan aşağı düşəcək( OPEK-in qaydalarına görə, əgər dalbadal 20 gün qiymət opek gəhlizini aşırsa,kvotala avtomatik artır).Neft ixrac edən ölkələr təşkilatının Baş katibi Alvaro Silva Kalderon Londonda bu haqda bəyanat verərək deyib ki," xam neftin qiymətləri yneə də öz optimal səviyyəsinə-bir barrelə görə 22-28 dollar civarına qayıtmağa başlayıb".
Kalderon " hərraclarda möhtəkirlərin hərəkətlərinin son vaxtlar dünya enerji bazarlarındakı hadisələrə mənfi təsir göstərdiyini, əslində isə bazarda kifayət qədər xam neftin olduğunu" vurğulayaraq OPEK-in dekabrın 4-də Vyanada keçiriləcək növbədənkənar 128-ci konfransına böyük ümidlər bəslədiyini deyib.Onun sözlərinə görə,"konfransda dünya enerji bazarlarının vəziyyəti araşdırılacaq və neft kvotaları da daxil, müvafiq qərərlar qəbul ediləcəkdir".
Aİ ÖLKƏLƏRİ BİRGÖVDƏLİ NEFT TANKERLƏRİNİN ÖZ LİMANLARINA GİRİŞİNİ QADAĞAN EDİB
BAKI.24.10.2003. MEDİA-PRESS: Avropa İttifaqı (Aİ) ölkələri mazut,yaxud ağır növ neft daşıyan birgövdəli tankerlərin öz limanlarına girişinə qadağa qoyub.Hələ 10 ay əvvəl Avropa Komisiyası (AK) Aİ ölkələrinin limanlarına birgövdəli tankerlərin girişinə qadağa qoymağı təklif etmişdi. Budur, artıq AK-nın qərarı qüvvəyə minib. Həm də, 23 ildən çox ömrü olan birgövdəli tankerlərin hamısı 2005-ci ilə kimi , ümumiyyətlə istismardan çıxarılmalıdır.Qalan birgövdəli gəmilər isə 2010-cü ildən etibarən Aİ ölkələrinin litmanlarına daxil olmaq hüququnu itirəcək.
Aİ Nəqliyyat və Energetika Komissiyası nümayəndəsinin sözlərinə görə, Aİ çalışacaq ki, təzə qəbbul edilmiş yükdaşımı qaydaları bütün dünya standartğına çevrilsin.Dekabrda Aİ müvafiq təkliflə BMT yanındakı Beynəlxalq Dənizçilik Təşkilatına müraciət etməyə hazırlaşır.
Lakin müstəqil İNTERTANKO Şəxsi tankerlər assosiasiyası hesab edir ki, birgövdəli tankerlərin istismardan kənarlaşdırılması sahəyə 4 milyard dollar ziyan vuracaq.
Bu yeni tələblər Avropa İttifaqına neft və neft məhsullarının ən böyük ixracçısı sayılan rusiya şirkətlərinə də toxunacaq. "Troyka Dialoq" İnvestisiya şirkəti təhlilçisi Valeri Nesterovun hesablamalarına görə, Rusiya 2003-cü ilin 1-ci yarısında dənizlə 87 milyon tona yaxın neft və neft məhsulları daşıyıb ki, bunun da 80 faizindən çoxu avropa ölkələrinin payına düşüb.Bununla belə, rusiya şirkətləri qadağa qoyulmasını sakit qarşılayıblar.
Xəzər gəmiçiliyi idarəsinin indi 35 tankeri var. Onlardan yalnız ikisi ikiqat gövdəlidir,Hər iki tanker bu il suya buraxılıb.Rusiyanın "Krasnoye Sormovo" zavodunda respublikamız üçün standartlara uyğun daha iki belə tanker tikilir.Hələki, Xəzər Gəmiçiliyi idarəsinin belə tankerlərə ehtiyacı yoxdur.Çünki idarənin gəmiləri yalnız Xəzərdə üzür.
AZƏRBAYCANIN 2004-CÜ İL DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİ REALDIR VƏ ƏSASLI DƏYİŞİKLİK TƏLƏB ETMİR.
BAKI.24.10.2003. MEDİA-PRESS: Azərbaycan Dövlət büdcəsinin 2004 il layihəsi realdır və xeyli daparılmasına ehtiyac yoxdur. "İnterfaks-Azərbaycan" agentliyinə bu haqda mylumat verən Milli Məclisin (MM) İqtisadi siyasət komissiyasının sədri Səttar Səfərovun sözlərinə görə,makoiqtisadi göstəricilərin və gəlir mənbələrinin təhlili ehtimal üçün əsas verir ki, büdcə layihəsində nəzərdə tutulan rəqəmlər realdır."Müəyyən şəraitdə dövlət bədcəsinin gəlirləri hətta proqnozlardan yüksək ola bilər.
Oktyabrın 14-də respublika Prezidentinin İcra Aparatı 2004-cü ilin büdgə layihəsini MM-ə təqdim edib. Dövlət büdcəsi 2004-ün gəlirləri -6,957 trilyon manat, xərclləri isə- 7,272 trln. manat, büdcə kəsiri- 315 mlrd. manat , yaxud ümumi daxili məhsulun -0,8 faizi ( cari ilin bbüdcəsində- 1%) həcmində proqnozlaşdırılır.
MM komissiyası sədrinin dediyinə görə, bu sənədi noyabrın 1-ci ongünlüyündə parlament komissiyasının iclasında müzakirə etmək planlaşdırılır. Səttar Səfərov deyib:"İlk dəfədir ki, büdcə layihəsinə bu qədər sayda sənədlər daxil edilir. Onların hərtərəfli öyrənilməsi üçün vaxt lazımdır".
BU İL AZƏRBAYCANDA ÖZZƏL MÜƏSSİSƏLƏRİN BORCLARININ SİLİNMƏSİNƏ 14 MLRD. MANAT XƏRCLƏNƏCƏK
BAKI.24.10.2003. MEDİA-PRESS:Bu il hökumət özəlləşdirilmiş, yaxud uzunmüddətli idarəyə verilmiş müəssisələrin sosial ödəmələr üzrə borclarının 14 mlrd. manatını silməyi planlaşdırır. İqtisadi İnkişaf nazirliyində (İİN) Media-Pressə bu haqda verilən məlumata görə, artıq borcları silinməli olan müəssisələrin siyahısı hazırlanıb.
İİNbu müəssisələrin borclarının silinməsinə yönəldəcəyi vəsaitləri dövlət müəssisələrinin özəlləşdirilməsindən, həmçinin icbari dövlət sosial sığortasından əldə edibdir.
"QAZ" ASC GƏNCƏ ZAVODUNDA YÜK MAŞINLARININ YIĞILMASI İMKANLARINI VARAŞDIRIR
BAKI.24.10.2003. MEDİA-PRESS: "QAZ" Açıq tipli Səhmdar cəmiyyəti (ASC) Azərbaycanın Gəncə avtomobil zavodunda özünün aztonnajlı yük maşınlarını buraxmaq imkanlarını araşdırır. Rusiya zavodunda bildiriblər ki, bu ayın axırı, gələn ayın əvvəllərində müəssisənin rəhbərləri istehsalın təşkili barədə azərbaycan tərəfi ilə danışıqlara başlayacaq.
Gəncədə 1,5-4,5 tonluq QAZ markalı yük maşınları istehsal edib, Azərbaycanda, eləcə də, Cənubi Qafqaz ölkələrində satmaq nəzərdə tutulur. İlk dövrdə ildə 30 minə yaxın, sonralar isə ildə 100 yük avtomobili istehsalı planlaşdırılır.