2015 -Cİ İLDƏ İRAN 320 MLN. TON NEFT HASİL ENDƏCƏK
BAKI.27.10.2003. MEDİA-PRESS: İran 2015 -ci ildə gündə 6,4 mln. barrel, il ərzində isə -320 mln. ton neft istixrac edəcək. Bu rəqəmləri açıqlayan İran neft nazirinin müavini Əkbər Torkan, eyni zamanda neftin hasilat əmsalının çox aşağı ( orta hesabla 26,86 % ) olmasından təəssüflənərək, gələcəkdə bu göstəricinin 27,5 və hətta 30%-dək yüksələcəyinə ümidvar olduğunu bildirib. Ancaq hətta bu halda belə iran neftçiləri ölkədə indiyədək kəşf olunmuş 500 mlrd. barrel neftin yalnız 130 mlrd. barrelini hasil edə biləcəklər. Əmsalın yalnız 1% artımı ölkəyə 5 mlrd. barrel neft və ya indiki qiymətlərlə- $ 100 mlrd. gətirəcəkdir.
Əzəmətli "Azadeqan" yatağının işlənməsinə dair dünyanın aparıcı şirkətləri ilə danışıqlar məsələsinə toxunan Əkbər Torkan deyib:"İran yaponiya şirkətlərinin imtinasından heç nə itirmir; əksinə, yaponlar bu yatağın istismarında iştirak etmək üçün qızıl kimi imkanı itiriblər".
İSLAMABAD HİNDİSTANIN İŞTİRAKI OLMADAN İRAN-PAKİSTAN QAZ KƏMƏRİNİN ÇƏKİLİŞİNƏ DAİR TEHRNIN TƏKLİFİNİ QƏBUL EDİB
BAKI.27.10.2003. MEDİA-PRESS: İslamabad Hindistanın iştirakı olmadan İrandan qaz kəmərinin çəkilişitnə dair Tehranın təklifini qəbul edib. Pakistan Neft nazirliyi nümayəndəsinin mylumatına görə, ölkənin baş naziri Zəfərulla xan Cəmali Tehrana 3-günlük səfəri zamanı kəmərin çəkilişinə razılıq verib. Lakin layihə yalnız Hindistanın əməkdaşlıqdan boyun qaçıracağı təqdirdə gerçəkləşə bilər.
Baş nazir deyib:" Ehtimal edilirdi ki, boru xətti Pakistandan Hindistanadək uzanacaq.Lakin Hindistan tərəddüd etdiyi üçün , Tehran bu kəməri Pakistanla İran arasında çəkməyi təklif etdi və biz də razılaşdıq". Associated Press neft nazirliyinə istinadən məlumat verib ki, yaxın zamanda İran və Pakistan layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamağa başlayacaqlar.
Bundan əvvəl Hindistan bəyan etmişdi ki, layihə iqtisadi baxımdan məqəsədə müvafiq olmadığından, ondan imtina edə bilər. Ancaq bu imtinanın səbəbini iqtisadi yox, siyasi müstəvidə axtarmaq daha düzgün olardı: Dehli istəmir ki, onsuz da gərgin olan ikitərəfli münasibətlərin növbəti dəfə pisləşəcəyi təqdirdə, İslamabad qaz kranını bağlamaq və Hindistanı İran yanacağından məhrum etmək imkanı qazansın.
Rusiya "Qazprom"u da bildirmişdi ki,İran-Pakistan-Hindistan qaz kəməri layihəsində iştirak etmək imkanı vardır. Hələ 2002-ci ilin sonunda "Qazprom"un nümayəndə heyəti və Pakistanın Neft və Təbii Ehtiyatlar naizirliyi İslamabadda qarşılıqlı anlaşma memorandumu imzalamışdılar. Sənədə görə, rusiya şirkəti Ərəbistan dənizini kəsib keçərək İrandan Hindistana çəkiləcək kəmərin marşrutu boyuncə tədqiqat aparmalı və texniki-iqtisadi əsaslandırmanı hazırlamalı idi.Layihənin reallaşması işinə investisiya cəlb edilməsi üzrə danışıqlar aparmaq hüququ da "Qazprom"a verilirdi. İndi bu sazişin aqibətinin necə olacağı bəlli deyil.
Layihənin dəyəri $ 3 milyarddan çoxdur.Kəmərin uzunluğu İrandan Pakistanın Sind əyalətinədək - 1600 km., Pakistan -Hindistan ( sonuncu razı olarsa) arasında isə- 1000 km. olacaq. Bu halda Hindistan tranzit qazına görə Pakistana ildə $600 mln. ödəməli olardı.
Xatırladaq ki, Pakistan Qatar və Türkmənistandan da( Əfqanıstandan keçməklə) uzunmüddətli qaz idxalına dair daha iki layihəni müzakirə etməkdədir. Aşqabad da 1460 kilometrlik qaz xəttinin Hindistana çatmasında maraqlıdır.
AZƏRBAYCAN HÖKUMƏTİ RADİKAL DİNİ QRUPLAŞMALARIN FİTNƏKARLIQLARINA YOL VERMƏYƏCƏK
BAKI.27.10.2003. MEDİA-PRESS: Respublika rəhbərliyi radikal dini rəhbərliyin ölkədəki vəziyyəti sarsıtmaq cəhdlərinə qarşı mübarizə üçün zəruri tədbirlər görəcək. "İnterfaks-Azərbaycan " agentliyinə bu haqda məlumat verən Dini Təşkilatlarla iş üzrə Dövlət komitəsinin sədri Rafiq Əliyev hökumətin vəhabilər və qatı protestantlar da daxil, belə qruplaşmalar haqqında məlumatlı olduğunu, bu təşkilatlardan birinin hansısa fitnəkarlıq törətmək cəhdini istisna etməsə də,"dövlət komitəsinin vəziyyəti nəzarətdə saxladığını və qanuni həddi aşacaqları təqdirdə , onlara qaprşı bütün zəruri tədbirlərin görüləcəyini" vurğulayaraq deyib:"Lakin zənnimcə, 15-16 oktyabr hadisələri əyani göstərdi ki, az0ərbaycan rəhbərliyi
Ölkədə sabitliyin sarsıdılmasına yönəlmiş hər cür cəhdlərin qarşısını almaq gücündədir".
Oktyabrın 15-16-da ölkənin müxalifət partiyası "Musavat"ın lideri İsa Qənbərin tərəfdarları onun prezident seçkilərindəki məğlubiyyəti iləışmayaraq Bakıda kütləvi iğtişaşlar təşkil etmişdilər.
TÜRİYƏ İRAN TƏBİİ QAZININ SATIN ALINMASI SAZİŞİNƏ YENİDƏN BAXMAQ NİYYƏTİNDƏDİR.
BAKI.27.10.2003. MEDİA-PRESS: İran öz təbii qazının Türkiyəyə satışına dair sazişin bəndləri yzrə yeni danışıqlara başlamaq fikrində deyil.Tehranda çıxan"Entexab" qəzeti milli qaz şirkətinin icraçı direktoru Mohəmməd Melakiyə istinadən yazır ki,
İran qazının ixracı barədə Türkiyə ilə bağlanmış saziş uzunmüddətlidir və Ankara "qazın qiymətinin baha olması bəhanəsi ilə" .hdəliklərindən imtina edə bilməz.
Xatırladaq ki, $20 mlrd. dəyərində olan türkiyə-iran sazişi 1996-cı ildə 25-illik müddətə imzalanıb və "al,yaxud ödə" prinsipinə əsaslanır. Türkiyə boruçəkmə şirkəti BOTAŞ-ın məlumatına əsasən, Ankara 6 mlrd. kub metr iran qazı idxal edir və 2007-ci ilə kimi bu hhhhhəcm 10 mlrd. kub metrə çatmalıdır. Xətt istismara hələ 1999-cu ildə hazır olsa ddə, idxal yalnız 2001-də başlayıb, sonra da türkiyə tərəfinin bəhanələri ilə bir neçə dəfə dayandırılıb.Belə bir faktı da qeyd edək ki, indi qüvvədə olan sazişlərlə Türkiyəyə verilən qaz onun tələbatından xeyli artıq olduğu üçün, son illər Ankara tək İranla deyil, Rusiya ilə də qaz idxalı sazişlərinin şərtlərini yenidən baxmağa dəfələrlə cəhd göstərib.Doğrudur, türklər ruslarla ortaq məxrəcə gələ biliblər. Rusiya Türkiyəyə ixrac etdiyi qazın qiymətlərini ucuzlaşdırmağa və "Mavi axın" kəməri ilə verdiyi " mavi yanacağın" illik həcmini 4 milyarddan 2 mlrd. kub metrə salmağa razı olub.Bununla belə, Rusiya ilə danışıqlardan Ankaranın o qədər də məmnun qalmadığı və hətta "Qazprom"a qarşı iddialarını beynəlxalq münsiflər məhkəməsində çözməyə hazırlaşdığı məlumdur. Yarım ildir ki, tərəflər "Mavi axın" qazını Rusiyanın Türkiyəyə hansı qiymətə satması barədə razılığı gələ bilmirlər.
İranın ixracına gəldikdə, Ankara ilə İran arasında sonuncu "qaz gərginliyi" düz bir il əvvəl yaranmışdı. O vaxt BOTAŞ nümayəndələri qazın keyfiyyətini bəhanə edərək idxalı dayandıraraq, məqam düşmüşkən, qiymətinin çox baha olmasından da gileylənməyə başladılar. Ancaq İranın neft naziri Bijan Zənqane deyib: " qazın keyfiyyətinə istinad, yalnız idxalı dayandırmaq üçün bir bəhanədir. Türkiyə bir neçə ölkə ilə bağladığı böyük qaz qaz sazişlərinin yükü altındadır. Odur ki, iran qazının idxalını dayandırmaq istəyir." Hər iki tərəfin nüfuzlu nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və danışıqları o vaxt münaqişənin bir az səngiməsi ilə nəticələnmişdi: İran qazının ixracına yenidən başlanıldı və qiymət məsələsi də unuduldu. Lakin hadisələr münaqişənin tam çözülmədiyini göstərir.
Ötən həftə Türkiyənin Energetika və Təbii Ehtiyatlar naziri Hilmi Güler deyib ki, Ankara 1996-cı il sazişini İranla yenidən müzakirə etmək istəyir, çünki qazın qiyməti çox yüksəkdir. "Turkish Daily News"in yazdığına görə, nazir indilikdə Rusiya ilə müvafiq danışıqlar aparıldığını, sonra da İranla müzakirələr başlayacağını deyib.H. Güler Türkiyə Sənaye Palatasındakı çıxışında qeyd edib ki, Türkiyə öz geosiyasi vəziyyətinə görə, bir enerji körpüsü kimi çıxış edir və bu vəziyyətindən öz milli mənafelləri üçün istifadə edəcəkdir. Bir sözlə, nazir İrana işarə edir ki, Moskva ilə danışıqlarda Ankaranın mövqeləri güclüdür və İran da tezliklə bunu duyacaqdır.Bir iş də var ki, qaz çəkişməsində Türkiyə bir dəfə də olsun İranı üstələyə bilməyib. Baxmayaraq ki, İranın öz qazını Avropaya ötürmək üçün Türkiyədən qeyi yolu yoxdur.
"İZVESTİYA": 2005-Cİ İLƏ KİMİ MOSKVADA RUSLARIN SAYI 73 FAİZƏ DÜŞÜCƏK
BAKI.27.10.2003. MEDİA-PRESS: Moskvada millətlərarası nigahların tərkibində kəskin dəyişikliklər baş verməkdədir.Əgər 50-ci illərdə ruslar, ukraynalılır və beloruslar arasındarkı nigahlar üstünlük təşkil edirdisə, indi moskvalı qızların ermənilər ,gürcülür və azərbaycanlılarla izdivacı daha çox yayılmaqdadır. "İzvestiya"da çap olunmuş və Vavilov adına Ümumi Genetika institutunun "Etnik-konfessional amillərin Moskva genefondunun dinamikasına təsiri" mövzusunda apardığı tədqiqatın nəticələrinə həsr edilmiş məqalədə belə deyilir.
Moskvada bağlanan nigahların strukturu araşdırılarkən,məlum olub ki,indi evlənənlərin 22 faizini millətlərarası izdivaclar təşkil edir və bu zaman hər 5 yeni ailədən birini pravoslav-müsəlman cütlüyü qurur. Bu da həqiqətdir ki, qatışıq nigahlardan doğulanların əksəriyyəti rus milliyyətini seçir.
Genetika mütəxəssisi Olqa Kurbatovanın əqidəsincə, "moskvalı rus qızları instinktiv surətdə nəslartıra bilən kişilər axtarır.Moskvada işləyən qafqazlı mühacirlərin bir çoxu iqtisadiyyat baxımından da yaxşı imkanlara malikdirlər.Ata xəttilə gen axını nəticəsində on nəsil keçəndən sonra, Moskva ruslarının genefondunun 70 faizini "yad" genlər təşkil edəcəkdir. Moskva regionu əhalisinin antropoloji görünüşü də dəyişəcəkdir".
Müəllifin yazdığına görə, "ərinti tiyanı" ( yəni, bu qəbil meqapolislərdə- nəhəng şəhərlərdə- etnik və milli qruplar arasında baş verən labüd birləşmə-MEDİA-PRESS ) adlanan nəsnə də kifayət qədər öyrənilməyib. Demoqrafiya baxımından "tiyan" rusların sayının azalmasının qarşısını alır. Genetiklərin fikrincə, "ərinti tiyanı" irsiyyətin zənginləşməsinə, zərəli genlərin yox olmasına aparır.Kurbatovanın qeyd etdiyi kimi," avropoid, monqoloid və neqroid irqlərinin bir-birinə qatışdığı Havay adalarında amerikanların apardığı tədqiqat bu birləşmənin mənfi nəticələrini üzə çıxarmayıb. İnsanın genetik çələngini ən əvvəl həkimlər bilməlidir. Çünki müxtəlif etnosların özlərinə məxsus irsi xəstəlikləri var ki, onuöz övladlarına keçirə bilərlər. Ancaq ümumən götürdükdə, "yaxşı" və "pis" genefondlar yoxdur.Sadəcə biz özümüz - adamlar da, xalqlar da- müxtəlifik və "tiyan"da genlər əriyib bir-birinə qarışır."
1917-ci il inqilabınadək Moskvada qatışıq nigahlar 5 faizdən çox deyildi.Bu işi əngəlləyən başlıca amil dini etiqad idi. Əlbəttə, elə o dövrdə də rusiya paytaxtında ailələrin tərkibi yekrəng deyildi. Milli və silki prinsiplər üzrə bağlanan nigahlar da az deyildi. Paytaxtda ermənilər, gürcülər, tatarlar və Qərbi Avropadan gələnlərin üstünlük təşkil etdikləri məhəllələr də var idi. İndi etnik topoqrafiya daha zəifdir. Sadəcə, Bolşaya Qruzinskaya, Tatarskaya, Xoxlovkasayağı adlar köhnə özəllikləri bizə xatırlatmaqdadır. Hətta bu gün paytaxt əhlinin çoxu özünə həyat yoldaşı seçəndə öz həmyaşıdlarına və sosial qrupunun nümayəndələrinə üstünlük verir.Seçilən namizədin hansısa konfessiyaya mənsubluğu daha əhəmiyyətli rol oynamır. Millətlərarası nigaha girməyə ən çox san atan rus qadınlarıdır. Amma, azsaylı moskva diasporunun (çeçenlər, dağıstanlılar və s.) nümayəndələri hələki, özlərininkilərə evlənirlər.Onların sosial-mədəni baxımdan belə darçərçivəliyi və özünütəcridi meqapolisdə qaynayıb-qarışmaq təhlükəsindən yayınmağa imkan verir.
Genetiklərin iddiasına görə, müasir proseslər Moskvanın etnik-konfessional tərkibində çevrilişə gətirə bilər.Əgər 1994-cü ildə xristian (məsihi ) və islam dinləri ardıcıllarının nisbəti 37:1 kimi qiymətləndirilirdisə, 2025-ci ildə bu hal kəskin dəyişərək -5:1
2004 -CÜ İLDƏ DÖVLƏT BÜDCƏSİNDƏ ƏDV-NIN 31,6 % OLACAĞI GÖZLƏNİLİR
BAKI.27.10.2003.MEDİA-PRESS: Azərbaycanın 2004-cü il büdcəsinə görə, əlavə dəyər vergisindən (ƏDV) daxilolmaların həcmi 2,199 trln. manat və ya büdcə gəlirlərinin 31,6 faizini təşkil edəcək.
Respublikanın Milli Məclisindəki (MM) nümayəndənin "İnterfaks-Azərbaycan"a məlumatına görə,2003-cü ilin proqnozu ilə müqayisədə ƏDV rüsumlarının həcmi 14,6 % artacaq. Layihədə daxilolmalar : gəlir vergisindən-742 mlrd manat, mənfəət vergisindən -950 mlrd. manat, aksizlərdən- 350 mlrd. manat məbləğində müəyyənləşdirilib.Bundan əlavə, hüquqi şəxslərdən 160 mlrd. man. əmlak vergisi, hüquqi şəxslərdən 70 mlrd. man. torpaq vergisi ,yeraltı sərvətlər üzrə- 489 mlrd. manat vergi tutlacaq, 125 mlr. man.- sadələşdirilmiş vergi və 6 mlrd. manat- tranzit yol vergisi yığılacaq.
Dövlət büdcəsinə 300 mlrd man.- gömrük rüsümu, 120 mlrd. man.- dövlət rüsumu, 7 mlrd. man.- birdəfəlik rüsum, habelə sair gəlirllər üzrə-237 mlrd manat rüsum daxil olmalıdır.
2004- il büdcəsinə İqtisadi İnkişaf nazirliyi 12 mlrd manat (dövlət əmlakının icarəyə verilməsins görə), Dövlət Neft Fondu- 650 mlrd. manat köçürməli ,Avropa İttifaqıqıq qrantları isə- 50 mlrd. manat təşkil etməlidir.
Azərbaycan Milli Bankı öz gəlirlərindən -30 mlrd.manat köçürməli, dövlət büdcəsindən maliyyələşən müəssisələrin büdcədənkənar daxilolmaları isə
335 mlrd. manat təşkil etməlidir.
Dövlət qurumlarının saxlanmasına -675,5 mlrd., ölkənin müdafiəsinə-732,2 mlrd., hüqüq-mühafizə və məhkəmə orqanlarının saxlanmasına-789,9 mlrd., təhsilə- 1 trln. 497,7 mlrd., səhiyyəyə-350,8 mlrd., sosial müdafiə və sosial təminata- 1 trln. 185,2 mlrd. manat yönəldilməsi nəzərdə tutulub.
Bundan əlavə Ehtiyat Fondunun formalaşdırılmasına -78 mlrd., xarici borclar müqabilində isə-140 mlrd. manat ayrılacaq.
2004-cü ilin büdcə layihəsi gəlirləri -6,957 trln., xərcləri-7,272 trln. manat, büdcə kəsirini -315 mlrd manat, yaxud ümumi daxili məhsulun 0,8 faizi həcmində müəyyənləşdirilib.Xəbər verdiyimiz kimi, bu layihəni respublika prezidenti İcra aparatı oktyabrın 14-də MM-in müzakirəsinə təqdim edib.
Bu ilin dövlət büdcəsi 331 mlrd. manat, yaxud ümmi daxili məhsulun 1 faizi həcmində kəsirlə təsdiq edilib.Gəlirlə- 6,092 trln., xərclə- 6,423 trln. manat nəzərdə tutulub.
Oktyabrın 27-ə olan rəsmi məzənnəyə görə, 4910 manat 1 dollardır.
TÜRKİYƏ A&D SC "AZƏRELEKTROTERM" SC ÜZRƏ İNVESTİSİYA MÜSABİQƏSİNİN QALİBİDİR
BAKI.27.10. 2003. MEDİA-PRESS: Türkiyənin mühdud məsuliyyətli A&D Səhmdar cəmiyyəti (SC) istilik-elektrik avadanlığı və qızdırıcılar buraxan bakı "Azərelektroterm" SC-nın dövlət səhmlərinin 98,7 faizinin satışı üzrə investisiya müsabiqəsinin qalibidir.
Media-Pressə İqtisadi İnkişaf nazirliyində (İİN) bu barədə verilən məlumata görə, alqı-satqı sazişi imzalandıqdan 3 ay sonra A&D Azərbaycan gövlət büdcəsinə 3 mlrd. manat köçürməli və sonradan silinmək üçün 260 min özəlləşdirmə çeki və həmin sayda dövlət opsionu təqdim etməlidir. A&D "Azərelektroterm"də ilk işllərin başlana bilməsi üçün də onun bank hesabına 2,45 mlrd. manat köçürməlidir.
İnvestisiya proqramına görə, A&D üzərinə öhdəlik götürüb ki, saziş imzalndıqdan sonra iki mərhələdə "Azərelektroterm"ə 49 mlrd. manat ($ 9,93 mln.) investisiya qoysun. Bu pullar müasir presslər və qaynaq avadanlığı almağa, istehsal sahəsini yenidən qurmağa və infrastrukturun bərpasına xərclənəcək.
Türkiyə şirkətinin investisiya proqramının ən mühüm bəndlərindən biri də müəssisədə 500-dək yeni iş yerinin ( indi burada cəmi 92 nəfər çalışır) açılmasıdır. Ba halda əməkdaşların orta aylıq məvacibi 200 dollardan az olmayacaq.
SC -nın 10,541 mlrd. manat məbləğində öhdəlikləri, o cümlədən 477, 801 mln. manat əməkhaqqı borcu və üstəgəl 1, 610986 mlrd. manat debitor borcu var. "Azərelektroterm" 1969-cu ildə yaradılıb.
DAŞKƏSƏN DAĞ-MƏDƏN KOMBİNATININ SAHİBİNİ İNVESTİSİYA MÜSABİQƏSİ MÜƏYYƏNLƏŞDİRƏCƏK
BAKI.27.10.2003. MEDİA-PRESS:İqtisadi İnkişaf nazirliyi yanında Dövlət Əmlak departamenti "Daşkəsən Dağ-Mədən kombinatı" Açıq tipli Səhmdar cəmiyyətinin (ASC) satın alınması üzrə investisiya müsabiqəsi elan edib.Nazirlikdə Media-Pressə məlumat verilib ki, müsabiqədə yerli və əcnəbi investorlar iştirak edə bilə Bu müəssisəni almaq iddiasında olanlar investisiya proqramı təqdim edməlidirlər. Proqram özəlləşmənin müddətini, maliyyə xərclərini göstərməli və filizin zənginləşdirilməsinin müasir texnologiyasının tətbiqini nəzərdə tutmalıdır.
AZƏRBAYCAN DƏMİR YOLU 9 AYDA 10 MLN. TONDAN ÇOX YÜK DAŞIYIB
BAKI.27.10.2003. MEDİA-PRESS: 9 ayda respublikanın dəmir yolları ilə 10,879 mln. ton müxtəlif yüklər daşınıb ki, buda planın 108,6 faizi deməkdir.Azərbaycan Dəmir yolu idarəsidə Media-Pressə verilən məlumata görə, ötən ilin eyni dövrünə nisbətən yukdaşımaları 9,1 % artıb.
Bütün yüklərin 8,868 mln. tonunu neft və neft məhsulları ( plandan 2,8 % artıq ) yük daşınıb . Gtən illə müqayisədə artım da 2,8 % olub.
9 ayda 3 mln. 454 min nəfər sərnişin daşınıb.
BAKI LİMANI VƏ XƏZƏR GƏMİÇİLİYİ İDARƏSİNİN BİRLƏŞDİRİLMƏSİ MƏQSƏDƏUYĞUN DEYİL. RUSİYA DƏNİZ REGİSTRİNİN NÜMAYƏNDƏSİ BELƏ DEYİR
BAKI.27.10.2003..MEDİA-PRESS: Bakı Dəniz limanı ilə Xəzər gəmiçiliyi idarəsinin birləşdirilməsinin məqsədəüyğun olmadığını vurğulayan Rusiya Dəniz Gəmiçiliyi Registrinin (RDCR) azarbaycan nümayəndəliyinin başçısı Dmitri Şestakov "İnterfaks-Azərbaycan" agentliyinə deyib ki, " Bunlar iki müstəqil təşkilatdır və birlləşmə ona gətirib çıxara bilər ki, liman başdan-başa İdarənin gəmiləri ilə dola bilər, axı,Xəzər Gəmiçiliyi İdarəsi Azərbaycanda ən böyük gəmi sahibkarıdır.
Şestakov Bakı limanında nəzarət xidmətinin olduğunu və onun vəzifəsinin hövzəyə daxil olan gəmilərin ölkə mənsibiyyətitndən asılı olmayaraq beynəlxalq tələblərə uyğunluğunu nəzarətdə saxlamaqdan ibarət olduğunu vurğulayaraq deyib:"BU iki qurumun birləşəcəyi təqdirdə, nəzarət funksiyası itəcək və, ümumiyyətlə dünya təcrübəsində iki müxtəlif yönümlü birləşməsi halı olmayıb".
Bu ilin avqustunda Xəzər Gəmiçiliyi İdarəsinin rəisi Aydın Bəşirov respublika hökumətinə müvafiq sənədləri təqdim edərək, iki şirkətin birləşdirilməsi imkanını araşdırmağı xahiş etmişdi. Bakı Limanının rəisi Elçin Mirzəyev də bu ideyanı dəstəkləmişdi. Ancaq hər iki təşkilatı özündə birləşdirən respublika Nəqliyyat nazirliyi bu plana tənqidi yanaşıb.
AZƏRBAYCAN BANKLARININ NİZAMNAMƏ KAPİTALI 692,5 MLRD. MANAT ( $ 140,7 MLN.) TƏŞKİL EDİB
BAKI.27.10.2003. MEDİA-PRESS: 2003-cü il oktyabrın 1-də azərbaycan banklarının Nizamnamə kapitalı (NK ) 692,5 mlrd. manat ( $140,7 mln.) və ya yanvarın 1-ə nisbətən 12,8 % çox olub.Milli Bankın mylumatına görə, ümumi məbləğin 72 mlrd. manatı ($14,63 mln.) - dövlət banklarının, 620,5 mlrd. manatı ($126,11 mln.)- özəl bankların payına düşür.
NK-nın təşkilində xarici kapitalın həcmi -256,6 mlrd. manat (ölkənin bütün banklarının NK-nın 36,2 faizi) olub. Hər banka orta hesabla 15,1 mlrd. manat düşür.
Bu il oktyabrın 1-də respublikada 46 bank olub. 16 bankda xarici kapital iştirak edir. Bu bankların 4-də xarici kapitalın payı 50-100 %, 10-da isə -50 faizdən az təşkil edir.
OKTYABRIN 1-Ə AZƏRBAYCAN BANKLARI 2,749 TRLN. MANAT ($559,76 MLN.)CƏLB EDİB
BAKI.27.10.2003. MEDİA-PRESS: 2003-cü il oktyabrın 1-ə azarbaycan bankları 2,749 trln. manat məbləğində vəsait və depozit cəlb edib, ki, bu da yanvarın 1-ə olan göstəricidən 17,8 % çoxdur..Bu məbləğin 552,3 mlrd. manatı milli , 2,197 mlrd. manatı isə xarici valyuta ilə( 79,9 faizi) qoyulan əmanətlərdir.
Fiziki şəxslərin əmanəti- 1,052 trln. manat ( yanvarda olduğundan 27 % çox), hüquqi şəxslərin depoziti isə 1,697 trln. manat ( artım- 12,2 %) təşkil edib.
Oktyabrın 1-ə dövriyyədə olmuş -2,325 trln. manat pul kütləsinin 1,773 trln. manatı nağd, 552, 3 mlrd. manatı isə -nağdsız hesablaşmaların payına düşür. Yanvar ayı ilə müqayisədə nağd pulun həcmi-5 %, nağdsız vəsaitlərin həcmi isə-4,8 % artıb.
AZƏRBAYCAN İQTİSADİYATINA 9 AYDA 3,089 TRLN. MANAT ( $ 628,9 MLN.) KREDİT QOYULUB
BAKI .27. 10. 2003. MEDİA-PRESS:Azərbaycan Milli Bankının (AMK) məlumatına görə, bu ilin 9 ayında ölkə iqtisadiyyatına 3,089 trln. manat ( $628,9 mln.) kredit qoyulub. AMK mətbuat xidmətində Media-Pressə deyiblər ki, kreditlərin 74,6 faizi (2,3 trln. man.-$468,33 mln.) - qısamüddətli, 25,4 fizi isə ( 785,5 %-$ 159,84 mln.)- uzunmüddətli olub.
Bu kreditlərin 1,312 trln. manatı ( $ 267,5 mln)-dövlət banklarının, 1,438 trln. manatı ( $292,81 mln. özəl bankların və 339,1 mlrd. manatı ( $ 69,02 mln.)-qeyri-bank kredit təşkilatlarının paına düşüb.
9 ayda kreditlərin 21,1 faizi - ticarət və xidmət sahələrinə,12,07 faizi-nəqliyat və rabitənin inkişafına, 4,1 faizi- energetika və təbii ehtiyatların işlənməsinə, 5,93 faizi- aqrar bölməyə,8,42 faizi-ağır və yüngül sənayyə, 7,25 faizi- tikintiyə,27 faizi- fiziki şəxsmlərə kreditlərə və 6,81 faizi isə - dövlə idarəetmə sahəsinə yönəldilib.