ÜB EKSPERTLƏRİ BAKININ SU TƏCHİZATI SİSTEMİNİN YENİDƏN QURULMASI LAYİHƏSİNİN TƏTBİQİ İLƏ TANIŞ OLACAQLAR.

BAKI.29.10.2003. MEDİA-PRESS: Ümumdünya Bankının (ÜB) ekspertləri noyabrın 13-15-də respublikamıza səfər zamanı "Böyük Bakının su təchizatı sistemiin yenidən qurulması" layihəsinin tətbiqinin gedişilə tanış olacaqlar.

"İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, ÜB missiyası əlavə kredit alınması üçün bu layihə çərçivəsində işlərin sürətləndirilməsi məsələsini İqtisadi İnkişaf Nazirliyində (İİN) müzakirə edəcək. Su təchizatı müəssisələrinin özəlləşdirilməsi imkanları da müzakirə edilməlidir.

ÜB 1996-cı ildə paytaxtın su təchizini yaxşılaşdırmaq üçün Azərbaycana $ 48,05 mln. ayırdı. Ancaq bu vəsait az oldu və hökumət əlavə maliyyələşdirmə xahişi ilə Banka müraciət etdi. ÜB daha $12,95 mln. kreditayırmaq qərarı versə də, pullar llazımi ünvanına hələ çatmayıb. Xatırladaq ki, ÜB ilə yanaşı bu layihəni Avropa Yenidənqurma və İnkişaf Bankı da maliyyələşdirir. Bu Bank $23 mln. kredit ayırıb.


ÜB KREDİTİNDƏN QƏNAƏT OLUNMUŞ $3 MLN. AZƏRBAYCAN MƏKTƏBLƏRİN VƏ ARTEZİAN QUYULARININ BƏRPASINA YÖNƏLDƏCƏK

BAKI.29.10.2003. MEDİA-PRESS:Azərbaycan Ümumdünya Bankının ( ÜB ) kreditindən qənaət olunmuş $ 3 mln. Ermənistan və Dağlıq Qarabağla həmsərhəd rayonlarda 21 məktəbin və 149 artezian quyusunun bərpasına önəldəcək. Azərbaycan ərazilərinin bərpası və yenidənqurulması agentliyində "İntterfakks-Azərbaycan"a məlumat veriblər ki,bu haqda ÜB ilə ilkin razılıq əldə edilib.

ÜB işğaldan azad edilmiş ərazilərin bərpası proqramının gerçəkləşməsinə 1999-cu ildə $ 20 mln. ayırmışdı. 1990-1994-cü illərdə dağlıq-qarabağ münaqişəsinin müharibəyə çevrildiyi dövrdə dağıdılmış mənzillər , elektrik və su təchizatı xətləri, kanalizasiya, yollar bu vəsaitlər hesabına bərpa edilib, məktəblər və tibb məntəqələri avadanlıqla təchiz edilib.2001-ci ilin sonunadək planlaşdırılmış işlərə $ 9 mln. xərclənmişdi.Elə o vaxt razılıq əldə edilmişdi ki, qalan $ 11 mln. da xərclənsin. Bununla belə, həmin pulun 3 milyonu istifadəsiz qaldı.

Azərbaycanın azad edilmiş torpaqlarının bərpası proqramı ölkəmizdə 1998-ci ildən realizə edilməkdədir. İndiyədək bu proqramın gerçəkləşməsinə $ 90 mln.( ÜB və İslam İnkişaf bankının kreditləri, Avropa İttifaqının, Yaponiya və Niderland hökumətlrinin, BMT-nin və sair donor təşkilatların qrantları ) cəlb olunub.


BAKIDA İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI VƏ ELEKTORON İDARƏETMƏ ÜZRƏ BEYNƏLXALQ FORUM KEÇİRİLƏCƏK

BAKI.29. 10.2003. MEDİA-PRESS:Noyabrın 6-8-də Bakıda Bakıda keçiriləcək forum informasiya və kommunikasiya texnologiyaları (İKT ) və elektron idarəetmə üzrə milli strategiyaya həsr olunacaq. BMT-nin İnkişaf proqramı (BMT İP) Bakı nümayəndəliyinin Media-Pressə bu haqda məlumatında tədbirdə Şərqi Avropa, mrkəzi Asiya və Qafqazdan 60-a yaxın ekspertin iştirak edəcəyi bildirilir.Məqsəd İKT və elektron idarəetmə uzrə milli strategiyaların hazırlanması, qiymətləndirilməsi, tətbiqi və maliyyələşdirilməsi yollarını müzakirə etməkdir. İKT üzrə milli strategiyanın digər sahələrdəki milli proqramlarla əlaqələndirilməsi məsləsi də müzakirə ediləcək.

Bu forum BMT və Beynəlxalq Kommunikasiya İttifaqının dəsətəyi ilə dekabrın 10-12-də Cenevrədə keçiriləcək informasiyalı cəmiyyət üzrə Ümumdünya sammitinə hazırlığın tərkib hissəsidir. Bütövlükdə dövlət əmlakının özəlləşdirilməsi dövründə ölkə büdcəsinə 223,2 mlrd


Aİ NÜMAYƏNDƏSİ BAKIDA QARABAĞDA NİZAMLANMA İMKANLARINI RF, ABŞ VƏ TÜRKİYƏ SƏFİRLƏRİ İLƏ MÜZAKİRƏ EDİB

BAKI.29.10.2003. MEDİA-PRESS: Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz ölkləri üzrə xüsusi nümayəndəsi Heykki Talvitiye dağlıq qarabağ münaqişəsinin nizamlanması imkanlarını Rusiya, ABŞ və Türkiyənin Bakıdakı səfirləri ilə müzakirə edib.

"Rusiya, ABŞ və Türkiyə regionda ənənəvi nüfuza malikdirlər. Odur ki, bu regionun müxtəlif məslələri üzrə onların fikrini bilmək həmişə faydalıdır". Görüşünün sonunda bu sözləri deyən diplomat əlavə edib ki, regionu indiki, 3-cü gəlişinin əsas məqsədi Aİ ilə Azərbaycanın əməkdaşlıq imkanlarını bu dövlətin yeni başçısı İlham Əliyevlə müzakirə etməkdir.H.Talvitiye deyib:" Aİ və Azərbaycan arasında münasibətlər uzunmüddətlidir, Ümid edirəm ki, bu münasibətlər həm də səmərəli olacaq.


AZƏRBAYCAN AŞ XİN RƏHBƏRLƏRİNİN İCLASIDA İŞTİRAK EDƏCƏK

BAKI.29.10.2003. MEDİA-PRESS:Azərbaycanın Xarici işlər naziri Vilayət Quliyev Avropa Şurası ölkələri Xarici İşlər nazirlərinin (AŞ XİN ) noyabrın 5-6-da Kişinyovda 113-cü iclasında iştirak edəcək.

AŞ ilə Avropa İttifaqı (Aİ ) arasında əməkdaşlığın möhkəmləndirilməsi, Şuranın 2005-ci ilə planlaşdırılan sammitinə hazırlıq iclasın müzakirə edəcəyi əsas məsələlərdir. Azərbaycan XİN-nin rəhbəri iclasdakı çıxışında AŞ ilə respublikanın məkdaşlığı imkanlarını məzakirə və dağlıq qarabağ probleminin həlli probleminə toxunmaq fikrindədir.


"NEZAVİSİMAYA QAZETA: " TÜRKMƏN QAZI UĞRUNDA DÖYÜŞ DAVAM EDİR"

BAKI.29.10.2003. MEDİA-PRESS: Ötən həftənin axırında Rusiya "Qazprom"u və "Nefteqaz Ukrainı" şirkətlərinin nümayəndələri dəridən-qabıqdan çıxıblar ki, Türkmənbaşı Saparmurat Niyazovun qılığına girsinlər. Axı, sonda kimə nə qədər türkmən qazının düşəcəyi ondan asılıdır..

"Nezavisimaya qazeta"nın yazdığına görə, "Nefteqaz Ukrainı" şirkətinin başçısı Yuri Boyko Turkmənistanla "qaz münasibətləri"nin 25 il davam etməsinə prezidentin razılığını almağa çalışıb. İndilikdə mövcud olan müqavilənin müddəti isə 2007-ci ilə kimidir.Milli şirkətin başçısı Y. Boykonun rəhbərlik etdiyi heyət Tükmənistan istiqlaliyyətinin 12-ci ildönümü şənliklərində rəsmən iştirak edib.

Boyko Niyazovla görüşdən sonra deyib ki, Ukrayna " türkmən qazının Ukraynaya verilməsinə dair 25-illik müqavilənin imzalammasına yaxındır. Bu zaman Ukrayna Türkmənistan, Qazaxıstan əv Rusiya ərazilərində yeni qaz kəmərinin çəkilişində də iştiraka hazırdır. Bu şərtlə ki, türkmənlər qazın uzunmüddətli ixracına təminat versinlər. İndi Türkmənistandan Rusiyaya qaz ixracında illik gücü təqribən 40 mlrd. kub metrə çatan mövcud Mərkəzi Asiya -Mərkəz boru xəttindən istifadə olunur. Ukrayna Xəzər sahili ilə 780 km. uzunluğunda yeni qaz kəməri (ildə 30 mlrd. kub metr türkmən qazını Rusiyaya ötürə biləcək ) tikə bilər. "Qaz" sənədlərinin qəvvəyə minməsi üçün prezidden lər Kuçma və Niyazovun imzaları gərəkdir. Kuçma Aşxabada noyabrda getməlidir, hərçəndki, onun bu səfəri rəsmi bəhanələrlə artıq bir neçə dəfə təxirə salınıb. Elə Türmənbaşının da Kiyevə səfəri dəfələrlə başqa vaxta keçirilib. Maraq doğuran cəhət budur ki, Türkmənistanla qaz razılaşmaları sahəsində Kiyev Moskva ilə ayaqlaşmağa çalışır. Bildiyiniz kimi, Rusiya 2004-2028-ci illərdə Türkmənistandan 2 trln. kub metr qaz alınmasına dair imzalanmış müqaviləyə malikdir.

2004-cü ildə "Qazprom" ən azı 45 mlrd. kub metr türkmən qazı idxal dəcək. Elə həmin bayram tətənələrində Aşqabadda olmuş "Qazprom" İdarə Heyəti sədrinin müavini Aleksandr Ryazanov bu haqda Niyazova məlumat verib. Türkmənbaşı 25-illik rusiya-türkmənistan müqaviləsinin realaşmasına gələn ildən başlanılması münasibəti ilə görülən işlərin gedişi ilə maraqlanıb. Ryazanovun dediyinə görə," 2004-cü ildə "Qazprom" Türkmənistandan 6 mlrd. kub metr qz alacaq və 2007-ci ilə kimi onu 70 mllyarda çatdıracaq". Beləliklə, Rusiya satın aldığı qazın həcmini artırmaqla, Ukraynanı qaz almaq imkanındın , sadəcə, məhrumedə bilər. Axı, türkmənlər illik qaz hasilatını çox cüzi artıra bilirlər. Nəticədə , əgər 3 ildən sonra "Qazprom" türkmən qazının inhisarçı müştərisinə çevrilərsə, ukraynalılar 2007-ci ildən sonra "mavi yanacaq" müqaviləsinin müddətini artıra bilməyəcək və sərasər 25 il rus şirkətinin iradəsi və şıltağından asılı qalacaqlar.

Xatırladaq ki, 2001-ci ildə bağlanan müqaviləyə görə, Ukrayna hər il Türkmənistandan 30-40 mlrd. kub metr qaz satın alır və 20056-cı ilədək daha 250 mlrd. kub metr ala bilər. İllik idxal-ixrac həddi ayrıca razılaşmalarla müəyyənləşdirilir. Aşqabad qazın qiymətini mümkün qədər artırmaq istəyini gizlətmir.Ancaq "Qazprom" kimi inhisarçı məştərinin mövcudluğu bunu əslində mümkünsüz edir. Rusiyada isə artıq bu gün türkmən qazının bahalığından dəm vururlar ( ukrayna və rus şirkətləri 2004-cü ildə türkmən qazının hər min kub metrini 44 dollara alacaqlar. Ödəmə mexanizmi eynidir: 50% -mal, 50%-pul). Əhəmiyyətlisi budur ki, ixrac yönümünün diversifikasiyası Tüpkmənbaşıya vaxtaşırı Rusiyanın "döyənəyini tapdalamaqla" ( o cümlədən Türkmənistanda yaşayan rusların ikili vətəndaşlığını qəbul etməməklə, kifayət qədər müstəqil xarici siyasət yeritməyə imkan verəcək. Öz mənafeindən çıxış edən Ukrayna burada Türkmənistanın karına gələ bilər. Deməli, bu halda Aşqabad Kiyevlə "qz dialoqu"nda üzüyolalıq göstərə bilər.


OKTYABRIN 30-DA BMK DİREKTORLAR ŞURASI BTC ƏİK TİKİNTİSİ LAYİHƏSİNİ MALİYYƏLƏŞDİRMƏK MƏSƏLƏSİNƏ BAXACAQ

BAKI.29.10.2003. MEDİA-PRESS:Oktyağrın 30-da Beynəlxalq Maliyyə Korporasiyasının (BMK ) Direktorlar şurası (DŞ ) Bakı-Tbilisi-Ceyhan Əsas ixrac kəməri (BTC ƏİK )tikintisinin maliyyələşdirilməsi məsələsinə baxacaq. Noyabrın 11-də isə bu məsələni Avropa Yenidənqurma və İnkişaf Bankının ( AYİB ) DŞ müzakirə edəcək.

Bilirsiniz ki, hələ sentyabrda AYİB rəhbərliynin nümayəndəsi xanım Şarlotta Filipps AYİB və BMK-nın ƏİK tikintisiə $ 400-600 mln. kredit verəcəklərini, bunun hərəyə $100-150 mln. qurumların öz vəsaitlərindən ayıracaqlarını , qalan məbləği isə sindikat kreditləri kimi cəlb edəcəklərini bildirmişdi. Şarlotta xanım kreditlrin 12 ilə velicəyini desə də, hansı faizlərlə veriləcəyinin kommersiya sirri olduğunu bəhanə gətirib. ƏİK titkintisini dəyəri $ 2,95 mllyarddır. Onun 30 faizi layihə iştirakçılarının öz vəsaitləri, 70 faizi isə kreditlərdir. Kreditləri əvvəlcə 2003-cü ilin may-iyun aylarında almaq nəzərdə tutulsa da, layihənin tətbiqindəki ləngimə onun ayrılmasını noyabra kimi təxirə saldı. Şirkətlər tikintinin layihələşdirilməsini öz daxili imkanları hesabına davam etdirməyi qərara aldılar, Bunun üçün təqribən $ 800 mln. tələb olunurdu.

Xatırladaq ki, ƏİK layihəsinə kreditllər ayıran və onu təmin edən təşkilatlar 4 qrupa bölünür. Birinciyə öz vəsaitlərini ayırmaqla yanaşı kommersiya banklarının kreditlərinə də zamin duran AYİB və BMK; ikinciyə- ABŞ, Böyük Britaniya,Yaponiya, Almaniya, İtaliya əv Fransadan materiallar və avadanlıq ixracının maliyyəlşdirilməsi üçün kommersiya banklarına təzminat verən ixrac-kedit agentlikləri; üçüncüyə - kommersiya banklarının özü ( sayları 10-30 arasındadır) və dördüncüyə- iri kreditor şirkətlər, o cümlədən BP və Statoil daxildir. ƏİK tikintisinin maliyyələşdirilməsi haqqında banklar və kredit təşkilatları ilə bir ümumi saziş bağlanacağı da ehtimal edilir.

Bundan başqa BP BTC tikintisinə kredit şəklində təqribən $ 500 mln. ayırmağa da hazırdır. BP-Azerbaijan şirkətinin rəhbəri Devid Vudvord deyib ki, kredit kommersiya banklarının şərtlərinə uyğun veriləcək. ƏİK 1767 km. uzunluğundadır. Onun 443 km. Azərbaycan, 248 km.- Gürcüstan və 1076 km.- Turkiyə ərazilərindən keçəcək. Buraxılış qabiliyyəti ildə 50 mln. ton olan bu kəmərdə 2003-cü ilin aprelində başlamış tikinti 2004-cü ilin 4-cü rübündə başa çatacaq. Azərbaycan neftinin Tükiyənin Ceyhan limanından 2005-ci ilin 2-ci rübündə ixracına başlanacağı nəzərdə tutulub.


BTC NEFT KƏMƏRİNİN AZƏRBAYCAN SAHƏSİ ÜÇÜN OLAN BORULARIN SONUNCU HİSSƏSİ GÜRCÜSTANIN BATUM LİMANINA GƏTİRİLİB

BAKI.29.10.2003. İMEDİA-PRESS:Bakı-Tbilisi-Ceyhan Əsas İxrac kəmərinin (BTC ƏİK ) azərbaycan sahəsinin borularının sonuncu hissəsi Batum limanına gətirilib. Bildiyiniz kimi, ƏİK-in respublika ərazisində uzunluğu -443, Gürcüstanda isə- 248 kilometrdir.

Gürcüstan Beynəlxalq neft korporasiyasında kəmərin gürcüstan sahəsi üçün boruların gətirilməsini bir aya başa çatacağını deyiblər. BTC ƏİK-in azərbaycan və gürcüstan sahəliri üçün boruların 80 faizini Yaponiyanın SUMİTOMO şirkəti göndərir. Bu şirkətin Britaniya BP-si ilə sazişinə (Global Agreement) görə, yaponlar dünyaın hər yerinə BP üçün borular göndərir. SUMİTOMO respublikamızın "Azəri" və "Şah-Dəniz" offşor yataqları üçün də qazma boruları ixrac edir. Yaponiyada boruları Sumitomo Metals Industry şirkəti istehsal edir. BTC ƏİK ilk nefti 2005-ci ilin baharında qəbul edəcək.


GÜRCÜSTANDA BTC ƏİK XƏTTİNDƏ İLK TİKİNTİ DÜŞƏRGƏSİ AÇILIB

BAKI.29.10.2003. MEDİA-PRESS: Bakı-Tbilisi-Ceyhan Əsas İxrac kəmərinin (BTC ƏİK ) gürcüstan sahəsində Marneuli rayonunda 6 düşərgədən birincisi istifadəyə verilib. İndi burada əsasən əcnəbilərdən ibarət 50-dək mütəxəssis qərarlaşıb. Tezliklə Gürcüstanın Tetriskaroy, Salk və Axalsix rayonlarında da bu qəbil düşərgələr meydana gəlməlidir.

Xatırladaq ki, BTC ƏİK-in azərbaycan sahəsində ilk tikinti düşərgəsi hələ iyulda istifadəyə verilib. Ümumiyyətlə Azərbaycanda bu kəmər boyunca Kürddəmir, Yevlax, Samux və Poyluda daha 4 düşərgə tikiləcək.


AZƏRBAYCANIN NEFT-QAZ SAHƏSİNƏ İNVESTİSİYALAR 9 AYDA 2,1 DƏFƏ ARTIB

BAKI.29.10.2003. MEDİA-PRESS: 2003-cü ilin yanvar-sentyabrında ölkənin neft-qaz bölməsinə10 trln.5,4 mlrd. manat investisiya qoyulub ki, bu da ötən ilin 9 ayının göstəricisindən 2,1 dəfə çoxdur. Dövlət Statistika komitəsində (DSK ) "İntefaks-Azərbaycan"a bu barədə verilən məlumatda deyilir ki, neft emalına investisiyalar faiz baxımından daha böyük olub - 95,2 mlrd. manat (4,7 dəfə çox ).

9 ayda elektroenergetitkaya 70,7 mlrd. manat sərmayə yatırılıb( 2,1 dəfə çox). Bu müddətdə ölkə iqtisadiyyatına qoyulan sərmayələrin 82,9 faizi neft-qaz sahəsinin, 0,6 faizi- elektroenergetika kompleksinin payına düşür. Respublika iqtisadiyyatına investisiyalar 9 ayda 70,9 % artaraq 12 trln. 67,6 mlrd. manat təşkil edib. Oktyabrın 27-ə olan rəsmi məzənnə: 4910 manat= $1.


AZƏRBAYCANDA NEFT TULLANTILARI HAQQINDA QANUN LAYİHƏSİ BP EKSPERTLƏRİNİN İŞTİRAKI İLƏ HAZIRLANIB

BAKI.29.10.2003. MEDİA-PRESS: Neft tullantılarının istifadəsi və zərəsizləşdirilməsi haqqında qanun layihəsi noyabrın ortalarında Milli Məlisin (MM) Təbii etiyatlar, Energetika və Ekologiya komissiyasının müzakirəsinə veriləcək.

Bu qanun layihəsinin hazırlanmasına azərbaycan mütəxəssislərilə yanaşı BP ekspertləri də cəlb olunub. İş burasındadır ki, respublikamızda bir sıra mühüm layihələrdə iştirak edən bu şirkətin fəaliyyəti gedişində il ərzində 15 min tona yaxın tullantı( əsasən neft şlamı ) yaranır. Odur ki , BP də həmin neft tullantılarından necə istiadə olunmasını müəyyənləşdirən bir qanunun ölkəmizdə hazırlanması və qəbulunda maraqlıdır. Ehtimal edilir ki, bu qanun layihəsi parlamentin geniş iclasında gələn ilin baharında müzəkirəyə çıxarılacaq.


"SƏNGƏÇAL YARIMSTANSİYASI ÜÇÜN YENİ TRANSFORMATOR NOYABRIN ƏVVƏLİNDƏ İSTİSMARA VERİLƏCƏK.

BAKI.29.10.2003. MSEDİA-PRESS: Səngəçal yarımstansiyası üçün nəzərdə tutulmuş 125 MVA gücündə transformator noyabrın əvvəlində işə salınacaq."Azərenerji" Səhmdar Cəmiyyətində (SC) Media-Pressə bu barədə məlumat verərək,quraşdırma işlərinin başa çatdığını, hazırda yardımçı xətlərin çəkildiyini və sazlama işlərininin tamamlanmaq üzrə olduğunu, az müddət sonra test sınağına və buraxılışqabağı sair tədbirlərə başlanacağını və transformatorun Ukraynada "Zaporojtransformator" zavodunda hazırlandığını deyiblər.

Nəzərinizə çatdırırıq ki, "Səngəçal" yarımstansiyasında məqsəd Bakı-Tbilisi-Ceyhan Əsas İxrac kəmərinin strateji obyekti -Səngəçal neft terminalının enerji təchizatının etibarlığını gücləndirməkdir. Terminal ərazisində SC və almaniya "Siemens"i 110 kilovoltluq yeni yarımstansia da tikirlər.


İLİN ƏVVƏLİNDƏN RUSİYADA 311 MLN. TON NEFT VƏ 453 MLRD. KUB METR QAZ ÇIXARILIB.

BAKI.29.10.2003. MEDİA-PRESS: Rusiyada bu ilin 9 ayında 311 mln. ton neft çıxarılıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 31 mln. ton və ya 11 faizdən artıqdır. RF Baş nazirinin müavini Viktor Xristenko bu haqda məlumat verərək deyib:" Uzzaq xaricə -134, yaxın xaricə isə-28 mln. ton neft ixrac edilib.141 mln. ton ilkin emala göndərilib. Bu məddətdə 453 mlrd kub metr çıxırılıb və bu, keçən ildəkindən təqribən 20 mlrd. kub metr çoxdur."

O,əmin olduğunu bildirib ki, ilin yekunu üzrə nəzərdə tutulan qaz həcmi -618 mlrd. kub metr hasil ediləcək. Xristenki yeni işlənilən yataqlar hesabına nəticələrin hətta proqnozlardan da yaxşı olacağını və 9 ayda 139 mlrd. kub metr, o cümlədən, 103 mlrd. kub metr uzaq xaricə, qaz ixrac edildiyini vurğulayıb.


AZƏRBAYCANDA ÖZƏLLƏŞMƏ BAŞLANANDAN DÖVLƏT MÜƏSSİSƏLƏRİ ZƏMİNİNDƏ 1490 SC YARADILIB

BAKI.29.10.2003. MEDİA-PRESS:Azərbaycanda özəlləşdirmək üçün daha 34 dövlət müəssisəi Səhmdar Cəmiyyətə ( SC ) çevriləcək.Bu il İqtisadi İnkişaf Nazirliyinin (İİN) apardığı ekspertiza bu nəticəni verib.

Ölkəmizdə özəlləşmə başlayanban bəri dövlət müəssisələri zəminində 1490 SC yaranıb. Onların özəlləşdirilməsindən dövlət xəzinəsinə 20,9 mlrd manat daxil olub. manat köçürülüb.


ZEYNALABDİN TAĞIYEV ADINA BAKI TOXUCULUQ -TRİKOTAJ FABRİKİ İNVESTİSİYA MÜSABİQƏSİNƏ ÇIXARILIB

BAKI.29.10. 2003. MEDİA-PRESS:Daha bir səhmdar cəmiyyət - Bakıdakı Zeynalabdin Tağıyev adına toxuculuq-trikotaj kombinatı investisiya müsabiqəsinə çıxarılıb. Bu açıq səhmdar cəmiyyətinin (ASC) 98,09 % səhmlərinə iddiaçı olanlar yeni texnologiyaların tətbiqini, məhsulun çeşidinin artırılmasını, iş yerlərinin bərpasını və sosial məsələlərin həllini nəzərdə tutan investisiya proqramı təqdim etməlidirlər.

Müsabiqənin qalibi həm də dövlət büdcəsinə 1,5 mlrd. manat pul köçürməli və ən azı 110 min çeki silinmək üçün İqtisadi İnkişaf Napzirliyinə verməlidir. Toxuculuq-trikotaj kombinatının yeni sahibi ilk işlərin başlana bilməsi üçün investisiya təklifinin dəyərinin 5 fazini müəssisənin hesabına köçürməli, əməkhaqqı borclarını və ona bərabər tutulan tədiyyələri 3 ay ərzində ödəməlidir.Kombinatın 186,2 mlrd. manat kreditor, 13,2 mlrd. manat debitor borcları vardır. Z.Tağıyev adına kombinat 1894-cü ildə yaradılıb, ötən əsrin 80-ci illərinin sonunda modernləşdirilib.Müəssisə 10 min ton iplik, 50 mln. metr parça və 136,5 mln. metr rəngli parça istehsal edir.Kombinatda 1500 adam çalışır.