OPEK BAŞ KATİBİ NEFTİN QİYMƏTİNDƏN DANIŞIR
BAKI.31.10.2003. MEDİA-PRESS: OPEK Baş katibi Alvaro Silva Kalderon belə hesab edir ki, ilin axırına kimi neftin qiymətlləri sabit qalacaq, lakin 2004-cü ildə ucuzlaşma amilləri güclənə bilər.Cümə axşamı Parisdə konfransda çıxış edən Kalderon deyib ki, OPEK dekabr sessyasında istehsal həcminin daha da artırılması qərarı qəbul etməzdən qabaq, noyabrın 1-dən hasilatın azaldılmasına dair öz əvvəlki qərarının təsirini öyrənəcək.
Onun fikrincə, indiki yüksək qiymətlər "dünya iqtisadiyyatına xələl gətirmir" və "bəzi regionlarda hətta iqtisadi artım müşahidə edilir". Onun nəzərincə gələn il neft bazarında "mal artıqlığı yaranacaq" və OPEK qiymətləri sabitləşdirmək üçün istixracı azaltmalı olacaq.
ƏLİ-BAYRAMLI DRES-DƏ 5-Cİ ENERJİ BLOKUNUN TƏMİRİ BAŞA ÇATIB
BAKI.31.10.2003. MEDİA-PRESS: Əli-Bayramlı DRES-də 5-ci enerji blokunun təmiri vaxtından qabaq başa çatıb. Media-Pressə "Azərenerji" Səhmdar Cəmiyyətində (SC) məlumat veriblər ki,indi 5-ci blok 120 MVt elektrik enerjisi hasil etmək gücündədir. Bunadək stansiyada daha 2 enerji bloku əsaslı təmir edilib.
Bu gün DRES-də hər biri 150 MVt gücündə 7 enerji bloku işləyir. İndi stansiyanın layihə gücü 1050 meqavoltdur. Lakin avadanlığın istehlakı səbəbindən DRES-də faktiki hasilat 800 meqavoltu keçmir.
Azərbaycan elektrik enerjisinin 33 faizini istehsal edən Əli-Bayramlı stansiyasında daha bir enerji bloku tikiləcək. Yaponiyanın TERSCO şirkəti yapon hökumətinin qrantı hesabına texniki- iqtisadi əsaslandırmanı tamamlayıb. Yeni buxar-qaz blokunun gücü 393 MVt olacaq.
Aİ BAKIDA DAİMİ NÜMAYƏNDƏLİYİNİ AÇACAQ
BAKI.31.10.2003. MEDİA-PRESS: Avropa İtifaı (Aİ) Bakıda öz nümayəndəliyini açmaq istəyir. Avropa Komissiyasının (AK) Azərbaycandakı nümayəndəsi Antonis de Vris jurnalistlərə belə deyib. Onun sözlərinə görə, AK rəhbəri Romano Prodi Azərbaycanın yeni seçilmiş prezidenti İlham Əliyevə göndərdiyi məktubda Aİ-nin Bakıda daimi nümayəndəliyini açmağa hhhazır olduğunu deyib.
A.de Vris bunu da əlavə edib ki, Aİ ikitərəfli əməkdaşlıq çərçivəsində Azərbaycana ildə təqribən $10 mln. və regional əməkdaşlıq çərçivəsində isə daha - $30 mln. ayırır.
QİƏT ÖLKƏLƏRİNİN XİN RƏHBƏRLƏRİ REGİONAL ƏMƏKDAŞLIQ PROBLEMLƏRİNİ BAKIDA MÜZAKİRƏ EDİBLƏR
BAKI.31.10.2003. MEDİA-PRESS: Azərbaycan Qara dəniz İqtisadi Əməkdaşlıq təşkilatına (QİƏT ) sədrliyi dövründə bu regional təşkilatın inkişafına əhəmiyyətli töhfə verib.Azərbaycan XİN-nin başçısı Vilayət Quliyev QİƏT ölkələri XİN rəhbərlərinin bu gün Bakıda açılmış 9-cu iclasında bellə deyib.
Onun sözlrinə görə, Azərbaycan təşkilatın nəqliyyat infrastrukturunun inkişafına, energetika, turizm və kommunikasiya sahəsində əməkdaşlığına töhfə verib. QİƏT İnkişaf fondunun yaradılması işlərinin başlanması da mühüm əhəmiyyət daşıyır. Neft və qazın dünya bazarlarına daşınması üçün Xəzərlə Qara dəniz arasında alternativ boru xətlləri şəbəkəsinin yaradılmasının zəngin enerji ehtiyatına malik Azərbaycan mühüm olduğunu vurğulayan V.Quliyev deyib:"Biz həmişə belə hesab etmişik ki,bu region Avropanın ayrılmaz hissəsidir. Odur ki, QİƏT-lə Avropa İttifaqı (Aİ) arasında əlaqələrin möhkəmləndirilməsinin zəruriliyinə tərəfdarıq. Aİ-nin Avropanın genişləndirilməsinə dair bu yaxınlarda qəbul etdiyi qərar QİƏT ölkələrinə də şamil edilməlidir".
Respublika XİN başçısı regional layihələrin inkişafı üçün QİƏT-in Ümumdünya Bankı və başqa maliiyyə qurumları ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyətini də qeyd edib.
QİƏT XİN Şurası iclasının iştirakçıları Təşkilatın 10-illiyi sammitinin (İstanbul, iyun 2002 ) və "QİƏT-in gələcək üçün iqtisadi gündəliyi" ( bu təşkilatın proqram sənədi) qərarları baxımından qurumun iş səmərəsini artırmaq yollarını araşdırıblar.
XİN rəhbərləri ticarətdə, kiçik və orta biznesin inkişafında, fövqəladə vəziyyətlərin nəticələrinin aradan qaldırılmasında, mütəşəkkil cinayətkarlıqla mübarizədə regional əməkdaşlığı dərinləşdirməyi müzakirə ediblər.
Energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri üzrə QİƏT nazirlərinin bu il olmuş iki görüşü qərarlarının yerinə yetirilməsinə, regionda turizmin inkişafı üzrə beynəlxalq konfransa da yekun vurulub.
2004-CÜ İLDƏ AZƏRBAYCAN İQTİSADİYYATINA İNVESTİSİYALAR 7 FAİZDƏN ÇOX OLACAQ
BAKI.31.10.2003. MEDİA- PRESS: 2004 -cü ildə Azərbaycan iqtisadiyyatına bütün mənbələr üzrə sərmayə qoyuluşlarının həcmi $ 3 mlrd.699,6 mlr. səviyyəsində proqnozlaşdırılır ki, bu də cari ildə gözləniləndən 7,4 % çoxdur.
Gələn ilin dövlət büdcəsinin layihəsinə görə, xarici investisiyaların həcmi təqribən 9% artaraq $ 2, 986 mlrd. çatacaq. Bu zaman birbaşa investisiyaların məbləği - $ 2, 746 mlrd.( artım- 8%), layihələr üzrə xarici kreditlər isə- $ 240 mln.(artım- 12,6 %) olacaq. Əvvəlki illərdə oldüğu kimi,xarici sərmayələrin böyük hissəsi - təqribən -$2,49 mlrd. ( 2003- cü illə müqayisədə artım-5,9%) neft sahəsinə yönəldiləcək.
Gələn ilin dövlət büdcəsinə görə, xarici sərmayə əsasən sənayeyə xərclənəcək -təqribən $ 2,510 mlrd. ( 2003-ün göstəricisindən : % çox) .
Tikintiyə - $10 mln.( artım-11,1%), ticarət və xidmət sahələrinə- $ 11 mln.( 37, 5%), nəqliyyat və rabitəyə- $ 151 mln.( 48,7%), qalan sahələrə-$ 304,2 mln.( artım 14,2 %) xarici sərmayə qoyuluşu proqnozlaşdırılır.
2004-cü ildə Azərbaycan iqtisadiyyatına $ 713,6 mln. daxili ( bu ilin proqnozundan-1,4% çox) investisiyalar qoyulacağı gözlənilir.Gələn ilin büdcə vəsaitlərindən $83,4 mln.( azalma-2,8%), əhalinin öz vəsaitləri hesabına-$112,6 mln. (artım- 39,3%), müəssisə və təşkilatların hesabına -$517,6 mln.( azalma- 95-7%) investisiyalar qoyulacağı proqnozlaşdırılır.
DGK 2004-CÜ İLDƏ AZRBAYCANIN XARİCİ TİCARƏT DÖVRİYYƏSİNİDƏ MÜSBƏT SALDO PROQNOZLAŞDIRIR
BAKI.31.10.2003.. MEDİA-PRESS: 2004-cü ildə azərbaycan ixracının həcmi idxaldan təqribən $ 21,6 mln. çox olacaq. Respublika Dövlət Gömrük komitəsində ( DGK ) "İnterfaks-Azərbaycan" agentliyinə bu barədə verilən məlumatda qeyd olunur ki,2004-cü ildə respublikada xarici ticarət dövriyyəsinin həcmi $ 4,482 mlrd. səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ildə gözləniləndən 3 % çoxdur. Gələn il ixracın həcmi -$ 2,251 mlrd., idxalın- $ 2,230 mlrd. olacaq.
Bu ilin yekununda Azərbaycanın xarici ticarətində $50 mln. həcmində mənfi saldo proqnozlaşdırılır.Bu zaman ixrac -$ 2,15 mlrd., idxal - $ 2,2 mlrd. təşkil etməlidir.
AZƏRBAYCAN HÖKUMƏTİ SAHİBKARLIQLA MƏŞĞUL OLAN FİZİKİ ŞƏXSLƏRƏ VERGİ QOYULMASINI DƏYİŞDİRMƏYİ TƏKLİF EDİR
BAKI.31.10.2003 MEDİA-PRESS: Azərbaycan hökuməti Vergi Məcəlləsinə sahibkarlıqla məşğul olan fiziki şəxslərin vergi ödəmələrinə aid düzəliş layihəsini parlamentə göndərib.
"İnterfaks-Azərbaycan" agentliyi məlumat verir ki, hökumət ayllıq gəliri 180 min manatdan ( oktyabrın 30-a olan rəsmi məzənnəyə görə -4911 manat =$1) çox olmayan fiziki sahibkarlardan vergi tutmamağı ,gəliri bu məbləğdən 3,6 mln. manatadək olanlardan -14%, 3,6 mln. manatdan yuxarı oloanlardan isə-35 faiz vergi tutmağı təklif edir.
Hüquqi şəxs yaratmadan sahibkar fiziki şəxslərin gəlirinə vergiqoyma qaydası sonuncu dəfə 2002-ci il yanvarın 1-də dəyişdirilmişdi.
Hazırda 120 gəliri olan fiziki şəxslərdən heç bir vergi tutulmur. Aylıq gəliri 120,001 anatdan 1,2 mln. manatadək olanlar- 12%, 1,2 milyondan 6 mln. manatadək -25%, 6 mln. manatdan çox gəlirdən isə - 35 favizlik dərəcə ilə vergi ödəyirlər.
2003-CÜ İLİN 9 AYINDA AZƏRBAYCANDA 845 KİÇİK MÜƏSSİSƏ VƏ OBYEKT ÖZƏLLƏŞDİRİLİB
BAKI.31.10.2003. MEDİA-PRESS: 2003-cü ilin yanvar-sentyabrında Azərbaycanda 845 kiçik müəssisə və obyekt özəlləşdirilib. İqtisadi İnkişaf nazirliyində Media-Pressə bu barədə deyiblər ki,özəlləşmədən dövlət büdcəsinə 29,3 mlrd. manat daxil olub.Respublikamızda bu proses başlanandan 29 minə yaxın kiçik müəssisə və obyektin özəlləşməsindən xəzinəyə 373,3 mlrd. manat daxil olub.
İlin əvvəlindən dövlət müəssisələrinin yerləşdiyi daha 137 torpaq sahəsini özəlləşdiənlər büdcəyə 6.4 mlrd. manat ödəyiblər. Ümumiyyətlə, cari ilin 9 ayında 900 belə torpaq sahəsinin özəlləşdirilməsi dövlət büdcəsinin mədaxilini daha 30,7 mlrd.manat artırıb.
AZƏRBAYCANDA RADİOAKTİV TULLANTILARDAN İSTİFADƏ MƏRKƏZİNİN TİKİNTİSİ 2005-DƏ BAŞA ÇATACAQ
BAKI.31.10.2003. MEDİA- PRESS: Azərbaycan ərazilərinin bərpası və yenidən qurulması agentliyi ( AƏBYA) "İzotop" radioaktiv tullantılardan istifadə mərkəzinin tikintisini 2004-cu ilin sonunadək başa çatdırmaq niyyətindədir.
AƏBYA "İnterfaks-Azərbaycan" agentliyinə məlumat verib ki, indi Laxas (Azərbaycan) və Hansa Project (Almaniya) şirkətləri bu mərkəzi qeyri-standart avadanlıqla təchiz edirlər. Sazlama işləri gələn ilin martında başa çatmalıdır.
Dezaktivləşdirmə bloku binasının dizaynı bu ilin dekabrında hazır olduqdan sonra, tikintini apara bilən təşkilatı müəyyənləşdirmək üçün tender keçiriləcək.
İcrasına hələ 2001-ci ildə başldanılmış bu layihə çərçivəsində təqribən 2,1 mln. avro (mərkəzin tikintisinə- 220 min, avadanlığa- 800 min, qeyri-standart avadanlıq üçün- 800 min) xərclənib. 2004-cü ilin axırına kimi daha 2 mln. avroya yaxın vəsait sərf etmək nəzərdə tutulur.
"İzotop" mərkəzinin yaradılması üçün vəsaitlər Avropa İttifaqının qrantından ayrılır. 30 mln. avro məbləğində olan bu qrant Azərbaycvana təxirəsalınmaz kömək proqramı üçün ayrılıb.
Tikinti işləri qurtarandan sonra "İzotop"u Azərbaycan Ekologiya və Təbii ehtiyatlar nazirliyinə vermək planlaşdırılır.
TBİLİSİ SAZİŞİNƏ GÖRƏ, GÜRCÜSTAN "ŞAH-DƏNİZ" QAZINI ALACAQ
BAKI.31.10.2003. MEDİA-PRESS: Tbilisidə imzalanan 2 sazişə görə, Gürcüstan
Azərbaycanın "Şah-Dəniz" offşor yatağı qazının 5 faizinə "sahib" və bu qazın müştərisi olacaq.
BP-Azerbaijan şirkətinin Bakı ofisində Media-Pressə verilən məlumatda qeyd olunur ki, 1-ci sazişə görə,Gürcüstan azərbaycan qazının öz ərazisindən tranziti müqabilində Cənubi Qafqaz kəməri (CQK) ilə Türkiyənin Ərzrum şəhərinə axıdılacaq "mavi yanacağ"ın həcminin 5 faizini alacaq. Saziş Gürcüstan Beynəlxalq Neft korporasiyası (GBNK) və CQK arasında bağlanıb.
2-ci saziş Gürcüstanın hər il 500 mln. kub metr "Şah-Dəniz" qazını alması barədədir. Sənədi GBNK və Azerbaijan Supply Company (Azərbaycan Qaz ixracı şirkəti-AQİŞ) imzalayıblar.
Bakı-Tbilisi-Ərzrum CQK-nın uzunluğu 1050 km.-dir(Azərbaycan sahəsi -490 km., Gürcüstan- 280 və Türkiyə- 280). Bu qazın Türkiyə bazarına çıxarılması 2006-cı ilin 3-cü rübünə nəzərdə tutulub.
CQK-nın tikintisi üçün $ 900 mln. gərəkdir. Borular "Şah-Dəniz" yatağının işlənməsinin "1-ci mərhələsi" gedişində döşənəcəkdir.
Yataqda zirvə hasilatı ildə 8,4 mlrd kub metr qaz və 2 mln. ton kondensat təşkil edəcək. BP (25,5%), Statoil (25,5%),ARDNŞ (10%), LUKAgip (10%), OIEC (10%), TotalFinaElf (10%) və TPAO (9%) " Şah-Dəniz" layihəsinin iştirakçılarıdır. Yatağın qaz ehtiyatı 1 trln. kub metr civarındadır.
CÜRCÜSTANIN RESPUBLİKAMIZDAKI SƏFİRİ: AZƏRBAYCAN QAZININ GÜRCÜSTANA SATIŞINA DAİR İKİ SAZİŞİN İMZALANMASI ÖLKƏMİZİ SABİT QAZ İXRACINA TƏMİNAT VERİR
BAKI.31.10 2003. MEDİA-PRESS: "Oktyabrın 30-da "Şah-Dəniz" yatağı qazının Gürcüstana satışına dair Tbilisidə mzalanmış 2 saziş ölkəmizə sabit yanacaq ixracına təminat verir. Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze Media-Pressə müsahibəsində belə deyib.
Onun sözlərinə görə, Gürcüstanın təzminatla alacağı bu qaz ö.lkə tələbatını ( illik-1,5 mlrd. kub metr) xeyli ödəyəcək. Hazırda yalnız sənaye müəssisələri, Tbilisi və bəzi rayonlar qaz alır.
Sazişlərdən birinə görə,Gürcüstan azərbaycan qazını öz ərazisindən tranzit etdtyi üçün, Cənubi Qafqaz kəməri ilə Türkiyənin Ərzrum şəhərinə axıdılan qazın 5 faizini şaqq şəklində alacaq. 2-ci sazişə görə, Gürcüstaə hər il Azərbaycandan min kubmetri $55 500 mln. kub metr "¹Şah-Dəniz" qazı alasaq.Türkiyəyə qaz ixracı artdıqca, Gürcüstanın da qaz payı artacaq, çatışmayan "mavi yanacağ" Rusiyadan alınacaq.
İ.MENAQARİŞVİLİ: BTC TİKİNTİSİ REGİONA NATO QÜVVƏLƏRİNİ GƏLİŞİNƏ SƏBƏB OLMAYACAQ
BAKI.31.10. 2003. MEDİA-PRESS: BTC tikintisinin hökmən regiona NATO , yaxud ABŞ silahlı qüvvələrinin gəlişinə səbəb olacağı fikirləri yanlışdır. Kəmərin təhlükəsizliyini layihə ştirakçısı olan ölkələr təmin edəcəklər. Əlbəttə ki, bizə NATO və ABŞ-da kömək göstərəcəklər. Bu gün Bakıda jurnalistlərlə görüşdə Gürcüstanın XİN başçısı İrakli Menaqarişvili belə deyib.
Ö,BTC layihəsinə toxunarkən, boru çəkilişində probllemin qalmadığını, bəzi ictimai təşkilatların layihəni yersiz tənqid etdiklərini deyib.BTC layihəsi artıq bir neçə ictimai, beynnəlxalq və peşəkar ekspertizadan keçib və lazım gələrsə, biz yoxlamalar da apara bilərik. Bütövlükdə borunun Gürgüstan hissəsində tikinti cədvələ uyğun davam edir. Gürcüstan XİN rəhbəri belə deyib.
BP, STATOİL VƏ UNOKAL RESPUBLİKANIN NEFT-QAZ ŞİRKƏTLƏRİNƏ TEXNİKİ KÖMƏK GÖSTƏRƏCƏK
BAKI.31.10.2003. MEDİA-PRESS: BP (Britaniya),Statoil (Norveç) və Unokal (ABŞ) Almaniya GTZ Texniki əməkdaşlıq cəmiyyəti və Beynəlxalq Maliyyə korporasiyası (BMK) ilə birgə Azərbaycanın neft-qaz sahəsində çalışan şirkətlərinə texniki kömək göstərilməsi proqramını reallaşdırmağa başlayıblar.
BP-Azerbaijan-da Media-Pressə məlumat veriblər ki,bu proqram Azərbaycanda neft-qaz yataqlarının işlənməsi üzrə iri layihələrin realizəsi ilə əlaqədar yerli müəssisələrə öz imkanlarından daha səmərəli istifadə etməyə imkan verəcək. Proqramın vəzifəsi həmin layihələrlə bağlı müqavilələrə tenderlərdə iştirak zamanı yaranan çətinlikləri dəf etməkdə yerli şirkətlərə kömək göstərməkdir.
30 yerli şirkətə aidiyyəti olan bu proqramın gerçəkləşməsinə: BP və GTZ - $200 min, BMK- $ 100 min, Statoil- $75 min və Unokal-$50 min ayıracaqlar.
NOYABRIN ƏVVƏLİNDƏ TEHRANDA XƏZƏR DƏNİZİNİN VƏ ƏTRAF MÜHİTİNİN QORUNMASINA DAİR ÇƏRÇİVƏ KONVENSİYASI İMZALANACAQ
BAKI.31.10.2003. MEDİA-PRESS: Noyabrın 3-4-də Tehranda Xəzər dənizinin və ətraf mühitinin qorunması üzrə konvensiyanı ( müahidənaməni) Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan imzalayacaqlar. Bu haqda Media-Pressə Ekologiya və Təbii ehtiyatlar nazirliyində verilmiş məlumatda deyilir ki, sənəd Xəzərin ekologiyası və bioehtiyatlarının mühafizəsində hövzəyanı dövlətlərin əməkdaşlığını və həmin yönümdə görüləcək müvafiq tədbirləri nəzərdə tutur. Bununla belə, konvensiya fəqət ümumi ekoloji prinsipləri ( ona görə də "çərçivə müqaviləsi"dir!) əks etdirəcək və respublika Xarici İşlər nazirinin ( XİN) müavini Xələf Xələfovun "İnterfaks-Azərbaycan" agentliyinə dediyi kimi, "balıqçılıq və sair konkret məsələlər ekspretlərin sonrakı görüşlərində müzakirəyə çıxarılacaq".XİN-in , Ekologiya və Təbii ehtiyatlar nazirliyinin (EEN) 5 mütəxəssisindən ibarət azərbaycan nümayəndə heyətinə EEN rəhbəri Hüseyn Bağırov başçılıq edəcək.
Bidiyiniz kimi, çərçivə konvensiyası hələ bu il yanvarın 25-26-da imzalanmalı idi.Ancaq türkmən tərəfin tutduğu mövqe bu işi əngəllədi. 5 Xəzəryanı ölkə eksprtləri iyulda yenidən Astanaya toplaşaraq Xəzər dənizinin və ətraf mühitinin qorunması üzrə çərçivə konvensiyasını BMT nümayəndələri ilə birlikdə müzakirə etdilər. Görüşün yekununda qeyd olundu ki, sənəd layihəsində mübahisə doğuran bütün məqamlar hələ 2002-ci ilin iyulunda bu 5 ölkə ekspertlərinin Tehran görüşündə aradan qaldırılıb.
BMT XƏZƏRYANI DÖVLƏTLRİN XƏZƏRİN ƏTRAF MÜHİTİNİN QORUNMASI ÜZRƏ KONVENSİYA İMZALAMAQ NİYYƏTİNİ ALQIŞLAYIR
BAKI.31.10.2003. MEDİA-PRESS:BMT 5 xəzəryanı dövlət nazirlərinin Xəzərin ətraf mühitinin qrunmasına dair çərçivə konvensiyasını Tehranda imzalamaq niyyətini alqışlayır. BMT-nin Tehrandakı İnformasiya Mərkəzinin rəsmi bülletenində daha sonra qeyd olunur ki, Azərbaycan, İran,Rusiya, Qazaxıstan və Türkmənistanın imzalayacaqları çərçivə müahidənaməsi Xəzərin çirklənməsilə bağlı böhranın dəf edilməsins yönələn səyləri əlaqələndirməyə imkan verəcək.
Bülletendə göstərilir ki, Xəzər sularının sənaye tullantıları, radioaktiv və zəhərli tullantılarla, neft quyuları və neft emalı müəssisələrindən sızan neftlə çirklənməsi üzündən indi bu dəniz ağır dövrünü yaşayır. O biri tərəfdən, qara kürü naminə nərəkimilərin nəzarətsiz ovu və regionun bioloji mühitinin dağılması da Xəzəri təhlükəyə məruz qoyur.Üstəlik, Xəzər suyu səviyyəsinin qalxması yaşayış məntəqələri və bütövlükdə regionun ekosistemi üçün bir təhlükədir.
BMT-nin YUNEP ( Ətraf mühit üzrə) Proqramının nümayəndəsi Frits Şligeman
deyib ki, çərçivə konvensiyası Xəzəryanı dövlətlərə imkan verəçək ki, təbiətin bu nadir daxili hövzəsinin təbii ehtiyatlarının müdafiəsi məqəsədilə birlikdə mübarizə aparsınlar. Bu dövlətlər Xəzər dənizinin xilası işində gələcəkdə Beynəlxalq Birliyin dəstəyinə də ümid bəsləyə bilərlər.
NAZARBAYEV "KAŞAQAN"A GÖRƏ ENİ-YƏ "SİFƏT GÖSTƏRİB"
BAKI.31.10.2003. MEDİA-PRESS:Qazaxıstan prezideti Nursultan Nazarbayev Xəzər şelfindəki nəhəng "Kaşaqan" yatağının işlənməsinin operatoru kimi ghdəliklərini yerinə yetirməyi italyan neft-qaz konserni ENİ-dən tələb edib. Bu yatağın işlənməsinin təxirə salınmasına dair danışıqların əcnəbi neft şirkətləri konsorsiumu ilə Qazaxıstan hökuməti arasında çoxdan, həm də ağır getməsinə baxmayaraq, ilk dəfə idi ki, Nazarbayev bu məsələ barəsində öz mövqeyini bildirirdi.
Prezident Cezqazqanda mətbuat konfransında deyib:" Biz investordan tələb edəcəyik ki, müqavilə öhdəliklərini dəqiq yerinə yetirsin və hökumət bu mövqeyindən geri çəkilməyəcək.Konsorsium üzvləri şəxsən mənim qarşımda 5-bəndlik öhdəlik götürüb və özləri də bunu yaxşı bilirlər. Odur ki, vədlərinə əməl etməlidirlər".
ENİ Nazarbayevin 5 şərti ilə ( "Kaşaqan"da istixraca 2005-ci ildə başlamaq, neftlə yanaşı qazın da nəqli və satışını təmin etmək, işə qazax podratçılarını da cəlb etmək, "Kazaxoyl" dövlət şirkətinə üəmoperator statusu vermək və Xəzərin ekologiyasını qorumaq ) razılaşaraq, 2001-ci ildə yatağın operatoru oldu.
Lakin bu ilin payızında ENİ yataqda ilk neftin 2006-2007-ci ildən tez çıxarılmayacağını bəyan etdi. Qazaxıstan hökuməti də cavab olaraq, konsorsiumun ziyanın xərcini ödəməli olacağını bildirdi. O vaxdan qapalı danışıqlar davam edir və ENİ çəkişmənin ilin sonunadək çözüləcəyini gözləyir.
Nazarbayev Qazaxıstanın müqavilə çərçivəsindən çıxmadan öz mənafelərini qoruyacağını desə də, ödənişi də xatırladıb və bu məslənin gündəlikdə qaldığını vurğulayıb :" Məhsulun bölüşdürülməsi müqaviləsində hər şey nöqtə-vergülünədək yazılıb və ölkəmizin bütün mənafeyi orada nəzərə alınıb.Həyat öz düzəlişlərini edir. Odur ki, danışıqlara başlayanda dövlətin maraqları, bağlanmış müqavilələr çərçivəsində investorların maraqları dəqiq nəzərə alınmalıdır. Bunun ödəniş və ya nəsə başqa bir forma olacağını Energetika nazirliyi, "Kazmunayqaz" investorlarımızla birlikdə müəyyənləşdirəcəklər".
Konsorsiumun məlumatına görə, "Kaşaqan"da 9 mlrd. barrel neft var ki, bu da uzun müddət yataqda gündə təqribən 1 mln. barrel (ildə -50 mln. ton) yanaq hasil etməyə imkan verir. Qazaxıstan isə öz hesablamalarında 2,4- 3,2 mlrd. ton (21,6-"¹,4 mlrd. barrel) rəqəmlərini vurğulayır.
Yatağın geoloji mürəkkəbliyi və qışda bu məntəqədə Xəzərin donması işləri çətinləşdirir. "Kaşaqan"ın işlənməsi üçün üaradılmış konsorsiuma ENİ-dən savayı Total S.A.(Fransa), ExxonMobil və Conoco Phillips (ABŞ), Royal Dutch /Shell ( Britaniya_ Niderland) və İnpex( Yaponiya) daxildir.
Bu şirkətlər layihəyə artıq $ 2,2 mlrd. xərcləyiblər və konsorsiumda hesab edirlər ki, yatağın sənaye işlənməsinin 1-ci fazası $ 9 milyarda başa gələ bilər.
İRAN XƏZƏR NEFTİNİN RUSİYA, QAZAXISTAN VƏ TÜRKMƏNİSTAN QƏBULU ÜZRƏ LAYİHƏNİN 2-Cİ NÖVBƏSİNİ İŞƏ SALMAĞA HAZIRLAŞIR
BAKI.31.10.2003. MEDİA-PRESS: İranda Rusiya, Qazaxıstan və Türkmənistandan Xəzər neftinin qəbulu üzrə layihənin 2-ci növbəsi payızın sonuna istifadəyə veiləcək. İran neft nazirinin müavini Həmdullah Mohəmməd Nejad ŞANA agentliyinə bu məlumatında layihənin 2-ci növbəsinin rəsmən istifadəyə verilmək üçün
hazır olduğunu, layihə çərçivəsində Neka limanında terminalın və 1,5 mln. barrel tutumunda neft çəninin tikintisinin ( terminala eyni vaxtda 5 tanker yan ala bilər) tamamlandığını deyib. O , Neka, Sari, Gülpol və Avrimdə nasos stansiyalarının, 140 km.-lik Sari-Nemrud boru xəttinin, habelə idxal neftinin emalı üçün Təbriz və Tehrandakı zavodlarda zəruri qurğuların da tikildiyini vurğulayaraq, deyib ki, ikinci növbə gündə 120 min barrel neftin nəqlini təmin edəcək. Layihənin növbətit mərhələlərinin istismara verilməsi nəticəsində İran ərazisindən daşınacaq xəzər neftinin gündəlik həcmi 370 min , sonralar isə- 500 min barrelə çatdırılacaq.
Sazişlərin realizə mexanizmi Türkmənistan, Qazaxıstan və Rusiya neftinin Neka limanından Təbriz və Tehranın emal zavodlarına daşınacağını, Fars körfəzindən isə eyni miqdarda İran neftinin adı çəkilən ölkələrin məhsulu kimi ixrac ediləcəyini nəzərdə tutur.
Ağaye Nejadinin sözlərinə görə,Qazaxıstan, Türkmənistan və İran imzalanan sazişlərə uyğun bu ölkələri birləşdirəcək neft kəmərinin çəkilişini sürətlə davam etdirilər.Eyni zamandə Tehran neft emalı zavoduna Qazaxıstandan dəmir yolu ilə neft daşınmasını nəzərdə tutan layihə də gerçəkləşməkdədir.