AZƏRBAYCAN MİLLİ MƏCLİSİNİN (MM) PAYIZ SESSİYASI AÇILIB
BAKI.01.09.2003.MEDİA-PRESS: Bu gün Bakıda MM-in (parlamentin) payız sessiyası açılıb. Millət vəkilləri tətildən sonra özlərinin ilk iş günündə sessiyanın iş planını təsdiqləyib, həmçinin "Bitki növlərinin hüquqi müdafiəsi haqqında" sazişin təsdiqi məsələsini müzakirə ediblər. Bu saziş 2001-ci ilin martında MDB iqtisadi şurasının iclasında qəbul edilib və onu azərbaycan tərəfi də imzalayıb.
Parlament üzvləri payız sessiyasında bir sıra qanunlara, o cümlədən, "Banklar haqqında ", "Daşınmaz əmlakın dövlət reyestri haqqında ", "Hüquqi şəxslərin qeydiyyatı haqqında ", "İctimai tele-və radio verilişləri haqqında", "Bələdiyyələr ittifaqlarının nizamnaməsi haqqında", "Mühasibat uçotu haqqında", "Konstitusiya məhkəməsi haqqında" və s.r. qanunlara əlavələr və dəyişikliklər barədə qanun layihələrinin müzakirəsini planlaşdırırlar.
Bundan əlavə, bahar sessiyası gedişində qəbulu yarımçıq qalmış qanun layihələrinin müzakirəsi də davam etdiriləcək. Misal kimi "Terrorizmlə mübarizə haqqında", "Fövqəladə vəziyyət haqqında", "Təhsil haqqında", "Elm və elmi-texniki siyasət sahəsində dövlət siyasəti haqqında", "Rəqəmli elektron imzaları haqqında" və s. qanun layihələrini gösərmək olar.
Parlament komissiyalarında "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında", "Əczaçılıq fəaliyyəti haqqında", "Şəkərli diabetin profilaktikası haqqında", "Bədii xalq sənətkarlığı haqqında", "Telekommunikasiyalar haqqında" qanun layihələri və bir sıra ayrı sənədlər üzərində iş yekunlaşmaq üzrədir.
Milli Məclisin payız sessiyasının ümdə məsələlərindən biri 2004-cü il üçün Azərbaycan Dövlət büdcəsinin qəbulu olacaq.
Parlament sessiyası 2003-cü ilin 31 dekabrınadək davam edəcək.
"LUKOYL" ARDNŞ-Ə "HÖVSANI-ZIĞ" ONŞOR YATAQLARI BLOKUNUN BƏRPASIYLA BAĞLI TƏKLİFLƏR TƏQDİM EDİB
BAKI.01.09.2003.MEDİA-PRESS: Rusiyanın "Lukoyl" şirkəti Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) "Hövsanı-Zığ" onşor yataqları blokunun bərpasıyla bağlı bir sıra yeni təkliflər təqdim edib. Media-Press xəbər verir ki, bu barədə "Lukoyl-Overseas" şirkətinin Bakı nümayəndəliyinin baş direktoru Rim Baqmanov məlumat verib.
Onun sözlərinə görə, hazırki vəziyyətdə "Lukoyl"un mövcud layihəni həyata keçirməsi qeyri-mümkündür. R. Baqmanov deyib: ""Lukoyl" da Amerika, Yaponiya, Britaniya şirkətləri kimi, neft yataqlarının bərpası və ya işlənməsi zamanı birinci növbədə gəlir götürülməsini nəzərdə tutur. Bizim təkliflərimiz əsasən hər iki tərəfin bu layihədə səmərəli işinə aiddir". "Lukoyl"un layihədə iştirak payının artırılması imkanına gəlincə, R. Baqmanov qeyd edib ki, bu varianta layihənin səmərəsini artırmağın mümkün vasitələrindən biri kimi baxıla bilər.
"Hövsanı-Zığ" layihəsi üzrə saziş indiyəcən ekologiya və ətraf mühitin qorunması ilə bağlı həll edilməmiş məsələlərə görə qüvvəyə minməyib. Rusiya şirkəti mütəxəssislərinin hesablamalarına görə, təkcə müqavilə üzrə ekoloji öhdəliklərin həyata keçirilməsi üçün "Lukoyl"a 100 mln. dollar lazımdır. Şirkət rəhbərliyinin fikrincə, tək ekologiyaya belə vəsaitin qoyulması, ümumi dəyəri 250 mln. olan layihənin səmərəliyini sıfıra və ya mənfiyə endirə bilər. ARDNŞ və "LUKOYL" şirkətlərinin hər biri layihədə 50% paya malikdirlər. Burada ümumi müqavilə sahəsi 128 kv. km., qalıq neft ehtiyatlarının həcmi isə 20 mln. tona yaxındır.
İLİN ƏVVƏLİNDƏN ARDNŞ-İN MİƏİ-Sİ 530,936 MİN TON NEFT MƏHSULLARI İXRAC EDİB
BAKI.01.09.2003.MEDİA-PRESS: ARDNŞ -in Marketinq və İqtisadi Əməliyyatlar idarəsi (MİƏİ) xətti ilə avqustda 39,09 min ton neft məhsulları, o cümlədən 13,581 min ton- avtomobil benzini, 22,065 min ton- dizel yanacağı, 3,122 min ton- təyyarə yanacağı və 331 ton -butan ixrac edib.
Ümumiyyətlə, ilin əvvəlindən 530,936 min ton neft məhsulu ixrac edilib. Avqustda ARDNŞ Bakı-Novorossiysk kəməri ilə 219, 302 min ton neft nəql edib. Bütövlükdə ilin əvvəlindən "şimal marşrutu" ilə 1,825 mln. ton neft daşınıb.
Dekabr istisna olmaqla, qarşıdakı ayların hər birində bu marşrutla 220 min ton neft, dekabrda isə 140 min ton neft axıdılacaq. Bu, həmin dövrdə Novorossiysk limanında hava ilə bağlı problemlərin yenidən meydana çıxa bilməsi, həmçinin yerli neft emalı zavodlarına mazut istehsalı üçün daha çox xam neft göndərmək lazım gəlməsi ilə izah olunur. Keçən il Novorossiysk terminalından 2,5 mln. ton azərbaycan ixrac nefti yola salınıb. Bu il də təqribən həmin səviyyə qalacaq. Qeyd edək ki, azərbaycan neftinin "Şimal marşrutu" ilə tranzitinin hər tonu 15,67 dollara başa gəlir. Müqayisə üçün deəyk ki, Bakı-Supsa kəməri ilə axıdılan hər ton neftə görə, biz yalnız 2,7 dollar ödəyirik.
BU GÜN GƏNCƏDƏ BTK ƏİK TİKİNTİSİ LAYİHƏSİ ÜZRƏ AZƏRBAYCANDA İLK İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ
BAKI.01.09.2003.MEDİA-PRESS: Bu gün Gəncədə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Kəmərinin (BTK ƏİK) tikintisi layihəsi üzrə ilk ictimai dinləmələr olacaq. Tədbiri Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) təşkil ediblər.
Media-Pressin əvvəllər də xəbər verdiyi kimi BMK və AYİB 6 belə görüş keçirəcək. Avqustun axırlarında Türkiyədə -Ərzrum və Adanada artıq iki belə müzakirələr keçirilib. Azərbaycanda ictimai dinləmələr Gəncədən əlavə sentyabrın 4-də Bakıda da təşkil ediləcək. İki analoji tədbir də Gürcüstanda olacaq.
BMK və AYİB ictimai müzakirələr üçün 120 gün vaxt ayırıb. Müddət başa çatdıqdan sonra bu qurumlar BTC ƏİK-in tikintisi üçün hərəyə 150 mln. dollar, habelə "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsinin "1-ci faza"sının maliyyələşdirilməsi üçün hərəyə daha 100 mln. dollara yaxın kredit ayrırmaq barədə qərar qəbul edəcəklər.
Xatırladaq ki, BTC Co. Boru Konsoriumu bu layihə üzrə bütün zəruri sənədləri, o cümlədən tikintinin ətraf mühitə təsirinin qiymətləndirilməsi və sosial yönümləri haqqında sənədləri araşdırılmaq üçün artıq BMK və AYİB-ə verib. Sənədlər Əik-in tikintisi və istismarı dövründə ətraf və sosial mühitlərə vurula biləcək ziyanın necə minimuma endirilməsini əks etdirir. Bu səndlər 11 min səhifədən ibarətdir və nə zamansa maliyyə institutlarına təqdim edilmiş belə sənədəlrin ən böyüyüdür.
Kreditlərin ayrılması məsələsi həll olunana kimi, Beynəlxalq Konsorsiuma 700-800 mln. dollar gərəkdir. ARDNŞ-in payı təqribən 200 mln. dollardır. BTC Co. Konsorsiumunun bir sıra şirkətləri kəmərin çəkilişi layihəsində ARDNŞ-in payını maliyyələşdirmək üçün ona maliyyə vəsaitləri ayırmaq barədə qərar qəbul ediblər.
Media-Press artıq məlumat verib ki, BTC Co. üzvləri kəmərin tikintisinə ayrılmış maliyyə vəsaitlərinin 30 faizini iyunun axırına kimi xərcləyib qurtarıblar. Odur ki, layihə iştirakçıları onun reallaşmasını öz daxili vəsaitləri hesabına gerçəkləşdirməkdədirlər.
"LUKOYL" 2003-CÜ İLİN 6 AYINDA 39,8 MLN. TON NEFT ÇIXARIB
BAKI.01.09.2003.MEDİA-PRESS: "lUKOYL" Açıq Cəhmdar Cəmiyyətinin Direktorlar Şurası 2003-cü ilin ilk yarısında şirkətin işinə yekun vurub. 6 ayda məhsulun bölüşdürülməsi şərtilə "LUKOYL" qrupu təşkilatlarında neft istixracı layihələrdə iştirak payları da nəzərə alınmaqla 398 mln. ton təşkil edib ki, bu da 2002-ci ilin ilk yarısından 2,6% çoxdur.
Ötən ilin ilk yarısı ilə müqayisədə 2003-cü ilin həmin dövründə karbohidrogen xammalı ehtiyatlarının artımı 2,8 dəfə çoxalıb və 108 mln. ton şərti yanacağı keçib.
Şirkətin zavodlarında xam neftin emalı 20,5 mln. ton, başqa sözlə, keçən ilin ilk yarısına nisbətən 4 % çox olub. Şirkət öz neftinin 16,6 mln. tonunu Rusiyanın, 3,9 mln. tonunu isə xarici ölkələrin neftayırma zavodlarında emal edib ki, bu da müvafiq olaraq keçən ilin səviyyəsindən 3,1 və 8,3% çoxdur. İlin birinci yarısında 2002-ci illə müqayisədə neft ixracı 9,7% artaraq 18 mln. tona çatıb.
Direktorlar Şurasının iclasında qeyd olunub ki, 2003-cü ilin aktual vəzifələri korporativ strukturun optimallaşdırılması, qeyri-profil biznesdən çıxmaq, səmərəlik meyarlarına uyğun gəlməyən aktivləri (səhmləri) satmaq, müəssisələrin strukturunun dəyişdirilməsini davam etdirmək və 2013-cü ilə kimi strateji inkişaf proqramını qəbul etməkdir.
"ROSNEFT" XƏZƏR ŞELFİNDƏ QAZMA İŞLƏRİ APARACAQ "İSPOLİN" KRAN GƏMİSİNİ SENTYABRIN 4-DƏ SUYA BURAXACAQ
BAKI.01.09.2003.MEDİA-PRESS: "ROSNEFT" şirkəti Xəzər şelfində və Qazaxıstan bölməsindəki "Kurmanqazı" neft-qaz strukturunda qazma işləri aparacaq "İspolin" kran gəmisini sentyabrın 4-də suya buraxacaq. Bu barədə İnterfaks-Ani məlumat verir. Şirkət gəmidə yeni avadanlığın qruşdırılmasına 60 milyon dollara yaxın sərmayə qoyub. Bu işi Həştərxanın "Krasnıye barrikadı" gəmiqayrma zavodu görüb.
"LUKOYL" və "YUKOS" Xəzərdə işlərin "İspolin" gəmisinin köməyi ilə aparılmasına maraq göstərirlər. "ROSNEFT" "İspolini"i dövlətdən 2001-ci ilin sentyabrındakı səhmlərinin ödənilməsi hesabına alıb. Şirkət verdiyi əmlakın dəyəri məbləğində səhm buraxmışdı.
Media-Press: Xatırladırıq ki, Azərbaycan öz ehtiyaclarını ödəmək üçün hələ sovet dövründə "İspolin"i Həştərxan zavoduna sifariş etmişdi, həm də bu, kran gəmisi olmalı idi. Lakin Azərbaycan-rusiya münasibətlərinin sərinləşdiyi dövrdə (1-ci Çeçenistan müharibəsi gedirdi ) Həştərxan müəssisələrində Azərbaycan Dövlət Neft Şirkətinin sifariş etdiyi və dəyərini ödədiyi avadanlıq (o cümlədən dənizdə neft istixrac edən platformaların modulları və bir neçə gəmi ) Azərbaycana göndərilmədi. Bu məsələyə dair çoxillik danışıqar ( o cümlədən iqtisadi əməkdalşıq üzrə hökümətlərarası Azərbaycan-Rusiya komissyası səviyyəsində) sayəsində ARDNŞ bu avadanığın bir qismini ala bildi. "İspolin" isə gəminin səhmlərinin əlavə emissiyası hesabına Rusiyanın Əmlak nazirliyi tərəfindən "Rosneft"in balansına verildi və bu səhmdar cəmiyyətinin nizamnamə kapitalına daxil edildi.
İRAN NEFT HASİLATI VƏ İXRACININ GÜNDƏLİK KVOTASINI 500 MİN BARREL KEÇİR
BAKI.01.09.203.MEDİA-PRESS: OPEK narahat olduğunu bildirib ki, İran xam neftin hasili və ixracı üzrə növbədənkənar 126-cı Vyana konfransının ona ayırdığı kvotanı aşır.
İranın Neft naziri Bijan Namdar Zənqane hazırda onun ölkəsinin gündə 4,2 mln. barrel xam neft çıxardığını, hasilat həcmini və ixracı bundan sonra da artırmaq niyyətində olduğunu deyib. Nazirin bu bəyanatı, OPEK katibliyinin məlumatında qeyd olunduğu kimi, kartel rəhbərliyini çaş-baş salıb. Ona görə ki, bu təşkilatın İrana ayırdığı gündəlik kvota 3,7 mln. barreldir. Yaxın günlərdə OPEK rəhbərliyinin "ssenarinin belə inkişafının yolverilməz olduğu, bu hərəkətin OPEK-in dayaqlarını laxlada və onun kartel mahiyyətini sarsıda biləcəyi barədə İrana xəbərdarlıq edəcəyi gözlənilir".
İRAN XƏZƏR HÖVZƏSİNİN ENERJİ EHTİYATLARININ MƏNİMSƏNİLMƏSİNDƏ DİGƏR ÖLKƏLƏRDƏN GERİDƏ QALMAMAĞA ÇALIŞIR. MÜSTƏQİL EKSPERT HUMAN PEYMANI BELƏ DEYİR
BAKI.01.09.2003.MEDİA-PRESS: İran Xəzər dənizi hövzəsindən yanacağın daşınması uğrunda böyük oyunda rəqabət qabiliyyətini saxlamaq fikrindədir. Cenevrədə beynəlxalq təşkilatlarda müstəqil məsləhətçi qismində çalışan doktor Human Peymani bu fikirdədədir.
O, xatırladır ki, Tehran beş sahilyanı dövlət arasında ərazi sazişinin olmamasına rəğmən yaxın iki ildə özünün Xəzərdəki yataqlarını işləməyə başlayacağını elan edib. İranın Xəzərdəki Neka limanından Tehrana çəkəcəyi boru xətti də ölkənin ixrac imkanlarını genişləndirməlidir.
İyunun 25-də Xəzər Neft şirkətinin rəhbəri Məhəmməd Hüseyn Dana elan edib ki, İran fəaliyyətsizlik siyasətindən əl çəkərək, dəniz yataqlarından neft istixracı planlarını gerçəkləşdirməyə başlayacaq. Onun sözlərinə görə, yeni siyasət ona görə lazımdır ki, İranın öz potensial sərmayəçiləri və müştərilərinin itirilməsinə yol verilməsin. Məhəmməd Dana qeyd edib ki, İranın mövqeyinin dəyişməsinə səbəb beş Xəzəryanı dövlət- Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan arasındakı rəqabətdir. O, deyib: "Tezliklə Xəzər Neft şirkəti bu dənizin karbohidrogen sərvətlərini qonşu 4 ölkə ilə bərabər səviyyədə mənimsəmək üçün təbdirlər görəcək".
İran Xəzərin yalnız mübahisə doğurmayan məntəqələrində yerləşən yataqları işləyəcəkdir. Hələlik İran ( həmçinin o biri Sahilyanı dövlətlərin) yataqlarının dəqiq ölçüləri müəyyənləşməyib. Hərçənd ki, son bir neçə ilin planlaşdırılması və geoloji axtarışlarından sonra bəzi rəsmilər İranın neft ehtiyatlarının 10 mlrd. barreldən çox olduğunu iddi edirlər. Bununla belə Dana hesab edir ki, çıxarıla biləcək neftin həcmlərini dəqiq müəyyənləşdirmək üçün daha geniş geoloji kəşfiyyat işləri görülməlidir.
İran Neft şirkətinin rəhbəri digər Xəzəryanı dövlətlərin apardığı tədqiqatların nəticələrinə toxunaraq, ümidvar olduğunu bildirib ki, İranın ehtiyatlarının çox hissəsinin istixracı iqtisadi səmərə verəcək. İran höküməti ölkənin Xəzərdən hansı miqdarda neft çıxarması haqqında qərarı hələ ki, qəbul etməyib.
İran özünün Xəzər neftinin istixracı planlarını gerçəkləşdirməklə yanaşı, həm lə qonşu ölkəlrlə mübadilə əməliyyatları təcrübəsini genişləndirməyə çalışır. Bu qəbil sövdələşmələrin şərtlərinə görə, İran Fars körfəzindən öz xam neftini verməyin əvəzində Rusiyadan və Orta Asiya dövlətlərindən eyni miqdarda Xəzər neftini alır. Tezliklə bu ölkə 300 kilometrlik "Neka-Tehran" boru xəttini istifadəyə verəcək və nəticədə öz barter sövdələşmələrinin həcminii 3 qat artıraraq gündəlik səviyyəni 150 min barrelə çatdıracaqdır (Xatırladaq ki, bu marşrut artıq test rejimində istismar olunur-Media-Press).
Ekspertlərin fikrincə, İran marşruta əlavə nasos stansiyları qoşmaqla "Neka-Tehran" kəmərinin gücünü gündə 350 min barrelə çatdıra bilər. İran rəsmilərinin iddialarına görə ,ölkənin öz Xəzər qonşuları ilə, xüsusən Rusiya və Qazaxıstanla neft barteri 2003-cü ilin axırlarında gündəlik 100 min barreli keçə bilər. Belə mübadilə region hökümətləri üçün ona görə cəlbedicidir ki, neftin daşınmasının dəyərini xeyli azaltmağa imkan verir.
Hesablandığına görə, tikilməkdə olan Bakı-Tbilisi-Ceyhan xətti Xəzər hövzəsindən neft ixracının xeyli hissəsini öz üzərinə götürəcək. Peymani deyib: "Buna baxmayaraq, "Neka-Tehran" kəmərini əlavə faydalı marşrut hesab edir. Qazaxıstanın Kaşaqan yatağı (onun istismarına 2007-ci ildə başlanılmalıdır) bu kəmər üçün başlığa neft mənbəyi olacaq".
UKRAİNA 2007-Cİ İLİN APRELİNƏDƏK TÜRKMƏNİSTANIN BÜTÜN BORCLARINI (281,7 MLN. DOLLAR) ÖDƏMƏYƏ RAZI OLUB
BAKI.01.09.2003. MEDİA-PRESS: Ukraynanın Nazirlər Kabineti 1993-94-cü illərdə alınan təbii qaza görə ölkənin Türkmənistan qarşısındakı borcunun struktrunun dəyişdirilməsi haqqında hökümətlərarası sazişi təsdiqləyib. Borc 281,7 mln. ABŞ dolları məbləğindədir.
Strukturun dəyişdirilməsi məsələləri üzrə Türkmənistan-Ukraina sazişi 2003-cü il fevralın 10-da Aşqabadda imzalanıb. Ukrayna hökümətinin mətbuat xidmətindən verilən məlumata görə, saziş 2007-ci ilə kimi borcun restrukturlaşdırılmasını nəzərdə tutur. Ukrayna Türkmənistana borcunu cari ilin 31 oktyabrından başlayaraq hər yarım ildə (31 oktyabr və 30 aprel) bərabər hissələrlə ödəyəcək. Sonuncu tədiyyə 2007-ci il aprelin 30-da olmalıdır.
Bu borcun məbləğinə gecikdirilmiş tədiyələrə görə 574 min dollar cərimələr də daxildir. Bu tədiyyələr 2000-ci ilin dekabrına aiddir və ödənilməyib. Eyni halda 2000-ci ilin dekabrından sonra cərimə faizləri tutulmur.
Borcun restruktrizasiyasi haqqında müqavilə Ukrayna hökümətinin təsdiqindən sonra qüvvəyə minir.
SƏNGƏÇAL YARIMSTANSİYASI ÜÇÜN TRANSFORMATOR AZƏRBAYCANA SENTYABRDA GƏTİRİLƏCƏK
BAKI.01.09.2003.MEDİA-PRESS: 220 kilovoltluq "Səngəçal" yarımstansiyasının genişləndirilməsi üçün nəzərdə tutulan transformator sentyabrın 20-nə kimi Azərbaycana gətiriləcək.
"Azərenerji" Səhmdar Cəmiyyətində (SC) Media-Pressə verilən məlumata görə, indi burada 63-MBA saylı köhnə transformator sökülür, yeni 125 MBA transformatoru üçün özül hazırlanır.
Yarımstansiyanın yenidən qurulmasında məqsəd Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Kəmərinin (BTC ƏİK) strateji obyekti sayılan Səngəçal neft terminalının enerji təchizatının etibarlığını gücləndiirməkdir.
Ukraynanın "Zaporojtransformator" zavodunda hazırlanmış transformatorun qəbulu aktını "Azərenerji"nin komissiyası artıq imzalyıb və bu cihaz tezliklə dəmir yolu ilə Bakıya gətiriləcək.
Qeyd edək ki, Səngəçal terminalı ərazisində yeni 110 kilovoltluq yarımstansiyada ucaldılır. Onu "Azərenerji" və Almaniyanın Siemens şirkəti tikirlər.
AZƏRBAYCANDA 7 AYDA 62 MLN. TON YÜK DAŞINIB
BAKI.01.09.2003.MEDİA-PRESS: Azərbaycanın nəqliyyat bölməsində fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər vasitəsilə 2003-cü ilin yanvar-iyul aylarında 62 mln. ton yük daşınıb ki, bu da keçən ilin eyni dövründən 11,9% çoxdur.
Dövlət Statistika komitəsinin məlumatına görə, bu yüklərin 52,9 faizi-avtomobil nəqliyyatının, 16,4 faizi- boru nəqliyyatının, 18,4 faizi- dəmir yolunun və 12,3 faizi-dəniz nəqliyyatının payına düşür.
2003-cü ilin 7 ayında 528,7 mln. sərnişin daşınıb. Bu göstərici də 2002-ci ilin müvafiq dövrünə nisbətən 2,5 % yüksəkdir.
SENTYABRIN 12-13 NEFTÇALADA AZƏRBAYCAN SAHİBKARLARININ BİZNES-FORUMU KEÇİRİLƏCƏK
BAKI.01.09.2003.MEDİA-PRESS: Amerikanın qeyri-hökümət təşkilatı CDC ("Vətəndaşların inkişafı korpusu") sentyabrın 12-13-ündə Neftçalada azərbaycan sahibkarları üçün biznes- yığıncaq keçirəcək. Görüş iştirakçıları azərbaycan müəssisələrinin istehsal etdiyi malların ixracı, respublikada investisiya mühiti, yerli məhsulun beynəlxalq keyfiyyət standartlarına uyğunluğu, yeni informasiya texnologiyaların tətbiqi məsələlərini müzakirə edəcəklər.
Forum çərçivəsində sentyabrın 13-də "Yerli istehsala üstünlük " mövzusunda sərgi təşkil ediləcək. Kiçik və orta müəssisələrin istehsal etdiyi mallar orada nümayişə qoyulacaq.
BUSINESS WEEK: TÜRKİYƏ İQTSADİYYATI ƏN DİNAMİK İNKİŞAF EDƏN İQTİSADİYYATLARDAN BİRİDİR
BAKI.01.09.2003.MEDİA-PRESS: Amerikanın nüfuzlu iqtisadi jurnalı Business Week Türkiyə iqtiisadiyyatını Avropa qitəsində ən münəzzəm inkişaf edən iqtisadiyyatlardan biri adlandırır. Jurnalın fikrincə, bu amil ölkənin Avropa İttifaqına (Aİ) qəbulu barədə daşınqların başlanmasını sürətləndirməlidir.
"Turkey's Delight: A Growing Economy" adlı məqalə müəlliflərinin fikrincə, Ankaranın həyata keçirdiyi islahatlar Türkiyənin birləşmiş Avropa zonasına qəbulu barədə uğurlu danışıqların başlanğıcının əsasını qoyub. Nəşriyyə qeyd edir ki, bu danışıqlar artıq cari ilin axırına kimi başlanmalıdır.
Business Week yazır ki, hələ 18 ay əvvəl Türkiyə iqtisadiyyatında ciddi prorblemlər var idi, özəl şirkətlər isə dirçələ bilmirdi. İndi isə vəziyyət dəyişib. Nəhayət ki, özəl şirkətlər və dövlət rahat nəfəs ala bilirlər. Bu jurnala əsas verir ki, Türkiyə iqtisadiyyatını Avropada daha nəzmlə inkişaf edən iqtisadiyyatlardan biri hesab etsin.
Jurnal yazır ki, Türkiyədə istehsal artmaqdadır. Bu ilin ilk yarısında ixrac 34% çoxalıb, inflyasiya (jurnal bunu "Türkiyənin Axilles dabanı ", yəni ən zəif yeri adlandırıb) isə son 30 ildə ən aşağı səviyyədədir. Jurnal bu müvəffəqiyyətlərin səbəbini Teyub Ərdoğan hökümətinin keçirdiyi islahatlarda görür.
Bununla belə, Business week jurnalına görə, Türkiyənin maliyyə sistemi hələ də 2001-ci il böhranının yaralarını sağalda bilməyib. Hökümət ümumi daxili məhsulun (ÜDM) təhlükəli 85 faizi səviyyəsində qalmağa borcludur. Jurnal qeyd edir ki, türk lirəsinin möhkəmləndirilməsi və dövlət borcunun artması ölkə iqtisadiyyatı üçün ciddi problemlər yaradır.
GÜRCÜSTAN MÜDAFİƏ NAZİRLİYİNİN BRİTANİYALI MÜŞAVİRİ MÜDAFİƏ BAŞ İDARƏSİNİN MÜLKÜ YÖNÜM KƏSB ETMƏSİNƏ KÖMƏK EDƏCƏK
BAKI.01.09.2003.MEDİA-PRESS: Britaniya Müdafiə nazirliyinin nümayəndəsi Patrisiya Şerinq gürcü hərbçilərinə məsləhət vermək üçün Gürcüstanın Müdafiə Nazirliyinə ezam olunacaq.
Nazirliyin mətbuat mərkəzində RİA "Novosti"yə verilən məlumata görə, Şerinqin başlıca vəzifəsi NATO standartlarının da tələb etdiyi kimi, Gürcüstan baş hərbi idarəsinin mülkü quruma çevrilməsi üçün öz gürcü həmkarlarına kömək etməkdir.
O, həmçinin Gürcüstan Müdafiə nazirlyinin maddi vəziyyətini yaxşılaşdırmaq məqsdilə ölkənin Maliyyə Nazirliyi ilə də ünsüyyətə girməlidir. Müdafiə Nazirliyinin mülki quruma çevrilməsi prosesi 2004-cü ilin başlanğıcına kimi başa çatmalıdır.