QAZAXISTANIN BTC KƏMRİNƏ QOŞULMASI BARƏDƏ DANIŞQLARDA HÖKÜMƏTLƏRARASI SAZİŞİN İKİ VARİANTI MÜZAKİRƏ OLUNUB
BAKI.03.09.2003.MEDİA-PRESS: Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan Əsas İxrac kəmərinə (BTC ƏİK) qoşulması barədə Bakıda başa çatmış Azərbaycn-Qazaxıstan daışıqlarında hökümətlərarası sazişin iki variantı müzakirə olunub.
Bu barədə jurnalistlərə məlumat verən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Natiq əliyev qeyd edib ki, "ARDNŞ-lə "KAzmunayqaz" arasında danışıqların növbəti raundunda irəliləyiş olub. Qazaxıstan tərəfi hökümətlərarası sazişin əhəmiyyətini başa düşüb. Əgər onlar əvvəllər BTC-ya qoşulmaq barədə bəyanatı kafi sayırdılarsa, bu gün artıq sazişin özlərinə aid variantını hazırlayıblar. Bizim variantımız, əlbəttə, daha məqbuldur. Ona görə ki, hökümətlərarası sazişlərə əsaslanır və BTC ƏİK də məhz onlar əsasında tikilir".
ARDNŞ prezidenti hər iki variantın ümdə məqamlarının ümumən üst-üstə düşdüyünü və onların əsasında ən münasib variantın işlənib hazırlanacağını vurğulayaraq bildirib ki, danışıqlarda Qazaxıstan neftinin BTC kəməri ilə axıdılmasının əlverişli şərtlərini təmin etmək üçün bu ölkə qanunvericiliyinin hökümətlərarası sazişin tələblərinə uyğunluğu məsələsi də nəzərdən keçirilib.
Bununla yanaşı qazax neftini ixrac edən şirktələrin 2 ölkənin müvaifq infrastruktruna buraxılması məsələsi də danışıqlar mövzusu olub.
ARDNŞ prezidenti deyib: "Biz çalışırıq ki, BTC marşrutu Qazaxıstanın neft istehsalçıları üçün üstün marşruta çevrilsin. Vergiqoyma üzrə, tərəflərin öhdəlikləri və hüquqları, habelə hökümətlərarası sazişin qüvvəyə minməsi qaydası üzrə məsələlər mövcuddur. Belə ki, Azərbaycanda hökümətlərarası saziş parlament, Qazaxıstanda isə hökümət tərəfindən təsdiqlənir". BTC üzrə sərmayəçilərimiz sabitliyin təzminatı kimi sazişin parlamentdə təsdiq olunmasını istəyirlər".
Natiq Əliyevin sözlərinə görə, danışıqların Bakı raunduna ARDNŞ, "Kazmunayqaz", BTC Co. (BTC-nın tikintisi və istismarı üzrə operator) boruçəkmə konsorsiumu, ENİ, TotalFinaElf, ConocoPhilirs və İnpex (bu dörd şirkət Qazaxıstanda neft yataqlarının işlənməsi layihələrində iştirak edir) şirkətlərindən çoxsaylı ekspertlər dəvət olunub. Gələcəkdə isə danışıqlar prosesini sürətləndirə bilən az tərkibli işçi qrupu yaratmaq nəzərdə tutulur. Natiq Əliyev deyib: "Bu qrup artıq 2003-cü ilin sentyabr-oktyabr aylarında toplaşa bilər. Yüksək səviyyədə növbəti raundu oktyabırn axırlarında keçirmək planlaşdırılır. İlin axırına kimi biz hökümətlərarası sazişi hazırlamağı və imzalamaq məqsdəilə hər iki ölkə hökümətinin müzakirəsinə verməyi düşünürük ".
İki ölkə arasında danışıqların növbəti mərhələsi tranzit ərazi sahibi olan ölkə ilə sərmayəçilər arasında tranzit sazişinin hazırlanması olacaq. ARDNŞ prezidenti qeyd edib ki, hökümətlərarası sazişin şərtlərinə əsaslandığına görə, bu sənədin hazırlanması xeyli asan olacaq. Natiq Əliyev deyib: "Tranzit sazişinə Qazaxıstanda neft layihələrində iştirak edən və eyni zamanda BTC Co.-nun səhmdarları sayılan 4 şirkətlə yanaşı başqaları da cəlb oluna bilər. Məhz bu şirkətlər Aktau-Bakı marşrutunda infrastrukturların (yeni terminallar, limanlar və sairənin) yaradılmasını maliyyə vəsaiti ilə təmin edəcək. Aktau-Bakı kəməri ilə axıdılan qazaxıstan nefti sonradan BTC kəmərinə ötürüləcək. Bunun üçün Azərbaycanda yeni terminal tikilməsi tələb olunur ".
ARDNŞ prezidenti sonra BTC Co və qazaxıstan neftinin ixracçıları arasında kommersiya müqavilələrinin bağlanacağını qeyd edərək bildirib ki," Qazaxıstan tərəfinin sifarişi ilə Xəzərin şərq sahilindən neftin BTC kəmərinə ötürülməsinə 2007-2010-cu illərdə başlana bilər. İstənilən halda BTC Co. konsorsiumunun Qazaxıstan layihələrində iştirak edən 4 səhmdarı Bakı-Ceyhan layihəsində 15 faizlik iştirak payına malikdir. Başqa sözlə desək, onlar hər gün bu marşrutla 150 min barrel neft axıda bilərlər. Bu dörd şirkət BTC kəmərinə özlərinin neftini gətirməyincəyə qədər həmin həcmdə neftdən başqa səhmdarlar istifadə edəcəklər".
AZƏRBAYCANIN REM SERVİCE ŞİRKƏTİ BAKI-TBİLİSİ-CEYHAN KƏMƏRİ BOYUNCA TİKİLİLƏRƏ XİDMƏT HÜQUQU ALIB
BAKI.03.09.2003.MEDİA-PRESS: Çəkilişi davam edən Bakı-Tbilisi-Ceyhan Əsas İxrac kəməri (BTC ƏİK) boyunca tikilələrə xidmət üzrə daha bir müqavilə hüququnu Azərbaycanın Rem Service şirkəti alıb. Şirkət Azərbaycanın Yevlax və Kürdəmir rayonlarında nasos stansiyaları yaxınlığındakı müvəqqəti qəsəbənin otaq və ofislərinə xidmət edəcək, işçilərin qida maddələri, məişət və nəqliyyat xidmətləri ilə təmininə cavabdeh olacaqdır.
Müqavilə BTC-nin Gürcüstan hissəsinin və Azərbaycanla Gürcüstan ərazilərində bu boru kəməri üçün nasos stansiyaları tikintisinin podratçısı- Spie Capag/ Petrofac International- fransız-amerikan alyansı ilə bağlanıb. ƏİK boyunca 8 nasos stansiyası (4-ü Türkiyədə, 2-si Azərbaycanda və 2-si Gürcüstanda) tikiləcək.
Xatırladırıq ki, Azərbaycanın daha bir şirkəti -"Azərkörpü" Spie Capag/Petrofac -la müvəqqəti obyektlərin tikintisi, inşaat meydançalarının hazırlanması və bütün BTC ƏİK -in Gürcüstan sahəsi boyunca tikinti işlərinin aparılması hüququnu verən müqavilə imzalayıb. "Azərkörpu" həmçinin Azərbaycanda və Gürcüstanda nasos stansiyaları üçün inşaat meydançaları da hazırlayacaqdır.
2003-CÜ İLİN 8 AYINDA AZƏRBAYCANDA 5,953 MLN. TON NEFT ÇIXARILIB
BAKI.03.09.2003.MEDİA-PRESS: 2003-cü ilin 8 ayında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və onun iştirakı ilə yaradılmış Müştərək Müəssisələr ((MM) 5,953 mln. ton neft istixrac ediblər. Media-Pressə ARDNŞ-də verilən məlumata görə, bu, nəzərdə tutulduğundan 1,6%, yaxud 94,4 min ton çoxdur. Bu neftin 5,384 mln. tonu (artım-0,5%)- ARDNŞ-in bölmələrinin, 568,5 min tonu (13,9% artım) MM-in payına düşüb.
Avqustda ARDNŞ 757,1 min ton neft çıxarıb ki, bu da planda nəzərdə tutulandan 9,8 min ton, yaxud 1,3% çoxdur. Bu yanacağın 683,8 min tonunu neft-qaz çııxaran idarələr (NQÇİ), 73,3 min tonunu isə- MM hasil edib.
Hesablamalara görə, bu il Azərbaycanda 15,25 mln. ton səviyyəsində neft çıxarılacaq. Bunun 8,8 mln. tonu ARDNŞ-in yataqlarından, 6,45 mln. tonu isə Azərbaycan Beynəlxalq Əməliyyat şirkətinin (ABƏŞ) müəssisələri tərəfindən hasil ediləcəkdir.
İLİN ƏVVƏLİNDƏN AZƏRBAYCANDA 3,428 MLRD. KUBMETR QAZ ÇIXARILIB
BAKI.03.09.2003.MEDİA-PRESS: İlin əvvəlindən bəri Azərbaycanda 3,428 mlrd. kub metr qaz çıxarılıb. Bu, planlaşdırıldığından 2.6% çoxdur. Yanacağın 2,766 mlrd. kub metri ARDNŞ-in, 662,1 mln. kub metri isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin payına düşüb. Müştərək müəssisələr 72,8 mln. kub metr qaz çıxarıblar.
Proqnozlara görə, bu il 5,04 kub metr "mavi yanacaq" hasil ediləcək. Onun 890 mln. kub metrini ABƏŞ və 4,15 mlrd. kub metrini-ARDNŞ verəcək.
Republikanın ehtiyacının ödənilməsi üçün ildə 10 mlrd. kub metr qaz lazımdır. Ötən il Azərbaycan beynəlxalq "İtera" şirkətlər qrupundan 4 mlrd. kub. metr "mavi yanacaq" alıb. "Azəriqaz" SC ilə "itera" arasındakı müqaviləyə görə bu il qaz idxalının həcmi daha 1,5 mlrd. kub metr artmalıdır.
Səngəçal neft terminalının genişləndirilməsi layihəsi çərçivəsində qazqurutma qurğusu istifadəyə verildikdən sonra respublika əlavə qaz əldə edəcək. Hal-hazırda terminala gələn neftdən su və qaz ayrılır. Bu proses zamanı ələ gələn qaz isə yandırılır. Yeni qurğunun işə düşməsindən sonra bu qazın yandırılmasına ehtiyac qalmayacaq. Səmt qazı ARDNŞ-ə veriləcək, dövlət şirkəti isə onu öz istehlakçılarına çatdıracaqdır. Terminalda qaz məşəllərini yalnız fövqəladə hallarda görmək mümkün olacaq.
ARDNŞ bu ideyanın reallaşması üçün qazı qəbul edən xüsusi qurğu və Səngəçal qazpaylaşdırma məntəqəsinədək kəmər tikməyi də planlaşdırır.
AVQUSTDA ARDNŞ QAZMAÇILARI PLANI 23,7% YERİNƏ YETİRİB
BAKI.03.09.2003.MEDİA-PRESS: Avqustda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) müəssisələri 11 959 metr quyu qazıblar ki, bu da planın 123,7 faizi deməkdir. Bunun 11 774 metri istismar qazmasının payına düşür. Cəmi 185 metr (bu, planın 46,3 faizi deməkdir) kəşfiyyat quyusu qazılıbdır. Yanvar-avqust aylarında ARDNŞ üzrə qazılan quyuların ümmi dərinliyi 80 255 metr olub ki, bu da nəzərdə tutulduğundan 1,4% çoxdur.
2 ƏN BÖYÜK NEFT İXRACÇISI -RUSİYA VƏ SƏUDİYYƏ ƏRƏBİSTANI DÜNYA BAZARINDA NEFTİN QİYMƏTLƏRİNƏ BİRKƏ NƏZARƏT BARƏDƏ RAZILIĞA GƏLİBLƏR
BAKI.03.09.2003. MEDİA-PRESS:Rusiya və Səudiyyə Ərəbistanı xarici bazarda qiymətin dəyişməsinə birgə nəzarət etmək razılığına gəliblər..RUSİYANIN Yanacaq və Energetitka naziri İqor Yusifov jurnalistlərə müsahibəsində belə deyib. Onun sözlərinə görə, neft-qaz sahəsində əməkdaşlıq barədə çərşənbə axşamı Rusiya və Səudiyyə Ərəbistannı hökumətləri arasında Moskvada imzalanmış saziş bu sahənin əsas məsələlərində iki ölkənin qarşılıqlı fəaliyyətini nəzərdə tutur.Məsələn,Rusiya və Səudiyyə Ərəbistanı neft məhsullarının xarici bazarlara çıxarılması zamanı əlaqəli hərəkət edəcəklər. Saziş həm Səudiyyədə, həm də Rusiyada müştərək neft-kimya layihələrinin gerçəkləşməsində iki ölkə şirkətlərinin əməkdaşlığını, həmçinin Səudiyyə kapitalının Rusiya iqtisadiyyatına cəlb olunmasını nəzərdə tutur.
Sazişə uyğun olaraq, RF və Səudiyyə Ərəbistanı neft-qaz sahəsində əməkdaşlıq üzrə müştərək işçi qrupu yaradılmasını razılaşdırıblar. İqor Yusifov qeyd edib ki, belə işçi qrupu artıq hökumətlərarası komissiya ( HK) çərçivəsində fəal işləyir və saziş imzalanandan sonra ona yeni status veriləcək.
Səudiyyə Ərəbistanının "qaz təşəbbüsü"nün indi qarşılıqlı maraq doğuran məsələlərdən biri olduğunu vurğulayan İqor Yusifovun sözlərinə görə, bu təşəbbüs
Qaz yataqlarının müştərək işlənməsini,yataqların geoloji kəşfiyyatını, suyun təmizlənməsində qazdan istifadəni, qaz kəmərlərinin, qazla işləyən elektrik stansiyalarının tikilməsini, habelə neft-kimiya obyektlərinin inşasını nəzərdə tutur.Bu layihələrin ümumi dəyəri 20-25 mlrd. dollar civarındadır.
Nazir Səudiyyə Ərəbistanında tender komitələrinin artıq sifarişlər qəbul etdiyini bildirərək, " bu layihələrin realizəsində rus şirkətlərinin layiqli yer tutacağına ümidvar olduğunu deyib".
Neft-qaz sahəsində əməkdaşlığa dair iki ölkənin sazişi dünya neft bazarının vəziyyəti barədə informasiyanın və təhlili materialların mübadiləsini, dünya neft bazarında sabitliyin təmini məqsədilə ikitərəfli əsasda qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini, neft-qaz sahəsinə aid layihələrin reallaşmasına xidmət edən birgə müəssisələr yaradılması qaydalarının sadələşdirilməsini, habelə neftin, neft məhsullarının və təbii qazın kəşfiyyatı, istixrəcı, istehsalı, emalı, saxlanması, daşınması və istifadəsi sahələrində texnologiyaların tətbiqinə və təkmilləşdirilməsinə yönəlmiş birgə elmi tədqiqatlar aparılmasını nəzərdə tutur. Tərəflər, sazişə uyğun olaraq,neft-qaz sahəsində əməkdaşlıq üzrə müştərək işçi qrup yaradılmasını razılaşdırıblar. Qrupa Rusiyanın Energetika nazirliyinin və Səudiyyə Ərəbistanı Krallığı Mineral Ehtiyatlar departamentinin nümayəndələri daxil olacaqlar.
İRAN 2 İLDƏN SONRA GÜNDƏLiK NEFT HASİLATINI 5 MLRD. BARRELƏ ÇATDIRMAQ NİYYƏTİNDƏDİR
BAKI.01.09.2003.MEDİA-PRESS: İran xarici şirkətlərlə müqaivlələr bağlanarkən ortaya çıxan bəzi əngəllərə baxmayaraq 2 ildən sonra gündə 5 mln. barrel neft çıxarmaq əzmindədir ( İranın OPEK-də gündəlik kvotası indi 3,729 mln. barreldir). İran Milli Neft Şirkətinin qurumu sayılan Pedec neft şirkətinin başçısı Əliəkbər Əliağa belə deyib. Əcnəbi şirkətlərlə danışqların gedişinə kuratorluq edən bu şəxs ən böyük Azadeqan yatağının Yaponiya Konsorsiumu tərəfindən işlənməsi barədə müqavilə ilə bağlı vəziyyətin nə yerdə olduğunu açıqlamasa da, məlumat verib ki, yaxın bir ildə başqa yatağın- işləyən Bangestan yatağının bir hissəsi sayılan Əhvazın mənimsənilməsi barədə saziş bağlanacaq. Hazırda Bangestanda gündə 270 barrel neft çıxarılır. BP və Fransa Totalı Əhvazın işlənməsində iştirak etmək iddiasındadırlar.
"NAFTOQAZ UKRAİNI" ALDIĞI QAZA GÖRƏ İLİN ƏVVƏLİNDƏN BƏRİ TÜRKMƏNİSTANA 1 MLRD. DOLLARDAN ÇOX ÖDƏYİB
BAKI.01.09.2003.MEDİA-PRESS: Milli Səhmdar Şirkəti (MSŞ) "Naftoqaz Ukrainı" alınan qaza görə 2003-cü ilin yanvar-avqusta aylarında Türkmənistana 1,016 mlrd. dollar (keçən ilin 8 ayında isə 690 mln. dollar) ödəyib. MSŞ İdarə Heyətinin sədri Yuri Boyko bu qurumun idarə heyətinin iclasında həmin rəqəmləri açıqlayaraq vurğulayıb ki, hal-hazırda türkmən qazına görə hesablaşmalar tam məcrasına düşüb.
"Naftoqaz Ukraina" nın məlumatına görə, şirkət ilin birinci yarısında Türkmənistana borcunun 134 mln. dollarını (tədiyyələrin ümumi həcmi-822 mln. dollardır) ödəyə bilib.
Əvvəllər xəbər vermişdik ki, Türkmənistan prezidenti Saparmurat Niyazov və MSŞ prezidenti Boyko 2002-2006-cı illər üçün qüvvədə olan saziş çərçivəsində 1000 kub metri 44 dollar qiymətinə,2004-cü ildə 36 mlrd. kubmetr qaz alqı-satqısına dair müqaivlə imzalayıblar. Bu şərtlər hazırda qüvvədə olan müqavilənin şərtlərinə uyğundur. Elə o vaxt türkmənbaşı bildirmişdi ki, Ukrayna prezidenti Leonid Kuçma ilə razılığa gəlib ki, sentyabrda Yaltada MDB sammitində 2007-2032-ci illərdə Ukraynaya türkmən qazının verilməsi barədə uzunmüddətli saziş bağlamaq imkanını nəzərdən keçirsinlər.
Məlum olub ki, Yuri Boyko başda olmaqla MSŞ nümayəndə heyəti Aşqabada gedəcək və 2007-ci ildən sonra Ukraynaya təbii qaz verilməsi barədə uzunmüddətli saziş bağlamaq üçün danışıqlar aparcaq.
2004-CÜ İLDƏ RUSİYA UKRAYNA ƏRAZİSİNDƏN 127,8 MLRD. KUB METR TƏBİİ QAZ TRANZİTİNƏ TƏMİNAT VERİR
BAKI.01.09.2003.MEDİA-PRESS: Rusiya 2004-cü ildə 127,8 mlrd. kub metr həcmində qazın Ukrayna ərazisindən tranzitinə təminat verir. Bu yanacağın ən azı 110 mlrd. kub metri Avropa ölkələrinə nəql ediləcək.
Bu rəqəmlər Rusiya və Ukraynanın hökümət başçıları müavinləri Viktor Xristenko və Vitaliy Qaydukun Rusiya təbii yanacağının Ukrayna ərazisindən tranzitinin təmini üzrə əlavə tədbirlər haqqında iki ölkə arasındakı sazişə 2004-cü ilin hökümətlərarası protokolunda nəzərdə tutulub.
Gələn il Rusiya qazının Ukrayna ərazisindən tranzitinə görə 1000 kub metrin 100 km. məsafəyə daşınmasına görə, 1 dollar 9,375 sent məbləğində haqq müəyyən edilib. Təbii yanacağın nəqlini "Qazprom" həyata keçirəcək. Tranzit xidmətlərinin ödənilməsi üçün verilən qazın hər 1000 kub metrinə 50 dollar haqq müəyyən edilib.
Rusiya tərəfi Ukraynanın qaz balansının təmin edilməsi üçün MSŞ "Naftoqaz Ukraina"ya 24 mlrd. kub metr həcmində qaz verməklə tranzit xidmətləri müqabilində "Qazprom"un hesablaşmalar aparacağına təminat verir. Qalan məbləğ əskinaslarla ödəniləcəkdir.
Rusiya tərəfi həmçinin Ukrayna istehlakçılarının qazla təmini üçün 36 mlrd. kub metr həcmində Orta Asiya "mavi yanacaq"ının gələn il tranzitinə təminat verir. Bu qazın tarnziti üçün də hər 1000 kub metrin 100 km. məsafəyə nəqlinə görə 1 dollar 9,375 sent haqq müəyyən edilib. Orta Asiya qazının həcmi 34 mlrd. kub metrə düşərsə, "Qazprom" öz qazının həcmini 26 mlrd. kub metrədən artıracaqdır.
İmzalanmış protokol 2005-ci il yanvarın 1-dək qüvvədədir. Tərəflər həmçinin 2005-ci ilin müvafiq protokolunu 1 iyul 2004-cü ilədək imzalamaq barədə razılığa gəliblər.
ŞİMAL DƏNİZİNİN NEFT ŞÖHRƏTİ, GÖRÜNÜR, BƏRPA OLUNMAQDADIR:bp BRİTANİYA ŞELFİNDƏ YENİ YATAQ AŞKAR EDİB
BAKI.03.09.2003.MEDİA-PRESS:BP 16/28 blokunda qazmanın müsbət nəticələr verdiyini elan edib. Blok Şimal dənizinin mərkəzi hissəsində Endrü yatağı yaxınlığında, Aberdin şəhərindən 230 km. şimal-şərqdə yerləşir. Açıq adlanan "Farraqon" yatağında hesablamalara görə, 30 mln. ton neft var. Qazma işləri Eni U.K. Limited-in nəzarəti altında okean tipli yarımdalma platformasından həyata keçirilib
Energetika naziri Stiven Timzin Farraqonun açılışı ilə bağlı qeyd etdiyi kimi, dünya ölçüləri baxımından o qədər də əhəmiyyət daşımayan bu yataq Şimal dənizinin ingilis şelfində gələcəkdə neft-qaz kəşfiyyatının maliyyələşdirilməsi üçün yeni imkanlar açır.
Londondan Dow Jones məlumat verir ki,Farraqon BP, Eni və EnCanadan ibarət konsorsium tərəfindən mənimsənilir.
Britaniya neftçilərinin kəşfi Şimal dənizinin neft-qaz ehtiyatlarının yaxın zamanlarda "tükənəcəyi" barədə bəzi ekspertlərin iddialarını növbəti dəfə puç etdi. Xatırladaq ki, Norveç Statoili da öz ölkəsinin qitə şelfində yeni neft yatağı tapdığını avqustda bəyan etmişdi. 1991-ci ildə Norn yatağının aşkarlanmasından sonra on ildən çox idi ki, neft tapılmadığını nəzərə alsaq, Ellida adı almış yeni yataq norveç qitə şelfinnin şöhrətini dirçəldə və gələcəkdə onun işlənməsinə sərmayələr cəlb edə bilər.
Statoilin mətbuat xidməti bildirir ki,Ellidada ikinci kəşfiyyat quyusunun qazılması sentyabrın əvvəllərində başa çatacaq. O vaxta qədər isə neftin sənaye ehtiyatlarının mövcudluğu barədə nəsə demək mümkün deyil.
BAKIDA ENERGETİKA SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ ÜZRƏ NÖVBƏTİ AZƏRBAYCAN-İRAN DANIŞIQLARI KEÇİRİLİR
BAKI.01.09.2003.MEDİA-PRESS: İran energetiklərinin nümayəndə heyəti elektroenergetika sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məsələlərini Bakıda öz azərbaycanlı həmkarları ilə müzakirə edir. İran Azərbaycanı energetika şirkəti Dispetçer (Hidayət) departamentinin rəis müavini ağaye Fərzanın başçılıq etdiyi heyətə "Təvanir" və "Gilani" enerji şirkətlərinin nümayəndələri daxildir.
"Azərenerji" SC-da Media-Pressə məlumat veriblər ki , danışıqlarda Astara (Azərbaycan)-Astara (İran) transazərbaycan elektrik ötürücü xəttinin və bu iki ölkəni birləşdirən İmişli-Parsabad sistemararsı xəttinin texniki istismarı proqramı, o cümlədən İmişli-Parsabad xəttinin ikinci növbəsinin çəiklişi, Culfa (Azərbaycan)-Culfa (İran) ötürücü xəttinin layihəsi üzrə işlərin gedişi müzakirə olunacaq.
ARDNŞ NEFT HOPMUŞ TORPAQLARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN TENDER ELAN EDİB
BAKI.01.09.2003.MEDİA-PRESS: Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Abşeron yarımadasının neft hopmuş torpaqlarının təmizlənməsi üçün tender elan edib.Tender təxirəsalınmaz ekoloji sərmayə qoyuluşları layihəsi çərçivəsində keçirilir. Ümumdünya Bankı bu layihənin reallaşması üçün hələ 1997-ci ildə 20 mln. dollar məbləğində kredit ayırıb. Layihənin ümumi dəyəri isə 24,5 mln. dollardır.
ARDNŞ-də "İnterfaks-Azərbaycan" agentliyinə məlumat veriblər ki, Abşeronun neft hopmuş torpaqları Ümumdünya Bankının həmin proqramına daxil olan pilot layihəsi şəklində keçiriləcək. 5,1 mln. dollar dəyərində olan layihə "Buzovna-Maştağa" yatağında 10 hektar sahənin təmizlənməsini nəzərdə tutur. Maraq göstərən bütün şirkətlər tenderdə iştirak edə bilər. Namizədlər öz təklitflərini 2003-cü il 10 oktyabrına kimi ARDNŞ-ə təqdim etməlidir.
Təxirəsalınmaz ekoloji sərmayə qoyuluşları layihəsi 4 ünsürdən: Neftçalada balıqyetişdirmə zavodu tikintisindən; Sumqayıt səthüstü-aktiv maddələr zavodu ərazisini civə çöküntülərindən təmizləməkdən; Abşeron yarımadasının neft hopmuş torpaqlarını pilot təmizləməkdən, habelə ekoloji menecment və təhlükəli tullantıların idarə olunmasından ibarətdir.
AZƏRBAYCAN GÖMRÜYÜ DÖVLƏT BÜDCƏSİNƏ RÜSUMUN 8 AYLIQ PLANINI ARTIQLAMASI İLƏ ÖDƏYİB
BAKI.01.09.2003.MEDİA-PRESS: Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və onun yerli qurumları 2003-cü ilin yanvar-avqust aylarında vergi və rüsumların yığılması planını 102,8% yerinə yetiriblər.
DGK Mətbuat xidmətinin məlumatına görə, gömrükçülər büdcəyə 634,4 mlrd. manat köçürüblər. Bu, proqnozdan 17 mlrd. manat, keçən ilin müvafiq dövrü ilə müqayisədə 81,4 mlrd. manat çoxdur.
"BAKI SOYUDUCULARI" ASC SƏHMLƏRİNİN SATIŞI ÜZRƏ İNVESTİSİYA MÜSABİQƏSİ ELAN EDİB
BAKI.03.09.2003.MEDİA-PRESS: Azərbaycan İqtisadi İnkişaf nazirliyinin Dövlət Əmlakını Özəlləşdirmə İdarəsi "Çinar" Bakı soyuducuları" Açıq Tipli Səhmdar Cəmiyyəti (ASC) səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
Namizədlər tenderdə iştirak etmək üçün məişət və sənaye soyuducularının, başqa məhsul növləri istehsalının artırılmasını, yeni texnologiyanın tətbiqini, müəssisə işçilərinin sosial problemlərinin həllini nəzərdə tutan investisiya proqramı təqdim etməlidir.
Müsabiqənin qalibi tenderin nəticələri təsdiq olunduqdan sonra bir ay ərzində alqı-satqı müqaviləsi imzalamalı, ümumi sərmayənin 5 faizini ASC-nin və ən azı 1,4 mlrd. manat isə Dövlət büdcəsinin hesabına köçürməli, müqavilə imzalandığı andan 60 gün ərzində əmək haqqı borclarını və ona bərabər tutulan borcları ödəməli, həmçinin ən azı 120 min ədəd özəlləşdirmə çeki təqdim etməlidir. Əgər qalib xarici sərmayədardırsa, həmin sayda özəlləşdirmə opsionu verməlidir.
Hazırda "Bakı soyuducuları" ASC -nin təqribən 2 mlrd. manat həcmində borc öhdəlikləri, o cümlədən 59,103 mln. manat əməkhaqqı borcu, 467,939 mln. manat- alınan materiallar və xidmətlərə görə borcları vardır. 1959-cu ildə yaradılmış bu müəssisənin debitor borcu hazırda 1,087 mlrd. manatdan çoxdur.
AZƏRBAYCAN NƏQLİYYAT NAZİRLİYİ ŞƏMKİR-QAZAX AVTOMOBİL YOLUNUN BƏRPASI ÜÇÜN TENDER ELAN EDİB
BAKI.03.09.2003.MEDİA-PRESS: Azərbaycan Nəqliyyat Nazirliyi uzunluğu 73 kilometrə çatan və Gürcüstana sərhədə kimi uzanan Şəmkir-Qazax yolunun bərpası məqsədiləğ tender elan edib.
Tenderin şərtlərinə görə, podratçı layihəni təsdiq edəndən sonra işlər 18 aya başa çatdırılmalıdır.
Bu tender Gəncədən Gürcüstan sərhədinədək uzanan avtomobil yolunun tikintisi layihəsinin tərkib hissəsidir. Layihə Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) 40 mln. dollarlıq güzəştli krediti hesabına gerçəkləşəcək. Layihənin birinci mərhələsi 30 kilometrlik Gəncə-Şəmkir avtomobil yolunun bərpasını nəzərdə tutur. Türkiyənin Turan & Hazinadaroğlu şirkəti bu mərhələnin podratçısıdır.
GUÖAM VƏ ABŞ EKSPERTLƏRİ TİCARƏTƏ YARDIM STRATEGİYASINI KİYEVDƏ MÜZAKİRƏ EDİRLƏR
BAKI.03.09.2003.MEDİA-PRESS: Kiyevdə Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldovada (GUÖAM) ticarətə və nəqliyyata kömək layihəsi strategiyasının və həyata keçirilməsi planının işlənib hazırlanması üzrə GUÖAM-ABŞ ekspertlərinin ümumi qrupu işə başlayıb. Layihə GUÖAM-AĞŞ çərçivə proqarımının tərkib hissəsidir. Ukrayna Xarici İşlər Nazirlliyi mətbuat xidmətinin rəhbəri Markiyan Lubkivski brifinqdə bu haqda məlumat verərək, qrupun tərkibinə adı çəkilən ölkələrin gömrük və sərhəd baş idarələri nümayəndələrinin, habelə Amerika ekspertəlrinin daxıl olduğunu deyib.
KÜRD SEPARATÇILARI TÜRKİYƏ İLƏ BARIŞIĞA SON QOYURLAR
BAKI.03.09.2003.MEDİA-PRESS: Kürdlərin başlıca qiyamçı birləşmələri -PKK/KADEK-adlanan kürd fəhlə partiyası 1999-cu ildə onun lideri Abdulla Öcalanın həbsindən sonra Türkiyə ilə birtərəfli qaydada elan etdiyi barışığı dayandırdığını bidirib.
PKK-KADEK-in bəyanatında deyilir ki, qruplaşma vəziyyəti yenidən qiymətləndirərək, sentyabrın 1-dən barışığın qüvvədən düşdüyünü elan edir. Sənəddə qeyd olunur ki, barışıq "yalnız ikitərəfli əsasda" bərpa oluna bilər. ""İNTERFAKS"a görə, bəyanat müəllifləri bildirirlər ki, "indi Türkiyə hökümətinin sülh, yoxsa müharibə istədiyini onun özü həll etməlidir".
BBS-nin məlumatına görə, kürd separatçıları öz qərarını Türkiyə hökümətinin kürd azlığının mədəni və siyasi hüquqlarını təmin etməməsindən narazı qalmaları ilə izah ediblər.