AZƏRBAYCANIN BAŞ NAZİRİ GƏLƏN HƏFTƏ TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRƏ YOLA DÜŞÜR
BAKI.05.09.2003.MEDİA-PRESS: Azərbaycanın baş naziri İlham Əliyev sentyabrın 8-də Türkiyəyə bir günlük işgüzar səfərə yola düşəcək. Bu barədə məlumat verən repsublikanın Xarici İşlər naziri Vilayət Quliyev vurğulayıb ki, "səfər gedişində o, Türkiyə prezidenti Əhməd Nejdet Sezerlə və baş nazir Rəcəb Taib Ərdoğanla görüşəcək, iki ölkə arasında qarşılıqlı münasibətləri müzakirə edəcəkdir".
Nazirin sözlərinə görə, səfər Türkiyə tərəfinin dəvətilə baş tutur. "Lakin İlham Əliyevin mövcud statusu səfərin rəsmi səciyyə daşımasına imkan vermədiyi üçün, baş nazir bu ölkəyə işgüzar səfər etməyi qərara alıb ". İlham Əliyev prezidentliyə namizəd kimi prezident seçkilərində iştirak etdiyi üçün baş nazir vəzifəsinin icrasını müvəqqəti dayandırıb. Məlumdur ki, Azərbaycan qanunvericiliyinə görə, prezident seçiklərində namizəd kimi iştirak edən baş nazirin səlahiyyətləri seçki tədbirləri dövründə dayandırılır.
V.Quliyev İlham Əliyevin səfərini guya baş nazirin Azərbaycan prezidenti seçilməsində Ankaranın dəstəyini qazanmaq niyyətilə oraya səfər etməsi barədə bəzi yerli KİV orqanlarının xəbərlərini təkzib edərək vurğulayıb: İlham Əliyev və bütövlükdə namizədlər ən böyük dəstəyi öz xalqından alır. Heç bir ölkə, hətta bizə ən yaxın olan Türkiyə, Azərbaycan xalqının iradəsini əvəz edə bilməz".
ASTANA VƏ BAKININ RƏSMİ NÜMAYƏNDƏLƏRİ QAZAXISTANIN BTC KƏMƏRİNƏ QOŞULMASINA DAİR DANIŞIQLARDA XEYLİ İRƏLİLƏYİŞ OLDUĞUNU BİLDİRİRLƏR
BAKI. 05.09.2003. MEDİA-PRESS: Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsinə qoşulması haqqında danışıqların Bakı raundu gedişində xeyli irəliləyiş vardır. İki ölkənin işçi qrupları arasında məsləhətləşmələrdən sonra bu barədə mətbuata, o cümlədən Media-Pressə müsahibə verən "KazMunayQaz" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş direktoru Kairgeldi Kabıldin qeyd edib ki, danışıqların yekununda imzalanmış protokol ARDNŞ-lə QSC-nın hazırladıqları variantlar əsasında vahid hökümətlərarası sazişin tərtibinə dair razılaşma buna sübutdur.
Onun sözlərinə görə, hər iki tərəfin saziş variantlarında elə bir əhəmiyyətli fərq yoxdur. Tərəflər sərmayələrin cəlb olunması və onların təhlükəsizliyinin təmini üçün əlverişli rejim yaratmağa hazırdır. Başlıca fərq bundadır ki, hökümətlərarası sazişin azərbaycan variantı onun sonrakı təsdiqinin parlamentdən keçməsini nəzərə almaqla hazırlanıb. Qazaxıstanda isə hökümətin və neft şirkətlərinin imzaladıqları müqavilələr parlamentdən keçmir, çünki sərmayələrin təhlükəsizliyini hökümət təmin edir. Kabıldin bununla yanaşı vurğulayıb ki, əgər Aktau-Bakı-Tbilisi-Ceyhan sisteminin yradılması üzrə hökümətlərarası sazişin və başqa sənədlərin Qazaxıstan parlamentində təsdiqinə dair əsaslı səbəblər olarsa, biz bunu da edərik.
Azərbaycan və qazax tərəflərinin yanaşmalarında daha bir fərq ondadır ki, Astana Aktau-Bakı layihəsi sərmayəçilərinə vergi güzəştlərinin əleyhinədir. Kabıldin deyib: "Potensial sərmayəçilər Qazaxıstanda artıq işləyirlər və vergi rejimindən narazılıq etmirlər. Əgər biz bu layiənin sərmayəçilərinə güzəştlər etsək, başqa layihələrin şirkətləri də eyni şeyi tələb edə bilərlər. Vergi güzəştləri şirkətlərin qazancını artırır, lakin dövlətin gəlirlərini azaldır. Odur ki, bu məsələdə Qazaxıstanın mənafelərindən çıxış edirik".
"KazMunayQaz"ın rəhbəri məlumat verib ki, bu şirkətlə ARDNŞ mütəxəssislərinin yaratmaqda olduqları əlahiddə işçi qrupu hökümətlərarası sazişin mətnini oktyabrın 25-nə kimi razılaşdırmalıdırlar. İki şirkət rəhbərlərinin həmin gün İstambulda olacaq görüşündə sənəd paraf olunmalı (ilkin imzalama) və təsdiqlənmək üçün iki ölkənin hökümətlərinə verilməlidir.
Aktau-Bakı neft nəqliyyatı sisteminin idarəsi üçün ayrıca şirkət yaradılacaq. Qazaxıstanın "Kaşaqan" yatağının işlənməsində iştirak edən və BTC Co. (Bakı-Tbilisi-Ceyhan) Konsorsiumunda 15 faizlik iştirak payına malik olan İtaliyanın ENİ, Fransanın Total S. A (keçmiş TotalFinaElf), Amerikanın ConocoPhilips və Yaponiyanın İnpex şirkətləri adını çəkdiyimiz əlahiddə şirkətin əsas sərmayəçiləri olacaq. Bununla yanaşı Qazaxıstanda işləyən daha 2-3 xarici şirkət BTC-ya qoşulmaq istəyini bildirib.
O, qeyd edib ki, hökümətlərarası saziş imzalanandan sonra Aktau-Bakı sisteminin sərmayəçiləri ilə Azərbaycan və Qazaxıstan hökümətləri arasında tranzit sazişləri imzalanacaq. Bu sistemin yaradılması məqsədilə neftin saxlanması və yüklənməsi üçün Kurıkda (Aktaudan 76 km. cənub-şərqdə liman) yeni terminal, habelə birləşdirici boru xəttləri tikmək nəzərdə tutulur. Terminalın illik yükvurma qabiliyyəti 20 mln. ton olsa da, birinci mərhələdə burada 7,5 mln. tonadək yanacaq yola salınacaq. Sərmayələrin həcmi hökümətlərarası saziş imzalanandan sonra müəyyənləşəcək. Yeni sistem 2006-cı ilin axırları üçün, yəni "Kaşaqan" yatağından ilk neftin hasil ediləcəyi zaman istifadəyə veriləcək.
Müstəqil LİDER teleşirkətinin məlumatına görə, rəsmi Bakının nümayəndələri də Qazaxıstanın BTC-yə qoşulması imkanlarını kifayət qədər nikbin qiymətləndiriblər. Azərbaycanın baş naziri İlham Əliyev "KazMunayQaz"ın nümayəndə heyəti ilə görüşdə bu faktı vurğulayıb ki, BTC kəməri ilə qazax neftinin beynəlxalq bazara çıxarılması yalnız neft şirkətləri üçün yox, həm də hər iki ölkə-Azərbaycan və Qazaxıstan üçün əhəmiyyətlidir. O, inanır ki, Qazaxıstanın bu layihəyə qoşulması haqqında hələ 2002-ci ildə başlamış danışıqlar uğurla başa çatacaq. Bu fikri "KAzmunayqaz"ın vitse-prezidenti Timur Kulibayev də dəstəkləyərək qeyd eib ki, qazax neftinin BTC ilə daşınması imkanı barədə danışıqlar bizim hökümətdən aldığımız təlimatlar əsasında aparılıb və bu danışıqlarda nəzərəçarpacaq tərəqqi vardır.
AYİB VƏ BMK BTC KƏMƏRİNİN TİKİNTİSİNƏ 400-600 MLN. DOLLAR CİVARINDA KREDİT AYIRMAQ NİYYƏTİNDƏDİR
BAKI.05.09.2003.MEDİA-PRESS: Avropa Yenidənqurma və İnkişaf bankı (AYİB) və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin tikintisinə 400-600 mln. dollar kredit ayırmağı planlaşdırırlar. Bu barədə AYİB rəhbərliyinin nümayənəsi Şarlotta Filipps məlumat verib.
Media-Pressin xəbərinə görə, Ş. Filipps deyib ki, AYİB və BMK birbaşa öz vəsaitlərindən 100-150 mln. dollar ayırmağı, məbləğin qalan hissəsini isə sindikatlaşırılmış kreditlər şəklində cəlb etməyi nəzərdə tuturlar. Krpeditlər 12 ilə veriləcək. Bununla belə Şarlotta xanım kommersiya sirrini bəhanə edərək, kreditlərin neçə faizlə veriləcyini deməyib.
Media-Press əvvəllər xəbər verib ki, bu məsələ öz həllini tapana kimi, Beynəlxalq boru konsorsiumuna (BTC Co.) 700-800 mln dollar gərək olacaq. ARDNŞ-in buradakı payı 200 mln. dollara yaxındır. BTC Co.-ya daxil olan bir sıra şirkətlər kəmərin çəkilişi layihəsində ARDNŞ-in payının maliyyələşdirilməsi üçün ona artıq vəsait ayırıblar. BTC Co. Konsorsiumu iştirakçıları maliyyə vəsaitlərinin 30 faizini iyunun axırlarına kimi xərcləmişdilər. Odur ki, BTC layihəsinin bütün iştirakçıları kəmərin çəkilişi işlərində hələlik yalnız daxili vəsaitlərindən istifadə edirlər.
AYİB VƏ BMK BTC KƏMƏRİNİN TİKİNTİSİ LAYİHƏSİ ÜZRƏ BAKIDA İCTİMAİ DİNLƏMƏLƏR KEÇİRİBLƏR
BAKI.05.09.2003.MEDİA-PRESS: Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Kəmərinin ((BTC ƏİK) tikintisi layihəsi üzrə Bakıda ictimai dinləməlr keçiribələr.
Tədbirdə çıxış edən AYİB rəhbərliyinin nümayəndəsi Şarlotta Filipps qeyd edib ki, layihənin gerçəkləşməsi bütövlükdə regionun inkişafı üçün şərait yradacaq: "Biz ümidvarıq ki, layihə yalnız dövlətə yox, həm də kəmər boyunda yaşayan əhaliyə xeyir verəcək. Bundan başqa yerli əhali BTC layihəsində nəzərdə tutulan sosial və ekoloji proqramlar çərçivəsində də yardım alacaq".
Ş. Filippsin sözlərinə görə, AYİB və BMK təkcə layihənin sosial iqtisadi yönümlərinə deyil, onun ekoloji təhlükəsizliyinə də böyük önəm venir. Bu layihənin ən mühüm üstünlüklərindən biri Bosfor boğazından daşınan neftin həcminin azaldılmasına xidmət etməsidir. Bu isə öz növbəsində Bosforda onsuz da gərgin olan ekoloji şəraitin ağırlaşmasının qarşısını alacaq.
Şarlotta xanım BTC kəmərinin tikintisi layihəsinin reallaşmasına Azərbaycan vətəndaşlarının münasibətini öyrənmək məqsədilə 800 nəfər arasında AYİB və BMK nümayəndələrinin sorğu keçirdiyini bildirib. Sorğunun nəticələri diqqətlə öyrəniləcək və dərc olunacaq.
İctimai dinləmələrin 200-ə yaxın iştirakçısı layihənin ekoloji təhlükəsizliyinin təmini, tikintinin maliyyələşdirilməsi, habelə BMK və AYİB-in sərt ekoloji tələblərinin layihənin bahalaşmasına səbəb olub-olmayacağı məsələləri ilə də maraqlanıb. AYİB və BMK nümayəndələri öz növbəsində qeyd ediblər ki, BTC-nin ekloji təhlükəsizliyi öyrənilərkən bənzər layihələrin reallaşması təcrübəsi nəzərə alınıb.
Dinləməlrdə çıxış etmiş Azərbaycan Ekologiya və Təbii Ehtiyatlar naziri Hüseyn Bağırov məlumat verib ki, kəmərin tikintisinin ətraf mühitə təsirinin qiymətləndirilməsi nazirlik ekspretlərinin BP mütəxəssisləri ilə sıx əməkdaşlığı şəraitində hazırlanıb. Sənədin hazırlanması gedişində nazirliyin 44 qeydini BP ekoloqları nəzərə alıb. Nazirin sözlərinə görə, indi qarşıya qoyulan bütün tələblərin artıq yerinə yetirilməsinə nəzarəti gerçəkləşdirmək lazımdır. Nəzarəti isə həm BP, həm də nazirlik nümayəndələrindən ibarət xüsusi qurumlar həyata keçirirlər. Nazirlik həm də müxtəlif qeyri-hökümət təşkilatları ilə bu məsələdə fəal əməkdaşlıq edir və onlarla müntəzəm görüşlər keçirir.
Media-Press məlumat vermişdi ki, BMK və AYİB 6 dinləmə keçirəcək. Artıq Türkiyə və Azərbaycan hərəyə iki belə dinləmə keçirib. Gürcüstanda isə bu dinləmələr sentyabırn 8-i və 11-də olacaq. Hər iki beynəlxalq maliyyə qurumu BTC kəmərinin tikintisinə hərəyə 150 mln. dollar və "Azəri-Çıraq-Günəli" yataqlarının işlənməsinin "1-ci fazasının" maliyyələşdirilməsinə hərəyə daha 100 mln. dollara yaxın kredit ayırmaq qərarını məhz ictimai dinləmələr başa çatdıqdan sonra qəbul edəcək.
Xatırladırıq ki, BTC Co. konsorsiumu BTC layihəsi üzrə bütün zəruri sənədləri, o cümlədən tikintinin ətraf mühitə təsiri və sosial yönümləri barədə qiymətləndirmələri BMK və AYİB-in müzakirəsinə verib. Bu sənədlər ƏİK-in tikintisi və istismarı gedişində ətraf və sosial mühitlərə vurula biləcək ziyanın necə minimuma endirilməsi yollarını əks etdirir. Bu araşdırmalar 11 min səhifədən ibarətdir və yəqin ki, maliyyə institutlarına indiyə kimi təqdim olunmuş bu qəbil səndələrin ən böyüyüdür.
AYİB "ŞAH-DƏNİZ" YATAĞININ İŞLƏNMƏSİ LAYİHƏSİNDƏ ARDNŞ-İN 10 FAİZLİK PAYININ MALİYYƏLƏŞDİRİLMƏSİNƏ 200 MLN. DOLLAR KREDİT AYIRMAQ NİYYƏTİNDƏDİR
BAKI.05.09.2003.MEDİA-PRESS: Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Şah-Dəniz" qaz yatağının işlənməsi layihəsində ARDNŞ-in 10 faizlik payının maliyyələşdirilməsinə təqribən 200 mln. dollar ayırmağı planlaşdırır. AYİB rəhbərliyinin nümayəndəsi Şarlotta Filipps bu barədə Media-Pressə məlumatında deyib ki, ARDNŞ "Şah-Dəniz" layihəsi üzrə ekoloji sənədlər toplusunu AYİB-ə təqdim edib və tezliklə ictimai dinləməlr keçiriləcək. Kreditin özünü isə 2004-cü ildə təsdiq etmək nəzərdə tutulur.
Qeyd edək ki, bu il "Şah-Dəniz" layihəsinin yalnız birinci mərhələsinin gerçəkləşdirilməsinə ayrılmış xərclər 750-800 mln. dollara çatır. Bütövlükdə isə "1-ci mərhələ" dənizdə dərinliyin 105 metrə qədər olduğu yerlərdə 15 quyu qazılması üçün TPG-500 platformasının qurulmasını; sonralar dərinliyin 300 metrə qədər olduğu yerlərdə qazılacaq 5 quyu üçün yataqda sualtı hazırlıq işlərinin aparılmasını; TPG-500 platformasından Səngəçal terminalına hər birinin uzunluğu 100 km. olan 2 sualtı kəmərin (26 düyməlik qaz və 12 düyməlik kondensat) çəkilməsini; sahil termilanılında qaz və kondensat hazırlanması üçün qurğu tikilməsini, habelə Gürcüstandan keçməklə Azərbaycandan Türkiyə sərhədinə kimi uzanacaq Cənubi Qafqaz kəmərinin tikintisini nəzərdə tutur. Layihənin ümumi dəyəri 3,2 mlrd. dollardır.
Qiymətləndirilmiş ehtiyatları 1 trln. kub metrə çatan "Şah-Dəniz" qaz yatağının sərmayəçiləri və onların layihədə iştirak payı aşağıdakı kimidir: BP-25,5%, Norveç Statoili- 25,5 %, ARDNŞ-10% , Fransa- Belçika şirkəti TotalFinaElf-10%, Rusiya "Lukoyl"u-10%, İran Milli Şirkəti OIEC-10% və Türkiyə TPAO-su -9%.
ARDNŞ-İN BAKI-NOVOROSSİYSK MARŞRUTU İLƏ AXIDACAĞI NEFTİN HƏCMİ 2004-CÜ İLDƏ DƏ DƏYİŞMƏYƏCƏK-2,5 MLN. TON
BAKI.5. 09. 2003. MEDİA-PRESS: Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Bakı-Novorossiysk marşrutu ilə 2004-cü ildə azərbaycan neftinin ixrac həcmini cari ilin səviyyəsində- 2,5 mln. ton həcmində təsdiqləyib.
1999-cu ilin yanvarında imzalanmış neft ixracı barədə hökümətlərarası rusiya-azərbaycan müqaviləsinə uyğun olaraq, tərəflərdən biri müqaivlənin qüvvəsini dayandırmaq niyyətini müddətin bitməsinə yarım il qalana kimi qarşı tərəfə bəyan etmirsə, onun müddəti avtomatik surətdə hər il artırılır. Hər beş ildən bir tərəflər qarşılıqlı razılıq əsasında müqavilədə dəyişiklik edə bilərlər.
Bakı-Novorossiysk xətti 1997-ci il oktyabrın 25-də istismara verilib və ARDNŞ hər il bu təriqlə 2,5 mln. ton neft ixrac edir.
SUALTI QAZ KƏMƏRİ BAHAR-NEFT DAŞLARI OKTYABRDA HAZIR OLACAQ
BAKI.-5.09.2003.MEDİA-PRESS: Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətində "İnterfaks-Azərbaycan" agentliyinə məlumat veriblər ki, Bahar və nneft daşları yataqlarını bir-birilə birləşdirən sualtı qaz borusunun tikintisini oktyabra başa çatdırmaq nəzərdə tutulur. Bu günə kimi borunun 52 kilometri döşənib və hava şəraiti əngəl törətməsə, işlər vaxtında tamamlanacaq.
Boru ARDNŞ-in neft daşları və Bahar yataqlarında iki qaz-kompressor stansiyaları qovşağını birləşdirəcək ARDNŞ-in Xəzərdəki əsas yataqlarından, habelə Azərbaycan beynəlxal Əməliyyat şirkətinin (ABƏŞ) 1994-cü ildən işlədiyi "Çıraq" yatağından qaz 2 qovşaq stansiyasına daxil olacaq. Yeni kəmərin uzunluğu 68 km. və gündəlik qazöütmə gücü- 5,5 mln. kub metrdir. Tikinti 32 mln. dollara başa gələcək.
Sualtı kəmər "Çıraq" yatağından artan həcmdə səmt qazını qəbul etməyə imkan verəcək, habelə Azərbaycan qaz emalı zavodunda hazırda emal edilən illik 3-4 mlrd. kub metr qaza daha 1,8 mlrd. kub metr təbii yanacağı əlavə və emal etməyə imkan verəcək.
ARDNŞ Günəşli yatağının dayaz hissəsində 2004-cü ildə qaz istixracını 2002-ci illə müqayisədə 2 dəfə artıraraq ildə 4 mlrd. kub metrə çatdırmağı planlaşdırır ki, bu da şirkətin çıxardığı bütün qazın 77-78 faizini (indiki göstərici 42 faizdir) təmin etməyə iimkan verəcək. 2002-ci ildə "Çıraq" yatağından 958,8 mln. kub metr (2001 ildəkindən 7,7% çox) qaz alınıb və cari ildə də orada səmt qazının istixrac həcmi artmaqdadır. ABƏŞ bu qazı Azərbaycana əvəzsiz verir, yəni onun müqabilində pul almır.
"Azəri-Çıraq-Günəşli" yataqları blokunun isbat olunmuş ehtiyatları- 278 mln., ehtimal olunana ehtiyatları isə- 370 mln. ton təşkil edir. Hal-hazırda müqavilə sahəsindən gündəlik 137 barrel neft və 2,5 mln. kub metrdən çox səmt qazı çıxarılır.
OPEK-İN SENTYABR SAMMİTİNDƏ NEFT HASİLATI VƏ İXRACININ YENİ FORMADA KVOTALAŞDIRILMASININ KƏSGİN MÜZAKİRƏLƏRƏ SƏBƏB OLACAĞI GÖZLƏNİLİR
BAKI. 05.09.2003.EDİA-PRESS: İraqla müharibə başa çatandan dərhal sonra olduğu kimi, OPEK-ə üzv olan ölkələrin bir hissəsi neftin istixrac həcmlərinin ciddi dəyişdirilməsi məsələsini yenidən qaldırıb. Lakin bu dəfə söhbət kvotaların azaldılmasından yox, artırılmasından gedir. Məsələn, İranın neft naziri Bijan Zənqane deyib ki, onun ölkəsi avqustun sonuna kimi gündə 4,2 mln. barrel neft çıxaracaq və bu həcmi daha da artırmağa çalışacaq. Halbuki onun OPEK-də gündəlik kvotası-3,729 mln. barreldir. Apreldən başlayaraq kartelin bütün ölkələri (Venesuela istisnadır) özlərinin istixrac səviyyəsini aşağı salaraq İraqdan bazarlara böyük miqdarda neft çıxarılacağı xəbərini az qala hər gün gözləyirdilər. Axı, amrikanlar bu ölkənin neft sənayesini ən qısa müddətdə bərpa edəcəklərinə söz vermişdilər. İranın özfəaliyyəti bu təmayülü aradan qaldırır və yəqin ki, sentyabrın axırlaında OPEK-in növbəti sammitində ən kəsgin mübahisələr üçün zəmin yaradacaqdır. "Fleş" səhmdar cəmiyyətinin mütəxəssislərinin qeyd etdikləri kimi ,Tehranın davranışını bir neçə yönümdən izah etmək olar.
Formal surətdə İran 3 ildən də çox bundan əvvəl müəyyən edilmiş "dəhliz qaydasına" əməl edir. Həmin qayda belədir: əgər xammalın orta qiymətləri dalbadal 3 həftə ərzində 1 barrelə görə nəzərdə tutulan 22-28 dollar çərçivəsindən kənara çıxarsa, istehsalın həcmləri avtomatik dəyişir. İran da qaydanı, necə deyərlər, yalnı bərpa edib.
Ola bilsin ki, Tehranın siyasətinə ikinci, daha mübhəm bir cəhət də öz təsirini göstərir. Son aylar İran daim ABŞ-ın təzyiqinə məruz qalır. Amerika eyhamlarla işarə vurur ki, İslam rejiminin nüvə planları ona Səddam Hüseyn rejiminin aqibətini yaşada bilər. Ehtimal vardır ki, Tehran da neft borularının qıfılını açaraq ABŞ-a rəmzi güzəşt etsin. Axı, Birləşmiş Əyalətlər üçün indi yanacağın qiymətinin salınması həyati əhəmiyyət daşıyır. Başqa sözlə, ucuz neft olmasa, ABŞ-ın vəd etdiyi iqtisadi yüksəliş çox da inamlı görünməycək. Hər halda İranın davranışının əsl mahiyyətini bilməsək də, fakt faktlığında qalır: onun bu hərəkəti OPEK-i təlatümə gətirəcək. Həm də ona görə ki, kvotalara yenidən baxılmasını Nigeriya və Liviya da təkidlə tələb edirlər.
Kartelə üzv olan ölkələrin istixrac və ixracının kvotalaşdırılmasının yeni qaydasının müzakirələri gedişində də sammitdə ehtirasların qızışması ehtimalı vardır. Ehtimal olunur ki, OPEK-ə daxil olan hər ölkənin gələcəkdə kvotası müəyyənləşdirilərkən onun yalnız neft ehtiyatları deyil, həm də məhsuldarlıq, ölkədaxili istehlak və neftdən adambaşına gəlir də nəzərə alınacaqdır.
SUALTI QAZ KƏMƏRİ BAHAR-NEFT DAŞLARI OKTYABRDA HAZIR OLACAQ
BAKI.-5.09.2003.MEDİA-PRESS: Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətində "İnterfaks-Azərbaycan" agentliyinə məlumat veriblər ki, Bahar və nneft daşları yataqlarını bir-birilə birləşdirən sualtı qaz borusunun tikintisini oktyabra başa çatdırmaq nəzərdə tutulur. Bu günə kimi borunun 52 kilometri döşənib və hava şəraiti əngəl törətməsə, işlər vaxtında tamamlanacaq.
Boru ARDNŞ-in neft daşları və Bahar yataqlarında iki qaz-kompressor stansiyaları qovşağını birləşdirəcək ARDNŞ-in Xəzərdəki əsas yataqlarından, habelə Azərbaycan beynəlxal Əməliyyat şirkətinin (ABƏŞ) 1994-cü ildən işlədiyi "Çıraq" yatağından qaz 2 qovşaq stansiyasına daxil olacaq. Yeni kəmərin uzunluğu 68 km. və gündəlik qazöütmə gücü- 5,5 mln. kub metrdir. Tikinti 32 mln. dollara başa gələcək.
Sualtı kəmər "Çıraq" yatağından artan həcmdə səmt qazını qəbul etməyə imkan verəcək, habelə Azərbaycan qaz emalı zavodunda hazırda emal edilən illik 3-4 mlrd. kub metr qaza daha 1,8 mlrd. kub metr təbii yanacağı əlavə və emal etməyə imkan verəcək.
ARDNŞ Günəşli yatağının dayaz hissəsində 2004-cü ildə qaz istixracını 2002-ci illə müqayisədə 2 dəfə artıraraq ildə 4 mlrd. kub metrə çatdırmağı planlaşdırır ki, bu da şirkətin çıxardığı bütün qazın 77-78 faizini (indiki göstərici 42 faizdir) təmin etməyə iimkan verəcək. 2002-ci ildə "Çıraq" yatağından 958,8 mln. kub metr (2001 ildəkindən 7,7% çox) qaz alınıb və cari ildə də orada səmt qazının istixrac həcmi artmaqdadır. ABƏŞ bu qazı Azərbaycana əvəzsiz verir, yəni onun müqabilində pul almır.
"Azəri-Çıraq-Günəşli" yataqları blokunun isbat olunmuş ehtiyatları- 278 mln., ehtimal olunana ehtiyatları isə- 370 mln. ton təşkil edir. Hal-hazırda müqavilə sahəsindən gündəlik 137 barrel neft və 2,5 mln. kub metrdən çox səmt qazı çıxarılır.
NEFT SATIŞINDAN SƏUDİYYƏ ƏRƏBİSTANIN BUİLKİ GƏLİRİ 68 MLRD. DOLLARA YAXIN OLACAQ
BAKI.05. 09.2003. MEDİA-PRESS: Səudiyyə Ərəbistanın neft satışından builki gəliri 248 mlrd. reala- təqribən 68 mlrd. dollara çatacaq. "Bank-ər-Riad"ın məruzəsində daha sonra deyilir ki, krallıq bu il 1 barrelin qiymətini 23,5 dollar hesablamaqla 61,4 mlrd. dollar gəlir əldə etməyi planlaşdırmışdı, lakin 2003-cü ildə "qara qızıl"ın 1 barreli 25 dollara yüksəldi.
Sənəddə qeyd olunur ki, gəlirlərin bu qədər artması Səudiyyə hökümətinə imkan verəcək ki, 10,7 mlrd. dollar kəsirlə hesablanmış büdcə 3,8 mlrd. dollar profisitə (müsbət saldoya) malik olsun.
İRAN QAZ İXRACINDAN 600 MLN. DOLLAR QAZANACAQ
BAKI.05.09.2003.MEDİA-PRESS: Cari ildə İranın qaz ixracından ümumi valyuta gəliri 600 mln. dollar olacaq. İLNA agentliyinin məlumatına görə, İran Neft nazirinin müavini, Milli Qaz şirkətinin icracı direktoru Məhəmməd Mələki bu haqda məlumatında həmçinin vurğulayıb ki, hazırda İran qazının Kuveyt və Ermənistana verilməsi barədə danışıqlar aparılır. Ölkə qazının Türkiyə ərazisindən Avropaya daşınması məsələsi də müzakirə mövzusudur.
Məhəmməd Mələki İranın ixrac qazının həcminə toxunarkən cari ilin sonuna kimi xaricə 5 mlrd. kub metrə yaxın "mavi yanacaq" göndəriləcəyini deyib. Ağaye Məhəmməd Mələki maye yanacaq əvəzinə qaz işlədilməsi probleminə toxunarkən qeyd edib ki, bu il həmin məqsədlər üçün 25 mln. kub metr qaz sərf ediləcək. Ötən il İranın enerji ehtiyatları istehlakında qazın payı 50 faizdən çox olub. Yanacağın başqa növləri əvəzinə qazdan istifadə olunması siyasəti davam edir və ölkənin iqtisadi inkişafının üçüncü bərnaməsinin sonunadək bu göstəricini 65 faizə çatdırmaq nəzərdə tutulur.
Məhəmməd Mələkinin sözlərinə görə, hal-hazırda İranın 437 şəhərində əhalinin 95 faizə qədəri qaz yanacağı ilə təmin edilib. Bu ilin sonuna kimi həmin şəhərlərin bütün əhalisi qaz yanacağından istifadə edə biləcək. 2002-ci ilin avqustundan cari ilin həmin ayına kimi İranın 46 şəhəri və 300-dən çox qəsəbəsi qaz yanacağı ilə təmin olunub və indi ölkədə 38 milyondan çox adam yanacağın bu növündən istifadə edir.
TBİLİSİDƏ "İTERA-GÜRCÜSTAN" ŞİRKƏTİ YARADILDIĞI ELAN EDİLİB
BAKI. 05.09.2003. MEDİA-PRESS: Tbilisidə "İtera-Gürcüstan" şirkəti yaradıldığı elan edilib."Kommersant"ın yazdığı kimi, əslində "Qruzqaz" səhmdar cəmiyyətinin köməkçi şirkəti yaradılır və onun payının 50 faizi "İtera" beynəlxalq şirkətlər qrupuna mənsubdur. Gürcüstana təbii qazı yeni yaradılan şirkət satacaq. Gürcüstanın "İtera"ya 1997-2002-ci illərdən yığılıb qalmış borcu indi 100 mln. dollara yaxındır.
Bir gün əvvəl "İtera" Tbilisiyə qaz verilməsini dayandırmışdı. Qazpaylaşdırıcı "Tbilqaz" şirkəti 708 min dollar həcmində cari borcunu ödəmədiyi üçün şirkətin Moskvadakı baş idarəsi bu qərarı qəbul etmişdi.
"İtera" 1996-cı ildən bəri Gürcüstana təbii qaz ixrac edən yeganə mənbədir. Gürcüstanın özünün qazı yoxdur. Repsublikanın başlıca təchizat mənbəyi rusiya və türkmən qazıdır. Gürcüstan 2002-ci ildə 1,34 mlrd. həcmində qaz idxal edib. Respublikanın enerji balansında təbii qazın payı 24 faizə yaxındır.
Gürcüstan prezidenti Eduard Şevardnadze bundan əvvəl bildirmişdi ki, ölkənin qaz bazarında rəqabəti alqışlayır. Belə ki, 2003-cü ilin iyununda Gürcüstan Rusiya "Qazprom"u ilə 25 il müddətinə qaz yanacağı sahəsində strateji əməkdaşlıq sazişi imzalayıb. "Qazprom"la hələ də davam edən danışıqları aparmaqda Gürcüstan hökümətinin məqsədi respublikaya qaz idxalının başlanması haqqında müqavilənin son varintını razılaşdırmaqdır.
AZƏRBAYCANDA NƏRƏ BALIQYETİŞDİRMƏ ZAVODU SENTYABRIN AXIRINA KİMİ İSTİFADƏYƏ VERİLƏCK
BAKI.05.09.2003.MEİDA-PRESS: Repsublikanın Neftçala rayonunun Xıllı kəndində nərə balığı yetişdirən zavod sentyabrın axırına kimi istismara veriləcək. Azərbaycan Ekologiya və Təbii Ehtiyatlar naziri Hüseyn Bağırovun məlumatına görə, indi Ferrostal alman şirkətinin göndərdiyi əsas avadanlığın zavodda quraşdırılması başa çatmaqdadır. Müəssisə ildə 15 mln. nərə körpəsi yetişdirə bilər. Balıqyetişdirmə zavodu "Təxirəsalınmaz ekoloji investisiyalar" layihəsi çərçivəsində tikilir. Ümumdünya Bankının bu layihənin reallaşdırılması üçün 20 mln. dollarlıq güzəştli kreditinin 6 mln. dolları məhz Xıllı zavodunun tikintisi üçün nəzərdə tutulub.
BAKIDA AZƏRBAYCAN PREZDENTİNİN SEÇKİLƏRİNƏ HƏSR OLUNMUŞ İNTERNET-SAYTIN AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB
BAKI. 05.09. 2003. MEDİA-PRESS: Bu gün Bakıda Azərbaycan prezidentinin oktyabrdakı seçkilərinə həsr olunmuş yeni www.secki2003.com internet saytın təqdimatı keçirilib.
Layihədə məqsəd- dövlət başçısı vəzifəsinə namizədlərin seçkiqabağı platformalarının müqayisəsi, aktual məsələlər üzrə mövqeləri, ən yeni xəbərlərin və bütün namizədlərin seçkiqabağı vədlərinin peşəkar təhlili vasitəsilə düzgün seçim etməkdə respublika vətəndaşlarına kömək göstərməkdir.
Saytın yaradıcıları onun tam müstəqil olduğunu və namizədlərin nüfuzunu qaldırmaq məqsədi güdmədiyini bildirirlər. Layihə Flexible Solution şirkətinin vəsaitləri hesabına maliyələşdirilir. Namizədlərin seçki qərargahlarının təqdim etdiyi yazılar, onların tərcümeyi- halları, seçkiqabağı platformaları, habelə siyasi ekspertlərin və reportyorların hazırladıqları eksklüziv material və müsahibələr də saytda özünə yer alıb.
www.secki2003.com-da interaktiv mətnlər də yerləşdirilib. Prezidentliyə bütün namizədlərin bu testlərdən keçəcəyi və onların cavablarının seçicilərə baxışlarına daha münasib namizədi müəyyənləşdiirməkdə kömək edəcəyi gözlənilir. Saytda hər gün seçkiqabağı yarışlar barədə müxtəlif mənbələrdən alınan yeniliklər də dərc olunacaq. İnternet-saytından istifadə edənlər bu və digər xəbərləri xüsusi forumda müzakirə edə biləcəklər.
ALMANİYA TÜRKİYƏNİN Aİ-YƏ QƏBULUNU DƏSTƏKLƏYƏCƏK
BAKI.05.09.2003. MEDİA-PRESS:Almaniya Türkiyənin Avropa İttifaqına daxil olmasına dəstək verəcək.Federativ Almaniya kansleri Gerhard Şreder Türkiyənin baş naziri Taib Ərdoğanla danışıqlarından sonra deyib ki, Ankaranın başladığı islahatlar bu ölkəni Aİ-yə aparan yolda mühüm addımdır.
Şreder xatırladıb ki,Ankara assosiativ üzvlük barədə Brüssellə müqavilə bağladığı 1963-cü ildən bəri,Federativ Almaniyada hökuməti formalaşdırmış siyasi partiyaların hamısı perspektivdə Türkiyəni Aİ-yə qoşmaq istəyini təsdiq edib. Kansler alman müxalifətinin qopardığı "antitürk şivən"nini kəskin tənqid atəşinə tutaraq, deyib:"Xristian demokratlar Almaniyanın nüfuzuna xələl vuran ucuz mübahisələri qızışdırırlar".