AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEV TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRƏ YOLA DÜŞÜB

BAKI.08.09.2003.MEDİA-PRESS: Azərbaycanın Baş naziri İlham Əliyev bu gün səhər tezdən Türkiyəyə bir günlük səfərə yola düşüb.
O, səfər gedişində Türkiyə prezidenti Əhməd Nejdət Sezer və baş nazir Rəcəb Taib Ərdoğanla görüşəcək, qarşılıqlı maraq doğuran məsələləri onlarla müzakirə edəcəkdir.
Hökümət başçısını səfərdə Baş nazirin müavini Abid Şərifov, İqtisadi İnkişaf naziri Fərhad Əliyev və Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev müşayət edirlər.
İlham Əliyevin Bakıya sentyabrın 8-də gecədən keçmiş qayıdacağı gözlənilir.


VAHİD ƏLƏKBƏROV: BU İL "LUKOYL" "ŞAH-DƏNİZ" LAYİHƏSİNDƏKİ PAYINI SATMAQ NİYYƏTİNDƏ DEYİL

BAKI. 08.09.2003. MEDİA-PRESS: Rusiya neft şirkəti "Lukoyl" Xəzərin Azərbaycan bölməsində "Şah-Dəniz" qaz yatağının işlənməsi layihəsində özünün 5 faizlik payının satılması məsələsinə bu il baxmayacaq. "Lukoyl"un prezidenti Vahid Ələkpərov Bakıda jurnalistlər qarşısında belə bəyanat verib.
O, belə bir iddianı təkzib edib ki, guya "Lukoyl" "Şah-Dəniz" layihəsindəki payını almağa hazır olan şirkəti axtaran məsləhətçi firmanı artıq seçibdir. Ələkbərov eyni halda qeyd edib ki, gələcəkdə şirkət bu məsələyə yenə də qayıdacaqdır.
Xatırladaq ki, lap bu yaxınlarda "LUKOYL Oversias"ın Bakı nümayəndəliyinin başçısı Rim Baqmanov da bu xəbəri təkzib edərək, bildirmişdi ki, sentyabrın əvvəllərində onun da üzv olduğu "Şah-Dəniz" İdarə Komitəsinin növbəti müşavirəsi keçiriləcək.
Qeyd edək ki,"" Lukoyl" un ""Şah-Dəniz" layihəsindəki payını sata bilməsi versiyası "ATON" invesitisiya şirkətinin icmalına salınmışdı. Bu şirkətin təhlilçilərinin fikrincə, "Lukoyl"un satış- siyahısında birinci yerdə məhz "Şah-Dəniz" durur.
Bir qədər əvvəl "Lukoyl" azərbaycan offşor yataqları "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunun işlənməsi layihəsindəki 10 faizlik payını Yaponiyanın İnpex şirkətinə 1,35 mlrd. dollara satıb.
"Şah-Dəniz" yatağının qaz ehtiyatları 1 trln. kub metr həcmində hesablanıb. Layihənin səhmdarları aşağıdakılardır: BP (25,5%), Norveç Statoilı (25,5%), ARDNŞ (10%), fransız-belçika TotalFinalElfi (10%), Rusiya "Lukarko"su (10%), İran Milli Şirkəti-OİEC (10%) və Türkiyə TPAO-su (9%).


AŞQABADDA XƏZƏRİN STATUSU ÜZRƏ XÜSUSİ İŞÇİ QRUPUNUN NÖVBƏTİ İCLASI AÇILIB

BAKI.08.09.2003.MEDİA-PRESS: Bu gün Türkmənistan paytaxtında Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya layihəsini işləyib hazırlayan 5 sahilyanı dövlətin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun (XİQ) ikigünlük iclası açılıb.
Tədbir iştirakçıları Konvensiya layihəsinin ətraf mühitin mühafizəsi, meteorologiya və bioresurslara aid hissəsinin müzakirəsini davam etdirəcəklər. Hələlik dənizin dibinin bölünməsi prinsipləri, hər dövlətə su səthinin nəzarət zonasının ayrılmasının məqsədəuyğunluğu məsələlərində fikir ayrılıqları qalmaqdadır.
"Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya layihəsi beş sahilyanı dövlət başçılarının ikinci sammitindən tez təkmilləşə bilməz. Ona görə ki, bir sıra məsələlər ekspertlərin səlahiyyəti çərçivəsindən xeyli kənara çıxır". Rusiya Xarici İşlər Nazirinin müavini, RF prezidentinin Xəzər üzrə xüsusi nümayəndəsi Viktor Kalyujnı Aşğabaddakı çıxışında bu haqda bəyanat verərək, Xəzər dənizinin limitsizləşdirilməsini, demilitarizasiyasını və gəmilərin Rusiyanın daxili sularından keçməsini belə məsələlərdən adlandııb.
İclasda Xarici İşlər nazirləri görüşünün vaxtı da müəyyənləşdirilməlidir. Nazirlərin cari ilin axırlarında, yaxud gələn ilin başlanğıcında görüşərək, "Xəzər beşliyi" sammitini hazırlamaqla məşğul olacaqları güman edilir.
XSQ-nın beş Xəzəryanı dövlətin-Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində əvvəlki 10-cu iclası iyulun 22-24-də Moskvada keçirilib.


10 MLRD. DOLLAR ASTANANI İNANDIRIB Kİ, "KAŞAQAN" YATAĞININ MƏNİMSƏNİLMƏSİNİN TƏXİRƏ SALINMASI İLƏ RAZILAŞMAQ LAZIMDIR

BAKI.08.09.2003.MEDİA-PRESS: Xəzərin şimal hissəsindəki əzəmətli "Kaşaqan" yatağının mənimsənilməsi müddəti ən azı 2 il təxirə salınıb. Media-Pressin məlumatına görə, "KazMunayQaz" şirkətinin baş direktoru Kairgeldi Kabıldin Bakıda bu faktı açıqlayaraq deyib ki, rəsmi Astana layihənin operatoru İtalyan şirkəti ENİ SpA ilə bir neçə aylıq danışıqlardan sonra, "erkən" nefttin sənaye istixracına başlaılması vaxtının 2007-ci ilə keçirilməsinə razı olub.
Xatırladaq ki, Qazaxıstan rəhbərliyi "Kaşaqan"ın mənimsənilməsinə başlanmasının yubadılmasına qəti etiraz edir və hətta bu yatağı işləyən konsorsiumu cərimələyəcəyi ilə hədələyirdi. Ancaq kosorsiumda iştirak edən əcnəbi şirkətlər 2007-ci ilin axırına kimi "Kaşaqan" da ixraca başlamağın "texniki səbəblər üzündən" mümkün olmadığını sübut etdilər. Bir sözlə, pul hər şeyi həll etdi. ENİ-nin başçılıq etdiyi konsorsium, Wall Street Journal -ın məlumatına görə, "KAşaqan"ın işlənməsinə qoyulacaq sərmayəni 10 mlrd. dollara çatdırmaq niyyətindədir.
Bu nüfuzlu nəşriyyənin qeyd etdiyi kimi ENİ SPA ilə yanaşı konsorsiuma daxil olan ExxonMobil Corp., Royal Dutch/Shell Group, Total SA, ConocoPhillips və Yaponiya İnpex-i layihənin inkişafının birinci fazasında gündə 450 min barrel neft hasil etməyi planlaşdırırlar. Bu, 2005-ci ilin axırı və 2006-cı ilin əvvəlləri üçün planlaşdırılan gündəlik 100 min barreldən ən azı 4 dəfə çoxdur.
Yatağın işlənməsinin yeni sxemi ilk neftin istixracını yalnız 2007-ci ilin axırında mümkün edəcək. Buna baxmayaraq, Qazaxıstan höküməti itirə biləcəyi mənfəətin əvəzini ala biləcəkdir. ENİ nümayəndələri artıq bu məsələ barədə Qazaxıstan höküməti ilə danışıqlar aparır. Eyni zamanda Reuters agentliyi Qazaxıstan hökümətindəki mənbələrə istinadən məlumat verib ki, ölkə təxirəsalınmanın zəruriliyinə prinsipcə razılıq verəcək.
"KAşaqan" yatağı son 40 ilin ən əlamətdar kəşfidir. Yatağın inkişaf layihəsi orada gündəlik hasilat həcmini 1,2 mln. barrelə çatdırmağı nəzərdə tutur ki, bu da yalnız Səudiyyə Ərəbistanın Havar yatağındakı istixrac həcmindən geri qalır. "Kaşaqan" Yaxın Şərqdən kənarda yerləşən yeganə belə böyük yataqdır.
"Kaşaqan"da genişmiqyaslı neft istixracına başlanılması bu ölkənin Tengiz yatağında (ChevronTexaco Corp şirkəti işləyir), BP-nin operatorluq etdiyi azəbaycan yataqlarında və Qərbi Afrika sahil sularının dərin məntəqələrində istixrac həcminin artması ilə bir vaxta düşəcək. Wall Street Journal axırda yazır. Rusiya, Qazaxıstan və Azərbaycan OPEK üzvləri olmadığı üçün, bu, dünya neft kartelinin karbohirogen xammalının qiymətlərinə nəzarət etmək imkanlarının sınağına çevriləcək.


İRAN XARİCİ ŞİRKƏTLƏRİ ÖZ NEFT YATAQLARININ İŞLƏNMƏSİNƏ FƏAL DƏVƏT EDİR

BAKI.08.09.2003.MEDİA-PRESS: İran Neft Nazirliyi üç iri yatağın-Azadeqan, Banqestan və Çeşmexoş yataqlarının işlənməsi barədə əcnəbi şirkətlərlə danışıqlar aparır.
Bunlardan ən böyüyü sayılan "Azadeqan", hesablamalara görə, 30 mlrd. barrel neft ehtiyatına malikdir. Bu yatağın işlənməsi barədə aparılan danışıqlarda Yaponiya son 2 ildə üstün hüquqa malik idi. Lakin İran.Ru-nun məlumatına görə, indi bu məsələ başqa ölkələrin şirkətləri ilə də müzakirə olunur.
Belə ki, Çeşmexoş yatağının işlənməsi barədə İspaniyanın "Sapsa" şirkəti ilə danışıq aparılır. Bu şirkət Avstriyanın OMV şirkəti ilə birlikdə artıq həmin yatağa aid işlərdə iştirak edir. Fransanın Total S.A. və İngiltərənin BP şirkətləri Bangestanın işlənməsi haqqında danışıqlar aparırlar. 1979-cu ildə İslam inqilabının qələbəsindən sonra BP İranda işləməyib.


8 AYDA AZƏRBAYCANDA 13,98 MLRD. KVT/SAAT ELEKTRİK ENERJİSİ HASİL EDİLİBv

BAKI.08.09.2003.MEDİA-PRESS: "Azərenerji" Səhmdar Cəmiyyətində (SC) Media-Pressə məlumat veriblər ki, 8 ayda Azərbaycanda hasil edilmiş 13,98 mlrd. kVt/s. elektrik enerjisinin 11,980 mlrd. kVt/saatı Dövlət rayon elektrik stansiyalarının (DRES), 1,890 milyardı isə- su elektrik stansiyalarının (SES) payına düşüb.
Avqustda SC müəssisələrində 1,4 mlrd. kVt/ saatdan artıq elektrik enerjisi istehsal edilib. Bunun 1,363 milyardı İES, 123,1 mln. kilovat/saatı isə SES-lərin payına düşüb. Bu ilin avqustunda keçən illə müqayisədə elektrik enerjisi istehsalı 182,8 min kVt/saat artıb.


AZƏRBAYCANIN ELEKTRİK STANSİYALARI QƏNAƏTLƏ İŞLƏYİR

BAKI.08.09.2003.MEDİA-PRESS: Azərbaycanın qaz və mazutla işləyən istilik-elektrik stansiyları (İES) qənaətlə işləməyə başlayıb. Belə ki, "Azərenerji" Səhmdar Cəmiyyəti (SC) mətbuat xidmətinin məlumatına görə, avqustda 1 kilovat- saat elektrik enerjisi istehsalına 381,94 qram şərti yanacaq işlədilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 32,45 qram azdır. Bunun hesabna ötən ay 41 897 ton şərti yanacağa qənaət olunub. Bütövlükdə isə bu ilin əvvəlindən SC sistemində 1 kV/ s. enerji hasil edilməsinə keçən ilin eyni dövrü ilə müqayisədə 26,8 qram az şərti yanacaq işlədilib. Bu da 304 min ton şərti yanacağa qənaət etməyə imkan verib.


AZƏRBAYCAN İİN-i SAHİBKARLARA KREDİT VERƏ BİLƏN DAHA İKİ AGENT-BANK SEÇİB

BAKI.08.09.2003.MEDİA-PRESS: "Sahibkarlığa kömək Milli Fondu vəsaitlərindən istifadə haqqında" Azərbaycan prezidentinin 2002-ci il 27 avqust tarixli fərmanına uyğun olaraq, fondun vəsaitlərindən sahibkarlara güzəştli kreditlər verə bilən daha iki bankı aşkarlamaq üçün növbəti tender keçirilib. İqtisadi İnkişaf nazirliyində (İİN) Media-Pressə verilən məlumata görə, müsabiqə komissiyası kommersiya bankı Unibank-ı və Səhmdar Kommersiya bankı "Azalbank"ı tenderin qalibləri elan edib.
Beləliklə, kreditə ehtiyacı olan sahibkarlar: "Respublika", "Texnikabank", ""Muğan", "İlkbank", "Parabank", "Turan", "Atabank", "Azərdəmiryolbank", "Dekabank", "Əmrahbank", "Rabitəbank", "Mostbank-Azərbaycan","Unibank" və "Azalbank" banklarının xidmətlərindən bəhrələnə bilərlər.
Bu bankların Naxçıvan,Gəncə, Sumqayıt, Şəki, Lənkəran, Bərdə, Yevlax, Beyləqan, İmişli, Zaqatala, Quba və Dəvəçidə filialları vardır. İİN-də qeyd ediblər ki, banklar rayonlarda nümayəndəliklərə malik olduqlarına görə seçiliblər. Bu amil həmin məntəqələrdə sahibkarlığın daha da inkişafına kömək edəcək. Qeyd edək ki, cari ildə dövlət büdcəsindən Sahibkarlığa Yardım Fonduna 57 mlrd. manat köçürüləcək. Fonda daxil olmuş 23 mlrd. manatın bu günə kimi cəmi 17 milyardı (73,9 faizi) xərcələnib.


AZƏRBAYCAN EKOLOGİYA VƏ TƏBİİ EHTİYATLAR NAZİRLİYİ ERMƏNİSTANI EKOLOJİ TERRORİZMDƏ GÜNAHLANDIRIR

BAKI.08.09.2003.MEDİA-PRESS: Azərbaycanın Qazax rayonununda yerləşən Ağstafaçay su tutarını qonşu Ermənistan fəal çirkləndirir. Azərbaycanın Ekologiya və Təbii Ehtiyatlar nazirliyində Media-Pressə bu haqda məlumatda deyilir ki, buraya su Ermənistan ərazisindən axan çaylardan daxil olur. Həmin çayların sahillərində mövcud olan erməni müəssisələri son vaxtlar öz sənaye çirkablarını təmizləmədən çaylara axıdırlar. Nəticədə Ağstafaçay su tutarında bəzi kimyəvi maddələrin tərkibi normadan qat-qat artıqdır- sink-255 dəfə, mis-9 dəfə, nikel-4,6 dəfə. Azərbaycanlı mütəxəssislərin apardıqları ekotoksikoloji tədqiqatlar zamanı, həmin mühitdə yerləşdirilən canlı orqanizmlər 24 saat ərzində məhv olub. Halbuki, Ağstafaçay su tutarı yalnız suvarma üçün deyil, həm də Qazax rayonu əhalisinin məişətdə istifadəsi üçün nəzərdə tutulub.
Respublika Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin bununla əlaqədar yaydığı mətbuat relizində vurğulanır ki, Ermənistan Azərbaycana qarşı ekoloji terrorizmlə və ekoloji soyqırımla məşğul olur ki, bu da qonşu dövlətin nə məqsədlər güddüyünü sübut edir.


AZƏRBAYCAN NƏRƏ OVUNA VƏ QARA KÜRÜ İSTEHSALINA KVOTALARIN ƏDALƏTLƏ BÖLÜŞDÜRÜLMƏSİNİ İSTƏYİR

BAKI.08.09.2003.MEDİA-PRESS: "Azərbaycan Xəzərin bioresursları üzrə komissiyasının nərə balıqlarının ovlanması üzrə müəyyən etdiyi indiki ümumi həcmdən razıdır və biz kvotanın sayının artırılmasını yox, onun ədalətlə bölüşdürülməsini istəyirik. Odur ki, söhbət başqa Xəzəryanı dövlətlərə nisbətən Azərbaycanın kvota faizinin artırılmasından gedə bilər". Bu fikri vurğulayan respublika Ekologiya və Təbii ehtiyatlar naziri Hüseyn Bağırov qeyd edib ki, sentyabrda Azərbaycanda ildə 15 milyon ədəd nərə körpəsi yetişdirə bilən yeni zavod istifadəyə veriləcək. Bu baxımdan Azərbaycan öz kvotasının artırılmasını nəzəri cəhətdən tələb edə bilərdi.
Əgər 2002-ci ildə Azərbaycan kvotaya görə, 92 ton nərə balığı ovlaya və 7,7 ton qara kürü ixrac edə bilərdisə, cari ilin rəqəmləri müvafiq surətdə-127 və 9,1 tondur. Qazaxıstanın kvotası-216 və 23,18 ton, Rusiyanın-429 və 30,3 ton, Türkmənistanın- 56,25 və 5,85 ton , İranınkı isə-676,4 və 78,8 tondur. Həm də 2003-cü ildə Azərbaycan istisna olmaqla, Xəzəryanı ölkələrin kvotaları 8-18% azaldılıb.
Son üç ildə Xəzər dənizində nərə balıqlarının sayı 5 mln. ədəd artaraq 11,6 milyona çatıb. Bu rəqəmləri BMT-nin ekoloji proqram üzrə orqanı- CİTES təşkilatı, yəni tükənməkdə olan yabanı fauna və flora növləri ilə beynəlxalq ticarət konvensiyasının katibliyi dərc edib. Konvensiyanın baş katibinin müavini Cim Armstronqun qeyd etdiyi kimi, nərə fəsiləsinin sayının artması "Xəzəryanı dövlətlərin qaçaqmalçılığın qarşısının alınması məqsədilə ciddi tədbirlər görmələrinin" nəticəsidir. Bununla əlaqədar,CİTES region ölkələrinin istehsal etdiyi qara kürünün kvotasını artırmağı qərara alıb. 2003-cü ildə bu ölkələr üst-üstə 146,8 ton kürü ixrac edə biləcək. Keçən il bu rəqəm 142,2 ton olub. 2001-ci ilin iyununda Paris sazişi deyilən sənədə uyğun olaraq Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiyadan qara kürünün ixracına 6- aylıq qadağa qoyulmuşdu. Moratorium dövründə bu ölkələr öz nərə ehtiyatlarının elmi tədqiqatını aparaqaq, bu qiymətli balığın ovunu və onun qorunub saxlanmasını tənzimləyən müştərək plan işləyib hazırlayıblar.
Beşinci Xəzəryanı dövlətdən-İrandan qara kürünün ixracına qadağa qoyulmasa da, bu ölkə öz qonşularının səylərinə könüllü dəstək verdi. CİTES-in yeni kvotaları Xəzər hövzəsi ölkələrinin təqdim etdikləri məlumata, habelə beynəlxalq ekspertlərin işinin nəticələrinə əsaslanıb. Ekspertlər təsdiq ediblər ki, xeyli məbləğdə ixrac mənfəətindən imtina edən region dövlətləri nərə balıqları ovunu tənzimləməyə hazır olduqlarını nümayiş etdirirlər. Yeni kvotalar hazırlanarkən ən qiymətli qara kürü mənbəyi sayılan ağbalıq növünə xüsusi diqqət yetirilib. CİTES ekspertlərinin qeyd etdikləi kimi, hazırda Xəzər dənizində ağbalıq ehtiyatı bərpa olunmaqdadır. Bu, ona görə baş verir ki, ovlanan balığın çoxundan kürü çıxarılmır və əti isə satılmayaraq istifadə olunmaq üçün balıqyetişdirmə məntəqələrinə verilir.


AZƏRBAYCAN ETE NAZİRLİYİ MEŞƏSALMANI TƏŞVİQ EDİR

BAKI.08.09.2003.MEDİA-PRESS: Azərbaycan Ekologiya və Təbii Ehttiyatlar (ETE) nazirliyi ölkənin sənaye oduncağına, əhalinin oduna tələbatını ödəmək üçün tez böyüyən ağac növlərinin yetişdirilməsini təşviq etmək niyyətindədir.
ETE naziri Hüseyn Bağırovun məlumatına görə, baş idarə ölkənin meşə fondundan maraq göstərən şəxslərə 500 hektara qədər torpaq sahəsi ayırmağa hazırdır ki, orada tez böyüyən ağac əkilsinlər. Nazir deyib: "Biz bu adamlara 2 ildə 7-8 metr boy ata bilən ağac növlərinin 1 mln. ədədə yaxın şitilini verməyə hazırıq. Həm də biz becərdikləri meşələrin oduncağının 20 faizini özlərinə verməyə də hazırıq. Bir hektar belə ərazidən 200-400 kub metr keyfiyyətli oduncaq almaq olar".
Hüseyn Bağırovun fikrincə, bu metod meşənin qanunsuz qırılmasının qarşısını qismən ala bilər. Bu il ərzində qanunsuz qırılmış 26 min kub metr oduncaq müsadirə edilib. Bu əməlin sahibləri 600 mln. manat məbləğində cərimə olunublar. Ancaq məlumdur ki, məhv olmuş ağacları cərimə yolu ilə bərpa etmək qeyri-mümkündür. Həm də qırılan ağaclar çox zaman qiymətli və nadir növlərdən olur.
Nazirin sözlərinə görə, meşələrin qanunsuz qırılması əsasən əhalinin oduna və tikinti materiallarına tələbatından irəli gəlir. "Biz qocalmış və yaxud sağlam olmayan ağaclardan ildə 60-70 min kub metr odun və iş oduncağı tədarük edirik. Ancaq bu, azdır. Bizim təklif etdiyimiz metod 5 ildə sənaye oduncağı istehsalının həcmini il ərzində 80-100 min kub metrə çatdırmağa imkan verəcək". Sanitariya qırmaları hesabına alınan müəyyən həcmdə oduncağı da bunun üstünə gəlmək olar. Belə olduqda biz əhaliyə ucuz,keyfiyyətli və leqal oduncaq vermiş, deməli, meşələrin qırılmasının qarşısını almış olarıq.
Qeyd edək ki, Azərbaycan ETE nazirliyi 2002-ci ildən başlayaraq meşə təsərrüfatının bərpası üzrə aktiv iş aparır. Məsələn, keçən il 3100 ha ərazidə yeni qələmələr basdırılıb, 5000 ha ərazidə isə bərpa işləri görülüb. Bütövlükdə 2002-ci ildə 12 mln. ədəd qələmə və şitil basdıılıb. Bu il həmin rəqəmi 25-26 milyona çatdırmaq nəzərdə tutulur.
2003-cü ilin fevralında Azərbaycanda meşələrin bərpası və genişləndirilməsi üzrə Milli proqram təsdiq edilib. Proqram 2008-ci ilə kimi 45 min ha sahədə yeni meşələr salınmasını və 200 min ha sahədə isə meşlərin bərpasını nəzərdə tutur.
Ölkə ərazisinin 11 faizi meşəlrlə örtülüb. Meşə fondunun ümumi sahəsi 1 mln. 213 min hektardır (bura talalıqlar, çəmənliklər və meşəətrafı sahələr də daxildir). Bu sahənin təqribən 950 min hektraı bilavasitə meşəlikdən ibarətdir. Azərbaycan meşlərində 107 növ ağac və 328 növ kol bitir. 2003-cü ilin Dövlət büdcəsində meşə təsərrüfatının xərcləri 9,581 mlrd. manatdır ki, bu da əvvəlki ilin göstəricisindən 961 mln. manat çoxdur.


TİME: BÜTÜN HALLARDA AMERİKANLARIN 41 FAİZİ C. BUŞUN "ƏLEYİNƏ" SƏS VERƏCƏK

BAKI.08.09.2003.MEDİA-PRESS: Amerikada çıxan Time jurnalında dərc edilən sosioloji sorğunun nəticələrinə görə, amerikanların yalnız 38 faizi hesab edir ki, 2004-cü ilin prezident seçkilərində Coc Buşun və demokrat partiyasından başqa bir namizədin rəqabət aparacağı təqdirdə, demokratların nümayəndəsi qalib gələcəkdir. Eyni halda rəyi soruşulanların 41 faizi istənilən halda Corc Buşun namizədliyi əleyhinə səs verəcək. İndiki respublikaçı prezidenti amerikanların yalnız 29 faizi müdafiə etməyə hazırdır.
Sorğu göstərib ki, Demokrat partiyası nümayəndələri və prezidentliyə potensial namizədlər arasında senatorlar Con Kerri (lehinə 16%), Co Liberman (13%) və Vermont ştatının sabiq qubernatoru Hovard Din (11%) liderlik edirlər. Con Kerri və Corc Buş rəqib olarlarsa, rəyi soruşulanların 42 faizi demokratların nümayəndəsinə, 51 faizi isə Buşun namizədliyinə səs verərdi. Sosioloji sorğu ABŞ-ın 1000 vətəndaşı arasında keçirilib və təşkilatçıların dediyinə görə, nəticələrdə yanlışlıq 3,1 faizdən çox deyil.
CNN teleşirkətinin və "USA TODAY" qəzetinin sifarişi ilə Gellap institunun apardığı sosioloji sorğuya görə, indiki halda ameikanların 51 faizi Corc Buşun lehinə səs verər, 39 faizi isə demokrat partiyasının nümayəndəsini seçərdi.
Sorğunun nəticəsinə görə, amerikanların İraqda qalmasını istəyənlərin sayı son bir ayda azalmayıb. "Sizcə İndi, əsas mübarizənin arxada qaldığı bir vaxtda, ABŞ-ın İraqda işləri necə gedir?" sualına rəyi soruşulanların təqribən 50 faizi: "yaxşı" cavabını verib. Halbuki, aprelin axırlarında bu rəqəm 86 faizə yaxın idi.
Bəllidir ki, ABŞ avqustun axırlarında heç də xoşa gəlməyən bir həddi keçib: Onun İraqda müharibə qurtarandan sonra verdiyi itkiləri döyüş əməliyyatları gedişində həlak olanların sayını üstələyib. Bu faktın ABŞ-ın ziyanına olmasına baxmayaraq, ölkə sakinlərinin 63 faizi hələ də hesab edir ki, İraqı işğal etmək lazım idi (iyunun axılarında belə fikirləşənlərin sayı 7 faiz az idi).
O ki, qaldı İraqda olan amerikan hərbi kontingentinin taleyinə, sorğu iştirakçılarının 36 faizi onların orada qalmasını məqbul sayır, 15 faizi isə hətta gücləndirilməsini istəyir. Qalan respondentlər isə başqa cür fikirləşirlər. Onların üçdə biri amerikan işğal korpusunun sayının azaldılmasının, yaxud da tamamilə çıxarılmasının (14%) tərəfdarıdır.
İraqda kütləvi qırğın silahının heç bir izinin tapılmadığına və İraqa müdaxilənin əsl niyyəti barədə dünya mətbuatında mənfi rəylərə baxmayraraq, ABŞ-ın ictimai fikri yenə də hesab edir ki, İraqa qarşı hərbi əməliyyat və beynəlxalq terrorizmlə mübarizə qarşılıqlı əlaqəlidir. Sorğu iştirakçılarının 57 faizi əmindir ki, İraq əməliyyatı 11 sentyabr hadisələrindən sonra başlamış terrorizmlə mübarizə məcrasında keçirilib. Lakin 41% bunun əksini iddia edərək deyib ki, İraqa müdaxilə-müstəqil hərbi əməliyyatdır.
Bu baxımdan aydın olur ki, ABŞ-da məqsədyönlü təsirə məruz qalan kütləvi şüur prezident Buşun İraqdakı hərəkətlərini kifayət qədər yüksək qiymətləndirir. Gellap institutu sosioloqlarının məlumatına görə, onun hərəkətlərini bəyənənlərin sayı yayda çox az dəyişib və iyul ayı ilə müqayisədə cəmi 3 bənd düşərək, 57% təşkil edib. Maraqlıdır ki, dövlət başçısına belə loyal münasibət ABŞ-ın strategiyasına kifayət qədər tənqidi yanaşma fonunda qeydə alınıb. Rəyi soruşulanların çoxu (54%) Buş hökümətinin İraqda aydın planının olmadığını deyib. Başqa sözlə desək, kütləvi şüur Buşa etimad göstərir, ancaq onun komandasını tənqid edir. Görünür, Vaşinqton İraqda necə davranırsa-davransın, bu amil hələlik prezidentin nüfuzuna xələl gətirmir.
"USA TODAY" yazır ki, iqtisadiyyat məsələləri indiki hökümətin "ahilles dabanı" (ən zəif yeri) olaraq qalır. Ölkə sakinlərinin 52 faizi prezidentin iqtisadi siyasətini mənfi, 45 faizi isə müsbət qiymətləndirir.
Bununla belə, Washington Monthly jurnalının təşəbbüsü ilə ABŞ-da keçirilən daha bir sosioloji sorğunun nəticələri maraqlı qanunauyğunluğu aşkar edib. Sorğu iştirakçıları son 4 prezidentdən hansının (ata və oğul Buşların, Klinton və Reyqanın) dediklərinin həqiqətə daha az uyğun olduğunu 5-ballıq sistemlə qiymətləndirməli idilər. Nəticə gözlənilən kimi oldu: oğul Buş ölkənin ən başlıca yalançısı sayıldı. Şərəfli ikinci yeri peşəkar artist Ronald Reyqan tutur. Ondan sonra- ata Buş və sonda Bill Klinton gəlirlər.
Prezidentin dediyi sözlərdən ən yalanı kimi aşağıdakı ibarələr seçilib: "Britaniya hökümətinə məlum olub ki, Səddam Hüseyn Nigeriyada böyük miqdarda uran almaq istəyib" və "Biz kütləvi qırğın silahı tapmışıq" (bu ibarəni Buş 2003-cü ilin mayında deyib). Bəli, mübahisə etməyə dəyməz: ABŞ-ın indiki lideri səsləndirilmiş bədii uydurmanın kəmiyyət və keyfiyyətinə görə, şəksiz liderdir.
Peşəkar artist Ronald Reyqan 1986-cı ildə: "Biz girovları silaha dəyişməmişik" deməklə yalan satmışdı. İran fədailərinin ələ keçirdikləri girovları Amerika məhz silah verərək geri ala bilib. Bunun belə olduğu aşkarlananda, Reyqan əsla utanıb-qızarmadan: "bir neçə ay öncə mən amerikanlara demişdim ki, girovlarımızı silah verib geri almamışıq. Bu gün də qəlbim mənə deyir ki, bu, həqiqətdir. Ancaq faktlar və dəlillər isə mənə deyir ki, yox, bu, belə deyil". Elə həmin Ronald Reyqan ağacların ətraf mühitə avtomobillərdən daha çox ziyan vurduğunu deməklə, ictimaiyyəti mat-məəttəl qoymuşdu.
Ata Buş da bir vaxt seçicilər qarşısında and içmişdi ki, vergiləri artırmayacaq. Amma sonradan- rahatca artırdı. Bill Klinton da bir dəfə, amma yaxşıca, yalan söyləyib. Hamı onun Monika Levinski ilə öz əlaqəsini necə dandığını, üstəlik konstitutisiyaya əl basıb and içməsini xatırlayır.
Nə deyə bilərik-günahsız adam yoxdur. İnsanların çoxu vaxtaşırı yalan satır. Bəzilərinin yalanı üzə çıxarılır. Əbəs demirlər ki, bir var yalan, bir var ağ yalan, bir də var statistika.