"AZƏRİ" LAYİHƏSİNİN REALLAŞMASINA ARTIQ 2 MLRD. DOLLAR XƏRCLƏNİB

BAKI.10.09.2003.MEDİA-PRESS: "Azəri" (" Azəri-Çıraq-Günəşli"- AÇG- ofşor yataqlarının tammiqyaslı işlənməsinin "1-ci Fazası" və "2-ci Fazası") layihəsinin reallaşmasına xərclənən vəsait bu gün 2 mlrd. dollara çatıb.
VP-Azerbaijanın vitse-prezidenti Nil Şou layihə çərçivəsində builki xərclərin 1,7 mlrd. dollar olavcağını və 2004-cü ildə də bu qədər vəsait xərclənəcəyini deyib."Azəri" layihəsi çərivəsində gündəlik xərclər 6 milyon dollardır.
Vitse-prezidentin dediyinə görə, layihənin "1-ci Fazası" çərçivəsində tikinti işləri cədvələ ciddi riayət olunmaqla aparılır. "Mərkəzi Azəri"də quraşdırılacaq istixrac platformasının tikintisi üzrə planlaşdırılmış işlərin 70 faizi görülüb. "Mərkəzi Azəri"də artıq yaşayış bloku quraşdırılıb, qazma modulunun başlıca hissəsi alınıbdır.Qaz-kompressor və suvurma platformasının tikintisində işlərin 35 faizi görülüb. Cari ilin 4-cü rübündə dənizdə "Mərkəzi Azəri" platforması üçün dayaq bloku qquraşdırılacaq.
Bu işlər üzrə sifarişlər Kanada, Hollandiya, İsveç, Türkiyə, İtaliya, Xorvatiya, Fransa, Böyük Britaniya, Küveyt, Dubay və , əlbəttə ki, Azərbaycanda yerinə yetirilir.
Media-Press "Mərkəzi Azəri"-də artıq 12 qabaqlayıcı quyunun qazıldığını xəbər vermişdi.Onların hamısı hələlik konservləşdirilib. İndi qabaqlayıcı quyular "Qərbi Azəri"də qazılmaqdadır. Qazma işləri "Dədə Qorqud" yarımdalma qurğusundan aparılır.


"AZƏRİ" LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ 30-DÜYMƏLİK SUALTI NEFT KƏMƏRİNİN ÇƏKİLİŞİ İLİN AXIRINA KİMİ BAŞA ÇATACAQ

BAKI.10.09. 2003. MEDİA-PRESS: "Azəri" layihəsi çərçivəsində ( "Azəri-Çıraq-Günəşli" ofşor yataqlarının tammiqyaslı işlənməsinin "1-ci Fazası" və "2-ci Fazası") Xəzərdəki istixrac platformalarından Səngəçal neft terminalınadək uzanacaq 30 -düyməlik sualtı neft kəmərinin çəkilişi ilin sonunadək başa çatacaq. Kəmərin gündəlik buraxılış qabiliyyəti 500 min barreldir. Bu haqda məlumat verən Kəmərlərin çəkilişi üzrə layihənin direktoruToni Boylun sözlərinə görə, artıq 30 km. bolru döşənib. Gün ərzində orta hesabla 1,5 km. boru çəkilir.İşlər borudüzən "İsrafil Hüseynov" gəmisinin göyərtəsindən aparılır. Orada qurulmuş yeni kranlar və "dartma" mexanizmləri böyük diametrli borularla da işlləməyə imkan verir.Həm də yeni kranlan istənilən hava şəraitində işləyə bilir. "Nefteqaz-58" və "Təbriz Xəlilli" yardımçı gəmilər də modernləşdirilib.
Tikinti başa çatandan sonra elə bu xətdə 28-düyməlik qqaz, sonra isə 30-düyməlik neft kəmərlərinin çəkilişinə başlanacaq. Hər ikisinin uzunluğu -185 km. olacaq.


SƏNGƏÇALTERMİNALINDAN "AZƏRİQAZ" SC-NIN PAYLAŞDIRICI ŞƏBƏKƏSİNƏDƏK YENİ QAZ KƏMƏRİ ÇƏKİLƏCƏK

BAKI.10.09.2003.MEDİA-PRESS: "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı işlənməsi layihəsi çərçivəsində çıxarılan səmt qazının Azərbaycana verilməsi üçün yeni qaz kəməri çəkiləcək. Boru xətti Səngəçal terminalından "Azəriqaz" Səhmdar Cəmiyyətinin (SC) paylaşdırıcı şəbəkəsinədək uzanacaq.BP (AÇG layihəsinin operatoru ), Dövlət Neft şirkəti (ARDNŞ ) və "Azəriqaz" SC arasında əldə edilmiş bu razılaşma barədə jurnalistlərə məlumat verən Səngəçal terminalının genişləndirilməsi üzrə layihənin direktoru Yakobus Nyuvenhauze borunun uzunluğunun 3,5 km., illik gücünün isə 700 mln. kub fut olacağını deyib. Kəmər Səngəçal terminalının genişləndirilməsi layihəsi çərçivəsində ARDNŞ-in vəsaitləri hesabına tikiləcək. Bütün zəruri materiallar artıq sifariş edilib. Kəmərin çəkilişi 2004-cü ilin ilk rübündə başlayacaq.
Bu gün Səngəçal terminalına daxil olan neftin hamısı sudan və qazdan təmizlənmə prosesindən keçir. Əməliyyat zamanı ayrılan qaz isə yandırılır. Yeni qazqurutma qurğusu işə düşdükdən sonra daha səmt qazının yandırılmasına ehtiyac qalmayacaq. İndiyə kimi məşəl şəklinddə yandırılmış qaz ARDNŞ-ə veriləcək. Dövllət şirkəti isə "mavi yanacağı " öz istehlakçılarına paylayacaq. Bundan sonra terminalda qaz məşəl kimi nadir hallarda yandırılacaq. Bu, gələcəkdə qaz idxalını azaltmağa da kömək edəcək.
Respublikanın qaz yanacağına illik tələbatı 10 mlrd. kub metrdir. Bu gün Azərbaycanın çıxartdığı qaz onun ehtiyaclarının yalnız 50 faizini ödəyir. Hesablamalara görə, bu il respublikamızda 5,04 mlrd. kub metr qaz çıxarılacaq. Müqavilənin şərtlərinə görə, bunun 890 milyon kub metrini Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti ( ABƏŞ ) ölkəyə əvəzsiz (pulsuz) verir


SƏNGƏÇAL TERMİNALININ GGENİŞLƏNDİRİLMƏSİ ÜZRƏ İŞLƏRİN 60 FAİZİ GÖRÜLÜB

BAKI.10.09. 2003. MEDİA-PRESS: "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı işlənməsi layihəsi və Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin çəkilişi çərçivəsində Səngəçal terminalının genişləndirilməsi üzrə işlərin 60 faizinin görüldüyünü bildirən layihənin direktoru Yakobus Nyuvenhauzenin sözlərinə görə, layihəni reallaşdıran müştərək azərbaycan-türk şirkəti AZFEN / TEKFEN -in işə cəlb etdiyi 2,5 min personalın 80 faii yerli adamlardır.
O neft saxlamaq üçün hər birinin tutumu 800 min barrel (125 min ton) , hündürlüyü -22 metr, diametri isə- 100 iki çən tikilir. Bu çənllərin tikilməsi üçün gərək olan 6 min ton polad vərəqə artıq Fransadan gətirilib. Azərbaycanda misli olmayacaq bu çənlər AÇG yataqlarının tammiqyaslı işlənməsi layihəsinin "1-ci Fazası" çərçivəsində çıxarılacaq neft üçündür. "2-ci Faza"-da reallaşmağa başlayanda daha iki belə çən( məxzən) tikiləcək. 2008-ci ildə AÇG yataqllarından neft istixracının pik dövründə terminal gündəlik -1 milyon barrel neft və 700 milyon kub fut təbii qaz buraxa biləcəkdir.
Layişənin direktoru həmçinin məlumat verib ki, artıq BTC kəməri üçün baş nasos stansiyasının tikintisi üzrə işlər başlayıb.
Terminalın genişləndirilməsi ondan irəli gəlir ki, 2005-gi ilin başlanğıcı üçün BTC Əsas İxrac kəməri istifadəyə veriləcək və bu xətlə yalnız "Çıraq"dan deyil, həm də "Azəri"dən çıxarılan neft daşınacaq. AÇG-nın tammiqyaslı işlənməsinin "1-ci Fazası" çərçivəsində istixracın illik ümumi həcmi-20 milyon ton olacaq və sonrakı mərhələlərdə isə ildə 50 milyon tona çatacaqdır.
Bu gün terminal ildə 6 mioyon tondan çox neft emal etmək gücündədir. Genişləndirmə işləri başa çatdıqdan sonra bu rəqəm 22 milyonla ifadə ediləcək. Ümumiyyətlə Səngəçal terminalının genişləndirilməsi işləri 345 milyon dollara başa gələcək.


XƏZƏR ÜZRƏ XİQ İCLASININ İŞTİRAKÇILARI AŞQABAD DANIŞIQLARININ NƏTİCƏLƏRİNDƏN RAZI OLSALAR DA, ƏSAS PROBLEM HƏLƏ DƏ HƏLLİNİ TAPMAYIB

BAKI.10.09.2003.MEDİA-PRESS: Aşqabadda Xəzərin hüquqi statusunun işlənib hazırlanmasına dair Azərbaycan, Rusiya, Qazaxıstan, Türkumənistan və İranın Xarici işlər nazirləri səviyyəsində xüsusi işçi qrupunun ((XİQ) növbəti iclası başa çatıb. Görüşə yekun vuran iştirakçılar iki günlük danışıqların nəticcələrini müsbət qimyətləndirsələr də, aydın olub ki, başlıca problem- dənizin statusu məsələsində elə bir irəliləyiş yoxdur.
Türkmənistan höküməti baş nazirinin müavini, Xarici İşlər naziri Raşid Meredov deyib ki, bütövlükdə iclasda Konvensiya layihəsinin ikinci oxunuşu başa çatıb. İclas gedişində Xəzərin bioehtiyatlarının qorunmasının, ekologiya və təhlükəsizliyinin vacib məsələləri araşdırılıb.
RF prezidentinin Xəzər üzrə xüsusi nümayəndəsi, ölkənin xarici işlər nazirinin müavini Viktor Kalyujnı təəssüf edib ki, Xəzər hövzəsi ölkələri xarici işlər nazirləri görüşünün keçirilməsi tarixini tərəflər müəyyənləşdirə bilməyiblər. Belə görüş keçirilməsini RF-in Xarici İşlər naziri İqor İvanov iyulda Moskvada təklif etmişdi.
Azərbaycan XİN-in müavini Xələf Xələfov iclasda türkmən tərəfinə Xəzərdə sərhədlərin müəyyənləşdirilməsi üzrə ikitərəfli danışıqlara yenidən başlamağı təklif edərk deyib: "Hər iki tərfə üçün dənizin dibindən keçən orta xətt barədə razılığa gəlmək çox vacibdir".
Xəzərdə orta xəttin çəiklməsi məqsədilə hər iki tərəf üçün məqbul ola biləcək üsulun axtarılması üzrə Türkmənistan-Azərbaycan danışıqlarının sonuncu raundu 2001-ci ilin mayında Aşqabadda keçirilsə də, heç bir nəticə verməyib.
Məlumdur ki, Türkmənistan Azərbaycanın əcnəbi şirkətlər konsorsiumu ilə bağladığı ilk neft müqaviləsinə daxil edilmiş "Azəri" və "Çıraq" yataqlarının, habelə "Kəpəz" perspektiv yatağının ona yox, özünə mənsub olduğunu iddia edir.
Aşqabadda qərara alınıb ki, Xəzər üzrə xüsusi işçi qrupunun 12-ci iclası bu il dekabrın 9-10-da Tehranda keçirilsin.


VİKTOR KALYUJNI: RUSİYA XƏZƏRDƏ DÖYÜŞQABİLDİYYƏTLİ MÜASİR SİLAHLI QÜVVƏLƏRƏ MALİK OLMALIDIR

BAKI.10.09.2003.MEDİA-PRESS: "Xəzərdə sülhün hökm sürə bilməsi üçün Rusiya regionda müasir silahlı qüvvələrə malik olmalıdır". Bu fikir RF prezidentinin Xəzər üzrə xüsusi nümayəndəsi, ölkənin Xarici İşlər nazirinin müavini Viktor Kalyujnıya məxsusdur.
Onun sözlərinə görə, bu yaxınlarda Xəzərdə hərbi təlimlər təşkil edən Rusiya digər xəzəryanı dövlətlərin də belə addımlarına etiraz etmir, lakin burada əcnəbi silahlı qüvvələrin olmasının qəti əleyhinədir.
Rusiya diplomatı qeyd edib ki, terrorizm ocağının heç də uzaqda yerləşmədiyi bir şəraitdə Xəzərin demilitarizasiyası (silahsızlaşdırılması), nəinki bütün "Xəzər beşliyi" nin siyasi və hərbi baxımlardan itkisinə, həm də regionda əcnəbi hərbçilərin peyda olmasına gətirib çıxara bilər. Ona görə də, Rusiya nümayəndə heyəti Xəzərin demilitarizasiyasının qəti əleyhinə çıxış edir.
Rusiyanın xüsusi nümaüəndəsi artıq çoxdandır müvafiq dairələrdə qeyri-ardıcıl adm kimi şöhrət tapıb. Məsələn, fevralın axırlarında o bəyan etmişdi ki," Xəzərin statusunu müəyyənləşdirəcək işçi qruplarının hazırlayacaqları konvensiyanın əsas prinsipi bu su hövzəsində hər hansı hərbi birləşmələrin lmamasını nəzərdə tutur.Nə qədər ki, regionda gərginlik var, bunun üçün Xəzər donanması mövcuddur.Ancaq biz burada yeni hərbi-dəniz qüvvələrinin yaradılmasına qarşı çıxacağıq". Bu sözləri Kalyujnı Qazaxıstanın öz hərbi-dəniz qüvvələrini yaratmaq niyyəti ilə əlaqədar demiş və qətiyyətlə vurğulamışdı:" Biz dinc Xəzərdən bəhs etmişik və edirik də. Eyni halda hansısa əlavə hərbi birləşmələr haqqındı məsələ qaldırılır. Belədirsə, qanuni sual yaranır : niyə? Cavab isə birdir- hərbi birləşmələr olmamalıdır!"Xatırladırıq ki, bu sözlər 2003-cü il fevralın axırlarında deyilib. Başqa sözlə, rusiyalı diplomat belə hallarda qəbul edilmiş kazuistikaya ( yalanı əsasllandırmaq ) varmadan eyham vurdu ki,Moskva Xəzərdə dominantlıq etmək əzmindədir və bunun üçün də öz donanmasını möhkəmləndirəcəkdir.Qalan Xəzəryanı dövlətlər isə bunu xəyallarına da gətirməsinlər.


"UKRTRANSNAFTA" RUSİYA, QAZAXISTAN, AZƏRBAYCAN VƏ ÖZBƏKİSTANDAN ODESSA-BRODI KƏMƏRİNİ DOLDURMAQ ÜÇÜN NEFT XAHİŞ EDİR

BAKI. 10.09.2003.MEDİA-PRESS: "Ukrtransnafta" Rusiya, Qazaxıstan, Azərbaycan və Özbəkistanın dövlət orqanları və təşkilatlarına təklif edib ki, Odessa-Brodı kəməri üçün oktyabrda 380-420 min ton texnoloji neft vermək imkanını nəzərdən keçirsinlər. "Ukrtransnafta"nın mətbuat xidməti qeyd edir ki, bu şirkət texnoloji nefti onun qiymətini 3 ildən sonra ödəmək şərtilə almaq istəyir.
"Odessa-Brodı" üçün texnoloji neft almaq qərarı kəmərin payız-qış dövründə texniki vəziyyəti ilə bağlı təhlükənin qarşısını almaq zərurətindən doğur. Axı, bu kəmər indiyədək neftlə doldurulmayıb. Doğrudur, şirktətin mətbuat xidmətinin məlumatında iddia olunur ki, "məqsəd neftin nəqli marşrutunun seçilməsi haqqında" hökümətin qərarından dərhal sonra Odessa-Brodı kəmərinin istismarına başlamaqdır.
Texnoloji neftin alınması haqqında təklifləri nəzərdə tutan məktubları şirkətin icraçı direktoru Stanislav Vasilenko imzalayıb. Bu məktublar Qazaxıstanın Energetika və Mineral Ehtiyatlar, Rusiya Federasiyasının Energetika nazirliklərinə, Azərbaycanın Dövlət Neft Şirkətinə, "Uzbeknefteqaz", "Kazmunayqaz" və Rusiyanın bir sıra iri neft şirkətlərinə ünvanlanıb. "Ukrtransnafta" həmçinin dövlət orqanları və neft şirkətlərindən xahiş edib ki, Odessa-Brodı kəmərinin texnoloji neftlə doldurulacağı təqdirdə, onun istifadəsi imkanları və marşrutu barədə məlumat versinlər.


İRAN DAHA ÇOX QAZAXISTAN NEFTİ ALMAQ İSTƏYİR

BAKI.10.09.2003.MEDİA-PRESS: İranın Nəqliyyat naziri Əhməd Xorrəm deyib ki, onun ölkəsi gələcəkdə Qazaxıstandan satın aldığı neftin gündəlik həcmini 200 min barrelə çatdıracaq. İndi bu rəqəm 120 min barreldir. Hal-hazırda svop (mübadilə) əməliyyatları çərçivəsində Qazaxıstan nefti Təbrizin neft emalı zavodlarına çatdırılır, əvəzində Fars körfəzindən həmin həcmdə neft dünya bazarlarına çıxardılaraq, Astanaya xeyli gəlir gətirir. Lakin ABŞ Mərkəzi asiya ölkələrini dəfələrlə dəvət edib ki, İran tərəfi ilə uzunmüddətli müqavilələrdən çəkinsinlər.
Əgər qazaxıstan rəhbərliyi Vaşinqtonun tövsiyyələrini qulaqardına vurarsa, artıq gələn il neft tankerlərlə İranın Neka limanına daşınacaq, oradan isə Təbrizdəki zavodlara çatdırılacaq. Mərkəzi Asiya xəbərlər agentliyi bildirir ki, belə şəraitdə gələcəkdə yalnız neft üzrə iki ölkə arasındakı əmtəə dövriyyəsi 1 mlrd. dollardan çox ola bilər.


NEFT KRALLARININ "SUİ-QƏSDİ"

BAKI.10.09.2003.MEDİA-PRESS: Dünya iqtisadiyyatı yanacaq istəyir,ancaq ala bilməyəcək. OPEK gələcəkdə istehlakçılardan əvəz çıxmaq üçün ixracı müvəqqəti dayandıracaq. "İzvestiya" qəzetində dərc olunmuş "Neft krallarının sui-qəsdi" məqaləsinin müəllifi belə yazır.
OPEK-ə təzyiq günü- gündən artır: karteli neft bazarı üzərində nəzarəti zəiflətməkdə və onun tələbatına çevik reaksiya verməməkdə günahlandırır, ixracı artırmağı və qiymətləri aşağı salmağı xahiş edirlər. Lakin kartel dediyindən dönmür. Yanacağın böyük miqdarda alınması mövsümü başlayır. Əgər neft şırnağı açılmasa, qiymətin bahalaşması dünya iqtisadiyyatını tənəzzülə sürükləyəcək. Ancaq OPEK qarşı tərəfin təzyiqinə uymaq niyyətində deyil və yəqin ki, özünün sentyabrın 24-nə təyin edilmiş sammitində onun kvotasının həcmi əvvəlki kimi qalacaq. Beynəlxalq Energetika agentliyinin (İEA) icraçı direktoru Klod Mandil deyib ki, OPEK bazar üzərində hakimiyyətini itirir: "Kartelin nəzarəti 1998-ci ildən zəifləməyə başlayıb və bu meyl yəqin ki, dəyişməyəcək". Lakin İEA ekspertlərini qayğılandıran əsil səbəb heç də OPEK-in statusu deyil, bazarda vəziyyətin pisləşməsidir. Klod Mandil: "OPEK bazarda öz payının düşməsinə nə vaxta qədər dözəcəkdir? - deyə soruşur. Kartel bazarda öz payını ixtisar etməkdə, neftə tələbat isə artmaqdadır".
Agentliyin başçısı OPEK-ə xitabən onu neftin qiymətlərini aşağı salmağa çağırıb. İEA-da hesab edirlər ki,bu zərurət evlərin qızdırılması mövsümünün başlanması ərəfəsində dünyada yanacağa tələbatın artması ilə bağlıdır. Mandilin sözlərinə görə, indi qiymətlər çox yüksəkdir və kartel onun aşağı salınmasına kömək etməlidir. Maraqlıdır: agentliyin başçısı proqnoz verir :" Əgər OPEK bunu etmək istəməsə, gələcəkdə qiymətlər onsuz da düşəcək, çünki müstəqil istehsalçıların ixracının artması ilə birlikdə bazara təzyiq də güclənir".
OPEK isə hələlik artıq hərəkətə yol vermir. Kartelin baş katibi Alvaro Silva Kalderon deyib: "indi kvotanın dəyişdirilməsi üçün heç bir əsas yoxdur". Onun fikrincə, kartelin proqnozlarına uyğun olaraq, bazarda balansı saxlamaq üçün gündəlik istehsal həddinin 25,4 mln. barrel olması münasibdir.
Müstəqil istehsalçılar isə istehsalat qurğularının gücünü fəal artırmaqdadırlar. OPEK-in məlumatına görə, bu il neftə gündəlik tələbat yalnız 0,6 mln. barrel artacaq. Müstəqil istehsalçılar isə daha sürətlə işləyirlər. Onların gündəlik hasilatı 1,1 mln. barreldir. Kalderon hesab edir ki, "bazarda neft kifayət qədərdir". Səudiyyə Ərəbistanı və Kuveyt nümayəndələri artıq xəbər veriblər ki, kartel öz istixrac həcmlərini dəyişməyəcək, çünki təşkilatda neftin barrelinin 22-28 dollar civarında saxalanmasını kartel özü üçün məqbul sayır.
OPEK öz strategiyasını da dəyişmək niyyətində deyil. Çünki, kartel buna məcbur olduğunu bildirir. OPEK analitiklərinin fikrincə, "bazarda kartelin payının azalması, onun bazarı sabitləşdirmək və qiymət sıçrayışlıranın qarşısını almaq səyi ilə izah edilir". İraq nefti ilə vəziyyətin qeyri-müəyyənliyi barədə bəhanələr də kartel rəhbərliyinə təsir etmir. OPEK-in baş katibi: "İraq kartelə nə vaxt qayıtsa, onun rolundan da o vaxt danışarıq"-deyir. Həm də sentyabrın 24-də sammitdə İraq nümayəndəsinin iştirak edib-etməyəcəyi hələ məlum deyil. OPEK prezidenti Abdulla əl- Ətıyyənin məlumatına görə, onlar İraqın yeni neft nazirini sammitə yalnız o vaxt dəvət edəcəklər ki, BMT İraq hökümətini tanımış olsun. İraqın dünya neft bazarında olmaması da OPEK-i qorxutmur. Kaprteldə hesab edirlər ki, "Əgər İraq öz ixracının əvvəlki səviyyəsinə çıxmasa, Səudiyyə Ərəbistanı və Kuveyt onun əvəzini ödəyə bilərlər".
Gələn il də OPEK istehsalın həcmini indiki səviyyədə- gündəlik 25,4 mln. barrel səviyyəsində saxlamağı planlaşdırır. OPEK-in təhlili arayışında deyilir: "Müstəqil istehsalçıların istehsalı artırması və dünyada neftə tələbatın zəif olması bizə öz itsehsalımızı artırmağa əsas vermir. Biz ixrac kvotalarını artırmağı planlaşdırmasaq da, bazarda sabitliyi saxlamaq çox çətin olacaq".
OPEK-in məlumatına görə, gələn il neftə tələbat gündə 78,09 mln. barreldən 80 mln. barredək artacaq. Lakin dünya bazarına tələb olunduğundan daha çox xammal, yəni gündə 82 mln. barreldən çox neft çıxarılacaq. 2005-ci ildə tələbatla təklif arasında fərq artacaq. Gündəlik artıq neftin həcmi 7 mln. barrel olacaq, yəni bazara 87,3 mln. barrel çıxarılsa da, tələbat 80 mln. barreli keçməyəcək.
OPEK-də son vaxtlar kartelin bazar və onun sabitliyi naminə qurbanlar verməsindən danışsalar da, bu hal yəqin ki, çox çəkməyəcək. OPEK analitiklərinin son məruzəsinə görə, kartelin istehsal gücü bir ildə gündəlik 4 mlrd. barrel artaraq, 2004-cü ildə- 32,4 mln. barreldən 2005-ci ildə 36,4 mln. barrelə qalxacaq. Mütsəqil istehsalçıların istehsalı isə həmin 2 ildə gündəlik artımda 1 mln. barrel (49,9- 50,9 mln. barrel) fərq olacaq. "İzvestiya" axırda yazır: " Bu fakt göstərir ki, OPEK-in qurbanlar vermək dövrü artıq gələn il bitəcək və kartel bazarda itirdiyinin əvəzini çıxacaqdır".


İTALİYA TÜRKİYƏNİN AVROPA İTTİFAQINA DAXİL OLMASINA KÖMƏK GÖSTƏRƏCƏYİNİ VƏD EDİB

BAKI.10.09.2003.MEDİA-PRESS: İndi Avropa İttifaqında (Aİ) sədrlik edən İtaliyanın baş naziri Silvio Berluskoni Türkiyənin Aİ-yə qəbuluna kömək göstərəcəyini vəd edib. O, Appenin yarımadasında işgüzar səfərdə olan öz türkiyəli həmkarı Taib Ərdoğanla Romada görüşündə belə deyib.
Ərdoğan İtaliyanın Çernobbio şəhərində beynəlxalq iqtisadi və siyasi forumun işində iştirak etdikdən sonra, baş nazir Berluskoni tərəfindən İtaliya Xarici İşlər nazirliyinin diplomatlar üçün nəzərdə tutulan villasına şam yeməyinə dəvət alıb. Ziyafətdə hər iki ölkənin tanınmış iş adamları, aparıcı bank sahibkarları və iri müəssisələrin menecerləri iştirak ediblər.


"QNÇAK" ERMƏNİ PARTİYASININ LİDERİ MURADYAN 500 MİN TÜRKÜN ÖLDÜRÜLMƏSİNDƏ GÜNAHKARDIR. TÜRK TARİXÇİ BELƏ DEYİR

BAKI.10.09. 2003.MEDİA-PRESS: "Qnçak" erməni partiyasının lideri Muradyan (Hamparsum Boyçiyan ) Birinci dünya müharibəsinədək və müharibə dövründə 500 min hheə bir günahı olmayan dinc türkün həlak olmasına görə məsuliyyət daşıyır.Erməni terrorçu təşkilatlarının fəaliyyətini və türklərin soyqırımında onların oynadıqları mənhus rolu sənədlər əsasında təhlil edən türk tarixçisi CezmiYurtseverin əsərində bundan bəhs edilir.
C. Yurtsever Türkiyədə çapdan çıxmış "Muradyan kitabı" adlanan əsərində Böyük Britaniya və Türkiyə arxivlərində saxlanan və Osmanlı Türkiyəsi dövrənə aid olan sənədlərə söykənir. Bu elmi məxəzin hhazırlanması və nəşri 1989-cu ildə başlamış və Adana ( Türkiyənin bölgələrindən biri ) valisinin dəstəklədiyi "Tarixin Sənədləşdirilməsi" layihəsi çərçivəsində həyata keçirilib.
Tarixi fakt və sənədlərə istinad edən müəllif sübut edib ki, Hamparsum Boyçiyan , ləcə də "Qnçak" aprtiyasının başqa liderləri ,1880-ci illərdə Marhasanda erməni kilsəsinin tədris mərkəzini bitiriblər. Bu mərkəzin məzunları o illərdə Avropada və İstambulda fəaliyyət göstərmiş "Qnçak" təşkilatlarında fəal iştirak ediblər. Sonradan Muradyan ləqəbini mənimsəmiş doktor Hamparsum Boyçiyan bu partiyanın lederinə çevrilmişdir. O. ermənilərin İstambul, Diyarbəkir və Zeytunda qaldırdıqlırı üsyanlara başçılıq , həmçinin 1909 -cu ildə Osmanlı Türkiyəsi parlamentində Adana vilayətini təmsil edibdir.1918-ci ildə Muradyan öz əlaltılarına bütün müsəlmanları qırmaq əmrini verir. Nəticədə Erzincan, Erzrum.Qars əv Trabzonda terrorçu "Daşnaksütyun" və "Qnçak" erməni partiyalarının üzvləri əsla günahı olmayan 500 mindən çox türkü vəhşicəsinə qətlə yetiriblər. Türk tarixçi Cezmi Yurtseverin qeyd etdiyi kimi, bu gün də kürd fəhlə partiyası PKK və erməni terrorçu təşkilatı ASALA ( Ermənistanın Gizli Azadlıq ordusu ) vaxtı ilə Muradyanın və ardıcıllarının istifadə etdikləri taktikaya əl atırlar.


THE WALL STREET JOURNAL : AZƏRBAYCAN MÜVƏFFƏQİYYƏT ÜÇÜN ÖRNƏK OLA BİLƏR

BAKI.10.09.2003. MEDİA-PRESS: "Heç olmasa bir müsəlman ölkəsi göstərin ki, orada kilsənin dövlətdən ayrılması mübahisə doğurmasın, qərbə meyl iqtidarın, başlıca müxalifət partiyalarının və xalqın nail olduqları siyasi konsensusa söykənsin; beynəlxalq neft şirkətləri həqiqətən populyar, İsraillə münasibətlər isə həlim olsun. Elə bil müsəlman ölkəsi göstərin ki, orada NATO qoşunlarının və ABŞ-ın hüzuru alqışlansın, antiterror koalisiyasında iştirak isə milli mənafelərin müdafiəsi sayılsın". Bu sözlər ABŞ-ın işgüzar orqanlarının nüfuzlu jurnalı "The Wall Street Journal"-da dərc olunmuş "Azərbacan müvəfəqiyyət üçün örnək ola bilər" ünvanlı məqaləsindən götürülüb.
Məqalənin müəllifi Vladimir Sokorun qeyd etdiyi kimi, belə nadir xüsusiyyət toplusu neftlə zəngin olan Azərbaycanı fərqləndirən xüsusiyyətidir. O Azərbaycanın ki, qonşu Gürcüstanla birgə Xəzər nefti və qazını Avropaya, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qoşunları üçün Yaxın Şərqə və Mərkəzi Asiyaya yol açan nadir bir dəhliz yaradır. Bütün bu səbəblərə görə, Azərbaycanın müsəlman dünyasında müvəffəqiyyət örnəyinə çevrilməsində bu ölkəyə kömək etmək Qərb üçün strateji və iqtisadi cəhətdən vacibdir.
Uğur qazanmaq üçün çox ciddi şərtlər mövcud olsa da, daxili və xarici əngəllər də yox deyil. Ən yaxın problemlərdən biri- dövlət başçısının əvəz edilməsidir. 1993-cü ildən bu vəzifəni tutan prezident Heydər Əliyev oktyabra təyin edilmiş prezident seçkilərində iştirak üçün öz namizədiyini verib. Lakin o, hal- hazırda ABŞ-da müalicədədir və ola bilsin prezident yarışmasında iştirak etməsin. Parlamentin avqust ayında Baş nazir təyin etdiyi oğlu İlham Əliyev isə oktyabrda hakim "Yeni Azərbaycan" partiyasının dəstəyi şəraitində prezident kürsüsü uğrunda mübarizə aparacaq. Təsəvvür yaranır ki, onun qalibiyyəti təmin olunub və hakimiyyətin ötürülməsi üçün hər şey hazırlanıb.
Azərbaycanın qərb tərəfdaşları belə nəticəyə hazırdır. Bu şərtlə ki, seçkilər kifayət qədər təmiz keçirilsin. Azərbaycana səmərəli mərkəzləşdirilmiş hakimiyyət lazımdır. Lakin bu hakimiyyət dövlət idarələri, konstitusiyalı hökümət və hüquq-mühafizə strukturları arasında səlahiyyətlərin bölüşdürülməsini təmin edə biləcək dərəcədə legitim olmalıdır. Ölkə bu prinsip və qaydaları indi-indi mənimsəməyə başlayır. Tədris prosesi yalnız evolyusiya (təbəddülat) yolu ilə ola bilər: Azərbaycan üçün model rolu oynayan qonşu Türkiyə bu prosesi təqribən 80 il əvvəl başlayıb və hələ də başa çatdırmayıb.