11 İLDƏ TÜRK ŞİRKƏTLƏRİ AZƏRBAYCAN İQTİSADİYYATINA 915 MLN. DOLLAR SƏRMAYƏ QOYUBLAR

BAKI.12.09.2003.MEDİA-PRESS: Azərbaycanda 1992-ci ildən bəri işləyən türk şirkətləri respublika iqtisadiyyatına 915 mln. dollar vəsait xərcləyiblər. Azərbaycan İqtisadi İnkişaf nazirliyi Sahibkarlığa dövlət yardımı şöbəsinin rəisi Azər Bəşirov "Azərbaycan-Türkiyə iqtisadi münasibətləri" mövzusuna həsr olunmuş konfransda bu haqda məlumat verib. O, daha sonra deyib: "1992-ci ildən Azərbaycanda 1300-dən artıq türkiyəli iş adamı dövlət qeydiyyatından keçib. Hal-haırda repsublikamızda 800-ə yaxın müəssisəni türklər işlədirlər. Bunların 378-i 100 % türkiyə kapitalı ilə işləyir. Azərbaycanda 17 iri türk şirkəti dəyəri 1 mln. dollardan çox olan layihələri gerçəkləşdirir. Bundan əlavə 9 türk şirkəti 18 səhmdar cəmiyyətin səhmlərini alıb".


AZƏRBAYCAN BVF İLƏ DANIŞIQLARDA FƏRQLİ VERGİLƏRİN SAXLANMASINDA İSRARLIDIR

BAKI.12.09.2003.MEDİA-PRESS: Azərbaycan Beynəlxalq Valyuta fondu (BVF) ilə danfışıqlarda israr edir ki, gəlir vergisinin regionlar üzrə dərəcəsi fərqli olsun.
İqtisadi siyasət üzrə Milli Məclis ((MM) komissiyasının sədri Səttar Səfərov BVF-nin ikiknci Avropa departemitinin direktor müavini Con Vekman-Linnlə görüşdən sonra deyib: "Biz BVF ilə bu məsələ üzrə danışıqlarda prinsipial mövqe tuturuq. ABŞ-da da differensiyalı (fərqli) vergi tətbiq edilir və bundan iqtisadi inikişafa təsir göstərilməsi vasitəsi kimi istifadə olunur. Mən bu sistemin saxalanmasını məqsədəuyğun sayıram və hesab edirəm ki, bu, çox düzgün siyasətdir". Səftər Səfərov respublikada gəlir vergisinin regionlar üzrə fərqli dərəcəsinin tətbiq edilməsindən danışarkən belə deyib.
İqtisadi İnkişaf Nazirliyi Sahidkarlığa Dövlət yardımı şöbəsinin rəisi Azər Bəşirovun məlumatına görə, bu baş idarə də gəlir vergisinin fərqli dərəcələrinin ölkədə qalmasına tərəfdardır. O, deyib: "Bunun tətbiqindən məqsəd regionların iqtisadi inkişafını təmin etmək olub. Artıq bu ildən hiss olunur ki, sahibkarların regionlarda biznesin inkişafına maraqları artıb.Bu da seçimimizin düzgünlüyünə dəlalət edir. İlkin məlumata görə, BVF bu sistemin saxlanmasına razıdır" .
Regionlar üzrə fərqli gəlir vergisi dərəcələri 2003-cü il yanvarın 1-dən tətbiq edilir. Yeni qaydaya uyğun olaraq, Abşeron yarımadasında yerləşən müəssisələr ən yüksək dərəcə ilə- 25 faizlə gəlir vergisi ödəyir. Gəncə, Sumqayıt, Mingəçevir və Əli-Bayramlı şəhərlərində və bu şəhərlərin ətraf ərazilərində işləyən müəssisələr gəlirin - 20 faizi, Azərbaycanın dağ rayonlarında və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən müəssisələr-10 faizi, ölkənin digər rayonlarında işləyən müəssisələr isə- 15 faizi həcmində vergi ödəyirlər.


ALMANİYANIN KFW BANKI AZƏRBAYCANDA KİÇİK VƏ ORTA BİZNESİN KREDİTLƏŞDİRİLMƏSİNİ ARTIRACAQ

BAKI.12.090.2003.MEDİA-PRESS: Kreditanstalt fur Wiederaufbau (KFW) alman bankı respublikada kiçik və orta biznesin kreditləşdirilməsini alman-azərbaycan fondu vasitəsilə 3,6 mln. avro artırmağı planlaşdırır. Fondun rəhbəri Yorq Toymer bu haqda məlumat verərərək bidirib ki, KFW artıq kredit ayırmağa razılıq verib və bu işin reallaşması üçün Azərbaycan hökümətinin də razılığı gərəkdir. Hazırda fondun 5,1 mln. avro vəsaiti vardır.
Toymer qeyd edib ki, Alman-azərbaycan fondunun agent- banklarının sayını artırmaq da nəzərdə tutulur. Hazırda Unibank, Bank of Baku, Respublika bankı və Parabank bizim agent- banklarımızdır. Sentyabrın 1-nə kimi Fond layihələrin reallaşdırılması üçün sahibkarlara 3 mln. avro veribdir.
Azərbaycan Maldiyyə nazirliyi və KFW bankı tərəfindən təsis edilmiş Alman-azərbaycan fondu 2001-ci ildə fəaliyyətə başlayıb. Fond kiçik və orta bizneslə məşğul olan müəssisələrə 50 min avrodan çox olmayaraq kreditlər verir.


AZƏRBAYCAN VƏ MOSKVA BİRGƏ ƏRZAQ PROQRAMI HAQQINDA RAZILIĞA GƏLİBLƏR

BAKI.12.09.2003.MEDİA-PRESS: Azərbaycan və Moskva bir sıra birgə ərzaq proqramlarını reallaşdırmaq niyyətindədirlər. Bu məlumatı Baş nazirin birinci müavini, iqtisadi əməkdaşlıq üzrə hökümətlərarası Azərbaycan-Moskva komissiyasının həmsədri Abbas Abbasov verib.
O, Moskvaya səfəri zamanı paytaxt meri Yuri Lujkovla Azərbaycanla Moskva arasında ərzaq sahəsində əməkdaşlıq və MDB İqtisadi şurasının iclasında iştirak məsələlərini müzakirə edib.
Baş nazirin birinci müavini danışıqların yekunlarnı şərh edərkən deyib ki, "səfər səmərəli olub: tərəflər arsında əldə edilmiş razılığa görə, Azərbaycan sahibkarları Rusiyanın əməli proqramlarında, Rusiyalı biznes adamları isə Azərbaycanda realizə olunan proqramlarda iştirak edəcəklər".


AZƏRBAYCAN BUS BANKININ ÖZƏLLƏŞDİRİLMƏSİNƏ MƏSLƏHƏTÇİ CƏLB ETMƏK ÜÇÜN TENDER ELAN EDİLİB

1 BAKI.12.09.2003.MEDİA-PRESS: Azərbaycan İqtisadi İnkişaf nazirliyinin Özəlləşdirmə departamenti (İİN ÖD) Azərbaycan Birləşmiş Univesal Səhmdar bankının (BUS BANK-keçmiş Əmanət bankı) özəlləşdirilməsi prosesinə məsləhətçi cəlb etmək üçün açıq tender elan edib. Ölkə prezidentinin fərmanına uyğun olaraq, bankın özəlləşdirilməsi 2004-cü ilin sonunadək başa çatmalıdır. Eyni zamanda reytinqi yüksək olan banklarla və aparıcı sərmayəçilərlə danışıqlar aparılmalıdır.
2002-ci ilin yekunlarına görə, BUS BANKın gəliri-34,9 mlrd. manat, xərcləri- 27,6 mlrd. manat, mənfəəti isə- 7,3 mlrd. manat olub. Bankın azad aktivləri qiymətli kağızlar alınmasına sərf edilib. Bundan əlavə, dövlət istiqrazlarının satışı layihəsinin operatoru olan BUS BANK keçən il 10 mlrd. manatlıq qiymətli kağız sataraq, 195 mln. manat qazanc götürüb.
Bütövlükdə BUS BANK ölkənin bank bölməsinin təqribən 5 faizinə nəzarət edir. Ancaq xidmətlərin yeni növləri ilə bazara çıxsa, qısa müddətdə bu payı 10 faizə yüksəltmək olar. BUS BANK Türkiyənin "Barmek Holdinq" şirkəti ilə ((Bakı Elektrik şəbəkəsini idarə edir) və "Azəriqaz" SC ilə sazişlər bağlayaraq, əhalidən istifadə etdiyi elektrik enerjisi və qazın pulunu yığır. Azərbaycan təqaüdçülərinin 45 faizi, yəni 650 min adam bankdan öz təqaüdlərini alır.


ÜMUMDÜNYA BANKI EKSPERTLƏRİ BAKIDA "ƏHALİNİN TƏQAÜDÜ VƏ SOSİAL MÜDAFİƏSİ" LAYİHƏSİNİN TƏTBİQİ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDƏCƏKLƏR

BAKI.12.09.2003.MEDİA-PRESS: Ümumdünya Bankı (ÜB) ekspertləri Bakıda kompleks sığorta informasiya sistemi yaradılması, inzibati islahatalar keçirilməsi, sosial ödənişlərin dövlət proqramının səmərələşdirilməsi məsələlərini müzakirə edəcəklər. ÜB nümayəndələri Bakıya sentyabrın 13-də gələcək. Onlar respublika Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində, habelə Dövlət Sosial Müdafiə Fondunda bir sıra görüşlər və məsləhətləşmələr keçirəcəklər.
ÜB Bakı nümayəndəliyində Media-Pressə verilən məlumata görə, bankın dəstəyi ilə Azərbaycanda həyata keçirilən "Əhalinin təqaüdü və sosial müdafiəsi" layihəsinin ünsürlərindən biri işləyən hər bir adam üçün şəxsi uçot vərəqələrinin tətbiqi və hər adamın əmək fəaliyyəti, iş sabiqəsi, Sosial müdafiə fonduna aylıq ödəmələr haqqında bütün məlumatın daxil ediləcəyi kompyüter bazasının yaradılmasıdır. Belə məlumat bazası insan təqaüdə çıxarkən tərtibat məsələlərini əhəmiyyətli şəkildə yüngüləşdirir. Təqaüdçünün daha çoxlu sayda araıyşlar alınmasına vaxt və qüvvə itirməsinə ehtiyac qalmayacaq və sadəcə Təqaüd fonduna müraciət edəcəkdir. Təqaüdün məbləği hər bir kəsin əmək fəaliyyəti dövründə Sosial müdafiə fonduna köçürdüyü məbləğə mütənasib hesablanacaqdır.
Layihənin gerçəkləşməsi üçün 5,281 mln. dollar gərəkdir. Bunun 1,5 milyonunu Sosial müdafiə fondu, 300 minini BMT-nin İnkişaf proqramı ayıracaq, qalan 3,5 milyon dollara qədərini isə beynəlxalq maliyyə qurumlarından borc almaq lazım gələcəkdir.
ÜB "2003-2005-ci illərdə ölkəy yardım startegiyası" proqramı çərçivəsində Azərbaycana 235 mln. dollar məbləğində kredit ayırmaq niyyətindədədir. Bu məbləğin 160 milyonunu Beynəlxalq inkişaf assosiasiyası (BİA), 75 milyonunu- Beynəlxalq yenildənqurma və inkişaf bankı (AYİB) ayıracaqlar. Bu vəsaitdən 10 mln. dolları əhalinin sosial müdafiəsi ilə bağlı layihələrə yönəltmək planlaşdırılır.


ÜB-NIN SƏHİYYƏDƏ İSLAHATLAR ÜZRƏ MİSSİYASI BAKIYA GƏLİR

BAKI.12.09.2003.MEDİA-PRESS: Azərbaycanda səhiyyə sistemində islahatların gedişi ilə tanışlıq Ümümdünya Bankının (ÜB) sentyabrın oratalarında Bakıya gələn misiyasının başlıca mövzusu olacaq. Bankın ekspertləri əhaliyə tibbi yardım göstərilməsi sisteminin təkmilləşdirilməsinin gedişi barədə ətraflı məlumat almaq məqsədilə repsublikanın pilot obyektləri yerləşən 5 rayonunda olacaqlar. Bu barədə Üb-nın Bakıdakı nümayəndəliyində Media-Pressə verilən məlumatda deyilir:
Səhiyyə sisteminin islahatı layihəsi Salyan,Göyçay, Şəmkir və Şərur rayonlarında həyata keçirilir. Layihə tibb ocaqları binalarının təzələnməsini, onların müasir avadanlıqla təchizatını, dərmanlarla fasiləsiz təminatın nizamlanmasını, tibbi personal üçün treninqləri, habelə zərərçəkənlərə ilk kömək göstərilməsi təcrübəsinin öyrədilməsini nəzərdə tutur.
"Səhiyyə sahəsində islahatlar layihəsi haqqında " sazişi ÜB Azərbaycan höküməti ilə 2001-ci il iyulun 25-də imizalayıb. Tətbiqi 3 ilə nəzərdə tutulan bu layihənin dəyəri 5,5 mln. dollardır. Bu vəsaitin 500 min dollarını repsublika höküməti ayırmalıdır.


ATƏT EKSPERTLƏRİ AZƏRBAYCANDA SEÇKİLƏRİN MONİTORİNQİNƏ BAŞLAYIBLAR

BAKI.12.09.2003.MEİDA-PRESS: ATƏT-in 18 ölkəsinin 30 eksperti Azərbaycanda prezident seçkilərinin monitorinqinə başlayıb. ATƏT-in Demokratik İnstitutlar və insan hüquqları üzrə bürosunun Azərbaycan missiyasının başçısı Piter Ayker Bakıda mətbuat konfransında bu haqda məlumat verərərək deyib ki, respublikanın Xarici İlər Nazirliyinin dəvətiylə gəlmiş ekspertlər Bakıda və ölkənin başqa şəhərlərində seçki komissiyalarının işini müşahidə edəcək və seçkilər prosesində yaranacaq mübahisəli məsələlərin həlli ilə məşğul olacaqlar.
Ayker qeyd edib ki, ekspertlər seçki prosesinin Azərbaycan qanunvericiliyinə və seçkilərin keçirilməsi üzrə ölkənin öz üzərinə götürdüyü öhdəliklərinə uyğunluğunun monitorinqini aparacaq.
Azərbaycanda seçkilərə bir neçə gün qalmış ATƏT-in daha 500 müşahidəçisi repsublikaya gələcək, səsvermənin və seçici bülletenlərinin hesablanmasının monitorinqini aparacaqlar. Ayker qarşıdakı seçkiləri Azərbaycan üçün "sınaq testi" adlandıraraq qeyd edib ki, beynəlxalq təşkitlatlar ölkə hökümətindən azad və demokratik seçkilər keçirilməsini gözləyir. Seçkilərin başa çatmasından bir gün sonra ATƏT missiyası tədbirə öz qiyməitini verəcək.


İLİN AXIRINA KİMİ "SƏNGƏÇAL" TERMİNALINDA "ŞAH-DƏNİZ" LAYİHƏSİNİN REALİZƏSİ ÇƏRÇİVƏSİNDƏ TİKİNTİ İŞLƏRİNƏ BAŞLANILACAQ

BAKI.12.09.2003.MEDİA-PRESS: İlin axırına kimi "Səngəçal" termrinalında "Şah-Dəniz" qaz yatağının işlənməsi layihəsinin gerçəkləşməsi çərçivəsində ttikinti işlərinə başlanılacaq. Media-Pressə BP-Azərbaycan şirkətində verilən məlumata görə, bu məqsədlə xüsusi işçi qrupu yaradılıb. "SAhil" terminalında qaz və kondensatın hazırlanması (ilkin emalı) üçün qurğular tikiləcək.
Bu il "Şah-Dəniz" layihəsinin yalnız birinci mərəhələsinin reallaşdarılması xərcləri 750-800 mln. dollara çatacaq. Bütövlükdə "1-ci Mərhələ"yə: dənizdə dərinliyin 105 metrə çatdığı yerlərdə 15 quyu qazılması üçün TPG-500 platformasının qurulması; dərinliyin 300 metrə qədər olduğu yerlərdə sonralar qazılacaq 5 quyu üçün yataqda sualtı hazırlaq işlərinin aparılması; TPG-500 platformasından "Səngəçal" terminalına kimi hər bitrinin uzunluğu 100 kilometrə çatan 2 sualtı kəmərin ((26 düyməli qaz və 12 düyməli kondensat) çəkilməsi; "SAhil" terminalında qaz və kondensatın ilkin emalı üçün qurğular tikintisi, habelə Azərbaycan-Gürcüstan ərazilərindən Türkiyə sərhədinədək uzanan Cənubi Qafqaz kəmərinin tikilməsi daxildir. Layihənin ümumi dəyəri 3,2 mlrd. dollardır.
Hesablanmış qaz ehtiyatları 1 trln. kub metrə çatan "Şah-dəniz" yatağının səhmdarları BP (25,5%, Norveç Statoili (25,5%), ARDNŞ (10%), Fransız TotalFinalElfi (10%), Rusiya "Lukoyl"u (10%), OİEC İran Milli Şirkəti (10%) və Türkiyə TPAO-sudur (10%).


AZƏRBAYCAN ŞİRKƏTLƏRİ XƏZƏRİN QAZAXISTAN BÖLMƏSİNDƏ NEFT AXTARIŞINI DAVAM ETDİRƏCƏK

BAKI.12.09.2003.MEDİA-PRESS: Azərbaycan geoloqları neft yataqlarının axatrışı məqsədilə 2004-cü ildə Xəzərin qazaxıstan bölməsində kəşfiyyat işlərini davam etdirəcəklər. Bu barədə jurnalistlərə məlumat verən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xöşbəxt Yusifzadə deyib: ARDNŞ və "Schlumberger" şirkətinin təsis etdikləri " Caspian Geophysical" şirkətinə mənsub olan "Gilavar" geofiziki gəmisi bu məqsədlə indi Xəzərin Qazaxıstan bölməsindədir".
"İnterfaks-Azərbaycan" agentliyinə Caspian Geophysical şirkətində verilən məlumata görə, bu qurum geofiziki işlərin görülməsi üzrə Schlumberger-in subpodratçısıdır. Bununla belə onlar sifarişçi və şirkətin işlərinin məqsədləri haqqında açıqlama verməyərək, ətrafllı məlumat üçün Schlumberger-ə müraciət etməyi məsləhət gördülər.
"Gilavar" Xəzərdə geoloji kəşfiyyat işləri aparılması üçün nəzərdə tutulan ən müasir gəmilərdən biridir.


İLİN ƏVVƏLİNDƏN ARDNŞ "AZƏRİQAZ" SİSTEMİNƏ 1,444 MLRD. KUB METR QAZ VERİB

BAKI.12.09.2003.MEDİA-PRESS: İlin əvvəlindən bəri Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) dövlətə 2,853 mlrd. kub metr təbii qaz təhvil verib. Bu həcmin 1,444 mlrd. kub metri "Azəriqaz" Səhmdar Cəmiyyətinə (SC) çatıb ki, bu da nəzərdə tutulandan 17,3 % çoxdur. Qazın qalan 1,409 mlrd. kub metri Azərbaycan qaz emalı zavoduna (QEZ) verilib. Bu göstərici isə planlaşdırılandan 11,8% azdır.
Avqustda SC 174,2 mln. kub metr, yaxud plandan 11 % çox, QEZ isə 183,3 mln. kub metr, yaxud planlaşdırılandan 10,1 % az qaz alıb.
Respublikanın qaz yanacağına tələbatının ödənilməsi üçün 10 mlrd. kub metr tələb olunur. Bunun 5 milyardı əhalinin və sənaye müəssisələrinin, 5 milyardı isə elektrik stansiyalarının təmini üçün zəruridir. Ötən il Azərbaycan "İtera" beynəlxalq şirkətlər qrupundan 4 mlrd. kub metr "mavi yanacaq" alıb. SC ilə "İtera" arasındakı bu ilki müqaviləyə uyğun olaraq qaz idxalı daha 1,5 mlrd. kub metr artırılmalıdır. Bu gün Azərbaycan cəmi 5 mlrd. kub metrə yaxın qaz çıxarır. İdxalın artırılması ölkə rayonlarının təbii qazla təmini üçün zəruridir. Bu günədək Azərbaycanın 60-dan çox rayonu qaz yanacağı ilə təmin edilb. Qaz ilk növbədə müvafiq infrastrukturu, yəni boru şəbəkələri olan rayonlara verilir. Repsublika rayonlarıfna hər ay orta hesabla təqribən 790 mln. kub metr qaz verilir.


QAZAXISTAN HÖKÜMƏTİ XƏZƏR ŞELFİNİN MƏNİMSƏNİLMƏSİ ÜZRƏ TƏDBİRLƏR PLANINI TƏSDİQ ETDİ

BAKI.12.09. 2003.MEDİA-PRESS: Qazaxıstan höküməti Xəzər dənizinin Qazaxıstan bölməsində (XDQB) karbohidrogen ehtiyatlarının mənimsənilməsi üzrə dövlət proqramının birinci mərhələsinin reallaşması çərçivəsində 2003-2005-ci illər üçün tədbirlər planını təsdiq edib.
"Caspian Ecology 2003"-ün birinci Beynəlxalq Konfransında çıxış edən Energetika və Mineral Ehtiyatlar naziri Vladimir Şkolnikin verdiyi məlumata görə, Xəzər regionunda fəaliyyət göstərən şirkətlərə qarşı ekoloji tələblər sərtləşdiriləcək.
Xəzər dənizi hövzəsində ekoloji vəziyyətin sağlamlaşdırılmasına yönələn birinci dərəcəli tədbirlər sırasında ötən əsrin 30-80-cı illərində Xəzər sahilində qazılmış və sonradan su altında qalmış neft quyularının mərhələ-mərhələ konservasiyası və ləğv edilməsi nəzərdə tutulur. Nazir bidirib ki, "Ən çox təhlükə doğuran Xəzərin subasar sahələrində olan quyulardır".
Bundan əlavə, Vladimir Şkolnik qeyd edib ki, dövlət proqramının reallaşdırılması çərçivəsində Xəzərin şimal hissəsindəki qoruq zonası funksional sahələrə bölünəcək. Burada ekoloji və fon araşdırmalarının aparılması, bu regionda heyvanlar və bitkilər aləminin indiki vəziyyətinin öyrənilməsi nəzərdə tutulur.
XDQB-də karbohidrogen ehtiyatlarının 2015 ci ilə kimi mənimsənilməsini nəzərdə tutan dövlət proqramı Qazaxıstan prezidenti tərəfindən bu ilin mayında imzalanıb . Proqram üç mərhələdən ibarətdir: 1-ci mərhələ 2003-2005-ci illərdə Xəzərin karbohidrogen ehtiyatlarının kompleks mənimsənilməsi üçün şərait yaradılmasını, ikinci ( 2006-2010) -mənimsənilmənin sürətləndirilməsini, üçüncü (2011-2015)- neft hasilatının sabitləşdirilməsini nəzərdə tutur.
Məsələn, birinci mərhələ çərçivəsində XDQB potensialını kompleks qiymətləndirmək, dəniz neft əməliyyatlarına kömək üçün vahid milli neft-qaz məlumatının və infrastrukturunun əsasını qoymaq, gələcək tenderlər üçün neftli blokların ən münasib paketlərini təşkil və sazişlərin əsas parametrlərini müəyyən etmək nəzərdə tutulur.
Bu mərhələdə həmçinin karbohidrogenlərin kəşfiyyatı və işlənməsi müqavilələrinin şərtləri üzrə müsabiqələr və danışıqlar aparmaq, XDQB-də istixrac olunan karbohidrogen xammalının daşınması üçün ixrac neft kəmərinin marşrutunu müəyyənləşdirmək nəzərdə tutulur.
Proqramı işləyənlər belə hesab edirlər ki, onun realizəsi, 2015-ci ildə XDQB-də ən azı ildə 100 mln. ton neft və 63 mlrd. kub metr qaz istixarc etməyə imkan verəcəkdir. Bu zaman dövlət proqramının nikbin variantına görə, 2003-2005-ci illərdə XDQB-nin mənimsənilməsinə xərclənəcək sərmayələr - 6 milyard dollara yaxın, 2006-2010-cu illərdə-10,3 mlrd. və 2011-2015 -ci illərdə isə -15,6 mlrd. dollar səviyəsində proqnozlaşdırılır.


QAZAXISTANDA CASPIAN ECOLOGY-2003 ÜZRƏ İLK BEYNƏLXALQ XƏZƏR KONFRANSI KEÇİRİLİR

BAKI.12.09.2003.MEDİA-PRESS: Qazaxıstanda Caspian Ecology-2003 üzrə ilk Beynəlxalq Xəzər konfransı keçirilir.
Qazaxıstanın Azərbaycandakı səfirliyindən Media-Pressə məlumat veriblər ki, konfransın əsas mövzusu Xəzərin neft-qaz yataqlarının işlənməsi zamanı ekoloji təhlükəsizlikdir. Forum iştirakçılarının əsas məqsədi bütün Xəzəryanı regionun ekolojiyasının yaxşılaşdırılması üzrə müştərək tədbirlər hazırlamaq, ətraf mühitin qorunması və idarə olunması sahəsində işləyən elmi, dövlət təşkilatları ilə dənizdə fəaliyyət göstərən şirkətlər arasında uzunmüddətli əməkdaşlığın bərqərarına kömək etməkdir.
Konfransın işində 5 Xəzəryanı dövlətin nümayəndələri, beynəlxalq şirkətlər və aparıcı şirkətlərin nümayəndələri iştirak edirdilər. Azərbaycan tərəfini Azərbaycanın Ekologiya və Təbii Ehtiyatlar naziri Hüseyn Bağırov təmsil edib.
Beynəlxalq Caspian Ecology konfransını hər il keçirmək planlaşdırılır. Konfrans xəzəryanı dövlətlərə bu nadir su hövzəsində bioehtiyatlar və təbiətin qorunması tədbirləri barədə obyektiv təsəvvür almağa imkan verəcək.
Caspian Ecology -nun təşkilatçıları növbəti forumu İstambulda 2004-cü ilin payızında keçirməyi planlaşdırırlar. Burada Xəzər və Qaradəniz hövzələrinin ətraf mühitinin qorunmasının çoxlu məsələləri müzakirə olunacaq.


"TƏVANİR" ŞİRKƏTİ DÖVLƏTLƏRARASI İMİŞLİ-PARSABAD ELEKTRİK ÖTÜRÜCÜSÜ XƏTTİNİN (EÖX) İRAN SAHƏSİNİN TİKİNTİSİNƏ TENDER ELAN EDİB

BAKI.12.09.2003.MEDİA-PRESS: İranın "Təvanir" şirkəti dövlətlərarsı 2-ci İmişli (Azərbaycan)-Parsabad EÖX-ün İran sahəsinin tikintisi üzrə tender elan edib.
"Azərenerji" SC-da Media-Pressə deyiblər ki, Bakıda İran energetikləri ilə başa çatmış danışıqlarda bu haqda Azərbaycan tərəfinə məlumat verilib. Qeyd olunub ki, 2004-cü ilin yayına kimi İran ərazisində həmin xəttin Parsabad-Sinar sahəsinin çəkilişi başa çatacaq, 2005-ci ilin aprelinə kimi "Teti Dizya" yarımstansiyasında transformator quraşdırılacaq və Parsabad yarımstansiyasına kimi yüksəkvoltlu EÖX çəkiləcəkdir .
Azərbaycan sahəsində ("İmişli" yarımstansiyasından İranla sərhədə kimi) işlər cədvələ uyğun davam edir. Hazırda layihə- smeta sənədləri hazırldanır. Mütəxəssisəlr söz veriblər ki, gələn ilin yayına EÖX istismara veriləəck.
Layihənin birinci mərhələsi 2004-cü ilin iyuluna kimi başa çatacaq və enerji cərəyanının həcmi 200-dən 350 meqavata çatdırılacaq. Sonra "İmişli" və "Parsabad" yarımstansiyalarından hər iki ölkənin dərinliklərinə kimi uzanacaq EÖX (bu layihənin ikinci mərhələsi olacaq) ki, bu da 2005-ci ilin iyul ayına kimi həmin magistral üzrə enerji mübadiləsini 1000 meqavata kimi artırmağa imkan verəcək.


EKSPERTLƏR TRANSAZƏRBAYCAN EÖX-NUN İSTİSMARI REJİMİNİ İŞLƏYİB HAZIRLAYIRLAR

BAKI.12.09.2003.MEDİA-PRESS: Astara (Azərbaycan)- Astara (İran) dövlətlərararsı elektrik ötürücü xəttini (EÖX) bu il sentyabrın axırları üçün tammiqyaslı sənaye istismarına vermək nəzərdə tutulur. Bu barədə saziş Bakıda başa çatmış azərbaycan-iran danışıqlarında əldə edilib.
"Azərenerji" Səhmdar cəmiyyətinin (SC) mətbuat xidmətinin məlumatına görə, tərəflər Astara EÖX-nun istsimarı variantlarının müzakirəsi zamanı bu xəttdən Azərbaycan istiqamətində dalan rejimində istifadə etmək təklif olunub. Müvafiq həcmdə elektrik enerjisini İran tərəfinə İmişli-Parsabad sistemlərarası EÖX-lə qaytarmaq nəzərdə tutulur. Qərara alınıb ki, 15 gün ərzində texniki ekspertlər EÖX-un belə rejimdə istismarının mümkün olub-olmamasını araşdıraraq cədvəlini hazırlasınlar.
Yekun protokolunda belə bir fakt da əksini tapıb ki, SC İranın "Sanir" enerji şirkətinə artıq 41,8 mln. kVt/saat enerji ötürüb. Bu, Transazərbaycan EÖX-un respublikamızda olan sahəsinin tikintisi üçün ayrılan kreditin ödənilməsi hesabına verilən enerjidir.


YENİ YARIMSTANSİYA VƏ CULFA (AZƏRBAYCAN) -CULFA (İRAN) EÖX-U OKTYABRDA TƏHVİL VERİLƏCƏK

BAKI.12.09. 2003.MEDİA-PRESS: Yeni Culfa yarımstansiyası və 800 metr uzunluğunda Culfa (Azərbaycan)- Culfa (iran) elektrik ötürücüsü xətti (EÖX) bu ilin oktyabrında istismara veriləcək. Belə razılaşma Bakıda azərbaycan-iran danışıqlarında əldə edilib. Bu haqda Media-Pressə "Azərenerji" Səhmldar Cəmiyyətində (SC) verilən məlumatda deyiblər ki, danışıqlarda İran tərəfini "Təvanir", "Gilan" enerji şirkətləri və İran Azərbaycanının enerji şirkəti təmsil ediblər.
SC-da qeyd ediblər ki, layihənin tətbiqi İrandan Naxçıvan Muxtar Respublikasına enerji veilməsini artıq oktyabrda 30 Mvt artırmağa, 2004-cü ildə isə artımı 50 Mvt-ya çatdırmağa imkan verəcək. Bütövlükdə İrandan Naxçıvan MR-ə 140 Mvt. elektrik enerjisi veriləcək.
Hazırda Muxtar Repsublikada 130-150 Mvt. elektrik enerjisi sərf edilir. Bu enerjinin 70-80 Mvt-ı İrandan, 40-50 Mvt-ı Türkiyədən alınır. Ən azı 20 Mvt. isə yerli "Araz" su elektrik stansiyasında hasil edilir. Bu diyarın tələbatı isə 180-190 Mvt-dır.
Qeyd edək ki, yeni 130 kilovoltluq Culfa (Azərbaycan) -Culfa (İran) elektrik xəttinin çəkilişi və Azərbaycan Culfasında yarımstansiyanın tikilməsi iqtisadi əməkdaşlıq üzrə ikitərəfli komissiyanın 2002-ci ilin oktyabırnda imazaladığı hökümətlərarası memorandumda nəzərdə tutulub.


BAKI LİMANINDA NAVİQASİYA AVADANLIĞI YENLƏŞDİRİLİR

BAKI. 12.09.2003.MEDİA-PRESS: Avropa Şurasının TRACECA proqramının reallaşdırılması çərçivəsində Bakı beynəlxalq dəniz limanında sentyabrın sonunda yeni naviqasiya avadanlığı kompleksi işə düşəcək. Kompleksə yeni radarlar, sahil və dəniz naviqasiya işarələri, qəbuledici-ötürücü cihazlar və meteoroloji avadanlıqlar daxildir.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması çərçivəsində Aktau (Qazaxıstan) və Türkmənbaşi (Türkmənistan) limanları da eyni avadanlıq la təchiz olunacaq. Üç limanın yeni naviqasiya avadanlığı ilə təchizi layihəsinin ümumi dəyəri 2 mln. avrodur. Limanlarda naviqasiya avadanlığının modernləşdirilməsi gəmilərin Xəzər dənizində harada olduğu yeri müəyyənləşdirməyə, fövqəladə və qəza vəziyyətlərində onlara vaxtlı-vaxtında kömək göstərməyə imkan verəcək.
Bakı limanı mütəxəssislərinə naviqasiya avadanlığının istismarı və dispetçer sistmlərinin idarə olunması qaydalarını öyrətmək məqsədilə xüsusi treninqlər keçiriləcək. Bu tədbirlərin sentyabrın ortalarında Sankt-Peterburqda, oktyabr və noyabrda isə Hamburqda keçirilməsi nəzərdə tutulur.